1
Rövşən Yerfi
QAZAMAT
“SANİTAR”LARI
ZERO
Bakı -2015
downloaded from KitabYurdu.org
2
Kitabda cəza yerlərinin müasir həqiqətləri təsvir edilir.
“Qazamat “sanitar”ları”nda hadisələr əsasən həbsxanadakı ən
yüksək və ən aşağı təbəqələrdən bəhs edir. Oxucu əhvalatlarla
tanış olduqca bir-biri ilə sərt təzadları olan təbəqələr arasında
həm də yaxınlıq tapacaq, fiziki və mənəvi üzdəniraqlığı
şərtləndirən əlamətləri aydınlaşdıracaqdır.
Oxucuların marağını nəzərə alıb kitaba “Residivist”
povesti də əlavə olunmuşdur.
Yazıçı Rövşən Yerfi bu kitabdan əlavə məhbəs nəsrinə
aid olan “Üzdəniraq ada”, “Qadın düşərgəsi” və “Penitensiar
lövhələr” adlı kitabların da müəllifidir.
downloaded from KitabYurdu.org
3
Azərbaycan məhbəs nəsri
QAZAMAT “SANİTAR”LARI
Həbsxana – cəmiyyətin daha çox
tör-töküntüləri fövqündə inikası, kiçik modelidir...
Tanınmayan “Dahi”
Payız fəsli təzə başlamışdı. Bütün gecə əsən
sərin meh hava işıqlaşandan dincini alırmış tək sa-
kitləşmişdi. Müvəqqəti olsa da, tozsuz təmiz hava
hər kəsin ürəyincə idi.
Gülbaxt cəzaçəkmə müəssisəsində məhkumla-
rın səhər yoxlaması tam yekunlaşmamışdı. Yaşayış
sahəsinin həyətindəki meydanın aşağı başında sıraya
düzülmüş hələ onlarla məhkum adlarının oxunma-
sını gözləyirdi. Ad və soyadını eşidən məhkum sıra-
dan irəli çıxıb ucadan atasının adını söyləyir (bu-
nunla kimliyini tamamlayıb təsdiqləyir), əgər baş ge-
yimi varsa nəzarətçiyə yaxınlaşanda bir anlığa onu
başından çıxarır və yenidən əvvəlki vəziyyətinə qay-
tarırdılar. Təzimə bənzəyən bu ritualın mənası məh-
kumun başında xəsarət izi olarsa gizlədə bilməməsi
məqsədi ilə izah olunurdu. Şübhəsiz, bu qayda rəis,
ədliyyə polkovniki Məhyəddin Kərimlinin uzun illər
gərgin səyi nəticəsində yaranmışdı.
downloaded from KitabYurdu.org
4
Məhkumlar yoxlanıldıqdan sonra yataqxanaya
tərəf buraxılmırdılar. Həyətdəki səkkiz metr hün-
dürlüyündə on tonluq iri su çəninin sağ tərəfindən
keçib, sol tərəfində nizamsız şəkildə yoxlamanın so-
nunu gözləyirdilər. Onlara dağılışmağa yalnız yox-
lama qurtarandan sonra icazə verilirdi.
Böyük, düzbucaqlı meydandakı yoxlamada nə-
zarətçilərlə yanaşı dəstə rəisləri, rəisin növbətçi kö-
məkçisi də iştirak edirdi. Onlardan bir az aralıda, su
çəninin aşağısındakı hasarın beton artırmasında ət-
rafı müşahidə edərək söhbətləşən rejim və əməliyyat
şöbələrinin rəisləri dayanmışdılar. Bu arada yataq-
xanalar tərəfdən qaçaraq yaxınlaşan məhkum nəza-
rətçilərdən birinin qulağına həyəcanla nəsə pıçılda-
dı. O da məhkumun dediyini tələsik şöbə rəislərinə
çatdırdı. Əməliyyat rəisi ədliyyə kapitanı Bəkir rejim
rəisi ədliyyə mayoru Şamilin nə deyəcəyini gözlə-
mədən əsəbiliklə göstəriş verdi:
–Tez elə, uşaqlardan götür, o petuxu qoyma-
yın boğub özünü öldürsün. Cəld olun...
Rejim rəisi Şamil də xəbərdən bərk dilxor olub
söyləndi:
–Ə, binamusa bax e... Sənin əcdadını mən...
Sıralarda dayanan məhkumların diqqəti adları
çəkən nəzarətçiyə kəsilsə də, iki məhkumla üç nəza-
rətçinin yataqxanaya tərəf qaçması çoxlarının nəzə-
rindən yayınmadı. Bir neçə nəfər kütlədən həmin tə-
downloaded from KitabYurdu.org
5
rəfə adlamaq istədi. ”Rejim Şamil” onlara tərəf çığır-
dı:
–Hara?.. Hara gedirsiz? Kim sizə dağılışın de-
di? Qayıdın yerinizə...
Az keçmədi ki, nəzarətçilər halı olmayan bir
məhkumu qucaqlarına götürmüş digər iki məhkum-
la yataqxanadan çıxdılar və cəld addımlarla üzü san-
çasta – tibb məntəqəsinə tələsdilər. Nəzarətçilərdən
biri məruzə üçün yanaşı dayanmış şöbə rəislərinə ya-
xınlaşdı.
–Necə oldu? – soruşdu. – Ölüb, yoxsa sağdı?
–Sağdı, cənab mayor, geciksəydik öləcəkdi.
Özündən gedib, göndərdim sançasta.
–Şükür, dayanan yerdə bir petuxa görə poxa
düşəcəkdik. Ölməli vicdansızdı... Sançastda özünə
gələr, heç nə olmaz...
–Ölən zibil deyil, – Şamil də deyindi, – arada
heç nədən bizim başımız ağrıyacaq...
Yoxlama başa çatmışdı. Adlar oxunub kartoç-
kalar yoxlanılmışdı. Kabinetində oturub tül pərdəli
pəncərədən qarşısındakı meydana göz qoyan əmə-
liyyat-rejim üzrə rəis müavini Niyaza müəssisə rəi-
sinin növbətçi köməkçisi (MRNK) ədliyyə baş leyte-
nantı Bayram baş verən hadisə ilə bağlı bütün təfər-
rüatları qısa vaxt ərzində məruzə edib meydana qa-
yıtmışdı. Onu bu gün əvəz edəcək növbətçi köməkçi
Faiq söhbətləşən şöbə rəislərinə yaxınlaşıb soruşdu:
downloaded from KitabYurdu.org
6
–Camaat dağılışsın, yoxsa gözləsin?
–Dağılışsınlar.
Bəkirin əl hərəkətindən icazə verildiyini anla-
yan kütlə Faiq ağzını açmamış dağılışmağa başladı.
Klub və çayxanada özünə yaxşı yer tutmaq istəyən-
lər kross yarışına çıxmışlar kimi hamıdan irəli qaçı-
şırdılar.
Nəzarətçilərdən biri Bayramı xəbərdar etdi:
–Rəis gəlir, qapıda, enbeemdədi (NBM-nəzarət
buraxılış məntəqəsi)...
Rəis adətən müəssisəyə bu vaxtlarda gəlirdi.
Bayram, ardınca Bəkirlə Şamil müəssisənin girəcəyi-
nə – qapıya yaxınlaşdılar. Bayaqdan meydanda söh-
bət edən nəzarətçi və zabitlər də rəisin gəldiyini eşi-
dincə aralarındakı müzakirəni dayandırıb hərə öz işi
ilə məşğul olmaq üçün yavaş-yavaş dağılışdılar.
Bayram müəssisənin önünə təzəcə çatmışdı, iri
dəmir qapıdan içəri daxil olan rəisi görüb farağat və-
ziyyəti alaraq məruzəyə başladı:
–Cənab polkovnik, məruzə edərək bildirirəm
ki,..
–Gərək yoxdu, azad, – rəis onu dayandırdı, –
sanitarın vəziyyəti necədir?
Uca boylu, sərt baxışlı ədliyyə polkovniki Məh-
yəddin bir dəfə də olsun bəziləri sayaq üzdəniraq
məhkumları petux adlandırmazdı, həmişə onlara sa-
downloaded from KitabYurdu.org
7
nitar deyərdi. Görünürdü ki, rəis olan hadisədən hər-
tərəfli xəbərdar idi.
–Cənab polkovnik, həkim yardım eləsə də, hələ
özünə gəlməyib...
Bir qədər aralıda duran, məruzənin bitdiyini
güman edən Bəkirlə Şamil yaxınlaşıb rəislə görüş-
dülər.
–Hadisə neçə baş verdi? – Rəis cib telefonu ilə
müavini Niyazdan və bir neçə xəbər ötürənindən çox
şeyi bilsə də, onların da fikirlərini eşitmək istəyirdi.
–Rəis, – Bəkir dedi, – üzr istəyirəm, bu it uşağı
məhkumlar meydana çıxanda yataqxananın içərisin-
dəki ayaqyolunda gizlənibmiş. Kimsənin görməmə-
si üçün hamının başı yoxlamaya qarışan vaxtı özünü
ikinci mərtəbədəki pilləkənin sürahisinin – qırağın-
dan asmaq istəyib. Yaxşı ki, vaxtında görüblər. Yadı-
nızdadı də, keçən ay da özünü yandırmağa cəhd et-
mişdi.
–Adı nəydi onun? Nazim?..
–Xeyr, Nizamdı...
–Nəzarətçilər bir az da gec xəbər tutsaydılar ca-
nını tapşıracaqdı, – Şamil əlavə etməklə söhbətə qa-
rışdı.
Qanıqara rəis onun əlavəsindən əsəbiləşdi:
–Günah nəzarətçilərdədi, niyə sanitarın giz-
ləndiyini vaxtında görməyiblər, hara baxıblar? – Şa-
mil dillənməsinə peşman oldu. – Ötən növbədə kim
downloaded from KitabYurdu.org
8
olub hamısını yığın kabinetimə. Hamısı izahat yaz-
sın...
Əsəbiləşmiş rəis cavabı gözləmədən dönüb
müəssisənin idarə binasına, öz kabinetinə doğru get-
di.
* * *
Tibb məntəqəsində Nizama iynə vurulsa da, gə-
lib-gedən nəfəsindən savayı onda həyat əlaməti hiss
olunmurdu. Koma vəziyyətinə düşmüş kimi dərin
yuxuya getmişdi.
–Nə edək bu özünə gəlsin, – tibb məntəqəsin-
dəki həkimlərdən biri o birindən soruşdu, – vurdu-
ğumuz iynənin təsiri olmadı. Bəlkə, yaxşısı təcili
etapla mərkəzi xəstəxanaya göndərək? Öləcəksə, get-
sin orada ölsün...
–Tələsmə. Bir-iki saat keçsin, özünə gələcək.
Əgər özünə gəlməsə, onda o barədə düşünərik.
Nizamı üzdəniraqlar üçün nəzərdə tutulmuş
otaqda sınıq çarpayının üzərindəki kirli döşəyə uzat-
mışdılar. Tibb məntəqəsində ən köhnə, salxaq çar-
payılar, dolablar, rəngi getmiş kətillər, paralanmış
yataq dəstləri axırncı palata sayılan otağa yığılmışdı.
Yazılmamış qanuna görə belə də olmalıydı: üzdəni-
raqlar hər şeyin ən pisinə layiq idilər.
Nizam ikinci dəfə idi ki, intihara cəhd edirdi.
Bir ay əvvəl zonun anbarından başqasının adı ilə ba-
laca qabda əldə etdiyi salyarkanı üstünə töküb özü-
downloaded from KitabYurdu.org
9
nü yandırmağa çalışmışdı. Amma sanitar yoldaşları
vaxtında duyuq düşmüş, onu yanmağa qoymamış-
dılar. Əynindəki qalın qış paltarından od bədəninə
keçməmişdi. Təkcə yalın ayaqları bir az yanmışdı.
Əməliyyat rəisi Bəkir buna görə Nizamı du-
binka ilə döyüb beş günlük karsa salmışdı. Sonra da
ona bir də belə “poxu yeməməyi” bərk-bərk tapşır-
mışdı. Əlbəttə, Bəkir Nizamdan niyə özünü yandır-
dığını soruşmuşdu. O da ağlayıb, daha yaşamaq is-
təmədiyini bildirmişdi...
Altı ildən çox həbsdə olan Nizam özünü öldür-
mək fikrinə son üç ayda düşmüşdü. Gülbaxta gələn-
dən sonra buradakı məhkumlar arasında həmkənd-
lisi ilə rastlaşandan bəri onda bu fikir yaranmışdı:
“Artıq çox keçməyəcək, onu tanıyan bütün doğma-
ları, qohumları da türmədə üzdənirağa çevrildiyini
biləcəkdilər. Özü də elə-belə, adi üzdəniraq yox, pas-
siv homoseksual olduğunu öyrənəcəkdilər. Axı niyə
vaxtında qətiyyəti olmadı, özü-özünə yiyə dura bil-
mədi?..”
O, şəhərə pul qazanmaq üçün gəlmişdi. İlk ay-
lar məcburiyyət üzündən ağır işlərdə çalışdı. Gəl ki,
bina tikintisi, tunel qazıntısı sayaq zəhməti çox olan
işlərdə işləmək heç ürəyincə deyildi. Günlərin birin-
də rastlaşdığı iki həmyerlisi ona pullu, rahat bir iş
təklif etdi: sadəcə gözətçilik. Gecələr “dostları” əv-
vəlcədən gözaltıladıqları mənzillərdə oğurluğa çı-
downloaded from KitabYurdu.org
10
xanda, o, kənardan gözətçilik edirdi. İşləri pis get-
mirdi. Aldığı pulların hesabına az müddətdə əyin-
başını təzələdi. Haqqı artdıqca içkinin, nəşənin da-
dına baxdı, dostlarına qoşulub fahişə ovuna çıxdı.
Ehtiraslanmağı çox xoşlayırdı. Etiraf etməyə çəkinsə
də, bəzən ürəyindən qız kimi əzizlənmək keçirdi.
Onun üçün fərqi yox idi, qız ya oğlan – sevilmək is-
təyirdi...
Lakin başa düşürdü ki, bu oğurluq qazancla
uzağa gedə bilməz. Yeni vərdişlərinə elə aludə ol-
muşdu ki, geriyə də yol tapa bilmirdi. Qurşandığı
oyunun sonunu gözləyirdi.
Son gəldi. Növbəti oğurluğa yollanan zaman
Allah ağıllarını neçə aldısa, əvvəlcə əyləşdikləri tak-
sini soymaq istədilər. Yol qırağındakı ağaclıqda ma-
şını saxladıb özləri ilə götürdükləri kapron ipi sürü-
cünün boğazına doladılar. Arxada əyləşdiyinə görə
iplərin ucunu sıxmağı ona tapşırdılar. Tapşırılan işin
öhdəsindən layiqli gəlməsi üçün sürücü çapaladıqca
düşünmədən ipi var gücü ilə sıxdı. Birdən yanındakı
dostu üstünə qışqırdı:
–Boğub öldürdün bədbəxt oğlunu, bəsdi sıx-
dın...
Sürücü keçinmişdi. Dörd dostun maşını ora-
daca ataraq qaçıb gizlənməkdən başqa yolları qal-
mamışdı. Bir həftə sonra onların ikisini tutdular. O
biri iki nəfərin törətdikləri cinayətləri də üzərlərinə
downloaded from KitabYurdu.org
11
götürdülər. Hər birinə on il iş kəsdilər. Cinayət orta-
ğını bilmədiyi hansısa səbəbdən ondan ayrı saxladı-
lar. Hökmə əsasən birinci üç ilini qapalı həbsxanada
çəkməli oldu. Burada salındığı dördnəfərlik kame-
rada Şirxan deyilən “zeklərdən“ – peşəkar məhkum-
lardan birisinin əzəl gündən ona fərqli nəzərlə ya-
naşdığını hiss etmişdi. Qırx beş yaşının yarıdan ço-
xunu həbsdə keçirən Şirxan “krıtıya” cəzaçəkmə mü-
əssisəsindən cəzalandırılıb göndərilmişdi. İçində şey-
tan gizlənən bu adam uzun illər ərzində xüsusi du-
yum qabiliyyəti qazanmışdı. Kamerada yaşadıqları
bir neçə ay ərzində onun ehtiraslılığını, içində gizlət-
diyi biseksuallığını hiss etmişdi. Heç demə, “sən mə-
nim kiçik qardaşımsan” deyə Nizamı hər dəfə əziz-
ləyib tumarlayanda öz çirkin niyyətinə hazırlaşırmış.
Nəhayət, günlərin birində kamera yoldaşları ilə
birgə hamamda çimərkən Şirxan yarıxoş, yarızor onu
arxadan qucaqlayıb istəyinə çatdı. O an içində nəsə
qırılan kimi oldu, nə edəcəyini bilmədi. Etiraz elə-
mək, çapalamaq, qışqırmaq istəsə də səsi çıxmadı.
Çıxsa da yanındakılardan kimsə ona kömək etməyə-
cəkdi. Qorxdu Şirxandan, ətrafındakıların ona diki-
lən canavar baxışlarından. Anladı ki, bu tək Şirxanın
yox, o birilərinin də istəyi imiş. Sadəcə işin başlanğıcı
Şirxanın boynunda imiş. Xeyri olmayacaqdı atılıb
düşməyinin. Daha bundan sonra hamı onu üzdəni-
raq, petux sayacaqdı...
downloaded from KitabYurdu.org
12
Sonralar Şirxan əclafın “adətkarlığını”, ondan
əvvəl iki cavan oğlanı da bu cür bədbəxt elədiyini bi-
ləcəkdi.
İki aydan sonra Nizamı başqa kameraya kö-
çürdülər. Daha bütün həbsxana onun üzdəniraq ol-
duğundan xəbər tutmuşdu. Müxtəlif kameralardan
onun üçün edilən “sifarişlərdən” paqon da faydala-
nıb öz xeyrini güdürdü. Qapalı həbsxanadakı cəza-
sının sonunadək beləcə dörd kamera dəyişdi.
Gülbaxt cəzaçəkmə müəssisəsinə göndəriləndə
qət etmişdi ki, necə var cinsi passivlikdən əl çəksin,
“passiv” olmasını gizlətsin. Ancaq gizlətmək müm-
kün olmadı. Hər bir məhkumun kim olması barədə
xəbər zona az qala özündən qabaq gəlib çatırdı. Həm
də daha gec idi, çər dəymiş bədəni alışmışdı. “Pas-
siv”liyi artmış, vərdiş olaraq onun üçün xroniki xəs-
təliyə çevrilmişdi: özü ilə heç cür bacarmırdı...
O, mavi kimi nə birinci deyildi, nə də axırıncı.
Dünyada onun sayaq insanlar minlərlə, onminlərlə
idi. Onların içərisində nə qədər tanınmışları, böyük
vəzifəliləri də vardı. Amma məşhur və pullu olduq-
ları üçün çox zaman belələrinin maviliyinə göz yu-
mulurdu.
Eşitmişdi ki, müəssisədəki burjuylardan biri,
mujiklərdənsə bir neçəsi əslində sanitarlara qatılma-
lıdı, ancaq həm avtoritetlər, həm də əməliyyatçılar
downloaded from KitabYurdu.org
13
üstün vurmayıb onlardan öz məqsədləri üçün yarar-
lanırdılar.
Əgər onun da pulu və ya pullu arxası olsaydı
Bəkir də, Niyaz da ona xüsusi hörmət edərdilər. Hət-
ta qayğı göstərilməsi üçün Məhyəddinə çöldən
“zənglər” də edilərdi. Nə etsin ki, kasıbın, acından
ölənin birisi olduğuna görə heç kim onu adam say-
mırdı.
Həmkəndlisi ilə zonda rastlaşanda isə səksən-
di, üzdəniraqlığına görə yer ayrılsaydı yerə girməyə
hazır idi...
Ürəyinə daman başına gəldi. Kəndlisinin cəzası
çox deyildi. Cəzadan azad olan kəndlisi az keçməmiş
onun üzdəniraq olmasını tanıdığı hər kəsə, hətta va-
lideynlərinə də çatdırmışdı. Eşitdiklərinə inanmaq is-
təməyən valideynləri xəbəri dəqiqləşdirmək üçün cə-
za yerinə, onunla görüşə gəldilər. Həqiqət olduğunu
biləndə: “bizim sənin adında oğlumuz yoxdur”, –
deyib ondan imtina etdilər. Əvvəllər altı aydan bir
yanına gəlirdilərsə, indi bu söhbətdən iki il keçməsi-
nə baxmayaraq, çöldən kimsə onu axtarmırdı.
Belə yaşamaq nə qədər olardı?! Ona görə də ya-
şamamağı, özünü öldürməyi qərara almışdı...
* * *
Bütün zabit və nəzarətçi heyətinə elan olundu
ki, növbə təhvil-təslimindən sonra hamı rəisin kabi-
netinə gəlsin, iclas olacaq. Adətən rəis iclası hər həf-
downloaded from KitabYurdu.org
14
tənin başlanğıcında edərdi. İclasın növbədənkənar
olması aydın məsələ idi ki, səhər yoxlaması zamanı
baş verən özünə qəsd hadisəsi ilə bağlıydı.
Deyilən vaxtda hamı müəssisəyə girişlə üzbə-
üzdə yerləşən idarənin qarşısına yığıldı. Əməliyyat
üzrə müavin ədliyyə polkovnik-leytenantı Kamalza-
də Niyaz rəisin kabineti ilə üzbəüz otaqdan çıxıb so-
ruşdu:
–Gecikən yoxdur?
–Xeyr, hamı burdadır.
–Rəis deyir gəlsinlər, – rəisin böyük çilçıraqlı,
geniş kabinetinə daxil olub, çöldəkiləri də içəri dəvət
etdi, – gəlin arxamca...
–Bir az cəld olun, işimiz çoxdu, – rəis işçiləri tə-
ləsdirdi.
Müavin rəisin stolunun sağında, digər əmək-
daşlar isə divarboyu düzülmüş stullara əyləşdilər.
Rəis stolunun sol tərəfindəki boş oturacağa tərəf ba-
xıb dedi:
–Bəs Səfər hardadı, işə gəlib çıxmayıb?
–Məhkəməyə gedəndi, hələ gəlməyib.
Ədliyyə mayoru Səfər Nəzərli rəisin tərbiyə iş-
ləri üzrə müavini idi. Məhkumların vaxtından əvvəl
şərti azadlığa buraxılması məsələsində məhkəmə ilə
münasibətləri, daha doğrusu “sövdələşmələri” yo-
luna qoymaq işini rəis ona tapşırmışdı.
–Çöldə kimsə qalmadı?
downloaded from KitabYurdu.org
15
–Xeyr, rəis, – növbətçi məruzə etdi.
– Növbədənkənar iclası ona görə etdim ki, hər
biriniz biləsiniz ki, işinizdə məsuliyyətinizi artırma-
lısınız, – rəis nitqinə başladı. – Məsələ məhkumun
ölüb-ölməməyində deyil, sizin xidmətə münasibəti-
nizdədir. Bu cür hadisələrin qarşısı əvvəlcədən alın-
malıdır. Niyə alınmır, əməliyyat hara baxır? Nəza-
rətçilər yoxlamadan əvvəl niyə hər tərəfi dəqiq yox-
lamırlar? Belə məsuliyyətsizlikmi olar? Kalonun qar-
şısındakı çöldəki itləri görmüsüz, oradakı ərazini ne-
cə diqqətdə saxlayırlar, yad adam görəndə necə re-
aksiya verirlər. Onlar qədər sayıqlığınız da yoxdur.
İşə elə bil biyara gəlirsiz. Xidmətlə yaşamırsız. Əsl iş-
çi xidmətlə nəfəs almalıdır. Niyaz, köhnə növbədə
olanların hamısından hadisə ilə bağlı izahat alarsan,
sonra evə buraxarsan. Nəzarətçilərə tapşırırsan, bun-
dan sonra səhər və axşam yoxlamaları zamanı hər
yer ciddi yoxlanılsın, yataqxanalar qıfılla bağlanılsın.
Qapılar hamı yoxlanıldıqdan, yoxlama bitəndən son-
ra açılsın. Aydındırmı? Dustağı qanunsuz yox, yalnız
qanuni yollarla sıxmaq lazımdır ki, qudurub məh-
kumluğunu unutmasın. Sizin bir nömrəli vəzifəniz
məhkumları həmişə nəzarətdə saxlamaq və nə iləsə
başlarını qatmaqdır. Onlar boş, baxımsız qaldılarmı,
mütləq beyinlərinə axmaq fikirlər gələcək, pis hadi-
sələr törədəcəklər, rejim şəraitinin stabilliyini poza-
caqlar. Bizə isə müəssisədə ən vacib olanı daimi gər-
downloaded from KitabYurdu.org
16
ginliksiz sabitliyi qorumaqdır. İslah İdarəsindən tap-
şırılan bəzi mühüm işlər var, mən məcburam yu-
banmadan onlarla məşğul olam. Niyaz, sənə gərək
olacaq işçiləri yığ otağına, iclasın ardını orada da-
vam elə. Fikrimcə əlavə müzakirəyə gərək yoxdur.
Gedə bilərsiniz.
Rəisin itləri nümunə göstərməyindən narazı
qalan əməkdaşlar dinmədən yerlərindən durub bir-
bir Niyazın qarşıdakı otağına sarı yollandılar. Niyaz
kabinetinin qapısını açıb elan etdi:
–Əməliyyat-rejim işçiləri, bir də köhnə növbə ilə
təzə növbə gəlsinlər. Qalanlar öz işlərinə getsinlər.
Niyazın otağı rəisin kabinetinin dörddə biri
boyda idi. İş stolunun sağında və solundakı iki stul-
dan əlavə otağa altı ədəd stul sığışırdı. Çox vaxt ota-
ğa daxil olan əməkdaşların əksəriyyəti ayaqüstə da-
yanmalı olurdu. Rəisdən fərqli olaraq müavin uzun-
uzadı danışar, əməkdaşların ayaqüstə dinmədən qu-
laq asmalarından, onlara fiziki və mənəvi əzab ver-
məyindən həzz alardı. Arabir cümləsinin ortasında
gözlənilmədən bir anlığa susar, qulaq asanların diq-
qətini yoxlayaraq hamıya nəzər yetirər, hamını hip-
nozda saxlamasıından aldığı məmnunluqla cümləsi-
ni davam etdirərdi.
Bir yerdə çalışmalarına baxmayaraq hamı bi-
lirdi ki, Məhyəddinlə Niyazın bəzi xüsusiyyətləri
tərs mütənasibdi. Rəis kabinetdə çox oturmağı sev-
downloaded from KitabYurdu.org
17
məzdi, bütün günü zonu başdan-ayağa gəzər, işçi-
lərdən də durmadan “obxod” etməyi tələb edirdi.
Yaşı əllini ötsə də uzun boyu və qıvraq görkəmi ilə
Dostları ilə paylaş: |