Hərbi qulluqçuların statusu haqqında



Yüklə 9,81 Kb.
tarix16.03.2017
ölçüsü9,81 Kb.
#11592
668-IIIQD 

Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa,  Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  Qarnizon və  qarovul xidmətləri nizamnaməsi”nə  və  Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin   Daxili  xidmət nizamnaməsi”nə  dəyişikliklər  və əlavələr edilməsi barədə



AZƏRBAYCAN RESPUBLİKASININ

Q  A  N  U  N  U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 4, maddə 79; 1993-cü il, № 5, maddə 132; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 378; 1998-ci il, № 1, maddələr 15, 16; 1999-cu il, № 4, maddə 228, № 5, maddə 286; 2001-ci il, № 6, maddə 362, 363, № 11, maddə 694, № 12, maddələr 731, 736; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddələr 199, 212, № 7, maddə 507, № 8, maddə 596; 2005-ci il, № 10, maddə 871, № 12, maddə 1093; 2006-cı il, № 4, maddə 312, №11, maddə 933; 2007-ci il, №6, maddə 560, №8, maddə 756, №11, maddələr 1053, 1078; 2008-ci il, №3, maddə 156) aşağidakı  dəyişikliklər  və əlavələr edilsin:

1. 27-ci maddənin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:


“Hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə  əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət  vəzifələrini yerinə yetirməsi  ilə bağlı bədbəxt hadisələrin  nəticələrinin  ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən  onlar  dövlət tərəfindən  içbari şəxsı siğorta edilirlər.”;
2. 27-ci maddənin üçüncü hissəsi çıxarılsın;    
3. 28-ci maddənin adında və mətnində “həlak olmuş” sözlərindən sonra mötərizədə “ölmüş” sözü, “həlak olduğu” sözlərindən sonra isə mötərizədə “öldüyü”sözü əlavə edilsin.

II. Azərbaycan Respublikasının  1994-cü il 23 sentyadr  tarixli 886  saylı Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il,      № 22 (əlavə), maddə 347; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133, № 5, maddə 312; 2007-ci il, № 8, maddə 756, № 11, maddə 1078) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  Qarnizon və  qarovul xidmətləri nizamnaməsi”nə  aşağıdakı dəyişikliklər  və əlavə edilsin:

1. 39-cu maddənin ikinci hissəsinin iyirminci abzasında “yaralanmasına və ölməsinə” sözləri “xəsarət (yaralanma, travma, kontuziya) almasına və ya   həlak olmasına (ölməsinə)” sözləri ilə əvəz edilsin;
2. 158-ci və 166-cı maddələrdə “(ağır yaralandıqda) və ya həlak olduqda” sözləri “, ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda və ya həlak  olduqda (öldükdə)” sözləri ilə əvəz edilsin;
3. 168-ci maddənin ikinci hissəsində “həlak olduqda” sözlərindən sonra mötərizədə  “öldükdə” sözu əlavə edilsin;
4. 178-ci maddədə “(yaralandıqda)” sözu “, xəsarət (yaralanma, travma, kontuziya) aldıqda” sözləri ilə əvəz edilsin.

III. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 saylı Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 22, maddə 364; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 5, maddə 312, № 6, maddə 415; 2007-ci il, № 8, maddə 756) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Quvvələrinin Daxili  xidmət nizamnaməsi”nin 4-cü maddəsinin dördüncü abzasında “yara, kontuziya” sözləri  “xəsarət (yaralanma, travma, kontuziya)” sözləri ilə əvəz edilsin



IV. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti



Bakı şəhəri, 4 iyul 2008-ci il
№ 668-IIIQD

Yüklə 9,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin