Həyat dövriyyəsi



Yüklə 63,5 Kb.
tarix26.12.2016
ölçüsü63,5 Kb.
#3601

Askaridoz

Askaridoz Ascaris lumbricoides tərəfindən törədilən xəstəlikdir. Dünya əhalisinin ¼-ü bu xəstəliyə tutulub. Askaridoza əsasən tropik bölgələr və şəxsi gigiyenanın az olduğu regionlarda təsadüf edilir. Askaridin digər növləri həmçinin ev heyvanlarında da xəstəlik törədir.

Ascaris lumbricoides ən böyük insan nematodudur. Bədəni silindrikdir və hər iki tərəfdən incəlmişdir. Rəngləri qırmızı və ya qırmızı-çəhrayıdır. Erkək askarid 15-20 sm uzunluğunda və 3-4 mm enində olur. Dişi askaridlər isə daha böyük olub 20-40 sm uzunluğunda və 5-6 mm enindədir. Askarid insan bədənində 1-2 il müddətində yaşayırlar.

Həyat dövriyyəsi :

Yetkin askarid insanın bağırsağında yaşayır (1) və hər bir dişi askarid bir gündə 200.000 yumurta qoyur (2). Nəcis vasitəsilə xaric olunan bu yumurtalar xarici mühitdə ətraf mühit faktorlarından asılı olaraq uzun müddət (18 gündən bir necə həftəyə qədər) yaşaya bilirlər (3). Mayalanmamış yumurtalar insan üçün təhlükəli olmasa da, mayalanmış yumurtalar insana yoluxduqda xəstəlik törədə bilər. İnsana yoluxan mayalanmış yumurtalar ağızdan qida yolu ilə mədə-bağırsaq sisteminə düşür (4). Daha sonra onikibarmaq bağırsaqda həzm fermentlərinin təsiri ilə yumurta əriyir və larva yumurtadan çıxır (5). Bağırsaq divarını deşərək V. porta-dan qan dövranına daxil olan larva qaraciyərə gəlir. Qaraciyər parenximasında 3-4 gün qaldıqdan sonra V. cava vasitəsilə ağciyərlərə miqrasiya edir (6). Ağciyərdə 10-14 gün müddətində yetkinləşən larva daha sonra alveollardan bronxlara, traxeyaya və udlağa, daha sonra isə təkrar mədə-bağırsaq sisteminə düşür (7). Bu dövr təxminən 2-3 ay müddətində davam edir və askarid yetkinləşir.




Klinikası uzun müddət simptomsuz davam edir. Larva (ilkin) mərhələsində peritonit, iltihab, qaraciyər və dalağın böyüməsi, pnevmoniya müşahidə edilə bilər. Daha sonra isə (yoluxmadan 6-8 həftə sonra) epiqastik abdominal ağrılar, ürəkbulanması, qusma, tərləmə, qızdırma, gecələr dış qıcırdatma, yastığa ağız suyunun axması, gecə qorxuları, quru öskürək özünü büruzə verməyə başlayır. Bəzən daha da pis ağırlaşmalar (bilyar və intestinal obstruksiyalar, apendisit, pankreatit, qaraciyər absesləri, xolesistit) ortaya çıxır.

Çox nadir hallarda askarid yumurtaları hematogen yolla mərkəzi sinir sisteminə, göz və böyrək kimi orqanlara gedib çata bilir.

Bəzən askaridlərin bir-birinə dolanması nəticəsində mexaniki bağırsaq keçməzliyi yaranır.

Diaqnozu əsasən nəcisin mikroskopiyasına əsasən qoyulur. Mədə şirəsi və ağciyər ifrazatında bəzən larva müşahidə edilir. Qanda eozinofiliya, IgE-nin yüksəlməsi müşahidə edilə bilər. Bundan başqa askaridozun diaqnostikasında instrumental metodlardan (rentgenoqrafiya, kompyuter-tomoqrafiya (KT), ultrasəs müayinəsi (USM), maqnit rezonans tomoqrafiya (MRT)) da istifadə edilir.

Bəlğəmdə qan, larva və Charcot-Leyden kristallarının tapılması da diaqnozun qoyulmasında çox kömək edir.



Müalicəsində Mebendazole, Albendazole, Ivermectin, Piperazine, Pyrantel pamoate, Thiabendazole, Levamisole kimi dərmanlardan istifadə edilir.

Digər simtomplarda isə simptomatik müalicə aparılır (məs. kortikosteroidlər).



Profilaktikası şəxsi gigiyenaya əsaslanır.
Ədəbiyyat :

  1. Fernando Ferreira Carneiro, Enrique Cifuentes, Martha Maria Tellez-Rojo & Isabelle Romieu - The risk of Ascaris lumbricoides infection in children as an environmental health indicator to guide preventive activities in Caparao´ and Alto Caparao´ , Brazil. Bulletin of the World Health Organization 2002, 80 (1)

  2. Oğuzhan OKUTAN, Harun UGAN, Zafer KARTALOĞLU, Erdoğan KUNTER, Oğün SEZER - Ascaris Lumbricoides’e Bağlı Basit Pulmoner Eozinofili (Loeffler’s Sendromu): Olgu Sunumu, Fırat Tıp Dergisi 2007;12(4): 300,302

  3. Erdal Türk, Naile Dölek - Ascaris lumbricoides’in neden olduğu barsak

tıkanıklığı: nadir görülen bir olgu - Gülhane Tıp Dergisi 2010; 52: 225-228

  1. Wikipedia

  2. WebMD

  3. DPDx

Yüklə 63,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin