Heydərli Urfan Rövşən oğlu p L a n termodinamikanın 1ci qanunu Termodinamikanın izoproseslərə tətbiqi



Yüklə 487,35 Kb.
səhifə1/3
tarix30.04.2023
ölçüsü487,35 Kb.
#104964
  1   2   3
Termodinamikanın birinci qanunu və onun izoproseslərə tətbiqi


Termodinamikanın birinci qanunu və onun izoproseslərə tətbiqi


Heydərli Urfan Rövşən oğlu


P L A N
1.Termodinamikanın 1ci qanunu
2.Termodinamikanın izoproseslərə tətbiqi
3.İdeal qaz qanunları

Termodinamikanın 1ci qanunu
Sistemin daxili enerjisinin dəyişməsi xarici qüvvələrin gördüyü iş ilə sistemə verilən istilik miqdarının cəminə bərabərdir: 
ΔU = A + Q.
A′ = – A olduğunu nəzərə alsaq, termodinamikanın birinci qanununun daha bir ifadəsini alırıq: 
Q = A′ + ΔU.
Sonuncu düstur belə ifadə olunacaq: 
Sistemə verilən istilik miqdarı sistemin iş görməsinə və daxili enerjinin artmasına sərf olunur.

Termodinamikanın birinci qanununun tədbiqləri
İzoxor proses:   
Qazın gördüyü iş və xarici qüvvələrin qaz üzərində gördüyü iş sıfıra bərabərdir:
A′ = 0, A = 0.
İzoxor prosesdə qaza verilən istilik miqdarı qazın daxili enerjisinin dəyişməsinə sərf olunur:
Q = ΔU
Əgər izoxor prosesdə qaz istilik miqdarı alırsa Q > 0, onda 
- Daxili enerji artır ΔU > 0, 
- Qazın temperaturu artır ΔT > 0. 


Əgər izoxor prosesdə qaz istilik miqdarı itirirsə Q < 0, onda 
- Qazın daxili enerjisi azalır ΔU < 0,
- Qazın temperaturu azalır ΔT < 0.
İzotermik proses: 
İzotermik proses o qədər ləng gedən prosesdir ki, qazın temperaturu ətraf mühitin (termostatın) temperaturu ilə daim bərabər qalır.
İzotermik prosesdə qazın daxili enerjisi dəyişmir: 
U = const və ya ΔU = 0.
İzotermik prosesdə qaza verilən istilik miqdarı qazın iş görməsinə sərf olunur: 
Q = A′.
Əgər qaz izotermik prosesdə istlik miqdarı alarsa Q>0, onda
- Qaz müsbət iş görür A′ > 0, 
- Xarici qüvvələr qaz üzərində mənfi iş görür A < 0,
- Qaz genişlənir, həcm artır;
- Təzyiq azalır  .



Əgər qaz izotermik prosesdə istlik miqdarı itirirsə Q < 0, onda 
- Qazın gördüyü iş mənfidir A′ > 0, 
- Xarici qüvvələrin qaz üzərində gördüyü iş müsbətdir A > 0,
- Qaz sıxılır, həcm azalır,
- Təzyiq artır  .


Yüklə 487,35 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin