Heyvan aləminin ayrı elementləri insan bədəninin təsviri ilə birgə təsvir olunurdu



Yüklə 15,31 Kb.
tarix09.05.2023
ölçüsü15,31 Kb.
#110205
intibah


İntibah
Heyvan aləminin ayrı elementləri insan bədəninin təsviri ilə birgə təsvir olunurdu.
Roma-Yunan memarlıq ornamentikasına böyük maraq yaranırdı. Dekorda, çox sayda kraitidalar,atlantlar(kişi fiquru sütun)
Kronşeytlər ....... memarlıq konstrusiyasının elementlərini dekora çevirir. Bir sıra rəssama məxsus olan tipik üslub ornamentlər yaranıb.Misal üçün,qrotesk öz yaranmasını Rafaelin yaradıcılığına borcludur.
16 cı əsrin əvvəlində Rafael tələbələriylə Romadaki Vatikan sarayının lodjialarını divarlarlnl yazmışdır.
Qrotesk-insan fiquru və yaxud yarım fiquru maskalarla yüngül memarlıq kompozisiyalarıyla bitki ornamentinin qarışığı.
Qrotesk çoxyaruslu əsas xəttə uyğun,simmetrik qurulurdu və kondelyabr (şamdan) adını daşıyırdı.Qrotesklər, qobelen, italyan mayolika və zərgərlik əşyalarının dekorunda geniş istifadə olunurdu. İntibah dövrünün digər geniş yayılmış motivi kartuş adlanırdı. Kartuş rulon şəklində bükülmüş kağızın təsviridir. Mərkəzində yazı və yaxud təsvir yerləşdirilirdi. Çox vaxt kartuşun 2 tərəfində putilər(çılpaq körpə təsvirləri) və ya amur təsvir olunurdu. Tədricən kartuşlar, kitab tərtibatının dekoruna divar yazılarına və vitrajlara keçir. Ümumilikdə intibah ornamenti canlı təbiətə və real aləmə yüksək marağı ilə seçilirdi . Orta əsr ornamenti ilə müqayisədə o, daha canlı rəngarəng və həcmlidir.
Renessans dövrünün dekorativ tətbiqi və rəngkarlıq, hətda heykəltarşlıq sənətlərinin sintezi, Fonteblo sarayında təqdim olunmuşdur. Fonteblo sarayının divar və tavan yazılarını Rafael və onun tələbələri həyata keçirmişdilər. Burada rəngkarlıq əsərləri həm tavanın üzərini həm də divar səthlərini bitki ornametiylə işlənmiş çərçivələrə alınmışdılar. Yataq otaqlarının divar və baldaxinləri (yataq tavanı) qobelenlə işlənmişdir. Qobelen sənəti Renessans dövründə inkişaf edib, ornamentlərdən başqa onlar sujet motivlərlə işlənirdilər. Artıq rəngkarlıq əsəri kimi təqdim olunurdular. Sujet kompozisiyalı qobelenləri, çərçivəyə alırdılar və divardan rəngkarlıq əsəri kimi asırdılar. Dekorativ tətbiqi sənətinin digər növü kassone sayılırdı. Kassonelər:sandıq, qapaq və digər hissələri sujet kompozisiyalarla təsvir olunurdu. Bu sandıqlara əşyalar yığılırdı, qızalara cehiz olaraq verilirdi bu sandıqlar yazıları üçün məşhur rəssamlar dəvət olunurdu. Kassonelərin qapağının həm iç həm bayır hissəsi yazılarla təsvir olunurdu.
Digər dts nümunəsi italyan mayolikası idi. Rəngli boyalarla örtülən keramika idi. Artıq mayolika qablarında Renessans dövründə ornament.......
İtalyan mayolikasının məşhur ustaları Urbino və Dela Robio qardaşları idi. Onun mayolikasının rəngkarlığında Bibliya kitabından səhnələr təsvir olunurdu. Və Baldasar Manaranın mayolikası rəngkarlıq çox fiqurlu kompozisiya kimi təqdim olunmuşdur.
Tekstil dekoru Renessans dövründə yüksək bədii xüsusiyyətləriylə seçilirdi. Onların dekoru lakonik, parlaq əsasən tünd göy və tünd yaşıl al qırmızı qızılı ilə fonun üzərində bir rəngin iki üç çalarında qurulurdu. Renessans tekstil dekoru Bizans və İran ənənələrinin təsiri nəticəsində yaranmışdır və ərəb müsəlman aləmi ona təsir göstərmişdir. Bu təsirlərin altında yeni özünəməxsus sadə ifadəli universal ornament üslubu yaranır. Onun əsasında oxa bənzər ərəb tağın motivi idi. Bu motiv həm tekstildə həm memarlıq dekorunda geniş inkişaf etmişdir. Burada hər bölmənin mərkəzində nar təsvir olunurdu(nar həm Avropada həm şərqdə bolluq rəmzi idi. Lakin intibah dövründə nar həm palmetta motivinin həm də gül-ağac motivini özündə əks etdirirdi) Renessans tekstil dekoru ərəb müsəlman ənənlərinə yansımışdır. Lakin səthi və qrafik qalmışdır. Bu,iri parlaq dekorun bədii zənginliyi, pərdə parçalarında geyim parçalarında təqdim olunurdu və güclü bədii plastik təsvir yaradırdı.
Yüklə 15,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin