Ermənistanda ali təhsil sistemini iki əsas qanun tənzimləyir: “Təhsil haqqında qanun” (1999) və “Ali və yüksək peşə təhsili haqqında qanun” (2004). Ermənistan 2005-ci ildə Boloniya sisteminə keçməklə ali təhsili bu proqrama uyğunlaşdırmağa çalışmışdır. Ermənistan Respublikasında 61 dövlət və özəl ali təhsil müəssisələri fəaliyyət göstərir. Hazırda Ermənistan Respublikası ərazisində 26 dövlət universiteti fəaliyyət göstərir ki, onlardan 5-i bölgələrdə yerləşir. Dövlət universitetlərinin arasında 4 beynəlxalq universitet mövcuddur. Dövlət universitetləri ilə yanaşı Ermənistanda 33 özəl ali təhsil müəssisəsi fəaliyyət göstərir ki, onlardan 5-i bölgələrdə yerləşir. Ermənistanda daha çox üstünlük verilən universitetlər İrəvan şəhərində yerləşən universitetlərdir. Lakin paytaxtda yerləşən universitetlər illik təhsil haqqı baxımından əlverişli deyildir. Təhsil haqqı yüksək olduğundan kasıb ailələr övladlarına təhsil verə bilmirlər. Bütün ali təhsil müəssisələrində ümumi olaraq 78 min tələbə təhsil alır. Müstəqilliyini elan etdikdən sonra Ermənistan regionun digər ölkələri ilə müqayisədə təhsilə daha az vəsait ayırmağa başladı. Məsələn, Ermənistanda dövlət 2011-2015-ci illərdə təhsil sahəsinə ÜDM-nin 4%-ni xərcləməyi planlaşdırsa da, 2016-cı ilədək bu göstərici yalnız 2,5% olmuşdur. İqtisadi böhran səbəbindən Ermənistan hökuməti təhsilə ayrılan xərcləri daha da azaltmağı planlaşdırır və bunun nəticəsində ölkənin təhsil sahəsinə ayırdığı vəsaitin miqdarı ÜDM-də 1,85% -ə qədər düşə bilər316. Buradan məlum olur ki, hökumət təhsil xərclərini "israfçılıq" hesab edir. Təhsil sahəsində digər bir problem artıq qeyd edildiyi kimi, təhsil haqqının yüksək olmasıdır. 2013-cü ildə ölkədə on bir ali təhsil müəssisəsi ödənişi 50%-dən çox artırmışdır. Ən aşağı ödənişlər Ermənistan Dövlət Pedaqoji Universitetində Biologiya, Kimya və Coğrafiya fakültəsində olmuşdur. Ən yüksək ödənişlər İrəvan Tibb Universitetinin Müalicə işi fakültəsində olmuşdur. Nəticədə, 2013-cü ildə 16 min nəfərdən çox abituriyent universitetlərə qəbul olmuşdusa, 2016-cı ildə bu rəqəm təxminən 6 min nəfər azalmışdı321. Bir-birinin üstünə yığılan bu və ya digər səbəblər abituriyentlərin sayının azalmasına gətirib çıxarır. Elm və Təhsil Naziri Levon Mkrtçyan qeyd edirdi ki, növbəti illərdə vəziyyət daha da pis, abituriyentlər isə daha az olacaq. 322 Tələbələrin sayının ildən-ilə azalmasının səbəbləri aşağıdakı amillərlə bağlıdır: - Miqrasiya; - Təhsildən çox gündəlik pul qazanmaqla məşğul olan yoxsul vətəndaşların sayının artımı; - Universitetlərin təhsil haqlarının çox yüksək olması və ölkədə mövcud olan sosial problemlərə görə illik təhsil haqqının ödənilməsinin çətinləşməsi; - Abituriyentlərin təhsil sisteminə olan inamını itirməsi; - Müasir dövrün tələblərinə uyğun olaraq təhsilin sistemləşdirilməməsi; - Xarici universitetlərdə ali təhsilə üstünlük verilməsi; - Ermənistan diplomlarının əksər ölkələrdə tanınmaması; - Tələbələrin ixtisaslarına uyğun iş tapa biləcəyinə inanmsızlığı
Yoxsulluq və uşaqlardan işçi qüvvəsi kimi istifadə olunması qızların məktəbdən yarımçıq çıxarılmasının əsas səbəblərindən biridir. Bununla yanaşı qızların erkən evlənməsi üçün edilən təzyiqlər, evlilikdən sonra onların məktəbə buraxılmaması təhsildə qızlara qarşı ayrı-seçkiliyin böyük bir göstəricisidir. Etnik azlıqlardan olan qızlara qarşı isə ayrıseçkilik halları daha çoxdur. Məsələn, yezidi və kürd icmaları arasında qızların erkən və zorla evlənmələri üçün güclü təzyiqlər mövcuddur. Ənənəvi və dini stereotiplər qızların 13- 16 yaşları arasında evlənməsini tələb edir. 18 yaşlı və daha böyük qızlar digər azyaşlı qızlardan kənarda qalırlar, "yaşlı" və ya "qocalmış" sayılırlar, bu da qızların məktəbdən ayrılmasına və erkən ailə qurmasına səbəb olur. Ermənistan Yezidi Milli Birliyinin sədri Əziz Tamoyanın sözlərinə görə, orta məktəbdən çox az sayda qızlar məzun ola bilirlər, çünki bir qayda olaraq, nişanlanandan və ya erkən nigahdan sonra qızlar məktəbdən kənarda qalırlar
Ermənistanın Milli Statistika Xidmətinin 2017-ci il üçün verdiyi məlumatlara görə, Ermənistanda rəsmi qeydiyyatdan keçmiş 76 624 nəfər işsiz olmuşdur, onlardan 50,593 nəfəri, yəni 60 %-dən çoxu qadındır. 2018-ci ildə verilən məlumatlara görə, 25 yaşdan yuxarı olan erməni qadınlarının 17,3 faizi iş tapa bilmir. İrəvan Dövlət Universitetinin müəllimlərindən olan Ani Kojoyan azatutyun.am saytına olan müsahibəsində bununla bağlı olaraq bildirmişdir: "Ermənistanda qadınların hüquqlarının qorunmasına kömək edəcək bir mühit yoxdur. Qanunvericilikdə bu məsələ ilə bağlı heç bir problem yaşanmır, lakin kağız üzərində yazılan və tətbiq olunan arasında böyük fərqlər vardır”. 324 Digər bir problem isə Ermənistanda qadınların orta aylıq əmək haqqının iqtisadiyyatın bütün sahələrində kişilərə nisbətən daha azlığı və kişi işəgötürənlərin sayının qadın işəgötürənlərin sayından 4 dəfə çox olmasıdır.325
Təhsilə mane olan digər bir amil hərbi xidmət problemidir. Belə ki, Ermənistanda oğlan tələbələrin bakalavr təhsilini bitirəndən dərhal sonra hərbi xidmətə çağırılması və onlara təhsil almaq üçün möhlətinin verilməməsi təhsilə vurulan ən böyük zərbələrdən biridir. Ermənistanın keçmiş Müdafiə naziri Viqen Sarqsyan hesab edirdi ki, təhsilə görə möhlətin verilməsi hərbi xidmətdən yayınmaq problemləri yarada bilər və tələbələr təhsildən bu məqsədlə istifadə etməməlidirlər. Lakin anlamaq çətin deyildir ki, hərbi xidmətdən qayıdan tələbə artıq gündəlik gəlir qazanmaq mənbələrinə yönəlir və təhsildən tədricən uzaqlaşır. Bu da ölkədə elmə marağın getdikcə aşağı düşməsinə gətirib çıxarır
ERMƏNİSTANDA KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ VƏ QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARI
Televiziyalar Müasir dünyada kütləvi informasiya vasitələri həm insanların qısa zamanda dünyada baş verən hadisələr haqqında məlumat ala bilməsi, həm də ictimai rəyin formalaşdırılması və məqsədli şəkildə idarə olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan sürət və yayım etibarı ilə televiziya daha aparıcı rol oynayır. Çünki həm vizual, həm səsli, həm də yazılı informasiyaları özündə cəmləşdirən televiziyalar daha çox izlənmə səviyyəsinə malikdir. Ermənistan televiziya tarixini iki mərhələyə bölmək olar: 1. Sovet İttifaqının süqutundan əvvəlki mərhələ – 1956- 1991-ci illər; 2. Müstəqilliyin elan edilməsindən sonrakı mərhələ – 1991- ci ildən sonra. Ermənistan Respublikasının mediya sahəsindəki ilk qanunu 1991-ci il oktyabrın 8-də “Mətbuat və Kütləvi İnformasiya vasitələri” haqqında qanundur. “Radio və Televiziya qanunu” isə 1996-cı ildə qəbul olunmuşdur 330. Ümumilikdə, Ermənistan televiziya tarixi 1956-cı ildə Televiziyanın müntəzəm yayımları ilə başlanmışdır. Sovet dövrünün tələblərinə uyğun olaraq televiziyalar vahid ideoloji doktrinaya sadiq qalır və əsasən kommunist təbliğatı ilə məşğul olurdu.
SSRİ dağıldıqdan sonra KİV sistemində hüquqi, iqtisadi, siyasi və texnoloji səviyyələrdə dəyişikliklər baş vermişdir. Tədqiqatlar göstərir ki, Ermənistanın müstəqilliyi kimi bu ölkədə kütləvi informasiya vasitələrinin, o cümlədən televiziyaların müstəqilliyi də rəmzi xarakter daşımışdır. Faktiki olaraq bütün mediya-televiziyalar, radiolar, qəzet və jurnallar, bəzi internet saytları müxtəlif qüvvələr - dövlət və siyasi partiyalar tərəfindən idarə olunur. Məsələn, ölkənin ən böyük mediya şirkəti olan PanArmenian Group bir sıra televiziya və radio stansiyalarını, eləcə də bəzi böyük rəqəmsal xəbər mənbələrini əhatə edir. Şirkət son illərə qədər Serj Sarkisyanın kürəkəni Mikayel Minasyanın nəzarətində olmuşdur. 2019-cu il fevralın əvvəlində PanArmenian Groupun səhmdarları arasında anlaşılmazlıqlar meydana çıxmışdır. Öz tərkibində dəyişikliklər baş verdiyini, fəaliyyətini dayandırdığını bəyan etsə də, əslində bu, baş vermiş dövlət çevrilişinin S.Sarkisyan və onun ailəsinə vurduğu zərbənin nəticəsi olmuşdur.331 Kentron TV-nin fəaliyyəti Qaqik Çarukyan və onun rəhbərlik etdiyi Çiçəklənən Ermənistan Partiyasına aiddir. Yerkir Media TV kanalı Erməni İnqilabçı Federasiyası (Daşnaksütyun Partiyası) ilə əlaqələndirilir ki, bu, televiziyanın fəaliyyətində də açıq-aydın özünü göstərir.
AR TV Hüququ Üstünlük Partiyasını təmsil edir və kanalın adı iş adamı Hrant Vardanyanın ailəsi və Grand Candy şirkəti ilə əlaqələndirilir 332. Ermənistan Respublikasında jurnalistlərin döyülməsi və təhqir edilməsi adi hal almışdır. Bu ölkədə KİV-lərin azad olmadığı, dövlət qurumları tərəfindən idarə olunduğu qlobal miqyasda beynəlxalq təşkilatlar tərəfindən də dəfələrlə səsləndirilmişdir. Sərhədsiz Reportyorlar beynəlxalq qeyrihökumət təşkilatının 2017-ci ildə yayımladığı hesabatda yazılırdı ki, Ermənistan media fəaliyyəti sahəsində azad olan ölkələr arasında 80-ci yeri tutur333. Müstəqilliyini elan etdikdən sonra Ermənistanın tarixində media fəaliyyətinə ilk dövlət müdaxiləsi A1 Plus telekanalının bağlanması ilə başlamışdır. Belə ki, kanal Prezident Robert Koçaryanın hakimiyyəti illərində dövlət və hakimiyyət haqqında yayımladığı obyektiv xəbərlərə görə, 2002-ci ildə anidən fəaliyyətini dayandırmışdır. Telekanal dəfələrlə yenidən fəaliyyətə başlamaq üçün cəhdlər etsə də, bu heç bir nəticə verməmişdir. Hal-hazırda telekanal öz fəaliyyətini internet üzərindən davam etdirir.334 Kanalların bağlanmasının bir digər səbəbi isə Ermənistanda reklam biznesinin çox aşağı səviyyədə olmasıdır. Belə ki, ümumi izlənmə səviyyəsi kifayət qədər olmayan özəl
kanallar reklam biznesi qura bilmədiyi üçün gəlir əldə edə bilmir və nəticədə bağlanma təhlükəsi ilə üz-üzə qalır. Bu və digər səbəblərdən fəaliyyətini dayandıran kanallar aşağıdakılardır: A1plus (1993-2002), ALM ( 2002-2011), Nork (1978-2003), Nor Alik (2003-2007), ART 13 (1995-2004), Hayreniq TV (2002-2011), Hay TV (1999-2012),TV5 (2002- 2012), Noyyan Tapan (1996-2001), Armenakob (1999-2008), Avetis (1995-2007), Cinemax (2002-2004), Ejmiatzin TV (1994- 2000), Mayr Hayrenik (1994-1999), Ayg (1996-1999), M-tv ( 1996-1998), Business TV (1997-2000), Biayni (1996-2000)335 Müstəqilliyin elan edilməsindən sonra fəaliyyət göstərən televiziyaları fəaliyyət istiqamətinə, yayım əhatəsinə, radioötürücü peyklərdən istifadəsinə görə 4 yerə bölmək olar: 1. İctimai və dövlət televiziyaları; 2. Özəl televiziyalar; 3. Bölgə televiziyaları; 4. İnternet televiziyaları. İctimai və dövlət televiziyaları Ermənistan Televiziyası 1956-cı ildə yaradılmış ilk dövlət kanalı olmuşdur. İlk müntəzəm yayımlar gündə 2 saat, həftədə dörd dəfə olmaqla - çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günlərində efirə verilirdi. 1957-ci ildən etibarən isə televiziya müntəzəm yayımlara başlamışdır. 1970-ci ilə qədər televiziyanın yayım dairəsi yalnız İrəvanı əhatə etmiş, sonralar Qafan, Qacaran, Sisyan (Zəngəzur), Amasiya (Ağbaba) kimi ərazilərdə də yayımlanmağa başlamışdır. 1973-cü ilin martında kanalın ağ-qara yayımdan rəngli yayıma keçməsi üçün hazırlıqlar başlanılmış və 1973-cü il mayın 1-də ilk rəngli yayım efirə verilmişdir. 1977-ci ildən telekanalın gündəlik yayım müddəti gündə 12 saata çatdırılmışdır. 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsi zamanı bu məsələ televiziya kanalında gündəmə gətirilmiş, Ermənistan Ali Sovetinin sessiyasından və işğal olunmuş Dağlıq Qarabağ regionundan canlı yayımlar efirə verilmişdir. Nəticədə verilən saxta xəbərlərlə kanal həmin dövrdə milli şüurun azərbaycanlıların əleyhinə inkişafını təmin etməyə çalışmışdır. 1991-ci ildə Ermənistan müstəqilliyin elan etdikdən sonra kanal Ermənistan Respublikası Dövlət Televiziya və Radio Şirkətinə çevrilmişdir. 2000-ci ildən isə kanal Ermənistan Respublikası İctimai Televiziya və Radio Kompleksi adlandırılmışdır. Kanalda “Bizim arxivimiz”, “Kilsədə bir həftə”, “Ermənistan yollarında”, “60 dəqiqədə xəbərlər” və s. kimi proqramlar yayımlanır.336 Ermənistan İkinci TV kanalı 1999-cu ildə yaradılmışdır. 2001-ci ildə bütün media şirkətlərinin yenidən qeydiyyatını tələb edən lisenziyalaşdırma haqqında qanun qəbul edilmiş, bu səbəbdən də həmin ilin fevralın 2-də kanal Promoteus adı ilə fəaliyyət göstərməyə başlamışdır.337 Bu televiziya 2001-ci ilin avqustun 24-dən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ
Fəaliyyət göstərən telekanallar əksər hallarda hökumətin nəzarətində olmuşdur. Bu da ölkədə mediya azadlığının təmin olunmamasına səbəb olmuş və yayımlanan proqramların qərəzli, subyektiv olmasına gətirib çıxarmışdır. Beləliklə, müstəqilliyin elan etdikdən sonra Ermənistan Respublikasında fəaliyyət göstərən televiziyalarda mövcud olan əsas problemləri aşağıdakı kimi qruplaşdırmaq olar: 1. Ermənistan Respublikasında mövcud olan qanunlara zidd olaraq telekanallar siyasi partiyalar və onların üzvləri, iş adamları və s. tərəfindən idarə olunur; 2. Ölkənin siyasi sistemi ilə bağlı önəmli anlarda telekanallar obyektiv yayımlar etmir, hakimiyyətin siyasətini əsas prioritet kimi qəbul etməli olur; 3. Yayımlanan kanallar dövlət qurumları tərəfindən izlənilir və yayımlanan verilişlər dövlətin daxili siyasətinə uyğun olaraq seçilir. Hakimiyyətin siyasi fikirlərini dəstəkləməyən, onlara müxalif olan telekanallar siyasi təqiblərə məruz qalır və bunun nəticəsində də fəaliyyətini dayandırmalı olur.
Ermənistan Respublikasında əhalinin məlumat əldə etdiyi əsas mənbə televiziyalardır. CRRC-nin (Caucasus Research Resource Center) araşdırmalarına əsasən 2011-ci ilin yanvar-fevral aylarında Ermənistan əhalisinin 90 %-i televiziya, 7 %-i internet, 2 %-i radio, 1 %-i isə qəzet vasitəsi ilə məlumat alıblar. 361 Ermənistanda mövcud olan əsas radiostansiyalar
İrəvan şəhərində fəaliyyət göstərir. Belə ki, Ermənistanda fəaliyyət göstərən 23 radiostansiyadan 21-nin mərkəzi İrəvanda yerləşir. Bu radiostansiyalarda əsasən musiqili və əyləncəli proqramlar yayımlanır. Bununla yanaşı bütün radiostansiyalarda gündəlik baş verən hadisələrin qısa xəbər icmallarına da yer verilir. Yalnız iki regionda radiolar fəaliyyət göstərir: Vanadzorda (Böyük Qarakilsə) Miq Radio, Gümrüdə Şant Radio. Ermənistanda ikisi özəl olmaqla üç əsas radiostansiya - İctimai Teleradio, AR Radio Intercontinental (Beynəlxalq radio) və Radio Hay (Erməni radiosu) bütün ölkə daxilində yayımlanır. Ermənistanın özəl radiostansiyaları musiqili və əyləncəli proqramlarla yanaşı xəbərlər və gündəlik hadisələrin qısa icmalını da yayımlayırlar. Anti-türk, antiAzərbaycan təbliğatı, qatı erməni millətçiliyi proqramlarda üstünlük təşkil edir. CRRC-nin araşdırması göstərir ki, dinləyicilərin əksəriyyəti radiodan musiqiyə (77%), xəbərlərə (53 %) və müsahibələrə (11 %) qulaq asmaq üçün istifadə edir.
Qeyri-hökumət təşkilatları Məlum olduğu kimi, sovet dövründə Ermənistanda qeyrihökumət təşkilatları mövcud deyildi. 1988-ci ildə baş verən Spitak zəlzələsindən və Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarından sonra qeyri-hökumət təşkilatları meydana çıxmağa başladı. Ermənistan hökuməti zəlzələdən sonra yaranan çətin vəziyyətin öhdəsindən gələ bilmədiyinə görə QHT-lərin fəaliyyətini və yardımlarını qəbul etməyə məcbur oldu. Bu, Ermənistanda QHT-lərin formlaşmasının ilk mərhələsi idi. QHT-lərin çoxu İrəvanda yaransa da, əyalətlərdə də yerli təşkilatlar meydana çıxmağa başladı. Ermənistanda 2019-cu ilin məlumatına görə, 5 minə yaxın QHT-nin qeydiyyatdan keçməsinə baxmayaraq, onların əksəriyyəti yalnız kağız üzərindədir. 1990-cı ildə beynəlxalq donor ölkələrinin Ermənistanda layihələr həyata keçirməyə başlamasından sonra QHT-lər haqqında qanunun qəbul
Ermənistanda fəaliyyət göstərən QHT-lərin üzləşdiyi əsas problemlərdən biri onların maliyyə davamlılığının olmamasıdır. Maliyyə sahəsində yaranan bu problemi aradan qaldırmaq üçün onlar müxtəlif potensial maliyyələşdiricilərlə əməkdaşlıq edirlər. QHT-lər müxtəlif toplantılar, sərgilər, konsertlər keçirməklə özlərinin pula olan ehtiyaclarını ödəyirlər. Lakin onların əksəriyyətinin marketing və maliyyə idarəetmə bacarıqları sahəsində təcrübələri olmadığı üçün bu prosesdə çətinlik çəkirlər. Ermənistanda fəaliyyət göstərən QHT-lər xarici maliyyə mənbələrindən asılıdır. Bu təşkilatların demək olar ki, əksəriyyəti Qərb ölkələrinin köməkliyi ilə fəaliyyət göstərirlər. Erməni diasporası da bu təşkilatlara pul vəsaiti ayırmaqla və müxtəlif yardımlar göstərməklə onlarla əməkdaşlıq edirlər386. Bu da həmin təşkilatların fəaliyyətini istədikləri yerə istiqamətləndirməyə imkan verir. Ermənistandakı QHT-ləri 3 əsas qrupa bölmək olar: Birinci qrup 2018-ci il “küçə inqilabı”ndan əvvəl hökumətin əli ilə qurulmuş QHT-lərdir. Əvvəlki hökumət və ya keçmiş rejim tərəfindən dəstəklənən oliqarxların nümayəndələri tərəfindən yaradılan bu təşkilatlar konkret
kinci qrupa daxil olan QHT-lər erməni diasporası tərəfindən daha çox müdafiə edilirlər. Belə QHT-lərin fəaliyyətinin başlıca məqsədi Ermənistanda mövcud olan zəif iqtisadi və sosial şəraitdə yaşamağa məcbur olan vətəndaşlara köməklik göstərməkdir. Üçüncü qrup ən kiçik QHT-lərdir. Onların başlıca vəzifələri hökumətin fəaliyyətini izləmək, hüquqi və siyasi dəyişikliklər üçün lobbiçilik fəaliyyəti ilə məşğul olmaq, ölkədə tüğyan edən insan hüquqlarının kobud surətdə pozulmasına səbəb olan halların qarşısını almaqdır. Ermənistan Respublikasında mövcud olan QHT-lər əsasən Loridə ( Sülh danışıqları, Tam həyat, QHT Mərkəzi, Sülh dialoqu, İcmaların birləşməsi və dəstəklənməsi, Zangakatoun və s.), Şirakda (Gümrünün müasir sənət mərkəzi, Şəhər araşdırma mərkəzi, Rusiya, Erməni Apostol kilsəsinin Şirak yepiskopluğu və s.), Sünikdə (Teni kooperasiyası, Qadınların İnkişaf Mərkəzi, Mehri qadınlarının araşdırma mərkəzi və s.), İrəvanda (Yeni Ermənistan, Polşa, Ermənistan yezidilərinin milli birliyi və s.) yerləşir387.
Dostları ilə paylaş: |