Buklet “İnsan alverinə qarşı mübarizə
üzrə Milli Fəaliyyət
Planının icrası ilə bağlı Tədbirlər Planı” nın (2009-2013-cü illər)
“11ç” bəndinin həyata keçirilməsi məqsədi ilə Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
Bukletdə dərc olunanlar Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi ilə
razılaşdırılmışdır.
İnsan alveri qurbanlarının
cəmiyyətə inteqrasiyasına
mane olan psixoloji amillər:
özlərini alçalmış, təhqir olunmuş hiss edirlər;
“Mən heç kimə lazım deyiləm” düşüncəsi onların
psixologiyasına “yerləşir”;
cəmiyyətin qınaq obyektinə çevrilməkdən
qorxurlar;
özlərini cəmiyyətdən təcrid edib, tək qalmağa
üstünlük verirlər;
ünsiyyətdən yayınırlar;
kimliklərini hamıdan gizlətməyə çalışırlar;
çıxılmaz vəziyyətdə olduqlarını düşünüb, bəzən
intihara da əl atırlar.
Belə insanlar yalnız psixoloqun köməyilə normal
həyata qayıda bilərlər. Bu məqsədlə reabilitasiya
mərkəzləri fəaliyyət göstərir. Mərkəzlərdə qurbanlar
psixoloji, hüquqi yardım və s. ilə təmin olunurlar.
İnsan alverinin qurbanlarına yardım
İnsan alverinin qarşısının alınması və qurbanlara
kömək məqsədilə yaradılmış, həftənin bütün günləri
24 saat ərzində respublika ərazisində ödənişsiz
xidmət göstərən, dünyanın istənilən ölkəsindən
zəngləri qəbul edən “Qaynar xətt” telefon xidməti
fəaliyyət göstərir.
BU ALVERİN QURBANI OLMAQDAN
ÖZÜNÜZÜ QORUYUN!
İNSAN ALVERİ
QAYNAR XƏTTƏ ZƏNG ET:
152 və ya (+99412) 562-21-12
Cinsi yolla ötürülən xəstəliklərə yoluxma ehtimalı
böyük olan cinsi istismarın qurbanları başqa insanlar
arasında da bu xəstəlikləri yayırlar. Tibbi müayinədən
keçmədiklərindən, həmin qadınlardan hansının xəstə
olduğunu müəyyənləşdirmək mümkün deyil. Daha
çox gizli həyat yaşadıqlarından, fahişəliyin törətdiyi
fəsadların aradan qaldırılması məqsədilə onları
aşkarlayıb müayinəyə cəlb etmək də çətin olur.
Cinsi yolla ötürülən xəstəliklər:
süzənək (qonoreya);
sifilis;
genital herpes;
bakterial vaginoz (və ya qardnerellez);
kandidoz;
trixomonoz;
ureaplazmoz;
genital xlamidioz;
sitomeqalovirus;
İİV/QİÇS.
Risk qrupları:
az təminatlı və ya içki düşkünü olan ailədəki uşaqlar;
ailədə zorakılıqla qarşılaşan uşaqlar;
narkotikdən asılı olanlar;
maddi imkanları məhdud olan tənha analar;
miqrantlar;
sabit yaşayış yeri olmayan şəxslər;
İİV-lə yaşayanlar;
avaralıqla və ya dilənçiliklə məşğul olanlar;
səfil, əxlaqsız həyat tərzi sürənlər;
kimsəsiz, baxımsız, təhsildən qərəzli şəkildə
yayınan uşaqlar;
narkotik vasitələrdən və psixotrop maddələrdən
asılılığı olan şəxslər.
Yaş
Əsasən 18-30 yaşında olan qadınlar fahişəliyə cəlb
oluna bilərlər.
Təhsil səviyyəsi
təhsilin olmaması və ya aşağı səviyyədə olması;
natamam orta;
peşə təhsilinin (ali və ya orta ixtisas) olmaması və
ya natamam peşə təhsili.
Məşğuliyyət
işsizlər;
məktəb, kollec və internat məzunları;
daimi iş yeri olmayanlar;
əyləncə və model biznesilə məşğul olanlar;
tələbələr, xüsusən ailəsindən uzaq, yataqxanada
yaşayanlar;
müvəqqəti iş yerlərində çalışan miqrantlar.
İnsan alveri insan hüquqlarını pozmaqla
yanaşı, ailə və cəmiyyətin dağılmasına
səbəb olur, əhalinin sağlamlığını
zəiflədir.
İnsan alveri - yəni şəxsin alqı-satqısı və ya ona
sahibliklə əlaqədar digər əqdlərin bağlanması, ya-
xud onun istismar edilməsi məqsədilə Azərbaycan
Respublikasının dövlət sərhədindən keçirilməsi
üçün və ya eyni məqsədlə digər şəxslərə verilməsi
üçün cəlb edilməsi, idarə edilməsi, saxlanılması,
gizlədilməsi, daşınması, verilməsi və ya qəbul
edilməsi deməkdir.
İnsan istismarının
növləri bunlardır:
cinsi istismar;
məcburi əmək (xidmət);
köləlik, köləliyə bənzər adətlər
və onlardan irəli gələn
asılılıq vəziyyəti;
insan orqanlarının və
toxumalarının qanunsuz
çıxarılması;
şəxs üzərində qanunsuz
biotibbi tədqiqatların aparılması;
qadının surroqat ana kimi
istifadə edilməsi.