Хошбяхт ялийева



Yüklə 1,46 Mb.
səhifə1/14
tarix02.01.2022
ölçüsü1,46 Mb.
#2156
  1   2   3   4   5   6   7   8   9   ...   14

İnsan dənizi


VAQİF SULTANLI


İNSAN DƏNİZİ
roman

Bakı-Azərnəşr-2014






Ön sözün müəllifi:

Dr.Əhməd Sami El Aydi

(Qahirə, Misir)



S-92 Vaqif Sultanlı.

İnsan dənizi (roman). II nəşr, Bakı, Azərnəşr, 2014, 256 səh.
Kitaba müəllifin nəsr yaradıcılığında хüsusi yer tutan «İnsan dənizi» romanı daхil edil­mişdir. Ha­disələrin ötən əsrin səksəninci illərində cərəyan etdiyi ro­manda ölüm cəzasından хilas olmuş insanın taleyi fonunda özgələşmə probleminin bədii-fəlsəfi mahiyyə­ti aşkarlanmışdır.

© Gənclik, 1992

© Azərnəşr, 2014
«İNSAN DƏNİZİ»NDƏ

TƏNHALIĞIN FACİƏSİ

Çağdaş dünya ədəbiyyatında romanın aparıcılığı yalnız onun bəlli janr çalarları ilə məhdudlaşmır, həmçinin burada qal­dırılan hər hansı problemin hüdudsuz ifadə imkanları ilə şərt­lənir. Bəlkə bu səbəbdən də ədəbi istedadın dəyərləndiril­məsində ən mühüm meyar digər janrlardan daha çox romanın timsalında gerçəkləşir.

İmzası Azərbaycan oxucularına yaxşı tanış olan yazıçı Vaqif Sultanlının qələminə məxsus roman, povest, hekayə, mi­niatür, esse və digər janrlarda yazılan örnəklər təkrarsızlığı, bən­zər­sizliyi ilə seçilir. Bu, bir tərəfdən yazıçının istedadının mahiy­yətin­dən qaynaqlanırsa, digər tərəfdən onun sözə ciddi münasi­bə­tindən irəli gəlir.

Müəllifin «İnsan dənizi» romanı çağdaş Azər­baycan nəs­rinin təkrarsız örnəklərindən biri olmaqla, özünə­məsus bədii özəlliklərə malikdir. Bu özünəməxsusluq romanın ideya-məz­mun sərhədləri ilə məhdudlaşmayib, həmçinin forma, dil və üs­lub arealını əhatə edir.

Romanın mahiyyətində dayanan çeşidli problemlərin qov­şağında tənhalıq fəlsəfəsi orijinal bədii həllini tapmışdır. Həm­çinin qeyd olunmalıdır ki, burada tənhalıq klassik məzmun daşı­mayıb, daha çox çağımızın mənəvi ağrılarını oluşduran özgə­ləş­mə problemi müstəvisində gerçəkləşir.

«İnsan dənizi» romanında müəllifin yaratmış olduğu ob­raz­lar daxili-mənəvi dünyasının bənzərsizliyi, təkrarsızlığı ilə seçilir. Yazıçı öz qəhrəmanlarını inandırıcı cizgilərlə, gerçək bo­yalarla canlandır­maq üçün bədii sözün bütün imkanlarından ya­rarlanmağa çalışır. Kəsişən, çarpazlaşan münaqişələr fonunda ob­razların mənəvi dünyasının müxtəlif baxiş bucaqlarından işıqlandırılması fərqli çalar və cizgilərin üzə çıxarılmasına im­kan verir.

Yazıçının bəhrələndiyi çeşidli bədii üsullar, tərz və üslub çev­rilimləri hadisə və əhvalatların dramatizmini güclən­dirir. Daxili monoloqların, fəlsəfi düşüncələrin üstünlüyü ilə müşayiət olunan süjet xətti həyatın sərt gerçəkliklərinə dayanan real hadi­sələri ehtiva edir. Müəllif təhkiyəsindən daxili monoloqlara çe­vik keçidlər əsərin bədii strukturunu kamilləşdirməklə yanaşı, psi­xologizmi artırır. Təsvir olunan lövhə və epizodların təsadüfi səciyyə daşımayıb biri-birindən törəməsi əsərin bədii tamlığını şərtləndirir.

«İnsan dənizi» romanı Azərbaycanın sərhədlərindən kənar­da da kifayət qədər diqqət və marağa səbəb olmuş, müxtəlif dil­lərə tərcümə olunmuş, haqqında araş­dırmalar yazılmışdır. Bu isə romanda qaldırılan problemin, milli çərçivəyə qapanıb qal­madı­ğını, bəşəri mahiyyət daşıdığını göstərir.

Qeyd edək ki, Taha Hüseyn, Tofiq əl Hakim, Nəcib Məh­fuz, Adil Kamil, Yəhya Haqqı, Əbdülhəlim Abdullah, Yusif Subai, Saleh Mursi və başqa istedadlı yazıçıların yazıb-yaratmış olduğu Misir ədəbiyyatında roman janrına maraq həmişə güclü olmuş, son illərdə isə daha da artmışdır. Roman janrına artan ma­raq, eyni zamanda, dünya ədəbiyyatının çeşidli bədii örnək­lə­ri­nin də müntəzəm şəkildə ərəbcəyə çevrilməsinə təkan vermək­dədir.

«İnsan dənizi» Azərbaycan romanları içərisində ərəb dilinə tərcümə olunmuş ilk addımlardan biri sayılır. Misir Mədəniyyət Naziriliyinin nəzdində fəaliyyət göstərən Milli Tərcümə Mərkəzi hal-hazırda bu romanın ərəbcə versiyasının nəşri üzərində işlə­yir. Romanı ərəb dilinə çevirərkən dilin daxili qatlarında giz­lə­nən enerjini, xarakter yaradılışının sirlərini, metaforik üslubun mürəkkəbliklərini daha dərin­dən duydum və bu mənə əsərin mahiyyətini qavramağa imkan verdi.

Əsərin ərəbcəyə çevrilməsi həmçinin Misir və Azərbaycan ədəbiyyatının qarşılaşdırılması, müqayisəli tədqiqi üçün də yeni material verəcəkdir. Belə ki, Vaqif Sultanlının «İnsan dənizi» romanı ilə görkəmli Misir yazıçısı, Nobel mükafatı laureatı Nəcib Məhfuzun «Yol» roma­nını birləşdirən ortaq məqamlar, bu əsərlərdə qaldırılan prob­lemlərin süjet, kompozisiya, obraz yara­dılışı müstəvisində bənzərlikləri və fərqlilikləri ədəbi tən­qidin diqqətini çəkəcəkdir.

Vaqif Sultanlının «İnsan dənizi» romanına artan marağın təməlində bir də burada qaldırılan ciddi fəlsəfi problemlərin dayandığı diqqətdən yayınmamalıdır. Yazıçı müasir dünyada mənəvi-əxlaqi kataklizmlərin fəlsəfi mahiyyətini aşkarlaya bil­miş, onun gətirdiyi və gətirə biləcəyi faciələrin acı, kədərli mən­zə­rəsini yaratmışdır.

Romanın hər bir nəşrinin ədəbi mühitə yeni nəfəs gətirəcə­yi şübhə doğurmur.


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin