I BÖLMƏ
MƏDƏNİ ANTROPOLOGİYADA QENDER PROBLEMATİKASININ NƏZƏRİ-METODOLOJİ VƏ
MƏDƏNİ-KONSEPTUAL ƏSASLARI
MÖVZU.
MƏDƏNİ ANTROPOLOGİYADA QENDER
PROBLEMATİKASINA GİRİŞ
•
Mədəni antropologiyanın mahiyyəti
•
Antropologiyada «cins» və «qender» anlayışlarının nisbəti problemi. Qender mifologiyasının
xüsusiyyətləri, onun sosial və humanitar elmlərdə tətbiqi mümkünlüyü
•
Azərbaycanda qender tədqiqatları
Mədəni antropologiyanın mahiyyəti
Antropologiya, müasir elmlərin hadisəsi olaraq, inkişaf etmiş cəmiyyətlər və cəmiyyətlərin digər
növləri ilə dialoqun daha doğrusu, poliloqun, aparılması vasitəsilə öz-özünün dərki imkanlarını artırır.
Belə qarşılıqlı fəaliyyətin nəticəsində məlum oldu ki, cəmiyyətin digər növlərini fərqləndirmək prinsipi,
nəinki müxtəlif səviyyəli cəmiyyətlərin müqayisəli təhlili zamanı, həm də müxtəlif mədəniyyətlərin
öyrənilməsində özünü doğruldur. Müasir psixologiyanın bəzi məktəblərinin inkişafı nəticəsində bizim,
insanların psixik həyatı haqqında təsəvvürlərimiz dərinləşmiş, hər bir insanın özünəməxsusluq haqqında
məsələnin qaldırılmasına imkan yaratmışdır. «Digər» kateqoriyasının vacibliyi həm də onunla bağlıdır
ki, o müxtəlif hadisələrin qarşılıqlı fəaliyyəti zamanı hər bir tərəf üçün öz məzmunu ilə bağlı olan
keyfiyyətləri ifadə etməyə imkan tapır. Təsadüfi deyil ki, məhz antropologiya, qısa bir müddətdə külli
miqdarda material toplayaraq, insan haqqındakı təsəvvürlərdə irqi, milli və mədəni məhdudluğunu
aradan qaldırmağa nail olmuşdur.
İnsan probleminin hərtərəfli və kompleks təhlili üzərində bir çox elmi fənlərin nümayəndələri
çalışır. Burada həm geniş təbii-elmi sahəni (anatomiya, nevrologiya, fiziologiya, təbabət), sosial elmləri
(sosiologiya, iqtisadiyyat) və humanitar kompleksi (tarix, filologiya, dilçilik) həm də psixologiyanın
müxtəlif sahələrini və, nəhayət, fəlsəfəni qeyd etmək olar. İnsan fenomeninin xüsusiyyəti, həm də sərhəd
sahələrdə yerləşən elmlərin yaranmasını (sosibiologiya, antropogeoqrafiya) müəyyən edir.
Antropologiyanın özündə də tədqiqatçılar öz planlarını realizə edərkən, bir sıra ixtisaslaşdırılmış
istiqamətlərin, o cümlədən tarixi, tibbi, pedaqoji, siyasi, dini, hüquqi, ekoloji və iqtisadi sahələri inkişaf
etmək məcburiyyətində olmuşdular. Eyni zamanda əldə edilmiş biliklərin sistemləşdirilməsi hətta uzaq
gələcəkdə mümkün sayıla bilməz, eyni sözləri insanın ümumi konsepsiyası haqqında da demək olar.
Belə vəziyyətdə vahid bir elm-insanşünaslıq haqqında yox, antropoloji tədqiqatların müəyyən sahəsi
haqqında, elmi biliklərin antropoloji prinsipi və antropoloji fənlər blokundan danışmaq lazımdır. İnsan
haqqında biliklərin inkişafının müasir mərhələsində, burada təmsil olunan əsas istiqamətlər, hələ də
bütün insanşünaslığın sahəsini əhatə etmir. Yəni insan haqqında bütün mövcud nəzəriyyələrin
məhdudluğu qaçılmazdır.
Bütün deyilənləri nəzərə alaraq, tədqiqatımızın başlıca antropoloji prinsipini formula etmək olar:
insan tərəfindən yaradılmış ya da onun həyat fəaliyyətinə daxil edilən hadisələr onun başlıcı
keyfiyyətləri prizmasından, onlarla əlaqəli şəkildə öyrənilməlidir. Bu, nəinki ayrı-ayrı institutlar və ya
hadisələrə, həm də cəmiyyət və mədəniyyət kimi fenomenlərə aid edilməlidir, çünki onlar insan
tərəfindən yaradılır və alqışlanır. Təklif edilən antropoloji prinsipinin olduğu kimi reallaşdırılması üçün
aşağıdakı şərtlərə əməl olunmalıdır:
•
təhlil edilən hadisələr dəqiq təsəvvür edilməli;
•
tədqiqat obyekti olan insan fenomeninin mahiyyəti, konkret insanların əsas keyfiyyətləri haqqında
müəyyən təsəvvürlər olmalı;
•
təhlil etdiyimiz hadisələr və insanların ümumi və xüsusi keyfiyyətləri arasında qarşılıqlı əlaqələrin
olmasını sübut etmək imkanını əldə etməliyik.
Qeyd edilən birinci və ikinci şərtlərin ödənilməsi, humanitar, sosial və antropoloji yönümlü bir sıra
fənlərin üzərinə düşür, bununla belə bir sıra istiqamətlərin insanın öyrənilməsi sahəsində əldə etdiyi
nailiyyətlər olduqca kiçikdir. Sonuncu şərtlə əlaqədar da ürəkaçan söz demək çətindir. Məs. insan
cismaniliyinin, onun cəmiyyət və mədəniyyətin layihələşdirilməsinə təsirinin öyrənilməsində böyük
boşluqlar var. Bundan başqa, insanın müxtəlif obrazları, o cümlədən müxtəlif birləşmə növlərində
subyekt, ayrı-ayrı mədəniyyət növlərinin (submədəniyyətinin) daşıyıcısı, fəaliyyətin müxtəlif növlərinin
iştirakçısı obrazının öyrənilməsi yalnız son zamanda başlanılıb. Qeyd edilən prinsipin tətbiqinə dair
demək olar ki, burada da fəaliyyət üçün geniş imkanlar var. Son illər ərzində sosial və humanitar
biliklərin müxtəlif sahələri çox maraqlı inkişaf xüsusiyyətlərini nümayiş etdirir, bu hal da müasir elmin
başlıca paradiqmaların (əsasların) böhranının ifadəsi kimi qiymətləndirilir. Bütün bu meyllər və hadisələr
postmodern ideyaların təsiri altında əmələ gəlsə də, son nəticə etibarı ilə onlar postmodernizmin təsirinə
bir reaksiyadır.
XX əsrin əvvəlləri ənənəvi elmin əsaslarından biri olan avropasentrizmin devrilməsi ilə
səciyyələnir. Təsadüfi deyil ki, məhz bu zaman, insanın ifadəolunmasının müxtəlifliyi haqqında
təsəvvürlərin formalaşmasında hədsiz dərəcədə böyük rol oynayan antropologiya meydana gəlmişdir.
Bu məhdudiyyət aradan qaldırılandan sonra əvvəlki elmin daha bir çatışmamazlığı aşkar olundu:
«insan» və «bəşəriyyət» anlayışları onların kişi nümayəndələrinin ideyaları, həyat tərzi və təsəvvürləri ilə
eyniləşdirilirdi. Postmodernizmin feminizm yönümü insan tədqiqatlarında birtərəfliliyinin aradan
qaldırılması yollarından biridir. Bu gün qender tədqiqatlarının populyarlığı bütövlükdə antropoloji
prinsipin həyata keçirilməsi ilə bağlıdır.
Müasir antropologiyanın inkişafında biliyin müxtəlif sahələrində əmələ gəlmiş ziddiyətli meyllər
öz əksini tapmışdır. Müasir elmin başlıca prinsiplər və metodologiyasında (birinci növbədə cəmiyyət və
insanla bağlı olanlarda) əsaslı dəyişikliklər baş verir. Bu dəyişikliklər dünyanın ümumelmi mənzərəsini,
tədqiqatın başlıca prinsiplərini, konkret paradiqmaları əhatə edir. Baş verən bütün dəyişikliklərin
mərkəzində insan, daha doğrusu onun dünya ilə qarşılıqlı əlaqələri yaratmaq istəyi, dərk etmək imkanını
yaradan keyfiyyətləri və əlamətləri durur. İnsanın vacibliyi və təkrarsızlığının qəbul olunması elmdə bir
sıra prioritetlərin dəyişilməsinə gətirib çıxardı: kütləvi, əhatəli hadisələrin tətqiqindən, antropoloji
prinsipinin geniş tədqiqi ilə bağlı ayrı-ayrı ifadə olunmalar və xüsusi variantlara keçid müəyyən olunub.
Müasir dövrdə problemin inkişaf səviyyəsinə görə müasir antropologiya sahəsinə hər hansı
istiqaməti daxil etmək üçün iki əsas meyarı göstərmək olar: insan varlığı fenomeninin bəzi ümumi
əsaslarının işlənib hazırlanması yoluna çıxmaq; sənayedən əvvəlki, şəxsi əlaqələrə əsaslanan, inkişaf
etməkdə olan cəmiyyətlər və sosial qrupların həyatının müxtəlif aspektlərini öyrənmək.
Birinci istiqamət fəlsəfi antropologiyaya aiddirsə, ikincisi ənənəvi olaraq bilavasitə sosial (mədəni)
antropologiya ilə bağlıdır. Sosial (mədəni) antropologiya müxtəlif cəmiyyətlər və dövrlərin
mədəniyyətləri haqqında sistematik müqayisəli elmdir. Bu elm ilk növbədə empirik materialların
toplanılması və təhlilinə əsaslanır. Avropa və ABŞ-da sosial (mədəni) antropologiyanın tədqiqat obyekti
– ilk növbədə inkişaf etməkdə olan cəmiyyətlər olur. Təqribən yüz illik inkişaf tarixi dövründə
antropologiyanın daxilində bir sıra xüsusi fənnlər formalaşıb. Müasir mərhələdə insanla bağlı yeni
paradiqmalar və nəzəriyyələrlə əlaqəli olaraq ayrı-ayrı fənnlərin inteqrasiyası (qovuşması) daha
perspektivli (gələcəyə ümidli olan) görünür. Demək olmaz ki, belə nəzəriyyələr var. Sovet dövründə
həmin fəlsəfi antropologiya sırf burcua hadisəsi kimi qiymətləndirilir və fəal şəkildə tənqid olunurdu.
Məhz buna görə postsovet məkanında antropologiyanın fəlsəfi sahəsi hələ ki, ilk formalaşma
mərhələsindədir, burada ciddi metodoloji əsasları axtarıb tapmaq mümkün olmur. Təxminən həmin
vəziyyətdə daha bir fəlsəfi fənn – antropologiya qalıb. Ümumiyyətlə yeniliklər burada hələ zəif inkişaf
etdiyi üçün insan və onun mədəniyyəti hələ axıra qədər öyrənilməyib. Buna baxmayaraq, fikir var ki,
antropologiya kulturologiyanın (mədəniyyətşünaslığın) tərkib hissəsidir. Mədəniyyət sahəsi uzun
müddət özü-özlüyündə nəzərdən qaçdığı üçün indi bu sahədə ayrıca bir fənnin olması olduqca vacibdir.
Sosial və mədəni antropologiyanın müxtəlif variantlarının paralel şəkildə mövcudluğu, bu fənnin
məqsəd və vəzifələrlə bağlı əks mövqelərin olması yəqin ki, ilk növbədə formalaşmaqda olan
mərkəzlərin müxtəlif əsasların inikasıdır. Ona görə də qərb alimləri bütövlükdən başlayıb sonradan
antropoloji məktəblərin müxtəlifliyinə gəlib çıxsalar da, biz, insan haqqındakı elmin özünəməxsus
xüsusiyyətlərinə uyğun olaraq müxtəlif mövqelərin təhlilindən başlayırıq. Ümid edirik ki, bu müxtəlif
məktəblər bir vaxt bir-birinə yaxınlaşacaqlar.
Antropologiyada «cins və qender» anlayışlarının nisbəti problemi. Qender metodologiyasının
xüsusiyyətləri, onun sosial və humanitar elmlərdə tətbiqi mümkünlüyü
Bu gün elmlərin artmaqda olan əlaqələri, nəzəri metodların rəngarəngliyi, tədqiqatlarda, özünə bir
sıra aspektlər və yanaşmaların müxtəlifliyi və bütövlülüyününü daxil edən fənnlərarası strategiyaların
formalaşması imkanlarını artırır. Qender yanaşması müasir elmlərin o tələblərinə cavab verir ki, onlar
istər xüsusi və təkcə, istərsə də obyektiv zərurət və tarixi müəyyənedilmə səviyyələrində qlobal və lokal
proseslərin izahını və proqnoznaşdırılmasının dolğunluğunu tam təmin edir. Buraya həm də sosiallaşma,
özünü identifikasiya (bənzətmə, oxşatma) etməsi, özünün aktuallaşdırılması (ifadə edilmə), bir də sosial
stratifikasiya və subordinasiyasını daxil etmək lazımdır,yəni qender tədqiqatları gərək sosiologiya,
psixologiya, politologiya və digər sosial və humanitar fənnlərin metodlarının üzərində qurulmalıdır.
Eyni zamanda qender problematikası və qender yanaşması tədricən müstəqil fənn statusunu
qazanır. Burada öz tədqiqat predmeti (cinsi fərqləndirilmə və cəmiyyətin stratifikasiyası, qender
sisteminin transformasiya prinsipləri, qender identifikasiyasının formalaşması meyarları), öz metadili
(fövqəl, xüsusi) olmalıdır, çünki qender tədqiqatların öz açar mahiyyətli kateqorial anlayışları da var –
qender, qender müqaviləsi, qender sistemi, qender displeyi, maskulinlik, femininlik, qender
assimetriyası, andosentrizm və s. Bu, elə bir anlayışlar sistemidir ki, onlar qender tədqiqatlar sahəsinə
müdaxilə edib, bir tərəfdən, qender stereotiplərin formalaşması və realizə edilməsi üsullarını mümkün
qədər dolğun ifadə etməyə, digər tərəfdən şəxsiyyətin ilk növbədə təbiətlə, genetika ilə yox, tərbiyə,
mədəniyyət və ideologiya ilə müəyyən edilən qender sosiallaşmasının mexanizmlərini üzə çıxarmağa
imkan verir.
Qender yanaşılması mövqeyindən kişililik və qadınlılığının fərqləri və xüsusiyyətlərin
öyrənilməsinin vacib olduğu qədər də Jinsi rol modellərinin fərqləri və spesifikasını formalaşdıran və
statuslu identifikasiya olunma və sosial tələblərin mikrosəviyyəsində cinsi fərqlərin əmələ gəlməsini
təmin edən geniş, əhatəli yanaşılması da vacibdir. Bununla belə kişi və qadınların davranışı və
ifadəolunma xüsusiyyətləri yox, cəmiyyət tərəfindən şəxsə, onun hakimiyyət və qarşılıqlı asılılıq
(subordinasiya) sisteminə cinsi aidiyyatına uyğun mümkün sayılan icazəli və yaxud qadağan edilənləri
təhlil olunmalıdır.
Qender problemləri öz tfadəsini yalnız feminizm tədqiqatlarında tapıb. Feminizm tədqiqatçıları
ona fikir veriblər ki, kişi və qadınların həyat üslubu bir sıra mədəni amillərdən (ilk növbədə cəsarətlilik
və zərifliliyin nümunələrinin mənimsənilməsindən) asılıdır. Onların tədqiqat işlərində kişililik və
qadınlılığın fərqləndiilməsi zərurəti qeyd edilir, həm də bu fərqlərin ifadəsi formalarının qeyri-
bərabərliyini müəyyən edən, mədəniyyətin məzmununun əlavə edilməsi zərurəti göstərilir.
Feminizm tədqiqatçıları tərəfindən hazırlanmış yanaşmada, cinsi sosiallaşmanın sosial
determinantlarının krossmədəni fərqlər konteksində də öyrənilməsi nəzərdə tutulur. Burada bir sıra
modernizm mövqeyində duran fərdi fərqlərin fəlsəfi və psixoloji konsepsiyaların müxtəlif növlərini qeyd
etmək olar. Psixoloqlar da elə bir qənaətə gəliblər ki, norma anlayışı ilə bağlı olan bütün təsəvvürlər az və
ya çox dərəcədə kişi normaları ilə bağlıdır. Qadın davranışının motivasiyası heç yerdə nəzərə alınmır və
təhlil edilmir. İlk dəfə olaraq klassik psixologiya və psixoanaliz subyekt-obyekt metodlar və təhlilində
androsentrizmə görə tənqid atəşinə tutulub.
Qender tədqiqatlarının inkişafı məntiqi, öz əsasını feminist və feminoloji tədqiqatlarında tapır;
burada qarşıya kişi və qadınların sosial rollarının təbiətlə müəyyən edilməsi haqqında ənənəvi
təsəvvürlərin elmi cəhətdən əsaslandırılması dərəcəsi, həqiqiliyin təhlil edilməsi məqsədi qoyulub.
Antropoloji və feminist tədqiqatları konteksində «cins» və «qender» anlayışların nəzəri səviyyədə
fərqləndirilməsi meydana gəldi. Linda Nikolson, cins və qender terminlərin istifadəsinin sosial konteksti
haqqında vacib fikri irəli sürdü. Onun fikrincə, cins sözünün istifadə edilməsi o zamana təsadüf edir ki,
kişi və qadınlar arasında fərqlər bioloji fakt hesab edilib, belə konteksdə məhz cins sözünün istifadəsi
daha yerinə düşüb. O zaman qender sözü dildə yalnız kişilik və qadınlılığın təsvirində istifadə edilən
qrammatik formalara aid edilirdi. Məlum olanda ki, kişililik və qadınlılığın arasında fərqlərin sosial
mahiyyəti də var, onda qender termininin bioloji determinasiyasını nəzərə almadan istifadə etməyə
başladılar.
Birinci olaraq «cins» və «qender» anlayışlarının fərqləndirilməsi ideyasını antropoloqlar
bəyəndilər. Müxtəlif cəmiyyətləri öyrənərkən, onlar kişi və qadın rollarının, mövqelər, xasiyyət
cizgilərinin anlanılmasında, ümumiyyətlə, bu və ya digər cəmiyyətdə kişilər və qadınların kim olduğu
anlamında xeyli fərqləri aşkar etdilər. 1972-ci ildə Rozaldo və Lamferenin redaktəsilə çıxmış və tez bir
zamanda şöhrət qazanmış «Qadın, mədəniyyət və cəmiyyət» adlı kitab dərc edilmişdir. Bu kitabın Şerri
Ortner tərəfindən yazılmış məqalələrindən biri – «Qadınlılıqla kişililiyin nisbəti təbii ilə mədəninin
nisbətinə üyğundurmu?» – sonradan böyük mübahisələrə səbəb oldu. Burada qeyd edilir ki, qadınların
reproduktiv (analıq vəzifəsi) funksiyası onun cəmiyyətdə statusunun müəyyən edilməsində ona görə
nəzərə alınmır ki, feminililik və qadınlar sosial yox, təbii aləmə uyğun olaraq bir götürülür. Ortner
feminililiyin təbii ilə, maskulinliliyin isə mədəni ilə eyniləşdirilməsinin universal və simvolik mənalarını
bütün təəssüratı ilə izləyir. Sonrakı disskussiyalarda bəzi antropoloqlar qender assimmetriyasının
universallığı haqqında öz fikrini ifadə edir, digərləri isə Engelsin məlum tezisini təkrarlayaraq deyirdilər
ki, cinslər arasındakı münasibətlərin nisbətən eqalitar xarakteri (bunlar əsasən kollektiv iqtisadiyyata
əsaslanan cəmiyyətlərdə üstünlük təşkil edirdi) tədricən kapitalizm və əmtəə-pul münasibətlərinin təsiri
altında transformasiyaya məruz qalmışdılar. Baxmayaraq ki, qender qeyri-bərabərliyi haqqında debatlar
səngimir, burada artıq antropoloji məlumatların yeni interpretasiyası (yozulması) prosesinə təkan verilib.
Demək olar ki, cins və qender anlayışlarının nisbətən anlaşıqlı izahını biz Heyl Rubinin «Qadınlar
mübadiləsi» əsərində tapırıq. Rubin psixoanalizi struktur antropologiya ilə (xüsusilə Levi-Strossun
qohumluluq sistemləri nəzəriyyəçi ilə) yan-yana qoyaraq, kişilər arasında mübadilə predmeti olan
qadınların simvolik funksiyalarını öyrənməyə başladı. Ekzoqamiya hadisəsində öz diqqətini
cəmləşdirərək, o, belə qənaətə gəldi ki, patrixətli cəmiyyətlərdə qadın mübadiləsi patriarxal nizamlılığı
qoruyub saxlayan qender sisteminin başlıca anıdır. Rubin sübut edə bildi ki, tayfalar arasında məhz
qadınların mübadiləsi kişi hakimiyyətini təkrar istehsal edir, ailədə qender identikliyinin strukturlarını
qoruyub saxlayır. Bu prosesin zirvə nöqtəsi – qadınların ev işi sahəsinə sıxışdırılıb çıxarılması (sürgün
edilməsi) və onların fəaliyyətinin təbii (bioloji) vəzifələrlə məhdudlaşdırılması olub. Rubin cins – qender
sistemi anlayışını belə izah edir: …Sex-qender sistem-cəmiyyət tərəfindən bioloji seksuallığın
transformasiyası zamanı yaranan razılaşmalar (quraşdırmalar) sistemidir, nəticədə insan fəaliyyətinin
xüsusi bir növü yaranır; bu sistem vasitəsilə insan öz dəyişdirilmiş (transformasiya) edilmiş seksual
tələbatları ödəyir. Rubinin fikrilə, qender sistemi hər iki cinsi fərqli qeyri-bərabər və hətta qarşılıqlı
şəkildə bir birini tamamlayan əslində hökmranlıq və ağalıq sistemi olan bir quraşdırmadır; onun məqsədi
– atanın əlində maddi və mənəvi (simvolik) kapitalın cəmləşdirilməsidir. Psixoloq Ruda Unqer «Jins və
qender anlayaşlarının yenidən müəyyən edilməsi haqqında» məqaləsində «cins» (seks) anlayışını yalnız
bioloji mexanizmlərin ifadə edilməsi üçün istifadəedilməsini təklif etdi. «Qender» anlayışını isə
maskulinlik və feminliliyin sosial, psixoloji və mədəni tərəflərinin ifadə edilməsi üçün istifadə olunmasını
təklif etdi. Yəni, Unqer, cinsi – bioloji, qenderi isə sosio-mədəni hadisə olduğunu vurğulayır. Bununla
belə qender və onun komponentləri (qender stereotipləri, qender normaları və identiklik) müxtəlif –
tamam maskulin və yaxud tamam feminin həddlərində fəaliyyət göstərə bilər. Üstəlik, qenderi,
şəxsiyyətin bioloji cinsindən fərqli bir mövhum olduğunu qəbul etmək lazımdır. Məs., kişi, cəmiyyətdə
kişiyə xas olmayan hərəkətlərinə yol verə bilər, bununla belə heç kəs onun kişi olmasını şübhə altına
almır.
Qender nəzəriyyəsinin inkişafında özünəməxsus xidməti olanlar sırasında Andriyenna Riç də
durur. O, «Analıq bir təcrübə və institütdür» adlı kitabında belə bir ideya ilə çıxış edir: Qender bütün
qadınları bərabərləşdirən bütöv bir anlayış deyil. Qender subordinasiyanı (vəzifə bölgüsünü) müəyyən
etməklə yanaşı, digər, hakimiyyətlə bağlı cəhətləri ilə də (irq, sinif, yaş) müşaiyət edilir. Yəni burada
qender anlayışı daha erkən qenderin binar şəklində anlamından (kişi\qadın qenderi) bir qədər fərqlənir,
bu yolla da ağalıq – tabelik münasibətlərin mürəkkəb şəbəkəsinin tərkib hissəsinə çevrilir.
Jins və qender anlayışlarının fərqləndirilməsi sosial hadisələrin dərk olunmasının yeni müstəvisinə
çıxışı təsdiqləyirdi. 80-ci illərin axırlarında tədqiqatçılar tədricən padərşahlığın tənqidindən qender
sisteminin təhlilinə, qadın təcrübəsinin özünəməxsusluğunun öyrənilməsinə keçirlər. Tədqiqat
proqramlarında «qadın amilinin» əlavə olunmasına keçid tədricən əmələ gəlir, kişi ağalığının
mahiyyətini təhlil edən konsepsiyalar yaradılır, bütün sosial proseslərdə qenderin mövcudluğu,
yaranması və təkrar istehsalı təhlil olunur.
Qender kateqoriyası, qender tədqiqatlarının özü belə cəmiyyət və mədəniyyətin feminist təhlili
üçün yeni analitik imkanları açdı. Kişililik-qadınlılıq qarşıdurması öz bioloji əlamətlərini itirir, əsas
diqqət kişilərə edilən tənqiddən qərb mədəniyyətinin formalaşması mexanizminə keçir. Sosial və
humanitar biliklərdə qender yanaşılmasının formalaşması mahiyyət etibarilə yeni nəzəriyyənin
yaranması kimi gərək qiymətləndirilməsin. Prinsip etibarilə bu – yeni, bir sıra təsəvvür və həqiqətlərə
bəzən yenidən baxılmasını, insanda dəyərlər sisteminin dəyişdirilməsini tələb edən bir nəzəriyyədir.
Sosial və humanitar idrakda qender yanaşılmasının istifadə olunması mədəniyyətə yeni baxışın
yaradılması üçün geniş imkanları bəxş edir. Qender sosial layihələşdirilməsi nəzəriyyəsi, irq, sinif və
yaşla bağlı olaraq, qenderin stratifikasiya kateqoriyası kimi düşünülməsi yolu – daha çox sosial elmlərdə
– sosiologiya, psixologiya, iqtisadiyyat və demoqrafiyada istifadə edilir. Qender – mədəni metaforadırsa,
qenderin quraşdırılması nəzəriyyəsi – əsasən humanitar elmlərdə (fəlsəfə, tarix, ədəbiyyatşünaslıq,
kulturologiya) işlədilir. Belə bölgü şərtidir: bəzən eyni tədqiqatda bir neçə yanaşma istifadə edilir və
çulğalaşdırılır. Müasir qender nəzəriyyəsində kişilər və qadınlar arasında mövcud sosial, bioloji, psixoloji
fərqləri inkar edilmir. Burada yalnız o fikir isbat edilir ki, özü-özlüyündə fərqlərin mövcudluğu, onların
sosiomədəni cəhətdən qiymətləndirilməsi və interpretasiya olunması, bu fərqlər üzərində hökmranlıq
sisteminin qurulmasından heç də bir o qədər vacib deyil.
Beləliklə, qender tədqiqatların metodologiyasının əsası – kişi və qadınların həyatında statuslar,
rollar və digər aspektlərində fərqlərin sadəcə təsviri yox, cəmiyyətdə qender rolları və münasibətləri
vasitəsilə təsdiqlənən hökmranlıq və ağalıq münasibətlərinin təhlilidir. Qender rolları, qadın və kişi
münsibətlərini ağalıq və hökmranlıq kateqoriyaları vasitəsilə müəyyən olunur. Qender tədqiqatlarında
cəmiyyət tərəfindən kişilər və qadınların sosiallaşma sistemi, əmək bölgüsü, mədəni dəyərlər və
simvollar vasitəsilə üzərinə qoyulan rollar, normalar, xasiyyət xüssiyyətləri öyrənilir. Nəticədə
hökmranlığın ənənəvi (iyerarxiya şəklində) sistemin modeli quraşdırılır.
Müasir sosial və humanitar tədqiqatlarda qender əvəzedilməz, universal bir layihə kimi işlədilmir.
Qender anlayışı nə əşya, nə predmet, yaxud çoxlu əşyalar və predmetləri bildirmir – onun tədqiqat
sahəsi, münasibətlər və proseslərin kompleksli şəkildə öyrənilməsidir. Münasibətlər səviyyəsində
düşünmək lazımdır ki, qender analitik kateqoriyası vasitəsilə istər keçmişdə, istərsə də indiki mədəni
reallığın qiymətləndirilməsi mümkün olsun. Gizel Bokun ifadəsinə istinadən demək olar ki, qender
yanaşılması yalnız ondan ibarət deyil ki, tarixi və yaxud cəmiyyəti hansısa bir model şəklində təsvir
edək, söhbət tarixdə və cəmiyyətdə müxtəliflik və dəyişkənliyinin aşkarlanmasından gedir. «Qender»
anlayışının ümumiləşdirilmiş ifadəsini göstərən yox, yunan sözü olaraq öz ilkin mənasını yəni ictimai,
«açıq razı olmama», «ixtilaf» mənasını daşıyan bir kateqoriyadır.
Azərbaycanda qender tədqiqatları
Azərbaycanın, eqalitar (əmlakın bərabər bölünməsi üzərində əsaslanan) cəmiyyətin qurulması
mərhələsində olması, dövlətin demokratiyaya doğru irəliləməsinin təzahürüdür. Buraya qender
bərabərliyi də daxildir. Bərabərlik probleminin həqiqətən çoxlu tərəfləri sırasında qadın, daha dəqiq
desək, feminist tədqiqatların töhfəsi çox böyükdür. Bərabər hüquqlar uğrunda mübarizədə öz tələblərini
irəli sürərkən, tədqiqatların iştirakçıları bu tələblərin həddlərini tapıb, içindəki zidiyyətli məqamları
aradan qaldırır, indiyə qədər yalnız kişilərə aid olan insan hüquqlarını bütün demokratik cəmiyyətə
müncər etməyə nail oldular.
1948-ci ilin dekabr ayında BMT-nin Baş Assambleyası tərəfindən insan hüquqlarının ən ümumi
Deklarasiyası qəbul olunmuşdur. Burada, birinci bənddə qeyd edilir ki, bütün insanlar, öz ləyaqət və
hüquqları baxımından azad anadan olurlar; bu Deklarasiyanın ziddinə olaraq bir çox qadınlar, cinsi, irqi
və digər əlamətlərinə görə hüquqlarının pozulmasına görə əziyyət çəkirdilər. Bu səbəbə görə, 1974-cü
ildə BMT 3010 saylı qətnaməsini qəbul edərək, 1975-ci ili Beynəlxalq qadın ilinin olduğunu elan etdi.
Qətnamədə göstərilir ki, həmin tədbirin keçirilməsinin məqsədi – qadın və kişilərin hüquqi
bərabərliyinə son qoyulmasıdır.
1950-ci ilin noyabr ayında Avropa Şurası tərəfindən insan hüquqları və başlıca azadlıqlarının
mühafizəsi haqqında Avropa konvensiyası qəbul edilmişdir. Preambulara (girişdə) qeyd edilmişdir ki,
cəmiyyətin üzvləri arasında daha böyük vəhdətin, birliyin əldə edilməsi məqsədilə, insan hüquqları və
başlıca azadlıqlarının təsdiqi və həyatda reallaşması prosesinə təkan vermək lazımdır.
1952-ci ilin dekabr ayında BMT qadın hüquqları haqqında Konvensiyanı qəbul etmişdir. Burada,
qadınların, kişilərlə bərabər, bir çox ictimai vəzifələri seçmək və seçilmək hüququ bəyan edilmişdir.
1945-ci ildə, BMT yaradılması ərəfəsində onun ilk üzvləri olan 51 ölkənin yalnız 30-da qadınların,
kişilərlə bərabər seçmək və seçilmək hüququ olsada, onlar dövlət vəzifələrdə işləmək hüququndan
məhrum idilər. XX əsrdə artıq 73 ölkədə (burada Azərbaycan səkkizinci yeri tutur) qadınlara bu hüquq
verilmişdir.
1974-cü ilin dekabr ayında BMT-nin Baş Assambleyası fövqəl şəraitdə və silahlı münaqişələr
dövründə qadın və uşaqların mühafizəsi haqqında Deklarasiyanı qəbul etmişdir. Burada təəssüflə qeyd
olunur ki, hələ də insan şəxsiyyətinin ləyaqəti və başlıca azadlıqları çox ciddi pozuntu halları ilə rastlaşır.
Birinci bəndin dördüncü maddəsində qeyd edilir ki, əməliyyatlar zamanı və yaxud işğal edilmiş
torpaqlarda repressiya və qadın və uşaqlarla qəddar, insanlığa zidd davranış formaları cinayət sayılır.
Düz beş il sonra BMT-nin Baş Assambleyası qadınlara qarşı haqsızlıqların bütün formalarının ləğv
edilməsi haqqında Konvensiya qəbul etmək məcburiyyətində oldu. Konvensiyanın preambulasında qeyd
edilir ki, müxtəlif sənədlərin qəbul olunmasına baxmayaraq, dünyada qadınların hüquqları hələ də
pozulur. Bununla bağlı olaraq, bütün dövrlərə tövsiyə edilmişdir ki, onlar, qadın və kişilərin bərabər
hüquqlu olması prinsipinin öz milli konstitusiyalar və müvafiq qanunvericiliklərə daxil etsin, hər hansı
bir şəxs, təşkilat və yaxud müəssisə tərəfindən qadın hüquqlarının pozulması halları ləğv edilsin,
ümumiyyətlə belə hallara yol verən qanun, qərar, adət-ənənə, praktika ləğv edilməli ya dəyişdirilməlidir.
Respublikada, 1998-ci ilin yanvarında Azərbaycan Respublikasının prezidenti H.Əliyev tərəfindən
imzalanmış Fərmana əsasən, qadınlar məsələsi üzrə Dövlət Komitəsinin yaradılmasını, bir də
Prezidentin, cəmiyyətin bütün fəaliyyət sahələrində qadınların rolunun gücləndirilməsi haqqında
göstərişi, önəmli, əlamətdar hadisə kimi qiymətləndirilə bilər. Prezidentin, 6 mart 2000-ci il tarixli Dövlət
qadın siyasətinin həyata keçirilməsi haqqında fərmanına əsasən, bu sahədə bir sıra tədbirlərin keçirilməsi
nəzərdə tutulmuşdur. Bununla əlaqədar nazirliklər və idarələr tərəfindən bir sıra istiqamətlər üzrə fəal
işin təşkili başlandı: qadın və iqtisadiyyat (yoxsulluq, mülkiyyət və s. problemləri), qaçqınlar və məcburi
köçkünlər, qadınlar və səhiyyə, qadınlar və idarəetmə, qadınlar və əmək, qadın hüquqları, qadın qeyri-
hökumət təşkilatların və beynəlxalq qurumların fəaliyyəti.
Azərbaycanda qender tədqiqatlarının aktuallığı, predmetin yeniliyi, bir sıra prinsipial məqamlar və
kateqoriyaların qeyri-müəyyənliyi, xalqımızın tarixində və müasir sosiomədəni həyatında qender
münasibətlərin spesifik ifadəsi ilə, XX əsrin axırı – XXI əsrin əvvəllərində Azərbaycan cəmiyyətinin
sosiomədəni inkişafı praktikası ilə qenderin nəzəri aspektinin sıx əlaqəsi ilə səciyyələnir. Azərbaycanda
qender elmi sahəsində aparılan elmi tədqiqatlarda, yükün əsas hissəsini öz üzərinə filosoflar,
mədəniyyətşünaslar, politoloqlar və bir səra digər elm nümayəndələri götürmüşlər.
Hal-hazırda respublikada yeni qanunlar işlənib hazırlanır, qadın və kişilərin bərabər hüquq və
imkanların gözlənilməsi baxımından mövcud qanunvericilik sisteminə yenidən baxılır, yəni onun qender
ekspertizası keçirilir. Bu fəaliyət, Azərbaycanın Milli Məclisi tərəfindən, ratifikasiya (təsdiqetmə) etdiyi
beynəlxalq sənədlərə uyğun, fəaliyyətdə olan beynəlxalq qadın təşkilatları və elmi-tədqiqat mərkəzlərlə
sıx təmasda olaraq həyata keçirilir (bu təşkilatlar və mərkəzlər, sosial iş təcrübəsi və qanun layihələrinin
müstəqil qender ekspertizasının keçirilməsində müəyyən təcrübəyə malikdir). Hal-hazırda, insan, o
cümlədən qadın hüquqlarını müdafiə edən 50-yə yaxın beynəlxalq konvensiya və deklarasiya Milli
Məclis tərəfindən təsdiqlənib.
Qeyd etdiyimiz müddət ərzində Azərbaycanda qender biliklərin təbliği, qender təhsili və qender
elmi sürətlə inkişaf etmiş və inkişaf etməkdədir. Azərbaycanda qenderologiyanın inkişafı və qender
mədəniyyətinin təbliğində, BMT-nin inkişaf proqramı həddlərində həyata keçirilən “Qender inkişafda”
proqramı mühüm rol oynayıb. Layihə qender biliklərin geniş təbliğinə, hərtərəfli inkişafına səbəb oldu:
burada qender mərkəzləri, treninqlərin geniş şəbəkəsi, müxtəlif konfransların keçirilməsi, mövzu ilə bağlı
çoxsaylı nəşrlərin dərc edilməsi kimi tədbirləri göstərmək olar. Qeyd olunan layihənin həyata keçirilməsi
zamanı kütləvi informasiya vasitələrinin geniş imkanları istifadə edilmiş və (bunun vacibliyi xüsusi
olaraq vurğulanmalıdır) qenderologiya sahəsində müxtəlif istiqamətlərdə aparılan tədqiqatlar üçün
müəyyən zəmin yaradılmışdır. Qender təbliğatının aparılması, müxtəlif pillələrdə qender təhsilinin
təşkili, elmi-nəzəri və konkret–sosioloji tədqiqatların aparılması haqqında təşəbbüslərin irəli sürülməsi,
qadınlar problemləri üzrə Dövlət Komitəsi, respublika QHT, bir də Azərbaycanda fəaliyyətdə olan bir
sıra beynəlxalq qurumlar öz üzərinə götürdülər.
Respublikada qender biliyinin sürətlə inkişafı və yayılmasında daha bir amil mühüm rol
oynamışdır: Azərbaycanda qender bərabərliyi işi, dəqiq və məqsədyönlü şəkildə, həm hökumət
səviyyəsində aparılan sosial siyasət sahələri, həm də müxtəlif qeyri-hökumət təşkilatları tərəfindən
istiqamətləndirilir.
Qeyd etmək lazımdır ki, respublikada son on il ərzində sosiomədəni məkanın bütün sferalarında
qadın və kişilərin bərabərliyi problemi, qadın ictimai təşkilatların əksəriyyətini cəlb etmişdir. Belə
təşkilatların sayı 80-nə yaxındır, özü də günü-gündən artır. Onlar adətən bir neçə vəzifənin öhdəsindən
gəlir, bunların sırasında aparıcı yeri, əhalinin aztəminatlı təbəqələrin sosial mənafelərinin reallaşması,
ailədə və yaxud istehsalatda qadınların hüquqlarının müdafiəsi tutur. Bu təşkilatların əksəriyyətində
hüquqşünas kadrlar var, onlar, qadın hüquqlarını məhkəmədə təmənnasız müdafiə edir. Bir sıra
təşkilatların diqqət mərkəzində həm də qaçqınlara humanitar yardımın göstərilməsi və onların, cinsindən
asılı olmayaraq, hüquqların müdafiəsi durur.
Qadın və hüquq-mühafizə qeyri-hökumət təşkilatları, müxtəlif respublika elmi və beynəlxalq
humanitar təşkilatların imkanlarından istifadə edərək, əhalinin qender maarifləndirilməsi işində xüsusi
rol oynayır. Qadın QHT, qadın və qender problemlərinə həsr edilmiş respublika və yaxud beynəlxalq
səviyyəli müxtəlif treninq, seminar, kursların təşkili və fəaliyyətində yaxından iştirak etmişdilər.
Respublikada vahid, həmrəy olan qadın hərəkatının yaranması tempinin aşağı olmasına baxmayaraq,
qadın təşkilatları, qadın hüquqlarının müdafiəsi sahəsində öz fəaliyyətini tənzimləyir və qender
bərabərliyi uğrunda mübarizədə əhəmiyyətli rol oynayırlar.
Respublikada, qender biliklərinin tədqiqatı ilə qender problemlərinin elmi tədqiqatlarını peşəkar
səviyyədə bir araya gətirən bir sıra təşkilatlar var. Qərb Universitetinin nəzdində qender tədqiqatları
Mərkəzi, alim-qenderoloqların səylərini birləşdirərək, qender tədqiqatlarını buraya cəmləşdirir; burada
bir çox istiqamətlər üzrə qender tədqiqatları proqramları tərtib edilir, qender üzrə müxtəlif elmi
ədəbiyyat nəşr edilir; Bakı Dövlət Universiteti nəzdində «Qender və tətbiqi psixologiya» kafedrası,
Azərbaycan Milli Elmlər Akademiyasının fəlsəfə və sosial siyasi tədqiqatlar İnstitutu nəzdində «Qender
və fəlsəfənin yeni istiqamətləri» şöbəsi yaradılıb.
Qeyd edilməlidir ki, respublikada qender problemləri üzrə xüsusi nəşrlər var, bundan əlavə,
çoxsaylı dövrü mətbuatda jurnal, bülleten, qəzetlər və s. buraxılır; burada bu və ya digər formada qender
problematikası ortaya qoyulur və təhlil olunur. Bunlar sırasında xüsusi olaraq beynəlxalq elmi-populyar
«Qenderşünaslıq» jurnalı qeyd edilməlidir. Qender problemlərinin tədqiqi və işıqlandırılmasında, qender
biliklərin təbliği və tədrisində Azərbaycan alimlərin bu sahədə nəşr olunan əsərləri aparıcı yer tutur
(monoqrafiyalar, broşuralar, məcmuə və bülletenlər, tədris proqramları, mühazirə mətnləri , məqalələr və
s.) .
Qərb Universitetinin nəzdindəki Qender Tədqiqatları mərkəzi 16 sosial və humanitar elmlər üzrə
qender tədqiqatları proqramları nəşr etdirmişdir. Bu proqramlar əsasında «Ali məktəblərdə qender
tədrisi üzrə tədris proqramları», «Qender: tarix, cəmiyyət, mədəniyyət» və qender tədrisi üzrə metodik
vəsait nəşr olunmuşdur.
2002-ci ildən etibarən Azərbaycan Qender İnformasiya Mərkəzi fəaliyyət göstərir – Jənubi
Qafqazda ilk informasiya-analitik kitabxana və sənədlər toplumu ilə təchiz olunmuş qadın hərəkatı
mərkəzidir. Bu mərkəz üçüncü sektorun inkişafına vətəndaş həmrəyliyi göstərmək məqsədilə
yaradılmışdır; digər məqsədləri – inkişaf etmiş demokratiyaya malik ölkələrin təcrübəsinin yaradıcı
şəkildə mənimsənilməsi, cəmiyyətdə qender simmetriyasının bərqərar olunmasıdır. Mərkəz tərəfindən
aşağıdakı əsərlər çap edilmişdir: «Azərbaycan mətbuatında qender», «Annotasiyalı biblioqrafik
göstərici», «Qenderin aktual informasiya resursları», «Qadınların Avropa tezaurusu» və s.
Azərbaycanda, qender və qender münasibətlərinin müxtəlif aspektləri üzrə xeyli əsərlər nəşr edilib;
cəmiyyətimizin sosiomədəni tələblərinə uyğun, onların sayı surətlə artır. Qeyd etdiyimiz bəzilərin adları
göstərir ki, qender problematikasına elmi maraq geniş diapazona malikdir; bu tədqiqatların obyekti –
həm qender elminin ümumnəzəri aspektləri, həm də respublikada qender inkişafı problemləridir.
MÜZAKİRƏ ÜÇÜN SUALLAR VƏ TAPŞIRIQLAR
1. «Qender», «qender normaları», «qender rolları», «qender sterotipləri», «qender qeyri-bərabərliyi»
anlayışlarının tərifini vermək
2. Mədəni antropologiyanın tərifini vermək
3. Mədəni antropologiyada qender problematikası anlayışını izah etmək.
4. Antropologiyada cins problematikasının problemlər spektirini qeyd etmək
5. Antropologiyada qender tədqiqatları
İş üsulları – diskusiya və paylanan materialardan istifadə.
FEMİNİZM VƏ QENDER NƏZƏRİYYƏSİNİN
ƏSAS ANLAYIŞ VƏ TERMİNLƏRİ
Qender (qender)
1. (ümumi mənası) – anatomik baxımdan kişi və qadın arasındakı cinsi fərq. 2.(sosioloji mənası) çox
zaman cinsi fərqə əsaslanan, lakin mütləq onunla üst-üstə düşməyən sosial bölqü. Beləliklə, terminin
sosioloji və ümumişlək istifadəsi bir-birindən fərqli ola bilər.
Sosioloqlar və sosial psixoloqlar təsdiq edir ki, cins bioloji xarakteristikaya aiddir və buna müvafiq
olaraq insanlar «kişi», «qadın» və çox hallarda «hermafrodit» (hər iki cinsin xarakteristikası daxilən,
yaxud açıqcasına birləşmiş olanda) kateqoriyalarına, qender isə – insanları «kişi», «qadın» yaxud
«hermafrodit» (hər iki qenderin xarakteristikası bilərəkdən yaxud bilməyərəkdən birləşmiş olanda)
kateqoriyalarına ayıran sosial-psixoloji və sosial atributlara bölünür. Bir çox sosioloqların fikrincə,
sosioloji diskursda qender o zaman tətbiq olunmalıdır ki, söhbət kimlərin kişilərə, kimlərin isə qadınlara
aid olması ilə bağlı cəmiyyətdə sosial yaranmış bölümdən getsin. «Kişi» və «qadın» terminləri onlar,
həmçinin oğlan və qızlar arasındakı bioloji fərqlərlə şərtlənən termin olduğu üçün, «kişi» və «qadın»
bölümü mədəniyyətin formalaşdırdığı əxlaqa və, sosial olaraq cinslərə müvafiq hesab olunan
temperament növlərinə aiddir. Bu xüsusiyyətlər mürəkkəb və uzunmüddətli sosializasiya prosesinin
köməyi ilə öyrənilir.
Antropoloqlar (məsələn, Marqaret Mid), psixoloq və sosioloqlar qeyd edirdi ki, qender bioloji
olaraq yox, sosial olaraq, mədəniyyətin vasitəsi ilə müəyyən edilir, mədəniyyətcə və tarixən nisbidir.
Tarixi dəyişmələr obyekti olaraq, onun əhəmiyyəti, şərhi və ifadəsi, həm mədəniyyətin daxilində, həm
mədəniyyətlər arasında dəyişir. Sosial amillər – sinif, yaş, irq və etnos da qenderin xüsusi əhəmiyyətini,
ifadə və təcrübəsini yaradır və o fakt xüsusi qeyd olunur ki, hansısa bir bəsitləşdirilmiş üsulla onu cins və
ya seksuallıqla bərabərləşdirmək olmaz.
COLLINS. Bolğşoy tolkovıy soüioloqiçeskiy slovarğ.
M., «AST», 1999. T.1. s. 109-110
Qender ideologiyası (qender ideology)
- elə bir ideyalar sistemidir ki, onun vasitəsi ilə qender fərqləri və qender stratifikasiyası – o
cümlədən «təbii» fərqlər və qeyri-adi əqidə nöqteyi-nəzərindən də – sosial bəraət qazanır. Stenli (1974)
«sağlam mühakimə» ideologiyası tətbiq etməklə qender fərqlərinə qeyri-tənqidi bir yanaşma iddiasında
idi.
COLLINS. Bolğşoy tolkovıy soüioloqiçeskiy slovarğ.
M., «AST», 1999. T.1. s.109-110.
Qender təbəqələşməsi (qender differentiation)
- kişi və qadın arasındakı bioloji fərqlərin sosial əhəmiyyət kəsb etməsi və sosial təsnifat vasitəsi
kimi istifadə olunması prosesidir. Bəzi mədəniyyətlərdə cinslər arasındakı bioloji fərq şişirdilə,
başqalarında isə kiçildilə bilər və beləliklə də ayrılmaz bir əlamət yaxud universal əhəmiyyət hesab
olunmamalıdır.
Yenə orada, s.109-110
Qender rolu (qender role)
- qenderi əhatə edən anlayışlardan doğan sosial gözləmələr, həmçinin nitq, manera, geyim və
cestlərlə ifadə olunmuş davranışdır. Belə hesab olunur ki, kişi və qadın ideyaları bir-birini istisna edir,
bəzi cəmiyyətlərdə isə rol davranışı qütbləşir: passivlik – qadın roluna, aktivlik – kişi roluna çevrilir.
Qender rolları ilə bağlı olan davranışa aid deyilənlər kişi və qadın əməyinin mövcudluğunda özünü daha
qabarıq əks etdirir.
Yenə orada, s. 112.
Qender stratifikasiyası (qender stratifijation)
- onun vasitəsi ilə qender – sosial stratifikasiyasının əsasına, qenderlər arasında qəbul olunmuş
fərqlərin isə, sistematik olaraq, qiymətləndirilən və qiyməti verilmiş fərqə çevrilməsi prosesidir. Belə
stratifikasiya çox zaman təhrif olunurdu və o, sosial-sinfi yaxud etnik stratifikasiyaya tabe etdirilirdi.
Lakin bunun, qadın cinsinə aid olan insanların kişilərlə müqayisədə daha aşağı qiymətləndirildiyini və
mükafatlandırıldığını əks etdirən sistem olması, feminizmin təsirinə məruz qalan sosioloqlar tərəfindən
xüsusi qeyd olunurdu. Məsələn, feminist sosioloqlar, qadınların müasir və tarixi istismarını dərk və təhlil
etmək üçün patriarxat termini tətbiq etməyə başladılar.
Yenə orada, s. 112.
Qender tədqiqatları
- sosial tranformasiyalar və hökmranlıq sistemlərinin təhlili üçün qender yanaşmasının evristik
imkanlarını reallaşdıran fənlərarası tədqiqat praktikasıdır. XX əsrin sonunda fəlsəfi və ümumhumanitar
fikirdə cinslərarası əlaqəyə və qadın məsələsi deyilən problemə yeni baxış tətbiq edildi. Jinsin
sosiallaşması mexanizmləri, artıq hakimiyyət diskursu mexanizmləri olaraq, tam aydın üzə çıxarıldı.
Sosiumun ən aktual problemləri – hakimiyyət, zorakılıq, özünüanlam və şəxsiyyət azadlığı
postsənayeləşmiş cəmiyyətdə fərdin cinsi eyniləşmə və müvafiq sosial rolları problemi kimi qarşıya
qoyuldu. İnsan mahiyyəti problemi, insan mövcudluğunun məna və gərəkliyi, məkan və zamanı kimi
əsas fəlsəfi məsələlər qender ölçüsünə çevrildi. Həmin müddəanın dərki isə bütün dünyada geniş yayılan
qender tədqiqatlarında öz əksini tapdı.
Fərq nəzəriyyəsinin qəbul olunması, qender tədqiqatlarında fənnlərarası prinsip barəsində daha
böyük əsasla söz deməyə imkan verdi. Fənnlərarası prinsip həm konkret problemlərin tədqiqi səviyyəsi
üçün, həm də bütövlükdə ictimai inkişafın qender assimmetriyasının əsaslandırılması səviyyəsi üçün
səciyyəvidir. Qender tədqiqatları ilə əhatə olunmuş elmlərin çevrəsi olduqca genişdir: fəlsəfə,
sosiologiya, iqtisadiyyat, demoqrafiya, tarix, antropologiya, psixologiya, politologiya, filologiya və
sosiolinqvistika, semiotika, etnoqrafiya, kulturologiya və s.
Sovremennıy filosofskiy slovarğ.
Panprint. 1998.s. 180-183
Cinsi əlamətə görə diskriminasiya (sex disjrimination)
- bir cinsə, digəri ilə müqayisədə üstünlüyün verilməsi praktikasıdır. Jəmiyyətlərin çoxunda bu,
qadınların zərərinə, kişilər üçün əlverişli olan diskriminasiya kimi nəzərdən keçirilir.
Patriarxal münasibətlərin səciyyəvi olduğu cəmiyyyətdə qadın, bir qayda olaraq, sosial həyatın
bütün sahələrində, yəni sosial fəaliyyətin xüsusi və ictimai sahələrində sistematik olaraq
diskriminasiyaya məruz qalır.
COLLINS. Bolğşoy tolkovıy soüioloqiçeskiy slovarğ.
M., «AST», 1999. T.1. s. 183
Feminizm (feminism)
1. Qadının qlobal surətdə istismarı və kişiyə tabe edilməsinin xarakteri ilə bağlı olan bütöv bir
nəzəriyyədir. 2. Bütün qadınları kişilərin üstünlüyündən və istismardan azad etməyə can atan sosiosiyasi
nəzəriyyə və praktikadır. 3. Qender-sinfi sistem ilə strateji konfrontasiyadan ibarət sosial hərəkatdır. 4.
Qadına nifrət ideologiyası və davranışı ilə dialektik ziddiyyət təşkil edən hər hansı ideologiyadır.
COLLINS. Bolğşoy tolkovıy soüioloqiçeskiy slovarğ.
M., «AST», 1999. T.2. s. 386-388.
ƏDƏBİYYAT
Azərbaycanda arxeologiya və etnoqrafiya elmlərinin son nəticələrinə həsr olunmuş elmi konfransın
materialları. – B., 1992
«Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında» Azərbaycan
Respublikasının Prezidenti H.Əliyevin Fərmanı. 2000, 6 mart
«Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı haqqında» Nazirlər
Kabinetinin Qərarı. 2000, 6 mart
Bunyadov T. Azərbaycan arxeologiyası oçerkləri. – B., 1960
İnsan, zaman, izlər... /Tərtib rə rəsmləri N.Babayevindir. – B., 1974
Göyuşov R. Azərbaycan arxeologiyası. – B., 1986
Nemətova M. Azərbaycanda pirlər: sosial-ideoloji, iqtisadi-siyasi mərkəzlər. – B., 1992
Qender: tarix, cəmiyyət, mədəniyyət/ Müəl. kollektivi (azərb. və rus dil.) – B., 2002
Mirzəzadə R. Azərbaycanda qender tədqiqatları. – B., 2002
Qender təliminə dair metodiki vəsait. – B., 2002
Адам и Ева. Альманах гендерной истории / Под ред. Л.П. Репиной. – М., СПб., 2003
Гендерные исследования: Феминистская методология в социальных науках / Материалы 2-й
Международной Летней школы по гендерным исследованиям. – Харьков, 1998
Гендерные исследования. Хрестоматия. – М., 2002
Гендерные исследования. Учебное пособие. – М., 2002
Кули-заде З. Гендер в Азербайджане. – Б., 2003
Личность. Культура. Общество / Научно-практический ъурнал, том II, выпуск 1. – М., 2000
Мифология и повседневность: гендерный подход в антропологических дисциплинах / Материалы
научной конференции 19 – 21 февраля 2001 года. – СПб., 2001
Фараджева Ф.Ф. Гендер и культура. – Б., 2002
Феминизм и гендерные исследования. Хрестоматия / Под общ. ред. В.И.Успенской. – Тверь, 1999
Хрестоматия феминистских текстов. Переводы. / Под ред. Е.Здравомысловой, А.Темкиной. – СПб., 2000
Dostları ilə paylaş: |