Sosiologiya sosiologiya cəmiyyət haqqında elmdir



Yüklə 200,89 Kb.
səhifə1/59
tarix06.01.2023
ölçüsü200,89 Kb.
#78586
  1   2   3   4   5   6   7   8   9   ...   59
SOSİOLOGİYA


SOSİOLOGİYA

1. Sosiologiya cəmiyyət haqqında elmdir.
Cəmiyyət həyatı olduqca çoxşaxəli və mürəkkəb quruluşa malikdir. Bəsit-sadə cəmiyyətlərdən başlamış sivilizisiyanın bütün mərhələlərində insanlar yaşadıqları toplumda (birlikdə), ictimai mühitdə baş verən hadisələri öyrənməyə çalışmış, ətraflarında gedən prosesləri dərk etməyə səy göstərmişlər. Adətən, bu missiyanı adi adamlar deyil, sonralar “müdrik”, “filosof” adlanan, öz üstün idrak səviyyələri ilə seçilənlər yerinə yetirmişlər. Belə insanlar öz dünyagörüşləri əsasında təbiəti, cəmiyyəti öyrənən biliklər toplusu yaratmış, bunları sistemləşdirərək onları elmlərə çevirmişlər. Birmənalı qəbul edildiyi ilk dövrlərdə fəlsəfə (filosofiya) kimi ümumiləşdirilmiş biliklər toplusu, sinkretik fundamental elm kimi çıxış etmişdir. Zaman keçdikcə cəmiyyət həyatının ayrı-ayrı sahələri öz səciyyəsinə, təzahürlərinə görə seçilməyə başlamış və bunları öyrənən müstəqil elmlərin meydana gəlməsi zərurətə çevrilmişdir. Başqa sözlə, fəlsəfə öz fundamentallığını, sinkretikliyini saxlasa da, sonralar ondan ayrılıb müstəqil tədqiqat istiqamətinə çevrilən bir sıra ictimai elmlər meydana gəlmişdir. Belə elmlərin meydana gəlib, formalaşması bəşər tarixinin müxtəlif dövrlərinə təsadüf edir. Qədim dövrlərdən son zamanlara qədər mütəfəkkirlər və filosoflar cəmiyyətin formalaşması, quruluşu və inkişafı prosesini, burada baş verən hadisələri, münasibətləri öz dünyagörüşlərinə uyğun izah etməyə çalışmışlar. Buna görə də nəhayət, cəmiyyəti bütövlükdə öyrənə biləcək elm kimi sosiologiya elmi yaranmışdır.
Bildiyimiz kimi, sosiologiya cəmiyyət haqqında elmdir. Bu elmin məzmununu “Sosiologiya” termininin etimologiyası bir daha təsdiqləyir. Belə ki, “Sosiologiya” anlayışı iki sözün, “sosietas”–cəmiyyət və “logos”– elm, təlim birləşməsi nəticəsində yaranmışdır. “Sosiologiya” terminini elmə ilk dəfə fransız filosofu və sosioloqu Oqyust Kont (1798-1857) daxil etmişdir.
Cəmiyyət haqqında elm olan sosiologiyanın ümumi tədqiqat obyekti cəmiyyətdir. Metodoloji baxımdan sosioloji idrakın obyekt və predmetinin eyniləşdirilməsi düzgün olmazdı. Təəssüf ki, bəzi tədqiqatlarda belə eyniləşdirməyə yol verilir ki, bu da sosiologiyanın müstəqil elm statusuna ziyan gətirir. Məsələn, ABŞ-da uzun müddət sosial psixologiya və sosiologiya adekvat qəbul edilmişdir. Daha doğrusu, bu ölkədə sosiologiyanın sosial psixologiyadan ayrılması gec baş vermişdir.


Yüklə 200,89 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin