Sosiologiya sosiologiya cəmiyyət haqqında elmdir


XIX əsrin sosioloji məktəbləri



Yüklə 200,89 Kb.
səhifə8/59
tarix06.01.2023
ölçüsü200,89 Kb.
#78586
1   ...   4   5   6   7   8   9   10   11   ...   59
SOSİOLOGİYA

8. XIX əsrin sosioloji məktəbləri.
XIX əsrin sosioloqları cəmiyyətin çox mürəkkəb sistem olduğunu başa düşmüş və onun elementlərinin müqayisəli əhəmiyyətini müəyyən etməyə çalışmışlar. Cəmiyyətin inkişafında hansı amilin əsas olduğunu qəbul etmələrindən asılı olaraq XIX əsrin sosiologiyasını bir neçə müxtəlif istiqamətlərə ayırmaq olar. Bu istiqamətlərə uyğun sosioloji məktəblər yaranmışdır.
• Coğrafi məktəb - nümayəndələri (K.Ritter, Q.Bokl, L.Meçnikov və b.) hesab edirdilər ki, coğrafi mühitin və onun ayrı-ayrı komponentlərinin cəmiyyətə təsiri çox böyükdür.
• Demoqrafik məktəb - nümayəndələri (L.Binyarski, A.Kost və b.) hesab edirdilər ki, ictimai inkişafda əsas amil əhali artımıdır.
• İrqi-antropoloji məktəb - nümayəndələri (A.Qobino, X.Çemberlen, O.Ammon, K.Perfon və b.) ictimai inkişafı irsi, “irqi seçmə” və “yuxarılarla” “aşağıların” mübarizəsi kimi anlayışlarla izah edirdilər.
• Bioloji məktəb - nümayəndələri (P.Liliyendfel, A.Şeffel, İ.Novikov və b.) cəmiyyətə canlı orqanizm kimi yanaşır, sosial qrup və təbəqələrə bölünməsini isə canlı orqanizmin müxtəlif üzvləri arasında funksiyaların bölünməsinə oxşadırlar.
• Sosial darvinizm nümayəndələri(L.Qumploviç, A.Smoll, U.Samner və b.) ictimai inkişafın mənbəyini “yaşamaq uğrunda mübarizədə” görürlər. Tərəqqini isə daha yaxşı uyğunlaşanların sağ qalmaları-yaşamaları ilə izah edirlər.
XIX əsrin sonu XX əsrin əvvəllərində psixoloji məktəbin müxtəlif cərəyanlarından biri olan instinktivizm geniş yayılır. Bu məktəbin nümayəndələri Mak Duqal, Z.Freyd və başqaları insanın sosial davranışını ona anadangəlmə xas olan instinktlər kimi izah edirlər. Başqa bir cərəyanın nümayəndələri adamların davranışlarını müəyyən xarici stimullara cavabın məcmusu hesab edirlər. Psixoloji məktəbə daxil olan bu cərəyan “bieviorizm” adlanır.
İntrospektiv (daxili müşahidə) cərəyanının nümayəndələri isə (Ford, Lord,Tomas və b.) ictimai həyatı arzu, hisslər, maraq, ideya, inam və s. terminlərlə izah edirlər. İctimai həyatı fərdi psixologiya terminləri ilə izah etməklə yanaşı kollektiv ictimai şüuru (tərəfdarları De-Roberti, Qiddinqs, Dürkheym və b.) həmçinin də sosial qarşılıqlı təsir prosesləri və formalarının özünü ilk plana çəkən nəzəriyyələr də (nümayəndələri Zimmel, Tyonnis, Roso və b.)təşəkkül tapır. XX əsrə keçid ərəfəsində iqtisadi materializm adlanan cərəyan da meydana gəlir.
XIX əsrin sonlarında sosiologiyanın institutlaşdırılması onun müstəqil universtitet elminə çevrilməsi prosesi başlanır. 1893-cü ildə ilk sosiologiya kafedrası (ABŞ, Çikaqo Universitetində), 1894-cü ildə Parisdə Beynəlxalq Sosiologiya İnstitutu yaradılır. Həmin illərdə sosiologiya üzrə xüsusi jurnallar çıxmağa başlayır. XX əsrin 20-ci illərində ilk milli sosioloji cəmiyyətlər və assosasiyalar meydana gəlir. Avropa və Amerikanın bir çox universitetlərində sosiologiya bir fənn kimi tədris planlarına daxil edilir və öyrənilir.


Yüklə 200,89 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin