Sosiologiya sosiologiya cəmiyyət haqqında elmdir


Sosiologiyanın əsas anlayış və kateqoriyaları



Yüklə 200,89 Kb.
səhifə5/59
tarix06.01.2023
ölçüsü200,89 Kb.
#78586
1   2   3   4   5   6   7   8   9   ...   59
SOSİOLOGİYA

5. Sosiologiyanın əsas anlayış və kateqoriyaları.
Hər elmin nəzəri-metodoloji məzmununu ona aid olan anlayışlar, kateqoriyalar, müvafiq terminlər əks etdirir. Elmin ümumi tədqiqat obyektinə aid olanlar müəyyən anlayışlarla ifadə olunur. Elmin tədqiqat obyekti miqyasına görə daha geniş, məzmununa görə çox şaxəli olduğu üçün onun anlayışları ümumi səciyyə daşıyır. Elmin nəzəri-metodoloji mahiyyətini, konkret tədqiqat sahəsini-predmetini səciyyələndirən ən əsas anlayışlar isə müvafiq elmin kateqoriyalarına çevrilir. Kateqoriyalar konkret elmin mahiyyətini açmaqla, həm də onun tədqiqat aləti kimi çıxış edirlər. Daha dəqiq deyilsə, müvafiq kateqoriyalardan və uyğun terminlərdən istifadə edilməsə, elm başlıca missiyasını-tədqiqat prosesini həyata keçirə bilməz.
Sosiologiya elminin məzmununun səciyyələndirilməsində iştirak edən anlayış və kateqoriyaları bir neçə mövqedən və meyardan qruplaşdırmaq olar. Bunların bəzilərini nəzərdən keçirək.
Sosiologiya cəmiyyət həyatının bütün sahələrini öyrəndiyinə görə ona aid olan anlayış və kateqoriyaların spekteri də genişdir. Bu mövqedən yanaşan alimlərin və tədqiqatçıların fikrincə, bütöv sosiologiya elminə aid olan anlayış və kateqoriyaları belə qruplaşdırmaq olar.
I Qrup. Sosiologiyanın geniş obyektinin təhlilini, onun bütöv dünya haqqında elmi təsəvvür yaratmasını əks etdirə bilən anlayış və kateqoriyalar. Bura cəmiyyət, onun ayrı-ayrı böyük sahələri, cəmiyyət miqyaslı təsisatlar (məs.dövlət, siyasət və s.) vətəndaş, cəmiyyət, siyasət, qloballaşma, beynəlmiləlləşmə, beynəlxalq münasibətlər və s. Bu kimi anlayış və kateqoriyaları aid etmək olar.
II Qrup. Sosiologiyanın predmetini müəyyənləşdirən, şərh edən anlayış və kateqoriyalar. Məsələn, sosial əlaqə və sosial münasibətlər, sosial sistem, sosial struktur, sosial status, sosial institut və s.
III Qrup. Ayrı-ayrı insanların, sosial birliklərin, sosial qrupların, sosial təbəqələrin cəmiyyətdəki mövqeyini, davranışını, statusunu səciyyələndirən anlayış və kateqoriyalar. Məsələn, fərd-individ, şəxsiyyət, etnos, qəbilə, tayfa, xalq, millət, ailə, nigah, ailənin tipləri, sosial təbəqə, stratifikasiya və s.
IV Qrup. Sosioloji idrakın gerçəkləşməsi prosesinə aid olan anlayış və kateqoriyalar. Məsələn, sosial proqramlar, proqnozlar, hipotezlər, rəylər, ssenarilər eləcə də müşahidə, müsahibə, sorqu, anketləşdirmə, sosial eksperiment kimi xüsusi sosioloji metodlar və s.
V Qrup. Sosiologiyanın funksiyalarının reallaşması prosesini təhlil edən praqmatik anlayış və kateqoriyalar. Məsələn, sosial sahibkarlıq, sosial statistika, sosial təhlil
VI Qrup. Sosiologiyada və həmçinin onunla üzvi əlaqədə olan elmlərdə istifadə olunan anlayış və kateqoriyalar. Bura ən çox psixologiyada, hüquqda, əhali coğrafiyasında, tarixdə, politologiyada, iqtisadiyyatda, antropologiyada, tibbdə və s. Uyğun elmlərdə istifadə olunan anlayış və kateqoriyaları aid etmək olar. Məsələn, demoqrafiya, miqrasiya, sosial fəlsəfə, sosial siyasət.


Yüklə 200,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin