Sosiologiya sosiologiya cəmiyyət haqqında elmdir


H.Spenserin sosioloji baxışları



Yüklə 200,89 Kb.
səhifə9/59
tarix06.01.2023
ölçüsü200,89 Kb.
#78586
1   ...   5   6   7   8   9   10   11   12   ...   59
SOSİOLOGİYA

9. H.Spenserin sosioloji baxışları.
XIX əsrdə sosiologiya uzun müddət pozitivizmin təsiri altında inkişaf etmişdir. Sosiologiyada pozitivizm ruhunun sonrakı inkişafı öz əksini ingilis alimi Herbert Spenserin (1820-1903) əsərlərində tapmışdır. Onun da dünyagörüşünün əsasını cəmiyyətin və təbiətin inkişafında təkamül prinsipi təşkil edir. H.Spenser “Sosial statistika” (1850) əsərində öz dövrünün cəmiyyətinə məxsus olan əxlaq problemlərini bir-birilə qarşılıqlı əlaqədə, ardıcıl olaraq şərh etmişdir. Əvvəllər elm aləmi ilə heç bir əlaqəsi olmayan H.Spenser öz bacarığına görə fəlsəfə və sosiologiya sahəsində nəzəriyyəçi kimi məşhurlaşır. Onun ən dəyərli sosioloji nailiyyəti üç cildlik “Sosiologiyanın əsasları” (1876-1896) əsəridir. Bu əsərdə H.Spenser sosial-fiziki cəmiyyəti və ona xas olan müxtəlif funksiyaları canlı cisimlərin orqanizmləri arasındakı funksiyalara bənzədir. Canlı materiyada özününizamlama xassəsini qeyd edərək H.Spenser bununla dövlət formalarına şübhə ilə yanaşır, onlara nizamlama amilləri kimi deyil, daha çox güc aləti kimi baxır. O, cəmiyyətin hərbi və sənaye tipli quruluşunu təkamülün iki tərəfi hesab edirdi. Beləliklə, H.Spenserin sosiologiyası özündə antropologiya və ictimai inkişafın ümumi nəzəriyyəsini birləşdirən çoxəhatəli elmə çevrilir. Bütün bunlar əsasən iki mühüm prinsip - cəmiyyəti canlı orqanizm kimi başa düşmək və qanunauyğun-təkamül əsasında qurulur. H.Spenserə görə 1-ci prinsip cəmiyyətin strukturunun bütövlüyünü, 2-ci prinsip isə sosial mexanizmin məzmununu aydınlaşdırır.
H.Spenserin təkamül nəzəriyyəsinə görə o, üç mərhələdən keçir: sadədən mürəkkəbə (inteqrasiya); yekcinslikdən çoxcinsliyə (differensiasiyaya); qeyri-müəyyənlikdən müəyyənliyə (intizam yüksəlməsi). H.Spenserin fikrincə, sosial təkamül prosesində insan amilinin rolu və əhəmiyyəti xeyli artır.
Kontun ideyaları, cəmiyyətin bütöv sosial orqanizm kimi fəaliyyəti haqqında fikirləri H.Spenser tərəfindən daha da inkişaf etdirilmişdir. Spenserin “Sintetik fəlsəfə sistemi”, “Elmi, siyasi və fəlsəfi təcrübələr”, “Əsas mənbələr” kimi əsərlərində cəmiyyət bioloji və sosial amillərin qarşılıqlı təsirində olan vahid sistem kimi qiymətləndirilir. Bu nəzəriyyəyə görə ictimai həyatın bütün tərəfləri üzvi surətdə bir-birilə bağlıdır və bu əlaqələrsiz fəaliyyət göstərə bilməz.
H.Spenser cəmiyyəti təbii qanunlar əsasında inkişaf edən orqanizm kimi nəzərdən keçirirdi. O, cəmiyyəti canlı bioloji orqanizmə bənzədərək bunu aşağıdakılarla əsaslandırırdı:
1. Bütün canlı orqanizmlər kimi cəmiyyət də inkişaf prosesində kütlə etibarilə artır;
2. Onların hər ikisi daim mürəkkəbləşir;
3. Onların ayrı-ayrı hissələri get-gedə bir-birindən daha çox asılı olur;
4. Onları təşkil edən vahidlər (məsələn, cəmiyyətdə insanlar, orqanizmdə isə hüceyrələr) daim meydana gələrək yoxa çıxsalar da hər ikisi bütöv tam kimi fəaliyyət göstərə bilirlər.


Yüklə 200,89 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin