Sosiologiya sosiologiya cəmiyyət haqqında elmdir


E.Dürkheymin və M.Veberin sosiologiyanın formalaşması və inkişafında rolu



Yüklə 200,89 Kb.
səhifə10/59
tarix06.01.2023
ölçüsü200,89 Kb.
#78586
1   ...   6   7   8   9   10   11   12   13   ...   59
SOSİOLOGİYA

10. E.Dürkheymin və M.Veberin sosiologiyanın formalaşması və inkişafında rolu.
XIX əsrin sonu XX əsrin əvvəllərindən cəmiyyət məsələlərinə həsr olunmuş tədqiqatlarda sosial aspekt xüsusi olaraq ayırd edilir, onun iqtisadi, hüquqi və s. aspektlər sırasında özünəməxsus cəhətlərinə daha çox diqqət yetirilir. Bununla sosiologiyanın predmeti xeyli məhdudlaşdırılır və o yalnız ictimai inkişafın sosial problemlərinin öyrənilməsinə aid edilir. Sosiologiyanın predmetinin belə dar mənada izahını ilk dəfə fransız sosioloqu Emil Dürkheym (1858-1917) vermişdir. E.Dürkheymə görə sosiologiyanın predmetini heç bir elmin öyrənmədiyi xüsusi reallıq təşkil edir. Bu reallıq sosial faktları əks etdirir. Müstəqil səciyyəyə malik olan belə faktları iqtisadi, psixoloji, fiziki və s. faktlar sırasına aid etmək olmaz. Sosial faktlar obyektivlikləri, fərdlərdən asılı olmayaraq mövcudluqları, həmçinin fərdlərə təsir göstərə bilmək imkanına malik olmaları ilə seçilirlər. E.Dürkheym sosial faktları iki qrupa ayırırdı:
1. Cəmiyyətin“maddi substraktını”təşkil edən morfoloji faktlar: məs. əhali sıxlığı, ünsiyyətin intensivliyi, yaşayış yerlərinin səciyyəsi və s.
2. Qeyri-maddi, yəni mənəvi faktlar. E.Dürkheymin fikrincə belə faktlar məcmu halda kollektiv və ya ümumi şüuru təşkil edirlər. E.Dürkheymin fikrincə, bütöv sosial orqanizmin elementləri öz aralarında harmonik əlaqələr yaratmaqla tamı qoruyub saxlamağa borcludurlar. E.Dürkheym sosiologizm cərəyanının banisidir. Özünün “Sosiologiyanın metodu” adlı əsərində E.Dürkheym sosiologiyanın predmetinin fərdlərin iradəsindən asılı olmayaraq mövcud olan və onlara təsir göstərən sosial faktlardan ibarət olduğunu iddia edirdi.
E.Dürkheym “İctimai əmək bölgüsü haqqında”, “Dini həyatın elementar formaları”, “Özünəqəsd” və s. əsərlərin müəllififir. Onun fikrincə fərdin, kollektivin və cəmiyyətin normal inkişafı onlara “uzun həyat şansı” verir və sosial sağlamlığa səbəb olur. E.Dürkheym belə hesab edirdi ki, sosiologiya ağıla və həqiqətə əsaslanan hər cür ictimai həyatın öyrənilməsi və yaxşılaşdırılması ilə məşğul olmalıdır.
Alman sosiologiyasının və bütövlükdə sosiologiya elminin ən görkəmli nümayəndələrindən biri Marks Veberdir. M.Veber Berlin Universitetini qurtarmış və orada elmi-pedaqoji fəaliyyət göstərmişdir. O, 1886-ci ildə iqtisadiyyat üzrə professor adını alır. 1904-cü ildə ABŞ-da bir sira məruzələr etmişdir. 1904-cü ildən başlayaraq dinin sosioloji tarixinin öyrənilməsi istiqamətində tədqiqatlar aparır. O,bir sıra dəyərli əsərlərin müəllifidir. Onun əsas, lakin başa çatmamış sosioloji əsəri 1925-ci ildə, vəfatından sonra nəşr olunmuş “İqtisadiyyat və cəmiyyət” adlı traktatıdır. Bu əsərin birinci fəsli “Sosiologiyanın əsas anlayışları” adlanır. M.Veber digər alman sosioloqları H.Rikkert və V.Dilteylə birlikdə “ideal tiplər” konsepsiyasını işləyib hazırlamışdır. Bu konsepsiyanın məqsədi elə obrazlar və sxemlər yaratmaqdan ibarətdir ki, onların köməyi ilə konkret sosioloji tədqiqatların verdiyi materialları və tədqiqatçının həyati müşahidələrini qaydaya salmaq mümkün olsun. Məsələn, antik dövr, feodalizm, kapitalizm anlayışları M.Veber üçün obyektiv mövcud olan münasibətlər deyil, ideal tipologiya üsullarıdır.
M.Veber “Sosial-elmi və sosial-siyasi idrakın obyektivliyi”, “Mədəniyyət haqqında məntiqi elmlər sahəsində tənqidi tədqiqatlar” və xüsusən də “Dərk edən sosiologiyanın bəzi kateqoriyaları haqqında” adlı kitablarında bu qənaətə gəlir ki, sosiologiyanın əsas məqsədi insanın və insanlar qrupunun davranışını və sosial fəaliyyətini öyrənmək olmalıdır.
M.Veber sosial fəaliyyətin aşağıdakı tiplərini fərqləndirirdi:
- Məqsədyönlü rasional fəaliyyət. İnsan öz fəaliyyətinin məqsədi və ona çatmağın yolları haqqında aydın təsəvvürə malik olur və həmçinin öz fəaliyyətinə digər insanların mümkün olan reaksiyasını nəzərə alır. Müvəffəqiyyət rasionallığın meyarı olur;
- Sərvətyönlü rasional fəaliyyət. Müəyyən davranışın etik, estetik yaxud dini əhəmiyyətinə şüurlu inamla bağlı olan fəaliyyətdir;
- Effektiv fəaliyyət. Şüursuz, psixoloji impulsların və hisslərin təsiri altında baş verən fəaliyyət;
- Ənənəvi fəaliyyət. Vərdişlər və adətlər əsasında baş verən fəaliyyət;


Yüklə 200,89 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin