Sosiologiya sosiologiya cəmiyyət haqqında elmdir


Sosiologiyanın tədqiqat metodları



Yüklə 200,89 Kb.
səhifə6/59
tarix06.01.2023
ölçüsü200,89 Kb.
#78586
1   2   3   4   5   6   7   8   9   ...   59
SOSİOLOGİYA

6. Sosiologiyanın tədqiqat metodları.
Müstəqillik statusu əldə edən elm özünəməxsus tədqiqat metodlarına və metodologiyaya malik olmalıdır. Sosiologiyanın da müvafiq tədqiqat metodları, elmi-nəzəri araşdırma metodologiyası vardır. Sosioloji tədqiqatın metodları sosiologiyanın elm kimi təşəkkülü prosesində formalaşmışdır. Elm kimi müstəqilləşməyə başladığı vaxtdan müasir dövrə qədər sosioloji tədqiqat metodları inkişaf yolu keçmiş, təkmilləşmiş, yeniləşmiş, müxtəlifləşmişdir.
İctimai-sosial elmlər birliyinə daxil olan sosiologiyanın ilkin, ümumi tədqiqat metodu dialektik metoddur. Sosiologiya tədqiqat obyektinə, sosial hadisələrə bir-birilə üzvi əlaqədə olan ictimai elmlər prizmasından yanaşır. Əhatə dairəsi geniş olan sosiologiya öyrəndiyi hadisələri, prosesləri həmişə dinamikada gördüyündən dialektik metod bu elm üçün daha səciyyəvidir. Dialektik metod sosial hadisələri həmişə inkişafda görür, hadisə və proseslərin daxili hərəkətverici ziddiyyətlərini aşkara çıxarmağı, bütün hadisələrin qarşılıqlı təsir əlaqəsində öyrənilməsini tələb edir.Sosioloji tədqiqatların aparılmasında analiz və sintez, induksiya və deduksiya (İnduksiyanı xüsusi mülahizələrdən ümumi nəticəyə gəlmək üsulu, deduksiyanı isə ümumidən xüsusiyə keçmə üsulu kimi başa düşmək olar.) metodlarından da istifadə olunur.
Cəmiyyət həyatında ictimailəşmə prosesinin dərinləşməsi, bu hadisələri öyrənən elmlərin aha da diferensiallaşması, empirik tədqiqat metodlarından istifadənin artması sosiologiyanın müstəqil elm kimi formalaşması və zənginləşməsinə təkan vermişdir. Sosiologiya bir elm kimi müstəqillik əldə etməsinə baxmayaraq digər, xüsusən də, humanitar, sosial-ictimai elmlərlə birgə fəaliyyət göstərir və multidesplinar statusunda çıxış edir.
1934-cü ildə C.Moreno cəmiyyəti dərk etməyin yeni metodunu, qrup üzvləri arasındakı sosial-psixoloji münasibətləri ölçməyə imkan verən sosiometrik metodu, təklif etmişdir.
Sosiologiya tarixində sosioloji metodologiyanın spesifikası haqqında aşağıdakı təsəvvürlər işlənib hazırlanmışdır:

Yüklə 200,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin