İKİNCİ Cİld on iKİNCİ FӘSİL



Yüklə 1,43 Mb.
səhifə17/30
tarix05.05.2017
ölçüsü1,43 Mb.
1   ...   13   14   15   16   17   18   19   20   ...   30

CİHAD AYƏSİNİN NƏSXİ


«Əgər [sizə əmr olunan bu döyüşə] çıxmasanız Allah sizə şiddətli bir əzab verər». (9/39).

İbni Abbas, Həsən Bəsri və Əkrəmdən nəql olunmuş rəvayətdə ayənin həmən surənin 122-ci ayəsi ilə nəsx olunduğu göstərilir.

Orada deyilir:

«[Ehtiyac olmadıqda] möminlərin hamısı birdən [cihada, döyüşə] çıxmalıdır.» (9/122).

Nəsx nəzəriyyəsi tərəfdarlarının irəli sürdükləri nəzəriyyədə deyilir: Tövbə surəsinin 39-cu ayəsində bütün müsəlmanlara döyüşə getmək əmr olunur. Lakin həmən surənin 122-ci ayəsində hökm artıq ümumi xarakter daşımır.



Cavab:

Ayənin nəsx olunduğunu yalnız o zaman qəbul edə bilərik ki, birinci ayədə döyüşə getməyin vacibliyi bütün müsəlmanlara şamil olsun. Belə olduqda hökm ikinci ayə ilə nəsx və yalnız müəyyən şəxslərə aid ola bilər.

Lakin əvvəlki ayələri nəzərdən keçirməklə belə qənaətə gəlmək olur ki, döyüşə getmək bütün müsəlmanlara deyil, yalnız o şəxslərə vacib olmuşdur ki, onlar özləri bunu Peyğəmbərdən (s) dəfələrlə xahiş etmişlər. Əvvəlki ayələrdə deyilir:

«Ey iman gətirənlər! Sizə nə oldu ki: «Allah yolunda döyüşə çıxın!» – deyildikdə yerə yapışıb qaldınız. Yoxsa axirətdən vaz keçib dünya həyatına razı oldunuz? Halbuki, dünya maaxirət yanında [axirətlə müqayisədə] yalnız cüzi bir şeydir!

Əgər [sizə əmr olunan bu döyüşə] çıxmasanız Allah sizə şiddətli bir əzab verər və sizi başqa bir tayfa ilə əvəz edər [yerinizə başqa bir tayfa gətirər].

Siz isə [döyüşə çıxmamağınızla Allaha və Peyğəmbərinə] heç bir zərər verə bilməzsiniz. Allah hər şeyə qadirdir!» (9/38-39).

Ayənin ümumi məzmunu:

«Cihad hökmü verilən və döyüş meydanına getməyə əmr olunan, lakin buna tabe olmayan şəxslər əzaba layiqdirlər.» Belə bir mə᾽nanı nəzərə alaraq deyə bilərik ki, cihadın bütün müsəlmanlara vacib olması ilə heç bir bağlılığı yoxdur ki, başqa bir ayə ilə cihadın vacibliyini aradan götürərək onu nəsx etmiş olsun.

AYƏNİN NƏSX OLUNMASINA DAİR İRƏLİ SÜRÜLMÜŞ BAŞQA BİR FƏRZİYYƏ


Bu ayə ilə cihad ayəsinin nəsx olunduğuna dair irəli sürülmüş başqa bir nəzəriyyəni tamamilə əsassız bilmək olar. Bunlar Tövbə surəsinin 41-ci ayəsinə istinad edərək deyirlər:

«[Ey möminlər!] Ağırlı-yüngüllü [qocalı-cavanlı, atlı-piyada, güclü-gücsüz, dövlətli-kab] hamınız cihada çıxıb malınız və canınızla Allah yolunda vuruşun.» (9/111).

Ayənin məzmunundan belə qənaətə gəlmək olur ki, müsəlmanlar hamılıqla döyüş meydanına doğru hərəkət etməli və Allah yolunda düşmənə qarşı mübarizə aparmalıdır və bu ayə cihadın hamıya deyil, yalnız müəyyən şəxslərə vacib olduğunu bəyan edən həmən surənin 122-ci ayəsi ilə nəsx olunmuşdur.


Cavab:

Əvvəlki ayədə qeyd etdiyimiz kimi, ayənin mə᾽na və məfhumu nəsx olunsun deyə, ümumi xarakter daşımır və burada əmr olunan müəyyən şəxslər nəzərdə tutulur. Bütün bunlarla yanaşı bu mətləbə işarə etdik ki, ümumi bir hökmü müəyyən şəxslərə aid etmək nəsx deyil, ümumi hökm üçün bir növ istisnadır.

O ki, qaldı 122-ci ayəyə (və ma xanəm mu᾽minunə – mö᾽minlər döyüşə birdən çıxmamışdılar) qətiyyətlə deyə bilərik ki, bu iki ayəni nəinki nəsx etməmiş, əksinə açıq-aşkar olaraq onların nəsx olunmadığına dəlalət edir. Çünki ayədə bir başa göstərilir ki, döyüş meydanına getmək əvvəldən də ümumi xarakter daşımamışdır ki, bütün müsəlmanlara aid və sonralar çarəsizlik üzündən nəsx olunmuş olsun. Döyüş meydanına getmək elə ilk günlərdən yalnız müəyyən şəxslərə xüsusilə də bunu Peyğəmbərdən (s) tələb edən və döyüş əzmində olan fədailərə aid olmuşdur.


İZN AYƏSİNİN NƏSXİ


«Allah səni bağışlasın! Doğru danışanlar sənə bəlli olmadan, yalançıları tanımadan əvvəl nə üçün onlara [cihadda iştirak etməyə] izn verdin?

Allahaaxirət gününə iman gətirənlər malları və canları ilə cihad etmək barəsində səndən izn istəməzlər [o saat cihada çıxarlar] Allah müttəqiləri tanıyandır!



Səndən [cihada çıxmaq üçün] izn istəyənlər ancaq Allahaaxirət gününə iman gətirməyənlər və ürəkləri şəkk-şübhəyə düşənlərdir. Onlar öz şübhələrində tərəddüd edib durarlar.» (9/43-45).

İbni Abbas, Həsən Bəsri və Əkrəmdən nəql olmuş rəvayətdə deyilir: Bu ayə Nur surəsinin 62-ci ayəsi ilə nəsx olunmuşdur. Orada deyilir:



«Əgər onlar bəzi işlər üçün səndən izn istəsələr, onlardan özün istədiyinə [yanından getməyə] izn ver.» (24/62).

Cavab:

Ayənin nəsx olunmasına dair irəli sürülmüş bu nəzəriyyəni tamamilə əsassız hesab etmək olar. Çünki, ayənin məzmunundan mə᾽lum olur ki, döyüş meydanının tərk olunması üçün icazənin verilməməsi o zaman olmuşdur ki, kimin yalan, kimin də həqiqəti söylədiyi arasında fərq qoymaq olmurdu. Ayə nazil olmaqla əmrə tabe olmaq istəməyən və müxtəlif bəhanələrlə şəhərdə qalmaq üçün Peyğəmbərdən (s) icazə istəyən və beləliklə döyüşdə iştirak etməyən şəxslərin iç üzü açılır.

Allah-taala, Peyğəmbərə (s) kimin yalan, kimin də həqiqəti söylədiyi və kimin həqiqətən iman gətirdiyi, kimin də küfr etdiyi bəlli olmayınca kimsəyə əmrə tabe olmamağa icazə verməməyi əmr edir. Hər şey mə᾽lum olduqdan sonra Allah-taala bir tərəfdən mö᾽minlərə Peyğəmbərdən (s) icazə almaqla bə᾽zi çətinlikləri aradan qaldırmaq üçün müvəqqəti olaraq döyüşlərdə iştirak etməməyə izn verir. Digər tərəfdən də (Fə izastə᾽zənukə libə᾽zi şa᾽nihim – əgər onlar bə᾽zi işlər üçün səndən üzr istəsələr) ayəsi ilə Peyğəmbərə (s) məsləhət gördüyü şəxslərə ciddi çətinliklərini aradan qaldırmaq üçün döyüşdə iştirak etməyə icazə verməsini icazə verir. Verilən izahla hər iki ayənin müəyyən mətləbə toxunduğu və birinin digərini nəsx etmədiyi artıq bəlli olur.

MÜHARİBƏDƏN BOYUN QAÇİRMAQ HAQDA NAZİL OLMUŞ AYƏNİN NƏSXİ


«Mədinəlilərə və onların ətrafında olan bədəvilərə [döyüşdə] Allahın peyğəmbərindən geri qalmaq, ondan [ona üz verən məşəqqətlərdən] özlərini kənara çəkmək [belə çətinliklərin özlərinə üz verməsini istəməmək, beləliklə də, özlərini Peyğəmbərdən üstün tutmaq] yaraşmaz.» (9/120).

İbni Zeyddən nəql olmuş rəvayətdə deyilir:

Bu ayə də növbəti 122-ci ayə ilə nəsx olunmuşdur. Çünki 120-ci ayə döyüşdən boyun qaçırmağın hamıya qadağan olduğu, növbəti 122-ci ayədə isə hökmün ümumi xarakter daşıdığı nəsx olunaraq döyüşdə yalnız müəyyən şəxslər iştirak edəcəyinə toxunulur.

Müəllif:

Nəsx nəzəriyyəsi tərəfdarlarının istinad etdikləri bu ayə 120-ci ayənin nəsx olunmasına deyil, hökmün nəsx olunmamadığına dəlalət edir və biz hər iki ayəyə diqqət yetirdikdə belə bir qənaətə gəlirik ki, müsəlmanlar döyüş meydanında hamılılıqla deyil, yalnız kifayət edəcək miqdarda iştirak etməlidirlər.

Başqa sözlə desək, hər iki ayənin məzmunundan yalnız bir hökm əldə edə bilərik. O da bundan ibarətdir ki, cihad eyni deyil, kifayi zəruri olan hökmdür. Yə᾽ni birinci ayə hökmün zəruriliyini, ikinci ayə isə onun kifayi olduğunu bəyan edir. Lakin eyni zamanda bütün müsəlmanlara [eyni zərurət] zəruri olaraq hamının döyüş meydanında iştirak etməsini tələb edir və bu zərurət birinci zərurətdən bir qədər fərqlidir. Bu səbəbdən də iki növ zərurət mövcuddur.

1. Kifayi və xarici amillər meydana gəldikdə bə᾽zən də eyni zərurət və onların hər ikisi öz yerində dəyişilməzdir və e᾽tibarlıdır.


SƏBR AYƏSİNİN NƏSXİ


«Sənə nə vəhy gəlirsə, ona tabe ol. Allah [zəfər] hökmünə verənə qədər səbr et. O, hökm verənlərin ən yaxşısıdır.» (10/109).

İbni Zeyddən nəql olmuş rəvayətdə deyilir: Bu ayə cihad hökmünü verən ayə ilə nəsx olunaraq öz qüvvəsini itirmişdir.



Müəllif:

Birinci ayənin nəsx olunduğunu batil edən dəlilləri biz bu ayənin də nəsx olunmadığına dəlil gətirə bilərik.

Təkrara yol verməyib yalnız bu mətləbə işarə etmək istəyirik ki, «Səbr» bu ayədə düşmənin inadkarlıqlarının müqabilində deyil, həyatın bütün mərhələlərinə aiddir. Başqa sözlə desək, Səbr ayədə siyasi deyil, əxlaqi mə᾽na daşıyır. Bunun da nəsx olunması qeyri-mümkündür.

BAĞIŞLAMA VƏ KAFİRLƏRDƏN ÜZ DÖNDƏRMƏ AYƏSİNİN NƏSXİ


«Sən müşriklərdən yaxşıca üz döndər və ya onlaalicənablıqla bağışla.» (15/85).

İbni Abbas, Səid və Qətadədən nəql olmuş rəvayətdə deyilir: Ayədə Peyğəmbərə (s) kafirləri bağışlamağa və əfv etməyə əmr olunur. Səyf ayəsində isə kafirə qarşı cihad hökmü verilməklə ayənin hökmü nəsx olunur.



Müəllif:

Əvvəlki ayələrdə olduğu kimi bu ayə haqqında da deyə bilərik ki, əfv və bağışlama burada mə᾽na daşımır. Belə ki, Peyğəmbər (s) səbr etməyə əmr olunduqda, müşriklərin inadkarlıqlarının və etdikləri pisliklərin müqabilində səbr etməsi nəzərdə tutulur. Hicr surəsinin 94 və 95-ci ayələri dediklərimizi bir daha sübuta yetirə bilər:



«[Ya Məhəmməd!] Sənə əmr olunan Quraaçıq-aşkar təbiliğ et və müşriklərdən üz döndər! Şübhəsiz ki, istehza edənlərin [şərrindən] səni qorumağa biz kifayət edərik.» (15/94-95).

Göründüyü kimi burada Peyğəmbərə (s) müşriklərin istehzalarının müqabilində səbr etməyə əmr olunur. Belə bir mə᾽nanı nəzərə alaraq deyə bilərik ki, ayənin «Səyf» ayəsi ilə nəsx olunması üçün kafirlərə qarşı cihad ayəsi ilə heç bir bağlılıq yoxdur. Ayənin ümumi məzmunu bundan ibarətdir ki, Allah-taala öz Peyğəmbərini (s) islam dininin təbliğinə sövq edir və bu yolda qarşılaşacağı çətinliklərə sinə gərməyi və müşriklərin ardı-arası kəsilməyən istehzalarının müqabilində dözümlü olmağı əmr edir.

Göründüyü kimi ayənin cihad hökmü ilə heç bir bağğlılığı yoxdur.

Müsəlmanların belə bir mühüm işə cəlb olunmaları isə yalnız kifayət qədər qüdrətə malik olduqdan sonra baş vermişdir. Daha dəqiq desək, Peyğəmbər (s) be᾽sətin ilk illərində cihad əmrini almadığı üçün müşriklərin qeyri-insani rəftarlarına göz yummalı və onlarla yumşaq rəftar etməli idi. O, peyğəmbərliyinin həqqaniyyətini göstərdiyi mö᾽cüzələrlə sübuta yetirir və bu yolla insanları Allahın birliyinə də᾽vət edirdi. Çünki, o zaman nə Peyğəmbər (s), nə də ona iman gətirmiş az saylı müsəlmanlar müharibəyə lazım olan kifayət qədər qüdrətə malik deyildilər. Əgər belə bir şəraitdə müşriklərə qarşı mübarizəyə başlasaydılar təbii ki, böyük itkilər verər və məğlubiyyətə uğrayardılar. Bir neçə il sonra müsəlmanların sayı artdıqdan və müharibəyə lazım olan döyüş alətləri kifayət qədər əldə olunduqdan sonra müsəlmanlara cihad hökmü verildi. Əvvəlki fəsillərdə qeyd etdik ki, şəriət hökmləri zəmanənin tələbatını ödəmək üçün tədriclə Peyğəmbərə (s) nazil olmuşdur və 23 il müddətində təkmilləşmişdir. Cihad hökmü də be᾽sətin ilk illərində müsəlmanlara verilmədiyi üçün bütün çətinliklərin müqabilində dözümlü olmağa və səbr etməyə tövsiyə olunurdu.

Demək hökmün nəsx ilə heç bir bağlılığı yoxdur.

ŞƏRABIN HAlaLLIĞİNA DAİR NAZİL OLMUŞ AYƏNİN NƏSXİ


«Siz xurma ağaclarının meyvəsindən və üzümlərdən şərab [yaxud sirkə] və gözəl ruzi [kişmiş mövüz, bəhməz, quru xurma, və s.] düzəldirsiniz.» (16/67).

Qətadə, Səid ibni Cubeyr, Şə᾽bi, Mucahid, İbrahim və Əbu Zərrindən nəql olmuş rəvayətdə bu ayənin şərabın haramlığına dair nazil olmuş ayə ilə nəsx olunduğu göstərilir.



Cavab:

Ayənin nəsx olunması iki mühüm mətləbin sübuta yetirilməsindən ibarətdir.

1. Ayədə (səkr) deyildikdə, məstedici şərab nəzərdə tutulsun. Lakin nəsx nəzəriyyəsi tərəfdarları bunu sübuta yetirməyə qadir deyillər. Çünki, (səkr) kəlməsinin daşıdığı lüğəvi mə᾽nalardan biri də «sirkədir». Tanınmış təfsir alimlərindən olan Əli ibni İbrahim də «Səkr» kəlməsini məhz bu mə᾽nada təfsir etmişdir. Belə bir mə᾽naya əsasən (rizqi həsənin – ləziz yeməklər) deyildikdə, xurma və üzümdən hazırlanan şirə və müxtəlif yeyim şeyləri nəzərdə tutulur.

2. Ayə şərabın halallığına dəlalət etmiş olsun. Bir halda ki, nəsx nəzəriyyəsi tərəfdarları bunu da sübuta yetirməyə qadir deyildir. Çünki, ayə nəyinsə halal və ya haram olmasını və camaatın adət etdiyi hər-hansısa bir şeyi deyil, müəyyən gerçəkliyi və təbii cərəyanı bəyan edir.

Biz ayənin təbii cərəyanı bəyan etdiyini bəşəriyyətin müxtəlif sənət və iste᾽dadlara yiyələndiyini bəyan edən ayələrin arasında olması ilə sübuta yetirə bilərik:

«Allah göydən bir yağış endirər, onunla yer özünü öldükdən [quruduqdan] sonra dirildər. [Öyüd-nəsihətə] qulaq asanlar üçün bunda bir ibrət vardır. [Allah quru torpağa həyat verə bildiyi kimi, insanları da öləndən sonra diriltməyə qadirdir!]

Şübhəsiz ki, heyvanlarda da sizin üçün bir ibrət vardır. Biz onların qarınlarındakı qanla ifrazat arasında olan təmiz südü sizə içirdirik. [Qanı və ifrazatın dadı, qoxusu və rəngi əsla südə qarışmaz. Əksinə, südə elə bir tam verər ki, o içiləndə xoş gələr].

Siz xurma ağaclarının meyvəsindən və üzümlərdən şərab [yaxud sirkə] və gözəl ruzi [kişmiş, mövüz, bəhməz, quru xurma və s.] düzəldirsiniz. Şübhəsiz ki, bunda da ağıllı düşünənlər üçün bir ibrət vardır.

bbin bal arısına belə vəhy [təlqin] etdi: «Dağlarda, ağaclarda və insanların qurduğu yerlərdə [evlərin damında, üzümlüklərdə] özünə yuva tik: sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat və asanlıqla get!» O arıların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli [ağ, sarı, qırmızı] bal çıxar. Şübəhsiz ki, bundan da düşünüb dərk edənlər üçün bir ibrət vardır!» (16/65-69).

Allah-taala bu beş ayədə öz qüdrət nişanələrindən, ölmüş torpağın yenidən yağışla dirilməsindən, yaradılmışların heyrətedici xüsusiyyətlərindən, insanların dörd ayaqlı heyvanların qarınlarındakı qanla ifrazat arasında olan təmiz süddən bəhrələnmələrindən və xilqətin digər sirlərinə işarə edir.

Burada həmçinin xurma və üzümün müsbət xüsusiyyətləri, onlardan müxtəlif çeşiddə hazırlanan şirə və yeməklərə, ilham alaraq dağlarda özünə yuva quran bal arılarının heyrətedici xüsusiyyətləri haqda söhbət açılır.

Qeyd etdiklərimizdən belə mə᾽lum olur ki, ayələr heç də qanunvericilik xarakteri daşımır. Burada sadəcə olaraq Allahın birliyinə və Onun qüdrət nişanələrinə işarə olunur. Bunun isə şərabın haram olmasına dair nazil olmuş ayənin, şərabın halal olmasını nəsx etməklə heç bir əlaqəsi yoxdur.

«Səkr» deyildikdə məstedici içkilər nəzərdə tutulduğunu fərz etsək, belə ayə şərabın halallığına deyil, haram olduğuna dəlalət edəcəkdir. Çünki, ayədə «şərab», «rizqi həsəni – gözəl ruzi»nin müqabilində işlənmişdir. Bu da bir daha sübut edir ki, şərab pak və halal ruzi deyildir.

Şeyx Səduq öz müəllimi Məhəmməd ibni Əsləmdən nəql etdiyi rəvayətdə deyir: İmam Sadiq (ə)-dan şərabın halal olub-olmaması haqda soruşuldu. İmam (ə) sualın cavabında buyurdu: «Peyğəmbər (s) buyurmuşdur: Allahın mənə haram etdiyi ilk şey bütpərəstlik və şərab olmuşdur.»

Şeyx Səduq imam Rza (ə)-dan nəql etdiyi başqa bir rəvayətdə deyir: «Allah-taala elə bir peyğəmbər göndərməmişdir ki, şərabı ona haram etməmiş olsun.»

E᾽caz fəslində qeyd etdik ki, şərab Tövratda da bəşəriyyətə haram olunmuşdur. Lakin bu bir həqiqətdir ki, islam zühur etdiyi ilk illərdə şərab haram olmamış və bir müddət keçdikdən sonra şərabın haramlığına dair qəti hökm verilmişdir.

Belə bir qanunvericilik üsulu tək şərab hökmünə deyil, digər şəriət hökmlərinə də aiddir. Belə ki, bütün hökmlər əvvəlcədən müəyyənləşdirilmiş, zaman keçdikcə tədriclə e᾽lan edilmişdir. Sonradan haramlığına dair ayə nazil olmuş şərab hökmü də əvvəlcədən də [yə᾽ni ayə nazil olmazdan əvvəl] haram olmuşdur.

ZİNAKAR KİŞİ VƏ QADININ EVLƏNMƏSİNƏ DAİR NAZİL OLMUŞ AYƏNİN NƏSXİ


«Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər. Bu [belə bir evlənmə] möminlərə haram edilmişdir.» (24/3).

Səid ibni Musəyb və alimlərin bir çoxu belə bir fikirdə olmuşlar ki, bu ayə həmən surənin 32-ci ayəsi ilə nəsx olunmuşdur.

Orada deyilir:

«[Ey möminlər!] Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməli-saleh [yaxud evlənməyə qabil] kölə və cariyələrinizi evləndirin.» (24/32).

Deyilir:

Birinci ayədə müşrik və zinakar istisna olmaqla, zinakar qadınlarla evlənməyin yasaq olduğu, ikinci ayədə isə nikah hökmü əməli saleh olub-olmamasından asılı olmayaraq bütün subay şəxslərə ümumilikdə şamil olunur.



Müəllif:

Ayənin nəsx olunduğunu sübuta yetirmək üçün ilk növbədə «nikah» deyildikdə, evlənməyin nəzərdə tutulduğunu sübuta yetirmək lazımdır. Lakin belə mə᾽nanı sübuta yetirmək üçün heç bir dəlil yoxdur. Və əgər «nikah» deyildikdə evlənmək nəzərdə tutularsa, müsəlman zinakar kişinin, müşrik [kafir] qadınla, həmçinin müşrik kişinin zinakar müsəlman qadınla evlənməsi də qanuni olacaqdır. Çünki, ayədə zinakar kişinin yalnız zinakar və müşrik qadınla nikah edib evlənə biləcəyi göstərilir. Eyni qaydada zinakar qadın da yalnız zinakar və ya müşrik kişi ilə nikah edib evlənə bilər.

Bir halda ki, belə bir evlənmə islam nöqteyi-nəzərindən qeyri-qanuni və müsəlmanların adət-ən᾽ənələri ilə müvafiq deyildir.

Bu səbəbdən də deməliyik ki, ayədə «nikah» deyildikdə, istər qanuni olsun, istərsə də qeyri-qanuni, onun lüğəvi mə᾽nası, yə᾽ni «cinsi yaxınlıq» nəzərdə tutulur.

«La yənkihu – evlənməyin», cümləsi də heç də qanunvericilik xarakteri daşımır. Burada sadəcə olaraq zinanın nə qədər qəbahətli iş olduğuna və insanların ondan çəkinmələrinə işarə olunur. Belə ki, zinakar kişi yalnız zinakar və kafir qadınla və zinakar qadın yalnız zinakar və kafir kişi ilə zina edər. Çünki mö᾽min və əməli-saleh şəxslər zinanı özlərinə haram edər və belə bir qəbahətli işə yol verməzlər.

GÜZƏŞT AYƏSİNİN NƏSXİ


«İman gətirən şəxslərə de ki, axirət gününə iman gətirməyənləri bağışlasınlar.» (45/111).

Təfsir alimlərinin bə᾽zilərinin fikrincə bu ayə «Səyf» və cihad hökmü ilə nəsx olunmuşdur. Bu haqda deyilir: Ayə Məkkədə Ömər ibni Xəttab barəsində nazil olmuşdur. Belə ki, müşriklərdən biri Öməri söyərək təhqir edir və Ömər də onu cəzalandırmaq istəyir. Ayə nazil olmaqla Ömər özünə ələ alır və sonra Tövbə surəsinin 5-ci ayəsi ilə nəsx olunur.



«Müşrikləri harda görsəniz öldürün.» (19/5).

Nəsx nəzəriyyəsi tərəfdarları ayənin nəsx olunmasına dair bu cərəyanla yanaşı Əli ibni Əhmədin, Məhəmməd Hişamdan, o da Asim ibni Suleymandan, o da İbni Cubeyrdən, o da Zəhhakdan və o da İbni Abbasdan nəql etdiyi rəvayətə istinad etmişlər.



Müəllif:

Nəsx nəzəriyyəsi tərəfdarlarının istinad etdikləri bu rəvayət olduqca zəif və əsassızdır. Rəvayətin bütün zəif xüsusiyyətlərinə göz yumsaq da, onun Asim ibni Suleyman tərəfindən nəql olunması rəvayətin əsassız olmasına kifayət edər. Çünki, o yalan və iftiralarla dolu olan bir çox hədis və rəvayət nəql etmişdir.

1. İbni Udey onun barəsində deyir: O yalançı və hədis iftiraçısı olmuşdur. Onun nəql etdiyi bütün hədis və rəvayətlər istər sənəd, istərsə də mətn baxımından tamamilə e᾽tibarsızdır.

Fəlas deyir: Onun kimi hədis uyduran ikinci bir şəxs görmədim. Onun bu sahədə böyük məharəti var idi.

Əbu Hatəm və Nəsai deyir: Asimin söylədikləri tamamilə e᾽tibarsızdır.

Dar Qatəbi deyir: Nəql etdiyi rəvayətlər zəif və əsassızdır.

Əbu Həbban deyir: Onun nəql etdiyi rəvayətləri yalnız hansısa bir şəxsdə təəccüb doğurmaq üçün nəql etmək olar.

Əbu Davud Təyalisi deyir: Yalançı olmuşdur.

Əzdi: Nəql etdiyi rəvayətlər əsassız və e᾽tibarsız olardı.38

Onun nəql etdiyi rəvayətləri bir neçə səbəbdən əsassız hesab edə bilərik:

1. Mə᾽lum olduğu kimi müsəlmanlar hicrətdən əvvəl Məkkədə yaşayır və azlıq təşkil etdikləri [eyni zamanda zəif olduqları] üçün müşriklərlə sərt rəftar edə bilməzdilər.

2. Ömər heç də döyüşlərdə şücaət göstərən qabaqcıl mücahidlərdən deyildi. İradəsi zəif olan bu şəxsin elə bir ağır şəraitdə müşriklərə qarşı sərt davranaraq onları cəzalandırması və Ömərin özünü ələ alması üçün belə bir ayənin nazil olması nə dərəcədə düzgün ola bilər.

Bir halda ki, ayədəki «Ğufran – güzəşt etmək, bağışlamaq» kəlməsi qüdrət və intiqam almağa dəlalət edir. Lakin qeyd etdiyimiz kimi hicrətdən əvvəl Ömərin müşriklərdən intiqam alması qeyri-mümkün idi. Çünki, əgər Ömər, onu təhqir edən şəxsi cəzalandırmaq istəsəydi, o da müqavimət göstərəcək və artıq güzəşt etməyə fürsət qalmayacaqdır.

Dediklərimizdən belə bir qənaətə gəlmək olur ki, ayənin verdiyi hökm nəsx olmamışdır və o, təkcə Ömərə deyil, bütün müsəlmanlara ümumilikdə şamil olunur. Belə ki, onlar müşriklərin əzab və əziyyətinə səbr etməli və bacardıqca güzəşt etməyi bacarmalıdırlar. Casiyə surəsinin 14-15-ci ayələri dediklərimizi bir daha sübuta yetirir.



«[Ya Peyğəmbər!] İman gətirənlərə de ki, Allah etdiyi əməllərə görə hər hansı bir qövmün cəzasını versin deyə – Allahın əzabından [əzab günlərindən] qorxmayanlabağışlasınlar!

Kim yaxşı bir iş görsə, xeyri özünə, kim də bir pislik etsə, zərəri özünə olar.»

Ayənin zahiri mə᾽nası bundan ibarətdir ki, günahkarlar istər kafirlərdən olsun, istərs kitab əhlindən, istərsə də müsəlmanlardan, axirət əzab və sorğu-sualına iman gətirməyəcəkləri təqdirdə Allah tərəfindən layiqincə cəzalandırılacaqlar.

Hansı təbəqədən olursa-olsun zülmkarların zülmünün və təcavüzkarların cinayətlərini unutmayan Allah onların cəzalandırılmasını öz üzərinə götürmüşdür.

Belə bir halda Allaha iman gətirmiş bir şəxs intiqam almaq üçün başqlarını qabaqlamağa çalışmamalıdır. Lakin diqqət yetirmək lazımdır ki, bu əxlaqi və ictimai məsələyə aid olan bir hökmdür. Və istər hökmün qanunvericiliyi Səyf ayəsi nazil olmazdan əvvəl verilmiş olsun, istərsə də sonra, islama də᾽vət və ya cihad hökmü ilə heç bir ziddiyyəti yoxdur.


DÖYÜŞDƏ ƏSİR GÖTÜRÜLƏNLƏR HAQDA NAZİL OLMUŞ AYƏNİN NƏSXİ


«[Ey möminlər!] Kafirlərlə [döyüş meydanında] qarşılaşdığınız zaman boyunlarını vurun. Nəhayət onları məğlub etdikdə [əsir ab, qaçmasınlar deyə əl-ayaqlarını] kəndirlə möhkəm bağlayın. Sonra da müharibə bitdikdə onları ya [boyunlarına minnət qoyub] məccani və ya fidyə müqabilində azad edin. (47/4).

Müfəssirlərin bə᾽ziləri hökmün Səyf ayəsi ilə nəsx olunduğunu qeyd etmişlər. Başqaları isə əksinə olaraq, bu ayənin Səyf ayəsini nəsx etdiyini qeyd etmişlər.



Müəllif:

Bu bir həqiqətdir ki, nə Səyf ayəsi bu ayəni, nə də bu ayə Səyf ayəsini nəsx etmişdir.

Bu barədə daha dəqiq nəzər irəli sürmək üçün müharibə şəraitində müsəlmanların kafirlərlə necə rəftar etmələrinə diqqət yetirməliyik.

DÖYÜŞDƏ İŞTİRAK EDƏN KAFİRLƏRİN HÖKMÜ


Müsəlmanlara qarşı mübarizə aparan kafirlərə «döyüş və müharibə kafirləri» (kafəri hərbi) deyilir. Şiə alimləri bir neçə hal istisna olmaqla, onların qətlini vacib hesab edirlər.

1. Əgər döyüşdə iştirak edən — istər döyüş zamanı olsun, istərsə döyüşdən sonra — kafirlər islamı qəbul edərlərsə, qətl hökmü onların üzərindən götürülür. Çünki onların qətlə yetirilməsinə səbəb kafir olmalarıdır. İslamı qəbul etdikdən sonra isə artıq buna heç bir səbəb qalmayır.

2. Müsəlmanlar döyüşdə qalib gəldikdən sonra əsir alınmış kafirlər.

Belə olduqda da kafirlərin üzərindən qətl hökmü götürülmüş olur. Lakin döyüş başa çatmazdan əvvəl və ya döyüş zamanı əsir alınarlarsa, qətl hökmü öz qüvvəsində olaraq qalır. Çünki, ayədə müsəlmanların zəfər çalmalarına və son cəza üsulu olaraq qətlin zəruri olduğuna xüsusi diqqət yetirilir. Mə᾽lum olduğu kimi, həddi-hüdudu olan hər bir hökm müəyyən olunmuş həddə çatdıqda qüvvədən düşmüş olur.

Bir sözlə, kafirlər döyüşdən sonra müsəlmanlara əsir düşərsə, dini rəhbər və ya qazi onların barəsində üç hökm verə bilər:

Ya kölə kimi istifadə etməli, ya fidyə almaqla onları azad edər və ya məccani olaraq azad edə bilər.

Kafirlərin bütpərəst olub-olmamasından asılı olmayaraq, hökmün icrasında heç bir fərq qoyulmur.

Xülasə: Qeyd etdiklərimizdən belə qənaətə gəlmək olur ki, müharibədə iştirak edən kafirlər əsir düşərkən ya döyüş zamanı qətlə yetirilməli, ya islamı qəbul etdiyi təqdirdə əfv olunmalı və ya döyüş başa çatdıqdan sonra əsir alınaraq qətlə yetirilməməlidir. Döyüş başa çatdıqdan sonra da baş dini hakim əsirləri ya kölə olaraq müsəlmanların ixtiyarına verməli, ya fidyə alaraq azad etməli və ya məccani olaraq güzəştlə azad etməlidir.

Müsəlmanlarla müharibə aparan kafirlər haqda verilən hökmün xülasəsi bundan ibarətdir. Bu barədə müsəlman alimləri arasında heç bir ixtilaf nəzərə çarpmır. Əgər cüz᾽i ixtilaflar varsa da, əsassız və heç bir e᾽tibara malik deyildir.

Ayədə istifadə olunan ifadələrdən bir daha belə qənaətə gəlmək olur ki, ayənin zahiri mə᾽nası məhz kafirlərin döyüş zamanı qətlə yetirilməsinə «zərbərriqab», döyüş başa çatdıqdan sonra əsirləri ciddi nəzarət altında saxlamağa «şəddul-vəsaq» və döyüş başa çatdıqdan sonra baş dini hakim tərəfindən əsirləri fidyə verərək və ya məccani azad olunmağa «mənnə və fidaə» dəlalət edir.

Qeyd etdiklərimizdən belə mə᾽lum olur ki, «şəddul vəsaq» deyildikdə, əsirlərin məccani və fidyə alınaraq azad olunmaları nəzərdə tutulur.

Çünki «şəddul vəsaq» adətən düşmənin hər növ ixtiyar, azadlıqdan məhrum olunmasına deyilir və belə bir mə᾽nanı əsir alınmış şəxslərin azadlıqdan məhrum olunmasına şamil etmək olduqca münasib olardı və əgər «şəddul vəsaq» ayədə əsirlik deyil, ümumi bir mə᾽na daşıyarsa, onda başqa bir dəlillərlə köləliyin qanuni olduğuna dəlalət etmiş olur. Və beləliklə «fidən və məna – fidyə və azad etmək» hökmünə aid olmuş olur.

Belə bir izahatla döyüşə gəlmiş və köləliyə əsir alınmış kafir haqda verilmiş hökm tamamilə bəlli olur.

Bu hökmə dəlalət edəcək bir çox mö᾽təbər rəvayətlərə də işarə etmək olar. Belə ki, Koleyni və Şeyx Tusi, Təlhə ibni Zəiddən nəql etdikləri rəvayətdə deyir: İmam Sadiq (ə) atasından nəql edərək buyurur: «Döyüş başa çatmazdan əvvəl və kafirlər döyüş meydanını tərk etmədən əsir alınarlarsa, qazi onun ya boynunun vurulmasına, ya da dar ağacından asılmağa və ya sol ayağı ilə sağ əlinin kəsilməsinə dair hökm verə bilər. Onlar əl ayaqları kəsildikdən sonra buraxılmalı və qanaxmadan ölməlidirlər. Bu, Allah-taalanın Maidə surəsinin 33-cü ayəsində buyurduğudur:

«Allah və Onun peyğəmbəri ilə vuruşanların, yer üzərində fitnə-fəsad salanların cəzası öldürülmək, ya dar ağacından asılmaq, ya əl-ayaqlarının soldan və sağdan kəsilməsi və ya sürgün edilməsidir. Bu, dünyada onlar üçün xarlıq və zillətdir, axirətdə də böyük bir əzababtəla olacaqlar.» Sonra imam Sadiq (ə) buyurur: «Məgər bilmirsinizmi ki, Allah-taala, imamı yalnız kafirləri hansı növdən istifadə edərək cəzalandırmaqda ixtiyar sahibi etmişdir?»

Təlhə deyir: İmam Sadiq (ə)-dan «Əv yunfəv minəl ərz» cümləsindən nəyin nəzərdə tutulduğunu soruşdum. İmam Sadiq (ə) buyurdu: «Sürgün etmək deyildikdə ayədə kafirlərin döyüş meydanını tərk etmələri nəzərdə tutulur. Yə᾽ni müsəlmanlar döyüş zamanı kafirləri pərakəndə etməli və əsir etdikləri təqdirdə müəyyən olunmuş hökmü icra etməlidirlər. İcra olunası hökm isə bundan ibarətdir ki, döyüş başa çatdıqdan sonra əgər kafirlər əsir alınarlarsa, qazi onları ya kölə kimi saxlamalı, ya fidyə almaqla və yaxud məccani olaraq azad etməlidir.

Verilən izahatlardan belə mə᾽lum olur ki, döyüş başa çatdıqdan sonra əsir düşmüş kafirlərin üzərindən qətl hökmü götürülür.

Əhli sünnə alimlərindən olan Zəhhak, Əba, Həsən Bəsri və başqaları bu nəzəriyyə ilə müvafiq olduqlarını bildirmişlər. Həsən Bəsri bu haqda deyir: Döyüş sona çatdıqdan sonra əsir alınmış kafirlər qətlə yetirilməyir, dini hakim ya onları kölə kimi saxlmalı, ya fidyə və ya məccani olaraq azad etməlidir.39

Qeyd etdiklərimizdən belə qənaətə gəlmək olur ki, Səyf ayəsi istər bu ayədən əvvəl, istərsə də sonra nazil olmuş olsun ayənin nəsx olunmasına əsla dəlalət etmir. Çünki kafirlərin qətlinin vacib olduğunu bəyan edən Səyf ayəsinin məzmununun bu ayə ilə heç bir ziddiyyəti yoxdur. Hər iki ayənin məzmunu bəllidir və verdiyi hökm nəsx olunmadan qüvvədə qalmalıdır.

Lakin təəccüb doğuran, Şeyx Tusinin şiə alimlərini kafirlərin döyüş başa çatdıqdan sonra qətlə yetirilmələrinə dair hökm verməkdə ittiham etməsidir.

Şeyx Tusi bu haqda deyir: Səhabələrimizin nəql etdiyi rəvayətlərdə kafirlərin döyüş zamanı əsir alınarkən qətlə yetirildiyi göstərilir. Dini rəhbər onların qətlə yetirilmələrinə dair hökm verir. Lakin fidyə alaraq və ya məccani olaraq onları azad etməyə qadir deyildir. Və əgər döyüş başa çatdıqdan sonra əsir alınarlarsa, dini rəhbər ya onları kölə kimi saxlamalı, ya fidyə və ya məccani olaraq azad etməlidir.

Bu nəzəriyyəni Təbərsi də öz kitabında «Məcməul-bəyanda» nəql etmişdir.40

Lakin bu barədə bir rəvayətdə olsun nəql olunmamışdır. Maraqlı hallardan biri də budur ki, Şeyx Tusi özünün «Məbsut» adlı başqa bir kitabında bu nəzəriyyəni təsdiq edərək deyir: Döyüş başa çatdıqdan sonra dini rəhbər, əsir alınmış kafirləri qətlə yetirməməli, onları ya kölə kimi müsəlmanların ixtiyarına verməli, ya fidyə və ya məccani olaraq azad etməlidir.41 Onun özü «Xilaf» adlı kitabının «qənimətlərin bölüşdürülməsi» fəslinin on yeddinci bölümündə alimlər icmasının bu haqda fikir irəli sürdüklərinə işarə etmişdir.

Bu səbəbdən də ehtimal vermək olar ki, Şeyx Tusinin «Tibyan» adlı kitabında əsirlərin boynunun vurulması haqda deyilənlər yazılışda buraxılan səhvdən irəli gəlmişdir. Mərhum Təbərsi də heç bir araşdırmalar aparmadan bunu öz kitabında qeyd etmişdir. Çünki bu nəzəriyyə həm alimlər icmasının çıxardıqları hökm, həm də Şeyx Tusinin digər kitablarında bu haqda verdiyi mə᾽lumatlarla tamamilə ziddiyyət təşkil edir.

Bu nəzəriyyəni dəstəkləyən şəxslərdən biri də Əllamə olmuşdur. O, özünü «Muntəhi və Təzkirə» adlı kitablarında cihad fəslində bu barədə geniş söhbət açmışdır.

AYƏ HAQDA İRƏLİ SÜRÜLMÜŞ DİGƏR NƏZƏRİYYƏLƏR


Şiə alimlərinin və əhli-sünnə alimlərinin bə᾽zilərinin (Zəhhak, Əta və Həsən Bəsri) bu haqda nə fikirdə olduqları ilə tanış oldunuz. Lakin əhli-sünnə alimlərinin bir çoxu bu barədə tam fərqli fikir irəli sürmüşlər.

1. Onlardan bə᾽ziləri bu fikirdədirlər ki, ayə yalnız bütün kafirlər barədə deyil, yalnız müşriklər haqda nazil olmuşdur. Belə ki, əsirlər öldürlməməli, fidyə və ya məccani olaraq azad olunmalıdırlar. Cihad hökmünü verən Səyf ayəsi nazil olduqdan sonra isə hökm nəsx olunaraq öz qüvvəsini itirmişdir. Bu nəzəriyyənin Zəhhak, Sudəy, İbni Cərih, İbni Abbas və bir çox Kufə müfəssirləri tərəfindən irəli sürüldüyü göstərilir. Onlar deyirlər: Ayə nəsx olunduğu üçün əsir düşmüş müşriklər qətlə yetirilməlidir və onları fidyə ödəmək və ya məccani olaraq azad etməyi heç də düzgün hesab etmək olmaz.42



Cavab:

Səyf ayəsi istər müşriklərə, istərsə də qeyri-müşriklərə islam və müsəlmanlarla düşmənçilik edən bütün şəxslərə şamil olunur. Nəsx nəzəriyyəsi tərəfdarları isə ayənin yalnız müşriklərə aid olduğunu hesab edirlər. Ümumi xarakter daşıyan [mütləq] hər hansı bir qanun isə sadir olunduğu zaman baxışından ümumi xarakter daşımayan qanundan istər əvvəl, istərsə də sonra verilmiş olsun, onun məhdudlaşdırılmağa və ya nəsx etməyə qadir deyildir.

Bu səbəbdən də ümumiyyət xarakteri daşıyan Səyf ayəsinin, haqqında söhbət açdığımız ayəni nəsx etməsi qeyri-mümkündür.

2. Bə᾽zilərinin fikrincə ayə bütün kafirlər haqda nazil olmuş, lakin müşriklərə gəldikdə hökm əvəz olunaraq nəsx olunmuşdur. Bu nəzəriyyənin də Qətadə, Mücahid və Həkəm tərəfindən irəli sürüldüyü göstərilir. Əbu Hənifə məzhəbinin tərəfdarları da bu nəzəriyyəyə istinad etmişlər.



Cavab:

Bu nəzəriyyənin də əsassız olduğu göz qabağındadır. Çünki ayənin nəsx olunduğunu sübuta yetirmək üçün ilk növbədə Səyf ayəsinin bu ayədən sonra nazil olduğunu sübuta yetirmək lazımdır. Nəsx nəzəriyyəsi tərəfdarları isə əllərində əsaslı dəlil olmadığı üçün bunu sübuta yetirməyə qadir deyillər. İstinad etdikləri mənbə varsa, o da vahid xəbər halında nəql olmuş hədis və rəvayətlərdir. Və biz dəfələrlə qeyd etmişik ki, vahid xəbər halında nəql olmuş hədis və rəvayətlərlə Qur᾽an ayələrinin nəsx olunmasını sübuta yetirmək tamamilə əsassız və qeyri-mümkündür.

Ayənin nəsx olunduğu vahid xəbərlə sübuta yetirilsə belə, onun Səyf ayəsi ilə nəsx olunmasına dəlalət edəcək heç bir əsaslı dəlil yoxdur. Sübuta yetiriləcək şey yalnız bundan ibarətdir ki, haqqında söhbət açdığımız ayə Səyf ayəsini məhdudlaşdıracaq xarakteri daşıyır. Çünki hər bir müsəlman ayənin istər müşriklərə, istərsə də qeyri-müşriklərə şamil olunduğunu və ümumiyyət xarakteri daşıdığını hesab edir. Bu səbəbdən də haqqında söhbət açdığımız ayə Səyf ayələrinin nəsx edici deyil, məhdudlaşdırıcı xarakter daşımasına səbəb olur. Çünki bir qədər əvvəl qeyd etdiyimiz kimi, ümumiyyət [mütləq] xarakteri daşıyan hökm məhdudiyyət [müqəyyəd] xarakteri daşıyan hökmləri nəsx etməyə qadir deyildir. Qeyd etdiklərimizi nəzərə almasaq belə, bir qənaətə gəlməli olacağıq ki, hər iki ayənin verdiyi hökm qüvvədə olaraq qalır və onların arasında heç bir ziddiyyətlik yoxdur. Fərq yalnız bundan ibarətdir ki, Səyf ayəsində əsir alınmış müşriklərin qətlinə, bu ayədə isə əsirlərin ya köləliyə vadar olunmasına, ya fidyə ödəmək və ya məccani olaraq azad olunmalarına dair hökm verilir. İki halda ziddiyyətsizlik hər iki ayənin məfhumuna dəlalət edir. Ziddiyyət meydana gəldikdə o ayənin hökmünə əməl olunur ki, başqa bir dəlillə onu sübuta yetirmək mümkün olsun.

3. Əhli-sünnə alimlərinin bir qismi ayənin Səyf ayəsi ilə nəsx olunduğuna deyil, əksinə olaraq Səyf ayəsini nəsx etdiyinə istinad edirlər.



Cavab veririk:

Ayənin nəsx olunduğunu sübuta yetirmək üçün ilk növbədə Səyf ayəsinin bu ayədən nazil olunduğunu sübuta yetirmək lazımdır. Bunun üçün isə onların əlində heç bir əsaslı dəlil yoxdur.

Səyf ayəsinin bu ayədən əvvəl nazil olduğunu sübutu yetirsək belə, bunu ayənin nəsx olunmasına əsaslı dəlil hesab etmək olmaz. Belə ki, ayənin nəsx olunması daha əsaslı dəlillərlə sübuta yetirilməlidir.

4. İrəli sürülmüş sonuncu nəzəriyyədə deyilir: Dini rəhbər istər döyüş zamanı, istərsə də döyüş başa çatdıqdan sonra əsir alınanları ya kölə kimi saxlamalı, ya qətlə yetirməli, ya fidyə alaraq və ya məccani olaraq azad etməlidir.

Bu nəzəriyyə Əbu Təlhə və İbni Abbas tərəfindən nəql olunmuşdur. Əhli-sünnənin məşhur təfsir alimlərindən olan İbni Ömər, Həsən Bəsri, Əta və Malik ibni Ənəs, Şafei, Suri, Əvzam, Əbu Ubəyd kimi məşhur fiqh alimləri bu nəzəriyyəyə dair öz müsbət rə᾽ylərini bildirmişlər.

Ayənin ümumi məfhumu irəli sürülmüş bu nəzəriyyə ilə ziddiyyət təşkil etmədiyi üçün hökmün nəsx olunmasına əsaslı dəlil hesab edə bilmərik. Nəhhas bu nəzəriyyəni öz kitabında qeyd edərək deyir: İstər əfv, istərsə də Səyf ayəsinin verdiyi hökm sabit olaraq qaldığı üçün bu nəzəriyyəni əsaslı hesab edə bilərik. Hökmün heç biri digərini nəsx etməyir və bu ən düzgün nəzəriyyədir. Çünki, nəsxin sübuta yetirilməsi üçün əsaslı dəlillərə istinad olunmalıdır. Əvvəla nəsx nəzəriyyəsi tərəfdarlarının istinad edəcək belə bir əsaslı dəlilləri yoxdur. Digər tərəfdən isə hər iki ayənin icra olunması mümkün olduğu təqdirdə hər-hansı bir ayənin nəsx olunması heç bir mə᾽na və məfhum kəsb etməyir.

Nəhhas sonra deyir: Bu nəzəriyyəni mədinəlilər, Şafei və Əbu Ubeydə də nəql etmişlər.

Cavab:

Bu nəzəriyyəni ayənin məzmunu ilə ziddiyyət təşkil etdiyi üçün iki əsaslı səbəbə görə doğru və düzgün hesab edə bilmərik.

1. Ayədə istifadə olunan «mənnə və fidaən – fidyə ödəmək və ya məccani olaraq» ifadəsi müsəlmanların qələbəsi ilə başa çatan döyüşdən sonra bir-başa müşriklərin əsir alınmasına və fidyə ödəmək və ya məccani olaraq azad olunmalarına dəlalət edir. Bu səbəbdən də ayənin verdiyi hökmün döyüş zamanı əsirlərin azad olunması ilə heç bir uyğunluğu yoxdur.

2. «Zərburriqab – boyunlarını vurun». Bu ayədə müsəlmanların zəfər çalanadək ayənin məfhumuna əsasən, kafirlərin döyüş zamanı qətlə yetirilmələri məhdudlaşdırılır. Döyüş başa çatdıqdan sonra isə [əsir alınmış] kafirlərin qətlə yetirilməsi qəti olaraq qadağan olunur. Bu səbəbdən də qətiyyətlə deyə bilərik ki, müsəlmanların qələbəsi ilə başa çatan döyüşdən sonra əsirlərin qətlə yetirilməsinə dair irəli sürülmüş nəzəriyyə ayənin mə᾽na və məfhumu ilə tamamilə ziddiyyət təşkil edir.

Onlar əsirlərin qətlə yetirilməsində Səyf ayəsinə istinad etsələr belə, düzgün nəticə əldə edə bilməyəcəklər. Çünki bir qədər əvvəl qeyd etdiyimiz kimi Səyf ayəsi döyüş zamanı alınan əsirlərə dəlalət edir.

Və əgər bu barədə Peyğəmbərin (s) necə rəftar etdiyinə istinad edərlərsə, yenə də bunu onların dediklərinə əsaslı dəlil hesab etmək olmaz. Çünki, Peyğəmbərin (s) zamanında əsir alınmış şəxslər bir neçə hissəyə bölünür və onlara dair müxtəlif tədbirlər görülürdü. Belə ki, döyüş zamanı əsir alınanları qətlə yetirir, döyüş başa çatdıqdan sonra əsir alınanlar üçün isə müvafiq tədbirlər görürdü.

Sonrakı xəlifələrin, yə᾽ni Əbu Bəkr və Ömərin əsirlərlə necə rəftar etmələrinə istinad etsələr belə, yenə də qənaətbəxş nəticə əldə edə bilməyəcəklər. Çünki, əvvəla bu tarixi cərəyanın nə dərəcədə doğru olduğu haqda çox deyilib və çox danışılmışdır.

Digər tərəfdən də onun doğru və düzgün olduğunu fərz etsək belə, əsaslı olduğunu sübuta yetirəcək heç bir dəlil yoxdur. Qur᾽anın zahiri mə᾽nasını kənara qoyaraq onların hansı yolu tutduqlarına istinad etmək isə heç də düzgün olmazdı.


DİLƏNÇİLƏRİN HAQLARINI BƏYAN EDƏN AYƏNİN NƏSXİ


«Mallarında da dilənçinin və [abrına qısılıb dilənməyən] yoxsulun haqqı [payı] var idi. Şəriətə müvafiq olaraq var-dövlətlərinin müəyyən hissəsini ehtiyacı olanlara paylayırdılar.» (51/19).

«O kəslər ki, onların mallarında müəyyən bir haqq [pay] vardır. Dilənən və [hər şeydən] məhrum olan [lakin abrına qısılıb dilənməyən] kimsə üçün:» (10/24-25).

Ayənin nəsx olunub-olunmaması haqda təfsir alimləri tərəfindən müxtəlif fərziyyələr irəli sürülmüşdür.

Onlardan bə᾽ziləri «mallarında müəyyən bir haqq [pay] vardır» dedikdə ödənilməsi vacib olan zəkatın, bə᾽ziləri digər vacib ödənişin, bə᾽ziləri də müstəhəb olan digər ödənişlərin nəzərdə tutulduğunu qeyd etmişlər. Bu səbəbdən də birinci ehtimala əsasən deyə bilərik ki, ayə zəkat ayələrinə aiddir. Və nəsx olunmadan qüvvədə olaraq qalmaqdadır. Üçüncü ehtimala əsasən yenə də ayənin nəsx olunduğu heç bir mə᾽na və məfhum kəsb etmir. Çünki müstəhəb olan ödəniş [sədəqə, ehsan] daimi varlı təbəqəyə aid olmuş və olacaqdır. Lakin ikinci ehtimala əsasən nəzərdə tutulmuş vacib ödəniş haqqı zəkatdan fərqli olan bir ödəniş haqqıdır. Və bu hər iki ayəni nəsx etmişdir. Çünki, zəkatın vacib olması ilə digər vacib sədəqələr nəsx olunaraq ödənilməsi tə᾽xirə düşmüş olur. Hal-hazırda islamda zəkatdan savayı başqa bir ödəniş haqqı mövcud deyildir.

Bütün bunları nəzərə alaraq alimlərin bir qismi «müəyyən haqq» deyildikdə zəkatdan başqa, digər vacib ödəniş haqqının nəzərdə tutulduğuna və buna əsasən ayənin nəsx olunduğuna istinad etmişlər.



Cavab:

Hər iki ayəni diqqətlə nəzərdən keçirdikdə, belə, qənaətə gəlmək olur ki, ayədə «müəyyən haqq» deyildikdə nə zəkat, nə də hər hansı bir vacib ödəniş haqqı nəzərdə tutulur. Sadəcə olaraq burada, cəmiyyətdə adət halını almış və ödənilməsi müstəhəb olan adi ödəniş haqqı nəzərdə tutulur.

Qeyd etdiklərimizi sübuta yetirəcək iki əsaslı dəlilə istinad edirik:

1. Şiə və sünnü mənbələrində nəql olunmuş hədis və rəvayətlərdə yalnız zəkatın vacib olduğu göstərilmişdir.

2. Əhli-beyt (ə) tərəfindən nəql olunmuş rəvayətlərdə ayədə müstəhəb ödəniş haqqının [sədəqənin] nəzərdə tutulduğu göstərilir.

Siqətul-islam Koleyni, Əbu Bəsirə istinad edərək deyir: İmam Sadiq (ə) ilə birlikdə idik. Dövlətlilərdən bir neçəsi də bizimlə idilər. Zəkat haqda söhbət açıldıqda imam Sadiq (ə) buyurdu: «Zəkat verməklə kimsə tə᾽rif edilməməlidir. Bu vacib vergini ödəməklə insan canını və malını qorumuş olur və müsəlman adlandırılır. [İmkan daxilində] zəkat haqqını ödəməyənlərdən isə namaz belə qəbul olunmaz. Lakin zəkatdan başqa da üzərinizə digər ödəniş haqları da düşür.»

Əbu Bəsir tərəddüd edərək dedi: Zəkatdan başqa bir vergi ödəməliyik?

İmam Sadiq (ə), Əbu Bəsirin bundan xəbəri olmadığını görüb təəccüblə dedi: «Məgər bu ayəni eşitməmisinizmi?»



«O kəslər ki, onların malında müəyyən haqq [pay] vardır».

Əbu Bəsir deyir: Müəyyən haqq deyildikdə nə nəzərdə tutulur?

İmam Sadiq (ə) buyurdu: «And olsun Allaha! Bu hər bir şəxsin günlük, həftəlik, aylıq və ya illik əlavə qazanclarının ehtiyacı olanlara ödəməli olduğu haqdır [sədəqədir].»

Koleyni başqa bir rəvayətdə İsmail ibni Cabirə istinad edərək imam Sadiq (ə)-dan nəql edərək deyir:

İmam Sadiq (ə)-dan zəkatdan başqa digər ödəniş haqqının olub-olmadığını soruşdum.

İmam Sadiq (ə) buyurdu: «Bəli vardır. Varlılar qazandıqları var-dövlətdən min, iki min və ya üç min dirhəm ehtiyacı olanlar üçün ayırarlar. Bu da həmin müəyyən ödəniş haqqıdır.»43

Biyhəqi özünün «Şə᾽bul iman» adlı kitabında Ğəzvan ibni Əbu-hatimə istinad edərək nəql etdiyi rəvayətdə deyir: «Əbuzər, Osmanın evinin astanasında dayanıb evə daxil olmaq istəyirdi. Lakin kimsə ona icazə vermirdi. Qüreyş qəbiləsindən olan bir şəxs onu görcək soruşdu: Əbuzər nə üçün burada oturmusan?

Əbuzər dedi: Onlar mənə evə daxil olmağa icazə vermirlər.

O, Osmanın evinə daxil olub dedi: Əbuzərin günahı nədir ki, ona evə daxil olmağa icazə vermirsiniz? Osman, Əbuzərə evə daxil olmağa icazə verdi. O, da məclisə daxil olub onların kənarında əyləşdi.

Osman, Kə᾽bul Əhbarı çağıraraq dedi: Ey Əba İshaq! Əgər bir şəxs malının zəkatını ödəyərsə yenə də günahı olarmı? Kə᾽b qətiyyətlə dedi: Xeyr! Əbuzər təəccüblənərək əsəbi halda ayağa qalxıb əlindəki əsa ilə Kə᾽bin kürəyinə vurub dedi: Ey yəhudi övladı! Elə güman edirsən ki, zəkat ödənildikdən sonra heç bir vergi haqqı ödənilməməlidir? Bir halda ki Allah-taala Qur᾽ani-kərimdə bu haqda buyurur: (59/9), (16/8), (1/74-75).

İbni Abbas bu rəvayətə istinad edərək deyir: Müəyyən haqq deyildikdə sədəqə deyil, hər bir şəxsin [imkan daxilində] ehtiyacı olan qohum-əqrəbasına etdiyi yardım və saxladığı qonaqların məxarici nəzərdə tutulur.44

Təfsir alimlərinin bir qismi İbni Abbasın dediklərinə istinad etmişlər.



Nəticə:

Demək «müəyyən haqq» deyildikdə vacib deyil, müstəhəb ödəniş haqqı nəzərdə tutulur. Və ayənin verdiyi hökm nəsx olunmadan qüvvədə qalmaqdadır.


NƏCVA AYƏSİNİN NƏSXİ


«Ey iman gətirənlər! Peyğəmbərlə [hər-hansı bir iş barəsində] məxfi danışığa getməzdən əvvəl [ona hörmət əlaməti olaraq yoxsullara] sədəqə verin. Bu [əməl] sizin üçün [Allah yanında] daha xeyirli və daha pakdır. Əgər [sədəqə verməyə] bir şey tapmasanız [ürəyinizi sıxmayın]. Çünki, Allah bağışlayan və rəhm edəndir. (58/12)

«Məgər siz [Peyğəmbərlə] məxfi danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuzumu? Madam ki, siz [bunu] etmədiniz [sədəqə vermədiniz] və Allah da tövbənizi qəbul buyurdu, onda namaz qılıb, zəkat verin. Allah və Onun Peyğəmbərinə itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır!» (58/13).

Bir çox əhli-sünnə və şiə mənbələrində nəql olunmuş rəvayətlərdə deyilir: Ayə nazil olduqdan sonra Əli (ə)-dan savayı kimsə ona əməl etmədi. O, bir dinarı xırdalayaraq on dirhəm etdi. Peyğəmbərlə (s) görüşmək istərkən bir dirhəm sədəqə verdi. Görüşlərin və etdikləri söhbətlərin sayı ona çatdıqda «Nəcva» ayəsi nazil oldu. Misal olaraq bir neçə rəvayətə işarə edirik.

1. İbni Babəveyh, Məhkula istinad edərək nəql etdiyi rəvayətdə deyir: Əmirəl-mö᾽minin Əli (ə) buyurur: «Peyğəmbərin (s) səhabələrindən və hədis hafizlərindən elə bir şəxs yoxdur ki, mən onunla şərik olmadan hər hansı bir fəzilətə malik olmuş olsun və mənim fəzilətim onların hamısından daha üstündür. Lakin malik olduğum yetmiş fəzilətdə səhabələrdən heç birinin payı yoxdur. Və bu fəzilətlər yalnız mənə məxsusdur.

Məhkul deyir: Dedim, ya Əmirəl-mö᾽minin! Bizi bu fəzilətlərdən agah etməyinizi istərdik. Əli (ə) onların hamısını bir-bir sayıb 24-cüyə çatdıqda buyurdu: (İza nacəy tumur-rəsul – Peyğəmbər [hər hansı bir işə] məxfi danışmağa getməzdən...) ayəsi nazil olduqdan sonra bir dinarı, on dirhəm xırdalayaraq Peyğəmbərlə (s) hər görüşə getməzdən əvvəl bir dirhəm sədəqə verdim. And olsun Allaha! «Ə᾽əşfəqtum – məgər siz [Peyğəmbərlə] məxfi danışmazdan əvvəl...» ayəsi nazil olmazdan əvvəl və sonra səhabələrdən heç biri bu işi görməmişdir.45

2. İbni Cərir Təbəri, Mücahidə istinad edərək nəql etdiyi rəvayətdə deyir: Əmirəl-mö᾽minin Əli (ə) buyurur: Qur᾽anda elə bir ayə vardır ki, kimsə məndən əvvəl ona əməl etməmişdir və məndən sonra da əməl etməyəcəkdir. Bir dinar pulu on dirhəmə xırdalayaraq hər dəfə Peyğəmbərin (s) görüşünə gələrkən bir dirhəm Allah yolunda sədəqə verdim. Sonra «İza nacəy tumur-rəsul» ayəsi nazil oldu və həmən ayəni nəsx etdi və bu ayəyə kimsə məndən əvvəl əməl etməmişdir.

3. Şovkani deyir: Əbdürrəzzaq, Əbd ibni Həmid, İbni Munzər, İbni Əbi Hatəm və İbni Mədəviyyə, Əli (ə)-dan nəql edərək deyirlər: Ayə nəsx oluncaya qədər kimsə məndən başqa ona əməl etmədi [və onun müddəti cəmi bir saat oldu – yə᾽ni ayə nazil olduqdan bir saat sonra növbəti ayə ilə nəsx olundu.] Əli (ə) burada Nəzva ayəsini nəzərdə tutur.

4. Səid ibni Mənsur, İbni Rahəviyyə, İbni Əbi Şəybə, Əbd ibni Həmid, İbni Munzər, İbni Əli Hatəm və İbni Mədəviyyə, Əli (ə)-dan nəql edərək deyirlər: Qur᾽anda elə bir ayə vardır ki, kimsə nə məndən əvvəl ona əməl etmiş, nə də məndən sonra əməl edəcəkdir. Və bu «İza nacəy tumur-rəsul» ayəsidir.

Sonra buyurur: Ayə nazil olarkən bir dinar pulum var idi. Mən onu on dirhəm xırdalayıb Peyğəmbər (s) görüşünə getməzdən əvvəl bir dirhəmini sədəqə verərdim. «Ə᾽əşfəqtum» ayəsi nazil olanadək kimsə bu ayəyə əməl etməmişdir.

Bu hədisi Hakim də öz kitabında nəql etmiş və səhih olduğuna işarə etmişdir.

PEYĞƏMBƏRLƏ (S) GÖRÜŞÜB SÖHBƏT APARMAĞA NƏ ÜÇÜN SƏDƏQƏ VERİLMƏLİDİR?


Bu ayə üç mühüm mətləbə dəlalət edir:

1. Peyğəmbərlə (s) görüşüb söhbət aparmazdan əvvəl, sədəqə qəlblərin mə᾽nən saflaşmasını və eyni zamanda Allaha iman gətirmiş hər bir müsəlmanın həm mə᾽nəvi, həm də maddi rifahının inkişafına səbəb olur.

2. Hökm yalnız maddi imkanı olan şəxslərə dəlalət edir. Yoxsul və imkansız təbəqəyə isə sədəqənin verilməsi heç də vacib deyildir. Çünki, Allah öz bəndələrinə qarşı mehriban və bağışlayandır.

Nəcva ayəsinin verdiyi hökm bundan ibarətdir. Hökmün mahiyyətinə diqqət yetirdikdə, onun nə qədər mənfəətli və müsbət xarakter daşıdığının şahidi oluruq. Çünki bir tərəfdən yoxsul təbəqəyə maddi yardım olunur, digər tərəfdən də səhabənin Peyğəmbərə (s) qarşı olan səmimiyyətləri daha da artır. Və Peyğəmbərə (s) olan yersiz müraciətlərə məhdudiyyət qoymuş olur. Çünki hökm sadir olmaqla günlərini Peyğəmbərlə (s) keçirmək istəyən və özlərinin yersiz sualları ilə onun vaxtını alan şəxslərin müraciətləri müəyyən qədər də olsun azalır. Və Peyğəmbərlə (s) dostluğu və ünsiyyətdə olmağı puldan, var-dövlətdən üstün tutan təqva sahiblərinə onunla daha çox görüşmək və mümkün qədər çox bəhrələnmək imkanını verir.

3. Bütün bunlarla yanaşı ayəni iman gətirmiş şəxslərin insani, əxlaqi və mə᾽nəvi dəyərlərini sınamaq üçün ən əlverişli bir vasitə hesab etmək olar. Çünki, Allah yolunda Peyğəmbərlə (s) ünsiyyətdə olmaq xatirinə yoxsullara sədəqə vermək, onların ruhi təkamülünə və imanlarının daha da güclənməsinə səbəb ola bilərdi.

Şübhəsiz ki, hökm müəyyən zamana deyil, bütün zamanlara dəlalət edir. Ayənin sınaq xarakteri daşıması ikinci, yə᾽ni on üçüncü ayədə özünü daha da bəlli edir. Belə ki, ayə nazil olduqdan sonra Əli (ə)-dan savayı əshab pula, var-dövlətə olduqları sonsuz əlaqəyə görə Peyğəmbərlə (s) görüşmək üçün sədəqə verməkdən imtina etmişlər.


HÖKM NƏ ÜÇÜN NƏSX OLUNMUŞDUR?


Sədəqə mənfəət verməklə yanaşı başqa bir mənfəətin də qarşısını alırdı. Çünki müsəlmanların və səhabənin Peyğəmbərlə (s) ünsiyyətdə olmaları ümumi mənafeyə xələl gətirəcək bir çox şeylərə də səbəb olurdu. Bu səbəbdən ümumi mənafeni, şəxsi mənafedən üstün tutaraq növbəti ayə nazil olmaqla sabiq hökmü nəsx olundu. Beləliklə belə bir sədəqənin vacibliyi namaz, zəkat və Peyğəmbərə (s) tabe olmaq hökmü ilə əvəz olundu. Artıq bizə mə᾽lum olur ki, hökmün nəsx olunması zərurət üzündən olmuş və həqiqətən birinci (on ikinci) ayə növbəti (on üçüncü) ayə ilə nəsx olunmuşdur. Lakin diqqət yetirmək lazımdır ki, ayənin nəsx olunması birinci ayənin qüvvədə olma müddəti başa çatmasına dəlalət edir və bir qədər əvvəl qeyd etdik ki, ayələrin bu qayda ilə nəsx olunmaları heç də qeyri-adi hal deyildir.

Ayənin nəsx olunması hökmün qüvvədə olma müddəti başa çatmaqla əlaqəli olsa da, bu heç də o demək deyildir ki, hökmün mənafei dövrə aid olmuşdur. Çünki bir qədər əvvəl qeyd etdik ki, belə bir mənafe Peyğəmbərin (s) həyatının bütün dövrlərində mövcud olmuşdur. Lakin müsəlmanların pula, var-dövlətə olan meyl və əlaqələri hökmün daimi olaraq qüvvədə qalmasına mane oldu və bu da ayənin nəsx olunması ilə nəticələndi.


SUAL VƏ CAVAB


Elmi hər şeyi əhatə edən və hər şeyi əvvəlcədən bilən Allah təbii ki, hökmün davam gətirə bilməyəcəyini və nəticədə nəsx olunacağını da bilirdi. Belə bir halda sədəqənin vacibliyinə dair belə bir hökmün verilməsi məqsəd daşımışdır?

Cavab: Hökmün verilməsi və sonradan nəsx olunması bir neçə faydalı nəticələr vermişdir. Verdiyi ən faydalı nəticələrdən biri də müsəlmanlara olunan xəbərdarlıq və onların oyanması olmuşdur. Belə ki, ayə nəsx olunduqdan sonra hamıya mə᾽lum oldu ki, nə səhabə nə də Peyğəmbərin (s) digər tərəfdarları pulu və var-dövləti öz peyğəmbərlərindən üstün tutmuş və Əli (ə)-dan savayı kimsə bu ayəyə əməl etməmişdir. Peyğəmbərlə (s) ünsiyyətdə olmaqdan çəkinmək günah olmasa da əshabın bir çoxu pulu və var-dövləti bundan üstün tutmuşlar.

Hökmün qüvvəyə minməsi və sonradan nəsx olunması bir çox həqiqətləri meydana çıxarır. Bunlardan ən başlıcası müsəlmanların Peyğəmbərə (s) olan diqqətsizliyini və Əli (ə)-ın iman və şəxsiyyətinin ucalığını bəyan etməsidir.

Nəcva ayəsində sədəqə hökmünün verilməsi və sonra bu hökmün nəsx olunması həm Qur᾽anın zahiri mə᾽nasından həm də nəql olmuş bir çox hədis və rəvayətlərdən bəlli olur. Lakin əgər sədəqə İbrahim peyğəmbərin oğlu İsmaili qurban etməsi kimi, sınaq xarakterli bir hökm olsaydı, ayənin nəsxinin həqiqi və istilahi adlandıra bilməzdik. Çünki sınaq və imtahan xarakteri daşıyan bir çox hökmün nəsx olunması istilahi deyil, lüğəvi nəsxə aiddir. Fəxri Razi öz kitabında yazır: Əbu Müslüm hökmün sınaq xarakteri daşıdığına qətiyyətlə istinad edir. Onun fikrincə hökmün verilməsindən əsasən məqsəd mö᾽minlərin, münafiqlərdən fərqlənməsi olmuşdur. Bu səbəbdən də ayə həqiqi mə᾽nada nəsx olunmamışdır. Fəxri Razi, Əbu Müslümün nəzəriyyəsini qeyd etdikdən sonra deyir: Bu nəzəriyyə tamamilə düzgün və əsaslıdır.46 Şeyx Şərəfüddin deyir: Məhəmməd ibni Abbas öz təfsir kitabında əhli-sünnə və şiə mənbələrindən bu məzmunda yetmiş hədis və rəvayət nəql etmişdir. Bütün bu rəvayətlər də Peyğəmbərlə (s) görüşməzdən əvvəl sədəqə verən yeganə şəxs Əli ibni Əbu Talib (ə) olduğu göstərilir. Sonra Şeyx Tusidən bu hədisi nəql edərək deyir: Termizi özünün «Sünən» adlı kitabında və Sə᾽ləbi öz təfsirində Əlqəmə Ənmaridən – ravilərin bir neçəsinin adı ixtisara salınmış və o da Əli (ə)-dan nəql etdiyi rəvayətdə deyir: Allah-taala mənə xatir bu ümmətə güzəşt etdi. Çünki onlar Peyğəmbərlə (s) ünsiyyətdə olmaq üçün sədəqə verməklə sınağa çəkildilər. Lakin pul və var-dövlətə olan meyl və əlaqə buna imkan vermədi. Ayəyə əməl edən yegenə şəxs mən oldum. Cəmi bir dinar pulum olduğu halda mən onu on dirhəmə xırdalayıb Peyğəmbərlə (s) görüşə gəlməzdən əvvəl sədəqə verərdim. Bu səbəbdən də Allah-taala mənə xatir onları əfv edib, bağışladı. Əgər ayəyə əməl edən bir şəxs olmasaydı ilahi əmrə olmadıqları üçün bütün insanlar Allahın əzabına düçar olardı.47

Müəllif:

Bu rəvayət Termizinin «Sünən» adlı kitabının nə köhnə, nə də yeni çapında nəql olunmamışdır. Kitablarının bir çoxunda bu rəvayəti nəql edən Sə᾽ləbi də öz təfsirində buna heç bir işarə etməmişdir.

(Kitabı tərcümə edərkən Ayətullah üzma Nəcəfinin şəxsi kitabxasında [Qum şəhərində] 908 nömrəli Sə᾽ləbinin qədim və nəfis xətlə yazılmış təfsirini tapdıq. Təfsirə müraciət etdikdən sonra bizə belə mə᾽lum oldu ki, Əlqəmə Ənmari yalnız əvvəl hissəsini Əli (ə)-dan nəql etmişdir. Hədisin digər hissələri isə Sə᾽ləbinin nəql etdiyi digər rəvayətlərdən əldə olunmuşdur.

Sə᾽ləbinin nəql etdiyi bir neçə rəvayətə işarə edirik:

1. Mücahid deyir: «Sədəqə vermədən» Peyğəmbərlə (s) görüşmək bizə qadağan olundu. Sədəqə verən yalnız Əli (ə) [Allah ondan razı olsun] oldu. O bir dinarı xırdalayıb sədəqə verdi və sonra növbəti ayə nazil olmaqla Peyğəmbərlə (s) görüşməyə bizlərə icazə verildi.

Əli ibni Əbu Talib [Allah ondan razı olsun] deyir: Allahın kitabında [Qur᾽anda] elə bir ayə vardır ki, nə məndən əvvəl, nə də məndən sonra kimsə ona əməl etməmişdir. O — «Ey iman gətirənlər Peyğəmbərlə (s) [hər-hansı bir iş barəsində] məxfi danışığa getməzdən əvvəl [ona hörmət əlaməti olaraq yoxsullara] sədəqə verin» — ayəsi idi. Belə ki, ayə əvvəl vacib sonra isə nəsx olundu.

Abdulla ibni Hamid, Əli ibni Əlqəmə Ənmari, Əli ibni Əbu Talib (ə)-dan nəql edərək deyir: Nəcva ayəsi nazil olarkən Peyğəmbər (s) mənə dua edib sonra buyurdu:

Əli deyir. Allah-taala ümmətə [müsəlmanlara] güzəşt etdi və nə ayə nazil olmazdan əvvəl, nə də sonra kimsə bu hökmə əməl etmədi.

Bir sözlə hökm istər həqiqi olsun, istərsə də sınaq məqsədi ilə verildikdən çox az sonra nəsx olunaraq öz qüvvəsini itirməmişdir və Əli ibni Əbu Talibdən savayı hökm qüvvədə olduğu müddət ərzində kimsə tərəfindən əməl olunmamışdır. Bu da Əli (ə)-ın ən bariz fəzilətlərindən biri hesab olunur.

AÇIQ-AŞKAR TƏƏSSÜB VƏ QƏRƏZLİK


Fəxri Razi – hökmü icra etməyə fürsət olduğu bir halda – açıq-aşkar təəssüb hissi ilə səhabənin ayəyə əməl etməməkdə üzürlü hesab edərək deyir: Hökmün icrası yoxsulların qəm-qüssəsinə və varlıların kənara çəkilməsinə və Peyğəmbərdən (s) uzaqlaşmalarına səbəb olurdu. Çünki, yoxsul təbəqə maddi çatışmamazlıqlar üzündən sədəqə verə bilmir və hökmü icra edə bilmədikləri üçün kədərlənir, varlılar da bə᾽zilərini sədəqə verərək hökmü icra etdiklərinin və özlərinin buna əməl etmədiklərini görüb bilirdilər ki, hamının onlara olan münasibətləri soyuyacaq və onlara irad və nöqsanlar tutulacaqdır. Bu səbəbdən də onlar Peyğəmbərdən (s) uzaq düşür və aralarında olan münasibətlər soyumağa başlayırdı.

Demək, yoxsul təbəqənin qəm-qüssəsinə və varlıların dindən uzaqlaşmasına səbəb olan hər hansı bir hökmün icra olunmamasının bir o qədər də zərəri yoxdur. Çünki, sevgi və mehribançılığa səbəb olan hər hansı bir iş müsəlmanların din və Peyğəmbərdən (s) uzaq düşmələrindən daha müsbət nəticələr verə bilər.

Bütün bunlarla yanaşı Peyğəmbərlə (s) ünsiyyətdə olmaq nə vacib, nə də müstəhəbdir. Sadəcə olaraq şərtin qoyulmasından ən başlıca məqsəd Peyğəmbərin (s) evinə olan gediş-gəlişlərin nisbətən azalması olmuşdur və gediş-gəlişlər nə qədər az olsa, məqsədə daha tez nail olmaq olar. Sözsüz ki, bu kimi münasibətlərə son qoymaq daha məqsədə uyğun olardı və bunun üçün təqsiri münasibətləri kəsən şəxslərdə görmək lazım deyildir.

Müəllif:

Hörmətli oxucu! Fəxri Razinin səhabənin Qur᾽an ayələrinə əməl etməmələrinə dair gətirdiyi üzürxahlıqla tanış oldunuz. Lakin onun gətirdiyi dəlillər insanda yalnız şəkk və şübhə yaradır və bunu Qur᾽an ayələrindən azacıq mə᾽lumatı olan hər hansı bir şəxsdən eşitmək belə, insanda təəccüb doğurur.

Çünki fərz edək ki, bu barədə heç bir rəvayət nəql olunmamış və səhabənin itaətsizliyi haqda heç bir söz açılmamışdır.

Bəs «ə᾽əşfəqtum» yə᾽ni növbəti on üçüncü ayə necə burada pul və var-dövləti Peyğəmbərlə (s) ünsiyyətdə olmaqdan və bunun nəticəsində ondan uzaqlaşanlara işarə olunaraq danlaq atəşinə tutulmayırlarmı? Lakin nə etmək olar, təəssüb hissi insanı həlak edən qorxunc bir xəstəlikdir! Daha təəccüb doğuran isə Fəxri Razinin «hökmün xeyirlərindən biri də dünyapərəst insanların, mə᾽nəvi cəhətdən pak və axirətə həqiqi mə᾽nada iman gətirmiş şəxslərdən fərqlənmələri oldu» və eyni zamanda «sədəqənin verilməsi yoxsul təbəqənin qəm-qüssəsinə, varlıların isə dindən və Peyğəmbərdən (s) uzaqlaşmalarına səbəb olduğu üçün daha yaxşı olardı ki, hökm icra olunmasın» deməsidir.

Əgər onun dedikləri doğru və düzgün olsaydı, bütün vacib ödənişlərə dair verilmiş hökmləri icra etməmək daha məqsədə uyğun olardı və bu kimi ilahi göstərişlər əql, adət-ən᾽ənə, varlı və yoxsul təbəqənin ümumi rifahı ilə müxalif olardı. Bütün bunları nəzərə alaraq Əli (ə)-ın fəzilətlərini inkar etmək üçün Fəxri Razinin belə bir – hətta bundan da əsassız mə᾽naya istinad etməsi heç də təəccüb doğurmamalıdır.

Burada Nizamuddin Nişapurinin, Fəxri Raziyə tutduğu irada işarə etmək yerinə düşərdi.

Nişapuri deyir:

«Quzi deyir ki, Peyğəmbərlə (s) şəxsi söhbətlərdən [görüşlərdən] əvvəl sədəqə verməyi Əli (ə)-ın fəzilətlərindən və onun digər səhabələrindən üstün olduğunu hesab etmək olmaz. Çünki ola bilsin onların hökmü icra etmələrinə fürsət olmamışdır.

Bütün bunlarla yanaşı Fəxri Razi deyir: Hökmə icra olunmasına vaxtın olunduğunu fərz etsəkdə belə, bir hökmü icra etmək sədəqə verməyə qadir olmayan yoxsul təbəqənin kədərlənməsinə və varlıların dindən uzaqlaşmalarına səbəb olardı.

Demək, belə bir hökmün icra olunmamasının heç bir nöqsanı yoxdur. Çünki, ümumi həmrə᾽yliyə səbəb olan hər hansı bir iş nifaq və ayrılığa gətirib çıxaran işlərdən daha çox müsbət nəticə verə bilər. Belə ki, Peyğəmbərlə (s) şəxsi görüşlər üçün sədəqənin verilməsi nə vacib, nə də müstəhəbdir və belə bir hökmü icra etməmək, icra etməkdən daha yaxşı olardı. Çünki belə şəxsi görüşlər Peyğəmbərin (s) narahatçılığına səbəb olurdu.

Nişapuri, Fəxri Razinin dediklərini nəql etdikdən sonra deyir: Bütün bunların nə dərəcədə təəssüb hissi ilə deyildiyi göz qabağındadır. Axı nə üçün hər zaman Əli (ə)-ın fəziləti haqda bir söz deyildiyi zaman şübhə ilə yanaşaraq hər hansı bir nöqsan axtarmalı və ya qətiyyətlə rədd etməliyik? Məgər o digər səhabələrin malik olmadıqları xüsusiyyətlərə yiyələnə bilməzdimi? Bir halda ki, Ömərin oğlundan nəql olunduğu rəvayətdə deyilir: Əgər Əlinin fəzilətlərindən biri məndə olsaydı, bu mənim üçün qırmızı tüklü dəvələrdən daha qiymətli olardı.

1. Peyğəmbərin (s) yeganə qızı Fatimə (ə) ilə evlənməsi;

2. Xeybər döyüşündə bayraqdar olması;

3. Nəcva ayəsinə əməl etməsi.

Bütün bunlarla yanaşı hər bir insaflı şəxs deyə bilərmi ki, Peyğəmbərlə (s) şəxsi görüş və söhbətlərin aparılması fəzilət deyil, nöqsandır? Kamal [kamillik] yox, eyibdir. Məgər ayədə hökmün icra olunması yasaq olunurmu?! Xeyr! Əksinə, buna əməl edənlərin iki fəzilətə nail olacaqları bildirilir.

Belə ki, həm ehtiyacı olanlara maddi yardım etmiş olur, həm də qəlbində Peyğəmbərə (s) olan məhəbbəti daha da gücləndirərək bir qədər də ona yaxınlaşır və öz çətinliklərini onun vasitəsilə aradan qaldırır və beləliklə onunla ünsiyyətdə olmağı var-dövlətdən əhəmiyyətli olduğunu sübuta yetirmiş olur.48



«Allahın öz peyğəmbərinə [fəth olunmuş] məmləkətlərin əhalisindən [dinc yolla] verdiyi qənimət Allaha, Peyğəmbərə [Məhəmməd (s) yaxın olan] qohum-əqrəbaya, yetimlərə, yoxsullara və [pulu qurtab yolda qalan] müsafirlərə məxsusdur. Bu ona görədir ki, [həmin mal-dövlət] içərinizdəki zənginlər arasında əldən-ələ düşən bir sərvət olmasın [ondan yoxsullar da faydalansın]. Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir.» (59/7).

Qətadə ayənin nəsx olunduğunu belə izah edir. «fəy» və «qənimət» eyni mə᾽na daşıyır. Bu səbəbdən də ayədə «fəy» kəlməsindən istifadə olunaraq qənimət hökmləri bəyan olunur. İslamın zühur etdiyi ilk illərdə qənimət məhz bu ayəyə əsasən böülünür və əldə olunan qənimətlərdən yalnız ayədə işarə olunan şəxslərə verilirdi. Lakin Ənfal surəsi nazil olduqdan sonra ayə nəsx olundu və artıq qənimət əvvəlki kimi deyil, onun beşdə biri ayədə işarə olunan şəxslərə və yerdə qalan dörd hissəsi də döyüşçü, əsgər və mücahidlər arasında müəyyənləşdirildi.

Ənfal surəsinin 41-ci ayəsində deyilir:

«Bilin ki, ələ keçirdiyiniz hər-hansı qənimətin beşdə biri Allahındır.»

Ayənin nəsx olunduğuna dair yalnız Qətadə fikir irəli sürmüşdür.

Lakin alim və tədqiqatçılar onun bu fikri ilə razılaşmayaraq demişlər: Müsəlmanların döyüş zamanı ələ keçirdikləri qənimət Allahın Peyğəmbərə aid etdiyi «fəy – qənimətdən» bir qədər ayrı sözdür. Çünki «fəy» adi halda kafirlərdən ələ keçirdikləri şeylərə deyilir, «qənimət» isə yalnız döyüş zamanı əldə olunan hər-hansı bir şeydir.

Bu səbəbdən də qətiyyətlə deyə bilərik ki, ayələr arasında heç bir ziddiyyət yoxdur və belə bir halda hökmün hər ikisi qüvvədə olaraq qalacaq və biri digərini nəsx etməyəcəkdir.



Müəllifin nəzəri:

Tədqiqatçıların bu barədə dedikləri tamamilə doğru və düzgündür. Onların söylədiklərini dəstəkləyərək demək istəyirəm ki, ayənin nəsx olunması Peyğəmbərin (s) sünnət və adət-ən᾽ənələri ilə əsla uyğun gəlmir. Çünki, tarixi mənbələrin heç birində Peyğəmbərin (s) əldə olunan qənimətin özünə və qohum-əqrəbasına aid etdiyi və döyüş iştirakçılarına bir şey vermədiyi göstərilməyir.

Ayənin nəsx olunduğuna dair irəli sürülmüş nəzəriyyənin batil olduğuna dəlalət edəcək başqa bir dəlil bə᾽zilərinin Ənfal surəsinin Həşr surəsindən əvvəl nazil olduğunu hesab etmələridir. Bir halda ki, bu heç də belə deyildir. Tarixə müraciət edərək deyə bilərik ki, Ənfal surəsi Həşr surəsindən sonra nazil olmuşdur.

Demək «qənimət» ayəsi olan Ənfal surəsi Həşr surəsindəki «fəy» ayəsindən əvvəl nazil olmuşdur. Bir halda ki, nəsx edən ayə nəsx olunan ayədən əvvəl deyil, sonra nazil olmalıdır. Bu səbəbdən də qətiyyətlə deyə bilərik ki, «qənimət» ayəsi zaman baxımından bir qədər sonra nazil olan haqqında söhbət açdığımız ayəni nəsx etməyə əsla qadir deyildir.



Kataloq: dosya -> uygulama
uygulama -> Sərbəst toplaşmaq azadlığı haqqında
uygulama -> MƏSƏLLƏr müƏLLİF: MÖHSİn qəRAƏTİ
uygulama -> İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri
uygulama -> Quranın təhrİfİnə daİr İttİhamlara cavab
uygulama -> Mİratur-rəŞAD” (Hidayət güzgüsü) Müəllif: Ayətullahül-üzma Əbdüllah Mamaqani
uygulama -> İslamda Qəhrəman Qadınlar Kitabın müəllifi: Məhəmməd Məhəmmədi İştiharidi
uygulama -> İmam hüseyn (Ə) barəSİNDƏ HƏDİSLƏr təRTİb edəN: S. Bağirzadə
uygulama -> Hicri-qəməri tarixi ilə 1319-cu ildə Misirdə «Əl-Kubraye-əmiriyyə» mətbəəsində ikinci dəfə nəşr olunan «Təfsiri-Kəşşaf»da
uygulama -> MÜƏLLİF: ƏBDÜllah məHƏMMƏd vəhhabiLƏRİ belə GÖRDÜM
uygulama -> I. Jurnalistlər və bloqçular

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə