İKİNCİ Cİld on iKİNCİ FӘSİL


ON DÖRDÜNCÜ FƏSİL QUR᾽ANIN TƏFSİRİNƏ DAİR ÜMUMİ QANUNLAR



Yüklə 1,43 Mb.
səhifə19/30
tarix05.05.2017
ölçüsü1,43 Mb.
#16977
1   ...   15   16   17   18   19   20   21   22   ...   30

ON DÖRDÜNCÜ FƏSİL

QUR᾽ANIN TƏFSİRİNƏ DAİR ÜMUMİ QANUNLAR


1. Təfsirin mənası;

2. Quranın təfsiri üçün möbər olan sənədlər;

3. Quranın vahid xəbərlə təfsiri;

4. Quranın vahid xəbərlə müəyyən və xüsusi hal tapması;

5. Sual və cavablar.

TƏFSİRİN MƏ᾽NASI


Ayələrin mə᾽na və məfhumunun və Allahın nazil etdiyi ayələrdə nəyin nəzərdə tutduğunun açıqlanmasına təfsir deyilir. Bu səbəbdən də ayələri təfsir edərkən əql və şəriət baxımından e᾽tibar kəsb edən əsaslı dəlillərə istinad etmək lazımdır. Çünki, əvvəla qeyri-mö᾽təbər sənəd və mənbəələrə istinad etmək şər᾽i nöqteyi-nəzərdən haram, digər tərəfdən də Allahın izni olmadan hər hansı bir mətləbi Ona aid etmək haram və bağışlanmaz bir günahdır. Qur᾽ani-kərimdə bu haqda deyilir:

«De ki: [Bunu deməyə] Allah özü sizə izn verdi, yoxsa Allaha iftira yaxırsınız?».

«[Ey insan!] Bilmədiyin bir şeyin ardınca getmə [bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə.] (17/36).

Qur᾽anın əsaslı dəlillərlə təfsir olunmasına dair kifayət qədər hədis və rəvayət nəql olunmuşdur. Bütün bunlarla yanaşı nəql olunmuş rəvayətlərdə Qur᾽anın şəxsi rə᾽y və nəzərlə təfsir olunmasının qətiyyətlə qadağan olunduğu da göstərilir.

Buradan belə bir qənaətə gəlmək olur ki, Qur᾽anın təfsir olunmasında şəxsi rə᾽y və nəzərlərə istinad etməklə yetkin nəticəyə gəlmək olmur. Belə bir təfsir üsulunda əldə olunan şey varsa həqiqət və gerçəklik deyil, zənn və gümandır.

«Zənn isə əsla həqiqət deyildir».


QUR᾽ANIN TƏFSİRİ ÜÇÜN MÖ᾽TƏBƏR SAYILAN SƏNƏDLƏR


Bir qədər əvvəl qeyd etdik ki, Qur᾽an zənn və gümanla deyil, əql və şəriət nöqteyi-nəzərindən e᾽tibar kəsb edən əsaslı dəlillərə istinad olunaraq təfsir olunmalıdır. Müfəssir Qur᾽anı təfsir edərkən yalnız əqli, elmi və şər᾽i dəlillərə istinad etməli və ilk növbədə aşağıda qeyd olunanları nəzərə almalıdır.

1. Qur᾽anda işlənilən kəlmələrin zahiri mə᾽nasını təfsir üçün mö᾽təbər sənədlərdən biri hesab olunur;

2. Sağlam və fitri əql şəxsi zövq və təfəkkürdən tə᾽sirlənərək ondan ayələrin təfsirində mö᾽təbər mənbə kimi istifadə etmək olar. Çünki Peyğəmbər (s) xarici hidayətçi olduğu kimi, əql də mö᾽təbər daxili və batini hidayətçidir.

3. Mə᾽sum imamların buyuruqları və onlardan bu məzmunda nəql olunmuş hədis və rəvayətlər Qur᾽anın təfsirində tam mö᾽təbər hesab olunur. Çünki onlar dini məsələlərdə ən e᾽tibarlı mənbə hesab olunurlar. Dini məsələlərdə onlara istinad etmək haqqında və bunun zərurililiyi barədə Peyğəmbərdən (s) onlarla hədis və rəvayət nəql olunmuşdur. Bu rəvayətlərin birində deyilir: «Mən sizin aranızda iki ağır əmanət qoyuram. Əgər onlardan möhkəm yapışsanız heç vaxt haqq yoldan azmayacaqsınız.»

4. Qur᾽an təfsirində mö᾽təbər zənn doğuran rəvayətlər də e᾽tibarlı hesab olunur.

İzah:

Mə᾽sum imamlardan nəql olunmuş mö᾽təbər rəvayətlər şübhəsiz ki, Qur᾽anın təfsirində e᾽tibarlı hesab olunur və əsaslı olaraq onlara istinad edilir. O ki, qaldı zəif rəvayətlərə, təbii ki, onlara istinad olunmur. Görəsən Qur᾽anın təfsirində qəti olmayan, lakin mö᾽təbər hesab olunan rəvayətlərə, yə᾽ni vahid xəbər halında nəql olunmuş rəvayətlərə istinad etmək olarmı? Təfsir və hədis alimləri arasında bu barədə fikir ayrılığı vardır. Lakin biz belə bir fikirdəyik ki, bu kimi rəvayətlər e᾽tibar kəsb etdikləri üçün təfsir alimləri Qur᾽an ayələrini təfsir edərkən onlara istinad edə bilər.


QUR᾽ANIN VAHİD XƏBƏRLƏ TƏFSİRİ


Qeyd etdik ki, vahid xəbər halında nəql olunmuş rəvayətlərə – mö᾽təbər olduğu üçün – Qur᾽an ayələrinin təfsirində istinad etmək olar. Lakin alimlərin bə᾽ziləri bu məsələyə irad tutaraq deyirlər: Vahid xəbər halında nəql olunmuş rəvayətlər və zənn doğuran dəlillərin mö᾽təbər hesab olunması bundan irəli gəlir ki, insan həqiqətdən agah olmadığı təqdirdə həqiqəti qəbul etdiyi kimi, vahid xəbər halında nəql olunmuş rəvayətlərə və ya zənn doğuran dəlillərə istinad etməlidir. Zənn doğuran rəvayətləri yalnız o zaman e᾽tibarlı hesab etmək olar ki, onun mə᾽na və məfhumu hər hansı bir şəriət hökmünə dəlalət etmiş olsun. Çünki, insan şəriət hökmlərini bilmədikdə bir təqlidçi kimi üzərinə şər᾽i vəzifə düşür və yəqinlik gətirən dəlil tapa bilmədiyi təqdirdə zənn doğuran dəlillərə istinad etməlidir!

Rəvayətin mə᾽na və məfhumunun e᾽tibar qazanmağının əsas şərt və mə᾽nası bundan ibarətdir. Lakin bu kimi şərtlər mə᾽sum imamlardan ayənin təfsiri haqda nəql olunmuş rəvayətlərdə mövcud olmur. Çünki təfsir xarakterli rəvayətlər adətən şər᾽i hökmlərə aid olmur (yə᾽ni bu rəvayətlərdə şəriət hökmləri açıqlanmır). Qisas və keçmiş ümmətlər haqda nazil olmuş ayələri buna misal çəkmək olar. Demək, vahid xəbər halında nəql olunmuş rəvayətləri təfsir xarakteri daşıyan bütün hədis və rəvayətlərə şamil etmək olmaz və eyni zamanda onların hamısının mö᾽təbər olduğunu sübut etməyə də qadir olmayacaqdır.

Lakin bu kimi iradlar tamamilə zəif və əsassızdır. Çünki üsul elmində sübuta yetirilib ki, gerçəkliyi zənni və ehtimali olaraq bizə mö᾽təbər göstərən dəlillər şər᾽i nöqteyi-nəzərdən və şəriət sahibinin nəzərinə uyğun olaraq elmi və qəti dəlillərin yerində işlədilir.

Demək, elmi dəlillərdən istifadə olunan bütün hallarda şər᾽i nöqteyi-nəzərdən mö᾽təbər hesab olunan bu kimi zənni dəlil və əlamətlərə istinad etmək olar. Mö᾽təbər hesab olunan vahid xəbər halında nəql olunmuş rəvayətlər də mö᾽təbər zənni dəlillərdən biridir. Və bütün hallarda yalnız bir elmi dəlilin yerinə ondan istifadə etmək olar. Alimlərin hal-hazırki və daimi istifadə etdikləri üsul, dediklərimizə əsaslı dəlil ola bilər. Çünki alimlər mö᾽təbər elmi dəlillərdən istifadə edib onlara tabe olduqları kimi, «əmarat» adlanan mö᾽təbər zənni əlamətlərdən də istifadə edib onlara tabe olurlar. Müqayisə etdikdə də elmi və zənni dəlillər arasında elə bir böyük fərqin olmadığına əsaslanırlar.

Məsələn, bir şəxsin nəyəsə malik olmasına dini terminalogiyada «yəd» deyilir. Bu da şəxsin malikiyyət əlamətlərindən biri hesab olunur. Və camaat həmən əlamətlər əsasında hər hansı bir şəxsi malik olduğu şeyin həqiqi sahibi hesab edir. O ki, qaldı şəriət sahibinə, adət halını almış belə bir qayda-qanunu onlara yasaq edərək mənfi xüsusiyyət kimi qələmə verməmişdir.

Bəli, vahid xəbər və digər zənni yollarla nəql olunmuş rəvayətlər barədə başlıca şərt bundan ibarətdir ki, tək bu rəvayətlərə istinad olunmamalı və əldə olan sənədin mö᾽təbərliyinə dəlalət edəcək bütün xüsusiyyətlərə malik olmalıdır. Və bu xüsusiyyətlərdən biri də sənəddə (rəvayətdə) yalana yol verilməməsidir. Yalan verilən rəvayəti isə vahid xəbər kimi qəbul edə bilmərik.

Bu səbəbdən də icma, sünnə, Peyğəmbərdən (s) nəql olmuş mö᾽təbər hədis, Qur᾽an və ya mö᾽təbər əqli hökmlə müxalif olan hər hansı bir hədis və rəvayət e᾽tibarlılığına dəlalət edəcək digər xüsusiyyətlərə malik olsa da, heç bir e᾽tibar kəsb etməyəcəkdir. Və belə olduqda həmən zənni dəlilin istər şəriət hökmlərinə, istərsə də digər məsələlərə aid olması arasında heç bir fərq olmur.

Vahid xəbər halında nəql olunmuş rəvayətlərin bu xüsusiyyətlərə malik olmasının zəruriliyinin əsas səbəbi bunun üçündür ki, rəvayəti nəql edən şəxs hər-hansı bir baxımdan e᾽tibara malik olsa da, nəql etdiyi rəvayətdə ziddiyyətliyə ehtimal verilmiş olsun. Çünki heç olmasa hədisin səhv olmasına ehtimal belə vermək olar. Belə bir ehtimalın verildiyi bir halda mö᾽təbərliyini sübuta yetirəcək dəlillər əldə etməyənədək vahid xəbər halında nəql olunmuş rəvayətlərə istinad etməməliyik. Belə bir dəlillərə [e᾽tibarlılığına dəlalət edəcək xüsusiyyətlərə] malik olmaqla vahid xəbər halında nəql olunmuş rəvayətlərdə ehtimal verilən səhvlərə bir o qədər də ciddi yanaşmaya bilərik. Bu isə yalnız o zaman ola bilər ki, vahid xəbər halında nəql olunmuş hədis və rəvayətlərdə yalana yol verilməmiş olsun. Yox əgər nəql olunmuş rəvayətin mətnində yalana yol verildiyini müşahidə edəriksə, əsaslı dəlilləri kənara qoyaraq vahid xəbər halında nəql olunmuş rəvayətlərə istinad edə bilmərik.

Vahid xəbər halında nəql olunmuş rəvayətlərin yalan və əsassız olduğu sübuta yetirilikdə də zənni dəlillər heç bir müsbət nəticə vermir. Ümumiyyətlə bu kimi dəlillər yalnız elə bir hallarda e᾽tibar kəsb edir ki, rəvayətin nəql olunmasında əsla yalana yol verilməmiş olsun.

Bununla bir çox həqiqətləri sübuta yetirmək və bir çox suallara cavab tapmaq olar. Bunun üçün də oxucu bütün deyilənləri heç vaxt nəzərdən qaçırmamalıdır.


QUR᾽AN AYƏLƏRİNİN VAHİD XƏBƏRLƏ MÜƏYYƏN VƏ XÜSUSİ HAL TAPMASI


Qur᾽anın verdiyi ümumi hökmlər vahid xəbər halında nəql olunmuş rəvayətlərlə müəyyən və xüsusi hal tapa bilərmi? Yə᾽ni Qur᾽anın hər-hansı ayəsində ümumi hökm verildikdən sonra həmən hökm vahid xəbər halında nəql olunmuş rəvayətlə müəyyənləşə bilərmi? Məsələn, həcc mərasiminin vacibliyi haqda ümumi hökm verilir, lakin növbəti ayədə həccin imkan daxilində yerinə yetirilməsi qeyd olunur. Daha dəqiq desək, bə᾽zi istisnalar edilməklə hökm ümumi haldan xaric olub, müəyyən hal daşımağa başlayır.

Alimlərin bir çoxu bu suala müsbət cavab vermişlər. Onların fikrincə Qur᾽an ayələrinin (hökmlərinin) vahid xəbər halında nəql olunmuş rəvayətlərlə müəyyən və xüsusi hal tapması tamamilə düzgün və adi bir haldır. Lakin əhli-sünnə alimlərinin bə᾽ziləri bu barədə müxalif mövqe tutmuşlar. Onlardan bə᾽ziləri vahid xəbər halında nəql olunmuş rəvayətlərlə Qur᾽anın müəyyən və xüsusi hal tapmasını qətiyyətlə rədd edirlər. İsa ibni Əbban isə bu barədə deyir: Əgər ümumi hal daşıyan hər hansı bir ayə əvvəllər başqa bir qəti dəlil ilə müəyyənləşərsə, onu vahid xəbər halında nəql olunmuş rəvayətlərdə müəyyənləşdirərək ayrıca xüsusi bir hökm kim bəyan etmək olar. Əks təqdirdə, ayənin müəyyən hal tapması heç bir e᾽tibar kəsb etməyəcəkdir. Mərhum Kərəki deyir: Əgər Qur᾽anın ümumi xarakter daşıyan hər hansı bir hökmü əvvəllər ayrı bir qeyri-Qur᾽ani hökmlə müəyyən və xüsusi hal taparsa, vahid xəbər halında nəql olunmuş rəvayətlərdə onu müəyyən və xüsusi hökm olaraq qəbul etmək olar. Qazi Əbu Bəkr isə bu barədə heç bir fikir irəli sürməmişdir.


MÜƏLLİFİN NƏZƏRİ


Vahid xəbər halında nəql olunmuş rəvayətlər öz e᾽tibarını sübuta yetirəcək dəlillərə malik olduğu üçün Qur᾽anın verdiyi ümumi hökmləri də müəyyənləşdirə bilər. (Yə᾽ni vahid xəbər halında nəql olunmuş rəvayətlərə istinad edərək deyə bilərik ki, ümumi hökm verildikdən sonra həmən hökmün xırdalıqları bəyan olunmuş və ya müəyyən istisnalar edilmişdir.)

Çünki hər hansı bir mətləb (dəlil) kifayət qədər mö᾽təbər və əsaslı olarsa, maneə olmadığı təqdirdə istinad olunmalı və əməli olaraq həyata keçirilməlidir.


SUAL VƏ CAVABLAR


Qeyd etdik ki, vahid xəbər halında nəql olunmuş mö᾽təbər rəvayətlərlə Qur᾽anın ümumi xarakter daşıyan ayələrinə əlavə olaraq müəyyən izahlar verilmişdir. Lakin alimlərin bə᾽ziləri bu nəzəriyyə ilə müxalif olaraq bunun mümkün olmadığına dair bir neçə dəlilə istinad etmişlər. Lakin bu dəlillər olduqca zəif və əsassızdır.

1. Deyirlər: Bu bir həqiqətdir ki, Qur᾽an Allah kəlamıdır və onun ayələri bütünlüklə Allah tərəfindən nazil olmuşdur. Lakin vahid xəbər halında nəql olunmuş rəvayətlərin qəti olaraq nə məzmunun həqiqətlə uyğun olması və nə də onun mə᾽sum imamlar tərəfindən nəql olunduğu bəllidir. Çünki həm rəvayəti nəql edən şəxsin səhvə yol verdiyinə ehtimal vermək olar, həm də bir qədər dərindən düşündükdə belə bir qənaətə gəlmək olur ki, səhvə yol verilməsinə ehtimal verilən və ya hər hansı bir zənn doğuran dəlilə istinad edərək əsaslı və daha yaxın olan sənədi kənara qoymamalıyıq.



Cavab:

Qur᾽anın Allah tərəfindən nazil olması kimsədə şəkk-şübhə doğurmayır. Lakin Qur᾽anın ümumi xarakter daşıyan bə᾽zi ayələrinin ümumi məfhumu bir o qədər də bəlli olmur. Qur᾽anın ümumi hökmlərinə əməl etmək isə vacib və zəruridir. Bunun üçün də ümumi xarakter daşıyan bə᾽zi ayələrin zahiri mə᾽nasından istifadə olunur. Ayələrin zahiri mə᾽naları e᾽tibar kəsb etdiyi üçün də bu, alimlərin və ümumi kütlənin istifadə etdiyi üsullardan biri olmuşdur. O ki, qaldı Peyğəmbər (s) və ondan sonrakı mə᾽sum imamlara, bunu onlara qadağan etməmişdir. Başqa sözlə desək, Qur᾽anın Allah tərəfindən nazil olduğu qəti olsa da, onun bə᾽zi mətləblərə dəlalət etməsi zənnidir. Bunun da əqli baxımdan mö᾽təbərliyi sabit olan zənn doğuran başqa bir əsaslı dəlil və məfhuma görə hər hansı bir zənn doğuran dəlil və məfhumdan əl çəkməyə heç bir maneçiliyi yoxdur.

2. Deyirlər: Mə᾽sum imamlardan nəql olunmuş mö᾽təbər rəvayətlərə əsasən nəql olunmuş bütün rəvayətlər Qur᾽anla müqayisə olunmalı və onların doğru olub-olmadıqları aşkara çıxarılmalıdır. Qur᾽anla müxalif olan rəvayətlər kənara qoyularaq onlara istinad olunmamalıdır. Çünki, mə᾽sum imamlardan Qur᾽an ayələri ilə ziddiyyət təşkil edən və müxalif olan bir hədis və rəvayət də olsun nəql olunmamışdır.

Cavab:

Düzdür, Qur᾽anla müxalif olan bütün hədis və rəvayətlər kənara qoyulmalıdır. Lakin hər şeydən əvvəl müxalif deyildikdə nəyin nəzərdə tutulduğu və müxalifətin mə᾽na və məfhumunun nədən ibarət olduğunu dərk etmək lazımdır. Əgər hər hansı bir məsələdə ürfi (adət-ən᾽ənə) əlamətlər Qur᾽anın bə᾽zi ayələrinin zahiri mə᾽nası ilə müxalif olarsa, mətləbin bu yolla bəyan olunması ürfi və əqli nöqteyi-nəzərdən müxalifət və ziddiyyət kimi qəbul olunmur. Bu səbəbdən də əgər vahid xəbər halında nəql olunmuş hər hansı bir mö᾽təbər rəvayət Qur᾽anın ümumi zahiri mə᾽nası ilə müxalif olarsa, bu kimi rəvayətlər əksinə olaraq ayələrin təfsir və anlamını verməklə yanaşı, zahiri mə᾽nanın nəzərdə tutulmadığını da bildirir.

Demək, rəvayət və ayələrin zahiri mə᾽nası arasında mövcud olan belə bir fərqi ziddiyyət adlandırmamalıyıq. Ziddiyyət yalnız o zaman ola bilər ki, onların hər ikisi, yə᾽ni həm nəql olunmuş ayələr eyni şəxs tərəfindən sadir olunsun və həm də xitab olunan şəxslər çətinlik çəkmiş olsunlar. Lakin vahid xəbər halında nəql olmuş rəvayətin «xüsusi» və ayənin «ümumi» məfhumu arasında ziddiyyət deyil, birinin digərinəi açıqlaması müşahidə olunur.

Digər tərəfdən də mə᾽sum imamlardan Qur᾽anın ümumi ayələrini xüsusiləşdirəcək bir çox hədis və rəvayət nəql olunmuşdur.

Demək, əgər Qur᾽an vahid xəbər halında nəql olunmuş rəvayətlərlə müəyyən və xüsusi hal taparsa, imamlardan nəql olunmuş «Deyilən hər bir söz Qur᾽anla müxalif olarsa bilin ki, bizim tərəfimizdən deyilməmişdir» rəvayəti ilə ziddiyyət təşkil edəcəkdir. Bir halda ki, Əhli-beytdən (ə) bu məzmunda bir çox rəvayətlər nəql olunmuşdur və bu rəvayətlərin Qur᾽anla heç bir ziddiyyət yoxdur.

İstinad edəcəyimiz başqa bir dəlil bundan ibarətdir ki, İmamlar, bir-biri ilə ziddiyyət təşkil edən iki rəvayətdən birinin Qur᾽anla müvafiq olduğunu və bu rəvayətlərdən üstün tutulmasına dair öz müsbət rə᾽ylərini bildirmişlər. Bu da bir daha bunu sübuta yetirir ki, ayənin ümumi zahiri mə᾽nası ilə ziddiyyət təşkil edən rəvayət özü-özlüyündə mö᾽təbər və əsaslı olmuşdur. Lakin Qur᾽anla müvafiq olan başqa bir daha əsaslı və ziddiyyətli rəvayət olduğu üçün zahirdə müxalif olan rəvayət kənara qoyulmuşdur. Və əgər heç bir e᾽tibara malik olmasaydı, artıq burada ziddiyyət və birinin digərinə üstün tutulmasına fürsət olmazdı.



3 Sonuncu dəlil:

Qur᾽anın vahid xəbər halında nəql olunmuş rəvayətlərlə müəyyənləşməsi və xüsusi hal tapmasını təkzib edən şəxslər gətirdikləri sonuncu dəlildə bu nöqtəyə işarə edirlər. «Əgər Qur᾽anın vahid xəbərlə müəyyənləşərək xüsusi hal tapması doğru olarsa, ayələrin vahid xəbərlə nəsx olunmasını doğru və əsaslı hesab etməliyik. Bir halda ki, Qur᾽anın vahid xəbərlə nəsx olunması heç bir e᾽tibar kəsb etmir. Demək, ayələrin vahid xəbərlə müəyyənləşərək xüsusi hal tapması da heç bir e᾽tibar kəsb etməyəcəkdir. Bir qədər əvvəl qeyd etdik ki, nəsx deyildikdə yenə də ayələrin müəyyənləşib xüsusi hal tapması nəzərdə tutulur. Belə ki, nəsx hər hansı bir hökmün müəyyən dövrdə qüvvədə olmasına və qüvvədə olacağı müddət başa çatdıqdan sonra yeni [daha mükəmməl] hökm verilməklə birinci hökm nəsx olunaraq öz qüvvəsini itirməsinə deyilir. Başqa sözlə desək, hökmün qüvvədə olacağı vaxtın başa çatması, daha dəqiq desək hökmə zaman baxımından müəyyən əlavələrin olunması deməkdir. Demək nəsx, qüvvədə olan hökmə, zaman baxımından əlavə olduğu kimi, ayənin müəyyən və xüsusi hal tapması da hökmən cəmiyyət baxımından olunan əlavə rolunu ifadə edir. Bir sözlə həm ayənin nəsx, həm də müəyyən və xüsusi hal tapması istisna halı daşıyır. Belə bir halda vahid xəbərlə nəsx e᾽tibar kəsb etdiyi kimi, ayənin müəyyən və xüsusi hal tapması da əsaslı və mö᾽təbər hesab olunacaq.

Lakin kimsə bunun əsaslı hesab etmir.

Cavab:

Bunların hər ikisi eyni xüsusiyyətə malik olsa da, zaman və misdaq baxımından aralarında olan fərq onları bir-birindən ayırmağa kömək edir. İcma Qur᾽anın, vahid xəbərlə nəsx olunmasını rədd edir. Lakin ayələrin vahid xəbərlə müəyyən və xüsusi hal tapmasına gəldikdə, icma tərəfindən heç bir qəti hökm verilməmişdir və əgər ayələrin vahid xəbərlə nəsx olunmasına dair icma öz rə᾽yini bildirməsəydi, bu da ayələrin müəyyən və xüsusi hal tapması kimi tamamilə əsaslı və məntiqi olardı. Çünki, bir qədər əvvəl qeyd etdiyimiz kimi, Qur᾽an sənəd baxımından olsa da, məfhum və dəlalət baxımından qəti deyildir (yə᾽ni Qur᾽anın Allah tərəfindən nazil olduğu heç bir şəkk və şübhə doğurmayır, lakin bə᾽zi ayələrin mə᾽na və məfhumu açıqlanmadan oxucuyua nəyin nəzərdə tutulduğu bir qədər bəlli olmayır. Bu səbəbdən də mö᾽təbərliyi əsaslı dəlillərlə sübuta yetirilən vahid xəbər halında nəql olmuş rəvayətlərlə, zənn doğuran mə᾽na və məfhumun kənara qoyulmasının heç bir nöqsanı yoxdur. Demək, istər nəsx, istərsə də ayənin xüsusi hal tapması ilə cümlənin zahiri mə᾽nasının kənara qoyulmasında elə bir əsaslı fərq yoxdur.

Nəzərə çarpan yeganə fərq bundan ibarətdir ki, Qur᾽anın vahid xəbərlə nəsx olunmasına icazə verilmədikdə, icma öz qüvvəsində qalır və bu kimi hallarda e᾽tibarı sübuta yetirilməyinə baxmayaraq, ayənin vahid xəbər halında nəql olunmuş rəvayətlərlə nəsx olunmasının qarşısını alır. Bunu da nəzərdən qaçırmamalıyıq ki, icmanın əsasını əqli dəlillər təşkil edir. Çünki, bə᾽zi məsələlər elə bir şəraitdə və həyata keçir ki, xaricdə baş vermiş olarsa, mütəvatir olaraq və bir çoxlarının nəql etməsi ilə camaat arasında yayılıb hamının bundan agah olmasına səbəb olur. Yox əgər belə bir əhəmiyyət kəsb edən məsələni müəyyən şəxslər nəql edərsə, yalan və səhv olduğuna dəlalət edəcəkdir. Vahid xəbər halında nəql olunmuş rəvayətlər isə nəql olunan bu kimi xəbər və rəvayətlərə şamil olub, onların mö᾽təbərliyini sübuta yetirmir (yə᾽ni az saylı müəyyən şəxslər tərəfindən nəql olunmuş rəvayətlər – vahid xəbər halında nəql olunmuş rəvayətlər kimi bir o qədər də mö᾽təbər hesab olunmayır və vahid xəbər deyildikdə biz bu rəvayətləri nəzərdə tutu bilmərik). Bütün bunları nəzər alaraq əvvəllər dəfələrlə bu mətələb işarə etdik ki, Qur᾽an və onun nəsx olunması vahid xəbər halında nəql olmuş rəvayətlərlə deyil, mütəvatir olaraq sübuta yetirilmişdir. Çünki, əgər Qur᾽anın hər hansı bir ayəsi həqiqətən nəsx olunmuş olsaydı, müəyyən şəxslər tərəfindən vahid xəbər halında deyil, müsəlmanların bir çoxu nəql edərək bizlərə mütəvatir olaraq gəlib çatar və beləliklə şübhə birdəfəlik aradan qaldırılmış olardı.

Beləliklə «nəsx» və «ayələrin müəyyən və xüsusi hal tapması» arasında mövcud olan fərq bəlli olur. Qur᾽an ayələrinin vahid xəbərlə müəyyən və xüsusi hal tapması bir daha sübuta yetirilir.



Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin