İnformasiya təhlükəsizliyi” istiqaməti üzrə hədəf haqqında məlumatın toplanması



Yüklə 428,51 Kb.
səhifə1/3
tarix10.12.2022
ölçüsü428,51 Kb.
#73490
  1   2   3
infortehlüklab1


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ
Fakültə: İnformasiya Texnologiyaları və Telekommunikasiya
Kafedra: Kiber təhlükəsizlik
Fənnin adı: İnformasiya təhlükəsizliyi
Laboratoriya No-1
Mövzu: ”İnformasiya təhlükəsizliyi” istiqaməti üzrə hədəf haqqında məlumatın toplanması
Kurs: 3
Qrup: 680a3
Tələbə: Ləman Hacıyeva
Müəllim: Abasova Əzimə
Bakı – 2022 
İnformasiya təhlükəsizliyi” istiqaməti üzrə hədəf haqqında məlumatın toplanması
İnformasiya təhlükəsizliyi nədir?
Elmitexniki, elmiinqilab informasiya cəmiyyətinin yaranmasına səbəb olmuşdur. Bu cəmiyyətdə in formasiya və biliklər ən mühüm resurs və başlıca əmtəədir. Vətəndaşların, cəmiyyətin və dövlətin
həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması informa
siya təhlükəsizliyi məsələlərini ön plana çıxarır. Müasir cəmiyyət tədricən öz informasiya infrastrukturunun vəziyyətindən asılı olur. İnformasiyanın təhlükəsizliyinin təmin olunması probleminin vacibliyini və aktuallığını şərtləndirən səbəblərdən aşağıdakıları xüsusi vurğulamaq olar:
  • şəbəkə texnologiyalarının geniş yayılması və lokal şəbəkələrin qlobal şəbəkələr halında birləşməsi;
  • informasiya təhlükəsizliyinin pozulmasına praktik olaraq mane olmayan qlobal Internet şəbəkəsi
  • nin inkişafı;
  • minimal təhlükəsizlik tələblərinə belə cavab verməyən proqram vasitələrinin geniş yayılması.

İnformasiyatəhlükəsizliyi dedikdə, informasiya və ona xidmət edən infrastrukturun sahibi və ya istifadəçilərinə ziyan vurmağa səbəb olan təbii və ya süni xarakterli, təsadüfi və ya qəsdli təsirlərdən informasiya və ona xidmət edən infrastrukturun mühafizəliliyi nəzərdə tutulur.İnformasiyanınmühafizəsi – informasiya təhlükəsizliyinin təmin olunmasına yönəlmiş tədbirlər kompleksidir. Kompüter şəbəkələrində təhlükələrin təsnifatı Təhlükə dedikdə sistemə dağılma, verilənlərin üstünün açılması və ya dəyişdirilməsi, xidmətdən imtina formasında ziyan vurulmasına səbəb ola bilən istənilən hal, şərait, proses və hadisələr nəzərdə tutulur.Təhlükələri müxtəlif siniflərə ayırmaq olar. Meydana çıxma səbəblərinə görə təhlükələri təbii və süni xarakterli təhlükələrə ayırırlar. Süni xarakterli təhlükələr də öz növbəsində bilməyərəkdən və qəsdəntörədilən təhlükələrə bölünür. Təsir məqsədlərinə görə təhlükələrin üç əsas növü ayırd edilir:
  • İnformasiyanın konfidensiallığının pozulmasına yönələn təhlükələr;
  • İnformasiyanın bütövlüyününpozulmasına yönələn təhlükələr;
  • Əlyetənliyin pozulmasına yönələn təhlükələr (DoS hücumlar, Denial of Service – xidmətdən imtina).

  • Konfidensiallıq informasiyanın subyektiv müəyyən olunan xassəsidir. Verilən informasiyaya müraciət icazəsi olan subyektlərin siyahısına məhdudiyyət qoyulmasının zəruriliyini göstərir. Konfidensiallığınpozulmasınayönələntəhlükələr məxfi və ya gizli informasiyanın üstünün açılmasına yönəlib. Belə təhlükələrin reallaşması halında informasiya ona müraciət icazəsi olmayan şəxslərə məlum olur.Bütövlük – informasiyanın təhrifsiz şəkildə mövcudolma xassəsidir. İnformasiyanınbütövlüyününpozulmasına yönələn təhlükələr onun dəyişdirilməsinə və ya təhrifinə yönəlib ki, bunlar da onun keyfiyyətinin pozulmasına və tam məhvinə səbəb ola bilər. İnformasiyanın bütövlüyü bədniyyətli tərəfindən qəsdən və ya sistemi əhatə edən
    mühit tərəfindən obyektiv təsirlər nəticəsində pozula bilər.

Əlyetənlik yolverilən vaxt ərzində tələb olunan informasiya xidmətini almaq imkanıdır. Həmçinin əlyetənlik – daxil olan sorğulara xidmət üçün onlara müraciət zəruri olduqda uyğun xidmətlərin həmişə hazır olmasıdır. Əlyetənliyinpozulmasına yönələn təhlükələr elə şəraitin yaradılmasına yönəlib ki, bu zaman müəyyən qəsdli hərəkətlər ya sistemin iş qabiliyyətini aşağı salır, ya da sistemin müəyyən resurslarına girişi bağlayır.Təhlükələr digər əlamətlərinə görə də təsnif oluna bilər:
  • Baş vermə ehtimalına görə (çox ehtimallı, ehtimallı, az ehtimallı);
  • Meydana çıxma səbəblərinə görə (təbii fəlakətlər, qəsdli hərəkətlər);
  • Vurulmuş ziyanın xarakterinə görə (maddi, mənəvi);
  • Təsir xarakterinə görə (aktiv, passiv);
  • Obyektə münasibətinə görə (daxili, xarici);

  • Daxili və xarici təhlükələrin nisbətini təqribi olaraq belə xarakterizə etmək olar. Təhlükələrin 80%-i təşkilatın öz işçiləri tərəfindən onların bilavasitə və ya dolayısı yolla iştirakı ilə baş verir. Təhlükələrin 20%-i kənardan icra olunur.


Yüklə 428,51 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin