Bakı Qızlar Universiteti Ad: Aysel Soyad: Abasova



Yüklə 29,78 Kb.
səhifə1/5
tarix02.01.2022
ölçüsü29,78 Kb.
#45964
  1   2   3   4   5
Diaqnostika Yegane m


Bakı Qızlar Universiteti

Ad:Aysel

Soyad:Abasova

Fakultə:Sosial-psixalogiya

Qrup:Sp2-18

Müəllim:Yeganə Mikayılova

Fənn:Diaqnostika

Mövzu: Ünsiyyət problemi. (Özgüvən problemi)



Ünsiyyət problemi

İnsan cəmiyyəti yarandığı gündən ünsiyyət, inkişafın və tərəqqinin aparıcı qüvvəsi kimi çıxış etmişdir. Hələ ilk insanlar arasında sözlü ünsiyyət mövcud olmadığı dövrlərdə insanlar öz istək və arzularını, bildirmək istədikləri fikirləri müxtəlif bədən hərəkətləri vasitəsilə və ya daş qaya üzərində rəsmlər çəkərək ifadə etməyə çalışmışlar. Zaman keçdikcə və insan şüurunun təkamül etməsi ilə birlikdə ünsiyyət vasitələri genişlənməyə və dil məfhumu ortaya çıxmağa başlamışdır. Yazılı və sözlü ünsiyyətin inkişaf etməsi bəşər övladının şüür səviyyəsinə təsir edərək, onun daha da püxtələşməsinə və yetişməsinə şərait yaratmışdır. Hətta bir araşdırma nəticəsində aşkarlanmışdır ki, afaziya (nitq qüsuru) xəstəliyinə tutulmuş uşaqların davranışları, şimpanze davranışlarına bənzəyir və bu da nitqin insan şüurunun inkişafında və insanın heyvandan fərqlənərəq daha üstün bir varlığa çevrilməsində nə dərəcədə əhəmiyyətli rola malik olduğunu bir daha sübut edir.   Ünsiyyət sadəcə danışmaq, fikir bildirmək deyildir, bu həm də bizim başqalarını anlayıb, başa düşməyimizə kömək edən və eyni zamanda bizi də başqalarının anlamasına kömək olan prosesdir. Ünsiyyət çox tərəfli prosess kimi meydana çıxaraq, üç hissədən ibarət olur. Burada mesajı göndərən tərəf, mesajın özü, yəni söz və ya fikir və göndəriləni qəbul edən tərəf olur. Bu prosesdə məlumatı göndərənin nə demək istədiyi və nə dediyi həmin məlumatın qarşı tərəfə göndərilmə üslubu və qarşı tərəfin onu qəbul etməsi, analiz etməsi, öz beyin süzgəcindən keçirməsi və öz baxış bucağına görə dəyərləndirmə prosesləri gedir. Mesajı göndərənlə mesajı qəbul edən arasında əgər sosial - mədəni  - elmi fərqlər çox böyükdürsə və tamam ayrı baxış bucaqlarına sahibdirlərsə, bu zaman yanlış anlaşılma və komunikasiya problemlərinin ortaya çıxma ehtimalı artır.

         Ünsiyyət həyatımızın bir parçası kimi bizə hər yerdə, işdə, evdə, ailədə, , dostlarla olan münasibətdə və s. kimi yaşam izi görünən hər yerdə lazım olur. Bəs ünsiyyət problemləri dedikdə nə başa düşülür? Kommunikasiya zamanı problemin ortaya çıxmasına, insanların bir birini düzgün anlamaması, istədikləri fikri doğru formada qarşı tərəfə çatdıra bilməmələri, sosial mədəni fərqlərin olması, mesajı göndərən və qəbul edən tərəfin həmin andakı emosional – psixoloji vəziyyətinin sabit olmaması və s kimi faktorlar səbəb olur. Ünsiyyət problemlərinə nümunə kimi duyğu, düşüncə və hisslərini açıq və rahat şəkildə ifadə edə bilməmək, özündən böyüklərlə və hətta bəzən öz yaşıdları ilə belə rahat şəkildə danışa bilməmək, dost və yaxın qohumların çevrəsində olarkən sıxılmaq və ya özünə dost tapmaqda çətinlik çəkmək, sevgi münasibətlərində girməkdə uğursuz olmaq və s kimi nümünələri göstərə bilərik.  Ünsiyyət problemlərindən azad olmağın yeganə yolu doğru ünsiyyət qurmaq yollarını öyrənməkdən keçir. Ünsiyyət texnikalarını inkişaf etdirmək üçün kitab və məqalələr oxumaq çox faydalıdır, hansı ki, psixolinqvistika elminə görə insanın söz ehtiyatı artdıqca və zənginləşdikcə onun şüur səviyyəsi və düşüncə gücü də artır.Ünsiyyətə maneə yaradan bir digər vasitə qərarsızlıqlardır. İnsan qərarsızlıq göstərdikdə, qarşı tərəfdə müəyyən dərəcədə aqressivlik yaradır və nəticədə ünsiyyət problemi yaranmış olur. Bundan başqa hiss və emosiyaları açıq ifadə etməyi öyrənmək lazımdır ki, qarşı tərəfə nəzarətin sizdə olduğunu hiss etdirib, fikirlərinizi rahat ifadə edə biləsiniz.  İnsanlar arasındakı mədəni fərqlər və təhsil səviyyələri arasındakı uçurumun olması ünsiyyət problemlərinə səbəb olur. Bundan başqa qapalı mühitdə böyüyən uşaqlar, daha sərbəst böyüyən uşaqlara nisbətən içinə qapanıq olub, ünsiyyət qurmaqda çətinlik çəkirlər. Ünsiyyətin başladığı əsas yer ailədir, əgər ailədə düzgün daxili mühit mövcuddursa o zaman həmin ailə üzvləri bir biri ilə daha rahat və səmimi münasibət qura bilir və fikirlərini bir birlərinə ötürə bilirlər. İnsanlarla normal və səmimi münasibət qurmağın vacib şərti empatiya bacarığının olmasıdır. Demək olar ki, bütün sosial konfliktlərin əsasında empatiya qabiliyyətinin olmaması və ya aşağı olması dayanır. Empatiya – insanın özünü qarşısındakının yerinə qoyaraq, onun duyğularını və hisslərini anlaması prosesidir. Ama bu simpatiya ilə qarışdırılmamalı və empatiya ilə simpatiya arasındakı fərq düzgün araşdırılmalıdır. Həm qarşı cinslə olan münasibətlərimizdə, həm də ictimai münasibətlər zamanı effektli kommunikasiya bacarıqlarına sahib olmaq istəyiriksə, empatiya qurmağı öyrənməliyik. Düzgün empatiya qurmaq üçün ilk öncə bildirilən fikrə və ya onu söyləyən insana qarşı neytral olmaq, ön mühakimə ilə yanaşmamaq lazımdır. 

         Keyfiyyətli sosial əlaqələr qurmaq üçün bəzən yalnız qalmaq, düşünmək və əksiklikləri aradan qaldırmaq çox önəmlidir. Yalnızlıq şəxsin özünü daha yaxından tanımasına, çatışmazlıqlarını görməsinə gətirib çıxarır. Adi vaxtlarda yalnızlıq terminologiyada mənfi nümunə kimi göstərilsədə, hər insanın özünə aid olan şəxsi zonası və vaxtı olmalıdır. İngilis dilində privacy kimi istifadə olunan bu sözün, dilimizdə demək olar ki, tam uyğun analoji qarşılığı yoxdur.  Özəl həyat kimi istifadə edilə bilən bu söz, insanın təkliyə olan ehtiyacını və bəzən ünsiyyətdən uzaqlaşaraq, öz daxili dünyasını kəşf etməsini və düşünməsini təmin edir.
UŞAQLARDA ÜNSİYYƏT PROBLEMİ

Uşaqlarda görülən psixoloji problemlərdən biri də, ünsiyyətdir. Ünsiyyət azlığı uşaqlarda  kiçikyaşlarından özünü göstərir. Bunun davamı yeniyetməlik və erkən gənclik yaşlarına qədər davam edə bilir. Ünsiyyət verbal və qeyri verbal formada olur. Verbal forma – canlı ünsiyyətdir, qeyri verbal isə telefon, kompyuter, yazı vasitəsilə olur.




Yüklə 29,78 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin