Insan adları haqqında elm



Yüklə 27,17 Kb.
tarix06.11.2019
ölçüsü27,17 Kb.
#29530
axundov yaradıcılıında antroponimlər

Onomastikanın  əsas və  ən geniş yayılmış sahəsini antroponimika təşkil edir. Bu termin dilçilikdə “insan adları haqqında  elm” mənasında işlənir. Antroponimika insan adlarının  əmələ  gəlməsini, inkişafını, təkmilləşməsini – bir sözlə, adların  
keçmişini və müasir vəziyyətini öyrənir. Mühitin təzahüründə  bütün  əşyalar kimi insanları da adlandırmaq, fərqləndirmək, cağırmaq, adlandımaq еhtiyacı yaranmışdır ki, buradan da  zəngin хüsusi adlar sistеminə daхil olan adlar, ləqəblər, müхtəlif  
cür adlandırmalar əmələ gəlmişdir. (263, 24)  Antroponimlər insan cəmiyyəti yarandığı gündən bir qədər  sonra dilin yaranması, yəni ünsiyyətlə bağlı olaraq meydana  gəlmişdir. Bəşəriyyətin yaranması və inkişafı ilə əlaqədar olaraq  antroponimsiz keçinmək mümkün olmamışdır.  Şifahi və yazılı  mənbələrimizdə mövcud olan xüsusi adlar həmin fikri təsdiq edir.  
Azərbaycan antroponimlərinin tədqiqi tarixindən bəhs edərkən Abbasqulu ağa Bakıxanov ilk azərbaycanlı alim kimi  diqqətimizi cəlb edir. A.Bakıxanovun 1841-ci ildə yazdığı  “Gülüstani-Irəm”  əsəri antroponimlərin tədqiqi tarixində böyük  
əhəmiyyətə malikdir. Əsərdə  Şirvanşahların ləqəbləri, nəsəbləri,  görkəmli tarixi şəxslərin tərcümeyi-halları, onların təxəllüsləri və  
titulları haqqında məlumatlar da verilmişdir. C.Məmmədquluzadə 1928-ci ildə yazdığı  və  “Şərq qadını”  
jurnalında çap etdirdiyi “Mirzə Fətəli Axundov dinlər haqqında”  
məqaləsində belə bir fikir irəli sürmüşdür: “Ancaq indi Mirzə  
Fətəli təvəllüdündən yüz ildən bir qədər də artıq, vəfatından əlli il  
keçəndən sonra bizə  məlum olur ki, mərhumun bir böyük dərdi  
var imiş ki, öz sağlığında onu ucadan bir kəsə deyə bilmirmiş və  
axırda ürəyinin dərdini öz dilindən yox, öz adı ilə yox, Hindistan  
şahzadəsi Kəmalüddövlənin dilindən söyləyibdir: yəni “bax, bu  
sözü mən demirəm, bunu Kəmalüddövlə deyir... Iki şahzadənin  
məktublarının müqəddiməsində Mirzə  Fətəli bu mükatəbənin  
müəllifi özü olduğunu bərk-bərk danır və deyir ki, haman  
məktubları yazanlar indi Bağdadda yaşayan Hindistan şahzadəsi  
Iqbalüddövlə və biri də Iran şahzadəsi Şücaüddövlədir.” (164, 78)  
M.F.Axundov da əsərin müəllifləri haqqında belə bir məlumat  
vermişdir: “Haman məktubu yazanlar indi Bağdadda yaşayan,  
bir-birinin yaxın dostu və yoldaşı olan Hindistan şahzadəsi  
Iqbalüddövlə Övrəng Zib oğlu və Iran şahzadəsi Şücaüddövlə Əli  
şah Zilli Sultan oğludur. Mənim təqsirim nədir ki, biri öz adını  
Kəmalüddövlə, o biri Cəlalüddövlə qoymuşdur.” (25, 178) Müəllif  
Kəmalüddövlənin Hindistanın Böyük Monqol sülaləsinin şahların- 
dan olmuş  və 1659-1707-cı illərdə hökmranlıq etmiş Övrəng  
Zibin (1618-1707) övladı olması haqqında əsərin “Kəmalüddövlə  
məktublarının üzünü köçürən  şəxsin islam xalqlarının  şəriət  
xadimlərinin birinə göndərdiyi məktubun üzü” hissəsində yazır:  
“Indi ki, Övrəng Zibin naxələf oğlu öz fasid fikirlərini qələmə  
alıb, islamın dini əqidələrinə  xələl yetirmək fikrinə düşmüşdür,  
şübhəsiz ki, onu da indiyə qədər olmuş və bundan sonra da olacaq   zindiqlər və dinsizlərdən hesab etmək olar.” (26, 46) Iran  
şahzadəsi Cəlalüddövlənin Hindistan şahzadəsi Kəmalüddövləyə  
yazdığı cavab məktubunda da həmin məlumata rast gəlmək olar:  
“Bəs nədən bu vəzlərdən Övrəng Zibə vermədin ki, dediklərinə  
əməl edəydi, ingilis gəlib ölkəsini  əlindən almayaydı  və  səni və  
qardaşlarının qapılara salmayaydı  və millətinizi xar və  zəlil  
etməyəydi ?” (26, 149) Kəmalüddövlənin, Cəlalüddövlənin tarixi  
şəxsiyyət olması haqqında heç bir mənbədə məlumat olmadığını  
nəzərə alsaq, onların hər ikisini yazıçı  təxəyyülünün məhsulu  
olan obrazlar kimi izah etmək olar. Yazıçı isə özünün bəzi dini  
görüşlərini pərdələmək məqsədi ilə onları  şahların saysız- 
hesabsız hərəmlərindən olan övladları kimi qələmə vermişdir.  
Bu fəlsəfi traktatda antroponimlərin bütün növlərinə rast  
gəlmək mümkündür, bu da yazıçının tərcümeyi-halı ilə sıx bağlıdır.  
Hələ kiçik yaşlarından M. F.Aхundovun gah Iranda, gah Azər- 
baycanda yaşaması, fars və  ərəb dillərində  dərs alması, Tiflisdə  
dövlət idarəsində  Şərq dilləri üzrə mütərcim vəzifəsində çalışması,  
Azərbaycanın müxtəlif rayonlarında ictimai-siyasi fəaliyyəti, Iran  
sərhədlərində polkovnik Meyyerə dilmanc təyin edilməsi, Tiflisdə  
qəza məktəbində Azərbaycan və  Şərq dilləri müəllimi vəzifəsində  
çalışması, müxtəlif xalqların alimləri, yazıçıları, dövlət xadimləri ilə  
tanışlığı və dostluğu, nəhayət, geniş dünyagörüşünə və dərin biliyə  
malik olması onun “Kəmalüddövlə  məktubları”  əsərində müxtəlif  
xalqların nümayəndələrinin antroponimlərindən səmərəli istifadə  
etməsi üçün zəmin yaratmışdır. Yazıçının Iranda yaşayan dostların- 
dan bir neçəsinin adlarına nəzər salaq: zərdüştilərdən yazıçı Mo- 
nekçi Sahib, yazıçı  və dövlət xadimi Cəlaləddin Mirzə,  Şahzadə  
Etizadüssəltənə, Mirzə Yusif xan, Mirzə Məhkum xan, Mirzə Cəfər  
xan onun tez-tez yazışdığı dostları  və tanışları idi. (34, 189)  

  
  


50 
Sadalanan  şəxsiyyətlərin arasında Cəlaləddin (formasına və  
leksik tərkibinə görə “Cəlalüddövlə” onomuna yaxındır);  
Etizadüssəltənə (onomun ikinci komponenti “səltənə”  əslində  
“səltənət” sözündən olub “Kəmalüddövlə” və “Cəlalüddövlə”  
onomlarının ikinci komponenti “dövlə” – “dövlət” ilə eyni forma  
və eyni leksik məna kəsb edir) adları, şahzadə titulları da vardır.  
Bu səbəbdən də yazıçının fəlsəfi traktat üçün seçdiyi “Kəmalüd- 
dövlə” və “Cəlalüddövlə”  şəxs adlarının məhz Axundov dövrü  
üçün xarakterik olduğunu qeyd etmək olar.   
“Kəmalüddövlə” və “Cəlalüddövlə” antroponimlərin kökləri  
“kamal” və “cəlal” vahidləridir. Kamal ərəb dilində “yetkinlik,  
bitkinlik, mükəmməllik, insanın yaxşı  və mükəmməl savada və  
əxlaqa malik olması” (29, 208); Cəlal isə “böyüklük, ululuq, əzəmət,  
şan-şöhrət” (29, 95) anlamlarını bildirir. Şəxs adlarının bu anlamları  
hər iki şahzadə üçün xarakterikdir. Hər iki şahzadə böyük cah- 
cəlala,  şan-şöhrətə, mükəmməl savada, əxlaqa malikdirlər. Onlar  
ətraflarında nə baş verdiklərini görür və nöqsanlara tənqidi  
yanaşırlar. Bununla da yaşadıqları  cəmiyyət üzvlərindən köklü  
surətdə  fərqlənirlər. M.F.Axundov əsərin müəllifləri barəsində  
“Kəmalüddövlə məktublarının mülhəqatı”nda bu sətirləri yazmışdır:  
“Kəmalüddövlənin müəllifi də Avropa filosoflarının  əqidəsindədir,  
yəni liberal və proqres məsləki sahiblərindəndir. Məqsədi budur ki,  
onun millətinin arasında da əhalinin bütün silklərində elm və  
sənədlər intizar etsin. Bu məqsədinə nail olmaq üçün öz iqtidarı  
daxilində bir neçə  vəsləyə  əl atmışdır ki, islam yazıçısını  
dəyişdirmək də o vəslələrdən biridir. O, öz millətinin ürəyi  
tarlasında qeyrət, namus, xəlqpərvərlik, vətənpərvərlik,  ədalət və  
bərabərlik toxumu əkilməsini və millətin arasında zillət və  
fəqirliyin rəf olmasını, onun sərvət və dövlət qazanmasını  

  
  


51 
istəyir.” (27, 152) Axund Molla Sadığın moizəsini dinləmək  
məqsədi ilə  məscidə gedən Kəmalüddövlə bu barədə  məlumat  
verərkən yazır: “Orasını da deyim ki, mənim kim olduğumu nə öz  
yoldaşlarım, nə də başqa bir adam bilir. Onlar elə bilirlər ki, mən  
bir nəfər səyyaham. Adım isə Ağa Kamaldır.” (26, 84) Kəmalüd- 
dövlədən üç məktub alan Cəlalüddövlə onun fikirləri ilə razılaş- 
mır. Kəmalüddövlə yalnız Irandakı  təriqətləri, ictimai-siyasi  
vəziyyəti pisləyirsə, Cəlalüddövlə isə bütün Şərq ölkələrində  
inkişafın qarşısında dayanan mühüm maneələri sadalayır,  
Kəmalüddövləyə Iranı bacardıqca tez tərk etməyi məsləhət görür  
və yazır: “O fransızların atası gorbagor olsun ki, sən iki-üç gün  
onlarla oturub-durdun və onlardan bir para cəfəngiyyat öyrəndin.  
Sənin ağlına,  şübhəsiz, rəxnə yetişibdir. Bundan sonra mən səni  
Kəmalüddövlə xitab etməyəcəyəm, bəlkə Nöqsanüddövlə xitab  
edəcəyəm.” (26, 150) Əsərdən verilmiş bu son sitat ilə yazıçının  
obraza olan münasibətinin antroponimdə  əks olunmasını aydın  
görmək olar. Şahzadə  ətrafdakılar – cəmiyyətin kor-koranə  
yaşayan üzvləri üçün “Kamal”dır. Cəlalüddövlə isə  
Kəmalüddövlənin fikirlərini rədd etmir, lakin onun baxışlarındakı  
nöqsanları düzəldir. Ona görə  də  Kəmalüddövlə  Cəlalüddövlə üçün  
“Nöqsanüddövlə”dir.   
Üç məktub yazan Kəmalüddövlə  Cəlalüddövləyə müxtəlif  
şəkildə müraciət edir, hər müraciət zamanı ona münasibətini  
bildirir: “mənim  əziz dostum Cəlalüddövlə”; “ey mənim ruhum,  
Cəlalüddövlə”; “ey mənim  əziz qardaşım, Cəlalüddövlə”; Cəla- 
lüddövlənin cavab məktubunda “ey mənim mehriban qardaşım,  
Kəmalüddövlə” müraciətləri qrammatikada və üslubiyyatda xitab  
adlanır. Xitabların tərkibindəki sözlər surətlər haqqında bəzi  
məlumatları verir, iki eyni təbəqənin nümayəndələrinin bir-biri ilə  
səmimi münasibətini əks etdiriir. Əsərdə antroponimlər xitabların  
tərkibində  işlənir ki, bu da əsərin quruluşu ilə  sıx bağlıdır. Əsər  
məktub formasında yazıldığı üçün Cəlalüddövlə  
və  
Kəmalüddövlə onomları məhz xitabların tərkibində işlədilmişdir.  
Хitab funksiyasında müхtəlif  хaraktеrli isimlər fəallaşır, yəni  
хüsusi adlar və soyadlar, ayama və  ləqəblər bildirən isimlərlə  
bərabər, müraciət vəzifəsində  şəхsin ictimai mövqеyi, cinsi,  
milliyyəti, yaşı, sənəti, pеşəsi, məzhəbi ilə bağlı anlayışları  
bildirən isimlər də  iştirak  еdir. (76,  Əfəndiyеva T. Azərbaycan  ədəbi dilinin üslubiyyat  
problеmləri. Bakı: Nurlan, 2007, 184 s. 140) Yazıçı  хitabdan üslubi  
vasitə kimi istifadə еdərək obrazların bir-birinə olan münasibətini  
bir daha oхucu üçün aydınlaşdırır. Göründüyü kimi,  
M.F.Axundov obrazların həm daxili aləmini açmaq üçün, həm də  
obraza öz münasibətini bildirmək üçün antroponimlərdən istifadə  
etmişdir.  
  
  
274 
  
ƏDƏBİYYAT  
  
1. A.Qurbanov və onun onomastika məktəbi, Bakı: Maarif,  
1999, 32 s.  
2. Abbasova M.Ə., Bəndəliyеv N.S., Məmmədov  Х.N.  
Böyük Qafqazın cənub-şərq hissəsinin toponimiyası. Bakı,  Еlm,  
1993, 196 s.  
3. Abbasova S. Onomastik adlar əsasında yaranan söz və söz  
birləşmələri. Filol. еlm. nam…diss., Bakı: Az.MЕA Nəsimi ad.  
Dilçilik Institutu, 1997, 178 s.  
4. Abdulla A. Dədəm Qorqud işığında, “Ədəbiyyat və  
incəsənət” qəzеti, Bakı, 1978, №12.  
5. Abdulla B. “Kitabi-Dədə Qorqud”un poеtikası. Bakı: Еlm,  
1999, 233s.  
6. Araslı H. Kitabi-Dədə Qorqud. Bakı: Yazıçı, 147 s.   
7. Abdullayеv  Ə.Z., Seyidov Y.M., Həsənov A.Q., Müasir  
Azərbaycan dili (Sintaksis). IV hissə, Bakı, Bakı Univеrsitеti  
nəşriyyatı, 1992, 468 s.  
8. Abdullayеv  Х.I., Bakıхan N.T. Qurani-Kərimdə adlar.  
Bakı, Irşad,1994, 49 s.  
9. Abdullayеva S.Ə.Azərbaycan nağıl və dastanlarının dili.  
Filol.  еlm. dok… diss., Bakı: AzMЕA Nəsimi adına Dilçilik  
Institutu, 2006, 280 s.  
10. Abışov  Е.  Еl-oba adlarının izi ilə. Bakı, Nafta-Prеss,  
2007, 136 s.  
11. Adilov M.I. Niyə bеlə dеyirik. Bakı, Azərnəşr, 1982, 242 s.  
12. Adilov M.I. Qanadlı sözlər. Bakı, Yazıçı, 1988, 440 s.  

  
  


275 
13. Adilov M., Paşayеv A. Azərbaycan onomastikası. Bakı:  
ADU, 1987, 86 s.  
14. Adilov M.I. Mürəkkəb adlar haqqında.  Azərbaycan  
onomastikası problеmləri, II, Bakı: ADPU, s.8-9.  
15. Allahvеrdiyеva  Ş. C.Məmmədquluzadənin dram əsər- 
lərinin dili. Filol. еlm. nam…diss., Bakı: ADU, 1998, 121 s.  
16. Aхundov A.A. Dil və üslub məsələləri, Bakı: Gənclik,  
1970, 105 s.  
17. Aхundov A.A. Ümumi dilçilik. Bakı: Maarif, 1979. 256  
s.  
18. Aхundov A.A. Torpağın köksundə tariхin izləri. Bakı:  
Gənclik, 1983, 136 s.  
19. Aхundov A.A. Dilin еstеtikası, Bakı: Yazıçı, 1985, 224 s.  
20. Aхundov A.A. Dil və  mədəniyyət, Bakı: Yazıçı, 1992,  
192 s.  
21. Aхundov A.A. Dil və  ədəbiyyat (iki cilddə), I c, Bakı:  
Gənclik, 2003, 660 s.   
22. Aхundov A.A. Dil və  ədəbiyyat (iki cilddə), II c, Bakı:  
Gənclik, 2003, 438 s.  
23. Aхundov M.F. Komеdiyalar. Povеst,  Şеirlər. (Tərtib  
еdəni: N.Məmmədov). Bakı, Yazıçı, 1982, 272 s.  
24. Aхundov M.F. Əsərləri. 3 cilddə, II c, Bakı, Az. SSR ЕA  
nəşri, 1961, 576 s.  
25. Aхundov M.F. Əsərləri, 3 cilddə, III c, Bakı: Az. SSR  
ЕA nəşri, 1962, 568 s.  
26. Aхundov M.F. Aldanmış  kəvakib. Kəmalüddövlə  mək- 
tubları, Bakı: Maarif, 1985, 172 s.  
27. Aхundov M.F. Məqalələr məcmuəsi, Bakı: Az.SSR ЕA  
nəşri, 1962, 355 s.  

  
  


276 
28. Arif M. Ədəbi tənqidi məqalələr, Bakı: Azərnəşr, 1958, 448  
s.  
29. Aydın Abi Aydın.  Şəхs adları lüğəti. Bakı: Çıraq, 2002,  
400 s.  
30. Azərbaycan dilinin izahlı lüğəti (IV cilddə), I c, Bakı:  
Az.SSR ЕA nəşri, 1964, 595 s; II c, Bakı: Еlm, 1980, 587 s; III c,  
Bakı: Еlm, 1983, 555 s.; IV c, Bakı: Еlm, 1987, 542 s.  
31. Azərbaycan хalq əfsanələri, Bakı: Yazıçı, 1985, 385 s.  
32. Azərbaycan klassik ədəbiyyatında işlədilən adların şərhi  
(Tərtib еdəni A.M.Babayеv), Bakı: Maarif, 1974, 136 s.  
33. Azərbaycan klassik ədəbiyyatında işlədilən  ərəb və fars  
sözləri lüğəti (Tərtib  еdənləri: A.M.Babayеv, S.B.Ismayılzadə).  
Bakı: Maarif, 1966, 220 s.  
34. Azərbaycan  ədəbiyyatı tariхi. 3 cilddə  (ХIХ  əsr  
Azərbaycan ədəbiyyatı), II c, Bakı: Azərnəşr, 1960, 906 s.  
35. Azərbaycan bədii dilinin üslubiyyatı (Oçеrklər). Bakı:  
Еlm, 1970, 360 s.  
36. Azərbaycan dilinin böyük izahlı onomastik lüğəti, I kitab,  
Antroponimlər, Bakı: Nafta-Prеss, 2007, 354 s. Komediyada konfliktin Səkinə xanımın qələbəsi ilə başa çatmasının əsas səbəbi xalqdır. Təbrizdə vəba xəstəliyi hökm sürərkən dörd nəfər  

Əllinji illərdə yazdığı ilk hekayələri və «Aran» romanı ilə Sabir smədli Azərbaycan kəndinin müharibədən sonrakı –«dinc quruculuq illərindəki» mənəvi panoramını əks etdirdi.. İnsanları işdən, məhəbbətdən, ailə duyğusundan soyudan, sevgini bətnindəcə boğan, əməyi zövqsüzləşdirən gizli, görünməz dalğalar 70-80-ci illərdə bütün mahiyyəti ilə üzə çıxdı. Bu dalğaların virusları tək-tək şəxslər və ayrı-ayrı mikromühitlər şəklində Sabir Əhmədlinin «Dünyanın arşını», «Toğana», «Yasamal gölündə qayıqlar üzürdü», «Yaşıl teatr» romanlarında, «Yamacda nişanə», «Qanköçürmə stansiyası» povestlərində daha aydın göründü. «Dünyanın arşını» Azərbaycan nəsrində öz fəlsəfi-publisistik yönü ilə seçilirdi.

verir.( Zahirən bi Ə.N.Mikayılova. Onomastik vahidlərin üslubi imkanları Bakı, 2008, 302 s.)r rayonda baş verən hadisələri təsvir etsə də, əslində, problem əhatəli idi, durğunluq illərində bütün ölkəni və xalqı sarmış mənəvi və sosial bəlaların bir rayon timsalında ümumiləşdirilməsi o zaman yuxarı dairələri qıcıqlandırmaya bilməzdi.. «Bəzən fikirləşirəm ki, milyon yaşı olan bəşəriyyəti, Yer kürəsini bütünlüklə öyrənib kəşf eləmək üçün görəsən neçə il lazım gələcək? Axı, biz kainatın intəhasızlığı, zamanın ölçülməzliyi qarşısında çox həqiqətlərdən xəbərsizik. Lakin ən vacibi odur ki, biz hələ İnsanı –özümüz kifayət qədər dərk etməmişik»-«Dünyanın arşını»ndakı filosof da məhz bu nəticəyə gəlir və quru, nəzəri mühakimələr orbitindən qanadlı həyata enir. Həyatın isə öz bilməcələri var. «Dövran öz qaydası ilə sürür. Kim bu hərəkətin çəmini tapmırsa, istənilən nöqtədə dayanmırsa, çıxdaş olacaq». Laçın da («Yamacda nihanə»), Hüsən də («Qanköçürmə stansiyası»), Hikmət müəllim də («Yasamal gölündə qayıqlar üzürdü») dövranın büu hərəkət ritmini, daha doğrusu, dəyişməni, başqalaşmanı, özgə havasına oynamağı bacarmırlar. Bu baxımdan «Yaşıl teatr» onun ən gözəl romanlarından biridir. Daha sonrakı illərdə «Azıxa doğru», «Toğana», «Gülmalı kişinin axırı», «Gedənlərin qayıtmağı» romanları nəşr edilir. Doxsanıncı illərin sonlarında-yeni əsrin ilk illərində isə müasir həyatın ən mühüm problemlərini (Qarabağ müharibəsi, müstəqillik dövrünün ictimai-siyasi-mənəvi mənzərəsi və s.) özündə əks etdirən «Ömür urası», «Axirət sevdası», «Kef» romanları meydana çıxır. Bu romanlarda Sabir Əhmədli janrın bir sıra ənənəvi, daşlaşmış stereotiplərindən imtina edir, roman poetikasına yeniliklər gətirir, Azərbaycan romanına müxtəlif elementlər (folklora, mifə istinad, retrospektiv təsvirlər və s.) daxil olur, janr-üslub xüsusiyyətləri yeni çalarlarla zənginləşir (roman-dialoq, roman-reportaj, neo roman) və burada Sabir Əhmədlinin müəyyən xidmətlərini unutmaq olmaz. Amma 1994-cü ildə Sabir Əhmədli-Ata daha bir itki ilə üzləşdi. Bu dəfə oğlu Məhəmməd Qarabağ uğrunda döyüşlərdə həlak oldu. O, könüllü olaraq cəbhəyə getmişdi və ilk döyüşlərin birində ölümcül yaralandı və…Sabir Əhmədlinin «Axirət sevdası» romanı bu ata dərdini əbədiləşdirən bir əsər kimi yarandı. Bu roman «Ata ağrısı» da adlana bilərdi. İlk dəfə idi Azərbaycan bədii nəsrində Yazıçı-Atanın oğul itkisindən doğan dağ boyda dərdi ilə üzləşirdik. «Orta-böyük otaqda çəhrayı ipək örtük salınmış cənazə qoyulmuş, anası başdan oturmuş, xalaları, qonum-qonşu cənazə dövrəsində halay qurub əyləşmişdilər. -Y O X! Yox! Yox… Ola bilməz. İnanmaram! Məhəmməd, balam mənim! İnanmaram!-cənazənin ayağında çöküb, dizin-dizin onun üstünə can atdım. -Açın üzünü! Götürün örtüyü! Mən onu görmək istəyirəm!.. Mən səni haralarda axtardım, balam?! Gəlibmişsən, özün gəlibmişsən! Məndən qabaq gəlib çıxmısan evimizə» . Onun son romanları içərisində Qarabağ müharibəsindən söz açan «Ömür urası» xüsusilə fərqlənir. «Bağlar sovulanda yığılan axır bara el arasında «peşxurd», «meşari» deyirlər. Biçilmiş zəmidən düşən tək-tük sünbül «başaq» adlanır. Bostan, dirrikdən qalma son məhsulsa «ura»dır. Məsəl var: «Gedər bostan urası, qalar üzün qarası». İnsan ömrünün sovulan çağına da «ura» söyləmək olar. Oxuculara çatdırılan bu romança yazıçı ömrünün son yetirməsi «ura»dır. Bundan sonra nə yazsa, həmin ad altında gedəcək» Roman çox maraqlı və orijinal bir tərzdə yazılıb. Belə ki, romanda keçmişlə gələcək vəhdətdə təsvir edilir. Cəbrayılın işğala məruz qaldığı 1993-cü il, rayonun sanki məlum ssenari üzrə verilməsi bir daha acı təəssüf hissi ilə qeyd edilir. Ancaq romanda elə bu xətlə yanaşı Cəbrayılın azad edilməsindən sonrakı ilk günləri də təsvir olunur. Bu nədir? Oxucu üçün bir anlaşılmazlıqmı? Bəlkə fantaziya, yuxu, irreal bir görünüş? Yox, nə fantaziya, nə yuxu, nə də irreal bir mənzərə… Bədii ədəbiyyat-söz sənəti əgər təsir və təlqin xüsusiyyətinə malikdirsə, onun ehya gücü varsa, nə üçün də illər boyu ürəyimizdə yatıb qalan Qarabağ dərdi özünün sehriylə, möcüzəsiylə bir çarə bulamasın? Sehr və möcüzə isə yaxında, uzaqda, davayla ya sülh yoluyla başa gələcək qələbəni arzudan həqiqətə çevirməkdir. Bu həqiqət S.Əhmədlinin romanında özünün ilkin obrazını tapıb. Roman düşüncələr axarı formasında qələmə alınıb. Yəni burada sırf ədəbi qəhrəman, yaxud da bu qəhrəmanla bağlı personajlar axtarmaq əbəsdir. Bütün hadisələr və reallıqlar təhkiyəçi obrazında təmərküzləşib. Əslində, bu təhkiyəçi S.Əhmədlinin özüdür... Onun «keçmişlə» bağlı təsvirləri heç bir şübhə doğurmur. Məsələn, əsərdə qaçqınlığın get-gedə öz əvvəlki, əsl mahiyyətindən tədricən uzaqlaşdığı, yeni metamarfozaya uğradığı belə yozulur: «Elə geyinib-gecinir, bəzənib-düzənirdilər, paytaxtın, Bakının əsl sakinləri onlara həsəd aparırdılar. Toydan-şüləndən qalmır, Şuşanı, İsa bulağını, Laçın-Kəlbəcər dağlarını şeirlə, qoşma ilə anır, «Qarabağ şikəstəsi» üstə yeni zəngulələr vurur, tərk etdikləri yurdun, şəhərin-kəndin erməniyə verilməsi tarixini salıb, oynamaqla yad edirdilər….Ölkəmizin beşdə biri erməni işğalında, onların ixtiyarında idi. Beşdə birin əhalisi qaçıb dağılmışdı Respublikanın hər yerinə. «Qaçqın statusu»na susayanlar, «Qarabağ müharibəsi əlili» imtiyazı ilə xeyli də barınırdılar. Bu adların gerçək daşıyıcılarından savayı, beləcə sənədin biri bir aylıq təqaüd haqqına satılırdı. «Qaçqın ovqatı», «qaçqın ruhu» bütünlükdə yaşayışa, dolanışığa yoluxmuşdu». Nə qədər acı olsa da, bunlar həqiqətdir! Əslində, romanda Cəbrayılın işğaldan azad olunma «faktı» onun işğala qədərki və işğal dövründəki mənzərəsi bütün reallığı ilə canlandırmağa xidmət edir. Məlumdur ki, Cəbrayılda-rayon mərkəzində-Bazar başı-Yuxarı meydanda Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun abidəsi vardı. «Bazar başı-Yuxarı meydanda ucalan qəhrəman abidəsi-qardaş heykəli yerində idim». Bunun simvolik mənası var. Beləliklə, bizim də təsəvvürümüzdə indi işğal altında olan, amma haçansa görəcəyimiz və həsrətində olduğumuz bir kənd, bir rayon gerçəkliyə dönür. Roman bu sözlərlə başa çatır: «Hər şey yerini alacaq. Dağılmış şəhərlər, kəndlər yenidən qurulacaq, əzəlkindən də abad olacaq. Qaçqın-köçkün yurda qayıdacaq. Bircə şəhidlər qayıtmayacaq. Onlar biryolluq köçüblər». Sabir Əhmədli-bu böyük yazıçı, roman ustası haqda söhbətimi də elə onun nikbin sözləri ilə bitirdik. Ruhu şad olsun USTADın! Vaqif Yusifli

S.Əhmədlinin yaradıcılığına nəzər salaq.



90-cı illərdə yazdığı Kütlə romanının adının Kütlə adlandırılmasıda çox mənalıdır... "Bir payız axşamı" adlı ilk kitabı 1961-ci ildə çapdan çıxıb. Sonralar "Aran", "Pillələr", "Görünməz dalğa", "Yamacda nişanə", "Toğana", "Yasamal gölündə qayıqlar üzür", "Mavi günbəz", "Gedənlərin qayıtmağı", "Dünyanın arşını", "Yanvar hekayələri", "Kütlə", "Axirət sevdası", "Şəhid ruhu" və s. kitabları işıq üzü görüb. Əsərləri ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.


Yüklə 27,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin