Fakültə:Tarix İxtisas:Amerikaşünaslıq Şöbə:Əyani Kurs:III Qrup:036 Tələbə:Moon Lee Kafedra:Həyat fəaliyyətinin təhlükəsizliyi
Fərdi iş
Kafedra müdiri: Fənn müəllimi: Bakı 2013
Plan:
Mövzu I Fərdi mühafizə vasitələri və dəri səthinin mühafizəsi.............................................................3-5
Mövzu II Kütləvi qırğın silahları…...................................6-10
Mövzu III MM təbliğatının məzmunu və vəzifələri.............................................................11-13
Mövzu IV MM-in dinc dövrdə hərbi vəziyyətə gətirilməsi üsulları və əhalinin köçürülməsi........................................... Mövzu I Fərdi mühafizə vasitələri və dəri səthinin mühafizəsi Müasir qırğın silahlarından mühafizə məqsədilə əhalinin mühafizə qurğularında daldalandırılması, təhlükəli sahələrdən köçürülməsi ilə yanaşı, fərdi mühafizə və tibbi mühafizə vasitələrindən vaxtında vədüzgün istifadə etməsi də çox vacib əhəmiyyətə malikdir. Bu mühafizə vasitələrindən istifadə edilməsi lüzumu onunla izah edilir ki, nüvə, kimyəvi və ya bakterioloji silah işlədilərkən əhali, qoşunların, mülki müdafiə dəstələrinin şəxsi heyəti müəyyən muddət radioaktiv maddələr (RM), zəhərləyici maddələr (ZM), yaxud bakterial vasitələrlə (BV) zəhərlənmiş sahələrdə və ya atmosferdə qalmalı, ya da burada xilasetmə işləri aparmalı olacaqlar.
Fərdi muhafizə vasitələri bunlardan ibarətdir:
a)tənəffüs orqanlarının mühafizə vasitələri;
b)dəri səthinin mühafizə vasitələri;
c) tibbi mühafizə vasitələri.
Tənəffüs orqanlarını mühafizə vasitələrinə əleyhqazlar, respiratorlar və əhalinin ozü tərəfindən hazırlanan ən sadə vasitələr aiddir.
Əleyhqazlar. Müasir əleyhqazlar adamın tənəffüs orqanlarını və gözlərini havadakı zəhərləyici maddələrin (buxar, duman, qaz, tüstü, ZM damcılarının) radioaktiv maddələrin təsirindən, həmçinin aerozol halındaki yoluxdurucu patogen mikroorqanizm və toksinlərdən mühafizə etmək üçün kifayət dərəcədə yüksək qoruyucu xassələrə və istismar göstəricilərinə malikdir. Bu əleyhqazların təcridedici və süzücü növləri vardır. Süzücü əleyhqazlar (ümumqoşun, mülki, uşaq əleyhqazları) daha geniş yayılmışdır; onların quruluşu – içərisində fə-allaşdırılmış (katalizator) kömür və aerozol əleyhinə (tüstü əleyhinə) süzgəclər olan süzücü-uducu qutunun daxili qatlarından keçərkən zəhərli havanın süzülüb təmizlənməsi prosesinə əsaslanır. Süzücü-uducu qutunun mühafizəedici qatları karbon 2-oksidi (dəm qaznı) udub saxlaya bilmir, buna görə də, tənəffüs orqanlarının karbon 2-oksiddən mühafizəsinin te'min edilməsi üçün xüsusi (hopkalit) patrondan istifadə olunur ki, bu patron eleyhqazın birleşdirici borusu (üzlük hissəsi) ilə süzücü-uducu qutusu arasında yerləşdirilir (qutuya burulub birləşdirilir).
Hazırda ölkəmizin MM sistemində yaşlı əhalinin mühafizəsi üçün QP-5. QP-5 m, QP-7 (QP-mülki əleyhqaz) əleyhqazlarından; uşaqların mühafizəsi üçün DP-6 m (uşaq əleyhqazı, 6-cı tipi, kiçik ölçülü), DP-6, PDF-7 (süzücü uşaq əleyhqazı, 7-ci tipi), PDF-D (süzücu uşaq əleyhqazı, məktəbəqədər yaşlılar üçün) və PDF-Ş (süzücü uşaq əleyhqazı, məktəblilər üçün) süzücü əleyhqazlardan istifadə oluna bilər.Bunlardan əlavə, 1.5 yaşadək olan körpələrin mühafizəsi üçün KZD-6 (uşaq mühafizə kamerası, 6-cı tipi) uşağı mühafizə cihazı vardır.Tabeldənkənar əleyhqazlara sənaye əleyhqazları, xüsusən kimya müəssisələrində işlədilən əleyhqazlar aiddir. Bu əleyhqazların qutuları xüsusiləşdirilmişdir, yəni müəyyən bir zəhərli maddədən mühafizə üçün nəzərdə tutulmuşdur, ona görə də qutunun tərkibində müxtəlif uducular və aerozol süzgəcləri ola bilər.Süzücü əleyhqaz süzücü-uducu qutudan və üzlük hissədən ibarətdir. Əleyhqazın komplektinə (dəstinə) həmçinin onun çantası və tərləməyən plyonkalar olan qutucuq, yaxud əleyhqazın üzlük hissə-sindəki gözlüyün şüşələrini tərdən qoruyan xüsusi qələm də daxildir.