BAKI BİZNES UNİVERSİTETİ
Fakültə: İqtisadiyyat və idarəetmə
İxtisas: Sosial iş
Qrup: 822A
Kurs: 1
Fənn: Sosiologiya
Mövzu: Qrupda liderlik
Elmi rəhbər: Məhsəti Cəfərova
Tələbə: Aysu Əsədova
BAKI - 2022
PLAN
Qrup və sosial qrup anlamı
Rəhəbərlik və liderlik fenomenologiyası
Qrup lideri
Liderin funksiyaları
GİRİŞ
Qrup özünəməxsus sistemdir və müəyyən struktura malikdir. Qrupa daxil olan hər bir adam onda müəyyən rol və vəzifə ifadə edir. Hər bir qrup özünün məqsədlərinə, normalarına, sərvət meyllərinə, sosial gözləmələrinə və s. müvafiq olaraq müxtəlif formalarda öz üzvlərinə nəzarət edir: onları rəğbətləndirir və ya cəzalandırılır. Hər bir adam, adətən müxtəlif qrupların üzvü olur. Maraqlı cəhətlərdən biri odur ki, hər hansı bir adam bütün qruplarda eyni statusa malik o və buna müvafiq olaraq müxtəlif qruplarda müxtəlif rollar ifadə edir. İnsanların həyatında qrup mühüm rol oynayır. Sosial psixologiyanın ən mücərrəd anlayışlarından biri qrup anlayışıdır. Qrupun əmələ gəlməsi üçün ən azı iki insan arasında qarşılıqlı münasibətlər olmalıdır. Bəzi müəlliflərin fikrincə. Qrupun ən aşağı həddi 3 nəfərdən ibarətdir. Psixoloqlar qrup dedikdə, tarixən müəyyən cəmiyyət çərçivəsində yaranmış ümumi mənafe, sərvətlər və davranış normalarına malik olan adamların nisbətən sabit məcmusunu nəzərdə tuturlar.
QRUP VƏ SOSİAL QRUP ANLAMI
Sosial psixologiyanın ən mücərrəd anlayışlarından biri qrup anlayışıdır. Qrupun əmələ gəlməsi üçün ən azı iki insan arasında qarşılıqlı münasibətlər olmalıdır. Bəzi müəlliflərin fikrincə. Qrupun ən aşağı həddi 3 nəfərdən ibarətdir. Psixoloqlar qrup dedikdə, tarixən müəyyən cəmiyyət çərçivəsində yaranmış ümumi mənafe, sərvətlər və davranış normalarına malik olan adamların nisbətən sabit məcmusunu nəzərdə tuturlar. Hər bir qrupda fərdlərin biri-birilə və bütövlükdə cəmiyyətlə özünəməxsus qarşılıqlı əlaqələri təzahür edir. Sosial qrupa verilmiş təriflərdən bəzilərinə nəzər salaq :
-Adi dildə bu söz fərdlərin kifayət qədər sabit məcmusunu ifadə edir və bir çox sosial psixoloqlar sağlam düşüncənin bu konsepsiyasını qəbul edirlər;
-Qrup fərdlərin elə məcmusudur ki, burada hamının varlığından hər kəsin hər hansı tələbatının təmin olunması üçün istifadə edilir;
-Sosial qrup mədəniyyət meyarları, sərvət meylləri, həyat fəaliyyəti vasitəsi və şəraiti ilə bir-biri ilə bağlı olan insanların nisbətən səbatlı birliyidir;
Qrup həm kəmiyyətcə, həm də keyfiyyətcə xarakterizə oluna bilər. Qrup dedikdə,hər şeydən əvvəl, bir neçə nəfərin müəyyən sosial şəraitdə birgə iştirak etməsi başa düşülür. Məhz bir nəfərin deyil, bir neçə nəfərin olması qrupun kəmiyyət xarakteristikasıdır. Deməli, qrup müəyyən fərdlər çoxluğudur. Qrup – özünəməxsus strukturu olan mürəkkəb sistemdir. Qrupa daxil olan hər kəs onda müəyyən rol və vəzifə daşıyır. Hər bir qrup öz üzvlərinə müntəzəm nəzarət edir. Qrup üzvləri müvfiq normaları və dəyərləri mənimsəyir. Qrup üzvlərində tədricən tərəfdaşlıq – “biz” hissi formalaşır. Qrup üzvləri biri-birilə doğmalaşır, biri-birinin sevinci və kədəri ilə yaşamağa başladı. Qrupun hər bir üzvündə ümumi iş üçün məsuliyyət və borc hissi yaranır. Beləliklə, qrup mahiyyət etibarilə fəaliyyət göstərməyə, təşəkkül etməyə başlayır. Qrup – adamların qeyri-mütəşəkkil yığımı, təsadüfi birliyi deyil. Yuxarıda qeyd etdiyimiz kimi, qrup üzvləri qarşılıqlı münasibətlərdə olan, qrup üçün tipik olan fəaliyyət növlərinə qoşulan adamların elə bir sabit məcmusudur ki, bu məcmu qrupun norma və qaydalarını qəbul edir, onu “özününkü” hesab edir, onlara tabe olur və məsuliyyət hiss edir. Sosial qrup mədəniyyət meyarları, sərvət meylləri, həyat fəaliyyəti vasitələri və ya şəraiti ilə bir-biri ilə bağlı olan insanların nisbətən sabitli birliyidir. Bu birliyin özünəməxsus məkan və zaman ölçüləri var. Müəyyən edilmişdir ki, sosial qrup termini sosial psixologiyada XVIII əsrdə əmələ gəlmişdir. Halbuki onun sirləri uzun müddət güzəran psixologiyasında açıqlanmış və təhlil olunmuşdur. İnsanların güzəran təcrübəsində sosial qrup özünəməxsus varlıq forması kimi əmələ gəlmiş və bərqərar olmuşdur. Qrupun, onun xüsusi forması kimi ailənin kəşfi dünyanın ən böyük kəşflərindən biri olmuşdur.
Qrup özünəməxsus sistemdir və müəyyən struktura malikdir. Qrupa daxil olan hər bir adam onda müəyyən rol və vəzifə ifadə edir. Hər bir qrup özünün məqsədlərinə, normalarına, sərvət meyllərinə, sosial gözləmələrinə və s. müvafiq olaraq müxtəlif formalarda öz üzvlərinə nəzarət edir: onları rəğbətləndirir və ya cəzalandırılır. Hər bir adam, adətən müxtəlif qrupların üzvü olur. Maraqlı cəhətlərdən biri odur ki, hər hansı bir adam bütün qruplarda eyni statusa malik o və buna müvafiq olaraq müxtəlif qruplarda müxtəlif rollar ifadə edir. İnsanların həyatında qrup mühüm rol oynayır. Mürəkkəb sistem olan qrupun struktur elementlərini sxematik olaraq belə göstərmək olar:
Sosial qrupun funksiyaları seçimlidir. N.Smelzer qrupun aşağıdakı funksiyalarını ayırd edir:
-Sosializasiya funksiyası;
-İnstrumental funksiya;
-Ekspressiv funksiya;
-Müdafiəedici funksiya;
Sosializasiya funksiyasının məziyyətləri aydındır: şəxsiyyətin sosial təcrübəni mənimsəməsində sosial qrupun rolu həlledicidir. Onun instrumental funksiyası insanların birgə fəaliyyətinin bu və ya digər şəkildə həyata keçirilməsndə ifadə olunur. A.N.Sventsitkinin qeyd etdiyi kimi, fəaliyyətin bir çox növlərinin təklikdə həyata keçirilməsi mümkün deyil. Konveyer briqadası, futbol komandası, xilasedicilər dəstəsi, xoreoqrafik ansambl-bunların hamısı cəmiyyətdə instrumental rol oynayan qruplara misal ola bilər. Bundan başqa, insanın belə qruplarda iştirak etməsi, onu həyati üçün zəruri olan vasitələrlə təmin edir və ona A.Maslounun termini ilə desək, özünü reallaşdırmaq imkanı verir.
Qrupun ekspressiv funksiyası insanın rəğbətləndirmə, hörmət və etimada tələbatının təmin olunmasında ifadə olunur. Qrup psixoterapiyası bu funksiyasının tətbiqi məsələlərinin dərk olunması zəmnində əmələ gəlmişdir.
Qrupun müdafiedeici funksiyasının da əhəmiyyəti böyükdür. İnsanlar həmişə çətin məqamlarda birləşməyəmeyl edirlər. Onlar xoşagəlməz hissləri gizlətmək üçün qrupda psixoloji kömək arayırlar. Eksperimental tədqqatlar da bunu sübut edir. Amerika psixoloqu S.Şaxterin eksperimentləri məşhurdur: eksperimentdə universitet tələbələri iştirak edirdi. Onları iki qrupa ayırdılar. Birinci qrupdakı tələbələrə deyirlər ki, onlar elektrik tokunun nisbətən güclü zərbəsinə məruz qalacaqlar. İkinci qrupdakı tələbələrə deyirlər ki, onları yüngül elektrik toku ilə qıcıqlandıracaqlar, elə biləcəksiniz ki, eksperiment bir qədərdən sonra keçiriləcək. Kim istəyir eksperimentin başlanmasını təklikdə gözləsin, kim istəyir qrupla birlikdə gözləsin. Müəyyən edildi ki, birinci qrupdakı tələbələrin təxmini üçdə iki hissəsi qrupla birlikdə qalmağı arzuladı. İkinci qrupdakı tələbələrin təxminən üçdə iki hissəsi isə dedi ki , onlar üçün əhəmiyyəti yoxdur, eksperimentin başlanılmasını təklikdə də, başqa tələbələrlə birlikdə də gözləyə bilərlər.
Göründüyü kimi, fərdlər hər hansı təhlükəli faktlarla rastlaşanda , onlar bir-birilərinə psixoloji cəhətdən yaxınlaşmağa cəhd edirlər. Şaxter eksperiment materialları kökündə bu qənaətə gəlmişdi. Insan ayrı-ayrı qrupların üzvləri kimi müxtəlif sosial funksiyalar yerinə yetirir. Bunun şəxsiyyət üçün iki mühüm əhəmiyyəti vardır: o, bir tərəfdən, sosial fəaliyyət sistemində şəxsiyyətin obyektiv yerini müəyyən edir, digər tərəfdən, onun şüurunun formalaşmasını şərtləndirir.Bu, prosesin qanunauyğunluqlarını aydınlaşdırmaq üçün . hər şeydən əvvəl, belə bir suala cavab vermək lazımdır ki, psixoloji mənada qrup insan üçün nə deməkdir. Onun hansı xarakteriskaları qrupun hər bir üzvü üçün çox əhəmiyyətlidir?
Qrup insan üçün nə deməkdir? Bu sual ilk dəfə qrup dnamikası nəzəriyyəsinin banisi kimi məşhur olan Kurt Levinin əsərlərində səslənib. Kurt levin bu sualı belə açıqlayıb:
1.qrup şəxsiyyətin fəaliyyət göstərməsi üçün zəmindir;
2.Qrup məqsədlərin həyata keçirilməsi üçün vasitədir;
3.İnsan qrupun bir hissəsidir, onun ideyalarının daşıyıcısıdır;
4.Qrup insan üçün həyati məkandır;
Qrupun 2 növü var: şərti və real qruplar. Şərti qrup dedikdə bir-biri ilə real surətdə əlaqəsi olmayan , lakin müəyyən bir şərti əlamətə, məsələn, cins, yaş və ya peşə əlamətinə görə tədqiqatçı tərəfindən ayırd edilən adamlar kateqoriyası nəzərdə tutulur. Sosial psixologiyada real qrupların öyrənilməsinə xüsusi diqqət yetirlir. Real qrupların iki növünü-real labarator və real təbii qrupları fərqləndirirlər. Təbii real qrupların böyük və kiçik qruplar olmaq üzrə iki növü məlumdur. Böyük qrupların üzvləri bilavasitə təmasda olmurlar, hətta bir-birilərinin mövcd olduğunu bilməyə bilərlər. Böyük qrupların aşağıdakı növləri fərqləndirilir:
*siniflər, ictimai təbəqələr və sosial peşə qrupları;
*Millət və xalqlar;
*Sosial-demoqrafik qruplar;
*ərazi-region qrupları;
*təşkilat qrupları (siyasi və ictimai təşkilatlar) ;
*qısamüddətli qruplar (mütəşəkkil və qeyri-mütəşəkkil) ;
*auditoriya-qruplar;
Böyük qruplar sosail-psixoloji baxımdan bir-birindən nəinki özlərinin psixi siması, həm də emosional sahəsi, xüsusilə tələbatları və mənafeləri ilə fərqlənirlər.Kiçik qrupların üzvləri nəinki bir-birilə müxtəlif formalarda gündəlik ünsiyyət və rabitəyə girir, bir-biri haqqında müəyyən təsəvvürə malik olur, həm də onların arasında müəyyən rəsmi və qeyri-rəsmi münasibətlər formalaşır. Kiçik qrupların 50-dən artıq təsnifatı var.Kiçik qrupları formal və qeyri-formal qruplara bölürlər. Formal qrupda münasibətlər inzibati-hüquqi yolla müəyyən olunur və tənzim edilir.Qeyri-formal qruplar isə ünsiyyət prosesində təbii yolla təşəkkül edir: onun strukturu bilavasitə inzibati-hüquqi qaydalarla tənzim edilmir. Formal kiçik rupun üzvləri arasında da tədricən qeyri-formal münasibətlər yaranır: bu zaman formal kiçik qrupun müvəffəqiyyətlə fəaliyyət göstərməsi bir çox cəhətdən onun formal və qeyri-formal strukturlarının bir-birinə uyğun gəlməsində asılıdır.
Dostları ilə paylaş: |