Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 223,61 Kb.
Pdf görüntüsü
səhifə1/18
tarix16.12.2023
ölçüsü223,61 Kb.
#181259
  1   2   3   4   5   6   7   8   9   ...   18
289 felsefe m N1felsefenin predmeti ve metodu qiyabi (1)



 AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ 
P O L İ S A K A D E M İ Y A S I 


KAFEDRA:
«İctimai elmlər» 


FƏNN:
«Fəlsəfə» 


FAKÜLTƏ:
Əyani 
 
 
 
 
 
MÜHAZİRƏ 
 
 
MÖVZU:№1
 «
Fəlsəfənin predmeti və metodu
»
 
 


 


Vaxt-2 saat
 
 
Tərtib etdi
: «İctimai elmlər»
kafedrasının baş
müəllimi, polis baş leytenantı
Rəşad Qasımov 
 
 
 
Mühazirə kafedranın iclasında müzakirə edilib və bəyənilib. 
Protokol № ____ “________” ______________ 2016-cı il
 
 
 

 
 
BAKI 2 0 1 6 
 
 



MÖVZU №1. 
«
Fəlsəfənin predmeti və metodu
»
 
 
PLAN 
GİRİŞ 
 
1.
 
Fəlsəfə elmi haqqında ümumi anlayış 
2.
 
Dünyagörüşü: onun strukturu və formaları 
3.
 
Fəlsəfənin predmeti və funksiyaları 
 
NƏTİCƏ: 
 
ƏDƏBİYYAT: 
 
1.
Bağırov Z.
 
Fəlsəfə (sxemlərdə). Dərs vəsaiti. ( bakalavr hazırlığı üçün). Bakı, 
2009
 
2.
Fəlsəfə (Ali məktəblər üçün dərs vəsaiti). Bakı, 1999 
3.
Fəlsəfə. Ensiklopedik lüğət. Bakı, 1997 
4.
Fərhadoğlu M. Fəlsəfənin əsasları (dərs vəsaiti). Bakı, 2006 
5.
Hacıyev Z. Fəlsəfə (Ali məktəblər üçün dərslik). Bakı, 2012 
6.
İmanov H. Fəlsəfənin əsasları. Bakı, 2010 
7.
Mehdiyev R. Fəlsəfə (Ali məktəblər üçün dərs vəsaiti). Bakı, 2010 
8.
Nəzərova A. Fəlsəfə terminlərinin izahlı lüğəti. Bakı, 2014 
9.
Paşayev V. Fəlsəfə. Bakı, 1999. 
10.
Rüstəmov Y. Fəlsəfənin əsasları (dərs vəsaiti). Bakı, 2007 
11.
Şükürov A. Fəlsəfə (Ali məktəblər üçün dərslik). Yenidən işlənmiş və 
təkmilləşdirilmiş ikinci nəşri . Bakı, 2008 
12.
Şükürov A.
 
Fəlsəfə - cəmiyyətdə onun yeri və rolu.
 
Bakı, 1996 
13.
Tağıyev Ə. Fəlsəfə. Bakı, 2012
 
14.
Алексеев П.В. Философия (Учебник). Москва, 1998 
15.
Волчек Е.З. Философия (Учебник). Минск, 2003 
16.
Габидулин Р. Основы философии. Москва, 2003 
17.
Горелов А.А. Основы философии. (Учебник для вузов). Москва, 2010 



GİRİŞ 
Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri akademik 
Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” adlı 
məqaləsində ictimai elmlərin cəmiyyətin mənəvi həyatında oynadığı əhəmiyyətli rolun 
yenidən qiymətləndirilməsi müasir dövrdə ictimai elmlərin tədrisinin aktuallığını və 
vacibliyini bir daha təsdiqləmiş oldu. Bu baxımdan, müasir qloballaşma dövründə 
gənclərdə düzgün elmi dünyagörüşünün, elmi idrakın və məntiqi təfəkkürün 
formalaşmasını təmin edən elmlərin sırasında “Fəlsəfə” elmi müstəsna əhəmiyyətə 
malikdir. Yalnız fəlsəfi dünyagörüşünə yiyələnməklə dünya binasının quruluşu, sosial 
inkişaf, onun qanunauyğunluqları və təfəkkür prosesləri haqqında biliklər əldə etmək 
mümkündür. 
Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra ictimai həyatın bütün sahələrində 
olduğu kimi aparılan ardıcıl islahatların nəticəsi olaraq təhsil sistemində də keyfiyyətcə 
yeni şəraitin yaranması Fəlsəfənin tədqiqi və tədrisi məsələlərinə də yeni baxışın 
yaranmasına gətirib çıxarmışdır. Qarşıda duran mühüm vəzifələrdən biri, ilk növbədə, 
fəlsəfənin gerçək həyatla itirilmiş əlaqələrinin bərpa edilməsi, ümumi, nəzəri 
anlayışlarla məhdudlanmayaraq bu elmin empirik bazasının möhkəmləndirilməsi və 
fəlsəfənin inkişafının əsas xəttini təşkil edən nəzəriyyənin gerçəklik ilə uzlaşdırılmasıdır. 
Həyata qədəm qoyan hər bir adam çoxsaylı suallarla qarşılaşır: kainatın, insanın, 
həyat və ölümün, xeyir və şərin mahiyyətinə, maddi və mənəvi olanın, hərəkət və 
inkişafın, tərəqqi və tənəzzülün qarşılıqlı münasibətinə dair çoxsaylı suallara hazırda 
daha yeni suallar da əlavə olunmuşdur: Müasir dövrü neçə qiymətləndirmək?
Cəmiyyətin inkişafının ziddiyyətləri və perspektivləri hansıdır? Bəşəriyyətin 
yaşamasına, sülhü necə təmin etməli? və s. Bu suallara cavab verməyə çalışan insan real 
gerçəkliyə öz münasibətini müəyyən edir, öz dünyagörüşünü formalaşdırır. 
Hal-hazırda ölkəmizin ictimai həyatında azad rəqabətə əsaslanan bazar 
münasibətlərinin, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşması, Azərbaycanın 
dünya birliyi ilə iqtisadi və mədəni inteqrasiyasının güclənməsi kimi dinamik proseslərin 
getməsi şəraitində bütün bu baş verənlərin fəlsəfi cəhətdən mənalandırılması və 
ümumiləşdirilməsi məsələsi tam kəskinliyi ilə qarşıya çıxmışdır. Bu baxımdan gənclərdə 
düzgün və dolğun dünyagörüşünün formalaşdıırlması baxımından Fəlsəfə elminin rolu 
misilsizdir. 




Yüklə 223,61 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin