Plan: 1. PİL olan uşaqların kliniki, pedaqoji, psixoloji xüsusiyyətləri
2. Xüsusi məktəbəqədər təhsil müəssisələrində və məktəblərdə PİL olan uşaqların təlim və tərbiyəsi
3. PİL olan uşaqlarla məktəbəqədər müəssisələrdə və məktəblərdə aparılan pedaqoji iş
4. Məktəblərdə PİL olan uşaqlarda korreksiyaedici təlim və tərbiyə işinin təşkili.
Əgər psixi ləngimə zamanı beyin strukturlarının bətndaxili yüngül zədələnməsinin rezıdual əlamətləri ön plandadırsa, oliqofreniyada beynin total inkişafsızlığı və ya inkişafda keyfiyyətcə geri qalması müşahidə edilir. Psixi inkişafın ləngiməsi zamanı dərketmə fəaliyyətinin total yox, parsial pozulması (yaddaş, diqqət və s.) müşahidə edilir. Onlarda sinir fəaliyyəti tez tükəndiyindən, onlar tez də yorulurlar, işgüzarlıqları aşağı enir, bu da dərs materialının mənimsənilməsində çətinliklər yaradır.
Psixi inkişafında ləngiməsi olan uşaqları öyrənərək, T.A.Vlasova, M.S.Pevzner, V.i.Lubovski, K.S. Lebedinskaya, O.S.Nikolskaya, Y.M.Mastyukova və b. belə qənatə gəlmişlər:
-göstərilən köməkdən səmərəli istifadə edirlər, süjetli şəkillrin və mətnlərin mənasını başa düşürlər, sadə misal və məsələləri düzgün yerinə yetirirlər.
-Amma sinir fəaliyyəti tez tükəndiyindən, onlar tez də yorulurlar, işgüzarlıqları aşağı enir, bu da dərs materialının mənimsənilməsində çətinliklər yaradır.
- Belə ki, misal və məsələlərin şərtlərini yadda saxlaya bilmirlər, yazılı işlərdə səhvlərə yol verirlər, fəaliyyətdən yayınırlar.
K.S.Lebedinskaya etialoji prinsip əsasında psixi inkişafın ləngiməsini 4 qrupa ayırır və onların kliniki –pedaqoji təsnifatını belə verir:
1. kostitusional tipli;
2. somotogen tipli
3. psixogen tipli
4. serebral-orqanik tipli
Əlamətləri müxtəlif və dəyişkən olduğundan, psixi inkişafın ləngiməsi çox mürəkkəb bir problemə çevrilib. Psixi ləngimənin dərəcəsinin erkən və düzgün təyin edilməsindən uşağın bütün gələcək taleyi asılıdr.
Müəllimlərə psixi inkişafda ləngiməsi olan uşaqların psixoloji xüsusiyyətlərini bilmək çox vacibdir, çünki onların inkişafınını düzgün qiymətləndirmək, təlim və tərbiyənin individual yollarını seçmək bu xüsusiyyətləri bilmədən qeyri-mümkündür. Müəllim uşağın diaqnozu və anamnezini bilməlidir, çünki bu psixi ləngiməsi olan uşağın psixi vəziyyəti və davranışının xüsusiyyətlərinin başa düşməsində vacibdir.
Psixi inkişafda həqiqi ləngiməsi olan uşaqlar K.S. Lebedinskinin psixoloji –pedaqoji təsnifatına görə 5 qrupa bölünürlər:
Bu kateqoriyalı uşaqlara göstərilən tibbi-pedaqoji kömək bu köməyə olan ehtiyacı ödəmir. Ibtidai məktəb şagirdlərinə irəli sürülən tələblərin artması bu problemi daha da aktuallaşdırır.
Serebroastenik hallı nevrozabənzər pozulmaları(1-ci və 3-cü qrup) olan uşaqlara mərkəzi sinir sisteminin tez taqətdən düşməsinin əlamətləri xasdır: yorğunluq artdıqca, yaddasaxlamanın, diqqətin zəifləməsi və beləcə intellektual işgüzarlığın pozulması. Tez yorulmanın bir nəticəsi də ondan ibarətdir ki, belə uşaqlar nə qədər çox oxuyurlarsa , bir o qədər dərs materiallarını pis mənimsəyirlər.
-Belə uşaqlarda istirahət rejiminin qaydaya salınması,
-yuxu müddətinin uzadılması daha yaxşı nəticə verir, nəinki əlavə dərslə məşğul olmaq.
-Belə uşaqlar emosional labil olduqlarından, onların davranışları da həmişə düzgün olmur.
-Dərslərində gələcək çətinlikləri əvvəlcədən hiss edərək, onlar müxtəlif yollarla bu işdən boyun qaçırırlar.
-əgər müəllim tələbkar və fikrində qətidirsə, o zaman uşaq özünü ələ ala bilir. əgər müəllim belə uşağın əsəbiliyinə, kobudluğuna, yalanına və s. laqeddirsə onda uşaqda mənfi keyfiyyətlər əmələ gəlir, uşaq hövsələsiz, eqoist, lovğa, iradəsiz və eyni zamanda qorxaq olur.
- Bu cür uşaqlara müəllimin münasibəti qoruyucu, diqqətli və qayğılı olmalıdır. Müəllim belə uşaqları onların imkanlarından artıq yükləməməlidir.
-Hətta ev tapşırıqlarının həcmini belə azaltmalıdır. Belə uşaqlarda kəkələmə, əsassız qorxu müşahidə edilir.
- Bu uşaqlar emosional cəhətdən də həssas olurlar: mərkəzi sinir sistemi tərəfindən qızlarda tormozlanma, oğlanlarda isə oyanıqlıq prosesi üstünlük təşkil edir əhval ruhiyyələri əsassız şəkildə dəyişkən olur. Psixomotor oyanıqlıq və psixopatabənzər pozulmaları (2-ci və 4-cü) olan uşaqlarda (oğlanlarda qızlara nisbətən daha çox) affektiv həyəcanlanma, affektiv reaksiyalar, psixomotor yanıqlıq, diqqətin qeyri sabitliyi müşahidə edilir, onlar bir yerdə qərar tuta bilmirlər və onların təlimdəki çətinliklərin də bununla əlaqədar olduğu qeyd edilir. Bu uşaqların intellektual fəaliyyətə meylləri sönmüş, emosional reaksiyaları qeyri –sabit, əhval ruhiyyələri dəyişkən olur. Bu uşaqlarda neqativizm əlamətləri və davranışın pozulması əlamətləri mövcuddur. Onlar müəllimlərinə və yoldaşlarına qarşı kobud olurlar, yaranan konflikt situasiyaların səbəbkarı da elə çox vaxt onlar olur.
Psixi inkişafda ləngiməsinin diaqnostikası əsasən psixoloji planda aparılır. Diaqnostika 2 istiqamətdə aparılır:
Hərəki sahənin və dərketmə fəaliyyətinin diaqnostikası;
Təlim proqramının mənimsənilmə səviyyəsinin diaqnostikası