KİNEMATİKANIN ELEMENTLƏRİ
Fizikada cisimlərin mexaniki hərəkətinin qanunlarını və qanunauyğunluğunu, eləcə də onun dəyişmə səbəblərini öyrənən bölməsi mexanika adlanır. Zaman keçdikcə cisimlərin və onun hissələrinin qarşılıqlı vəziyyətini dəyişməsinə mexanika deyilir.
Mexanika 3 bölmədən ibarətdir.
Kinemtika-cismin hərəkətini onu yaradan səbəbləri nəzərə almadan öyrənir.
Dinamika-cismin hərəkət qanunlarını və onu yaradan səbəbləri öyrənir
Statika-cisimlər sisteminin tarazlıq şərtlərini öyrənir. Hərəkət qanunları məlum olduqda onların tarazlıq şərtlərini müəyyən etmək olur. Ona görə də statik qanunları dinamik qanunlarından ayrı öyrənilmir.
Hərəkət zaman və məkanla bağlı olduğundan onu xarakterizə etmək üçün cismin fəzanın hansı yerində yerləşdiyini və bu və ya digər vəziyyətlərdə hansı zaman anında keçdiyini bilmək lazımdır. Mexaniki hərəkəti ifadə etmək üçün müxtəlif fiziki modellərdən istifadə edilir.
Verilmiş şəraitdə ölçüləri nəzərə alınmayan və m-kütəsinə malik olan cisim maddi nöqtə adlanır.
Heç bir şərt daxilində deformasiya olunmayan və ixtiyari iki nöqtəsi arasındakı məsafəsi sabit qalan cisim mütləq bərk cisim adlanır.
İxtiyari bərk cismin hərəkətini irəliləmə və fırlanma hərəkətlərinin kombinasiyası kimi təqdim etmək olar.
İrəliləmə hərəkəti zamanı hərəkət edən cisimlə səlt bağlanmış ixtiyari düz xətt həmişə başlanğıc vəziyyətinə paralel qalır.
Fırlanma hərəkəti zamanı cismin bütün nöqtələri mərkəzləri eyni düz xətt üzərində olan (fırlanma oxu) çevrələr boyunca hərəkət edir.
Cisimlərin vəziyyəti ixtiyari seçilmiş cismə nəzərən öyrənilir. Bu cisim hesablama cismi adlanır. Bu cisimlə bağlı olan koordinat sistemi və saat hesablama sistemi adlanır. Hərəkəti öyrənmək üçün əsasən dekart koordinat sistemindən istifadə olunur. Bu sistemdə m nöqtəsinin vəziyyəti x,y,z koordinatları və ya r radius vektoru ilə xarakterizə olunur. Zaman keçdikcə maddi nöqtənin koordinatları aşağıdakı qanunauyğunluqla dəyişir.
x=x(t)
y=y(t) və ya r=r(t)
z=z(t)
Bu tənlikər maddi nöqtənin hərəkətinin kinematik tənlikləri adlanır. Bu tənliklərdən t-i kənarlaşdırsaq hərəkət trayektoriyasının tənliyini almış olarıq. r=r-r0 vektoru cismin başlanğıc və son vəziyyətlərini birləşdirən vektordur və yerdəyişmə adlanır. MN trayektoriyasının uzunluğu yolun uzunluğu adlanır, skalyar kəmiyyətdir S= S(t)
Düzxətli hərəkətdə yerdəyişmə vektoru trayektoriya ilə üst-üstə düşür və yerdəyişmənin modulu gedilən yolun uzunluğuna bərabər olur. R=
Dostları ilə paylaş: |