Sərbəst iş N°1 Geodeziyada koordinatlar sistemi Umumiyyətlə, yer səthinin hər hansı bir nöqtəsinin vəziyyəti sferik, ya da müstəvi səth üzərində müəyyən edilə bilər. Birincii halda, coğrafi və ya geodeziya koordinatlar sistemindən, ikinci halda isə müstəvi düzbucaqlı və nəhayət, zona koordinat sistemindən istifadə olunur. Yerin fiziki səthi üzərində yerləşən nöqtələrin vəziyyəti coğrafi koordinatlarla xarakterizə edilir. Lakin nöqtələrin vəziyyətini bir-biri ilə müqayisə etmək üçün bunları normal xəttin istiqaməti üzrə referens ellipsoidin üzərinə proyektirləndirirlər. Ellipsoid üzərinə proyektirlənən edilən nöqtələrin vəziyyəti isə geodeziya koordinatları ilə müəyyən edilir. I. Coğrafi koordinatlar sistemi. Tutaq ki, O yer ellipsoidinin mərkəzi, P – şimal və P1 – cənub qütblərdir . Hər hansı M nöqtəsinin ellipsoid üzərindəki vəziyyəti coğrafi koordinatlar adlanan en dairəsi və uzunluq dairəsi ilə təyin olunur. Başlanğıc nöqtələrin coğrafi koordinatları bilavasitə astronomik müşahidə nəticəsində müəyyən edilir. Bu yolla alınan və coğrafi koordinatlarına astronomik koordinatlar deyilir.
II. Düzbucaqlı koordinatlar sistemi. Koor¬dinatlar sistemlə¬rin¬¬dən ən sadə və əlverişlisi müstəvi düzbucaqlı koordinatlar sistemidir.
Rüblər Koordinat işarələri X Y I + + II — + III — — IV + — Koordinat başlanğıcından şimala doğru absis oxu «+», cənuba doğru isə «–» götürülür. Eləcə də şərqə doğru koordinat oxu «+», qərbə (Q) doğru isə «+» işarəsi ilə göstərilir. Koordinat başlanğıcı ixtiyari götürüldüyündən bu sistemə şərti koordinatlar sistemi deyilir.
III. Zona koordinatlar sistemi. Məlumdur ki, yer ellipsoidinin böyük hissələrini müstəvi səth üzərində əks etdirmək üçün xüsusi kartoqrafik proyeksiya tətbiq olunur. Belə proyeksiyada yer ellipsoidi üzərindəki nöqtələri riyazi qanuna əsasən müstəvi səth üzərinə keçirib bunların arasında müəyyən əlaqə yaratmaq olar. Bu mulahizəyə əsaslanaraq eyni bir nöqtənin coğrafi koordinatlarla müstəvi düzbucaqlı koordinatlar arasındakı əlaqəni müəyyən etmək üçün ellipsoidi meridianlarla 60 və ya 30-li zonalara bölünürlər Keçmiş SSRİ-də bu məsələ Qauss proyeksiyasının tətbiq edilməsi ilə ən əlverişli həll olunmuşdur. Qauss proyeksiyası bərabərbucaqlı eninə slindrik olduğundan ellipsoidin ən kiçik hissələri də müstəvi səthi üzərinə keçirildikdə həndəsi oxşarlıq pozulmayacaqdır. Əgər ellipsoidin silindr içərisində yerləşməsini təsəvvür etsək, belə silindrin oxu ekvator səthi üzərində olmaqla N və s. 8 qütblərində də ellipsoid silindrə toxunacaqdır. Ellipsoidin C mərkəzindən başlayaraq ayrı-ayrı zonalar toxunan silindrin səthi üzərinə proyeksirlənir və sonra silindrin özü müstəvi səth üzərinə sərilir. Beləliklə, zonalar ardıçıl olaraq müstəvi üzərində alınır və Qauss proyeksiyasında planetimiz haq¬qında təsəvvür yaranır.