Sərbəst iş N°2
Meridianlar və oriyentirləmə bucaqları haqqında məlumat
Planalma və mühəndisi bölgü işlərini apararkən xətləri oriyentirləmək lazım gəlir. Hər hansı xəttin istiqamətini bilmək üçün onu yer üzərində çəhətlərə görə (şimal, cənub, şərq, qərb) təyin etmək, yəni oriyentirləmək lazımdır. Xətti oriyentirləmək, onun vəziyyətini başlanğıc istiqamətə görə təyin etmək deməkdir.
Geodeziyada başlanğıc istiqamət kimi meridian qəbul edilmişdir. Meridianlar həqiqi və ya coğrafi, maqnit meridianı və zonanın orta meridianı olmaqla üç yerə bölünür. Həqiqi meridianın istiqaməti astronomik muşahidə nəticəsində, maqnit meridianının istiqaməti isə maqnit əqrəbi vasitəsilə müəyyən edilir.
Məlumdur ki, sərbəst hərəkət edən maqnit əqrəbinin bir ucu yerin maqnit qüvvəsinin təsiri altında həmişə şimala, o biri ucu isə maqnit meridianının istiqaməti üzrə cənuba doğru yönəlir. Əqrəbin N şimal və S cənub nöqtələrindən keçən xətt maqnit meridianı sayılır.
Sərbəst iş N°3
Səhvlər mənbələri və onlarin növləri
Geodeziyada ölçmə işləri başlıça yer tutur. Lakin Yer və ya plan uzərində hər hansı ölçmə işi nə qədər diqqətlə aparılsa da, alınan nəticədə az-çox səhv ola bilər. Müşahidəçi nə qədər təcrübəli, olçü alətləri nə qədər dəqiq və xariçi şərait nə qədər əlverişli olsa da, ölçmə nəticəsini tamamilə dəqiq hesab etmək olmaz.
Ölçmə zamanı yolverilən səhvləri müəyyən etmək üçün ölçməni bir neçə dəfə təkrar etmək lazımdır. Alınan qiymətlər bir-birindən az-çox fərqlənəcəkdir. Bu ölçmə nəticəsinin öz həqiqi qiymətindən fərqlənməsini, yəni onda müəyyən xəta olmasını göstərir.
Ümumiyyətlə, səhvlər müşahidəçinin hissiyyat orqanlarının və olçü alətlərinin qüsurlu olmasından və mühitin təsirindən irəli gəlir. Səhvlər üç cür olur.
Kobud səhvlər. Bu növ səhvlər müşahidəçinin diqqətsizliyi, yorğunluğu və texniki savadsızlığı nəticəsində baş verir. Kobud səhvlərdən xilas olmaq üçün ölçmə hökmən təkrar olunmalıdır. Məhz buna görə geodeziyada ölçmələr azı iki dəfə təkrar olunur.
Müntəzəm səhvlər. Qiyməti və işarəsi eyni olub, ölçmə nəticəsinə birtərəfli təsir edən səhvlərə müntəzəm səhv deyilir. Bu səhvlər müşahidəçinin öz xususiyyətlərindən, alətin nasazlığından və ya xarici şəraitdən asılıdır.
Müntəzəm səhvlər müəyyən qanuna tabedir. Məsələn, 20 metrlik polad lent həqiqi uzunluğundan (l qədər artıq olarsa, D məsafəsini ölçərkən qədər səhv etmiş olarıq. Burada səhv məsafəyə mütənasib olub, musbət işarə ilə toplanacaqdır.
Alətin quruluşca nöqsanlı olması və lazımınça yoxlanmaması nəticəsində əmələ kələn səhvə alət səhvi deyilir. Bunların bəzilərini aləti diqqətlə yoxlamaqla aradan qaldırmaq olar.
Müntəzəm səhvləri qabaqca hesablayıb, ölçmə nəticəsində göstərəcəyi təsirini aradan qaldırmaq olar.
Təsadüfi səhvlər. Ölçmələr eyni şəraitdə təkrar edilərkən qiymətləri və işarələri müxtəlif olmaqla baş verən səhvlərə təsadüfi səhvlər deyilir.
Təsadüfi səhvlərin səbəbləri naməlum və çox mürəkkəb olduğundan onları mükəmməl öyrənmək çox çətindir. Təsadüfi səhvləri törədən səbəblər də müxtəlifdir. Buraya xariçi şərait (havanın temperaturu, müşahidə edilən çismin işıqlanma dərəcəsi və s.), hiss orqanlarımızın çox həssas olmaması, alətin konstruksiyasının nöqsanlı olması və sairə daxildir. Təsadüfi səhvlərin ölçmə nəticəsinə təsiri labuddur.
Müşahidə alətləri nə qədər dəqiq və həssas olsa, səhvlərin qiyməti də bir o qədər az olur. Təsadüfi səhvlərin təsirindən azad olmaq çətindir. Burada müşahidəçinin vəzifəsi ölçmə zamanı alınan təsadüfi səhvləri minimuma çatdırmaqdır.
Ölçülən kəmyyətin həqiqi qiyməti məlum olmadığı kimi, labud təsadüfi səhvlərin qiyməti də məlum deyil. Biz ançaq təsdiq edə bilərik ki, ölçmənin təsadüfi səhvi musbət «+» və mənfi «–» mütləq qiymətləri ilə az və ya çox ola bilər. Lakin yadda saxlamaq lazımdır ki, alınan səhv olçü alətlərinin hər növünə və hər ölçmə usuluna məxsus yolverilən müəyyən həd- dən kənara çıxmasın.
Dostları ilə paylaş: |