Sərbəst iş N°8
Trassanın nivelirləmə üçün hazırlanması və piketajın aparılması
Müxtəlif mühəndisi işlərində, qarşıya qoyulmuş məqsəddən asılı olaraq, uzununa və eninə nivelirləmə tətbiq olunur. Əgər çəkiləcək suvarma kanalının, şose yolunun və ya dəmiryolun trassası müəyyən ediləcəksə, onda trassa boyu ensiz bir zolağın profili alınmalıdır. Belə hallarda uzununa və eninə nivelirləmə birgə tətbiq edilməlidir. Nivelirləmədən əvvəl trassanı nivelirləmə üçün hazırlamaq lazımdır.
Uzununa nivelirləmə. Trassanın nivelirlənməyə hazırlanması əməliyyatı onun payalanmasından, habelə xətlərinin dönmə bucaqlarının ölçülməsindən ibarətdir. Bu əməliyyat aşağıdakı ardıcıllıqla aparılır.
Eninə nivelirləmə. Trassa oxuna perpendikulyar olan xətlərə eninə xətt, həmin xətlərin nivelirlənməsinə isə eninə nivelirləmə deyilir. İşin xüsusiyyətindən asılı olaraq eninə nivelirləmə tapşırıqdan asılı olaraq hər piketdən və ya iki piketdən bir aparılır. Eninə nivelirləmə nəticəsində trassa zolağının profili alınır və trassa boyu torpaq işlərinin həcmi müəyyən edilir.
Adətən, eninə və uzununa nivelirləmə birgə aparılır. Bu zaman əlaqələndirici nöqtələr, yəni piketlər, aralıq nöqtələr, sonra iosə eninə xətlərin üzərindəki xarakterik nöqtələr nivelirlənir.
Sərbəst iş N°9
Dövlət GeodeziyaİSTİNAD ŞƏBƏKƏLƏRİ. Geodeziyanin düz və əks məsələlərİ. Üçbucaqların həllİ.
Ölkəmizin ərazisində müxtəlif vaxtlarda topoqrafik planalma işləri aparılır. Nəticədə pərakəndə halda aparılan planalma materiallarından istifadə olunaraq dövlətin bütün ərazisi üçün yeganə topoqrafik xəritələr tərtib edilir.
Böyük əhəmiyyəti olan bu işin texniki cəhətdən düzgün aparılmasını təmin etmək məqsədilə ölkənin bütün ərazisində geodeziya istinad şəbəkəsi qurulur. Nəticədə ölçmələrdə baş verən müxtəlif səhvlərin qarşısı alınaraq, tələb olunan dəqiqlik əldə edilir, nəhayət, işin elmi və texniki cəhətdən düzgün aparılması üçün əlverişli şərait yaradılır. Bu mulahizələrə əsaslanaraq geodeziyada planalma və mühəndis bölgü işləri, bir qayda olaraq, umumi əməliyyatdan xüsusi əməliyyata keçmək yolu ilə aparılır və beləliklə, işdə etibarlı texniki nəzarət yaranır.
Dostları ilə paylaş: |