MüƏLLİm eminov ramiz qrup: 129. 20 FƏNN: geodeziya ixtisas: geologiya və geofizika müHƏNDİSLİYİ Sərbəst iş N°1 Geodeziyada koordinatlar sistemi



Yüklə 38,9 Kb.
səhifə6/6
tarix02.04.2023
ölçüsü38,9 Kb.
#92412
1   2   3   4   5   6
Geo sərbəst iş

Sərbəst iş N°10

. Planalma istinad şəbəkəsinin sıxlığı

Topoqrafik planalma və mühəndis bölgü işləri də bir qayda olaraq ümumidən xüsusiyə keçmə prinsipinə əsaslanır. Bu prinsipə əsaslanaraq əvvəlcə planalma istinad nöqtələri müəyyən edilir və vəziyyəti məlum olan belə istinad nöqtələrinə əsaslanaraq planalma işləri aparılır.


Lakin ərazidə dövlət və yerli istinad nöqtələrinin ümumi miqdarı kifayət qədər olmadığından, yəni istinad şəbəkəsi seyrək olduğundan yalnız bu nöqtələrə əsaslanaraq planalma işlərini təşkil etmək olmaz. Odur ki, planı alınaçaq ərazidə əvvəlcə tələb olunan zəruri miqdarda yerli və planalma istinad nöqtələri yaradılır, sonra isə yalnız müəyyən sahəni əhatə edə bilən belə istinad nöqtələri üzərində növbə ilə geodeziya alətləri qurularaq planalma işləri aparılır.
Planalma istinad şəbəkəsini yaratmaq üçün ən əvvəl planı alınaçaq ərazini əhatə edə bilən istinad şəbəkəsinin layihəsi hazırlanır.

Sərbəst iş N°11

Geodeziya bölgü işlərinin mahiyyəti və dəqiqliyi
Layihə tərtib etmək məqsədilə tikinti ərazisində qabaqcadan irimiqyaslı topoqrafik planalma işləri aparılır belə plan üzərində tikintinin layihəsi qurulur həndəsi cəhətdən forma və ölçülərinə müvafiq olaraq, layihədə nəzərdə tutulan bina və qurğular yer üzərində, yəni naturada olduğu kimi qurulur ki, buna da geodeziya bölgü işləri deyilir.
Mühəndisi bölgü işləri nəticəsində layihə tikintisinin əsas oxları və bina qabaritinin əsas nöqtələri yer üzərində müəyyən edilir. Layihədə nəzərdə tutulan tikintinin əsas nöqtələri koordinatlarına və yüksəkliklərinə görə yer üzərində qurulur.
Axtarış işləri nəticəsində inşaat meydançasının topoqrafik planı və əsas xətlərin profilləri tərtib olunsun. Layihə təşkilatları bu mühüm sənədlərə əsaslanaraq tikintinin tələb olunan layihəsini tərtib edir. Tərtib olunan layihələr geodeziya texnologiyasına əsasən naturaya keçirilir. Planalma və bölgü işlərini təşkil etmək üçün ardıcıl olaraq: 1) inşaat meydançasında geodeziya istinad şəbəkəsi qurulmalı; 2) tikinti meydançası üçün baş plan tərtib edilməli; 3) layihə üfüqi və şaquli cəhətdən hazırlanmalı; 4) tnkinti sahəsi hissələrə müfəssəl bölünməli; 5) tikinti başa çatdırıldıqdan sonra icraolunma planı alınmalı; 6) tikintidə əmələ gələn deformasiyalar üzərində müşahidə aparılmalıdır.
Yüklə 38,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin