Mühazirə 1. Kompüter şəbəkələri
Kompüter şəbəkələri haqqında ümumi anlayış
İnsan tələbatlarının əsaslarından biri – insanlar arasında ünsiyyət təşkil edir. Ünsiyyətin universal vasitəsi isə bildiyimiz kimi kompüter də daxil olmaqla, müasir rabitə vasitələrinin köməkliyi ilə informasiya ötürülməsini təmin edən kommunikasiyalar təşkil edirlər.
İnformasiya ötürülməsinin ümumi sxemi belə olur:
Informasiya mənbəi – rabitə kanalı – informasiya qəbuledicisi (informasiyanı əldə edən).
Hal-hazırda böyük məsafələrə informasiyanın cəld ötürülməsi üçün əsasən teleqraf, radio, telefon, televiziya ötürücüsü, hesablama sistemləri bazasında telekommunikasiya şəbəkələri, qurğulardan istifadə edilir.
Kompüterlər arasında informasiyanın ötürülməsi EHM-in yaranma anından mövcud olmuşdur. O, ayrı-ayrı kompüterlərin birgə işini təş-kil etməyə, bir neçə kompüterlərin köməkliyi ilə bir məsələni həll et-məyə, resurslardan birlikdə istifadə etməyə və bir sıra digər problem-ləri həll etməyə kömək etmişdir.
Kompüter şəbəkələri dedikdə informasiya mübadiləsi və vahid informasiya resurslarına istifadəçilərin müraciəti üçün təyin olunan aparat və proqram vasitələri başa düşülür.
Kompüter şəbəkələrinin əsas təyinatı – istifadəçilərin informasiyaya (verilənlər bazasına, sənədlərə və i.a.) və resurslara (sərt disklərə, printerlərə, CD-ROM disklərinə, modemlərə, qlobal şəbəkə çıxışına və i.a.) birgə müraciəti təmin etməkdir.
Şəbəkə abonentləri – obyektlər olub, informasiyanı generasiya edir və ya istehlak edirlər.
Şəbəkə abonentləri rolunda ayrı-ayrı EHM-lər, sənaya robotları, rəqəmsal proqram idarəli dəzgahlar və i.a. çıxış edə bilərlər. İstənilən şəbəkə abonenti şəbəkə stansiyasına qoşulur.
Şəbəkə stansiyası – aparatura olub, informasiyanın ötürülmə və qəbul edilmə funksiyalarını yerinə yetirir.
Abonentlərin və stansiyanın qarşılıqlı əlaqəsinin təşkili üçün fiziki ötürücü mühitin olması zəruridir.
Fiziki örürücü mühit – elektrik siqnallarının yayıldığı və verilənlərin ötürülmə aparaturasının qoşulduğu rabitə xətti və fəza deməkdir.
Rabitə xətti və ya kanalının əsas xarakterisyikalarından biri verilən-lərin ötürülmə sürəti (buraxma qabiliyyəti) təşkil edir.
VERİLƏNLƏRİN ÖTÜRÜLMƏ SÜRƏTİ – BU, VAHİD VAXT ƏRZİNDƏ ÖTÜRÜLƏN İNFORMASİYA BİTLƏRİNİN MİQDARINI GÖSTƏRİR .
Adətən verilənlərin ötürülmə sürəti bir saniyədəki bitlərlə ölçülür (bit/san). Ondan böyük vahidlər isə Kbit/san və Mbit/san-dir. Ölçü vahidləri arasında aşağıdakı nisbətlər olur:
1 Кbit/san =1024 bit/san;
1 Мbit/san =1024 Кbit/san;
1 Qbit/san =1024 Мbit/san.
Fiziki ötürücü mühit bazasında kommunikasiya şəbəkəsi qurulur.
Beləliklə, kompüter şəbəkəsi – bu, abonent sistemlərinin və kom-munikasiya şəbəkəsinin toplusu deməkdir.
Şəbəkələrin növləri
İstifadə olunan EHM-lərin tipinə görə bir cinsli və qeyri-bir cinsli şəbəkələr mövcuddurlar. Qeyri-bir cinsli şəbəkələrdə praktikada tez-tez rast gəlinən proqram cəhətdən uyuşmayan kompüterlər olurlar.
Ərazi əlamətinə görə isə şəbəkələr lokal və qlobal olurlar.
LOKAL ŞƏBƏKƏLƏR (LAN, Local Area Network) ÇOX DA BÖYÜK OLMAYAN ƏRAZİ HÜDUDUNDA (ADƏTƏN 2-2,5 KM-DƏN ÇOX OLMUR) YERLƏŞƏN ABONENTLƏRİ BİR-LƏŞDİRİRLƏR.
Lokal kompüter şəbəkələri təhsil müəssisələri də daxil olmaqla, ayrı-ayrı müəssisələrin və idarələrin işini təşkil etməyə və ümumi texniki və informasiya resurslarına müraciətin təşkil edilmə məsələsini həll etməyə imkan verir.
QLOBAL ŞƏBƏKƏLƏR (WAN, Wide Area Network) ŞƏHƏRİN MÜXTƏLİF RAYONLARINDA, MÜXTƏLİF ŞƏHƏR-LƏRDƏ, MÜXTƏLİF ÖLKƏLƏRDƏ, MÜXTƏLİF KONTİ-NENTLƏRDƏ (MƏSƏLƏN, İNTERNET ŞƏBƏKƏSİ) BİR-BİRİNDƏN BÖYÜK MƏSAFƏDƏ YERLƏŞƏN ABONENT-LƏRİ BİRLƏŞDİRİRLƏR.
Belə şəbəkələrin abonentləri arasında qarşılıqlı əlaqə telefon rabitə xətti, radio rabitəsi və peyk rabitə sistemi bazasında həyata keçirilir. Qlobal kompüter şəbəkələri bütün bəşəriyyətin informasiya resurslarını birləşdirməyə və həmin resurslara müraciətin təşkil olunma prob-lemini həll etməyə imkan verirlər.
Kommunikasiya şəbəkəsinin əsas komponentləri aşağıda verilmişdir:
- ötürücü;
- qəbuledici;
- məlumatlar (müəyyən formatlı rəqəmsal verilənlər; verilənlər
bazasının faylı, cədvəl, sorğuya verilən cavab, mətn və ya təsvir);
- ötürmə vasitələri (informasiya ötürülməsini təmin edən fiziki
ötürmə mühiti və xüsusi aparatura).
Dostları ilə paylaş: |