AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
FAKÜLTƏ: MÜHƏNDİSLİK
KAFEDRA: İNFORMATİKA VƏ KOMPÜTER TEXNİKASI
İXTİSAS: 052033 KOMPÜTER MÜHƏNDİSLİYİ
KOMPÜTER MÜHƏNDİSLİYİNİN ƏSASLARI
fənnindən
SƏRBƏST İŞ
KURS: I KURS
QRUP: 641
TƏLƏBƏ: Əliyev Pərviz Mahir oğlu
MÜƏLLİM: Allahverdiyeva K. Ə.
SUMQAYIT 2021
MÖVZU 1
KOMPÜTERİN QURULUŞU VƏ BLOKLARIN TƏYİNATI
Kompüter proqramla idarə olunan avtomatdır, yəni kompüterin işləməsi üçün proqram lazımdır. Proqram bir tərəfdən kompüterin işini idarə edir, digər tərəfdən isə qoyulmuş məsələni həll edir.
Kompüter ardıcıl ünvanlanan vahid yaddaşa malik olmalıdır. Yaddaş birölçülü və xəttidir, yəni sözlər vektoru şəklindədir. Həmin yaddaşda müəyyən üsulla kodlaşdırılan həm proqram, həm də verilənlər saxlanılır.
Əmrlərlə verilənlər arasında aşkar şəkildə heç bir fərq yoxdur, yəni əmrlərlə verilənlər kimi baxmaq olar və onlar üzərində əməliyyatlar aparıla bilər.
Verilənlərin təyin edilməsi aparat səviyyəsində yox,proqram səviyyəsində aparılır. Məsələn, maşın sözündəki bitlər yığımının hər hansı ədəd və ya simvollar sətri olmasını proqram müəyyənləşdirilir.
Kompüter texnikasının inkişaf mərhələlərində Neyman arxitekturası xeyli təkmilləşdirilmiş və kompüterə qoyulan tələblərin böyük hissəsi proqram vasitələrinə istiqamətləndirilmişdir.
Kompüterin ümumiləşdirilmiş məntiqi strukturu
Kompüterin ümumiləşdirilmiş məntiqi strukturu aşağıda verilmişdir.
Neyman arxitekturalı hər bir kompüter iki hissədən – mərkəzi və periferiya (xarici) – ibarət olur.
Mərkəzi hissə hesab – məntiq qurğusundan (HMQ), idarəetmə qurğusundan (İQ) və daxili yaddaş qurğusundan (DYQ) ibarətdir.
Müasir kompüterlərdə HMQ və İQ prosessor adlanan bir qurğuda birləşdirilir. Periferiya hissəsinə xarici yaddaş qurğuları (XYQ), daxiletmə - xaricetmə qurğuları (DXQ) və idarəetmə pultu (İP) daxildir. Prosessor kompüterin əsas qurğusu olub, DYQ – də saxlanan proqramla hesab və məntiq əməliyyatlarını yerinə yetirir və kompüterin ümumi işini idarə edir. Kompüterin işləmə sürəti əsasən prosesorun işləmə sürətilə təyin edilir. İşləmə sürətini artırmaq üçün prosesor kiçik tutumlu və çox böyük sürətli yerli yaddaşa (keş yadda) malik olur. Hesablama prosesi kompüter üçün əvvəlcədən tərtib edilmiş proqram vasitəsilə yerinə yetirilir. Proqram icra ardıcıllığına uyğun yazılmış əmrlərdən (təlimatlardan) ibarətdir. Proqramın icrası zamanı İQ növbəti əmri seçib təhlil edir və hansı əməliyyatların hansı operandlar (əməliyyatda iştirak edən kəmiyyətlər) üzərində aparılmasını müəyyənləşdirir. DYQ – dən götürülən operandlar HMQ – də yerləşdirildikdən sonra əməliyyat yerinə yetirilir. Hesab – məntiq qurğusu İQ – nin idarəsi altında işləyir.
Emal edilən verilənlər və icra olunan proqram kompüterin yaddaşında yerləşdirilir. Funksional baxımdan yaddaş iki hissəyə bölünür: Daxili və xarici.
Daxili və ya əsas yaddaş prosesorla bilavasitə əlaqədə olub, icra olunan proqramların və emal olunan verilənlərin saxlanması üçündür. Daxili yaddaşın işləmə (yaddaşa müraciət) sürəti yüksək, lakin onun tutumu nisbətən kiçik olur.
Daxili yaddaş da öz növbəsində iki hissədən ibarət olur: əməli yaddaş (ƏY) və daimi yaddaş (DY). Əməli yaddaş DYQ –nin əsasını təşkil edir, informasiyanın qəbul edilməsi, saxlanması və ötürülməsi üçün istifadə olunur. O, adətən enerjidən asılı olur, yəni kompüter şəbəkədən çıxarıldıqda oradakı informasiya itir. Tutumu əməli yaddaşa nisbətən xeyli az olan daimi yaddaş informasiyasının saxlanması və ötürülməsi üçün istifadə olunur, yəni istifadəçilər tərəfindən oraya informasiya yazılması mümkün deyil. İnformasiya oraya kompüterin hazırlanması zamanı yazılır və adi hallarda dəyişdirilə bilməz. Orada tez-tez istifadə olunan proqramlar və verilənlər saxlanılır (məsələn, əməliyyat sisteminin bəzi proqramlar, kompüterin düzgün işləməsini yoxlayan proqramlar və s.). Daimi yaddaş enerjidən asılı olmur, yəni kompüter şəbəkədən çıxarıldıqda oradakı informasiya saxlanır.
Kompüterin periferiya hissəsinə daxil olan xarici yaddaş qurğusu (XYQ) böyük həcmə malik olan informasiyanı saxlamaq üçün istifadə olunur. Xarici yaddaşla informasiya mübadiləsi (informasiyanın yazılması və oxunması) əməli yaddaş vasitəsilə aparılır. Xarici yaddaş enerjidən asılı olmayan daşıyıcılarda (maqnit diskində, lentində, kartında, optik diskdə) qurulur. Onun tutumu praktik olaraq məhdud olmur, lakin işləmə (müraciət) sürəti daxili yaddaşa nisbətən az olur.
İşləmə prinsipinə görə xarici yaddaş 2 cür olur: birbaşa müraciətli (maqnit və optik disklərdə) və ardıcıl müraciətli (maqnit lentində). Birbaşa müraciətli XYQ nisbətən böyük işləmə sürətinə malik olduğundan, müasir kompüterlərdə ən çox istifadə olunur. Ardıcıl müraciətli XYQ əsasən informasiyanı ehtiyat üçün saxlanması məqsədilə istifadə olunur.
Daxileimə - xaricetmə qurğuları informasiyanın kompüterə daxil edilməsi və kompüter arasında ünsiyyətin təmini üçün istifadə olunur. Daxileimə - xaricetmə prosesləri daxili yaddaşdan istifadə etməklə aparılır. Müasir kompüterlərdə bu qurğulara klaviatura, maus tipli manipulyator, hərf – rəqəm və qrafik çap edən qurğu (printer), dsipley (monitor), qrafikçəkən qurğu (plotter), skaner və s. Aiddir. İdarə pultu hesablama prosesinin gedişi zamanı proqramçı və ya operator tərəfindən sistem əməliyyatlarını yerinə yetirmək üçündür. Kompüterə texniki xidmət göstərildikdə pultun arxasında mühəndis – texniki işçilər oturur. İdarə pultu çox vaxt konstruktiv olaraq prosesorla birlikdə quraşdırılır və İP – nin bir çox düymələri klaviaturada yerləşdirilir.
Sistem interfysi kompüterin qurğularının qarşılıqlı əlaqəsini və onlar arasında informasiya mübadiləsini təmin edir. Orta, böyük və super kompüterlərdə sistem interfeysi özünün daxiletmə - xaricetmə prosesorlarına (onlara kanallar deyilir) malik olan mürəkkəb qurğulardan ibarət olur. Bu qurğular kompüterin hissələri arasında informasiya mübadiləsinin yüksək sürətlə aparılmasını təmin edirlər. Mini – kompüterlərdə sistem interfeysinin funksiyalarını sistem şinləri yerinə yetirir. Bu sinif kompüterlərdə iki strukturdan istifadə olunur.: çoxşinli və ümumi şinli. Birinci halda qurğular arasında informasiya mübadiləsi üçün ayrı-ayrı qrup şinlərdən istifadə olunur.İkinci halda isə bütün qurğular vahid qrup şinlərlə əlaqələndirilir (qrupa verilənlərin, ünvanların və idarəetmə siqnallarının ötürülməsi üçün şinlər daxildir). Ümumi şinli struktur prosessor, yaddaş və periferiya qurğuları arasında informasiya mübadiləsinin eyni qaydalarla aparılmasını təmin edir ki, bu da qurğuların qarşılıqlı əlaqəsini sadələşdirir.
Xarici qurğuların idarə olunması və onların sistem inetrfeysi ilə əlaqələndirilməsi üçün qrup idarəetmə qurğularından, adapterlərdən və kontrollerdən istifadə olunur. Göstərilən idarəetmə qurğuları öz işlərini uyğun idarəedici proqramlar (drayverlər) vasitəsilə qururlar.
MÖVZU 2
Dekodlaşdırıcı (dekoder, deşifrator), təyinatı və növləri. İkikanallı deşifratorun həqiqilik cədvəli, məntiqi tənliklər sistemi və tənliklər sisteminə uyğun məntiqi sxemləri.
Dostları ilə paylaş: |