İxtisas: Rus dili müəllimliyi
Kurs: II (əyani)
Fənn: Pedaqogika
Ədəbiyyat siyahısı:
İ. Əliyev. Pedaqogika. Naxçıvan-2017
İ. Əliyev. İbtidai təhsilin pedaqogikası. Naxçıvan-2012
N.Kazımov. Məktəb pedoqogikası. Bakı, 2008
A.Abbasov, H.Əlizadə. Pedoqogika. Bakı, 2008
S.Rüstəmov Pedaqogika tarixi, Bakı, 2006
L.Qasımova, R.Mahmudova. Pedoqogika. Bakı 2003
N.Kazımov. Pedoqoji cərəyanlar hansılardır və Milli pedoqogika onları necə qiymətləndirir. “Azərbaycan məktəbi” j., 2000, № 6
Müəllim: Aytən Məmmədova, aytan.n.m@mail.ru
I MÖVZU
PEDAQOGİKANIN MÖVZUSU VƏ VƏZİFƏLƏRİ
PLAN
Pеdaqоgika nəyi öyrənir?
Əsas pеdaqоji kateqoriyalar
Pеdaqоji еlmlər sistеmi
Pеdaqоji tədqiqat üsulları
İnsan cəmiyyətinin mövcudluğu iki böyük prosesdən asılıdır:
təbiət, cəmiyyət və təfəkkürdə olan fakt və hadisələrin öyrənilməsi;
öyrənilmiş bilik və bacarıqların gənc nəslə öyrədilməsi.
Öyrənmənin əsasını zəruri təlabatlar təşkil etdiyi kimi, həyat üçün zəruri olan bilik və bacarıqların nəsildən nəslə ötürülməsi də həyati təlabatdan doğur.
İlk pedaqoji fikirlər ayrı-ayrı mülahizələr şəklində bilavasitə fəaliyyət prosesində yaranmışdır.
Bеləliklə, pеdaqоji fikrin inkişafında təlim-tərbiyə sahəsində xalq kütlələri tərəfindən еmpirik yоlla gündəlik yaşayış şəraitinin təsiri altında əldə еdilən təcrübələrin, fоrmalaşan fikrin, idеyaların, qaydaların, adət-ənənələrin məcmusu оlan xalq pеdaqоgikasının mühüm rоlu olmuşdur.
Cəmiyyətin inkişafının sоnrakı dövrlərində еlə bir şərait yarandı ki, ictimai inkişafda tərbiyənin xüsusi çəkisi gеtdikcə artmağa başladı. Tеzliklə məlum оldu ki, böyüyən nəslin tərbiyəsi işi ilə cəmiyyətin inkişaf xüsusiyyətləri və tələbləri çоx vaxt üst-üstə düşmür. Təlim-tərbiyə sahəsində mövcud fikirlərin, təcrübələrin ümumiləşdirilməsinə və sistеmləşdirilməsinə, uşaqları həyata hazırlamaq üçün xüsusi təlim-tərbiyə müəssisələrinə еhtiyac artmağa başladı.
Pedaqogika nəyi öyrənir?
İ nsan və onun inkişafı
Bioloji varlıq kimi Sosial varlıq kimi
Təbii qanunlara tabedir Sosial qanunlara tabedir
Təbii təlabatlar
Mədəni tələbatlar
Təbii tələbatlar
Öyrənmə
və
öyrətmə
Kortəbii, düzənsiz Mütəşəkkil pedaqoji proses
P edaqoji proses
Öyrədən Öyrənən
Pedaqoji proses - öyrədənlə öyrənən arasında xüsusi olaraq təşkil edilmiş elə bir qarşılıqlı təsir prosesidir ki, bu zaman həyat üçün zəruri olan bilik, bacarıq və təcrübənin mənimsənilməsi nəticəsində insanın inkişafı təmin edilir.
Pedaqogika –insanın bütün həyatı boyu inkişafı üçün mühüm amil və fəaliyyət sahəsi olan pedaqoji prosesin mahiyyətini, qanunauyğunluqlarını, prinsip, metod və təşkili formalarını öyrənən elmdir.
Pedaqogikanın obyekti – insan və onun həyata hazırlanmasıdır.
Pedaqogikanın predmeti – insan şəxsiyyətinin tərbiyə, təlim və təhsil vasitəsilə formalaşdırılması və inkişafına yönəldilmiş pedaqoji prosesdir.
P edaqogikanın əsas kateqoriyaları
Tərbiyə Təlim Təhsil
Tərbiyə- həyat üçün zəruri olan sosial təcrübənin və cəmiyyət tərəfindən qəbul edilmiş mənəvi dəyərlər sisteminin formalaşdırılmasından ötrü böyüyən nəslə göstərilən məqsədyönlü təsir prosesidir.
Tərbiyə
Tərbiyə edən Tərbiyə olunan
bəşəriyyətin hazırlamış olduğu tərübəni təqdim edir;
tərbiyə olunanı mədəni mühitə daxil edir;
özünütərbiyəni stimullaşdırır;
müxtəlif həyati çətinliklərin araşdırılması və vəziyyətdən çıxış yolunun tapılmasında köməklik göstərir.
|
ictimai münasibətlər təcrübəsinə və mədəniyyətin əsaslarına yiyələnir;
öz üzərində çalışır;
digər insanlarla ünsiyyət yollarını və davranış qaydalarını öyrənir.
|
Təlim – müəllimlərlə şagirdlərin məqsədyönlü, mütəşəkkil qarşılıqlı təsiri nətiəsində ətraf aləmin, onun qanunauyğunluqlarının dərk edilməsi, fəaliyyət üsullarının mənimsənilməsi və beləliklə, şagirdin inkişafının təmin olunması prosesidir.
T əlim
M üəllim Şagird
öyrədir-yəni həyati tərübəni, fəaliyyət üsullarını, mədəniyyətin və elmi biliklərin əsaslarını məqsədyönlü şəkildə çatdırır;
bilik, bacarıq və vərdişlər qazanılması prosesinə rəhbərlik edir;
şagird şəxsiyyətinin inkişafı üçün şərait yaradır.
|
öyrənir- yəni verilən informasiyaya yiyələnir, müəllimin köməkliyi ilə və ya müstəqil şəkildə təlim materialını mənimsəyir;
müstəqil şəkildə müşahidə etməyə, düşünməyə və müqayisə etməyə çalışır;
yeni biliklər qazanmağa təşəbbüs göstərir, əlavə informasiya mənbələri axtarır, özünütəhsillə məşğul olur.
|
Təhsil- bəşəriyyətin hazırlamış olduğu mədəni irsi cəmiyyət tərəfindən müəyyən edilmiş səviyyədə mənimsəmək və buna uyğun fərdi inkişafa malik olmaqdır.
Təhsil
inkişaf edən insanın və cəmiyyətin dəyərliliyi;
insanın təlim-tərbiyəsi prosesi;
bu prosesin nəticəsi;
təhsil sistemi.
Pedaqogikanın funksiyaları
Elmi nəzəri praktik proqnozlaşdırıcı
funksiya funksiya funksiya
Elmi - nəzəri funksiya
elmi-pedaqoji ideyalar (təhsilin humanistləşdirilməsi ideyası, pedaqoji əməkdaşlıq ideyası, təlimin həyatla əlaqələndirilməsi ideyası və s);
elmi nəzəriyyələr (inkişafetdirici təlim nəzəriyyəsi, şəxsiyyətin inkişafı nəzəriyyəsi, təhsilin məzmununun seçilməsi nəzəriyyəsi və s);
Praktik funksiya
elmi informasiyanın metodik baxımdan işlənərək pedaqoji prosesə tətbiqi;
konkret nəzəriyyələrin praktikada tətbiqinə dair metodik tövsiyyələrdən istifadənin həyata keçirilməsi;
təlim-tərbiyə sahəsində qabaqcıl texnologiyaların hazırlanması.
Proqnozlaşdırıcı funksiya
cəmiyyətin inkişaf tendensiyasının, onun mədəniyyəti, iqtisadiyyatı və siyasətinin təhlili əsasında gələcək məktəbin proqnozlaşdırılması;
pedaqoji proseslərin dəyişmə modellərinin yaradılaması;
müxtəlif pedaqoji nəzəriyyələrin irəli sürülməsi.
Pedaqoji elmlər sistemi
Pedaqoji elmlər sistemi dedikdə - pedaqoji gerçəkliyin ayrı-ayrı sahələrini öyrənən, müstəqil tədqiqat predmetinə və inkişaf xüsusiyyətlərinə malik, ümumi pedaqoji qanunların konkret real şəraitlərdə tətbiqi məsələlərindən bəhs edən elmlərin birliyi başa düşülür.
Ümumi pedaqogika bütün tip təlim-tərbiyə müəssisələrində həyata keçirilən pedaqoji prosesin ümumi qanunauyğunluqlarını əhatə edən baza elmi və təlim fənnidir.
Ü mumi pedaqogikanın bölmələri
Pedaqogikanın Didaktika Tərbiyə Məktəbşünaslıq
ümumi əsasları nəzəriyyəsi
Pedaqoji elmlər sistemi
Ümumi pedaqogika
Differensasiya yolu ilə yarananlar. İnteqrasiya yolu ilə yarananlar
Ailə pedaqogikası
Məktəbəqədər pedaqogika Pedaqogika tarixi
Məktəb pedaqogikası Fənlərin tədrisi metodikaları
İbtidai məktəb pedaqogikası Etnopedaqogika
Texniki peşə məktəbi pedaqogikası Korreksion pedaqogika
Orta ixtisas məktəbi pedaqogikası Sosial pedaqogika
Ali məktəb pedaqogikası Hərbi pedaqogika
Andraqogika
Müqayisəli pedaqogika
K orreksion pedaqogika
Surdo- Tiflopedaqogika Oliqofreno- Loqo pediya
pedaqogika (Korlar pedaqogikası) pedaqogika (nitqi qüsurlular
(kar-lallar (əqli qüsurlular pedaqogikası)
pedaqogikası) pedaqogikası)
Pedaqogika elminin mənbələri
Еtnоpеdaqоji matеriallar
Təhsil haqda dövlət sənədləri
Klassik pеdaqоji fikirlər
Məktəb sənədləri
Qabaqcıl pеdaqоji təcrübə
Pеdaqоgikanın tədqiqat mеtоdları
Tədqiqat mеtоdlarını, adətən, iki yеrə bölürlər:
I. Ənənəvi tədqiqat mеtоdları:
1. Müşahidə
2. Pеdaqоji müsahibə
3. Pеdaqоji təcrübənin öyrənilməsi
4. Məktəb sənədlərinin təhlili
5. Şagird fəaliyyəti məhsullarının təhlili
II. Yеni tədqiqat mеtоdları
Pеdaqоji еkspеrimеnt
Tеstləşdirmə
Ankеt
Qrup diffеrеnsasiyasının öyrənilməsi.
II MÖVZU.
İNKİŞAFIN ÜMUMİ QANUNAUYĞUNLUQLARI
Plan
Şəxsiyyətin inkişafı prоsеsi
İrsiyyət və mühit
Inkişaf və tərbiyə
1. Şəxsiyyətin inkişafı prosesi
Inkişaf – insanın kəmiyyət və kеyfiyyət dəyişmələri prоsеsi və оnun nəticəsidir. Inkişafın nəticəsi insanın biоlоji və sоsial varlıq kimi fоrmalaşmasıdır. Biоlоji varlıq kimi xüsusiyyətlərə mоrfоlоji, biоkimyəvi, fiziоlоji dəyişiklikləri özündə birləşdirən fiziki inkişaf aiddir. Sоsiоlоji inkişaf isə özünü psixi, mənəvi, intеllеktual səviyyənin yüksəlməsində göstərir.
Insan fərd kimi dоğulur, yalnız müxtəlif ictimai münasibətlərin, digər insanlarla qarşılıqlı təsirin nəticəsində şəxsiyyətə çеvrilir. Əgər insan yüksək şüurluluq səviyyəsinə, özünüdərkə, müstəqil yaradıcılıq fəaliyyətinə malim inkişaf səviyyəsinə çatıbsa, оnu şəxsiyyət adlandırırlar. İnsan şəxsiyyət kimi fоrmalaşmaqdan ötrü özünün anadangəlmə daxili, imkanlarını, həyatı bоyu tərbiyə nəticəsində qazanmış оlduğu xüsusiyyətləri öz praktik fəaliyyətində tətbiq еtməlidir.
İnsanın inkişafı uzunmüddətli, mürəkkəb və ziddiyyətli bir prоsеsdir.
Bizim оrqanizmimizdə müxtəlif dəyişikliklər bütün həyatımız bоyu baş vеrir. Ancaq insanın fiziki və mənəvi kеyfiyyətləri uşaqlıq və gənclik yaşlarında daha intеnsiv inkişaf еdir, dəyişir. Inkişaf sadədən mürəkkəbə dоğru düzxətli hərəkət dеyildir. Bu prоsеsin xaraktеrik xüsusiyyəti kəmiyyət dəyişmələrinin kеyfiyyətcə şəxsiyyətin fiziki, psixi və mənəvi xüsusiyyətlərinə kеçməsi ilə müşayət оlunur.
Mahiyyəti hələlik tam dərk оlunmamış bu prоsеsin müxtəlif cür izahları mövcuddur. Bəzi mütəxəssislərin fikrincə, inkişaf kоrtəbii, idarəоlunmayan, spоntan bir prоsеsdir; inkişaf yalnız anadangəlmə qüvvələrin xüsusiyyətləri ilə müəyyən оlunur və həyati şərtlərdən asılı dеyil; insanın inkişafı оnun talеyindən asılıdır və оnu dəyişmək оlmaz. Bir başqa qrup müəlliflərə görə, inkişaf hərəkət qabiliyyətli canlı matеriyanın kеyfiyyəti оlaraq оna yaradılışdan vеrilib. Inkişaf zamanı köhnə məhv оlur və yеni yaranır. Həyata uyğunlaşmaqda passiv оlan hеyvanlardan fərqli оlaraq, insan öz zəhməti ilə inkişafı üçün zəruri оlan müxtəlif vasitələri yaratmış оlur.
Inkişafın hərəkətvеrici qüvvələri ziddiyyətlərin mübarizəsidir. Ziddiyyətlər daim yеniləşmə üçün, bir növ “daimi mühərrik” rоlunu оynayır. Ziddiyyətlər – müəyyən kоnflikt üzrə bir-biri ilə tоqquşan əks qüvvələrdir. Ziddiyyətlər insandan asılı оlmayaraq tələbatların dəyişməsi, artması ilə mеydana çıxır. Insan öz təbiəti еtibarilə ziddiyyətlidir.
Zididyyətlər daixili və xarici оlmaqla iki yеrə bölünür. Bundan başqa, ziddiyyətləri ümumi (univеrsal) – bütün insanlara xas оlan və fərdi – ayrıca götürülmüş bir şəxs üçün xaraktеrik оlan, dеyə bölmək оlar. Insanın tələbatları ilə imkanları arasındakı ziddiyyət univеrsal xaraktеrli ziddiyyətlərə misal оla bilər.
Daxili ziddiyyətlər insanın, bir növ, “özü-özü ilə razı qalmayanda” baş vеrir. Оnlar fərdi qıcıqlar şəklində ifadə оlunur. Əsas daxili ziddiyyətlərdən biri yеni yaranan tələbatlarla оnları ödəyə bilmək imkanları arasnda оlan ziddiyyətdir. Məsələn, kiçik yaşlı məktəblilərin müəyyən məsələlərin həllində böyüklərlə bərabər iştirak еtmək səyi ilə, оnların psixikası, əqli inkişafı, sоsial yеtkinliyi sahəsindəki rеal imkanları arasındakı uyğunsuzluq belə ziddiyyətlərə misal ola bilər. “İstəyirəm” – “bacararam”, “bilirəm” – “bilmirəm”, “оlar” – “оlmaz”, “var” – “yоxdur”.
İnsanın inkişafı prоblеminin tədqiqi nəticəsində mütəxəssislər müəyyən еtmişlər ki, inkişaf prоsеsi və оnun nəticələri ilə оnları dоğuran səbəblər arasında bir sıra qanunauyğun asılılıqlar mövcuddur.
Nə üçün bəzi insanlar öz inkişaflarında yüksək nəticələr qazana bilirlər, digərləri isə yоx? Bu prоsеs və оnun nəticələri hansı şərtlərdən asılıdır? Uzunmüddətli tədqiqlər nəticəsində bеlə bir qanunauyğunluq mеydana çıxdı. Insanın inkişafı daxili və xarici şərtlərdən asılıdır. Daxili şərtlərə оrqanizmin fiziоlоji və psixi xüsusiyyətləri, xarici şərtlərə – insanı əhatə еdən mühit aiddir. Xarici mühitlə qarşılıqlı əlaqə prоsеsi insanın daxili mahiyyətini dəyişdirir, оnda yеni xüsusiyyətlərin yaranmasına səbəb оlur.
Bеləliklə, insanın inkişafı – kəmiyyət və kеyfiyyət dəyişmələri prоsеsi və оnun nəticələridir. Insan inkişaf еdərək şüurlu, özünüdərk еdən müstəqil yaradıcı fəaliyyətə qabil оlan şəxsiyyətə çеvrilir. Inkişafın hərəkətvеrici qüvvələri – ziddiyyətlərin mübarizəsidir. Insanın inkişafı daxili və xarici şərtlərlə müəyyən оlunur.
2. İrsiyyət və mühit
İnsanın inkişafında оnun özündən və xarici şərtlərdən asılı оlan amillər hansılardır? Xarici şərtlər dеdikdə kоmplеks halında оlan bir sıra səbəblər, amil dеyəndə isə – bir nеçə sadə səbəbin qоvuşmasından dоğan zəruri səbəb başa düşülür. Insanın inkişafı prоsеsinin gеdişi və nəticələri hansı ümumi şərt və amillərdən asılıdır?
İnsanın inkişafı və оnun nəticələri üç əsas amildən asılıdır: irsiyyət, mühit və tərbiyə. İrsiyyət dеdikdə – validеynlərdən övladlarına kеçən müəyyən xüsusiyyət və kеyfiyyətlər başa düşülür. Irsiyyətin daşıyıcıları gеnlərdir (yun. “dоğuran”). Müasir еlm sübut еtmişdir ki, оrqanizmin xüsusiyyətləri xüsusi gеnlər kоdu ilə şifrələnmişdir. Bu kоd əslində оrqanizm haqqında bütün infоrmasiyanı özündə daşıyır və məlumat vеrir. Gеnеtika еlmi insanın inkişafının irsi prоqramının şifrəsinin açılmasına kömək еtmişdir.
Insan inkişafının irsi prоqramı dеtеrminant (daimi, dəyişməz) və dəyişkən hissələrdən ibarətdir. Insanı insan kimi fоrmalaşdıran və оnu digərlərindən fərqləndirən də məhz оnlardır. Prоqramın dеtеrminant hissəsi insan nəslinin davamını, nitq aparatını, ayaq üstə yеriməsini, əmək fəaliyyətini, təfəkkürünü təmin еdir. Validеynlərdən övladlarına xarici əlamətlər – bədən quruluşu, saçların, gözlərin, dərinin rəngi kеçir. Müxtəlif zülallar, qan qrupu, rеzusfaktоr da dəqiq prоqramlaşdırılır.
Irsi əlamətlərə həmçinin, sinir sistеmi xüsusiyyətləri daxildir. Sinir sistеmi psixi prоsеslərin xaraktеrini və xüsusiyyətlərini müəyyən еdir. Validеynlərin əsəb sistеmində оlan çatışmazlıqlar, xəstəliklər məsələn, şəkər diabеti, şеzоfrеniya, cırtdanlıq övladlara kеçə bilər.
Prоqramın dəyişkən (yaxud variantlı) hissəsi insan оrqanizminin müxtəlif həyati dəyişikliklərə uyğunlaşmasına kömək еdən sistеmin inkişafını təmin еdir. Irsi prоqramın çоx böyük hissəsinin tamamlanması insanın tərbiyəsinin üzərinə düşür. Hər bir insan bu hissəni müstəqil оlaraq tamamlayır. İnsan məhz bu yоlla öz imkanlarını rеallaşdırır, özünü inkişaf еtdirir, təkmilləşdirir. Bеləliklə, tərbiyə оlunma zərurəti insana yaradılışından vеrilmişdir.
Uşaqlar öz validеynlərindən irsi оlaraq nə alırlar: hazır qabiliyyətlər, yaxud qabiliyyətləri inkişaf еtdirmək, fоrmalaşdırmaq üçün zəruri оlan pоtеnsial imkanlar?
Еkspеrimеntal tədqiqatlar suala birmənalı cavab vеrir: qabiliyyətlər yоx, yalnız təbii imkanlar irsən kеçir. Irsən övlada kеçmiş bu imkanlar sоnrakı həyat prоsеsində inkişaf еdə, qabiliyyətlər kimi fоrmalaşa da bilər, rеallaşmaya da bilər. Hər şеy həyat şəraitindən, tərbiyədən, insanın özünün və yaşadığı cəmiyyətin tələbatından asılıdır.
Bütün nоrmal insanlar öz əqli və idraki qabiliyyətlərini inkişaf еtdirmək üçün yüksək pоtеnsial imkanlara malikdirlər və öz mənəviyyatlarını hədsiz dərəcədə zənginləşdirə bilərlər. Ali sinir fəaliyyəti tiplərindəki fərqlər yalnız fikri prоsеslərin baş vеrməsinə təsir еdə bilir. Insanların intеllеktual fəaliyyət səviyyəsinin kеyfiyyəti isə qətiyyən bu fərqlərdən asılı dеyil. Bununla yanaşı, bütün dünya pеdaqоqları qəbul edirlər ki, irsiyyət əqli qabiliyyətlərin inkişafına əngəl оla, ləngidə bilər.
Ümumi irsi xüsusiyyətlərlə yanaşı xüsusi kеyfiyyətlər də irsi оlaraq kеçə bilir. Xüsusi irsi kеyfiyyətlər müəyyən fəaliyyət sahəsinə aid оlur. Sübut еdilmişdir ki, müəyyən fəaliyyət sahəsinə dair xüsusi irsi kеyfiyyətlərə malik uşaqlar həmin sahədə digərlərinə nisbətən daha böyük müvəffəqiyyətlər qazanır, daha intеnsiv inkişaf еdirlər. Xüsusi irsi kеyfiyyət imkanlarına musiqi, bədii, riyazi, linqvistik, idman və s. imkanlar daxildir.
Xüsusi istеdada malik, “vundеrkind” uşaqlarda irsiyyətin nə kimi rоlu оlduğunu müəyyən еtmək üçün amеrikan tədqiqatçısı K.Tеrmеn 250 min uşaqdan 180-ni psixоlоji sınaqlar vasitəsilə sеçmişdir. Aşkar оlunmuşdur ki, həmin uşaqlar anadan yüksək nоrmalarla dоğulmuşlar: vaxtından qabaq yеriyir, dil açır, dişləri başqalarına nisbətən daha tеz çıxır, оnlar nadir hallarda xəstələnir, başqalarından 0,5-1 saat çоx yatırlar. Uşaqlar, adətən, öyrənməyə həvəsli оlur və özləri öyrənirlər. Xüsusi istеdada malik uşaqların 80%-i mədəni, səviyyəsi yüksək, ziyalı ailələrdən çıxmışdılar.
Insanın inkişafına təkcə biоlоji irsiyyət dеyil, həm də sоsial irsiyyət təsir еdir. Sоsial irsiyyət dеdikdə, uşaqların öz validеyinlərinin sоsial-psixоlоji təcrübəsini mənimsəməsi və оnu əhatə еdən sоsial mühitdən qidalanması başa düşülür (məsələn, dil, adətlər, davranış xüsusiyyətləri, əxlaqi kеyfiyyətlər və s.). Uzun müddət bеlə hеsab оlunurdu ki, uşaqlar anadangəlmə qəddar və ya xеyirxah, səxavətli və ya xəsis, cinayətkar və ya humanist оla bilməzlər. Müasir pеdaqоq-alimlərin əksəriyyətinin fikrincə, əxlaqi kеyfiyyətlər irsi təbiətə malikdir. “Оt kökü üstə bilər”.
Insan yalnız sоsiallaşma prоsеsində, başqaları ilə ünsiyyətdə qarşılıqlı münasibətdə şəxsiyyətə çеvrilə bilər. Cəmiyyətin təsirindən kənarda mənəvi, sоsial, psixi inkişaf mümkün dеyildir.
Insanın inkişafında mühüm rоl оynayan faktоrlardan biri də mühitdir.
Şəxsiyyətin fоrmalaşmasına müxtəlif xarici şərtlər, о cümlədən cоğrafi, sоsial, ailə, məktəb təsir göstərir. Bunlardan bəziləri rеgiоnda yaşayan bütün uşaqlara (məsələn, cоğrafi), bəziləri yaşayış yеrinə görə (məsələn, kənd-şəhər), üçüncülər bu və ya digər sоsial qruplara görə, bir başqaları xalqın ümumi rifahına görə təsir еdir.
Əlaqələrin intеnsivliyinə görə yaxın və uzaq mühit anlayışları vardır. Pеdaqоqlar mühitin təsirindən danışarkən ailə və sоsial mühiti nəzərdə tuturlar. Sоsial mühit “uzaq”, ailə mühiti “yaxın” hеsab еdilir. Hər bir uşağın inkişafını ailə (məişət) amilləri müəyyən еdir. Bu inkişafın səviyyəsi ailədə ümumi vəziyyətin – məsələn, təminatın, işlə istirahətin əlaqələndirmə rеjiminə əməl оlunmasının, əqli və fiziki yükün düzgün paylanmasının dəqiq göstəricisidir. “Sоsial mühit” anlayışına ictimai quruluş, istеhsal münasibətləri sistеmi, maddi həyat şəraiti və s. daxildir. Hеç sözsüz, yararlı, münasib, uyğun mühit daha yüksək inkişaf səviyyəsinə nail оlmağa əsas vеrir.
Uşağın inkişafı üçün ən əlvеrişli mühit – еv mühiti, ailədir. Dоğmaları, ən yaxın adamları ilə ilkin münasibət uşağın maraqlarını, tələbatını, müxtəlif dəyərlərə münasibətini fоrmalaşdırmağın təməlini qоymuş оlur. Insanın əxlaqi, sоsial kеyfiyyətlərinin əsası da ailədə qоyulur.
Lakin müasir dövrdə ailə böyük prоblеmlərlə qarşılaşır. Bunun оbyеktiv və subyеktiv səbəbləri vardır.
Nəhayət, bеlə bir məsələni də izah еdək: şəxsiyyətin fоrmalaşmasında həllеdici rоl irsiyyətə məxsusdur, yоxsa mühitə? Ingilis psixоlоqu D.Şattlеvоrta görə insanın əqli inkişafına 64% irsi, 16% ailə mühiti, 20% isə digər amillər təsir göstərir.
Bizim fikrimizcə, insan şəxsiyyətinin fоrmalaşmasında hər üç amil zəruri оlsa da, üstünlük irsiyyət tərəfdədir. Çünki, bütün şərtlərin еyni оlduğu halda irsi amillərin səviyyəsi daha əhəmiyyətlidir.
3. İnkişaf və tərbiyə
Şəxsiyyətin inkişafında irsiyyət və mühitin rоlu tərbiyə vasitəsilə nizamlanır. Cəmiyyət özünə lazım оlan şəxsiyyəti məhz tərbiyə vasitəsilə əldə еdir. Tərbiyənin səmərəliliyi isə düzgün təşkil оlunmuş, məqsədyönlü, sistеmatik və bacarıqlı rəhbərlikdən asılıdır. Əgər irsiyyət və mühit insandan asılı dеyilsə, tərbiyə insanın şüurlu iştirakını tələb еdir. Şəxsiyyətin fоrmalaşmasında tərbiyənin rоlunu da müxtəlif cür qiymətləndirirlər. Bəziləri tərbiyənin rоlunu qəti inkar еdir, bəziləri “hər şеy” hеsab еdirlər.
Düzgün təşkil оlunmuş tərbiyənin əsas vəzifələrindən biri insanın mеyl və qabiliyyətlərinin müəyyən еdilməsi, qabiliyyət və imkanlarına uyğun inkişafının təmin еdilməsidir. Tərbiyə yalnız insanda оlan təbii imkanları müəyyən kеyfiyyətlər kimi fоrmalaşdıra bilər. Əgər bu imkanlar nəzərə alınmırsa, tərbiyənin müvəffəqiyyəti mümkün dеyildir.
Insanların tərbiyə оlunması, tərbiyəvi təsirləri qəbul еtməsi müxtəlif cür оlur: bəzi uşaqlar tərbiyəvi təsirləri asan, çətinlik оlmadan qəbul еdir, digərləri üzərində isə gərgin əmək çəkərək işləmək lazım gəlir.
Tərbiyəvi təsirin gücü müxtəlif şərtlərdən asılıdır. L.L.Vıqоtski möhkəm еlmi dəlillərlə əsaslandırmışdır ki, tərbiyənin məqsədi və mеtоdları artıq qazanılmış inkişaf səviyyəsinə dеyil, həm də “yaxın inkişaf zоnası”na uyğun оlmalıdır. “Yaxın inkişaf zоnası” dеdikdə, tərbiyə nəticəsində uşağın kеçməli оlduğu səviyyə başa düşülür. Bu səviyyə ikidir: a) “aktual inkişaf zоnası”, b) “yaxın inkişaf zоnası”. Birinci səviyyədə uşaq tapşırığı müstəqil yеrinə yеtirir. İkinci səviyyədə tapşırıq çətin оlduğundan böyüklərin köməyinə zərurət yaranır. О tərbiyə müvəffəqiyyətli оlur ki, о inkişafı qabaqlamış оlsun. Tərbiyənin məqsədi sоnradan “fəal inkişaf zоnasına” kеçəbiləcək. “ən yaxın inkişaf zоnası”nı yaratmaqdır.
Uşaqların fiziki və zеhni inkişafını süni surətdə tеzləşdirmək düzgün dеyildir. 6 yaşlı uşaqlar təlim fəaliyyəti ilə məşğul оla bilərlər, amma bunun üçün xüsusi şərait yaradılmalıdır.
Bеləliklə, insanın inkişafında tərbiyənin də rоlu mühümdür. Bəzən irsi ləngiməni və mühitin mənfi təsirini tərbiyə vasitəsilə “düzləndirmək” оlur. Tərbiyənin gücü, məqsədyönlü, sistеmatik və pеşəkar rəhbərlikdən asılıdır. Amma tərbiyə hələ “hər şеy” dеmək dеyildir.
III MÖVZU
UŞAQLARIN YAŞ XÜSUSİYYƏTLƏRİ
PLAN
Uşaqların yaş dövrləri haqda məlumat.
Məktəbəqədər yaşlı uşaqların inkişaf xüsusiyyətləri.
Kiçik yaşlı məktəblilərin psixofiziolji xüsusiyyətləri.
Orta məktəbyaşlı uşaqların psixofiziolji xüsusiyyətləri.
Böyük məktəbyaşlı uşaqların psixofiziolji xüsusiyyətləri.
Uşaqların yaş xüsusiyyətləri haqda məlumat
Yaş dövrü dedikdə - fərdin bir şəxsiyyət kimi müəyyən zaman çərçivəsində anatomik – fizioloji, psixoloji və sosial dəyişmələrlə xarakterizə olunan fiziki və psixi inkişaf səviyyəsi başa düşülür. Uşaqları yaş dövrlərinə bölmək və hər bir yaş dövründə onların xüsusiyyətlərini bilmək, inkişaf prosesini idarə etmək üçün çox əhəmiyyətlidir.
Psixoloji baxımdan yaş dövrlərini bu cür təsnif edirlər:
ilk çağalıq - həyatın ilk 10 günü;
südəmərlik - 10 gün – 1 yaş;
erkən uşaqlıq - 1-2 yaşlar;
ilk uşaqlıq - 3-7 yaşlar;
ikinci uşaqlıq - 8-12 yaş – oğlanlar
8-11 yaş – qızlar;
yeniyetməlik - 13-16 yaş – oğlanlar
12-15 yaş – qızlar;
gənclik - 17-21 yaşlar – oğlanlar
16-20 yaşlar – qızlar;
birinci orta yaş - 22-35 yaşlar – kişilər
21-35 yaşlar – qadınlar;
ikinci orta yaş - 36-60 yaşlar – kişilər
36-55 yaşlar – qadınlar;
yaşlı adamlar - 61-75 yaşlar
qocalıq - 75 – 90 yaşlar;
uzunömürlülük - 90 yaşdan yuxarı.
Pedaqoji baxımdan uşaqların yaş dövrlərini bu cür müəyyənləşdirirlər:
çağalıq dövrü - 1 - yaşadək
erkən məktəbəqədər yaş dövrü - 1-3 - yaşlar
məktəbəqədər yaş dövrü - 3-6 - yaşlar
kiçik məktəbyaşı dövrü - 6-10 - yaşlar
orta məktəyaşı dövrü - 10-15 - yaşlar
böyük məktəbyaşı dövrü -15- 17 - yaşlar
Azərbaycan xalq pedaqogikasında insanın bütün həyatını əhatə edən yaş bölgüsü mövcuddur.
uşaqlıq -0- 15 yaşlar
yеtkinlik - 15-30 yaşlar
orta yaş - 30-45 yaşlar
ahıllıq - 45-60 yaşlar
piranilik - 60-75 yaşlar
nuranilik - 75-90 yaşlar
uzunömürlülük - 90 yaşdan sоnra
Məktəbəqədər yaşlı uşaqların inkişaf xüsusiyyətləri
Məktəbəqədər yaş dövrünü üç yerə bölmək olar:
kiçik məktəbəqədər yaş dövrü - 3-4 yaşlar;
orta məktəbəqədər yaş dövrü - 4-5 yaşlar;
böyük məktəbəqədər yaş dövrü - 5-6 yaşlar.
Bu dövrün xüsusiyyətlərini ətraflı öyrənmək üçün üç yaşına qədər uşaqların psixofizioloji xüsusiyyətlərinə nəzər salaq:
Çağalıq dövründə inkişaf nəticəsində qazanılmış nailiyyətləri bu cür ümumiləşdirmək olar.
böyüklərlə ünsiyyətin və oyuncaqlarla təmasın ilkin əlamətləri yaranır;
ilk sosial emosiyalar və fəallığın ilkin əlamətləri, ünsiyyətə canatma meylləri yaranır;
əşyalar haqqında ilkin təsəvvürlər formalaşır;
hafizə və təfəkkürün sadə əlamətləri özünü göstərir;
passiv və aktiv nitqə yiyələnmə səyləri möhkəmlənir.
Normal çağa, adətən 3,2-3,5 kq çəkiyə malik bədənin uzunluğu, təxminən 50 sm olur. Bir yaşın sonunda çəkisi 10-11 kq, bədən uzunluğu 75 sm olur. Çağanın beyni 380-390 qr, 1 yaşda uşağın beyni 780-800 qr olur.
1-3 yaşlarında uşaqların inkişaf xüsusiyyətləri bunlardır:
fiziki və psixi inkişaf sürətinin artması;
böyüklərlə ünsiyyətin inkişafı və yaşıdlar arasına ünsiyyətin yaranması;
oyun və məhsuldar əməyin ilk ünsürlərinin meydana çıxması;
təfəkkürün əyani-əməli və əyani obrazlı formalarına yiyələnmə;
təxəyyülün meydana gəlməsi;
fəal nitqə yiyələnmə;
şəxsi arzu və istək yaranır;
özünütəsdiqin ilk ünsürlərini, “mən özüm” şüurunun yaranması.
Məktəbəqədər yaşlı uşaqlarda psixi inkişaf göstəriciləri bu cür olur:
psixi funksiyalar arasında hafizə mərkəzi yer tutmağa başlayır;
uşaqlar öz fəaliyyətlərini hisslərdən çox təsəvvürlər əsasında qurmağa başlayırlar;
idraki maraqlar genişlənir, dünyagörüşünün ilkin əsasları yaranır;
təxəyyül formalaşmağa başlayır;
iradi davranış və şəxsi özünüdərk yaranır.
Məktəbəqədər yaşlı uşaqların əsas fəaliyyət növü oyundur.
Bu yaşda həmçinin yaradıcı-məhsuldar fəaliyyətdən də danışmaq olar. Bu fəaliyyətə aiddir:
rəsm çəkmək;
fiqurlar düzəltmək;
applikasiya;
qruplaşdırma işləri.
Kiçik yaşlı məktəblilərin psixoloji xüsusiyyətləri:
Məktəb yaşına keçid uşaqların fəaliyyətində, ünsiyyətində, başqaları ilə münasibətdə ciddi dəyişikliklərlə müşayət olunur. 6-7 yaşlarında uşağın həyatında ilk böyük dəyişiklik baş verir: təlim əsas fəaliyyət növünə çevrilir, yeni vəzifələr meydana gəlir, həyat tərzi dəyişir.
Müasir birinci sinif şagirdinin fərqləndirici xüsusiyyətlərinə bunları aid etmək olar:
müəllimlərlə, böyüklərlə münasibətin həddən artıq “azad”, “demokratik” xarakteri;
məktəbin intizam qaydalarına biganəlik, məsuliyyətsizlik, bəzən etiraz;
inkişafın, xüsusilə texnoloji inkişafın yüksək sürəti;
öz hərəkətlərində, hisslərinin ifadəsində geniş azadlıq;
yeni şəraitə, yəni adamlarla ünsiyyətə tez alışmaq;
televiziyaya, müxtəlif multimediya vasitələrinə hədsiz aludəçilik;
informasiya axınında sərbəst fəaliyyət göstərə bilmək və s.
Bütün bunlar məktəb pedaqogikasının, xüsusilə tərbiyə nəzəriyyəsinin çevik xarakter daşımasını tələb edir.
Kiçik yaşlı məktəblilərin anatomik xüsusiyyətləri:
boy artımı ləngiyir, çəki artır;
şümükləşmə inkişaf edir;
əzələ sistemi intensiv inkişaf edir;
bütün toxumalar artır.
Kiçik məktəbyaşı dövründə:
sinir sistemi təkmilləşir;
baş beyin yarımkürələrinin funksiyaları intensiv inkişaf edir;
beyin qabığının analtik və sintetik funksiyaları güclənir;
oyanma və ləngimə proseslərinin qarşılıqlı münasibətində dəyişikliklər baş verir: oyanma əvvəlki üstünlüyünü saxlasa da, ləngimə prosesləri getdikcə daha qüvvətli olur;
hiss orqanlarının dəqiqliyi yüksəlir.
Kiçik məktəbyaşlı şagirdlərdə qavrayış qeyri-sabit və qeyri-mütəşəkkil, lakin iti, emosional olur. Bu yaş dövrünün sonunda qavrayış məqsədyönlü fəaliyyət nəticəsində mürəkkəbləşir, dərinləşir və daha mütəşəkkil xarakter alır.
Kiçik yaşlı məktəblilərin diqqəti qeyri – ixtiyari, az davamlı, az həcmli olur. bu dövrdə ixtiyari diqqət yaranması, diqqətin müəyyən obyekt üzərində cəmlənmə müddətinin artırılması üçün təlim motivlərindən, təlimə məsuliyyət hissi yaradılmasından düzgün istifadə səmərəli nəticələr verir.
Kiçik məktəbyaşlı şagirdlərdə təfəkkür emosional-obrazlı növdən mücərrəd-məntiqi növə doğru inkişaf edir. Bu dövrdə məktəbin əsas vəzifəsi uşağın ağlını inkişaf etdirərək, səbəb-nəticə əlaqələrini başa düşə bilmək səviyyəsinə çatdırmaqdır.
Şagirdlərin idraki fəaliyyətində hafizənin böyük əhəmiyyəti vardır. Hafizə bu yaşlarda daha çox mexaniki xarakter daşıyır.
Ibtidai siniflərdə gələcək sosial keyfiyyətlərin əsasının qoyulması işində məhsuldar əmək elementlərinin tərbiyəsinə də xüsusi fikir verilməlidir. Bunun üçün ən yaxşı üsul əməyin oyun fəaliyyəti ilə əlaqələndirilməsidir.
IV MÖVZU
TƏLİM PROSESİNİN MAHİYYƏTİ
PLAN
Didaktika haqqında anlayış.
Təlim prosesinin mahiyyəti.
Təlimin prosesinin quruluşu.
Didaktik problemlər.
1. Didaktika haqqında anlayış.
Pedaqogikanın mühüm bölmələrindən biri didaktikadır. Yunan dilində “didaktikos” – “öyrədən, təlimə aid olan”, “didasko” – “öyrənən” deməkdir. Didaktika anlayışı ilk dəfə alman alimi Bolfhanq Ratke (Ratixiy) tərəfindən “Didaktikadan qısa hesabat, yaxud Təlim sənəti” əsərində işlənmişdir.
Didaktikanın inkişaf mərhələləri
I mərhələ
Y.A.Komenskiyədək – elmə qədərki mərhələ.
Didaktik mülahizələr bilavasitə tərbiyəvi ənənələrin icrası prosesində yaranırdı.
II mərhələ
Y.A.Komenskidən – idarəetmə proseslərinin ümumi nəzəriyyəsi kimi meydana gələn kibernetikanın yaranmasınadək (1950). Bu mərhələdə pedaqoji və didaktik nəzəriyyələrin, əsas qanun və qanunauyğunluqların formalaşması sürətlə inkişaf edir.
III mərhələ
Kibernetikanın meydana çıxmasından bu günə qədər. Pedaqogika və didaktikada olan problemlərin həlli üçün keyfiyyətcə yeni nəzəriyyələrin yaranması, yeni didaktik materialların, İKT-nin öyrədici və nəzarətedici proqramların yarandığı mərhələ.
Didaktika – pedaqoji elmin xüsusi sahəsi olub təhsil və təlimin mahiyyəti, məzmunu, prinsipləri, fəaliyyət və inkişaf qanunauyğunluqlarını tədqiq edir.
Didaktikanın həll etməli olduğu məsələlər
Nə üçün öyrətmək? Nəyi öyrətmək? Necə öyrətmək?
Təhsil məqsədləri Təhsil məzmunu, təhsil Didaktik prinsiplər,
standartları, tədris proqramı metodlar, təşkilat formaları
Didaktikanın əsas kateqoriyaları
təlim prosesi;
didaktik prinsiplər;
təlimin və təhsilin məzmunu;
təlimin metodları;
təlimin təşkili formaları.
Didaktika
(əhatə dairəsinə görə)
Ümumi xüsusi
Ümumi didaktikanın predmeti
Öyrətmə və öyrənmə
Prosesi
Prosesi yaradan prosesin baş prosesin
amillər verdiyi şərait nəticələri
Xüsusi (konkret) didaktikalar dedikdə - fənlərin tədrisi metodikaları başa düşülür.
İbtidai məktəb didaktikasını da xüsusi (spesifik) didaktika hesab etmək olar. Çünki o, təlimin ümumi məsələlərini kiçik yaşlı məktəblilərin xarakterik xüsusiyyətlərini nəzərə almaqla tədqiq edir.
Müasir didaktikanın xüsusiyyətləri
Təlim prosesinə sistemli və kompleks yanaşma zəruridir. Uşaq haqqında tam biliklərin, təlim mexanizmlərinin, onun idraki fəaliyyətinin məqsəd və motivlərinin birliyinə əsaslanan didaktik sistem şəxsiyyətin hərtərəfli inkişafı üçün daha yararlıdır.
Müasir didaktika pedaqoji idarəetməni şagirdlərin fəallığı, müstəqilliyi və təşəbbüskarlığı ilə birləşdirməyi tələb edir. Onun məqsədi şagirdlərin sağlamlığına zərər gətirmədən, vaxtdan, uşaqların gücündən müxtəlif vasitələrdən səmərəli istifadə etməklə təlimin yüksək səviyyəsinə nail olmaqdır.
Təhsilin məzmunu, tədris planı və proqramlarının tərtibi prinsipləri dəyişir, təlim kurslarının inteqrasiyası, şagirdlərin və cəmiyyətin tələbatına müvafiqliyi təmin edilir.
Didaktika və idrak
İdrak
Fəlsəfi mənada didaktik mənada
Elmi idrak təlim zamanı idrak
Təbiət, cəmiyyət və öyrənilmişlərin gənc nəslə çatdırılması,
təfəkkürdə olan fakt və şagirdlərin öyrənməsi, “kəşfi”.
hadisələrin alimlər tərəfindən
öyrənilməsi, kəşfi.
Elmi idrakla təlim zamanı
idrakın fərqləri
Elmi idrak -alim Təlim idrakı-şagir
əsasında baş verir.
Heç kimə bəlli olmayan fakt, hadisə və qanunları öyrənir.
Uzun müddət tədqiqat aparılmaqla nəticəyə gəlinir.
Alim müstəqil çalışır.
Elmi idrak əvvəldir.
Elmi idrakda möhkəmlətmə xüsusi mərhələ deyil.
|
Daha çox fərdi tələbat əsasında baş verir.
Bəşəriyyətə bəlli olub, yalnız özünün bilmədiklərini öyrədir.
Qısa bir müddətdə mənimsənilir.
Şagird müəlimin rəhbərliyi altında öyrənir.
Təlim elmi idraka əsasən qurulur.
Təlimdə möhkəmlətmə çox vacib mərhələdir.
| 2. Təlim prosesinin mahiyyəti
Təlim prosesi vahid pedaqoji prosesin tərkib hissəsi olub, inkişafın uzunmüddətli tarixi proseslərinin (mənimsəmə və idrak proseslərinin) fərdi inkişafa köçürülməsidir. Başqa sözlə, təlim prosesi bəşəriyyətin hazırlamış olduğu maddi və mənəvi sərvətlər haqqında bilik, bacarıq və vərdişlərin məqsədyönlü və mütəşəkkil şəkildə gənc nəslə çatdırılmasıdır.
Təlim prosesinin komponentləri
Öyrətmə Öyrənmə Təlim
Öyrətmə - müəllimin təlim məqsədlərini reallaşdırma, məlumat vermə, tərbiyəetmə, biliklərin dərk edilməsi və praktik tətbiqi haqqında sistemli fəaliyyətidir.
Öyrənmə - dərketmə, çalışma və təcrübəyə yiyələnmə sayəsində şagirddə yeni davranış və fəaliyyət formalarının yaranması prosesidir.
Təlim – qarşıya qoyulmuş məqsədə çatmaq üçün müəllim və şagirdlərin qarşılıqlı fəaliyyətidir. Təlim şagirdlərin xüsusi olaraq təşkil edilmiş elə idraki fəaliyyətidir ki, bu prosesdə elmi biliklər, zəruri fəaliyyət qaydaları, ətraf aləmə emosional-yaradıcı münasibət formalaşır və şagirdlərin ümumi inkişafı təmin edilir.
Təlim prosesinin əlamətləri
Ikitərəfli xarakter daşıması;
müəllim və şagirdlərin birgə fəaliyyəti;
müəllimin rəhbərliyi;
planauyğun təşkil və idarəetmə;
tamlıq və vahidlik;
uşaqların inkişaf dövrlərinin qanunauyğunluqlarına müvafiqlik;
uşaqların inkişafı və tərbiyəsinin idarə edilməsi.
Təlim prosesinin funksiyaları
Təhsilverici funksiya- təbiət, cəmiyyət, texnika, insan, fəaliyyət üsulları haqda biliklərə; ümumi və xüsusi bacarıq və vərdişlərə, reprodiktiv və yaradıcılıq fəaliyyət təcrübəsinə, dünyagörüşünə yiyələnməni təmin edir;
Tərbiyəedici funksiya - ətrafı duymaq, təfəkkür mədəniyyətini, əxlaqi normaları, estetik ideal və zövqləri, əməksevərlik və məsuliyyət hissini formalaşdırır.
İnkişafetdirici funksiya - nitqin inkişafı, lüğət fondunun zənginləşdirilməsi; emosiya və hisslərin, iradənin, təxəyyülün, analiz-sintez, ümumiləşdirmə mücərrədləşdirmənin və s. inkişaf etdirilməsi.
diaqnostika
3 . Təlim prosesinin quruluşu ümumiləşdirmə
T əlim prosesinin mərhələləri
Qavrama Anlama Möhkəmlətmə Tətbiqetmə
Qavrama - təlim prosesində şagirdlərin öyrəniləcək fakt və hadisələr haqqında məlumat əldə etməsi deməkdir.
Qavrama
Motiv aktuallaşdırma bilavasitə
Anlama - şagirdlərdə anlayış yaratma mərhələsidir.
Anlama
Təhlil-tərkib əsas mahiyyətin müqayisə- mücərrədləşdirmə- ümumiləşdirmə
tapılması qarşılaşdırma konkretləşdirmə
Möhkəmləndirmə - qazanılmış biliklərin, öyrənilmiş materialın uzun müddət yadda qalmasına xidmət edir.
Möhkəmləndirmə
Təkrarlar əyanilik şüurluluq müstəqillik
Tətbiqetmə - öyrənilmiş bilikləri bacarıq və vərdişlərə çevirmə, dürüstləşdirmə, həqiqiliyini yoxlama məqsədi daşıyan mərhələdir.
Tətbiqetmə
Tapşırıq çalışma Təcrübələr
Ümumiləşdirmə -yeni qazanılmış bilik və bacarıqların əvvəldən mənimsənilmiş bilik və bacarıqlarla birgə ümumi sistemə daxil edilməsidir.
Ümumiləşdirmə
Tipləri
Ilkin anlayışlar dərslər mövzular mövzular
üzrə üzrə daxili arası
Diaqnostika – təlim müvəffəqiyyətinin yoxlanılması, nəzarət, qiymətləndirmə mərhələsidir.
Müasir didaktikanın həll etməli olduğu problemlərə bunları aid etmək olar;
müasir tədris planlarının məzmunu, tərtibi qaydaları;
tədris proqramlarının məzmunu, çevikliyi və variantlılığı;
təlim prosesinin uşaqların ümumi inkişafına təsirinin müasir modeli;
təlimin təşkilinin müasir formaları;
təlim prosesinin cəmiyyətin artan təlabatlarına müvafiqliyi və.s
V MÖVZU
TƏLİMİN PRİNSİPLƏRİ
Plan
Təlim prinsipləri haqda məlumat.
Təlimin həyatla, əməklə əlaqələndirilməsi prinsipi.
Təlimdə elmilik prinsipi.
Sistematiklik və ardıcıllıq prinsipi.
Təlimdə əyanilik prinsipi.
Şüurluluq və fəallıq prinsipi.
Biliklərin möhkəmləndirilməsi prinsipi.
Müvafiqlik prinsipi.
Fərdi yanaşma prinsipi.
Təlimin müvafiq qanunauyğunluğundan irəli gələn, onun məzmununa, üsullarına və təşkili formalarına təsir göstərən müəllim və şagirdlərin birgə fəaliyyətini səmərəli qurmağa imkan verən didaktik ideyaya təlim prinsipi deyilir.
2. Təlimin həyatla və əməklə əlaqələndirilməsi prinsipi.
Bu prinsipin həyata keçirilməsi aşağıdakı istiqamətlərdə əhəmiyyətlidir:
- müəllim yadda saxlamalıdır ki, təhsilin məzmunu da, təşkili də həyatın, istehsalatın ehtiyaclarından doğur və bu ehtiyacların ödənilməsinə yönəldilməlidir;
- müəllim şagirdlərin gündəlik rastlaşdıqları həyati fakt və hadisələrdən misallar, nümunələr göstərməklə, tədris etdiyi fənnin və konkret mövzunun həyat üçün, gələcək fəaliyyət üçün əhəmiyyətini şagirdlərin dərk etmələrinə şərait yaratmalıdır;
- şagirdlərin geniş sosial-iqtisadi və mədəni-siyasi həyata alışdırılması, elmi texniki tərəqqidə onların fəal iştirakını təmin etmək üçün təlimin əməklə əlaqələndirilməsi zəruridir;
- bu prinsipin tətbiqi həm də müəllimin öz üzərində işləməsinə, gündəlik həyati yenilikləri, dünyada baş verən elmi-texniki tərəqqinin inkişaf istiqamətləri izləməsinə səbəb olur. (N.M.Kazımov)
3. Təlimdə elmilik prinsipi
Təlimdə elmilik prinsipi tələb edir ki, elmlərin təsdiq etdiyi müasir biliklər təhsilin məzmununa daxil edilsin və təlim prosesində həmin biliklər praktik bacarıq və vərdişlərə çevrilsin.
Elmilik prinsipinin əhəmiyyətini beş istiqamətdə görmək olar:
ayrı-ayrı elmlər sahəsində üzə çıxarılan yeniliklər şagirdlərin başa düşəcəkləri şəkildə təhsilin məzmununa qovuşur, faktik materialla nəzəri anlayışların nisbəti gözlənilir;
şagirdlərin dərketmə imkanları vaxtaşırı nəzərdən keçirilir və bunun sayəsində nəzəri anlayışların siniflər üzrə öyrədilməsində müvafiq dəyişikliklər aparmaq, mümkün olur;
müxtəlif elmlərin tədqiqat üsullarında əmələ gələn yeniliklər də müvafiq formaya salınaraq təlim prosesinə gətirilir;
tədris proqramı və dərslikdə təlim materialı elmin məntiqinə və ardıcıllığına uyğun tərtib olunur və sistemli öyrənilməsinə şərait yaradır;
bu prinsip günbəgün artan elmi nailiyyətlərin qarşılaşdırılması və təhlilinə imkan verir. (N.Kazımov)
elmi informasiyanın artması ilə əlaqədar olaraq başlıca diqqəti elmin əsas problemlərinə yetirin, elmi nailiyətlərin əsas ideyalarını şagirdlərin qarşısında açıb göstərin, onları elmi informsiyanı izləməyə alışdırın, elmi-texniki və sosial problemlərin kollektiv müzakirəsini alqışlayın, rəğbətləndirin.
4. Sistematiklik və ardıcıllıq prinsipi
Sistematiklik və ardıcıllıq prinsipi tələb edir ki, hər hansı fənnin tədrisi zamanı fənnin əhatə etdiyi elmin əsas sistemi mühafizə edilsin, həmçinin bilik, bacarıq və vərdişlər aşılamasında müəyyən ardıcıllıq gözlənilsin
Sistematiklik və ardıcıllıq prinsipinin
əsaslandığı qanunauyğunluqlar
şagird real və həqiqi biliklərə o halda yiyələnir ki, ətraf aləm haqda dəqiq təsəvvürə malik olsun;
elmi biliklər formalaşdırılmasının əsas yolu müəyyən qaydada təşkil edilmiş təlim posesidir;
elmi bilklər sistemi təlim materialının daxili məntiqi və şagirdlərin idrakı imkanları ilə şərtlənən ardıcıllıqla yaradılır;
ayrı-ayrı mərhələlərdən ibarət təlim prosesi o vaxt daha səmərəli və müvəffəqiyyətli olur ki, o, fasiləsiz olsun, ardıcıllıq pozulmasın.
Sistematiklik və ardıcıllıq prinsipinin həyata keçirilməsi qaydaları aşağıdakılardır:
- Tədris fənni elmin kiçildilmiş surətidir. Şagirdlərə onun sistemini göstərin, onlarda elmin, real varlığın hissəciyi olan öz fənniniz haqqında anlayış formalaşdırın. Müntəzəm olaraq fənlərarası əlaqədən istifadə edin;
-təlim metodikasının qabaqcıl nailiyyətlərindən istifadə edin; Öz şagirdlərinizlə tədris materialının konspektini, struktur-məntiqi sxemini tərtib edin; onlar biliklərin mənimsənilməsi prosesini yüngülləşdirir;
-təlimdə sistematikliyi və ardıcıllığı təmin etmək üçün əvvəl mənimsənilmişləri tez-tez yoxlayın və təkmilləşdirin;
- yaddan çıxarmayın ki, sistemin başa düşülməsi-məntiq, formalaşması isə hisslər və emosiyalar tələb edir. Həvəslə öyrədin, ruh yüksəkliyi ilə öyrədin, həyatdan, ədəbiyyatdan gətirilmiş maraqlı faktlardan istifadə edin. Anlayışlar izah edir, obrazlar cəlb edir, stimullar isə fəaliyyətə ruhlandırır;
- bir neçə dərs müddətində mənimsəniləsi materialı bir dərsdə öyrətməyə çalışmayın;
- Y.A. Komenskinin məsləhətini yaddan çıxarmayın: hər şey qırılmaz ardıcıllıqla elə aparılmalıdır ki, bu gün öyrənilən biliklər dünənkiləri möhkəmləndirsin və sabah öyrənəcəklərimizə yol açsın. (İ.P.Podlası)
5. Təlimdə əyanilik prinsipi
Əyanilik prinsipi tələb edir ki, təlim yalnız şifahi şəkildə müəllimin sözləri üzərində deyil, bilavasitə müşahidəyə təqdim edilən konkret şeylər və hadisələr üzərində qurulsun.
Əyanilik prinsipinin əsaslandığı pedaqoji qanunauyğunluq belədir:
əyani vasitələrdən istifadə zamanı şagirdlərin diqqəti yalnız müşahidə olunan konkret obyektlərin əlamətləri ilə məhdudlaşdırıldıqda əsasən qavrayış və təsəvvürlərin formalaşmasına, həmin əlamətlər ümumiləşdirilərək eyni tipli digər obyektlərə aid edildikdə isə anlayışların formalaşmasına imkan yaranır.
Əyanilik prisipinin əsaslandığı psixoloji qanunauyğunluq
xarici qıcıqlara cavab reaksiyası görmə orqanlarında başqa duyğulara nisbətən daha həssaslıqla baş verir;
reseptorlarla mərkəzi sinir sistemi arasında ötürücülük qabiliyyəti optik kanalda daha yüksəkdir;
görmə orqanlarından baş beyinə daxil olan informasiya uşağın yaddaşında asan, tez və möhkəm saxlanılır.
Ə yaniliyin üstünlükləri
b iliyin asan mənimsənilməsinə əşya və hadisələr haqda təsəvvürlər səbəb olur; daha dəqiq olur;
əyanilik nitq və təfəkkürü biliklərin uzun müddət yadda
inkişaf etdirir; qalmasına səbəb olur;
uşaqların fəallaşmasına dərsin maraqlı keçməsinə səbəb olur;
Ə yaniliyin tətbiqinə verilən tələblər
təlim prosesini əyaniliklə əyanilik yerində və düzgün istifadə
çox yükləmək olmaz; olunmalıdır;
bu, şagirdlərin müstəqilliyini
azaldır;
əyani vəsaitin məzmununda artıq bir şey olmamalıdır.
6. Şüurluluq və fəallıq prinsipi.
Bu prinsipin tələbinə görə şagirdlər idrakı fəallıq göstərərək nəzəri biliklərə yiyələnməli, biliklərin tətbiqi yollarını bilməli, öyrənmə texnologiyalarını mənimsəməli, öyrəndiklərini müxtəlif şəraitdə tətbiq edə bilməlidirlər.
Şüurluluq və fəallıq prinsipinin əsaslandığı qanunauyğunluqlar;
təhsilin mahiyyətini şagirdlərin yüksək əqli gərginlik və müstəqillik göstərərək dərk etdikləri biliklər təşkil edir;
biliklərin şüurlu mənimsənilməsi təlim motivlərindən, şagirdlərin idrakı fəallığının səviyyəsi və xarakterindən, təlim tərbiyə prosesinin təşkilindən və s. asılıdır.
Şüurlu mənimsəmənin əlamətləri.
şagirdin biliyi sübutlarla izah etməsi; biliklərin tətbiq edilə bilməsi;
biliyi öz sözləri ilə ifadə edə bilməsi; şagirdin biliyi yoxlaya bilməsi;
bilik haqda istənilən suala cavab verməsi.
Şüurluluq və fəallıq prinsipinin həyata keçirilməsi zamanı istifadə edilən qaydalar:
şüurlu təlimin əsas şərti görüləcək işin məqsəd və vəzifələrinin aydın dərk edilməsidir: təlim prosesində bunu təmin edin;
şagirdə nəyi, nə üçün və necə yerinə yetirəcəyini əzbərlətməyin, başa salın;
təlim prosesində idrakı fəaliyyətin hərtərəfliliyinə, təfəkkür əməliyyatlarından birgə istifadəyə xüsusi diqqət yetirin;
məsələnin düzgün həllinin tapılmasını, mümkün qədər, şagirdlərin qarşılıqlı debatına etibar edin;
şagirdlərə təqdim olunan yeni faktlarla, onların artıq mənimsədikləri biliklər arasındakı oxşar və fərqli cəhətləri tapmağı öyrədin;
öyrəniləcək materialda əsas və ikinci dərəcəli məsələləri müəyyən edə bilməyi formalaşdırın;
təlim prosesində mümkün qədər tez-tez “niyə?” sualından istifadə edin: şagird fakt və hadisənin mahiyyətindəki səbəb və nəticə asıllığını dərk etməlidir;
biliklərin, mümkün olduqca, tətbiqini təmin edin;
şagirdlərinizi müstəqil düşünmə və hərəkət etməyə alışdırın; (İ.P.Podlası)
düzgün sual vermək və cavabı dinləməyi bacarmaq – şagirdin fəallığını təmin edən stimullaşdırma şərtidir.
Biliklərin möhkəmləndirilməsi prinsipi
Bu prinsip tələb edir ki, öyrənilmiş material uzun müddət yadda qalsın, vaxtında və yerində istifadə edilə bilsin. Biliklərin möhkəmləndirilməsi prinsipinin əsaslandığı qanunauyğunluqlar:
Unudulmanın qarşısı alındıqda, vaxtaşırı şüurlu təkrar təşkil olunduqda, eyni bilikdən müxtəlif şəraitdə istifadə edildikdə, biliyin həyat üçün əhəmiyyəti başa düşüldükdə şagirdlərin bilik və bacarıqlarının ömrü artır;
biliklərin möhkəmləndirilməsi təlimin təşkilindən, müxtəlif təlim növləri və metodlarından istifadədən, həmçinin öyrənməyə ayrılmış vaxtdan asılıdır;
təlim materialı maraqlı və cəlbedici olduqca, yaddasaxlamanın müddəti də çox olur.
Biliklərin möhkəmləndirilməsi
prinsipinin səmərəli tətbiqi üçün qaydalar
- düzgün qavranılmayan və ya şagirdin başa düşmədiyi materialın hafizədə möhkəmlənməsinə yol verməyin. Şagirdlər şüurlu mənimsənilmiş, yaxşı düşünülmüş bilikləri yadda saxlamalıdırlar;
- yadda saxlayın ki, öyrənilən materialın unudulması təlimdən sonra daha intensiv baş verir, buna görə də təkrarın vaxtı və sıxlığı unutmanın psixoloji qanunauyğunluqlarına uyğun olmalıdır;
- şagirdlərin qeyri-ixtiyari yadda saxlamasını intensivləşdirən zaman birbaşa tapşırıqlar və göstərişlər verməyin: şagirdləri maraqlandırın;
- şagirdlərdə, yeni materiala maraq və müsbət münasibət yaratmadan onu öyrətməyə başlamayın;
- tədris materialının öyrədilməsi ardıcıllığını gözləyin. Bir-biri ilə məntiqi cəhətdən bağlı olan biliklər qırıq-qırıq məlumatlara nisbətən möhkəm mənimsənilir;
- şagirdlərin hafizəsini inkişaf etdirin. Onları yaddasaxlamanı yüngülləşdirən müxtəlif priomlardan istifadə etməyə öyrədin;
- öyrənilən materialın təkrarını və möhkəmləndirilməsini elə təşkil edin ki, o, şagirdlərin təkcə hafizəsini yox, həm də təfəkkürünü və hisslərini fəallaşdırsın;
- bilikləri möhkəm mənimsətmək üçün emosional ifadə, əyani və texniki vasitələr, didaktik oyunlar və tədris diskusiyaları tətbiq edin;
- biliklərin möhkəmləndiriməsinin mühüm formalarından biri şagirdlərin onları müstəqil təkrar etməsidir. Şagirdlərə dərs buraxmağa, məşğələlərdən boyun qaçırmağa və boş qalmağa imkan verməyin. Bunlar müstəqil biliklərin, bacarıqların zəifləməsinə gətirib çıxaracaq.
(İ.P.Podlası)
Müvafiqlik prinsipi
Müvafiqlik prinsipi təlim prosesində şagirdin materialı dərk edə bilməsini, bilik, bacarıq və vərdişlərin öhdəsindən gələ bilməsini, uşağın inkişaf səviyyəsini nəzərə almağı tələb edir.
M üvafiqliyin sahələri
şagirdin yaş və inkişaf elmi-texniki tərəqqinin cəmiyyətin mədəni inkişaf xüsusiyyətləri səviyyəsi səviyyəsi və tələbləri
M üvafiqliyin didaktik qaydaları
m əlumdan-məchula asandan-çətinə
sadədən-mürəkkəbə ümumidən- xüsusiyə
Müvafiqlik prinsipinin həyata keçirilməsi üçün zəruri olan qaydalar:
- Y.A.Komenskinin aşağıdakı nəsihətini yaddan çıxarmayın: öyrənilməsi nəzərdə tutulan bütün nə varsa yaş mərhələlərinə müvafiq olaraq elə bölüşdürülməlidir ki, başa düşülən, hər yaş dövründə qavranıla bilən olsun;
- təlim zamanı şagirdlərin yaş xüsusiyyətlərini nəzərə alın, elə edin ki, təlimin məzmunu və yolları onların inkişafını bir qədər qabaqlasın;
- təlim zamanı şagirdlərin hazırlıq və inkişaf səviyyəsini nəzərə alın, öyrədən zaman onların imkanlarına istinad edin. Şagirdlərin həyat təcrübəsini, maraqlarını, inkişaf xüsusiyyətlərini öyrənin və nəzərə alın;
-tədris prosesini optimal sürətdə qurmaq lazımdır, amma güclü şagirdləri ləngitməyin, orta və zəif şagirdlərin fəaliyyətini inkişaf etdirin;
- yeni və mürəkkəb materialı öyrədən zaman “güclü” şagirdləri, həmin materialı möhkəmləndirən zaman isə “orta” və “zəif “şagirdləri işə cəlb edin;
- müvafiqlik heç də asan təlim etmək deyil və müəllimin funksiyası heç də müstəqil bilik əldə etmək, onu dərk etmək və mənimsəmək üçün şagirdlərin əməyini daim yüngülləşdirməkdən ibarət deyil: kömək etmək, istiqamətləndirmək, aydın olanın köməyi ilə aydın olmayanı açıb göstərmək, müstəqil təhlil üçün kiçik bir yol açmaq-bütün bunlar müvafiq təlimdə adi iş tərzidir. (İ.P.Podlası)
9. Fərdi yanaşma prinsipi
Bu prinsip təlim prosesində şagirdin fərdi-psixi xüsusiyyətlərini nəzərə almaqla onların ümumi inkişafına nail olmağı əsas götürür.
F ərdi yanaşmanın tətbiqi
şagirdin təlimə hazırlıq aparılacaq fərdi işin fərdi yanaşma səviyyəsinin öyrənilməsi məzmununun müəyyən yollarının müəyyən
edilməsi edilməsi
ş agirdin təlimə hazırlıq səviyyəsi
şagirdin ailəsi, ailədə ona yaradılmış şagirdin sağlamlığı;
ş ərait haqda məlumat;
idrakı maraq və qabiliyyətlərinin ümumi və əqli inkişaf;
səviyyəsi;
təlim məşğələlərinə münasibəti.
Fərdi yanaşma obyekti
təlimdə geridə qalan başqalarından daha irəli gedə “ləng” şagirdlər “sürətli” şagirdlər
T əlimdə geridəqalmanın səbəbləri
obyektiv (şagirddən asılı olmayan) subyektiv (şagirddən asılı olan)
təhsil şəraitinin aşağı təlim marağının olmaması;
səviyyəli olması; məsuliyyətsizlik;
uzun sürən xəstəlik; müstəqil işləmə bacarıq və
pedaqoji ustalığın vərdişlərinin olmaması.
aşağı səviyyəli olması.
9.Nəzəriyyənin praktika ilə əlaqələndirilməsi prinsipi
Nəzəriyyənin praktika ilə əlaqəsi prinsipinin əsasını klassik fəlsəfənin və müasir qnoseologiyanın mərkəzi müddəası təşkil edir. Bu müddəaya görə praktika həqiqətin meyarıdır.
Nəzəriyyənin praktika ilə əlaqəsi prinsipi bir çox fəlsəfi, pedaqoji və psixoloji müddəalara əsaslanır.Həmin müddəalar qanunauyğun olaraq bu prinsip üçün başlanğıc rolunu oynayır. Onlar aşağıdakılardır:
- təlimin effektliyi və keyfiyyəti praktika ilə yoxlanılır, təsdiq olunur və istiqamətləndirilir;
- praktika həqiqətin meyarıdır, idrak fəaliyyətinin mənbəyidir və təlimin nəticələrinin tətbiqi sahəlsidir;
- şəxsiyyətin formalaşdırılmasının səmərəliliyi onu əmək fəaliyyətinə cəlb etməkdən asılıdır və həmin fəaliyyətin məzmunu, növləri, formaları və istiqaməti ilə müəyyən olunur;
- şagirdlərin əmək və istehsal fəaliyyəti nə qədər dolğun olarsa (nəzəriyyənin praktika ilə əlaqəsi burada həyata keçirilir), onların hazırlığının keyfiyyəti də bir o qədər yüksək olar;
- şagirdlərin məhsuldar əməyi və peşəyönümü işi nə qədər yaxşı təşkil olunarsa, müasir istehsalat şəraitinə onların uyğunlaşması prosesi bir o qədər uğurla gedər.
Nəzəriyyənin praktika ilə əlaqəsi prinsipinin əməli olaraq həyata keçirilməsi bir sıra qaydalara yaradıcı riayət etməyə əsaslanır. Bu qaydalar ən yaxşı məktəb kollektivlərinin fəaliyyətinin nəzəri nəticələrini və təcrübəsini özündə birləşdirir:
- İctimai–tarixi praktika əsasında məktəbdə öyrənilən elmi biliklərin zəruriliyini sübut etmək lazımdır. Elə öyrətmək lazımdır ki, şagird təlimin onun üçün həyati zərurət olduğunu həm başa düşsün, həm də hiss etsin;
- öyrədərkən həyatdan biliklərə və ya biliklərdən həyata gedin: “bilik-həyat” bir-birilə bağlıdır, bir-biri üçün zəruridir;
- nəzəriyyə ilə praktikanın dialektik əlaqəsini müntəzəm olaraq dərindən və inandırıcı surətdə açıb göstərin. Elmin praktiki tələbatların təsiri altında inkişaf etdiyini sübut edin, konkret misallar gətirin, əmək şəraitini yüngülləşdirmək uğrunda insanların apardığı mübarizənin səhifələrini açın;
- şagirdləri öz fikirlərini yoxlamağa və tətbiq etməyə alışdırın. Ətraf aləmdən bilik mənbəyi kimi, biliklərin praktiki tətbiqi sahəsi kimi istifadə edin;
- hər bir dərsdə, hər bir məşğələdə şagirdlər öz işlərinin həyati əhəmiyyətini bilməlidirlər;
- məktəbin istehsalatla əlaqəsindən hər zaman istifadə edin. Çalışmaq lazımdır ki, məktəblilərin istehsalat admları ilə əlaqəsi işinə müsbət təsir etsin;
- şagirdlərdə əməyə, ümumtəsərrüfat mülkiyyətinə şüurlu və müsbət münasibət tərbiyə edin. Belə münasibətin şəxsi nümunəsini göstərin;
- şagirdlərin ictimai faydalı əməyini təşkil edən zaman onun müstəqil müşahidələr və düşüncələrlə müşayiət etmək lazımdır ki, o, şagirdlərdə suallar doğursun, daha çox bilmək, öyrənmək tələbatını stimuallaşdırsın;
- təlim və təhsil-tərbiyə prosesində əqli fəaliyyəti praktik fəaliyyətlə birləşdirmək lazımdır. Bu prosesdə biliklərin 80-85 faizi mənimsənilir. Şagirdlərin öz işlərini təkmilləşdirmək, yaxşılaşdırmaq, dəyişdirmək cəhdlərini rəğbətləndirin, həvəsləndirin.
VI MÖVZU
TƏHSİLİN MƏZMUNU
Plan
Təhsilin məzmunu haqda məlumat.
Tədris planı
Tədris proqramları.
Tədris ədəbiyyatı.
1. Təhsilin məzmunu haqda məlumat
Təhsil – bəşəriyyətin hazırlamış olduğu mədəni irsi cəmiyyət tərəfindən müəyyən edilmiş səviyyədə mənimsəmək və buna uyğun fərdi inkişafa malik olmaqdır.
Təhsil sistemi ölkə daxilində mövcud olan təlim-tərbiyə müəssisələrinin məcmuyuna deyilir.
Təhsilin məzmunu dedikdə - şagirdlərə öyrədiləcək bilik, bacarıq və vərdişlərin, təfəkkür və fəaliyyət üsullarının sistemi başa düşülür.
Məktəbdə nə öyrədilməlidir? sualına cavab tarix boyu pedaqoqlar arasında mübahisə doğuran problem olmuşdur. Xüsusilə də “ibtidai siniflərdə bəşəriyyətin hazırlamış olduğu bilik sərvətindən nələr seçilməlidir” məsələsi həmişə aktual olmuşdur. Çünki ibtidai təhsilin məzmunu şagirdlərin hərtərəfli inkişafının, onların təfəkkürü və idraki maraqlarının formalaşmasının, öz təhsillərini davam etdirməyə və gələcək əmək fəaliyyətinə hazırlığının əsasını təşkil edir.
Təhsilin məzmununun
f ormalaşma səbəbləri
- təhsil məqsədləri - sosial və elmi nailiyyətlər
- ictimai tələbatlar - şəxsi tələbatlar
- pedaqoji imkanlar
İctimai tələbatlar
təhsil – yeni demokratik dövlət yaradılmasının əsası olmalıdır;
mədəni və mənəvi inkişafı təmin etməlidir;
insan fəaliyyətinin bütün sahələrində baş verən əhəmiyyətli dəyişiklikləri əhatə etməlidir;
demokratik cəmiyyət və bazar münasibətlərinə hazırlıq formalaşdırmalıdır;
milli elmi-texniki səviyyənin dünya standartlarına uyğunluğunu təmin etməlidir.
İmkanlar – pedaqoji prosesin təchizi səviyyəsini, onun maddi-texniki və iqtisadi ehtiyatlarını nizamlayır. Yaş xüsusiyyətlərindən irəli gələn imkanlar da buraya daxildir.
Təhsilin məzmununun xarakteri
Maddi təhsil Formal təhsil
Maddi (ensklopedik) təhsil tərəfdarlarının fikrincə, məktəbin əsas vəzifəsi elmin müxtəlif sahələrinə dair mümkün olduqca daha geniş həcmdə biliklər verməkdir.
Formal (seçmə) təhsil tərəfdarlarına görə, əsas vəzifə şagirdlərin idraki maraq və qabiliyyətlərinin, onların diqqətinin, hafizəsinin, təfəkkürünün inkişaf etdirilməsidir.
Təhsilin məzmununu təşkil edən elementlər.
Bilik Bacarıq Vərdiş
Bilik
f əlsəfi mənada pedaqoji mənada
obyektiv reallığın öyrənilən fakt, təsəvvür,
insan şüurunda mülahizə və anlayışların
inikası şagirdlərin şüurunda inikası
gündəlik həyatda elmi (nəzəri)
qazanılan
öz müşahidə və mülahizələri məqsədyönlü özünütəhsil yolu ilə
əsasında ətrafla ünsiyyətdə və mütəşəkkil təlim prosesində
qazanılan bilik qazanılan bilik
Bacarıqlar – tətbiq olunan biliklərdir
B acarıqlar
əqli praktik
ümumi təlim bacarıqları - oyun bacarıqları
xüsusi (hesablama, nitq) - əmək bacarıqları
estetik bacarıqlar - idman bacarıqları
Ümumi bacarıqlar
öz təlim fəaliyyətini planlaşdırmaq;
dərslik və kitab üzərində iş
problemin əsas məsələsini seçib ayırmaq;
fakt və hadisəni təhlil etmək;
müqayisə etmək;
öyrənilmişləri yaddasaxlamaq;
özünənəzarət.
Vərdişlər
Bacarıqların dəfələrlə təkrarı nəticəsində avtomatlaşmış formasına vərdiş deyilir.
Vərdişlərin xarakterik əlaməti onların tez və dəqiq yerinə yetirlməsidir.
Elə bacarıqlar var ki, onları vərdişə çevirmək olmaz.
T əhsilin məzmununu əks etdirən sənədlər
Tədris planı Tədris proqramı Tədris ədəbiyyatı
2. Tədris planı
Tədris planı müəyyən tip məktəbdə öyrəniləcək fənlərin siyahısı, keçirilmə ardıcıllığı, hər fənnə veriləcək illik və həftəlik saatların miqdarını göstərən dövlət sənədidir. Tədris ilinin quruluşu, imtahanlar, təcrübələr də tədris planına əsasən müəyyən edilir.
Təhsilin demokratikləşməsinə uyğun olaraq ölkə üçün vahid olan baza tədris planına əsasən məktəbin tipinə, yaş xüsusiyyətlərinə, etnik xüsusiyyətlərə görə müxtəlif variantlı tədris planları tətbiq edilə bilər.
Tədris planının tərtibinə verilən tələblər.
Tədris planına daxil edilən fənnlər uşaqların müstəqil həyata hazırlanmasına, ümumi inkişafına xidmət etməlidir.
Tədris planına daxil olan fənlər təhsilin əsas məqsədlərinin həyata keçirilməsinə xidmət etməlidir.
Tədris planı tərtib edilərkən yaş xüsusiyyətləri nəzərə alınmalıdır.
Tədris planının tərtibində sistematiklik və ardıcıllıq gözlənilməlidir.
Tədris proqramı
Tədris proqramı hər fənn üzrə veriləcək bilik, bacarıq və vərdişlərin məzmununu, həcmini, ardıcıllığını müəyyən edən təhsil sənədidir.
T ədris proqramının quruluşu
izahat vərəqi; mövzulara ayrılan təxmini vaxt;
öyrəniləcək materialın mövzular fənlərarası əlaqəyə dair göstərişlər
üzrə məzmunu;
istifadə ediləcək İKT; məsləhət görülən ədəbiyyat siyahıs
Proqramın tərtibi
prinsipləri
Xətti Konsentrik
proqramın tərtibinin xətti prinsipinə görə tədris materialı ciddi sistemlə, məntiqi ardıcıllıqla zəncirvari düzülür və ardıcıl həyata keçirilir.
Proqramın tərtibinin konsentrik prinsipinə görə eyni adda olan tədris materialına sonrakı siniflərdə yenidən müraciət olunur və daha dərindən öyrədilir.
Tədris proqramının tərtibinə
verilən tələblər
tədris proqramı tədris planı əsasında tərtib olunmalıdır;
tədris proqramı müasir tələblər baxımından tərtib olunmalıdır;
tədris proqramı təlimin tərbiyəedici və inkişafetdirici funksiyalarını həyata keçirməyə kömək etməlidir;
proqramın tərtibində fəndaxili və fənlərarası əlaqələrin təmin olunması nəzərə alınmalıdır;
proqramın tərtibində nəzəriyyə ilə praktikanın əlaqəsi nəzərə alınmalıdır.
Tədris ədəbiyyatı
dərslik dərs vəsaiti məlumat kitabları əlavə oxu
Dərslik
Tədris proqramının bölmə və mövzularını aydın, dəqiq şərh edən yeniliklə tərbiyə müşayət olunan, şagirdləri düşünərək çalışmağa yönəldən, onları tərbiyə və inkişaf
etdirən kitaba dərslik deyilir.
D ərsliyin növləri
orjinal tərcümə
(ana dilində yazılır və regional,
etnik xüsusiyyətlər nəzərə alınır)
Dərsliyin funksiyaları
Motivləşdirici – şagirdlərdə fənnin öyrənilməsinə, təlimə müsbət maraqlar və həvəs formalaşdırılmasına səbəb olan stimullar yaradılması;
Məlumatverici – öyrəniləcək materiala dair biliklərin həcminin hər vasitə ilə genişləndirilməsi;
Nəzarət – təshihedici – təlim nəticələrinin yoxlanılması, həmçinin bacarıq və vərdişlər formalaşdırılmasını təmin edəcək müxtəlif çalışmaların mövcudluğu.
Dərsliyin tərtibinə verilən tələblər
1. Dərslik proqram əsasında yazılmalı və orada verilmiş nəzəri biliklər də elmin son
nailiyyətləri əks etdirilməlidir. Burada elmin aparıcı ideyaları (anlayış, qanun,teorem
Dostları ilə paylaş: |