Kurs iŞİ Meteoroloji xarakterli təhlükəli fövqaladə halların xarakteristikaları və nəticələrinin təhlili Respublikamızda və dünya üzrə plan



Yüklə 41,5 Kb.
səhifə1/2
tarix24.12.2023
ölçüsü41,5 Kb.
#193375
  1   2
6743 Met xar


KURS İŞİ
Meteoroloji xarakterli təhlükəli fövqaladə halların
xarakteristikaları və nəticələrinin təhlili
Respublikamızda və dünya üzrə
PLAN

  1. Meteoroloji xarakterli təbii hadisələr nədir?

  • Fırtına

  • Qasırğa

  • Tufan

  • Dolu

  1. Qasırğan, fırtına, burağan baş verdiyi zaman tədbirlər.

  2. Dünyada baş verən meteoroloji xarakterli təbii hadisələr haqqında

  • Küləklər Necə Yaranır?

  • Ümumi məlumat

  • Qasırğalar 2008-ci ildə

  • Bəşəriyyət tarixində - 10 ən böyük qasırğa



Meteoroloji xarakterli təbii hadisələr
Fırtına – Əsasən 9-11 bal arasında olub, böyük dalğaların əmələ gəlməsinə səbəb olur və güclü dağıdıcı gücə malikdir.
Qasırğa – Əsasən dolmuş buludlar arasında əmələ gəlir. Dairəvi şəkildə fırlanaraq Yer səthinə enir. Yer səthinə endiyi andan 30 m dərinliyində 40-60 km məsafəni qət edə bilir. Qasırğalar sulu və alovlu olurlar. Sürətləri 1200km/saat çata bilir. Qasırğaların dağıdıcı təsiri küləyin sürətilə, eləcə də tufan və leysan yağışları sayəsində törəyən yağışlarla müəyyən edilir. Küləyin sürəti 18 ballıq Bofort (Ser Frensis Bofort (1774-1857) – ingilis admiralı, hərbi hidroqraf, xəritəşünas) şkalası ilə ölçülür.
Tufan - Küləyin sürəti 0-dan səs sürətinə qədər ola bilir. 1946-cı ilə kimi 12 ballıq şkala ilə, 1946-cı ildən isə 18 ballıq şkala ilə ölçülür. Tufanlar əsasən atmosferdə baş verən silklon hadisələri nəticəsində yaranır. Bu zaman küləyin sürəti 26 – 31 m/san arasında olur. Atlantik okeanında tufanların sürəti hətta 241,5 m/san-yə çatır.
Dolu – Atmosfer yağıntılarnın bir növüdür. Bulud daxilində qar topalarının hərəkəti nəticəsində yaranır. Tərkibində buz kristalları ilə bərabər soyuq su damcıları olur və Buz qatı ilə örtülür. Ölçüsü 5-dən 55 mm-ə qədərdir (təbiətdə 13sm, 1kq çəkisində müşahidə olunub). Xalq təsərrüfatına ən böyük ziyan vuran təbii fəlakətdir. Dolular ən çox Gədəbəy, İsmayıllı və Şəki rayonlarında müşahidə olunur.
QASIRĞA – dağıdıcı gücə malik və uzun müddətli sürəti 32 m/s-dən çox olan küləkdir. Tropik en dairəsində yaranan, insan tələfatına və böyük dağıntılara səbəb olan, havanın aşağı təzyiqi və küləyin tufan sürəti ilə (32 m/s-dən çox) müşayiət olunan qasırğalar siklon adlandırılır. Tropik qasırğasının yerli adı isə-tayfundur.

FIRTINA – dənizdə güclü dalğa yaradan, quruda dağıntılara səbəb ola bilən sürəti 20 m/s-dən çox olan güclü küləkdir. 

BURAĞAN – havanın şaquli və ya maili ox ətrafında fırlanma hərəkətindən əmələ gələn, tufan buludunda yaranan və aşağıya doğru, çox vaxt yerin səthinə qədər qara buludlu diametri 1000 m-ə qədər olan, güclü dağıdıcı gücə malik, havanın sürəti 100 m/s-ə qədər olan, xortum formasında hərəkət edən atmosfer törəməsidir. Qısa müddətli olur və buludlar ilə birlikdə çəkilir.İnsanlar üçün belə təbiət hadisələri zamanı təhlükə çox vaxt yolların, körpülərin, tikililərin, hava elektrik və rabitə xətlərinin, yerüstü boru kəmərlərinin dağılması, eləcə də insanların böyük sürət ilə hərəkət edən dağıntı qalıqları və şüşə parçalarından zərər çəkməsi ilə nəticələnir. Bundan başqa binaların tam dağılması səbəbindən insanlar zədə ala və həlak ola bilərlər. Qar və toz fırtınası zamanı açıq sahələrdə, yollarda, yaşayış məntəqələrində qar yığını və toz topalarının (“qara fırtına”) yaranması, eləcə də suların çirklənməsi mümkündür.Qasırğa, fırtına və burağanların yaranmasının əsas səbəbi küləyin sürətinin artması və atmosfer təzyiqinin kəskin şəkildə aşağı düşməsi, leysan yağışları, güclü qar yağması və qrunt tozlarının əmələ gəlməsidir.Əgər siz qasırğa, fırtına və burağanların xarakterik olduğu ərazidə yaşayırsınızsa, aşağıdakıları özünüz üçün müəyyən edin:

  • adı çəkilən təbii fəlakət haqqında məlumat verən xəbərdar edici siqnalı;

  • insanları müdafiə etmək və tikililərin külək və su fırtınalarına qarşı möhkəmliliyini artırmaq qaydaları və vasitələrini;

  • qasırğa, qar və toz fırtınası, burağan zamanı insanların davranış qaydalarını;

  • qasırğa, fırtına, qar və toz burağanlarının nəticələrinin aradan qaldırılması, eləcə də zərərçəkənlərə, dağıntıların altında qalmış insanlara yardım göstərməyin qayda və vasitələri;

  • yaxınlıqda olan zirzəmilərdə, daha dözümlü və möhkəm tikililərdəki sığınacaq yerləri;

  • təxliyə zamanı təhlükəli ərazidən çıxmaq yolları və məskunlaşma rayonları;

  • məskunlaşdığınız ərazidəki müvafiq dövlət və fövqəladə hallarla məşğul olan orqanların ünvan və telefon nömrələri.

  • Fırtına xəbərdarlığı haqqında siqnal alan kimi:

  • damı, soba və hava dəyişdirici boruları möhkəmləndirin;

  • çardaqlardakı pəncərələri bərkidin (pəncərə qapağı, şit və faner ilə);

  • eyvanı və həyətin ərazisini yanğın təhlükəli əşyalardan təmizləyin;

  • təhlükəsiz rayona təxliyə halında 2-3 sutkalıq ərzaq və su ehtiyatı, eləcə də özü qidalanan enerji mənbələri (fənər, neft lampası, şam) hazırlayın;

  • yüngül tikililərdən daha möhkəm binalara və ya mülki müdafiənin tikililərinə keçin.

QASIRĞA, FIRTINA, BURAĞAN baş verdiyi zaman tədbirlər

Hər şeydən yaxşısı zirzəmidə gizlənməkdir. Əgər vaxt varsa qapını,ventilyasiyanı və pəncərəni bağlayın. İşıq, qaz yandırmaq məsləhət görülmür. Yanğın baş verə bilər.
Burulğandan yalnız avtomobilin köməyi ilə uzaqlaşmaq olar. Yadda saxlamaq lazımdır ki, burulğanin istiqamətini təyin etmək çətindir. Həm də avtomobil ildırım üçün yaxşı hədəfdir.
Yaxşı olar ki, yol kənarındakı arxlarda, xəndək və yarğanlarda daldalanasınız.
Qasırğa sizi binada yaxalayıbsa, evdəsinizsə, pəncərədən kənar durun və içəri tərəfdəki divarların yanında, koridorda, quraşdırılmış şkafların içində, vanna otaqlarında, tualetlərdə, anbarlarda təhlükəsiz yerdə yerləşin, elektrik, su, təbii qaz və ya tüpgaz təchizatlarını bağlayın, varsa sığınacağa getmək əgər yoxsa şüşələrdən və qapılardan uzaq dayanmaq, yerə yatmaq, uça biləcək cisimlərin çarpma təsirinə maneə törədə biləcək yastıq, yorğan kimi şeylərlə bədəni təhlükəsizliyini təmin edin. Çöldə və ya vasitə içindəsinizsə, ən yaxın sığınacağa və ya güclü görünən binaya sığınmaq, dənizdəsinizsə, xilasedici gödəkcə geymək, xilasedici halqaları hazır saxlamaq, sahilə çox yaxınlaşmamaq, gəminin xaricinə yaxın ən təhlükəsiz yerə sığınmaq, dənizə yaxın yerlərdə mümkün olan ən üst nöqtəyə getmək lazımdır.

Günün qaranlıq vaxtlarında fənərlərdən, lampalardan, şamlardan istifadə edin. Məlumat almaq üçün radioqəbuledicini qoşun, imkan olduqca dərinlikdə olan sığınacaqlara, zirzəmilərə və s. girin. Əgər qasırğa, tufan, yaxud burağan sizi küçədə yaxalayıbsa, yüngül tikililərdən, binalardan, körpülərdən, elektrik ötürücü xətlərdən, dirəklərdən, ağaclardan, çaylardan, göllərdən və sənaye müəssisələrindən mümkün qədər uzaq durun. Uçan əşyalardan, şüşə qırıntılarından qorunmaq üçün faner lövhələrdən, karton və plastmas yeşiklərdən, lövhələrdən və digər əlaltında olan vasitələrdən istifadə edin. Çalışın cəld ərazidə olan zirzəmilərə, radiasiya əleyhinə tikililərə sığınasınız. Zədələnmiş binalara daxil olmayın. Belə ki, yenidən qüvvətli külək olan zaman onlar dağıla bilər.

Qar fırtınası zamanı mənzilinizdən çıxmayın. Əgər hər hansı açıq bir yerdə, yaxud kəndə gedən yoldasınızsa, magistral yola çıxın. Burada gediş-gəliş intensivdir və sizə kömək edən tapılar.

Külək fırtınası zamanı üzünüzü tənzif sarğısı, dəsmal, parça qırığı ilə örtün, gözlərinizi isə eynəklə qoruyun. Fırtınanın gəldiyi haqqında məlumat siqnalı verilən kimi sığınacağa, zirzəmiyə düşün, yaxud da çarpayı və ya digər mebelin altında gizlənin. Burağan sizi açıq sahədə yaxalayıbsa, ətrafda olan xəndəkdə torpağa doğru əyilin və başınızı paltarınız, yaxud ağac budaqları ilə örtün. Avtomobildə qalmayın, ondan enib yuxarıda qeyd olunduğu kimi özünüzü qoruyun.
Küləklər Necə Yaranır?
Külək fərqli temperatur mərkəzləri arasında əmələ gələn hava axınıdır. Atmosferdəki fərqli temperaturlar fərqli hava təzyiqləri əmələ gətirdiyinə görə, hava davamlı olaraq yüksək təzyiqdən alçaq təzyiqə doğru yer dəyişir. Təzyiq mərkəzləri, yəni atmosferdəki temperaturlar arasındakı fərq əgər çox olarsa, hava axını, yəni külək güclü olur, bu da böyük dağıntılara səbəb olan qasırğaları əmələ gətirir.
Maraqlısı odur ki, aralarında çox böyük fərq olan ekvator və qütblər kimi fərqli temperatur və təzyiq qurşaqlarına baxmayaraq, bəzi maneə və "nizamlamalar" sayəsində Yer kürəsi çox güclü küləklərə məruz qalmır. Əgər qütblər və ekvator arasında əmələ gələn nəhəng hava axınları bir azdan sadalayacağımız səbəblərlə yumşaldılmasaydı, Yerin səthi davamlı surətdə güclü qasırğaların baş verdiyi ölü planetə çevrilərdi.Əvvəla, Yerdəki hündürlük fərqləri küləkləri zəiflədir. Böyük hündürlük fərqi olan yerlər isti və soyuq cəbhə sistemləri əmələ gətirir. Dağ ətəklərində rast gəlinən bu sistemlər yeni küləklər əmələ gətirir. Beləliklə, ekvator-qütb arasındakı iki mərkəzli sistem hündürlüklər sayəsində çox mərkəzli sistemə çevrilir və küləklər bölünərək zəifləyirlər. Yer qabığının üstündəki sıra dağlar isə nəhəng hava koridorları kimidir. Koridorlar sayəsində hava küləklərlə Yerə bərabər şəkildə yayılır.
Küləklərin zəiflədilməsində Yerin oxunun mailliyinin də böyük rolu var. Əgər Yer kosmosda dik olsaydı, bir başından o biri başına qədər güclü küləklə sovrulan planet olardı. Halbuki planetimizin ekvatoru məlum olduğu kimi hərəkət etmə bucağına görə 23°27´ maillidir. Beləliklə, iki qütb arasındakı bölgələrdə temperatur həmişə eyni olmur, mövsümlərə görə dəyişir. Bu, hava təzyiqinin tarazlanması və küləyin sürətinin də zəifləməsi deməkdir. Ekvatorla hər iki qütb arasındakı temperatur fərqi azaldıqca küləklər mülayim əsir. Temperatur fərqini tarazlamaq üçün planetin ətrafında iki qaz təbəqəsi vardır. Ozon və karbondioksid təbəqələri atmosferin temperaturunu tarazlayır. Ozon təbəqəsi "ehtiyacdan artıq olan" günəş şüalarını udur. Karbondioksid isə əksinə təsir göstərərək qazanılan temperaturu qoruyaraq soyumanın qarşısını alır.
Bütün bu məlumatlar bizə göstərir ki, həyatımız bir-birindən mürəkkəb alt-sistemlərdən ibarət böyük sistem sayəsində davam edir. Bütün yer üzü insanın həyatına imkan yaratmaq üçün yaradılmışdır.
Ümumi məlumat
Ümumilikdə qasırğaların diametri 50–800 km genişliyindədir. Qasırğalar daha çox okeanlar üzərində meydana gəlir. Dairəvi hava hərəkətləri halında olduqlarından adətən xortumlara səbəb olurlar. Ətraflarına böyük zərər verirlər. Qasırğalara Asiyanını cənub sahillərində və Avstraliyanın Sakit okean sahillərində Tayfun, Meksika Körfəzi sahillərində Hurrican, Afrikanın bəzi bölgələrində, Latın Amerika sahillərində isə Tornado adı verirlər. Dünyada böyük diametrli və şiddətli qasırğa Beufort sayılır.
Atlantik okeanını şimalında ümumiyyətlə qasırğalar iyun ayından oktyabra qədər baş verir. Bu müddət ərzində dəniz səthində isti və nəm əh çox halda olur. May və noyabr ayında az, digər aylarda isə seyrək meydana gəlir. Şimali Atlantik bölgəsində ildə meydana gələn tropik siklonun miqdarı 8-dir. Bunun 5-i qasırğa tipidir. Fırtınaların çoxu antisiklon bölgəsinin qərb ucundan qıvrılaraq Amerikanı hədəf alır.
Tropik bir siklonun qasırğa olaraq adlanırıla bilməsi üçün küləyin sürətinin heç olmasa 117 km/saat olması lazımdır. Ümumiyyətlə, qasırğalar saatda 240 km-dən sox surətə malikdirlər. Qasırğalar həm də böyük dəniz dalğalarına və dənizin qabarmasına da gətirib çıxarır. Qasırğalarla birlikdə yağış da gəlir. Tropik bir külək qurşağının orta yağış miqdarı 75–150 mm-dir. Belə yağışlar ciddi sellərin meydana gəlməsinə də səbəb olur.
Qasırğalar 2008-ci ildə
2008-ci ildə qasırğalar Fransa və İspaniyada öz gücünü göstərib. Bu günlərdə sürəti 48 metrə çatan külək nəticəsində 15 nəfər ölüb. Ölənlərin əksəriyyəti uşaqlardır. İspaniya və Fransada milyonlarla ev işıqsız qalıb. Hətta bir neçə aeroport bağlanmaq məcburiyyətində qalıb.
BMT-ninn fəlakətlərin təhlükəsini azaltma üzrə beynəlxalq strategiya çərçivəsində hazırladığı hesabata görə, 2008-ci ildə daha çox Myanmada baş verən "Nərgiz" qasırğası can alıb. Nə az, nə çox, 138 min nəfər həyatdan məhrum olub, yüz minlərlə insan evsiz-eşiksiz qalıb. "Nərgiz" Myanmaya 4 milyard dollar ziyan vurub. Təbii fəlakətlər daha çox Asiya ölkələrində baş verib. Çində belə fəlakətlərin sayı 26, Filippində 20, İndoneziyada 16, Hindistanda 10 olub. Ötən il leysan yağışları və qasırğalardan Mərkəzi və Şərqi Avropa ölkələri də ziyan çəkib. Dnestr və Prut kimi çaylarda suyun səviyyəsi kəskin artıb. Nəticədə Ukrayna, Moldova, Rumıniya, Slovakiya və Macarıstanda sel daşqınları nəticəsində 42 nəfər ölüb.

Yüklə 41,5 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin