Layihənin adı*
Yenilikçi gənclərin respublika Forumu
Layihənin qısa təsviri*
Azərbaycan əhalisinin tərkibinə görə gənclər ölkəsi hesab olunur. Ölkəmizdə gənclər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Gənclər siyasətinin qanunvericilik bazasının rəsmiləşdirilməsi, Dövlət Gəclər Proqramlarının qəbulu, Gənclər Fondunun yaradılması gələcək uğurlar üçün aparıcı qüvvə, stimul kimi dəyərləndirilməkdədir. Müasir gənclik bu qayğıya əməli cavab vermək üçün yaradıcı çözümə (innovasiya), proqressivliyə, ixtiralara, kəşflərə üstünlük verməli, texnoloji prosesslərin önündə getməklə yanaşı, dəyərlərimizi unutmamalı, gerçəkləşdirdikləri ideyalarda milli mədəniyyətimizi də əks etdirməlidirlər. Layihənin forum şəklində baş tutması üçün bir neçə kriteri qarşıya məqsəd kimi qoyulub. Əvvəla layihə demək olar ki, geniş coğrafi ərazini (Azərbaycanda) əhatə edəcək. Bundan başqa əldə olunacaq yenilikçi, novator işlərinin baxış sərgisinin təşkili və forum iştirakçılarının müzakirəsinə verilməsi mübadilə mühitinin yaradılmasına xidmət edəcək. Texnoloji kəşflərin, istehsalata birbaşa tətbiq edilə biləcək tapıntıların mütəxəssislər tərəfindən qiymətləndirilməsi Forumun sonraki toplantıları üçün diskussiya predmeti ola bilər. Tələbələrin, gənclərin istək və arzularının reallaşması, yenilikçi və səmərələşdirici təkliflərilərinin məişətdə, istehsalatda və həyatımızın digər sahələrində öz tədbiqini tapması yolunda forum çərçivəsində bütün təkliflər cəmləşdirilib, müzakirəyə çıxarılacaq. Forum gününə gədər işlək olan, səmərəli nümunələr baxış sərgisində nümayiş olunacaq. Bu ideyaların, kəşflərin, səmərələşdirici təkliflərin həyatda tətbiqinin mümkünlüyünü nəzərə alaraq, Forumun işinə qatılacaq dövlət və kommersiya qurumlarının, şirkət və iri istehsalat sahələrinin nümayəndələrinin təklif və tövsiyyələrini dinləmək məqsədi ilə gənc yenilikçilərlə onların debat formatında xüsusi panelinində təşkili nəzərdə tutulacaq. Yaradıcı gənclərin birgə zəhmətlərinin nümunələri də iş prinsipinin əsasını təşkil edə bilər. Kollektivçilik əzmi və həmçinin işdən həzz alınmasını nümayiş etdirən yenilikçi qruplar bu forumda bir komanda şəklində iştirak imkanı əldə edə biləcəklər.
Problemin qoyuluşu*
Qeyri-neft sektorunun inkişaf etdirilməsinə üstünlük verməklə, iqtisadi biliklərin mənimsənilməsinə yaradılmaqda olan münbit şərait Azərbaycanın inkişaf perspektivlərinin prioritetlərindəndir. Elmi-texniki tərəqqi, innovatik düşüncə tərzi, informasiya bolluğu, müasir dövrün inkişaf sürəti bu və buna bənzər proseslərə qoşulmaq ardıcıl, professional yanaşma tələb edir. Insan daima axtarışdadır. Gənclərimiz müxtəlif beynəlxalq olmpiyadalarda, yarışmalarda iştirak edir, uğurlu nəticələr qazanırlar. Onların ideyalarının reallaşması üçün geniş meydanlara ehtiyac duyulur. Bu layihə mövcüd problemin qismində olsa həllinə təkan verə bilər. Belə ki, yenilikçi gənclərimizi dinləmək, onların kəşf və ixtiralarına mütəxəssis rəyi vermək, sonralar bu ideyaların həyatda tətbiqini təşkil etmək forumun əsas prinsipidir. Gənc yaradıcıdırsa, o heç vaxt diqqətdən, qayğıdan kənarda qalmamalıdır. Ola bilsin ki, lap ucqar kənddə, bölgədə bir yaradıcı gəncimiz özünü reallaşdırmağın yolunu bilmir, bu işdə o maneələrlə rastlaşıb. Deməli problem var, onun həlli üçün yollar axtarmaq lazımdır. Mərkəz yarandığı gündən (1990-ci ildən), onun əməkdaşları müxtəlif layihələrin reallaşması üçün bölgələrə çıxır, gənclərin problemləri ilə yerindəcə tanış olur, gələcək işlərimizin konturlarını cızırlar. Rastlaşdığımız hadisələr, apardığımız müşahidələr və əldə etdiyimiz faktlar yeni layihələrin baza funksiyasını daşıyır. Əlbətdə bir təşkilatın bu problemlərin, təkliflərin həlli üçün potensiyalı kifayət edə bilməz. Odur ki, “yenilikçi” gənclərin respublika forumun keçirilməsi ideyası problemlərin ümumiləşdirilmiş bir yanaşma forması kimi aktuallığı, günün tələblərinə cavab verə biləcək müasir formatı ilə diqqəti cəlb edir. Hal-hazırda Azərbaycanın götürdüyü siyasi kursun şərtləri çərçivəsində insan kapitalının inkişafına xüsusi önəm verilir.
Cəmiyyətin modernləşməsi prosesində gənclərin innovasiya mühitində fəallığının səmərəli səviyyədə olmaması, ideyalarının real layihələrdə gerçəkləşməsində ehtiyyatdan irəli gəlir. Səbəblərdən biri də istedadlı gənclərin ərsəyə gəlməməsindən səmərəli, kütləvi işlək mexanizmin olmaması, innovasiya müəlliflərinin təkliflərinin son həddə kommersiya məhsullarına çevirə bilmək üçün vərdişlərin az olmasıdır. Səmərəli əlaqə mühitinin də bu işdə müstəsna əhəmiyyəti var. Forumun sosial mahiyyəti bu çərçivədə yuxarıda qeyd etdiyimiz mexanizmin yaradılmasında yenilikçi gənclərin təkliflərinin sərmayədarlar tərəfindən dəstəklənməsinə nail olmaqdır.
Layihənin məqsədi*
-
Özünü reallaşdırmağa cəhd edən gənclərin ünsiyyət meydanını yaratmaq.
-
Maraqlar çərçivəsində debatların təşkili.
-
Dövlət və ictimaiyyətin diqqətini gənclərin intellektual potensialının inkişafına cəlb etmək.
-
Axtarışların yolunu müəyyənləşdirmək, iqtisadiyyatımızın istiqamətlərini (informasiya texnologiyaları, biotexnologiya, robot texnikası, ekologiya və təbii sərvətlərindən rasional istifadə,) aramaq, perspektivli sahələrin müstəqil layihələrdə həllinə yardımçı olmaq.
Layihənin vəzifələri*
-
Gənclər siyasətinin uğurla həyata keçirilməsi üçün yaradılmış münbit hüquqi bazaya söykənərək hər fərdin yaradıcılıq potensialının inkişafı üçün tədbiqi sahələrini müəyyənləşdirərək, koordinsiya etmək.
-
Forumda yaxından iştirak edəcək qurumlarla ixtirası, kəşfi, səmərələşdirici təklifləri ilə fərqlənən gənclərin fəaliyyətini təmzimləyəcək müşahidə şurasının yaradımasına nail olmaq.
-
Nəzəri təklifləri nəşr etdirmək, bu ideyaların müzakirəsini də təşkil etmək.
-
Xalqımızın əvəzsiz milli dəyəri sayılan gənclərimizin intellektual potensialından maksimum istifadə yollarını müəyyən etmək.
-
Azərbaycanda yenilikçi gənclər hərəkatını inkişaf etdirmək;
-
Innovatik gəncləri, ekspertləri və potensial investorları bir məkanda cəmləşdirmək;
-
Gənclərlə dialoq aparmaq vərdişinin inkişafına, öz nöqteyi-nəzərəni əsaslandırmaq bacarığının formalaşmasına təsir göstərmək.
Layihədən faydalalanlar*
Layihənin hədəf qruplarına əsasən tələbə və gənclərin daxil olacağı nəzərdə tutulub. Bu qrup geniş sayda iştirakçıları əhatə edəcəyindən, onlar icra müddəti ərzində xüsusi qruplara ayıraraq, komplektləşdiriləcək. Xüsusi qrup olaraq (yuxarı sinif şagirdləri) məktəblilərin də diqqətdən kənarda qalmaması, onların da bu imkandan faydalanması üçün yerlərdə izahat işlərinin təşkilinə, layihənin icra müddətindən bu yaş kateqoriyasına daxil olan hər kəsin yaradıcı potensiyalının üzə çıxmasına xidmət edəcək görüşlərə də geniş yer veriləcək (müşahidə şurasının üzvləri nəzərdə tutulur). Layihəyə qatılmaq üçün mümkün olan imkanlardan biri də internet şəbəkəsindən istifadə yoludur. Layihənin xüsusi internet səhifələrinə daxil olmaqla (bu virtual ünvanda yerləşdirəcək izahlı elanların vasitəsilə iştirakçı qruplara çatdırılacaq) həm qeydiyyatdan keçmək mümkün olacaq, həm də ekspert qrupu ilə əlaqə saxlayaraq, digər müzakirələrdə iştirak edəcəklər. Layihəyə qatılacaq xüsusi qruplarla iş də nəzərdə tutulub. Bunlar layihənin işində kollektiv şəklidə iştirak etmək istəyənlərə aiddir. Güman ki, ayrı-ayrı bölgələrdən eyni mövzu, səmərələşdirici iş, ideya və təkliflərlə müraciətlər də ola bilər. Bu qrupların cəmləşdirilməsi, onların birgə fəaliyyətinin təşkili üçün müşahidə şurasının üzvlərinin iştirakı ilə bu qrupların əlaqəsinin effektliyini təmin edəcək müzakirə günlərinin təşkili icra planında öz əksini tapacaq. Ümumiyyətlə layihə çərçivəsində qrupların tərkibinə, onların formalaşmasına, layihədə aktiv iştiraklarına xüsusi diqqət yetiriləcək və nəticə olaraq hər bir yaradıcı gəncin özünü reallaşdırmaq üçün maksimum şərait yaradılacaq.
Layihənin həyata keçiriləcəyi coğrafi ərazi*
Layihə işləri mərkəzləşdirilmiş zonalar üzrə Azərbaycanı əhatə edəcək. QHT Gənclər Təşkilatlarının, könüllərin dəstəyinə arxalanaraq, iş qrafiki tətbiq ediləcək (6 zona). Bu qrafik icra planı (vaxt, məkan) bölməsində təfsilatı ilə şərh olunacaq.
Layihənin çərçivəsində görüləcək işlər*
Layihə Bakı şəhərində təşkil olunacaq (Bakı Biznes Mərkəzində) sərgi-forumla işini yekunlaşdıracaq. Zonalar üzrə müraciət edən iştirakçıların foruma qatılması üçün tələb olunan şərtlər yuxarıda adları çəkilən qurumlara yazılı surətdə ilk günlərdən bütün mümkün əlaqə formalarından istifadə edərək (yazılı, poçt, e-mail) çatdırılması nəzərdə tutulub. İnternet səhifəsində geniş məlumata, bu ərazilərdə layihənin loqosu həkk olunmuş cəlbedici afişaların, posterlərin asılmasına, televiziya və radioda (bura yerli teleradio kanalları daxildir) reklam və elanların yerləşdirilməsinə üstünlük veriləcək. Layihə çərçivəsində qoyulan məqsədə nail olmaq üçün iş planına və icra qrafikinə uyğun olaraq müşahidə şurasına daxil olunacaq ekspert qrupu üzvlərinin zonalara ezam olunması, izahat işlərinin aparılması missiyasını yerinə yetirmək, təklif və işlərlə yerindəcə tanış olmaq, foruma çıxarıla biləcək və sərgidə nmüayiş olunacaq nümunələrə baxış keçirmək imkanı əldə edəcəklər. Xüsusi qrup sərgidə nümayişə çıxarılacaq bəzi eksponatların həcmi və strukturunu nəzərə almaqla onların vaxtında və zərəsiz Bakı Biznes Mərkəzinə çatdırılmasını təmin edəcək. Çap işləri və reklam prosedurlarının vaxtında və məzmunlu icrası üçün dizayner və poliqrafiya sahəsində peşəkarların işə cəlb olunacağı labuddür. Dövlət qurumları ilə, biznes dairələrinin nümayəndələri ilə koordinasiya işləri kiçik heyətli işçi qrupuna tapşırılacaq. Rəsmi qonaqların dəvəti, sərginin təşkili, forumun reqlamentinin təsdiqi, panellərdə iştirak edəcək nümayəndə heyətlərini razılaşdırlması, ən yaxşı təklif və nümunələrin müsabiqə yolu ilə seçilib mükafatlandırılması və digər cari məsələlər forumun rəhbər orqanı olan təşkilat komitəsinin sədrinə həvalə ediləcək. KİV-lərlə və digər mətbuat orqanları ilə əməkdaşlıq AR Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun mətbuat xidmətlərinin dəstəyi ilə həyata keçiriləcək.
Bölgələrdə görülən işləri, foruma qədər həyata keçirilən tədbirləri, görüşləri, icra planına uyğun baş tutan müzakirələri əks etdirən video-çarxın açılış günü nümayişi də nəzərdə tutlub. Layihə öz müsbət təsdiqini taparsa, görüləcək işlərin keyfiyyələ, planlı şəkildə həyata keçirilməsinə kömək məqsədi ilə əsasnamənin hazırlanması, iştirakçı tərəflərə çatdırılması da planlaşdırılıb. Hazırlıq işlərinin gedişinə dair hesabat xarakterli mətbuat konfranslarının da vaxtaşırı keçirilməsi icra planına uyğun təşkil olunacaq. QHT gənclər təşkilatlarının, tələbə-gənclər cəmiyyətlərinin fəallarının layihədə aktiv iştirakına nail olmaq məqsədilə, onların təklif və rəylərinin yerində aşkar edib, forumun gündəliyində yer alması üçün müxtəlif təhsil ocaqlarında sərbəst, eksperimental dəyirmi masaların keçirilməsi iş planında oz əksini tapacaq.
Layihədən gözlənilən nəticələr və davamlılıq*
-
Ümidverici innovatik layihələrin inkişafının stimullaşdırılmasına nail olmaq.
-
Bu yenilikçi təkliflərin sərməyədarlar tərəfindən dəstəklənməsini koordinasiya etmək.
-
Elmi tədqiqatların, işlərin və səmərələşdirici təkliflərin tətbiqi sahəsi və effektliyi baxımdan əhəmiyyəti nəzərə alınmaqla, onların kommersiya nəticələrinin dayanıqlığına, cari səviyyəsi və inkişaf perspektivi baxımından dəstək vermək.
-
Innovasiyalı layihələrin monitorinqini keçirmək və məlumat bankının yaradılmasını təşkil etmək.
-
Yenilikçi gənclərin layihələrinin həyata keçirilməsi üçün əlaqədar təşkilatlarla iş birliynin təmin edilməsinə və onların təkliflərinin irəlləməsi ilə yanaşı tətbiqi proseslərində də iştirak etmək.
-
Intellektual əmlakın qorunmasına hüquqi məsləhətlərin verilməsində, səmərələşdirici təkliflərin, ixtiraların patentləşdirilməsində qanunvericilik bazasının tələblərinə uyğun olaraq müdafiəni təmin etmək.
-
Biznes və işgüzar dairə təmsilçilərinin bu prosesə qatılması nəticəsində inkişafa nail olmaqla, Forumun ənənəvi statusunu təmin etmək.
Risklər*
Maarifləndirici görüşlərin, təbliğat vasitələrinin kasadlığı layihənin risk amilini şərtləndirə bilər. Layihə geniş ərazini və qoyulmuş problemin həllində istəyi olan gənclərin maraq dünyasına yaxın olduğundan, əsaslı maneələrin və risk amillərin baş verə biləcəyi aşağı səviyyədə dəyərləndirilir. Layihə çərçivəsində maneələrin minimuma endirilməsi aparılacaq izahat işlərinin keyfiyyətindən, iştirakçı auditoriyanın rəğbətini qazanmaqdan keçir. Forumun iş prinsipinin dərk etdirilməsi, müsbət nəticələrə inamın yaradılması, risk faktoru ilə rəqabətdə əsas vasitə rolunu oynaya bilər. Odur ki, icra planında bu faktların azalmasına yardım edəcək vasitələrin çeşidinin artırılmasına, onların təsir qüvvəsini gücləndirən metodlara geniş yer ayrılacaq.
Ərizə verən təşkilatın fəaliyyət sahəsi və uyğun təcrübə*
“Kainat” Gənclik Mərkəzi 1990-ci ildən fəaliyyət göstərir. 1994-cu ilin iyul ayının 6-da AR Ədliyyə Nazirliyi tərəfindən təkrar qeydiyyata alınaraq, bu günə kimi gənclərin intellektual səviyyəsinin inkişafına xidmət edən layihələrin gerçəkləşməsi ilə məşğuldur. Bu illər ərzində mərkəz yerli və əcnəbi şirkətlərin yardımı ilə bir QHT olaraq Azərbaycan reallıqlarını əks etdirən layihələrin baş tutmasına nail olub. AR Gənclər və İdman Nazirliyinin yaradılması mərkəzin fəaliyyəti üçün geniş imkanlar açdı. “Azərbaycan gəncliyi siyasi və hüquqi islahatlar prosesində” olimpiadası, “Beynəlxalq Uşaq Muğam Festivalları”, “İslam Dünyası Gənclərinin klassik musiqi ifaçılarının Beynəlxalq müsabiqəsi” uğurlu layihələrimizdəndir. Müasir həyatla ayaqlaşan, günün tələblərinə cavab verən bu tədbirlərdə onlarla yeniyetmə və gənclər mükafatlara, qiymətli hədiyyələrə layiq görülmüşlər. Məktəblilərin Nazirliyin dəstəyi ilə “Mən kompüterdə işləməyi bacarıram” bilik yarışması, “BP” Azərbaycan Şirkətinin iştirakı ilə birgə işləmək qabiliyyətinə malik ixtiraçıların 2001-ci ilin ən böyük “Novatorluq” yarışı, ABƏŞ-in sponsorluğu ilə “Siz özünüzü yaxşı mexanik hesab edirsinizsə,”Sənqəçal-Lada” müsabiqəsinə qoşulun!” texniki-idman yarışının təşkilini göstərmək olar.
Təşkilat Komitəsi
(012) 4930381, 4980295
Email: kainatgm@mail.ru
www.kainat.az
Dostları ilə paylaş: |