Linqvokulturoloji kontekstdə konnotativ məna Açar sözlər



Yüklə 205,6 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix02.01.2022
ölçüsü205,6 Kb.
#40009
  1   2   3   4   5   6
Linqvokulturoloji kontekstdə konnotativ məna



 

Aytən Bəylərova 

AMEA Nəsimi adına Dilçilik İnstitutu, 

filologiya üzrə fəlsəfə doktoru, dosent 

ayten_beylerova@mail.ru  

 

Linqvokulturoloji kontekstdə konnotativ məna 

 

Açar sözlər: linqvokulturologiya, milli-mədəni konnotasiya, konnotativ, assosiasiya, intensiya 

Ключевые  слова:  лингвокультурология,  национально-культурная  коннотация, 

коннотативный, ассоциация, интенция  



Key words:  linguoculturology, national cultural  connotation,  connotative, association, 

intention 

 

Son zamanlar 



dilçilikdə linqvokulturologiya və koqnitiv dilçiliyə daha çox diqqət yetirilir. “Dil 

və mədəniyyət” probleminə bu və ya digər dərəcədə toxunan çoxlu sayda elmi yazılar dil hadisələrinin 

kumulyativ 

(dil  tərəfindən  qorunan  mənəvi  zənginlik  haqqında  məlumatın  əksi,  təsbit  olunması  və 

qorunması qabiliyyəti) [1, s.190], kulturoloji (mədəniyyətlə əlaqədar məlumatların əksi) funksiyaları 

ilə əlaqələndirilmiş şəkildə öyrənilməsinin aktuallığını göstərir. 

XXI  əsr  dilçiliyində  meydana  gəlmiş  yeni  dilçilik  istiqaməti  olan  linqvokulturologiyada  dil, 

sadəcə, kommunikasiya və dərketmə vasitəsi kimi deyil, millətin mədəniyyət kodu kimi də nəzərdən 

keçirilir.  Linqvokulturologiya  – 

dil  və  mədəniyyətin  qarşılıqlı  təsirini  öyrənən  elmdir,  dili 

mədəniyyətlə əlaqəli tədqiq edən humanitar fəndir. Bu elmin əsas vəzifəsi dil və mədəniyyətin, dil və 

etnosun, dil və xalq mentalitetinin qarşılıqlı əlaqəsinin öyrənilməsi və təsviridir. O, “dil, mədəniyyət, 

insan şəxsiyyəti” triadası [2] əsasında yaranmışdır. 

V.N.Teliya  linqvokulturologiyanı  etnolinqvistikanın  bir  hissəsi  kimi  nəzərdən  keçirir.  Onun 

fikrincə, linqvokulturologiya dil və mədəniyyətin sinxron qarşılıqlı əlaqəsini öyrənir və təsvir edir [3, 

s. 217-218]. 

Linqvokulturologiyanın  sinxron xarakterinin  belə  konkretləşdirilmiş  izahı  A.A.Potebnya, 

V.V.Vinoqradov, M.M.Pokrovski, D.S.Lixaçev, Y.M.Lotman kimi alimlərin konsepsiyaları ilə, onların 

dilin ifadə vasitələrinin etnomədəni xüsusiyyətlərinin üzə çıxarılmasına dair fikirləri ilə bağlıdır [4; 5; 

6; 7; 8].  

Fikrimizcə,  linqvokulturologiyada  dil  və  mədəniyyətin  yalnız  sinxron  deyil,  eyni  zamanda, 

diaxron qarşılıqlı əlaqəsi də öyrənilir. Belə ki, müasir dillərdə mədəniyyətin izləri dilin mədəniyyətlə 

tarixən yaranmış əlaqəsinin də nəticəsi, göstəricisidir. 

V.A.Maslova  linqvokulturologiyanın  obyekt-predmet  sahəsinə  daha  geniş  yanaşır,  onun  bir 

neçə istiqamətini göstərir: “1) linqvistik ölkəşünaslığın predmeti – ekvivalentsiz leksika və lakunalar, 

linqvistik  ölkəşünaslıq  linqvokulturologiyanın  tərkib  hissəsi  olduğu  üçün  bunlar  onun 

(linqvokulturologiyanın  –  A.B.) da predmeti olur; 2) mifolojiləşdirilmiş  dil  vahidləri:  dildə 

möhkəmlənmiş  arxetip  və  mifologemlər,  ayin  və  inanclar,  mərasim  və  adətlər; 3) dilin paremioloji 

fondu; 4) dilin frazeoloji fondu; 5) etalonlar, stereotiplər, simvollar; 6) dilin metafora və obrazları; 7) 

dillərin üslubi sistemi; 8) nitq davranışı; 9) nitq etiketi sahəsi” [9, s.28-29]. 

XX  əsrin  sonunda  V.A.Maslovanın  qeyd  etdiyi  istiqamətlərdə  çalışan  dörd  Rusiya 

linqvokulturoloji məktəbi yaranır. Hər bir istiqamətin xüsusiyyətlərini nəzərə alaraq, ümumiləşdirilmiş 

şəkildə linqvokulturologiyanın məqsəd və vəzifələri formalaşdırılır [9, s. 23-24]. 

L

inqvokulturologiyanın tədqiqat məqsəd və vəzifələri müxtəlif humanitar bilik sahələrində, o 



cümlədən dilçilikdə artıq mövcud olan elmi intensiyalarla bir çox cəhətdən əlaqəlidir. Bundan əlavə, 

ayrılıqda  götürülən  bu  məqsəd  və  vəzifələrin  sırf  linqvokulturologiyaya  aid  olduğunu  söyləmək 

mümkün deyil

, çünki bu elmi fənn kompleks səciyyəlidir, çoxkomponentli xarakterə malikdir. Onun 

həm  klassik,  həm  də  müasir  elmlərdən  götürülmüş  tərkib  hissələri,  komponentləri  yalnız  sistem 

daxilində  spesifikdir.  Tədqiqatçılar  qeyd  edirlər  ki,  “nəticədə,  dilçilik  elminin  problemlərinin 

fənlərarası sahədə birləşməsi ona gətirib çıxara bilər ki, linqvokulturologiya barədə yalnız birləşdirən 

elm kimi yox, həm də sistemləşdirən elm kimi danışmaq mümkün olar” [10, s.37]. 




Linqvokulturologiyanın  əsas  anlayışları  bunlardır:  mədəni  semalar,  mədəni  fon,  mədəni  kod, 

mədəni  konseptlər,  mədəni  konnotasiyalar.  Bu  anlayışlar  vasitəsilə  dil  vahidlərindəki  mədəni 

informasiya

, yəni mədəniyyətlə bağlı məlumat təqdim edilə bilər.  

Ümumiyyətlə,  dil  –  mürəkkəb  hadisədir.  “Dilin  mürəkkəb  mahiyyətini  əks  etdirmək  üçün 

Y.S.Stepanov 

onu bir neçə obrazda təqdim etmişdir, çünki bu obrazların heç biri dilin bütün tərəflərini 

tam əks etdirə bilmir: 1) dil fərdin dili kimi; 2) dil dillər ailəsinin üzvü kimi; 3) dil struktur kimi; 4) dil 

sistem kimi; 5) dil tip və xarakter kimi; 6) dil kompüter kimi; 7) dil düşüncə məkanı kimi və “ruhun 

evi”  (M.Haydeqqer) 

kimi,  yəni  dil  insanın  mürəkkəb  koqnitiv  fəaliyyətinin  nəticəsi  kimi.  Yeddinci 

obrazın  mövqelərinə  müvafiq  olaraq,  dil,  birincisi,  xalqın  fəaliyyətinin  nəticəsidir;  ikincisi,  yaradıcı 

şəxsiyyətin  və  dili  normallaşdıranların  (dövlətin,  norma  və  qaydaları  işləyib  hazırlayan  institutların) 

fəaliyyətinin nəticəsidir. 

XX əsrin sonlarında bu obrazlara daha biri əlavə olundu: dil mədəniyyətin məhsulu kimi, onun 

mühüm  tərkib  hissəsi  və  mövcudluğunun  şərti  kimi,  mədəniyyət  kodlarının  formalaşması  faktoru 

kimi” [Bax: 9, s.7]. 

Dilin milli m

ədəniyyətlə əlaqəsi çoxyönlüdür. Dil və  mədəniyyətin əlaqəsi hər bir dildə nitq 

t

əcrübələri ilə  standartlaşdırılan,  obrazlar  sistemi  olan,  etnomədəniyyət çərçivəsində  müəyyən bir 



r

əmzi  məna  daşıyan  mədəniyyət koduna malikdir. Mədəni  kodların  təsviri ilə  bağlı  olaraq, 

t

ədqiqatçılar  mənanın  [11],  əsas, baza rolunu oynayan məlumatların,  fon  biliklərinin milli-mədəni 



komponenti  anlayışlarına  müraciət edirlər  [12].  Bu anlayışlar  bilavasitə  “mədəni  fon”  anlayışının 

t

ərkib hissələridir. Mədəni fon ictimai həyat hadisələrini və  tarixi hadisələri ifadə  edən nominativ 



vahidl

ərin – söz və frazeoloji birləşmələrin xarakteristikasını verir. Mədəni fon, hər şeydən əvvəl, milli 

əlamətlər daşıyır. Mədəni fonla, mədəni mühitlə müəyyən edilən konnotasiyaların öyrənilməsi xüsusi 

maraq doğurur. 

M

ədəni konnotasiyanın mahiyyəti belə izah edə bilər: sözü müşayiət edən kulturoloji mənalar 



yalnız müəyyən bir dilə məxsusdur, buna görə də söz, tarixi-mədəni varlıq kimi, yalnız müəyyən bir 

milli m


ədəniyyət kontekstində tam şəkildə başa düşülə, məna isə anlaşıla bilər.   

H

ər bir dilin, hər bir mədəniyyətin özünün spesifik mənaları – konnotasiyaları meydana gəlir. 



Onların yaranma mexanizmi mənanın ayrı-ayrı aspektlərinin qüvvətləndirilməsi ilə bağlıdır. Bu zaman 

sözün  daxili  formasının  rəngarəngliyi həlledici  amil  kimi  çıxış  edir,  onun  əsasında  daha  sabit 

assosiasiyalar  yaranır.  Assosiasiyalar  konnotasiyaların  əsasını  təşkil  edir.  Adətən, konnotativ sözün 

daxili formasında denotatın ayrı-ayrı əlamətlərinin obrazı öz əksini tapır. 

M

ədəni  konnotasiya,  sanki,  yaddaşın,  tarixin  dildə  ifadəsidir, o, söz və  söz birləşmələrinin 



diskursun növü il

ə  əlaqədar  olaraq  tanınmasına  (indiki  ümumi  mədəniyyət kodunun) və  yada 

salınmasına (keçmişin ümumi mədəniyyət kodunun) səbəb olur, söz birləşmələrinin sabitliyini təmin 

edir. T


əsadüfi deyil ki, mədəni  konnotasiyaların  ifadə  edilməsində  frazeologizm və  metaforaların 

xüsusi rolunun olması qeyd edilir. Yalnız mədəni konnotasiya sayəsində etnosun təcrübə xəzinəsi olan 

poetik xalq diskursu il

ə  əlaqə  yaradılır.  Bu  əlaqə  bizə  frazeologizm və  paremiyalara  əsaslanaraq 

m

ədəni  dominantları  ayırmaq  imkanı  verir.  Ancaq  bir  çox  tədqiqatçılar  tərəfindən  [13, s.263-305] 



haqlı olaraq qeyd edildiyi kimi, elə mənalar vardır ki, dünyanın bütün dillərində universal şəkildə ifadə 

olunur, buna gör

ə də bütün frazeoloji və paremioloji vahidlər milli-mədəni konnotasiyaya malik olmur. 

əyyən mədəniyyətlərdə mədəni konnotasiyaların üst-üstə düşməsi xüsusi haldır, axı mədəniyyətlər 



müxt

əlif dərəcədə  uyğun  ola  bilər.  Yəni  eyni  əşyaları  ifadə  edən  leksika  ayrı-ayrı  xalqlarda eyni 

konotativ  semantikaya  malik  olur.  Bu  isə  müxtəlif  millətlərin  mədəniyyətlərarası  əlaqəsindən  xəbər 

verir. Məsələn, bir çox  dillərdə göyərçin sözü sülh və  ya sülhə  can atmanı bildirir. “Göyərçin şəkli 

quşların şəkilləri arasında denotativdirsə, ayrılıqda konfrans zalında divara vurulmuş şəkil kimi sülh, 

döyüşdə  ağ  bayraq  məğlubiyyət  mənasını  bildirməklə  konnotativ  işlənmişdir”.  [14, s.41]. Yaxud 

müxtəlif  dillərdə  göy  qurşağı  sevinc  və  ümidi  təmsil  edir,  sol,  sağ  sözləri  isə  öz  nominativ 

funksiy


alarından  başqa,  ümumi  ictimai  məna  da  kəsb  edərək  sol  və  sağ  siyasi  istiqamət,  axın  və 

meyillərin nümayəndələrini ifadə edir.  

Hər hansı dildə mədəni kodlar, bir qayda olaraq, metaforalar – məcazlar vasitəsilə ifadə olunur 

və  bunun  əsasında  mədəniyyətin  antropomorfik  (insan  formalı,  insanabənzər), artefakt  (rəmzi  məna 

daşıyan  hər  hansı  bir  süni  yaradılmış  obyekt,  insan  fəaliyyətinin,  insan  əməyinin  nəticəsi  olan 



məhsullar), zoomorf (insanların heyvanlara aid xüsusiyyətlərlə verilməsi), qastronomik (kulinariya ilə 

bağlı) və digər kodları ayrılır. 

1990-

cı  illərin  əvvəllərində  rus  dilçiliyində  meydana  çıxan  “mədəni  konsept”  termini  xalqın 



ruhunu, dil ilə bağlı təsəvvürlərin etnik xüsusiyyətlərini əks etdirməyə çalışır. Y.S.Stepanovun fikrinə 

görə, mədəni konsept həm mədəniyyətin insan şüurunda izləridir, həm də onun vasitəsilə insan  özü 

mədəniyyətə daxil olur, bəzi hallarda isə ona təsir də edir [15, s.40]. 

Linqvokulturoloji  təhlilin  əsas  vahidi  olan  linqvokulturema  bir  termin  kimi  dilçiliyə 

V.V.Vorobyov tərəfindən daxil edilmişdir [16]. Etnomədəni dəyərlərə malik sözlər, söz birləşmələri, 

mətnlər  bu  xüsusiyyətdə  çıxış  edə  bilər.  Lakin  müxtəlif  dil  səviyyələri  və  onlara  aid  vahidlər 

mədəniyyətlə bağlı xüsusiyyətlərə eyni dərəcədə malik deyil. Frazeoloji vahidlər bu planda daha çox 

linqvokulturoloji potensiala malikdir, çünki “

dildə  mədəni-milli etalonlarla,  stereotiplərlə, 

mifologemlərlə və s. ilə assosiasiya edilən və nitqdə istifadə edildikdə bu və ya digər linqvomədəni 

birlik üç

ün səciyyəvi mentaliteti canlandıran məhz həmin bədii ifadələr sabitləşir və frazeolojiləşir” [3, 

s.233]. 

Linqvokulturoloji  kontekstdə  konnotasiya  məsələsi  linqvokulturoloji kateqoriya olan dil 

işarəsinin daxili forma probleminin məntiqi davamıdır. Linqvokulturoloji kontekstdə konnotativ məna 

dedikdə dil vahidinin konnotativ semantikasındakı milli-mədəni xüsusiyyətlərin dil və mədəniyyətin 

əlaqəsi  kontekstində  öyrənilməsi  nəzərdə  tutulur.  V.A.Maslovanın  fikrincə,  mədəni  konnotasiya 

anlayışı linqvokulturologiyanın vəzifələri ilə əlaqədar olaraq, onun əsasını təşkil edir və dil işarəsində 

mədəniyyətin eksponenti (göstəricisi – A.B.) kimi müəyyən edilir [9, s.53]. 

Hazırda  konnotativ  məna  məsələsi  elmdə  ən  mübahisəli  məsələlərdən  biridir,  konnotasiya 

anl

ayışının  həcmi  isə  hələ  tam  olaraq  müəyyənləşdirilməmişdir.  “Konnotasiya”  anlayışı  o  qədər 



çoxşaxəlidir ki, tətbiq edildiyi sahədən asılı olaraq, ona müxtəlif izahlar, təriflər verilir. Üslubiyyatda 

“konno


tasiya”  emosional  qiymətləndirmə  ilə  bağlı  üslubi  çalar  [17],  tərcüməşünaslıqda  –  praqmatik 

məna [18], linqvistik ölkəşünaslıqda – milli çalara malik əlavə məlumat [11], psixologiyada semantik 

assosiasiyalar kimi [19]  

başa düşülür. 

Ümumiyy

ətlə, müasir dilçilikdə konnotasiya nəzəriyyəsi çox zəngindir və semantik, semiotik, 

üslubi, psixoloji, f

əlsəfi  və  məntiqi aspektlərdə  öyrənilir.  Ənənəvi nöqteyi-nəzərə  görə, konnotasiya 

m

ənanın  denotativ  aspektinə  əlavədir. Belə  ki,  emosionallıq,  ekspressivlik,  qiymətləndirmə  və 



funksional-üslubi komponentl

ər əsas – əşyəvi-məntiqi, denotativ mənaya əsaslanır, yəni konnotasiya 

denotasiyaya münasib

ətdə ikinci dərəcəlidir. 

Dilçilikdə  konnotasiya  anlayışı  altında  “dil  vahidinin  leksik  mənasının  bir  hissəsi  olan 

assosiativ  əlamətlər”  nəzərdə  tutulur.  Bundan  əlavə, qeyd olunur ki, konnotasiyalar 

“kommunikantların təcrübəsi ilə də, dil sistemi ilə də formalaşır...” [20, s.34-35].  

Konnotativ  mənalar  dünya  haqqında  məlumatlarla  emotiv  (hissi)  qavrayış  haqqında 

məlumatları, nitq subyektinin ifadə edilənə münasibətini birləşdirir, obyektiv və subyektiv semantikanı 

əlaqələndirir,  eyni  zamanda,  assosiativ-obrazlı  və  emosional-qiymətləndirici  məna  komponentlərinə 

malikdir. Sözlərin əlavə, konnotativ mənaları çox vaxt gizli olur, lakin dil daşıyıcısı tərəfindən başa 

düşülür. Bu mənalar linqvistik və ekstralinqvistik amillərin təsiri ilə qazanıla və zamanla dəyişilə bilər. 

Beləliklə, “konnotasiya” anlayışına geniş spektrli (üslubi, praqmatik, psixolinqvistik, linqvokoqnitiv, 

linqvokulturoloji) məlumat daxildir. 

“Konnotasiya”  anlayışı  həm  geniş,  həm də  dar mənada  şərh edilə  bilər.  Geniş  mənada  şərh 

etdikd


ə, dil vahidinin maddi-əşyəvi və ya denotativ, həmçinin qrammatik mənasını tamamlayan və bu 

zaman ekspressiv funksiya yerin

ə yetirən hər hansı bir komponent  nəzərdə tutulur. Dar mənada şərh 

etdikd


ə, konnotasiya dil vahidinin nitqdə istifadəsi zamanı onun obyektiv mənasına əlavə edilən, ifadə 

olunan reallıq haqqında  assosiativ-obrazlı təsəvvürləri   əks etdirən məna komponenti kimi nəzərdən 

keçirilir. 

Ümumiyy


ətlə, ənənəvi linqvistik kontekstdə konnotasiya aşağıdakı əlamətlərlə səciyyələnir: 

a) konnotasiya semantik m

ənadır; 

b) konnotasiya dil vahidl

ərinin semantikasına uzual və ya okkazional şəkildə daxil olur; 

c) konnotasiya nitq subyektinin gerç

əkliyə emosional-qiymətləndirici münasibətini  ifadə edir

ç) konnotasiya m

əcazlar şəklində üslubi forma qazanır; 



d) konnotasiya ekspressiv effekt yaradır [21, s.5]. 

Şübhəsiz ki, linqvistik kateqoriya kimi, xüsusən də  linqvokulturoloji tədqiqat çərçivəsində 

konnotasiyanın bu əlamətlərinin sayını artırmaq olar.  

Konnotasiyanın  linqvokulturoloji  əhəmiyyətindən  danışarkən  konnotasiyanın  əsasını  təşkil 

ed

ən əlamətlərə nəzər yetirmək lazımdır. Həmin  əlamətlər əsasında konnotasiyaya belə tərif verilir: 



Konnotasiya  dil  vahidinin  semantikasının  uzual  və  ya okkazional hissəsini təşkil  edən, mövcud 

anlayışın  ikinci  dərəcəli, lakin daimi əlamətləri  əsasında  yaranan, gerçəkliyin bir hissəsi  haqqında 

assosiativ-

obrazlı  təsəvvür  şəklində  təzahür edən, subyektin obyektə  emosional-qiymətləndirici 

münasib

ətini ifadə edən və milli-mədəni dil xüsusiyyətlərinə istinad edən semantik mənadır.  

Mədəni konnotasiya – mədəniyyət kateqoriyalarında mənanın denotativ və ya obrazlı şəkildə 

motivləşdirilmiş  aspektlərinin  izahıdır  [3,  s.214-215].  Bu  termin  dilçiliyə  1993-cü  ildə  V.N.Teliya 

tərəfindən  daxil  edilmişdir.  Milli-mədəni  konnotasiya  konsepsiyası  V.N.Teliyanın  frazeologizmlərin  

linqvokulturoloji t

əhlili ilə məşğul olan məktəbi tərəfindən intensiv şəkildə işlənir. V.N.Teliyaya görə, 

dil vahidl

ərinin milli-mədəni konnotasiyası onların mənasını etalonlarla, stereotiplərlə və digər mədəni 

əlamətlərlə obrazlı assosiasiyalar formasında uzual şəkildə müşayiət edir [22, s.312-313]. 

Ümumiyy

ətlə, hər hansı bir dil vahidinin milli-mədəni konnotasiyasının müəyyən edilməsində 

həmin vahidin aid olduğu ölkənin, xalqın, millətin mədəniyyəti ilə bağlı məlumat mühüm rol oynayır. 

Anlayışın əlamətləri əsasında yaradılan assosiativ obrazla mədəni əlamətlərin qarşılıqlı əlaqəsi milli-

m

ədəni  konnotasiyanın  məzmununu təşkil  edir.  Bu  qarşılıqlı  əlaqə  yalnız  interaktiv  rejimdə,  yəni 



m

ədəni və linqvistik bilik və təcrübənin olması ilə mövcud ola bilər. 

Sözlərin  mənasında  denotativ  və  konnotativ  aspektlər  özünü  göstərir.  Hər  hansı  bir  əşyanın 

müəyyən  dil  kollektivində  semantik  baxımdan  təsviri  həmin  əşyanın  hansı  sivilizasiya  çərçivəsində 

nəzərdən  keçirilməsindən  asılıdır.  Semantikaya,  o  cümlədən  də  konnotativ  mənaya  ekstralinqvistik 

amillərin böyük təsiri vardır. Dil vahidlərində özünü göstərən konnotativ semantika dil və cəmiyyət, 

dil və təfəkkür, dil və mədəniyyət məsələləri ilə də sıx bağlıdır. Belə ki, hər hansı sözün konnotasiyası 

həmin sözün istifadəçisi olan millətlərin təfəkküründən, mədəniyyətindən asılı olaraq müxtəlif şəkildə 

təzahür edə bilər. Məsələn, qurd – canavar sözünü götürək. Bu sözün konnotasiyaları müxtəlif dillərin 

daşıyıcıları  tərəfindən  fərqli  şəkildə  təzahür  edir.  Belə  ki,  insanın  heyvanla  müqayisəsi  universal 

xarakter daşıyır, çünki insan onu əhatə edən gerçəkliyi müşahidə edərkən, özü ilə heyvanlar aləminin 

digər nümayəndələri arasında oxşarlıq və fərqlər müəyyən edir. Amerika dilçisi M.Blek canavar adam 

ifadəsini şərh edərkən bu metaforanın əsasını təşkil edən assosiativ əlamətlərdən danışır və bu zaman 


Yüklə 205,6 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin