1
M Ü H A Z I R Ə 5
ELEKTROMAQNETİZMİN İNKİŞAFI
Elektrik və maqnit hadisələri haqqında məlumatlar insanlara çox qədim
zamanlardan məlum idi; ildırım, kəhrəbanın xassəsi
1
və s. qeyd etmək olar. Bundan başqa,
yüksək, hündür əşyaların iti uclarında bəzi hallarda müşahidə olunan işıqlanmalar
2
–
elektrik boşalması da onlarda bu hadisələrə böyük maraq oyatmışdı.
“Elelktriklənmə” termini, bildiyiniz kimi, kəhrəba sözünün yunanca tərcüməsindən
götürülüb. Uzun illər bu termin kiçik cisimləri özünə çəkmək qabiliyyətinə malik olan
cisimlərə şamil edilirdi.
Elektrik hadisələri ilə yanaşı maqnitlənmə xassələri də qədimdə insanlada çox
böyük marağa səbəb olmuşdu. Bu xassələrdən o dövrdə insanları aldatmaq məqsədi ilə
şamanlar, falçılar, ara həkimləri məharətlə istifadə edirdilər. Onlar “maqnitlənmiş suyun”
qeyri-adi gücə malik olmasını qeyd edir və onun bir çox xəstəliklərin müalicəsində,
“ruhların qovulmasında” gücünü xüsusi qeyd edirdilər. Maqnitlənmiş iynənin istiqaməti
göstərmək qabiliyyətinin də insanlara məlum olması haqqında mən sizə keçən mühazirədə
məlumat vermişdim.
Maqnetizmə aid ilk traktat 1269-cu ildə Piyer de Marikür (o çox səyahət etdiyi
üçün onu Pereqrin də adlandırırdılar) tərəfindən yazılmış “Maqnetizm haqqında
göndərişlər” əsəri olub. Lakin bu əsər yalnız 1558-ci ildə işıq üzü görüb. O, bu əsərində
göstərmişdir ki, bir-birinə yaxınlaşan maqnitlər ya bir-birini cəzb edir, ya da itələyir.
Pereqrin, həmçinin, öz traktatında onu da qeyd etmişdir ki, yarı bölünmüş maqnit 2
maqnitə çevrilir və ixtiyari dəmir parçası maqnitlə qarşılıqlı təsirdə olanda, o da maqnitə
çevrilə bilir (maqnit induksiya hadisəsi).
Elektrik və maqnit hadisələri haqqında təsəvvürlərin inkişafı
İngilis alimi Vilyam Gilbert “elektriklənmə elminin atası” hesab olunur. Onun
“Maqnit, maqnit əşyalar və böyük maqnit – Yer haqqında” traktatı 1600-cü ildə Londonda
çapdan çıxır. Həmin traktatda elektrik və maqnit hadisələrinə aid və yalnız onun özü
tərəfindən aparılmış 600-dən çox tcrübələr verilmişdir. Gilbert ilk elektrik cihazını –
elektroskopun prototivini (oxşarını) yaratmıdır; bu ucu mütəhərrik olan üç, və ya 4 düym
uzunluğunda ox idi. Bundan başqa o, fizikaya «elektrik» terminini gətirmişdir.
Elektrik maşınının yaradılması da bu hadisələrin öyrənilməsində böyük rol
oynamışdır. İlk belə maşın (hava nasosu – müasir vakuum nasosunun sələfi) 1660-cı ildə
alman fiziki və Maqdeburq burqomistr Otto fon Herike tərəfindən yaradılmışdır. Bu
nasos vasitəsilə Herike çoxlu təcrübələr aparmış, atmosfer təzyiqinin qüvvəsini ölçmüş və
1654-cü il may ayının 8-də Reyxstaq üzvləri qarşısında Maqdeburq yarımkürələri üzərində
1
kəhrəbanı yuna sürtdükdə o xırda əşyaları özünə cəlb edə bilir.
Əfsanələrə əsasən, qədim yunan
filosofu Fales, qızının kəhrəbadan olan yun əyirən oxu – cəhrəni çox çətinliklə yun qalıqlarından
təmizlədiyinin şahidi olmuş və ona
bu işdə kömək edərkən kəhrəbanın qeyd eydiyimiz xassəsini
kəşf etmişdir.
2
İnsanlar bu cü işıqlanmaları “İlahi Elmanın odu” adlandırırdılar, çünki bu hadisni onlar ilk dəfə
Elma kilsəsinin qülləsində müşahidə etmişdilər.
2
məşhur təcrübəsini həyata keçirmişdir.
Elektrik yüklərinin itələnməsini və elektrik
keçiriciliyini təcrübə ilə ilk müşahidə edən də Herike olmuşdur.
1735-ci
ildə Şarl Düfe (1698 – 1739) ilk dəfə olaraq ildırımın elektrik təbiəti
haqqında ideyasını irəli sürmüş və elektrik hadisələrinin nəzəriyyəsini vermişdir. Düfe bir
çox tədqiqatlar nəticəsində iki cür elektrik qarşılıqlı təsirinin – cazibənin və itələnmənin
mövcudluğunu belə izah etmişdir: «elektriklənmiş cismi elektriklənməmiş cismə
yaxınlaşdırdıqda, onlar əvvəlcə cəzb olunurlar, elektriklənməmiş cisim elektrikləndikdən
sonra elektriklənmiş cismə toxunduqda isə, onlar bir-birini itələyirlər».
XV
ΙΙΙ əsrdən başlayaraq yeni faktların meydana gəlməsi yeni terminlərin də
yaranmasına zərurət yaratdı. 1742-ci ildə ingilis fiziki Jan Dezgülye tərəfindən elmə
“keçirici” və “izolyator” terminləri gətirildi. Elektrik hadisələrinin sonrakı inkişafı 1745-ci
ildə holland fiziki, Leyden Universitetinin professoru Piter van Muşenbruk tərəfindən ilk
kondensatorun (sonra onu leyden bankası adlandırdılar) yaranması ilə bağlıdır. Bu dövrdə
leyden bankası ilə aparılan tədqiqat işlərinin, xüsusilə də kondensator boşalmasının, elm
xadimləri qarşısında göstərilməsi sensasiyaya səbəb olmuşdu.
Leyden
bankasının yaradılması cəmiyyət tərəfindən elektrik hadisələrinə olan
marağı artırmış, Franklin, Rixman, Lomonosov, Epinus kimi alimlərin bu sahədə
yetişməsinə təkan vermişdir.
İlk müstəvi kondensator 1746-1754-cü illərdə amerikanın dövlət və siyasi xadimi
olmuş (müasir dildə prezidenti olmuş) görkəmli fizik Benyamin Franklin (1706-1790)
tərəfindən yaradılmışdır. O, fizikaya “kondensator”, “batareya” kimi terminləri
gətirmişdir.
Təqribən elə həmin dövrdə italyan fiziki Covanni Bekkariya elmə “elektrik
müqaviməti” anlayışını gətirmiş və göstərmişdir ki, elektrik yükü keçiricilərin səthində
paylanır. 1778-ci ildə isə yenə italyan mənşəli Alesandro Volta (1745-1827) elmə
“elektrik tutumu” terminini gətirir.
Yeni terminlərlə yanaşı, elektrik və maqnit hadisələrini kəmiyyətcə
qiymətləndirmək üçün elektrik qurğularının yaradılması da vacib idi. Fransız fiziki Jan
Nol (1700-1770) 1747-ci ildə elektroskop yaradır və elektrik maşınını təkmilləşdirir. O,
hər kəsin gözü önündə elektriklə sərçəni öldürür.
1745-ci ildə Peterburq alimi Georq Rixman (1711-1753) ilk elektrik ölçü
qurğusunu – elektrik göstəricisini” yaradır. Bununla Rixman cisimlərin elektriklənməsi
hadisəsini, elektrik keçiriciliyini öyrənmiş və elektrostatik induksiya hadisəsini kəşf
etmişdir. 1752-53-cü illərdə o, “ildırım maşını” yaradır və atmosferdə elektrik hadisələrini
tədqiq edir. Lakin onun tədqiqatları ölümlə nəticələnir. Belə ki, Rixman ildırımdan
yaranan elektriklənməni dəqiq qiymətləndirmək üçün “göstəricinn” şkalasına başını
yaxınlaşdıran zaman, onu ildırım vurur və o, ölür. Bu hadisədən sonar kilsə tərəfindən bu
cür tədqiqatların aparılmasına qadağa qoyulur.
1745-ci ildən elektrik sahəsində təcrübələrinə başlayan Rixmanın elektrik
sahəsindəki ən böyük nailiyyəti ondan ibarətdir ki, o ilk dəfə olaraq «elektrik qüvvəsini
ölçmək» üçün müxtəlif tərəzilərdən istifadə etmişdir. Bundan başqa Rixman, elektrik
sahəsinin varlığını söyləmiş və bu sahənin təsirinin onunla mənbə arasındakı məsafədən
asılılığını göstərmişdir. Bu «naməlum» qanun Rixmandan 40 il sonra Kulon tərəfindən
kəşf olunmuşdur.
3
Əlbəttə ki, bütün alınan faktların nəzəri izahı olmalıdır. Elektrik hadisələrini izah
etməyə cəhd göstərən ilk fizik Franklin olmuşdur. O, elektrik hadisələrinin nəzəriyyəsini
(1749) verməklə yanaşı, ildırımın elektrik təbiətli olduğunu sübut etmişdir.
Franklinin elektrik nəzəriyyəsinin əsasını təşkil edən müddəalarından bir neçəsini
qeyd edək:
«1. Elektrik substansiyası çox kiçik hissəciklərdən ibarətdir: o heç bir maneəyə rast
gəlmədən çox asanlıqla, hətta sıxlığı böyük metallara da daxil olmaq qabiliyyətinə
malikdir.
3. Elektrik substansiyası adi materiyadan onunla fərqlənir ki, elektroneytral
materiyanın hissəcikləri qarşılıqlı cəzb olunurlar, elektrik substansiyasının hissəcikləri isə
bir-birini itələyirlər.
4. Elektrik substansiyasının hissəciklərinin qarşılıqlı itələnmələrinə baxmayaraq,
onlar digər materiya tərəfindən güclü cəzb olunurlar.
7. Adi materiyada onun tuta biləcəyi qədər elektrik substansiyası olur. Əgər
materiyaya əlavə substansiya daxil edilsə, bu əlavə substansiya materiyanın ətrafında
yığılaraq elektrik atmosferini yaradacaq; bu halda deyirlər ki, cisim elektriklənmişdir.
15. Elektrik atmosferi örtüldüyü cismin formasını alır….»
Elektrik və maqnit hadisələrinin ilk riyazi nəzəriyyəsi isə peterburq alimi Frank
Epinus (1724-1802) tərəfindən irəli sürülmüşdür. Onun 1759-cu ildə Peterburqda latın
dilində «Elektrik və maqnetizm nəzəriyyəsinin təcrübi əsasları» kitabı çapdan çıxmışdır.
Cisimlərin mümkün olan bütün qarşılıqlı təsirlərini tədqiq edən Epinus, elektrik, və ya
maqnit kütlələrinin itələnmə qüvvələrinin kütlələr arasındakı məsafənin artması ilə
azaldığı fikrini belə ifadə etmişdir: «…bu funksional asılılığın riyazi şəkli mənə məlum
olmadığına baxmayaraq, tam əminliklə söyləyə bilərəm ki, bu kəmiyyətlər, cazibə
qüvvəsinə uyğun olaraq, aralarındakı məsafənin kvadratı ilə tərs mütənasib olacaqlar».
Epinus təcrübi yolla elektrik induksiyasını naqillərdə və dielektriklərdə tədqiq etmiş, onun
dielektriklərdə nisbətən zəif olduğunu görmüşdür. Bununla da Epinus, dielektriklərdə
polyarlaşma hadisəsini kəşf edən ilk alim olmuşdur.
Elektrostatikanın ilk qanununun kəşfi
Yüklü cisimlər arasında mövcud olan qarşılıqlı təsiri ölçməyə cəhd edən ilk alim
alman fiziki Kransenşteyn olmuşdur. O, 1746-cı ildə elektrik maşınının şüşə şarı ilə polad
ipdən asılmış disk arasında mövcud olan təsir qüvvəsini ölçərkən böyük xətaya (245%) yol
verməsinə baxmayaraq, düzgün olaraq göstərmişdir ki, bu qüvvə disk ilə şarın arasındakı
məsafə ilə tərs mütənasibdir. Lakin o, bu hadisənin düzgün elmi şərhini verə bilməmişdir.
Bu problemin düzgün həlli Kulondan da əvvəl ingilis alimi C.Robayson tərəfindən
verilmişdir. Robayson qeyd edirdi ki, əgər yüklü hissəciklərin ölçüləri aralarındakı
məsafədən çox kiçikdirsə, onda qarşılıqlı təsirdə olan yüklü hissəcikləri nöqtəvi hesab
etmək olar. Aparılmış tədqiqatlar nəticəsində o bu qənaətə gəlir ki, “sferalar arasında
mövcud olan təsir onların mərkəzləri arasındakı məsafənin kvadratı ilə tərs mütənasibdir”.
Lakin Royaldsonun bu nəticələri Kulon qanununun kəşfindən sonra - 1801-ci ildə çap
olunur.
4
Eyni təcrübələri 1771-ci ildə ingilis alimi Henri Kavendiş də (1731-1810)
aparmışdı. O, təcrübi yolla göstərmişdir ki, elektrik yüklərinin qarşılıqlı təsir qüvvəsi
n
r
−
ilə mütənasibdir ( n=2
±1/50). Kavendiş tərəfindən kəşf edilən bu qanun çap edilmədiyi
üçün naməlum qalmış və yalnız 1874-cü ildə Kavendiş nəslinin vəsaiti hesabına
Kembricdə yaradılmış laboratoriyanın ilk professoru olmuş Maksvell tərəfindən 1879-cu
ildə üzə çıxaraq çap olunmuşdur.
1891-ci ildə elektrofizik Xevisayd yazırdı: «Kavendişin öz nəticələrini çap
etdirməməsi bağışlanılmaz «günahdır». Kavendişin bu «günahı» nəticəsində
elektrostatikanın əsas qanunu olan “elektrik qarşılıqlı təsir qanunu” elm tarixinə Kavendiş
qanunu kimi yox, məhz Kulon qanunu kimi yazılmış oldu. Fransız fiziki və hərbi
mühəndisi Şarl Kulon (1736-1806) 1777-ci ildə saçın, ipək və metal sapların fırlanmasını
tədqiq edərək, fırlanma bucağı
ϕ
-nin fırlanma qüvvəsi P-dən, sapın uzunluğu l-dən və
radiusu r-dən asılılığını aşağıdakı kimi riyazi şəkildə ifadə etmişdir:
2
r
Pl
c
=
ϕ
.
Kulon, 1784-cü ildə yaratdığı burulma tərəzi vasitəsilə elektrik və maqnit qarşılıqlı
təsir qanunlarını kəşf etmişdir.
Kulon tərəfindən alınan nəticələr elektrostatikanın riyazi nəzəriyyəsinin
yaranmasına təkan vemişdi.
Elektrostatikanın inkişafında Maykl Faradeyin (1701-1867) rolunu xüsusi qeyd
etmək lazımdır. O, çoxlu sayda fundamental qanunlar kəşf etmişdir ki, bunlardan biri də
elektrik yükünün saxlanılması qanunudur. Faradeyin elmi nailiyyətlərinin əksəriyyəti
elektromaqnetizmə aid olduğu üçün, onun kəşfləri haqqında daha ətraflı məlumat məhz
elektromaqnetizm bölməsində veriləcək.
İtalyan anatomu və fizioloqu Luidji Qalvaninin (1737 – 1798) də elektrostatikanın
inkişafında özünəməxsus rolu olmuş və o, elektrofiziologiyanın banisi kimi tarixə
düşmüşdü. 1786-cı ildə Qalvani qurbağalar üzərində tədqiqat aparan zaman onların
ayaqlarında qısamüddətli elektrik cərəyanı impulslarının olduğunu görmüş və öz
nəticələrini 1791-ci ildə yazdığı “əzələ hərəkəti zamanı elektrik qüvvələri haqqında
traktat” əsərində vermişdir. Burada o göstərmişdi ki, elektrik cərəyanı əmələ gələn zaman
qurbağanın ayağına metal məftil birləşdirdikdə, əzələdə yığılma baş verir. Əgər keçirici
element kimi 2 müxtəlif metaldan, məs., dəmir və gümüşdən istifadə edilərsə, əzələ daha
çox yığılmaya məruz qalacaq və bu yığılma uzunmüddətli olacaq. Qalvani bu növ cərəyanı
“heyvan elektriki” adlandırmışdı.
Həmin dövrdə elektrik hadisələrini öyrənən Volta 1792-ci ildə Qalvaninin
tədqiqatlarını təkrarlayaraq, 2 müxtəlif keçiricidən - metal və su məhlulundan istifadə
etmiş və bu cür qapalı dövrənin rolunu yüksək qiymətləndirmişdi. O, göstərmişdi ki,
cərəyanın axması üçün 3 keçiricinin – 2 metal, 1 məhlul, və ya 2 məhlul, 1 metalın olması
vacib şərtdir. Bu tədqiqatların nəticəsi olaraq o, 1799-cu ildə ilk dəfə sabit cərəyan
mənbəyini – volta batareyasını (ilk qalvanik elementi) yaratmış, elektrik kəmiyyəti, həcm
və gərginlik arasında əlaqə olduğunu göstərmiş, 1775-ci ildə elektrofor, 1777-ci ildə
qatran elektroforu, 1783-cü ildə saman vərəqli həssas elektroskop və s. cihazlar ixtira
etmişdi. Volta tərəfindən yeni cihazın – Volta dirəyinin kəşfi elektrik cərəyanının tədqiq
edilməsi üçün yeni imkanlar açmışdı.
5
Ele
və Kapl
doldurulm
hidrogen
olaraq qa
Sab
olur. Bir
nailiyyətl
1826-cı i
kəşf edir.
“gərginlik
Om
hissədəki
Bu
Sab
illərdə uc
dövrə üç
qanununu
186
effektin m
həmin kr
müşahidə
istifadə o
Da
qiymətlən
alman fiz
“mütləq v
vahidi ol
digər vah
Beynəlxa
Qə
asılı olm
Franklin
hadisələr
Sab
(1777-18
öz istiqam
yeni istiq
ektrostatik
leyl (176
muş boru
ayrılır, d
alvanik cər
bit cərəya
çox tədqiq
lərini xüs
ildə indi o
. 1827-ci
k düşğüsü
m qanunu
i gərginlik
urad
I — c
bit cərəya
cları qalva
çün 2 qay
u, 2-ci qay
63-cü ildə
mahiyyəti
ristalın uzu
ə edilir. B
olunur.
aha sonr
ndirilməsi
ziki və riya
vahidlər s
araq – 1 m
hidlər siste
alq Vahidl
ədim dövr
madan baş
görür ki,
i birbaşa o
bit cərəya
51) müəy
mətini dəy
qamət – ele
kanın inki
8 – 184
u ilə qapa
digərində
rəyanla su
an mənbə
qatçılar iç
susi qiym
onun adın
ildə o, qa
ü”, “keçiric
unu yadım
klə düz, mü
cərəyan şid
an qanunla
anik eleme
yda verir.
yda isə Om
ə amerika
ondan iba
unluğunda
Bu effektd
ra elekt
i üçün hər
aziyyatçıs
istemini”
mm, kütlə
emləri də
lər Sistemi
rlərdə belə
verir və
elektrik v
olaraq elek
an mənbəy
yən edir k
yişir. Dani
ektromaqn
şafı üçün
40)
tərəfin
ayaraq gö
isə turşul
uyun parça
yinin yara
çərisində a
mətləndirm
nı daşıyan
anunun nəz
cilər” kim
mıza sala
üqavimətlə
ddəti (А),
arının sonr
entlərdən v
1-ci qayd
m qanunu
alı fizik Q
arətdir ki,
an asılı ola
dən indi d
trik və
r hansı bir
sı Karl Qa
yaradır ki
ə vahidi o
yaranmağ
idir.
Elektr
ə hesab e
bu 2 ha
və maqnit
ktrik hadis
yi yaradıld
ki, məftild
imarka alim
netizm yar
digər add
ndən atılm
örmüşlər k
laşma baş
alanması h
adılması
adi məktəb
mək lazım
Om qanu
zəriyyəsin
mi terminlə
aq: Elekt
ə tərs müt
U — gərg
rakı inkişa
və digər cə
da xətti k
unun nəticə
Qan yeni
qallium a
araq, dövr
ə geniş şə
maqnit
r sistemin
auss (1777
i, bu sistem
laraq isə
ğa başlayı
omaqneti
dilirdi ki,
disə bir-b
hadisələr
sələrinin t
dıqdan son
ən axan el
mi Ersted
randı.
dım ingilis
mışdı. On
ki, suya
ş verir. Bu
hadisəsi m
elektrikin
b müəllim
dır. Om,
ununu – e
ni verir və
əri gətirir.
trik dövrə
tənasibdir.
ginlik (V),
afı Kirxov
ərəyan mə
keçiricilərd
əsini özün
effekt (Q
arsenid kr
rədə müəy
əkildə əks
hadisəl
n yaradılm
7-1855) tə
mdə zama
1mq götür
r. Bunlar
izmin yar
elektrik
biri ilə ba
ri arasında
təzahürüdü
nra isə 18
lektrik cər
tərəfindən
s alimləri N
nlar cərəy
batırılmış
ununla da
müşahidə o
sirlərinin
mi olan Sim
apardığı
elektrik dö
ə elmə “el
əsindəki
.
,
, R — müq
vun adı ilə
ənbəyində
də elektrik
ndə təzahü
Qan effekt
istalına bö
yyən tezliy
sər genera
lərinin
ması zərurə
ərəfindən q
an vahidi o
rülür. Onu
içərisində
radılması
və maqni
ağlı deyild
a müəyyən
ür.
820-ci ildə
rəyanının
n edilən b
Nikolson
yan keçə
ş elektrod
a, 1800-cü
olunur.
n açılması
mon Omu
tədqiqatl
övrəsinin
lektrik hər
cərəyan
qavimətdi
ə bağlıdır.
ən ibarət o
k yükünü
ür edir.
tini) müşa
öyük gərg
yə malik c
ator və gü
kəmiyyət
əti yarand
qoyuldu. O
olaraq 1 s
un bu add
ə ən çox i
it hadisələ
dir. Lakin
n bağlılıq
ə Xans X
təsiri altın
u kəşfdən
(1753 – 1
ən dövrən
dların biri
ü ildə ilk
ı yolunda
un (1787-1
lar nəticə
əsas qanu
rəkət qüvv
şiddəti h
ir (Om)a
O, 1845-
lan şaxələ
n saxlanıl
ahidə edir
ginlik verd
cərəyanın
ücləndirici
baxımı
dı. Bunun
O, 1832-c
aniyə, uzu
dımından s
şlədilən si
əri bir-biri
n 1749-cu
var və m
ristian Er
nda maqni
n sonra fizi
1815)
ni su
indən
dəfə
açar
1854)
sində
ununu
vəsi”,
həmin
-47-ci
ənmiş
lması
r. Bu
dikdə,
rəqsi
ilərdə
ından
əsası
ci ildə
unluq
sonra
istem
indən
u ildə
maqnit
rsted
it oxu
ikada
6
Erstedin Kopenhagen universitetində tələbələrə göstərdiyi təcrübə zamanı müşahidə
etdiyi bu hadisə, o dövrdə sensasiyaya səbəb oldu və elm adamlarını elektrik və maqnit
hadisələri arasında mövcud olan qarşılıqlı əlaqənı öyrənməyə sövq etdi.
Erstedin kəşfindən sonra 1820-ci ilin sentyabr ayında Araqo onun təcrübələrini
təkrar edərək göstərmişdir ki, cərəyanlı məftil dəmir hissəciklərini də özünə cəlb etmək
qabiliyyətinə malikdir. Elə həmin ilin oktyabr ayında fransız fizikləri Jan Batist Bio
(1774-
1862) və Feliks Savar (1791-1841)
tərəfindən elektrik cərəyanının yaratdığı maqnit
sahəsinin intensivliyinin qiyməti təyin edilmiş, Laplas tərəfindən isə bu qanunun riyazi
düsturu verilmişdir.
Bu işlərlə maraqlanan alimlərdən biri fransız fiziki Amper oldu. Amper öz elmi
fəaliyyətinə riyaziyyatçı kimi başlamasına başmayaraq, ona dünya şöhrəti qazandıran
fizika sahəsində yerinə yetirdiyi elmi işləri olmuşdur. Maqnit sahəsinin cərəyanlı naqilə
təsiri, və ya iki cərəyanlı naqilin qarşılıqlı təsir qanunu Amper tərəfindən kəşf olunmuşdur.
Amper belə hesab edirdi ki, Ersted kəşfinin məğzi birbaşa olaraq axan cərəyandan asılıdır.
Amper ilk dəfə olaraq öz təcrübələrini şərh edərkən “elektrik cərəyanı”, ”cərəyanın gücü”,
«elektrik dövrəsi» terminlərindən istifadə etmişdir.
Amper öz adını daşıyan Amper qanununu kəşf etmiş, elektrik cərəyanının istiqaməti
ilə onun yaratdığı maqnit sahəsinin istiqaməti arasındakı asılılığı tapmış, maddənin maqnit
xassələrini izah etmək üçün “böyük maqnitin külli miqdarda elementar maqnitlərdən təşkil
olunduğu və hər bir elmentar maqnitə daxilində qapalı elektrik cərəyanı axan molekul kimi
baxmaq” hipotezini irəli sürmüşdür. Beynəlxalq Vahidlər Sisteminin əsas vahidlərindən
biri olan cərəyan şiddəti vahidi amper onun adını daşıyır. Bütün bu nailiyyətlərinə görə
etiraf etmək olar ki, məhz Amper müasir elektrodinamikanın banisidir. Onun elmi
fəaliyyətnin nəticəsi olaraq Nyuton mexanikasına uyğun elektromaqnit nəzəriyyəsi
yarandı.
Onu da qeyd etmək lazımdır ki, hərfi tərcümədə “elektrodinamika” “elektrik
yüklərinin hərəkəti və qarşılıqlı təsiri haqqında elm” deməkdir. Lakin müasir anlamda
elektrodinamika (xüsusilə klassik elektrodinamika) elektromaqnit sahəsinin elektrik
yükləri və cərəyanlar ilə bağlılığına əsaslanan elm kimi qəbul olunur.
1826-cı ildə Amperin sırf təcrübəyə əsaslanan “Elektromaqnit hadisələrinin
nəzəriyyəsi” əsəri çapdan çıxır. Maksvel onun bu nəzəriyyəsinin Nyuton ruhunda
yazıldığını qeyd edərək, Amperi “elektrikdə Nyuton” adlandırir.
Amper qanununu analiz edən holland fiziki Lorens maqnit sahəsində hərəkət edən
yüklü zərrəciyə təsir edən qüvvə üçün (indi onu Lorensin şərəfinə “Lorens qüvvəsi”
adlandırırlar) tənlk yazır.
X
ΙX əsrdə fizikada “fiziki qüvvələrin ümumiliyi” ideyası hökm sürürdü. Bu
ideyanın əsas təşəbbüskarı isə Faradey olub. “Elektrik cərəyanı ilə maqnetizm arasında
hansı bağlılıq var? Onları bir-birinə çevirmək olarmı?” suallarını verən Faradey 1831-ci
ildə “Elektromaqnit induksiya qanununu” kəşf edir.
Fundamental
təcrübələr aparan Faradey ilk elektrogenerator – Faradey diyircəyini
yaradır. Onun apardığı elmi istiqamət elektrik, maqnit, maqnitooptika, elektrokimya
sahələrini əhatə edir ki, bunlar içərisində 1833-cü ildə kəşf edilmiş elektroliz qanunlarını,
1845-ci ildə - diamaqnetizmi və polyarlaşmış işıq müstəvisinin maqnit sahəsində
fırlanmasını (Faradey effektini), 1847-ci ildə paramaqnetizmi göstərmək olar.
7
Faradey fizikaya «qüvvə xətləri», katod, anod, ionlar, elektroliz, elektrolitlər, anion,
kation, elektrodlar, dielektrik nüfuzluğu, və s. anlayışları daxil etmiş və işığın
elektromaqnit təbiətli olması hipotezini irəli sürmüşdür. Məhz Faradeyin təcrübi
tədqiqatları Maksvel tərəfindən yaradılmış elektromaqnetizm nəzəriyyəsinin əsası oldu.
Eynşteynin fikrincə Faradey tərəfindən irəli sürülən sahə ideyası Nyutondan sonra edilən
ən orijinal kəşfdir.
Tarixi həqiqət üçün qeyd edək ki, amerikalı fizik Jozef Henri də Faradeylə eyni
ildə, yəni 1831-ci ildə elektromaqnit induksiyası hadisəsini müşahidə etmişdir. Lakin
Henri, Faradeydən fərqli olaraq, öz nəticələrini çox gec çap etdirdiyi üçün bu qanun da,
digər oxşar situasiyalı qanunlar kimi, tarixə Henrinin adı ilə deyil, Faradeyin adı ilə
düşmüşdü.
Jozef Henrinin elmi nailiyyəti bununla bitmir. O, ilk dəfə olaraq, 1828-ci ildə 1 ton
yükü qaldıra bilən güclü nalabənzər maqnit konstruksiya edir, 1831-ci ildə elektrik
mühərriki düzəldir, 1832-ci ildə öz-özünə induksiya və ekstra cərəyan hadisələrini kəşf
edir.
Elektromaqnetizm kəşf edildiyi il elektromaqnit teleqraf ideyası da irəli sürülmüşdü.
Bu ideyadan istifadə edən rus diplomatı P.L.Şillinq (1786 – 1837) 1829-cu ildə rus
hərflərini və rəqəmlərini ötürə bilən altı multiplikatordan ibarət teleqraf aparatı yaratmış
və onu Qış sarayında quraşdırmışdır. Bundan başqa, 1833-cü ildə Qaus və Veber teleqraf
xəttini qurmaqla, astronomiya və fizika laboratoriyaları arasında əlaqə yaratmışlar.
Amerika ixtiraçısı Samuil Morze (1791 – 1872) tərəfindən iki işarədən – xətt və nöqtədən
ibarət xüsusi əlifbaya malik göndərilmə və qəbul edilmə sxemi hazırlandıqdan sonra bu
elektromaqnit teleqraf apparatları çox sürtələ yayılmışdır.
Maksvel tənlikləri
Maksvel
tənlikləri əsas təcrübi nəticələri özündə əks etdirən fundamental tənliklər
hesab olunur. Maksvelə kimi Laplas, Peasson, Amper, Qaus, Veber, Neyman və digərləri
mexaniki təsəvvürlər əsasında elektromaqnit hadicələrinin nəzəriyyəsini yaratmışlar. Bu
nəzəriyyə (uzağa təsir nəzəriyyəsi) bir çox təcrübi faktları izah edə bilirdi. Lakin elə
faktlar var idi ki, bu nəzəriyyə çərçivəsinə sığmırdı. Yalnız Faradey, yüksək riyazi
qabiliyyətə malik olmadan belə, bu “gözəl” nəzəriyyəyə realist yanaşma ilə qarşı çıxa bildi
(deyilənlərə görə Faradey riyaziyyatı bilməsə də, riyazi simvolları həmişə məhəbbət dolu
baxışlarla seyr edib və riyaziyyatı bilənlərə hər vaxt qibtə ilə baxıb).
Maksvel, Faradeyin bütün hadisələri riyazi simvollardan istifadə etmədən
özünəməxsus şəkildə izah etməsini yüksək qiymətləndirirdi.
Maksel elektromaqnit sahəsini “fəzada mövcud olan hərəkət, və ya gərginlik” kimi
qəbul edirdi. O deyildi: “İxtiyari enerji, hansı formada təzahür etməsindən asılı olmayaraq,
elə mexaniki enerjidir... Elektromaqnit hadisələrindəki enerji də mexaniki enerjidir”. Bu
fikirlərini Maksvel enerjinin saxlanılması və çevrilməsi qanunlarına əsaslanaraq
söyləyirdi. (Bildiyimiz kimi, həmin qanunlara əsasən “ixtiyari enerji mexaniki enerjiyə
ekvivalentdir”).
1864-cü ildə Malsvel ilk dəfə öz nəticələrini London Kral Cəmiyyəti qarşısında
“Elektromaqnit sahəsinin dinamik nəzəriyyəsi” mövzusunda etdiyi dokladında verir. O,
burada işığın elektromaqnit təbiətli olması hipotezini də irəli sürür. Bu nəticəyə o, işıq
8
sürətinin və elektrodinamik sabitinin ölçülməsi üçün aparılan təcrübələrin analizi
nəticəsində gəlmişdi. Bu 2 göstəricinin bir-birinə belə yaxın qiymətə malik olması faktına
o zaman heç kim əhəmiyyət verməmişdi (yəni həm işıq sürəti üçün, həm də
elektrodinamik sabit üçün təcrübələr nətiəsində alınan qiymət eyni olub,
∼ 3⋅10
8
m
/san -ə
bərabər idi).
İlk dəfə Maksvel bu və digər faktları, Fizo və Fukonun işıq sürəti üçün alınmış
nəticələri təhlil edərək aşağıdakıları söyləmişdi: “Mənim fikrimcə, nəticələrin üst-üstə
düşməsi onu sübut edir ki, 1) işıq və maqnetizm eyni xassəli və eyni substansiyanın
nəticəsinin göstəricisidir; 2) işıq, elektromaqnit qanunları çərçivəsində sahə tərəfindən
ötürülən elektromaqnit həyəcanlanmasının təzahürüdür.
Maksvelin 1873-cü ildə yazılmış “Elektrik və maqnetizm haqqında traktat” əsəri,
onun uzun illər apardığı təcrübələrinin ən uğurlu göstəricisidir. “Elektromaqnit sahəsinin
əsas tənlikləri” adlanan bölmədə 12 tənlik verilmişdi ki, bu tənliklər indi də müasir
fizikanın fundamental tənlikləri hesab olunur.
Ι tənlik onu göstərir ki, elektrik sahəsi
zərrəciklər nəticəsində yaranır və bu sahənin qüvvə xətləri zərrəciklərdə başlayır və
zərrəciklərdə qurtarır.
ΙΙ tənlikdən aydın olur ki, maqnit zərrəcikləri elektrik zərrəcikləri
kimi sərbəst şəkildə mövcud olmur.
ΙΙΙ (vektorial) tənlik Faradeyin elektromaqnit
induksiya qanununu təzahür edir. Maqnit sahəsinin ixtiyari induksiya dəyişiklikləri
burulğanlı elektrik sahəsinin yaranmasına səbəb olur. Sonuncu vektorial tənlikdən aydın
olur ki, cərəyanın və elektrik sahəsinin zamana görə dəyişməsi maqnit sahəsinin
mənbəyidir.
Malsvel tərəfindən irəli sürülən bu nəzəriyyə, hətta onun ilk müdir işlədiyi Kavendiş
laboratoriyasının əməkdaşları tərəfindən də başa düşülməmişdi. Laplas və Amper ruhunda
təkmilləşən, formalaşan fransız fizikləri Maksvel nəzəriyyəsinin çətin və məhz onun
fantaziyasının nəticəsi olduğunu söyləyirdilər. Bu nəzəriyyənin qəbul olunmasında Henri
Hersin tədqiqatları mühüm rol oynadı. Belə ki, 1885-ci ildə Hers elektromaqnit dalğalarını
kəşf etməklə yanaşı, həmin dalğaların uzunluğunu və sürətini ölçmüşdür. O, göstərmişdi
ki, elektromaqnit dalğaları işığa analoji olaraq, həm əks olunurlar, həm də sınırlar.
Bununla da, Maksvelin “işığın elektromaqnit təbiətli” olması ideyası öz təsdiqini tapır.
Hers həm də onu göstərir ki, onun kəşf etdiyi elektromaqnit dalğaları Maksvel tənliklərinə
tabe olurlar.
Hersin kəşfindən sonra elektromaqnit dalğaları vasitəsilə naqilsiz rabitə yaradılması
ideyası yaranır ki, bu da sonda radionun kəşfi ilə nəticələndi (Popov, 1896).
Maksvel tərəfindən irəli sürülmüş işıq təzyiqi ideyasını lord Kelvin uzun müddət
qəbul etmirdi. Lakin rus fiziki Lebedevin təcrübələri onu bu fikirdən daşındırır. Öz
memuarında Kelvin buna belə şərh vermişdi: “Mən bütün ömrüm boyu Maksvelə
müqavimət göstərmişəm, onun nəzəriyyəsini, xüsusilə də, işıq təzyiqi ideyasını qəbul
etməmişəm...Lebedev isə məni onun təcrübələri qarşısında təslim olmağa vadar etdi”.
9
Mühazirə 5-ə aid imtahan sualları
1.
Elektromaqnetizmin inkişafı
2.
Elektrik və maqnit hadisələri haqqında təsəvvürlərin inkişafı
3.
Vilyam Gilbertin, Otto fon Herikenin, Şarl Düfenin elektrik və maqnit hadisələrinin
öyrənilməsində rolları
4.
Franklinin elektrik nəzəriyyəsinn müddəaları
5.
Elektrik və maqnit hadisələrinin riyazi nəzəriyyəsinin yaradıcısı Frank Epinusun
elmi nailiyyətləri
6.
Elektrostatikanın ilk qanununun – Kulon qanununun kəşfi
7.
Henri Kavendişin və C.Robaysonun elektrostatikanın inkişafında rolu
8.
Maykl Faradeyin, Luidji Qalvaninin, Voltanın və s. alimlərin elektrik və maqnit
hadisələrinin öyrənilməsi istiqamətində aldıqları fundamental nəticələr
9.
Sabit cərəyan qanunlarının inkişafında Simon Omun, Kirxovun, Qanın və Karl
Qaussun nailiyyətləri
10.
Elektromaqnetizmin yaradılması
11.
Faradeyin elektromaqnetizmin inkişafında rolu
12.
Elektromaqnit teleqraf ideyası
13.
Maksvel tənlikləri
14.
Maksvelin elektromanetizmin riyazi nəzəriyyəsinin yaradılmasında rolu
Dostları ilə paylaş: |