M Ü hazi r ə 5 elektromaqnetiZMİN İNKİŞafi



Yüklə 110,18 Kb.
Pdf görüntüsü
tarix07.03.2017
ölçüsü110,18 Kb.
#10554

 

M Ü H A Z I R Ə    5 



 

ELEKTROMAQNETİZMİN İNKİŞAFI 

Elektrik və maqnit hadisələri haqqında məlumatlar insanlara çox qədim 

zamanlardan məlum idi; ildırım, kəhrəbanın xassəsi

1

 və s. qeyd etmək olar. Bundan başqa, 



yüksək, hündür əşyaların iti uclarında bəzi hallarda müşahidə olunan işıqlanmalar

2

 – 



elektrik boşalması da onlarda bu hadisələrə böyük maraq oyatmışdı.   

 “Elelktriklənmə” termini, bildiyiniz kimi, kəhrəba sözünün yunanca tərcüməsindən 

götürülüb. Uzun illər bu termin kiçik cisimləri özünə  çəkmək qabiliyyətinə malik olan 

cisimlərə şamil edilirdi. 

Elektrik hadisələri ilə yanaşı maqnitlənmə xassələri də  qədimdə insanlada çox 

böyük marağa səbəb olmuşdu. Bu xassələrdən o dövrdə insanları aldatmaq məqsədi ilə 

şamanlar, falçılar, ara həkimləri məharətlə istifadə edirdilər. Onlar “maqnitlənmiş suyun” 

qeyri-adi gücə malik olmasını qeyd edir və onun bir çox xəstəliklərin müalicəsində, 

“ruhların qovulmasında” gücünü xüsusi qeyd edirdilər. Maqnitlənmiş iynənin istiqaməti 

göstərmək qabiliyyətinin də insanlara məlum olması haqqında mən sizə keçən mühazirədə 

məlumat vermişdim.  

Maqnetizmə aid ilk traktat 1269-cu ildə  Piyer de Marikür (o çox səyahət etdiyi 

üçün onu Pereqrin  də adlandırırdılar) tərəfindən yazılmış “Maqnetizm haqqında 

göndərişlər” əsəri olub. Lakin bu əsər yalnız 1558-ci ildə işıq üzü görüb. O, bu əsərində 

göstərmişdir ki, bir-birinə yaxınlaşan maqnitlər ya bir-birini cəzb edir, ya da itələyir. 

Pereqrin, həmçinin, öz traktatında onu da qeyd etmişdir ki, yarı bölünmüş maqnit 2 

maqnitə çevrilir və ixtiyari dəmir parçası maqnitlə qarşılıqlı təsirdə olanda, o da maqnitə 

çevrilə bilir (maqnit induksiya hadisəsi). 

 

Elektrik və maqnit hadisələri haqqında təsəvvürlərin inkişafı 

İngilis alimi Vilyam Gilbert “elektriklənmə elminin atası” hesab olunur. Onun 

“Maqnit, maqnit əşyalar və böyük maqnit – Yer haqqında” traktatı 1600-cü ildə Londonda 

çapdan çıxır. Həmin traktatda elektrik və maqnit hadisələrinə aid və yalnız onun özü 

tərəfindən aparılmış 600-dən çox tcrübələr verilmişdir. Gilbert ilk elektrik cihazını – 

elektroskopun prototivini (oxşarını) yaratmıdır; bu ucu mütəhərrik olan üç, və ya 4 düym 

uzunluğunda ox idi. Bundan başqa o, fizikaya «elektrik» terminini gətirmişdir. 

Elektrik maşınının yaradılması da bu hadisələrin öyrənilməsində böyük rol 

oynamışdır. İlk belə maşın (hava nasosu – müasir vakuum nasosunun sələfi) 1660-cı ildə 

alman fiziki və Maqdeburq burqomistr Otto fon Herike  tərəfindən yaradılmışdır. Bu 

nasos vasitəsilə Herike çoxlu təcrübələr aparmış, atmosfer təzyiqinin qüvvəsini ölçmüş və 

1654-cü il may ayının 8-də Reyxstaq üzvləri qarşısında Maqdeburq yarımkürələri üzərində 

                                                 

1

 



kəhrəbanı yuna sürtdükdə o xırda əşyaları özünə cəlb edə bilir.

 

Əfsanələrə əsasən, qədim yunan  



  filosofu Fales, qızının kəhrəbadan olan yun əyirən oxu – cəhrəni çox çətinliklə yun qalıqlarından  

  təmizlədiyinin şahidi olmuş və ona 

bu işdə kömək edərkən kəhrəbanın qeyd eydiyimiz xassəsini  

  kəşf etmişdir. 

2

 İnsanlar bu cü işıqlanmaları “İlahi Elmanın odu” adlandırırdılar, çünki bu hadisni onlar ilk dəfə  



  Elma kilsəsinin qülləsində müşahidə etmişdilər. 

 


 

məşhur təcrübəsini həyata keçirmişdir.



 

Elektrik yüklərinin itələnməsini və elektrik 

keçiriciliyini təcrübə ilə ilk müşahidə edən də Herike olmuşdur. 

 1735-ci 

ildə  Şarl Düfe (1698 – 1739) ilk dəfə olaraq ildırımın elektrik təbiəti 

haqqında ideyasını irəli sürmüş və elektrik hadisələrinin nəzəriyyəsini vermişdir. Düfe bir 

çox tədqiqatlar nəticəsində iki cür elektrik qarşılıqlı  təsirinin – cazibənin və itələnmənin 

mövcudluğunu belə izah etmişdir: «elektriklənmiş cismi elektriklənməmiş cismə 

yaxınlaşdırdıqda, onlar əvvəlcə  cəzb olunurlar, elektriklənməmiş cisim elektrikləndikdən 

sonra elektriklənmiş cismə toxunduqda isə, onlar bir-birini itələyirlər». 

 XV

ΙΙΙ  əsrdən başlayaraq yeni faktların meydana gəlməsi yeni terminlərin də 



yaranmasına zərurət yaratdı. 1742-ci ildə ingilis fiziki Jan Dezgülye  tərəfindən elmə 

“keçirici” və “izolyator” terminləri gətirildi. Elektrik hadisələrinin sonrakı inkişafı 1745-ci 

ildə holland fiziki, Leyden Universitetinin professoru Piter van Muşenbruk tərəfindən ilk 

kondensatorun (sonra onu leyden bankası adlandırdılar) yaranması ilə bağlıdır. Bu dövrdə 

leyden bankası ilə aparılan tədqiqat işlərinin, xüsusilə  də kondensator boşalmasının, elm 

xadimləri qarşısında göstərilməsi sensasiyaya səbəb olmuşdu. 

 Leyden 

bankasının yaradılması  cəmiyyət tərəfindən elektrik hadisələrinə olan 

marağı artırmış, Franklin, Rixman, Lomonosov, Epinus kimi alimlərin bu sahədə 

yetişməsinə təkan vermişdir. 

İlk müstəvi kondensator 1746-1754-cü illərdə amerikanın dövlət və siyasi xadimi 

olmuş (müasir dildə prezidenti olmuş) görkəmli fizik Benyamin Franklin (1706-1790)  

tərəfindən yaradılmışdır. O, fizikaya “kondensator”, “batareya” kimi terminləri 

gətirmişdir.  

Təqribən elə  həmin dövrdə italyan fiziki Covanni Bekkariya elmə “elektrik 

müqaviməti” anlayışını  gətirmiş  və göstərmişdir ki, elektrik yükü keçiricilərin səthində 

paylanır. 1778-ci ildə isə yenə italyan mənşəli  Alesandro Volta (1745-1827) elmə  

“elektrik tutumu” terminini  gətirir.  

Yeni terminlərlə yanaşı, elektrik və maqnit hadisələrini kəmiyyətcə 

qiymətləndirmək üçün elektrik qurğularının yaradılması da vacib idi. Fransız fiziki Jan 



Nol (1700-1770) 1747-ci ildə elektroskop yaradır və elektrik maşınını  təkmilləşdirir. O, 

hər kəsin gözü önündə elektriklə sərçəni öldürür.  

1745-ci ildə Peterburq alimi Georq Rixman (1711-1753) ilk elektrik ölçü 

qurğusunu – elektrik göstəricisini” yaradır.  Bununla Rixman cisimlərin elektriklənməsi 

hadisəsini, elektrik keçiriciliyini öyrənmiş  və elektrostatik induksiya hadisəsini kəşf 

etmişdir. 1752-53-cü illərdə o, “ildırım maşını” yaradır və atmosferdə elektrik hadisələrini 

tədqiq edir. Lakin onun tədqiqatları ölümlə  nəticələnir. Belə ki, Rixman ildırımdan 

yaranan elektriklənməni dəqiq qiymətləndirmək üçün “göstəricinn”  şkalasına başını 

yaxınlaşdıran zaman, onu ildırım vurur və o, ölür. Bu hadisədən sonar kilsə tərəfindən bu 

cür tədqiqatların aparılmasına qadağa qoyulur.  

1745-ci ildən elektrik sahəsində  təcrübələrinə başlayan Rixmanın elektrik 

sahəsindəki  ən böyük nailiyyəti ondan ibarətdir ki, o ilk dəfə olaraq «elektrik qüvvəsini 

ölçmək» üçün müxtəlif tərəzilərdən istifadə etmişdir. Bundan başqa Rixman, elektrik 

sahəsinin varlığını söyləmiş  və bu sahənin təsirinin onunla mənbə arasındakı  məsafədən 

asılılığını göstərmişdir. Bu «naməlum» qanun Rixmandan 40 il sonra Kulon tərəfindən 

kəşf olunmuşdur. 



 

Əlbəttə ki, bütün alınan faktların nəzəri izahı olmalıdır. Elektrik hadisələrini izah 



etməyə cəhd göstərən ilk fizik Franklin olmuşdur. O, elektrik hadisələrinin nəzəriyyəsini 

(1749) verməklə yanaşı, ildırımın elektrik təbiətli olduğunu sübut etmişdir. 

      

Franklinin elektrik nəzəriyyəsinin  əsasını  təşkil edən müddəalarından bir neçəsini 



qeyd edək: 

«1. Elektrik substansiyası çox kiçik hissəciklərdən ibarətdir: o heç bir maneəyə rast 

gəlmədən çox asanlıqla, hətta sıxlığı böyük metallara da daxil olmaq qabiliyyətinə 

malikdir. 

3. Elektrik substansiyası adi materiyadan onunla fərqlənir ki, elektroneytral 

materiyanın hissəcikləri qarşılıqlı cəzb olunurlar, elektrik substansiyasının hissəcikləri isə 

bir-birini itələyirlər. 

4. Elektrik substansiyasının hissəciklərinin qarşılıqlı itələnmələrinə baxmayaraq, 

onlar digər materiya tərəfindən güclü cəzb olunurlar. 

7. Adi materiyada onun tuta biləcəyi qədər elektrik substansiyası olur. Əgər 

materiyaya  əlavə substansiya daxil edilsə, bu əlavə substansiya materiyanın  ətrafında 

yığılaraq elektrik atmosferini yaradacaq; bu halda deyirlər ki, cisim elektriklənmişdir. 

15. Elektrik atmosferi örtüldüyü cismin formasını alır….»   

 

Elektrik və maqnit hadisələrinin ilk riyazi nəzəriyyəsi isə peterburq alimi Frank 



Epinus  (1724-1802) tərəfindən irəli sürülmüşdür. Onun 1759-cu ildə Peterburqda latın 

dilində «Elektrik və maqnetizm nəzəriyyəsinin təcrübi  əsasları» kitabı çapdan çıxmışdır.

 

Cisimlərin mümkün olan bütün qarşılıqlı  təsirlərini tədqiq edən Epinus, elektrik, və ya 



maqnit kütlələrinin itələnmə qüvvələrinin kütlələr arasındakı  məsafənin artması ilə 

azaldığı fikrini belə ifadə etmişdir: «…bu funksional asılılığın riyazi şəkli mənə  məlum 

olmadığına baxmayaraq, tam əminliklə söyləyə bilərəm ki, bu kəmiyyətlər, cazibə 

qüvvəsinə uyğun olaraq, aralarındakı  məsafənin kvadratı ilə  tərs mütənasib olacaqlar». 

Epinus təcrübi yolla elektrik induksiyasını naqillərdə və dielektriklərdə tədqiq etmiş, onun 

dielektriklərdə nisbətən zəif olduğunu görmüşdür. Bununla da Epinus, dielektriklərdə 

polyarlaşma hadisəsini kəşf edən ilk alim olmuşdur. 

 

Elektrostatikanın ilk qanununun kəşfi 

Yüklü cisimlər arasında mövcud olan qarşılıqlı  təsiri ölçməyə  cəhd edən ilk alim 

alman fiziki Kransenşteyn olmuşdur. O, 1746-cı ildə elektrik maşınının şüşə şarı ilə polad 

ipdən asılmış disk arasında mövcud olan təsir qüvvəsini ölçərkən böyük xətaya (245%) yol 

verməsinə baxmayaraq, düzgün olaraq göstərmişdir ki, bu qüvvə disk ilə şarın arasındakı 

məsafə ilə tərs mütənasibdir. Lakin o, bu hadisənin düzgün elmi şərhini verə bilməmişdir. 

Bu problemin düzgün həlli Kulondan da əvvəl ingilis alimi C.Robayson tərəfindən 

verilmişdir. Robayson qeyd edirdi ki, əgər yüklü hissəciklərin ölçüləri aralarındakı 

məsafədən çox kiçikdirsə, onda qarşılıqlı  təsirdə olan yüklü hissəcikləri nöqtəvi hesab 

etmək olar. Aparılmış  tədqiqatlar nəticəsində o bu qənaətə  gəlir ki, “sferalar arasında 

mövcud olan təsir onların mərkəzləri arasındakı məsafənin kvadratı ilə tərs mütənasibdir”. 

Lakin Royaldsonun bu nəticələri Kulon qanununun kəşfindən sonra - 1801-ci ildə çap 

olunur.  



 

Eyni təcrübələri 1771-ci ildə ingilis alimi Henri Kavendiş  də (1731-1810) 



aparmışdı. O, təcrübi yolla göstərmişdir ki, elektrik yüklərinin qarşılıqlı təsir qüvvəsi 

n

r

 



ilə mütənasibdir (n=2

±1/50). Kavendiş  tərəfindən kəşf edilən bu qanun çap edilmədiyi 

üçün naməlum qalmış  və yalnız 1874-cü ildə Kavendiş  nəslinin vəsaiti hesabına 

Kembricdə yaradılmış laboratoriyanın ilk professoru olmuş Maksvell tərəfindən 1879-cu 

ildə üzə çıxaraq çap olunmuşdur.  

     


 1891-ci  ildə elektrofizik Xevisayd yazırdı: «Kavendişin öz nəticələrini çap 

etdirməməsi bağışlanılmaz «günahdır». Kavendişin bu «günahı» nəticəsində 

elektrostatikanın əsas qanunu olan “elektrik qarşılıqlı təsir qanunu” elm tarixinə Kavendiş 

qanunu kimi yox, məhz Kulon qanunu kimi yazılmış oldu. Fransız fiziki və  hərbi 

mühəndisi Şarl Kulon (1736-1806) 1777-ci ildə saçın, ipək və metal sapların fırlanmasını 

tədqiq edərək, fırlanma bucağı 

ϕ

-nin fırlanma qüvvəsi  P-dən, sapın uzunluğu  l-dən və 



radiusu r-dən asılılığını aşağıdakı kimi riyazi şəkildə ifadə etmişdir:            

2

r



Pl

c

=

ϕ



       Kulon, 1784-cü ildə yaratdığı burulma tərəzi vasitəsilə elektrik və maqnit qarşılıqlı 

təsir qanunlarını kəşf etmişdir.  

Kulon tərəfindən alınan nəticələr elektrostatikanın riyazi nəzəriyyəsinin 

yaranmasına təkan vemişdi.  

Elektrostatikanın inkişafında  Maykl Faradeyin (1701-1867) rolunu xüsusi qeyd 

etmək lazımdır. O, çoxlu sayda fundamental qanunlar kəşf etmişdir ki, bunlardan biri də 

elektrik yükünün saxlanılması qanunudur. Faradeyin elmi nailiyyətlərinin  əksəriyyəti 

elektromaqnetizmə aid olduğu üçün, onun kəşfləri haqqında  daha  ətraflı  məlumat  məhz  

elektromaqnetizm  bölməsində  veriləcək.   

İtalyan anatomu və fizioloqu Luidji Qalvaninin (1737 – 1798) də elektrostatikanın 

inkişafında özünəməxsus rolu olmuş  və o, elektrofiziologiyanın banisi kimi tarixə 

düşmüşdü. 1786-cı ildə Qalvani qurbağalar üzərində  tədqiqat aparan zaman onların 

ayaqlarında qısamüddətli elektrik cərəyanı impulslarının olduğunu görmüş  və öz 

nəticələrini 1791-ci ildə yazdığı  “əzələ  hərəkəti zamanı elektrik qüvvələri haqqında 

traktat” əsərində vermişdir. Burada o göstərmişdi ki, elektrik cərəyanı əmələ gələn zaman 

qurbağanın ayağına metal məftil birləşdirdikdə,  əzələdə  yığılma baş verir. Əgər keçirici 

element kimi 2 müxtəlif metaldan, məs., dəmir və gümüşdən istifadə edilərsə, əzələ daha 

çox yığılmaya məruz qalacaq və bu yığılma uzunmüddətli olacaq. Qalvani bu növ cərəyanı 

“heyvan elektriki” adlandırmışdı. 

Həmin dövrdə elektrik hadisələrini öyrənən  Volta 1792-ci ildə Qalvaninin 

tədqiqatlarını  təkrarlayaraq, 2 müxtəlif keçiricidən - metal və su məhlulundan istifadə 

etmiş  və bu cür qapalı dövrənin rolunu yüksək qiymətləndirmişdi. O, göstərmişdi ki, 

cərəyanın axması üçün 3 keçiricinin – 2 metal, 1 məhlul, və ya 2 məhlul, 1 metalın olması 

vacib  şərtdir. Bu tədqiqatların nəticəsi olaraq o, 1799-cu ildə ilk dəfə sabit cərəyan 

mənbəyini – volta batareyasını (ilk qalvanik elementi) yaratmış, elektrik kəmiyyəti, həcm 

və  gərginlik arasında  əlaqə olduğunu göstərmiş, 1775-ci ildə elektrofor, 1777-ci ildə 

qatran elektroforu, 1783-cü ildə saman vərəqli həssas elektroskop və s. cihazlar ixtira 

etmişdi. Volta tərəfindən yeni cihazın – Volta dirəyinin kəşfi elektrik cərəyanının tədqiq 

edilməsi üçün yeni imkanlar açmışdı. 



 

Ele



və  Kapl

doldurulm

hidrogen 

olaraq qa

Sab

olur. Bir 



nailiyyətl

1826-cı  i

kəşf edir.

“gərginlik

Om

hissədəki

Bu

Sab



illərdə uc

dövrə  üç

qanununu

186


effektin m

həmin kr


müşahidə

istifadə o

Da

qiymətlən



alman fiz

“mütləq v

vahidi ol

digər vah

Beynəlxa

 



asılı olm

Franklin 

hadisələr

Sab


(1777-18

öz istiqam

yeni istiq

ektrostatik



leyl (176

muş boru


ayrılır,  d

alvanik cər

bit cərəya

çox tədqiq

lərini xüs

ildə indi o

. 1827-ci 

k düşğüsü

m qanunu

i gərginlik

urad


 

I — c


bit cərəya

cları qalva

çün 2 qay

u,  2-ci qay

63-cü ildə

mahiyyəti 

ristalın uzu

ə edilir. B

olunur.   

aha sonr


ndirilməsi

ziki və riya

vahidlər s

araq – 1 m

hidlər siste

alq Vahidl

ədim dövr

madan baş 

görür ki, 

i birbaşa o

bit cərəya

51) müəy


mətini dəy

qamət – ele

kanın inki

8 – 184


u ilə qapa

digərində 

rəyanla su

an mənbə


qatçılar iç

susi qiym

onun adın

ildə o, qa

ü”, “keçiric

unu yadım



klə düz, mü

cərəyan şid

an qanunla

anik eleme

yda verir. 

yda isə Om

ə amerika

ondan iba

unluğunda

Bu effektd

ra elekt

i üçün hər

aziyyatçıs

istemini” 

mm, kütlə

emləri də 

lər Sistemi

rlərdə belə

verir və 

elektrik v

olaraq elek

an mənbəy

yən edir k

yişir. Dani

ektromaqn

şafı üçün 

40)

 

tərəfin



ayaraq gö

isə turşul

uyun parça

yinin yara

çərisində a

mətləndirm

nı daşıyan 

anunun nəz

cilər” kim

mıza sala



üqavimətlə

ddəti (А), 

arının sonr

entlərdən v

1-ci qayd

m qanunu


alı fizik Q

arətdir ki,

an asılı ola

dən indi d

trik və 

r hansı bir

sı Karl Qa

yaradır ki

ə vahidi o

yaranmağ


idir.  

Elektr

ə hesab e

bu 2 ha

və maqnit 



ktrik hadis

yi yaradıld

ki, məftild

imarka alim

netizm yar

digər add

ndən atılm

örmüşlər  k

laşma baş

alanması h

adılması 

adi məktəb

mək lazım

Om qanu


zəriyyəsin

mi terminlə

aq:  Elekt

ə tərs müt

U — gərg


rakı inkişa

və digər cə

da xətti  k

unun nəticə



Qan yeni 

 qallium a

araq, dövr

ə geniş  şə

maqnit 

r sistemin



auss (1777

i, bu sistem

laraq isə 

ğa başlayı



omaqneti

dilirdi ki,

disə bir-b

hadisələr

sələrinin t

dıqdan son

ən axan el

mi Ersted 

randı. 

dım ingilis



mışdı. On

ki, suya 

ş verir. Bu

hadisəsi m

elektrikin 

b müəllim

dır. Om, 

ununu – e

ni verir və

əri gətirir.



trik dövrə

tənasibdir.

 

ginlik (V),



afı Kirxov

ərəyan mə

keçiricilərd

əsini özün

effekt (Q

arsenid kr

rədə müəy

əkildə  əks

hadisəl

n yaradılm



7-1855) tə

mdə zama


1mq götür

r. Bunlar 



izmin yar

 elektrik 

biri ilə  ba

ri arasında

təzahürüdü

nra isə 18

lektrik cər

tərəfindən

s alimləri N

nlar cərəy

batırılmış

ununla da

müşahidə o

sirlərinin

mi olan Sim

apardığı 

elektrik dö

ə elmə “el



əsindəki 

.

,

 



, R — müq

vun adı ilə

ənbəyində

də elektrik

ndə  təzahü

Qan effekt

istalına bö

yyən tezliy

sər genera

lərinin 

ması zərurə

ərəfindən q

an vahidi o

rülür. Onu

içərisində



radılması 

və maqni


ağlı deyild

a müəyyən

ür.  

820-ci ildə



rəyanının 

n edilən b



Nikolson 

yan keçə


ş elektrod

a, 1800-cü

olunur. 

n açılması



mon Omu

tədqiqatl

övrəsinin 

lektrik hər



cərəyan 

qavimətdi

ə bağlıdır.

ən ibarət o

k yükünü

ür edir.  

tini) müşa

öyük gərg

yə malik c

ator və  gü

kəmiyyət 

əti yarand

qoyuldu. O

olaraq 1 s

un bu add

ə ən çox i

it hadisələ

dir. Lakin

n bağlılıq 

ə Xans X

təsiri altın

u kəşfdən

(1753 – 1

ən dövrən

dların biri

ü ildə ilk 

ı yolunda 

un (1787-1

lar nəticə

əsas qanu

rəkət qüvv



şiddəti  h

ir (Om)a 

 O, 1845-

lan şaxələ

n saxlanıl

ahidə edir

ginlik verd

cərəyanın 

ücləndirici

baxımı


dı. Bunun 

O, 1832-c

aniyə, uzu

dımından s

şlədilən si

əri bir-biri

n 1749-cu

var və m


ristian Er

nda maqni

n sonra fizi

1815) 


ni su 

indən 


dəfə 

açar 


1854) 

sində 


ununu 

vəsi”, 


həmin 

-47-ci 


ənmiş 

lması 


r. Bu 

dikdə, 


rəqsi 

ilərdə 


ından 

əsası 


ci ildə 

unluq 


sonra 

istem 


indən 

u ildə 


maqnit 

rsted 

it oxu 


ikada 

 

Erstedin Kopenhagen universitetində tələbələrə göstərdiyi təcrübə zamanı müşahidə 



etdiyi bu hadisə, o dövrdə sensasiyaya səbəb oldu və elm adamlarını elektrik və maqnit 

hadisələri arasında mövcud olan qarşılıqlı əlaqənı öyrənməyə sövq etdi. 

Erstedin kəşfindən sonra 1820-ci ilin sentyabr ayında  Araqo onun təcrübələrini 

təkrar edərək göstərmişdir ki, cərəyanlı  məftil dəmir hissəciklərini də özünə  cəlb etmək 

qabiliyyətinə malikdir. Elə həmin ilin oktyabr ayında fransız fizikləri Jan Batist Bio

 

(1774-



1862) və Feliks Savar (1791-1841)

 

tərəfindən elektrik cərəyanının yaratdığı maqnit 



sahəsinin intensivliyinin qiyməti təyin edilmiş, Laplas tərəfindən isə bu qanunun riyazi 

düsturu verilmişdir.  

Bu işlərlə maraqlanan alimlərdən biri fransız fiziki Amper oldu. Amper öz elmi 

fəaliyyətinə riyaziyyatçı kimi başlamasına başmayaraq, ona dünya şöhrəti qazandıran 

fizika sahəsində yerinə yetirdiyi elmi işləri olmuşdur. Maqnit  sahəsinin cərəyanlı naqilə 

təsiri, və ya iki cərəyanlı naqilin qarşılıqlı təsir qanunu Amper tərəfindən kəşf olunmuşdur. 

Amper belə hesab edirdi ki, Ersted kəşfinin məğzi birbaşa olaraq axan cərəyandan asılıdır. 

Amper ilk dəfə olaraq öz təcrübələrini şərh edərkən “elektrik cərəyanı”, ”cərəyanın gücü”, 

«elektrik dövrəsi» terminlərindən istifadə etmişdir.  

       Amper öz adını daşıyan Amper qanununu kəşf etmiş, elektrik cərəyanının istiqaməti 

ilə onun yaratdığı maqnit sahəsinin istiqaməti arasındakı asılılığı tapmış, maddənin maqnit 

xassələrini izah etmək üçün “böyük maqnitin külli miqdarda elementar maqnitlərdən təşkil 

olunduğu və hər bir elmentar maqnitə daxilində qapalı elektrik cərəyanı axan molekul kimi 

baxmaq” hipotezini irəli sürmüşdür. Beynəlxalq Vahidlər Sisteminin əsas vahidlərindən 

biri olan cərəyan  şiddəti vahidi amper onun adını daşıyır. Bütün bu nailiyyətlərinə görə 

etiraf etmək olar ki, məhz Amper müasir elektrodinamikanın banisidir. Onun elmi 

fəaliyyətnin nəticəsi olaraq Nyuton mexanikasına uyğun elektromaqnit nəzəriyyəsi 

yarandı.  

 

Onu da qeyd etmək lazımdır ki, hərfi tərcümədə “elektrodinamika” “elektrik 



yüklərinin hərəkəti və qarşılıqlı  təsiri haqqında elm” deməkdir. Lakin müasir anlamda 

elektrodinamika (xüsusilə klassik elektrodinamika) elektromaqnit sahəsinin elektrik 

yükləri və cərəyanlar ilə bağlılığına əsaslanan elm kimi qəbul olunur. 

1826-cı ildə Amperin sırf təcrübəyə  əsaslanan “Elektromaqnit hadisələrinin 

nəzəriyyəsi”  əsəri çapdan çıxır.  Maksvel onun bu nəzəriyyəsinin Nyuton ruhunda 

yazıldığını qeyd edərək, Amperi “elektrikdə Nyuton” adlandırir. 

Amper qanununu analiz edən holland fiziki Lorens maqnit sahəsində hərəkət edən 

yüklü zərrəciyə  təsir edən qüvvə üçün (indi onu Lorensin şərəfinə “Lorens qüvvəsi” 

adlandırırlar) tənlk yazır.  

 

X



ΙX  əsrdə fizikada “fiziki qüvvələrin ümumiliyi” ideyası hökm sürürdü. Bu 

ideyanın əsas təşəbbüskarı isə Faradey olub. “Elektrik  cərəyanı ilə maqnetizm arasında 

hansı bağlılıq var? Onları bir-birinə çevirmək olarmı?” suallarını verən Faradey 1831-ci 

ildə “Elektromaqnit induksiya qanununu” kəşf edir.  

 Fundamental 

təcrübələr aparan Faradey ilk elektrogenerator – Faradey diyircəyini 

yaradır. Onun apardığı elmi istiqamət elektrik, maqnit, maqnitooptika, elektrokimya 

sahələrini əhatə edir ki, bunlar içərisində 1833-cü ildə kəşf edilmiş elektroliz qanunlarını, 

1845-ci ildə - diamaqnetizmi və polyarlaşmış  işıq müstəvisinin maqnit sahəsində 

fırlanmasını (Faradey effektini), 1847-ci ildə paramaqnetizmi göstərmək olar. 



 

Faradey fizikaya «qüvvə xətləri», katod, anod, ionlar, elektroliz, elektrolitlər, anion, 



kation, elektrodlar, dielektrik nüfuzluğu,  və s. anlayışları daxil etmiş  və  işığın 

elektromaqnit təbiətli olması hipotezini irəli sürmüşdür. Məhz Faradeyin təcrübi 

tədqiqatları Maksvel tərəfindən yaradılmış elektromaqnetizm nəzəriyyəsinin  əsası oldu. 

Eynşteynin fikrincə Faradey tərəfindən irəli sürülən sahə ideyası Nyutondan sonra edilən 

ən orijinal kəşfdir. 

Tarixi həqiqət üçün qeyd edək ki, amerikalı fizik Jozef  Henri  də Faradeylə eyni 

ildə, yəni 1831-ci ildə elektromaqnit induksiyası hadisəsini müşahidə etmişdir. Lakin 

Henri, Faradeydən fərqli olaraq, öz nəticələrini çox gec çap etdirdiyi üçün bu qanun da, 

digər oxşar situasiyalı qanunlar kimi, tarixə Henrinin adı ilə deyil, Faradeyin adı ilə 

düşmüşdü. 

Jozef Henrinin elmi nailiyyəti bununla bitmir. O, ilk dəfə olaraq, 1828-ci ildə 1 ton 

yükü qaldıra bilən güclü nalabənzər maqnit konstruksiya edir, 1831-ci ildə elektrik 

mühərriki düzəldir, 1832-ci ildə öz-özünə induksiya və ekstra cərəyan hadisələrini kəşf 

edir. 


Elektromaqnetizm kəşf edildiyi il elektromaqnit teleqraf ideyası da irəli sürülmüşdü. 

Bu ideyadan istifadə edən rus diplomatı  P.L.Şillinq (1786 – 1837) 1829-cu ildə rus 

hərflərini və  rəqəmlərini ötürə bilən altı multiplikatordan ibarət teleqraf aparatı yaratmış 

və onu Qış sarayında quraşdırmışdır. Bundan başqa, 1833-cü ildə Qaus və Veber teleqraf 

xəttini qurmaqla, astronomiya və fizika laboratoriyaları arasında  əlaqə yaratmışlar. 

Amerika ixtiraçısı Samuil Morze (1791 – 1872) tərəfindən iki işarədən – xətt və nöqtədən 

ibarət xüsusi əlifbaya malik göndərilmə  və  qəbul edilmə sxemi hazırlandıqdan sonra bu 

elektromaqnit teleqraf apparatları çox sürtələ yayılmışdır. 

 

Maksvel tənlikləri 

 Maksvel 

tənlikləri  əsas təcrübi nəticələri özündə  əks etdirən fundamental tənliklər 

hesab olunur. Maksvelə kimi Laplas, Peasson, Amper, Qaus, Veber, Neyman və digərləri 

mexaniki təsəvvürlər  əsasında elektromaqnit hadicələrinin nəzəriyyəsini yaratmışlar. Bu 

nəzəriyyə (uzağa təsir nəzəriyyəsi) bir çox təcrübi faktları izah edə bilirdi. Lakin elə 

faktlar var idi ki, bu nəzəriyyə  çərçivəsinə  sığmırdı. Yalnız Faradey, yüksək riyazi 

qabiliyyətə malik olmadan belə, bu “gözəl” nəzəriyyəyə realist yanaşma ilə qarşı çıxa bildi 

(deyilənlərə görə Faradey riyaziyyatı bilməsə də, riyazi simvolları həmişə məhəbbət dolu 

baxışlarla seyr edib və riyaziyyatı bilənlərə hər vaxt qibtə ilə baxıb).  

Maksvel, Faradeyin bütün hadisələri riyazi simvollardan istifadə etmədən 

özünəməxsus şəkildə izah etməsini yüksək qiymətləndirirdi. 

Maksel elektromaqnit sahəsini “fəzada mövcud olan hərəkət, və ya gərginlik” kimi 

qəbul edirdi. O deyildi: “İxtiyari enerji, hansı formada təzahür etməsindən asılı olmayaraq, 

elə mexaniki enerjidir... Elektromaqnit hadisələrindəki enerji də mexaniki enerjidir”. Bu 

fikirlərini Maksvel enerjinin saxlanılması  və çevrilməsi qanunlarına  əsaslanaraq 

söyləyirdi. (Bildiyimiz kimi, həmin qanunlara əsasən “ixtiyari enerji mexaniki enerjiyə 

ekvivalentdir”). 

1864-cü ildə Malsvel ilk dəfə öz nəticələrini London Kral Cəmiyyəti qarşısında 

“Elektromaqnit sahəsinin dinamik nəzəriyyəsi” mövzusunda etdiyi dokladında verir. O, 

burada işığın elektromaqnit təbiətli olması hipotezini də irəli sürür. Bu nəticəyə o, işıq 


 

sürətinin və elektrodinamik sabitinin ölçülməsi üçün aparılan təcrübələrin analizi 



nəticəsində gəlmişdi. Bu 2 göstəricinin bir-birinə belə yaxın qiymətə malik olması faktına 

o zaman heç kim əhəmiyyət verməmişdi (yəni həm işıq sürəti üçün, həm də 

elektrodinamik sabit üçün təcrübələr nətiəsində alınan qiymət eyni olub, 

∼ 3⋅10


8

 m

/san -ə 



bərabər idi). 

İlk dəfə Maksvel bu və digər faktları, Fizo və Fukonun işıq sürəti üçün alınmış 

nəticələri təhlil edərək aşağıdakıları söyləmişdi: “Mənim fikrimcə, nəticələrin üst-üstə 

düşməsi onu sübut edir ki, 1) işıq və maqnetizm eyni xassəli və eyni substansiyanın 

nəticəsinin göstəricisidir; 2) işıq, elektromaqnit qanunları  çərçivəsində sahə  tərəfindən 

ötürülən elektromaqnit həyəcanlanmasının təzahürüdür. 

Maksvelin 1873-cü ildə yazılmış “Elektrik və maqnetizm haqqında traktat” əsəri, 

onun uzun illər apardığı təcrübələrinin ən uğurlu göstəricisidir.  “Elektromaqnit sahəsinin 

əsas tənlikləri” adlanan bölmədə 12 tənlik verilmişdi ki, bu tənliklər indi də müasir 

fizikanın fundamental tənlikləri hesab olunur. 

Ι  tənlik onu göstərir ki, elektrik sahəsi 

zərrəciklər nəticəsində yaranır və bu sahənin qüvvə  xətləri zərrəciklərdə başlayır və 

zərrəciklərdə qurtarır. 

ΙΙ  tənlikdən aydın olur ki, maqnit zərrəcikləri elektrik zərrəcikləri 

kimi sərbəst  şəkildə mövcud olmur. 

ΙΙΙ (vektorial) tənlik Faradeyin elektromaqnit 

induksiya qanununu təzahür edir. Maqnit sahəsinin ixtiyari induksiya dəyişiklikləri 

burulğanlı elektrik sahəsinin yaranmasına səbəb olur. Sonuncu vektorial tənlikdən aydın 

olur ki, cərəyanın və elektrik sahəsinin zamana görə  dəyişməsi maqnit sahəsinin 

mənbəyidir. 

Malsvel tərəfindən irəli sürülən bu nəzəriyyə, hətta onun ilk müdir işlədiyi Kavendiş 

laboratoriyasının əməkdaşları tərəfindən də başa düşülməmişdi. Laplas və Amper ruhunda 

təkmilləşən, formalaşan fransız fizikləri Maksvel nəzəriyyəsinin çətin və  məhz onun 

fantaziyasının nəticəsi olduğunu söyləyirdilər. Bu nəzəriyyənin qəbul olunmasında Henri 

Hersin tədqiqatları mühüm rol oynadı. Belə ki, 1885-ci ildə Hers elektromaqnit dalğalarını 

kəşf etməklə yanaşı, həmin dalğaların uzunluğunu və sürətini ölçmüşdür. O, göstərmişdi 

ki, elektromaqnit dalğaları  işığa analoji olaraq, həm  əks olunurlar, həm də  sınırlar. 

Bununla da, Maksvelin “işığın elektromaqnit təbiətli” olması ideyası öz təsdiqini tapır. 

Hers həm də onu göstərir ki, onun kəşf etdiyi elektromaqnit dalğaları Maksvel tənliklərinə 

tabe olurlar.  

Hersin kəşfindən sonra elektromaqnit dalğaları vasitəsilə naqilsiz rabitə yaradılması 

ideyası yaranır ki, bu da sonda radionun kəşfi ilə nəticələndi (Popov, 1896). 

Maksvel tərəfindən irəli sürülmüş  işıq təzyiqi ideyasını lord Kelvin uzun müddət 

qəbul etmirdi. Lakin rus fiziki Lebedevin təcrübələri onu bu fikirdən daşındırır. Öz 

memuarında Kelvin buna belə  şərh vermişdi: “Mən bütün ömrüm boyu Maksvelə 

müqavimət göstərmişəm, onun nəzəriyyəsini, xüsusilə  də, işıq təzyiqi ideyasını  qəbul 

etməmişəm...Lebedev isə məni onun təcrübələri qarşısında təslim olmağa vadar etdi”. 

 

 



 

 

 

 

 

 



Mühazirə 5-ə aid imtahan sualları 

1.

 



Elektromaqnetizmin inkişafı 

2.

 



Elektrik və maqnit hadisələri haqqında təsəvvürlərin inkişafı 

3.

 



    Vilyam Gilbertin, Otto fon Herikenin, Şarl Düfenin elektrik və maqnit hadisələrinin 

öyrənilməsində rolları 

4.

 

    Franklinin elektrik nəzəriyyəsinn müddəaları 



5.

 

    Elektrik  və maqnit hadisələrinin riyazi nəzəriyyəsinin yaradıcısı Frank Epinusun 



elmi nailiyyətləri 

6.

 



   Elektrostatikanın ilk qanununun – Kulon qanununun kəşfi 

7.

 



   Henri Kavendişin və C.Robaysonun elektrostatikanın inkişafında rolu 

8.

 



   Maykl Faradeyin, Luidji Qalvaninin, Voltanın və s. alimlərin elektrik və maqnit 

hadisələrinin öyrənilməsi istiqamətində aldıqları fundamental nəticələr 

9.

 

   Sabit  cərəyan qanunlarının inkişafında Simon Omun, Kirxovun, Qanın və  Karl      



Qaussun nailiyyətləri 

10.


 

   Elektromaqnetizmin yaradılması 

11.

 

   Faradeyin elektromaqnetizmin inkişafında rolu 



12.

 

   Elektromaqnit teleqraf ideyası 



13.

 

   Maksvel tənlikləri 



14.

 

   Maksvelin elektromanetizmin riyazi nəzəriyyəsinin yaradılmasında rolu 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yüklə 110,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin