“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə və Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki, bu Əsasnamənin tətbiqi ilə bağlı izahatlar Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilir.
3. “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında təlimat”da aşağıdakı dəyişikliklər edilsin:
3.1. II bölmənin 6-cı bəndinin üçüncü abzasında birinci cümlə aşağıdakı redaksiyada verilsin:
“Uzun müddət xəstə olanlar əmək qabiliyyəti itirildiyi gündən başlayıb, xəstələnmə müddəti son 12 ay ərzində ümumiyyətlə, yaxud ardıcıl (eyni xəstəlik üzrə) 6 aydan çox olduqda, yoxlanmaq üçün tibbi sosial ekspert komissiyasına göndərilir.”;
3.2. təlimatın mətnində “həkim-əmək ekspert komissiyası” sözləri “tibbi-sosial ekspert komissiyası” sözləri ilə əvəz edilsin.
4. “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş 1 və 3 nömrəli əlavələr, “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 3 iyul tarixli 158 nömrəli qərarının II bölməsi qüvvədən düşmüş hesab edilsin.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 15 sentyabr 1998-ci il
№ 189
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında
ƏSASNAMƏ
ÜMUMİ QAYDALAR
1. Bu Əsasnamə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məcburi dövlət sosial sığortası üzrə ödəmələrin (bundan sonra - sosial sığorta ödəmələri) və Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydində nəzərdə tutulmuş əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsinin şərtlərini vəqaydalarını müəyyən edir.
1.1. Əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir.
Müavinətin məbləği və hesablanması bu Əsasnamənin II hissəsində, təyin edilməsi və ödənilməsi isə VII hissəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
2. Məcburi dövlət sosial sığorta ödəmələri sosial sığorta hadisəsi baş verdikdə verilən ödənclərdir. Bunlara aşağıdakılar aiddir:
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları;
əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün);
hamiləliyə və doğuma görə müavinət;
uşağın anadan olmasına görə birdəfəlik müavinət;
qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət;
dəfn üçün müavinət;
sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi;
işsizlik müavinəti.
//çıxarılıb//
3. Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sosial sığorta ödəmələrini almaq hüququ vardır.
Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüquqi yoxdur.
Məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər təyin edilərkən, sosial sığorta stajı kimi "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti nəzərə alınır.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət və hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Hər iki halda müavinətin aylıq maksimal həddi yaşa görə əmək pensiyasının baza hissəsinin 25 mislindən artıq ola bilməz.
Qanunvericiliyə görə əməyin ödənişi fonduna məcburi dövlət sosial sığorta haqqının hesablanmasından azad olunan işəgötürənlərdə işləyən şəxslərin hesablanmış sosial sığorta ödəmələrini (əmək pensiyaları istisna olmaqla) hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğinin azadolmalar nəzərə alınmadan hesablanmalı olan məcburi dövlət sosial sığorta haqqının məbləğinə nisbətində almaq hüququ vardır.
4. Hər bir vətəndaş onu işə götürəndən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq özünün məcburi dövlət sosial sığortası üzrə sığortalanmasını tələb etməlidir. İdarə, müəssisə və təşkilatların həmkarlar ittifaqları komitələri işçilərin məcburi dövlət sosial sığortasına cəlb olunmasına nəzarət etməyə borcludurlar.
Xidmətkeçmənin xüsusiyyətləri nəzərə alınmaqla, bu Əsasnamə ilə müəyyən edilən müavinətlərin hərbi qulluqçulara, xüsusi rütbəli şəxslərə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin işçilərinə hesablanması, təyin edilməsi və verilməsi qaydası həmin şəxslərin xidmət etdiyi (və ya işlədiyi) müvafiq dövlət orqanları (qurumları) ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq edilir.
I. ƏMƏK PENSİYALARI
5. Əmək pensiyaları müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və şərtlərlə verilir.
II. ƏMƏK QABİLİYYƏTİNİN MÜVƏQQƏTİ İTİRİLMƏSİNƏ GÖRƏ MÜAVİNƏT
6. Sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında itirilmiş əməkhaqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya qismən kompensasiya edilməsi məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüquqları vardır.
Bu hüquq əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.
7. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş xəstəlik vərəqəsinə (əmək qabiliyyətini itirmək vərəqəsi) əsasən təyin edilir. Başqa sənədlər müavinət verilməsi üçün əsas sayıla bilməz.
Xəstəlik vərəqəsi itirildiyi halda müavinət dublikata (sənədin surəti çıxarılmış ikinci nüsxəsi) əsasən verilə bilər.
8. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya tibbi sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək, lakin qanunvericiliklə müəyyən olunmuş müddətdən çox olmayan dövr üçün verilir.
9. Əmək qabiliyyətini müvəqqəti itirmə işçinin işdən çıxarılmasının düzgünlüyü barəsində mübahisə getdiyi dövrdə baş vermişdirsə, müavinət işçi işə bərpa olunduqda verilir. Bu zaman, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin işə bərpa olunma barəsində qərarın çıxarıldığı günədək işə bərpa olunduğu gündən müəssisənin vəsaiti hesabına verilir.
Əgər əmək qabiliyyətinin müvəqqəti itirilməsi işə bərpa olunma barəsində qərar çıxarıldığı gündən sonra da davam edərsə, onda müavinətin xəstəlik vərəqəsində göstərilmiş ilk 14 təqvim gününə düşən məbləği sığortaedənin vəsaiti hesabına, qalan hissəsi isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.
Misal. İşdən çıxarılmasının düzgünlüyü barəsində mübahisə gedən işçi xəstəlik vərəqəsinə əsasən 2005-ci il yanvarın 20-dən fevralın 10-dək əmək qabiliyyətini müvəqqəti itirmişdir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövründə işçi məhkəmənin müvafiq qətnaməsi ilə 2005-ci ilin 7 fevral tarixində işə bərpa olunmuşdur. Bu halda müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin birinci günündən işçinin işə bərpa olunduğu günədək (ilk 14 təqvim günü + 4 təqvim günü) sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. İşçi məhkəmənin müvafiq qətnaməsinə əsasən 2005-ci ilin 25 yanvar tarixində işə bərpa olunduğu halda müavinət bu Əsasnamənin 9-cu bəndinin birinci abzasına uyğun olaraq əmək qabiliyyətinin müvəqqəti itirilməsinin birinci günündən işçinin işə bərpa olunduğu günədək (5 təqvim günü) və ilk 14 təqvim gününün qalan 9 təqvim günü sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.
//çıxarılıb//
//çıxarılıb//
12. Növbəti məzuniyyət (əsas və yaxud əlavə məzuniyyət) zamanı xəstəlik və ya zədə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, təqdim olunmuş xəstəlik vərəqəsinə əsasən işçinin əmək qabiliyyətini itirdiyi iş günləri üçün verilir.
13. Əmək haqqı saxlanılmadan məzuniyyətin və ya uşağa qulluq etməkdən ötrü məzuniyyət zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir.
Əgər əmək qabiliyyətinin müvəqqəti itirilməsi əmək haqqı saxlanılmadan məzuniyyətdən və yaxud uşağa qulluq edilməsinə görə məzuniyyətdən sonra da davam edərsə, onda müavinət işçinin işəbaşlamalı olduğu gündən ümumi qayda üzrə verilir.
14. Hamiləliyin süni yolla dayandırılması ilə əlaqədar aparılmış əməliyyatdan sonra müavinət ümumi qayda üzrə əmək qabiliyyətinin itirilməsinin bütün müddətinə düşən iş günlərinə görə verilir.
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
16. Xəstələnmiş ailə üzvünə qulluq etmək üçün verilən məzuniyyət zamanı müavinət, bu şərtlə verilir ki, xəstəyə qulluq edilməməsi xəstənin həyatı və ya sağlamlığı üçün qorxu törətsin və tibbi göstərişə görə xəstəxanaya qoymaq imkanı olmasın.
14 yaşa çatanadək xəstələnmiş uşağa qulluq edilməsinə görə müavinət istər ambulator, istərsə də stasionar müalicəsi zamanı uşağın qulluğa ehtiyacı olan müddətədək verilir. Xəstələnmiş uşağa qulluq edilməsinə görə müavinət anaya (ataya) və ya uşağa qulluq edən digər şəxsə verilir.
İnsanın immunçatışmazlığı virusu ilə yoluxmuş (İİV) və ya QİÇS xəstəliyinə tutulmuş sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağın müalicəsində valideynlərdən birinə, yaxud digər qulluq edənşəxsə uşağın qulluğa ehtiyacı olan bütün dövr üçün verilir.
İşləməyən ana xəstələndiyi hallarda uşağa qulluq edə bilmədikdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət 3 yaşadək uşaqlara və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə verilir.
14 yaşından yuxarı xəstələnmiş ailə üzvlərinə qulluq edilərkən 7 təqvim günündən artıq olmayan müddətdə müavinət verilir. Xəstəyə qulluq edilərkən 7 təqvim günündən artıq vaxt üçün ailə üzvünün ağır xəstə olmasından və məişət şəraitindən asılı olaraq müstəsna hallarda müavinət verilməsinə icazə verilir.
Bu halda müavinət ümumilikdə 10 təqvim günündən artıq verilməməlidir.
Növbəti və əlavə məzuniyyət, uşağa qulluq etməkdən ötrü məzuniyyət və yaxud əmək haqqı saxlanılmadan məzuniyyət vaxtı, xəstələnmiş ailə üzvünə qulluq etmək üçün müavinət verilmir.
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
21. İşləyən əlillərə (müharibə əlillərindən başqa və sağlamlıq imkanları məhdud uşaqlara) əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək şikəstliyi və peşə xəstəliyindən başqa qalan hallarda, ardıcıl və yaxud təkrar xəstələnmə zamanı təqvim ilində altı aydan çox olmamaq şərti ilə verilir.
Əgər işləyən əlilin və sağlamlıq imkanları məhdud uşağın əmək qabiliyyətinin müvəqqəti itirməsi əmək şikəstliyi və ya peşə xəstəliyi nəticəsində baş vermişsə, onda müavinət, xəstə sağalanadək, yaxud da əmək şikəstliyi və ya peşə xəstəliyi ilə bağlı əlillik dərəcəsi və ya sağlamlıq imkanlarının məhdudluğu yenidən müəyyən edilənədək verilir.
İşləyən əlillərə (vərəm xəstəliyi olan əlillərdən başqa və sağlamlıq imkanları məhdud uşaqlara) vərəm xəstəliyi ilə xəstələndikdə əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət sağalanadək və ya vərəmlə xəstələnmə nəticəsində əlillik dərəcəsi və ya sağlamlıq imkanlarının məhdudluğu yenidən baxılanadək, lakin 12 aydan artıq olmamaq şərtilə verilir.
22. İşçinin qanunla müəyyən edilmiş hallarda vaxtaşırı tibbi müayinədən keçirildiyi, o cümlədən stasionarda müayinə edildiyi vaxt üçün müavinət verilmir.
İşçi hərbi xidmətə çağırıldığı zaman xəstəxanaya yerləşdirildikdə müavinət verilmir.
23. Müvəqqəti olaraq işin dayandırıldığı müddət zamanı, hərbi toplanışlar və ya təhsil müəssisələrində istehsalatdan ayrılmamaqla təhsillə əlaqədar verilən əlavə məzuniyyət zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsi baş verdikdə müavinət işçinin göstərilən müddət qurtardıqdan sonra işə başlamalı olduğu gündən verilir.
24. Əmək qabiliyyətini müvəqqəti itirməsi işçiyə qanuna əsasən əmək haqqının dayandırılması ilə işdən (vəzifədən) kənar edildiyi dövrdə baş vermişsə müavinət verilmir. Əgər əmək qabiliyyətinin müvəqqəti itirilməsi işə başlamağa icazə verildikdən sonra da davam edərsə, onda müavinət işçinin işə başlamalı olduğu gündən verilir.
25. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət aşağıdakı hallarda verilmir:
- 6 ay sosial sığorta stajı olmayan şəxslərə;
- əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı şəxsin məcburi dövlət sosial sığorta haqqı hesablanmayan əmək fəaliyyəti dövründə baş vermişdirsə;
- işdən və ya başqa vəzifədən boyun qaçırmaq məqsədi ilə sığortaolunan qəsdən öz sağlamlığına zərər vurduqda və yaxud özünü yalandan xəstə kimi qələmə verdikdə;
- törətdikləri cinayət zamanı aldıqları zədə nəticəsində əmək qabiliyyətini müvəqqəti itirdikdə;
- məhkəmənin qərarı ilə məcburi müalicə zamanı (ruhi xəstələrdən başqa).
"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən məcburi dövlət sosial sığortası üzrə sığortaçıya sığortaedən tərəfindən hesabat təqdim edilməyən dövrdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı baş verdikdə, müavinətin verilməsi hesabat təqdim edilən tarixə kimi dayandırılır. Əgər sığortaedən hesabat əvəzinə fəaliyyətin olmaması barədə arayış təqdim edərsə, bu dövr müvəqqəti olaraq işin dayandırıldığı dövr hesab olunur və bu müddət zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı (hadisəsi) baş verdikdə müavinət verilmir.
//çıxarılıb//
27. Sığortaolunana respublikadan xaricdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlər yaşayış və ya iş yeri üzrə müalicə - profilaktika idarələri tərəfindən xəstəlik vərəqələri ilə əvəz olunur, iş yerində ümumi əsaslar üzrə sığortaolunana müavinət təyin edilir və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada ödənilir.
28. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin qazancından hesablanır. Əməyin vaxtamuzd və işəmuzd ödənilməsi sistemində qazanc dedikdə, əməkhaqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar) başa düşülür.
Əməkhaqqı əvəzinə işçiyə verilən malların (işlərin və xidmətlərin) dəyəri həmin malların bu işçinin qazancı kimi nəzərə alındığı tarixdə bazar (sərbəst) qiymətləri ilə ifadə olunan dəyərinə, verilən malların dəyəri dövlət tərəfindən tənzimləndiyi halda isə dövlət tərəfindən tənzimlənən qiymətlərlə ifadə olunan dəyərinə bərabər götürülür.
Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır.
Sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında əmək fəaliyyəti olmamışdırsa, onda bir iş gününə düşən orta gündəlik qazancı müavinətin hesablanması əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunvericiliklə müəyyən edilmiş minimum aylıq əməkhaqqının qüvvədə olan məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır.
Əgər qazancın götürüldüyü müddətdə işçi öz cədvəli üzrə bütün günləri işləməmişdirsə, bu zaman mükafatın orta aylıq məbləği işçinin hər ayda işlədiyi günlərin sayına mütənasib olaraq müəyyən edilir.
Orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından aşağıdakı dövrə düşən iş günləri çıxılmalıdır:
- əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;
- hamiləliyə və doğuma görə verilən məzuniyyət dövrü;
- uşaq 3 yaşına çatanadək ona qulluq edilməsinə görə verilən məzuniyyət dövrü;
- məcburi dövlət sosial sığorta haqqı hesablanmayan digər dövrlər.
Gündəlik müavinətin məbləği orta gündəlik qazanc və bu Əsasnamə ilə müəyyən edilən miqdarlar (faiz nisbətləri) nəzərə alınmaqla müəyyən edilir və onun maksimal həddi bu Əsasnamənin 3-cü hissəsinin dördüncü abzasında müəyyən edilmiş aylıq maksimal həddin həmin aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır.
Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması ilə tapılır.
Məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlərin məbləği müavinət hesablandıqda qazanc məbləğinə daxil edilmir.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi, hamiləliyə və doğuşa görə məzuniyyətdən başqa, qalan bütün hallarda iki aylıq vəzifə maaşı və ya ikiqat tarif dərəcəsi (vaxtamuzd əməkhaqqı alanlar üçün vaxtamuzd, işəmuzd əməkhaqqı alanlar üçün isə işəmuzd əməkhaqqı) məbləğindən artıq olmamaq şərtilə, faktiki qazanc nəzərə alınır və müavinətin aylıq məbləği iki aylıq vəzifə maaşı və ya ikiqat tarif dərəcəsi məbləğindən artıq ola bilməz.
Vəzifə maaşı və ya tarif dərəcəsi almayan işçilərə bu Əsasnamədə nəzərdə tutulan hallarda müavinətin hesablanması üçün əməkhaqqı səlahiyyətli orqanın (Dövlət Statistika Komitəsinin) məlumatı üzrə müvafiq peşə və ixtisasa malik işçinin əməkhaqqına uyğun olaraq müəyyən edilir.
Sosial sığorta qanunvericiliyi ilə məcburi dövlət sosial sığorta haqqını fərqli qaydada (ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqına, gəlirlərinə (əməkhaqqı istisna olmaqla) və ya qonorara nisbətdə) ödəyən və iş vaxtının uçota alınması mümkün olmayan şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanarkən qazanc kimi qanunvericiliklə müəyyən edilmiş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri (minimum aylıq əməkhaqqı, qonorar və s.) əsas götürülür. Bu zaman vəkilin, notariusun, sərbəst auditorun və sərbəst mühasibin müavinətin hesablanması üçün götürülən orta gündəlik qazancı səlahiyyətli orqanın (Dövlət Statistika Komitəsinin) məlumatı üzrə əvvəlki ildə respublikanın regionları üzrə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı əsasında müəyyən edilən orta gündəlik qazancın məbləğindən artıq olmamalıdır. Belə şəxslərə müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında 6 ay ərzində qanunvericiliklə müəyyən edilmiş məbləğdə məcburi dövlət sosial sığorta haqqını hesablayıb qanunvericiliklə müəyyən edilmiş müddətdə ödədikdə və əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə borcu olmadıqda, hesablanıb verilir.
//çıxarılıb//___//çıxarılıb//_//çıxarılıb//'>//çıxarılıb////çıxarılıb////çıxarılıb////çıxarılıb////çıxarılıb//
30. Müavinət hesablanarkən nəzərə alınan bütün növ qazanclar, o cümlədən həmin ayda əmək haqqı ilə verilən mükafatlar qazanca onların hesaba alındığı vaxt üzrə daxil edilir.
Əməyin ödənilməsi fondundan verilən mükafatlar, əmək haqqına əlavələr orta aylıq miqdarında, onların keçən ildə hesablanmış ümumi məbləğin 12 aya bölünməsi yolu ilə nəzərə alınırlar.
Mükafatların ümumi məbləği bölünən aylarda işçinin əmək qabiliyyətinin müvəqqəti itirdiyinə görə tam işləmədiyi aylar, hamiləliyə və doğuma görə verilən məzuniyyət, uşaq 3 yaşına çatanadək ona qulluq edilməsinə görə verilən məzuniyyət, hərbi təlim toplanışlarında olan, yaxud başqa müəssisəyə işə göndərilən müddət nəzərə alınmır. Əgər hesablama üçün 3 aydan az müddət götürülürsə, onda hər ayda rüblük mükafatın üçdə bir hissəsindən çox olmayan məbləğ hesaba alınır.
Müəssisənin illik fəaliyyətinin yekununa görə əməyin ödənilməsi fondundan mükafatlar və uzun müddət işləməyə görə verilən birdəfəlik mükafatların bütün hallarda on ikidə bir hissəsi aylıq əmək haqqına əlavə olunur.
Əgər işçi əvvəlki təqvim ilinin çox hissəsini və ya bütün ili Əsasnamənin bu bəndinin üçüncü abzasında göstərilmiş səbəblərdən işləməmişdirsə, onda həmin işçi üçün mükafatın orta aylıq məbləği keçən və ya cari təqvim ilində işə qəbul olunmuş işçilər üçün nəzərdə tutulmuş qaydada müəyyən edilir.
Misal: Qadın hamiləliyinə və doğuma görə məzuniyyətə 1995-ci ilin dekabr ayında çıxmış və uşaq yaşyarımına çatanadək işləməmişdir. 1996-cı ilin avqust ayında işə başlamış və 1997-ci il iyul ayında xəstələnmişdir. Belə halda ona orta aylıq mükafat 1996-cı ilin avqust ayından 1997-ci ilin iyul ayına qədər olan dövrdə hesablanmış mükafatı nəzərə almaqla müəyyən edilməlidir.
31. Keçən və ya cari təqvim ilində işə qəbul olunmuş işçilərə mükafat əmək qabiliyyətinin itirildiyi günədək və ya hamiləliyə və doğuma görə məzuniyyət başladığı günədək işlədiyi müddətə görəverilir, bu zaman mükafatın miqdarı əvvəlki 12 aydan çox olmamalıdır və onun məbləği bu ayların sayına bölünür.
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
39. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləliyə və doğuma görə məzuniyyət dövründə işçinin vəzifə maaşı, tarif dərəcəsi dəyişdirilmişdirsə (yüksəldilmişdirsə), onda əvvəl təyin edilmişmüavinətin məbləği vəzifə maaşının, tarif dərəcəsinin yeni (yüksəldilmiş) miqdarını nəzərə almaqla yenidən haqq-hesab edilməlidir.
Əgər uşağa qulluq edilməsinə görə məzuniyyət zamanı (o cümlədən əmək haqqı saxlanılmadan məzuniyyət zamanı) qadın hamiləliyə və doğuma görə məzuniyyətə çıxarsa, onda bu halda da müavinət vəzifə maaşlarının, tarif dərəcəsinin yeni (yüksəldilmiş) miqdarlarını nəzərə almaqla yenidən haqq-hesab edilməlidir.
40. Əmək qabiliyyətini itirmə, həmin şəxs əmək intizamını pozduğuna görə cəzalandırılıb aşağı maaşlı işə keçirilməsi barəsindəki əmrdən (sərəncam, qərar) sonra, lakin işə başlamalı olduğu gündən qabaq baş vermişsə, onda bu işdə olmalı günlər üçün müavinət həmin işin tarif dərəcəsindən (vəzifə maaşı) hesablanır.
41. İşçi əsas iş yerindən əlavə başqa müəssisədə də müqavilə üzrə işləyirsə, bu zaman müavinət işçinin hər iki iş yerində aldığı ümumi qazancın əsasında hesablanır və əsas iş yerində müəyyən olunmuşstavkanın ikiqat məbləğindən artıq olmamaq şərti ilə ödənilir.
//çıxarılıb//
43. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi və ya hamiləliyə və doğuma görə məzuniyyət iş zamanı baş vermişsə və müəssisə, sex, şöbə dayandığı vaxtda da davam edirsə, bu zaman müavinət həmin peşə və ixtisas işçilərinə bu müddət üçün verilən qazancın miqdarından verilir, bu halda müavinət, həmin işçinin ümumi qaydalar üzrə ala biləcəyi müavinətdən artıq olmamalıdır.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi müəssisədə iş dayandığı müddətdə baş vermişsə, onda işçiyə müavinət verilmir.
Əgər əmək qabiliyyətinin müvəqqəti itirilməsi (baş verdiyi vaxtdan asılı olmayaraq), müəssisə, şöbə işə salındıqdan və ya müəssisə ləğv edildikdən sonra da davam edərsə, bu zaman müavinət müəssisənin işə salındığı və ləğv edildiyi gündən, işçinin işin dayandırıldığından əvvəlki qazancına müvafiq hesablanır.
44. İşçi əmək haqqında əlavənin müəyyən edildiyi rayonlarda və yerlərdə işlədiyi müddət ərzində xəstəlik vərəqəsi almışdırsa, onda bu rayonlarda və yerlərdə olmadığı vaxt üçün əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əlavə haqqı nəzərə alınmadan hesablanır.
Bu qayda hamiləliyə və doğuma görə, habelə əmək şikəstliyi və peşə xəstəliyi zamanı tətbiq olunmur.
45. Əmək haqqına əlavə vəsait alan və yaxud müvəqqəti olaraq başqa yerdə olduğuna görə əmək haqqına yüksəldilmiş əmsal alan işçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə və ya hamiləliyə və doğuma görə müavinət onun əlavə vəsaiti yaxud da yüksəldilmiş əmsalı almalı olduğu günə kimi və yaxud da müvəqqəti olduğu yerdən qayıtmalı olduğu günə kimi həmin əlavə vəsaiti vəyaxud da yüksəldilmiş əmsalı nəzərə alınmaqla hesablanır.
46. Ümumi təhsil, orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrində və işçiləri əmək haqqı üzrə onlara bərabər tutulan digər təhsil müəssisələrində (istər bir, istərsə də bir neçə) çalışan müəllimlərə vətərbiyəçilərə müavinət, pedaqoji iş üçün verilən həqiqi qazancdan hesablanır. Bu zaman faktiki qazanca əmək qabiliyyətini müvəqqəti itirdiyi, hamiləliyə və doğuma görə məzuniyyətin başlandığı günədək tariflə müəyyən olunmuş pedaqoji iş saatları üçün verilən haqq, pedaqoji iş üçün verilən əlavə haqq (sinif rəhbəri vəzifəsini yerinə yetirmək üçün, şagirdlərin yazı işlərini yoxlamaq üçün, kabinə, laboratoriya və şöbə müdirliyi üçün, təcrübə işlərinə rəhbərlik etmək üçün və s. üçün), habelə müəyyən edilmiş qaydada təsdiq olunmuş və dərs cədvəlində nəzərdə tutulmuş saat hesabı üçün haqq daxil edilir. Məktəbəqədər, məktəbdənkənar və digər uşaq təhsili müəssisələrində (istər bir, istərsə də bir neçəsində) çalışan pedaqoji işçilərə müavinət hesablanarkən bütün iş yerlərindəki həqiqi pedaqoji işsaatları üçün əmək haqqı, pedaqoji iş üçün əlavə haqq nəzərə alınır.
Bu bənddə göstərilən təhsil müəssisələrində, məktəbdənkənar və digər uşaq müəssisələrində, eyni zamanda müəssisədə (idarədə) müəllimlik edən və ya digər pedaqoji işi aparan rəhbər və başqa işçilərə müavinət pedaqoji iş (müəllimlik) saatlarının haqqı da daxil olmaqla bütün qazancdan hesablanır.
Səhiyyənin müalicə-profilaktika və sanatoriya-epidemiologiya idarələrində, uşaq evlərində, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələrdə, tibbi-sosial ekspert komissiyalarında, məhkəmə tibb ekspertizasında işləyən tibb və əczaxana işçilərinə, habelə Qızıl Aypara cəmiyyətlərində çalışan şəfqət bacılarına müavinət bütün iş yerləri üzrə həqiqi iş qazancından hesablanır.
Bu bənddə göstərilən şəxslərə müavinətin hesablanmasında nəzərə alınan qazancın ümumi məbləği əmək şikəstliyi, peşə xəstəliyi, hamiləliyə və doğuma görə məzuniyyətdən başqa, ikiqat maaş və ya ikiqat tarif dərəcəsindən artıq olmamalıdır.
//çıxarılıb////çıxarılıb//
//çıxarılıb////çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb////çıxarılıb////çıxarılıb////çıxarılıb////çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb////çıxarılıb////çıxarılıb////çıxarılıb////çıxarılıb//
//çıxarılıb////çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb////çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb////çıxarılıb//
60. Cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan cəzaya məhkum edilmiş şəxslərə müavinət ümumi qaydalar üzrə verilir. Bu zaman həmin cəzanı əvvəlki iş yerində çəkən şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirməyə görə müavinət bu cəzanı çəkməyə başlayanadək olan ümumi staja görə müəyyən edilən miqdarda verilir.
Göstərilən şəxslərə əmək qabiliyyətini müvəqqəti itirməyə, hamiləliyə və doğuma görə müavinət məhkəmənin hökmü ilə təyin olunmuş məbləğ çıxıldıqdan sonra qazancdan hesablanır.
Sərxoşluq nəticəsində və yaxud da sərxoşluqla əlaqədar olan xəstəliklər zamanı müavinət əmək qabiliyyəti itirilməsinin 11-ci günündən, xroniki alkoqolizmi olan xəstələrin stasionar müalicəsi zamanıisə ümumi əsaslar üzrə əmək qabiliyyətinin itirilməsinin birinci günündən verilir.
//çıxarılıb//
62. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında müavinət aşağıdakı miqdarda verilir:
//çıxarılıb//
//çıxarılıb//
qazancın 100 faizi miqdarında:
8 il və daha çox sosial sığorta stajı olan işçilərə;
istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə;
Əfqanıstan müharibəsində, 1990-cı ilin yanvar ayında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı xəsarət (yaralanma, travma, kontuziya) şəxslərə, Azərbaycan dövlətininərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı zərər çəkənlərə;
Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsində iştirak edən şəxslərə, bu zaman həlak olanların, ölənlərin valideynlərinə, dul arvadlarına (dul kişilərinə) və uşaqlarına, habelə bu hadisələrdə iştirak edən hərbi qulluqçuların (o cümlədən müddətli xidmət hərbi qulluqçularının) arvadlarına; Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olanların valideynlərinə, dul arvadlarına (dul kişilərinə) və uşaqlarına; Xidməti vəzifələrinin icrası zamanı həlak olan, ölən ədliyyə, miqrasiya və fövqəladə hallar orqanları işçilərinin valideynlərinə, dul arvadlarına (dul kişilərinə) və uşaqlarına;
1986—1990-cı illər Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin köçürmə zonası hüdudlarında ləğv edilməsində, yaxud həmin dövrdə Çernobıl AES-nin istismarında və ya digər işlərdə iştirak etmiş (o cümlədən müvəqqəti göndərilmiş, yaxud ezam edilmiş) şəxslər, habelə xüsusi toplanışlara çağırılmış və həmin dövrdə görülən işin növündən və yerindən asılı olmayaraq, göstərilən qəzanın nəticələrinin ləğvi ilə bağlı işlərin görülməsinə cəlb edilmiş hərbi qulluqçular və hərbi vəzifəlilər, habelə köçürmə zonasında xidmət keçmiş daxili işlər orqanlarının rəis və sıravi heyətinə;
qanyaradıcı orqanların (kəskin leykoz), qalxanvari vəzinin (adinoidlər, xərçəng), bəd xasiyyətli şişlərin xəstəliyi zamanı;
14 yaşınadək uşaqların Çernobıl AES-də qəzanın ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş valideynlərdən birinə iş stajından asılı olmayaraq, xəstə uşağa baxmağa görə;
//çıxarılıb// əmək qabiliyyətini postvaksinal fəsadla əlaqədar itirən vətəndaşlara;
//çıxarılıb// hemofiliya və talassemiya irsi qan xəstəliyi olan, dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə.
//çıxarılıb// qan və qan komponentlərinin donorluğu funksiyasını yerinə yetirməsi ilə əlaqədar olaraq əmək qabiliyyətini müvəqqəti itirmiş şəxslərə.
//çıxarılıb// hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) arvadlarına, məcburi köçkünlərə və vərəm xəstəliyinə tutulmuş şəxslərə
//çıxarılıb// onkoloji xəstələrə;
yetkinlik yaşına çatmayan şəxs postvaksinal fəsadla əlaqədar xəstəliyə tutulduqda, ona qanunvericiliklə müəyyən edilən qaydada sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək onun valideynlərindən birinə və ya qanuni nümayəndəsinə;
qazancın 80 faizi miqdarında:
5 ildən 8 ilə qədər sosial sığorta stajı olan işçilərə;
21 yaşına çatmamış və 5 ilədək sosial sığorta stajı olan ata-anasız yetim uşaqlara;
qazancın 60 faizi miqdarında:
5 ilədək sosial sığorta stajı olan işçilərə;
//çıxarılıb//
//çıxarılıb//
Hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəli şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sosial sığorta stajından asılı olmayaraq aylıq təminat xərcliyinin 100 faizi miqdarında verilir.
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
64. Müavinətin məbləği təyin edilərkən sosial sığorta stajı sığortaolunanın əmək qabiliyyətinin itirildiyi günədək xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti nəzərə alınmaqla hesablanır.
III. HAMİLƏLİYƏ VƏ DOĞUMA GÖRƏ MÜAVİNƏT
65. Hamiləlik dövründə və doğumdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğum çətin olduqda, iki və ya daha çox uşaq doğulduqda, doğumdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.
Kənd təsərrüfatı istehsalatının taxılçılıq, pambıqçılıq, üzümçülük, tütünçülük, çayçılıq, tərəvəzçilik, bostançılıq, meyvəçilik, kartofçuluq, yemçilik, tingçilik, bağçılıq, südçülük, donuzçuluq, qoyunçuluq, quşçuluq, atçılıq, baramaçılıq, arıçılıq, xəzlik heyvan və dovşanların yetişdirilməsi və bağçılıq sahələrində bilavasitə çalışan qadınlara hamiləliyə və doğuma görə məzuniyyət aşağıdakı müddətlərdə verilir:
normal doğumda 140 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 70 təqvim günü);
doğum çətin olduqda 156 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 86 təqvim günü);
iki və ya daha çox uşaq doğulduqda 180 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 110 təqvim günü).
66. Uşaq salmağa görə müavinət ümumi əsaslar üzrə verilir.
67. Hamiləliyə və doğuma görə müavinət müəyyən olunmuş qaydada verilən xəstəlik vərəqəsinə əsasən təyin olunur. Başqa sənədlər müavinətin ödənilməsi üçün əsas sayılmır.
68. Hamiləliyə və doğuma görə məzuniyyətin verilməsi sığortaolunanın işdən azad olunmasının düzgünlüyü ətrafında mübahisə getdiyi dövrə təsadüf edərsə, bütün hallarda müavinət verilir.
Bu zaman müavinət hamiləliyə və doğuma görə məzuniyyətin bütün dövrünə düşən iş günləri üçün verilir.
//çıxarılıb//
70. Hamiləliyə və doğuma görə məzuniyyət müddəti növbəti (əsas və ya əlavə) məzuniyyət və ya uşağa qulluq edilməsi üçün verilən məzuniyyət (həmçinin əmək haqqı saxlanılmadan) dövrünə təsadüf edərsə, bu zaman xəstəlik vərəqəsinə əsasən hamiləliyə və doğuşa görə məzuniyyətin bütün günləri üçün müavinət verilir.
2 aylığadək uşağı övladlığa götürən, yaxud övladlığa götürmədən uşaq böyüdən şəxslər doğumdan sonra müəyyən edilmiş 56 günlük məzuniyyətdən istifadə etmək hüququna malikdirlər.
//çıxarılıb//
72. Hamiləliyə və doğuma görə müavinət bütün hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancın 100 faizi miqdarında verilir və müraciət müddəti məhdudlaşdırılmadan ödənilir. Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin hamiləliyə və doğuma görə məzuniyyət dövründəki iş günlərinin sayına vurulması ilə hesablanır.
IV. UŞAĞIN ANADAN OLMASINA GÖRƏ BİRDƏFƏLİK MÜAVİNƏT
73. Uşaq doğularkən ailəyə qanunvericilikdə müəyyən olunmuş məbləğdə birdəfəlik müavinət verilir.
//çıxarılıb//
Uşaq doğmuş ana işləmədiyi halda və ya hər hansı bir səbəbdən uşağın anası yoxdursa müavinət işləyən ataya verilir.
74. İşləyən valideynə müavinət onun iş yeri üzrə uçotda olduğu Dövlət Sosial Müdafiə Fondu orqanı tərəfindən, əgər hər hansı bir səbəbdən uşağın valideynləri işləmirlərsə, müavinət yaşayış yeriüzrə əhalinin sosial müdafiəsi mərkəzləri vasitəsilə ödənilir. Uşaq doğuşuna görə birdəfəlik müavinət, müraciət edildikdə verilir və müraciət müddəti məhdudlaşdırılmır.
75. İki və ya daha çox uşaq doğulduqda birdəfəlik müavinət doğulan uşaqların sayına görə verilir.
Uşaq doğumuna görə birdəfəlik müavinət uşağın doğulmasının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsindən sonra verilir. Bu zaman müavinət uşağın doğulmasından sonra nə qədər yaşamasından asılı olmayaraq verilir.
76. Övladlığa götürülmüş uşaqlara uşaq doğulmasına görə birdəfəlik müavinət ümumi əsaslar üzrə verilir.
77. Uşaq ölü doğulduqda müavinət verilmir.
V. UŞAĞIN ÜÇ YAŞI TAMAM OLANADƏK ONA QULLUQ ETMƏYƏ GÖRƏ MÜAVİNƏT
78. Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir.
79. Həmin məzuniyyət dövründə uşağa qulluq edən şəxsə hər uşaq üç yaşına çatanadək qanunvericilikdə müəyyən olunmuş məbləğdə müavinət verilir.
Çernobıl qəzası nəticəsində şüa xəstəliyinə tutulmuş, bu xəstəliyi keçirmiş, habelə əlil olmuş şəxslərə uşağa qulluq üzrə qismən ödənişli məzuniyyət üçün müavinət qüvvədə olan qanunvericilikdənəzərdə tutulmuş müavinətdən iki dəfə artıq məbləğdə ödənilir.
80. Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət işləyən qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət qurtardıqdan sonra haqqı qismən ödənilən məzuniyyət rəsmiləşdirildikdəuşağın üç yaşı tamam olanadək ödənilir.
81. Uşağın üç yaşı tamam olanadək ona qulluq edilməsinə görə haqqı qismən ödənilən məzuniyyət qadına hamiləliyə və doğuma görə məzuniyyətin başa çatdığı günün sonrakı günündən başlayaraq təqdim olunur. Bu zaman həmin məzuniyyət qadına onun arzusuna görə tam və ya hissə-hissə təqdim oluna bilər.
82. Ananın stasionarda müalicə olunması ilə əlaqədar uşağa qulluq edə bilməməsi hallarında da uşağa qulluq edilməsinə görə məzuniyyət həmin qaydada rəsmiləşdirilir. Bu zaman müavinət uşağın anasına verilməyən müddət üçün faktiki ona qulluq edənə ödənilir.
83. Əgər qadın uşağa qulluq edilməsinə görə məzuniyyətin rəsmiləşdirilməsi üçün vaxtında müraciət etməmişdirsə, onda keçmiş dövr üçün müavinət müraciət edildikdə verilir və bu zaman müraciət müddəti məhdudlaşdırılmır.
84. Əgər qadın uşaq üç yaşa çatanadək haqqı qismən ödənilən məzuniyyət vaxtı öz arzusuna görə tam olmayan iş vaxtı ilə və yaxud da evdə işləyirsə, habelə istehsalatdan ayrılmaqla təhsilini davam edirsə, bu zaman onların müavinət almaq hüququ saxlanılır.
//çıxarılıb//
//çıxarılıb//
87. Müəyyən olunmuş qaydada övladlığa götürülmüş uşaqlara qulluq edilməsinə görə müavinət ümumi əsaslarla verilir.
88. Əgər uşaq məktəbəqədər təhsil müəssisələrində (körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq bağçası, xüsusi uşaq bağçası) yerləşdirilmişdirsə, belə hallarda məzuniyyət təqdim edilmir və uşaq üçyaşına çatanadək ona qulluq edilməsinə görə müavinət təyin edilmir.
89. Üç yaşına çatanadək haqqı qismən ödənilən məzuniyyət dövründə müəssisənin ləğv edilməsi ilə əlaqədar işdən azad olan qadınlara uşağa qulluq edilməsinə görə müavinət rəsmiləşdirilmiş müddətüçün verilir.
VI. DƏFN ÜÇÜN MÜAVİNƏT
90. Sığortaolunan və ya əmək pensiyaçısı vəfat etdikdə, dəfn üçün müavinət verilir.
Sığortaolunanlar üzrə dəfn üçün müavinətin məbləği sosial müavinətlərə dair qanunvericiliklə, əmək pensiyaçıları üzrə dəfn üçün müavinətin məbləği əmək pensiyaları haqqında qanunvericiliklə müəyyən edilir. Müavinəti almaq üçün müraciət müddəti məhdudlaşdırılmır.
Vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin biri - məbləğcə daha böyüyü ödənilir.
91. Əmək pensiyaçısı vəfat etdikdə, dəfn üçün müavinət mərhumun yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondu orqanları tərəfindən, sığortaolunan vəfat etdikdə isə sığortaedənin uçotda olduğu Dövlət Sosial Müdafiə Fondu orqanları tərəfindən onun ailə üzvlərinə və ya onu dəfn etməyi öhdəsinə götürən şəxslərə verilir.
//çıxarılıb//
//çıxarılıb////çıxarılıb////çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
VII. MÜAVİNƏTİN TƏYİN EDİLMƏSİ VƏ VERİLMƏSİ
96. Müavinət işçinin iş yeri üzrə (əmək kitabçasının olduğu yerdə) müdiriyyətin müavinət təyin edən komissiyası və ya komissiyanın səlahiyyət verilmiş üzvü tərəfindən təyin edilir.
97. Bu Əsasnamə üzrə nəzərdə tutulmuş müavinətlər (bu Əsasnamənin 1.1-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) sığortaolunanlara Dövlət Sosial Müdafiə Fondu orqanlarıtərəfindən məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.
98. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi müəssisənin olduğu yerdən kənarda (məsələn, ezamiyyət zamanı, məzuniyyət dövründə və i.a.) baş verdikdə də müavinət işçinin iş yerində təyin olunur bu Əsasnamə ilə müəyyən olunmuş qaydada və verilir.
99. Öz-özünü sığortaedən fiziki şəxslərə müavinət, onlar tərəfindən Dövlət Sosial Müdafiə Fondu orqanlarına müraciət olunan tarixə qanunvericiliklə müəyyən olunmuş məbləğdə məcburi dövlət sosial sığorta haqqı tam ödənildiyi halda, məcburi dövlət sosial sığorta haqları hesabına Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələri tərəfindən bu Əsasnamə ilə müəyyən edilmiş qaydada təyin olunur və verilir.
//çıxarılıb//
101. İşçi əmək qabiliyyətini müvəqqəti itirmə vaxtı başa çatdıqdan sonra işə çıxdığı gün xəstəlik vərəqələrini müəssisənin müdiriyyətinə təqdim edir. Müdiriyyət xəstəlik vərəqəsinin müvafiq bölmələrində lazımi qeydlər edir və xəstəlik vərəqələrini (siyahı üzrə) müavinətin təyin olunması üçün müavinəti təyin edən komissiyaya təhvil verir.
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
105. Müdiriyyətin müavinətin təyin edilməsi üzrə komissiyası xəstəlik vərəqələri əsasında Əsasnaməyə görə müavinət almaq hüququnu, ödənilməli günlərin sayını və sığortaolunanın qazancından müavinətin təyin edilməsini protokola yazır və xəstəlik vərəqəsi komissiyanın sədri və ya komissiyanın səlahiyyətli üzvü tərəfindən imzalanır.
Zədə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin təyin edilməsindən tamamilə və ya qismən imtina olunması məsələsinə müavinəti alan şəxsin iştirakı ilə baxılır.
106. Sığortaolunanın həmin xəstəlik vərəqəsi ilə müavinət almaq hüququ olmadıqda müavinət təyin edən komissiya rədd etmək haqqında qərar çıxarır və bu barədə rədd etmənin səbəbi göstərilməkləxəstəlik vərəqəsində qeyd olunur.
107. Müavinət təyin edildikdən sonra, müdiriyyətin müavinət təyin edən komissiyası və ya komissiyanın səlahiyyətli verilmiş üzvü, müavinətin hesablanması və ödənilməsi üçün xəstəlik vərəqələrini müəssisənin mühasibatlığına verir. Xəstəlik vərəqələri, o cümlədən ödənişə aid edilməyən xəstəlik vərəqələri müavinət təyin edilməsi protokolunda imza olunmaqla verilir.
Ödənilmiş və ödənişə aid edilməyən xəstəlik vərəqələri, o cümlədən müavinət ödənilməsi üçün təqdim edilmiş bütün başqa sənədlər (arayışlar, aktlar, yollayışların geri qayıtma talonları və s.) pul sənədləri ilə birlikdə müəssisənin mühasibatlığında saxlanılır. Xəstəlik vərəqələri bütün başqa pul məxaric sənədlərindən ayrı saxlanılır.
Protokola əsasən, müəssisənin mühasibatlığı əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün müavinətin hesablanmış məbləğini sığortaedənin vəsaiti hesabına ödəyir. Əgər işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi müddəti 14 təqvim günündən çox olarsa, müavinətin ödənilməsi bu Əsasnamə ilə müəyyən edilmiş qaydada aparılır. Qanunvericiliyə uyğun olaraq bədbəxt hadisənin rəsmiləşdirildiyi İZ aktına əsasən sığortaedən təqsirli hesab edildiyi halda, əmək xəsarəti və peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara isə müavinətin əmək qabiliyyətinin müvəqqəti itirildiyi bütün dövr üçün hesablanmış məbləği sığortaedənin vəsaiti hesabına ödənilir.
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
110. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin sığortaedənin vəsaiti hesabına ödənilən hissəsi, əmək haqqının verilməsi üçün müəyyən olunmuş müddətlərdə verilir. //çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
112. Uşağın doğulmasına görə birdəfəlik müavinət vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən doğum haqqında verilmiş arayış əsasında təyin edilir.
Təqdim olunmuş sənəd əsasında komissiyanın səlahiyyətli üzvü müavinət almaq hüququnu, onun miqdarını müəyyən edir, müavinətin təyin edilməsi barədə qərar qəbul edir.
Qəbul edilmiş qərar müavinətin təyin edilməsi protokoluna qeyd edilir. VVADQ-ın arayışının arxasında komissiyanın səlahiyyətli üzvünün imzası ilə müavinət təyin olunması və miqdarı haqqında qeydlər edilir.
Uşağın doğulması haqqında arayış itirilərsə, birdəfəlik müavinət vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanları tərəfindən təqdim edilən doğum haqqında arayışın surətinə əsasən verilə bilər. Bu hallarda valideynlər tərəfindən Dövlət Sosial Müdafiə Fondu orqanının və əhalinin sosial müdafiəsi mərkəzi vasitəsilə müavinətin alınmadığı barədə arayış təqdim olunmalıdır.
113. Uşaq üç yaşına çatanadək ona qulluq edilməsinə görə müavinət almaq üçün müdiriyyətin müavinət təyin edən komissiyasına uşağa qulluq edilməsinə görə qismən ödənilən məzuniyyətin verilməsi barədə müdiriyyətin əmrindən (sərəncamdan) çıxarış və uşağın doğum haqqında şəhadətnaməsinin surəti təqdim olunmalıdır.
Müdiriyyətin müavinət təyin edən komissiyasına məzuniyyət verilməsi barədə qərarına əsasən, uşağın üç yaşı tamam olana qədər ona qulluq etmək üçün məzuniyyət müddətinə müavinət təyin olunması haqqında komissiyanın iclas protokolunda qeyd edilməklə qərar qəbul edir.
Tam olmayan ay üçün müavinət ananın məzuniyyətdə olduğu həmin aydakı təqdim günlərinə mütənasib qaydada verilir.
Uşaq öldüyü halda, sığortaedən tərəfindən ona bu barədə məlumat daxil olduğu gündən sonra 1(bir) iş günü ərzində uçotda olduğu Dövlət Sosial Müdafiə Fondu orqanına bu barədə məlumat verilir və müavinətin verilməsi ölən gündən sonrakı gündən dayandırılır.
Müavinətin köçürülmə xərcləri müavinət alanın hesabına ödənilir.
Uşağa qulluq edilməsinə görə müavinətdən icra sənədləri üzrə tutulmalar aparılır.
114. Sığortaolunan öldükdə dəfn üçün müavinət almaqdan ötrü müavinət təyin edən komissiyaya vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanları tərəfindən verilmişölüm haqqında arayışdan başqa, həmçinin müvafiq bələdiyyə tərəfindən verilmiş //çıxarılıb// arayış da təqdim olunur.
Bələdiyyə tərəfindən verilmiş arayışda öləni dəfn etməyi öhdəsinə götürən şəxs barədə məlumat əks olunmalıdır.
Təqdim olunmuş sənədlərə əsasən müdiriyyətin müavinət təyin edən komissiyası müavinət almaq hüququnu, müavinətin miqdarını müəyyən edir və müavinətin təyin edilməsi haqda komissiyasıiclasının protokoluna qeyd edilməklə qərar qəbul edilir.
Ölüm haqqında arayışın arxasında komissiyanın səlahiyyət verilmiş üzvünün imzası ilə müavinətin təyin edilməsi və miqdarı haqqında qeydlər edilir.
114-1. Məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətin ödənilməsi üçün sığortaedən Dövlət Sosial Müdafiə Fondu orqanına məktubla müraciət etməlidir.
Sığortaedən:
əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin alınması üçün xəstəlik vərəqəsi müəssisəyə təqdim edildiyi;
hamiləliyə və doğuma görə müavinətin alınması üçün müraciət olunduğu;
uşağın doğulmasına görə birdəfəlik müavinətin alınması üçün müraciət olunduğu;
uşaq üç yaşına çatanadək ona qulluq edilməsinə görə müavinətin alınması üçün uşağa qulluq edilməsinə görə qismən ödənilən məzuniyyətin verilməsi barədə müdiriyyətin əmrinin verildiyi aydan sonrakı ayın 5-dək verilən məktubu Dövlət Sosial Müdafiə Fondu orqanlarına təqdim etməlidir.
Dəfn müavinətinin alınması üçün müvafiq sənədlər sığortaedən tərəfindən rəsmiləşdirildikdən sonra məktubu dərhal Dövlət Sosial Müdafiə Fondu orqanlarına təqdim etməlidir.
114-2. Məktuba müavinəti təyin edən komissiyanın protokolunun surəti, müavinət alan şəxslərin bank rekvizitləri və ya poçt ünvanı (faktiki yaşayış ünvanı) və:
əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, həmçinin hamiləliyə və doğuma görə müavinətlərin alınması üçün xəstəlik vərəqələrinin surəti;
hamiləliyə və doğuşa görə məzuniyyətin verilməsi barədə əmrindən (sərəncamından) çıxarış;
uşağın doğulmasına görə birdəfəlik müavinətin alınması üçün vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanları tərəfindən verilmiş doğum haqqında arayış;
uşaq üç yaşına çatanadək ona qulluq edilməsinə görə müavinətin alınması üçün uşağa qulluq edilməsinə görə qismən ödənilən məzuniyyətin verilməsi barədə müdiriyyətin əmrindən (sərəncamından) çıxarış və uşağın doğum haqqında şəhadətnaməsinin surəti;
dəfn müavinətinin alınması üçün vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanları tərəfindən verilmiş ölüm haqqında arayış, həmçinin müvafiq bələdiyyə tərəfindən verilmişöləni dəfn etməyi öhdəsinə götürmüş şəxs barədə məlumatı əks etdirən arayış əlavə olunmalıdır.
Dövlət Sosial Müdafiə Fondu orqanları 5 (beş) iş günü (dəfn müavinətinin alınması üçün təqdim olunmuş sənədlər üzrə isə 2 (iki) iş günü) ərzində təqdim olunmuş sənədləri araşdırıb ödənişi həyata keçirməlidirlər. Araşdırma zamanı Dövlət Sosial Müdafiə Fondu orqanlarının sığortaedəndən əlavə məlumatlar almaq hüququ vardır.
Sosial sığorta ödəmələrinin ödənilməsi üçün Dövlət Sosial Müdafiə Fondu orqanına müvafiq sənədlərlə birgə bu Əsasnamənin 1 - 5 nömrəli əlavələrinə uyğun formada müavinət növündən asılı olaraq, müvafiq haqq-hesab təqdim edilməlidir.
115. Müavinət alan şəxs müəssisə tərəfindən onun bank rekvizitlərinin və ya poçt ünvanının (faktiki yaşayış ünvanı) düzgün göstərilməməsi səbəbindən müavinəti ala bilməmişdirsə, səhv düşmüş ünvandan qaytarılması mümkün olmayan müavinətə görə təqsirkar müəssisə qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır və onun vəsaiti hesabına ödənilir.
116. Artıq verilmiş müavinət məbləği, //çıxarılıb// müavinəti vermiş Dövlət Sosial Müdafiə Fondu orqanın müraciətinə əsasən sığortaedən tərəfindən tutulur.
Hər belə halda tutulan məbləğ sığortaolunanın əməkhaqqının 20 faizindən çox olmamalıdır. Hər bir belə halda geri qaytarılası məbləğ, sığortaolunana çatası vəsaitin 20 faizindən çox olmayaraqçıxılır. Artıq ödənilmiş məbləğ müavinət təyin edən komissiyanın qərarı əsasında müəssisənin mühasibatlığı tərəfindən tutulur. və Dövlət Sosial Müdafiə Fondu orqanlarının hesabına köçürülür.
Əgər sığortaolunan həmin müəssisədə işləmirsə, onda artıq verilmiş müavinət məbləği könüllü və ya məhkəmə qaydası ilə alınır.
Müavinət alarkən sui-istifadə edilməsində (saxtakarlıqda, sənədləri pozub düzəltməkdə və i.a.) müqəssir olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə cəlb edilirlər.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə müavinətlərdən, məhkəmənin qərarı ilə aliment və ailə başçısının şikəst olması, yaxud səhhətinin başqa cür korlanmasına və ya ölümünə səbəb olan zərərin ödəniliş məbləği tutula bilər. Müavinətdən bunlardan başqa heç bir ödəniş tutulmur.
117. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma görə sığortaolunanın öldüyü günədək almadığı müavinət mərhumla birgə yaşayan ailə üzvünə, habelə əmək qabiliyyətini itirmənəticəsində ölənin himayəsində olan şəxsə verilir.
Sığortaolunanın ölən günədək almadığı müavinət ölənlə qohumluğu və onunla yaşamasının, yaxud onun himayəsində olduğunu təsdiq edən sənədlər təqdim edildikdən sonra verilir.
Vəfat etmiş sığortaolunanın öldüyü günədək almadığı müavinəti onun vərəsələrinin almaq hüququ vardır.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində ölənin himayəsində olan şəxslərə o şəxslər aid edilir ki, onlara mərhum tərəfindən əvvəllər hər ay aliment verilmiş olsun və yaxud da onun əmək haqqından müəyyən edilmiş məbləği almış olsun. Himayədə olmanı icra vərəqəsi və yaxud da himayədə olanın xeyrinə ölən şəxsin əmək haqqından müəyyən məbləğdə tutulmalar barəsində müəssisənin mühasibatlığında olan ölən şəxsin ərizəsi təsdiq edə bilər. Bu barədə Dövlət Sosial Müdafiə Fondu orqanına məlumat verilməlidir.
Belə hallarda ödənilməli olan müavinətin məbləğindən alimentin məbləği və yaxud aylıq köçürmənin müəyyən olunmuş məbləği çıxılır, yerdə qalan müavinətin məbləği ölən şəxsin ailə üzvlərinəverilir.
Müavinət almaq hüququna malik olan valideyn vəfat etdikdə və uşaq doğumu üçün birdəfəlik müavinət alınmadıqda, həmin müavinət digər valideynə və yaxud da uşağa həqiqi qulluq edən şəxsəverilir.
Alınmamış müavinətlər vərəsəlik əmlakına daxil edilmir.
118. Sosial sığorta ödəmələrinin əhaliyə çatdırılması xərcləri Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına aparılır.
119. Müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar.
Əgər müavinət təyin edilərkən, yaxud da işçinin sosial sığorta stajı müəyyən edilərkən qüvvədə olan qanunvericilik pozulmuşdursa və ya ödənilmə üçün təqdim edilmiş sənədlər düzgün rəsmiləşdirilməmişdirsə, belə hallarda baş (böyük) mühasib yol verilmiş nöqsanları yazılı surətdə göstərilməklə sənədləri, müdiriyyətin müavinət təyin edən komissiyasına qaytarmalıdır.
120. Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin məsul işçilərinin tələbi ilə bütün müəssisə və təşkilat rəhbərləri müavinətin təyin edilməsinin yoxlanılması üçün cari ildə vəyoxlanılan ildən qabaqkı bir təqvim ilində müavinətin təyin edilməsi üzrə sənədləri təqdim etməlidirlər. Başqa dövrlər üçün sənədlər müavinətin təyin edilməsində sui-istifadə aşkar edildikdə yoxlanılır.
121. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq tibbi sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik müəyyən edilənədək DSMF orqanları tərəfindən ödənilmiş əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən təqsirkarsığortaedən tərəfindən DSMF orqanlarına qaytarılmalıdır.
//çıxarılıb////çıxarılıb//
123. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləlik və doğuma, uşaq doğumuna və dəfn üçün müavinətlərin düzgün təyin edilməsi, və hesablanmasına həmkarlar ittifaqları da nəzarət edir və məsuliyyət daşıyırlar.
Müavinətin müdiriyyət tərəfindən düzgün təyin edilməməsindən və ya təyin edilməsinin ləngidilməsindən Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinə və müəssisənin, təşkilatın həmkarlar ittifaqı komitəsinə şikayət edilə bilər.
IX. SIĞORTAOLUNANLARIN SANATORİYA-KURORT MÜALİCƏSİ ÜZRƏ XƏRCLƏRİNİN ÖDƏNİLMƏSİ
133. sığortaolunanların sanatoriya-kurort müəssisələrində müalicə olunmaq üçün aldıqları yollayışların dəyəri məcburi dövlət sosial sığortası vəsaitləri hesabına ödənilir.
134. Məcburi dövlət sosial sığorta vəsaitləri hesabına aşağıdakı vətəndaşlara sanatoriya-kurort yollayışlarının dəyəri tam və ya qismən ödənilir:
“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq məcburi dövlət sosial sığortasına cəlb olunan bütün sığortaolunanlara;
məcburi dövlət sosial sığortası üzrə pensiya alan pensiyaçılara;
//çıxarılıb////çıxarılıb//
135. Sanatoriya-kurort müalicəsi üzrə xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən mərkəzləşdirilmiş qaydada tələb olunan vəsaitin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ayrılması yolu ilə həyata keçirilir.
136. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına sanatoriya-kurort müalicəsi üçün ayrılan vəsait aşağıdakı məqsədlərə sərf olunur:
sanatoriya-kurort müalicəsi və istirahət üçün yollayışların (putyovkaların) alınmasına;
sığortaolunanların uşaqlarının sağlamlıq düşərgələrinə istirahətinin təşkilinə;
sanatoriya-profilaktoriyalara yemək xərcləri, tibb xidməti və ştatların saxlanmasına;
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının idman cəmiyyətlərinə məxsus idman qurğularının qismən saxlanılmasına;
həmkarlar ittifaqlarının texniki və əməyin hüquqi müfəttişliyinin, etimadlı həkimlərin, sağlamlaşdırma işi ilə məşğul olan təlimatçıların saxlanılmasına.
137. Sanatoriya-kurort müalicəsi üçün ayrılan vəsaitlərin məqsədyönlü xərclənməsinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası məsuliyyət daşıyır.
138. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sığortaolunanların sanatoriya-kurort müalicəsinə tələb olunan xərclər smetasını hər il təsdiq edirlər. İl ərzində xərclər smetasında dəqiqləşdirmə aparıla bilər.
139. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sanatoriya-kurort müalicəsi üzrə daxil olan vəsaitin və xərclərin uçotunu aparır, bu barədə Azərbaycan Respublikası Dövlət Sosial MüdafiəFonduna hər rüb artan yekunla müəyyən olunmuş formada hesabat təqdim edir.
140. //çıxarılıb// həmkarlar ittifaqlarının orqanları sanatoriya-kurort müalicəsi vəsaitlərinin düzgün və məqsədyönlü xərclənməsinə nəzarət edirlər.
141. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə yollayışların verilməsi normativlərini, onların qismən dəyərinin ödənilməsi faizlərini, bu iş üzrə digər təlimat və normativ sənədləri öz səlahiyyətləri daxilində birlikdə təsdiq edirlər.
142. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına sığortaolunanların sanatoriya-kurort müalicəsinə ayrılan vəsaitlərin düzgün və məqsədyönlü xərclənməsi ildə bir dəfədən az olmayaraq yoxlanılır.
Azərbaycan Həmkarlar İttifaqları komitələri tələb olunan sənədləri, hesabatları, məlumatları Dövlət Sosial Müdafiə Fondunun yoxlama aparan vəzifəli və müvəkkil edilmiş şəxslərinə maneəsiz olaraq təqdim etməlidirlər.
//çıxarılıb//
144. Sanatoriya-kurort müalicəsinə ayrılan vəsaitin başqa məqsədlərə yönəldilməsinə yol verilmir. Sanatoriya-kurort müalicəsi üçün ayrılmış vəsaitin başqa məqsədlərə xərclənməsində günahkar olanşəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2006-cı il 6 mart tarixli 63 nömrəli qərarının redaksiyasında
“Məcburi dövlət sosial sığorta ödəmələrinin və əmək qabiliyyətini
müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən
müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə
ƏLAVƏ
|
Dostları ilə paylaş: |