MƏHKUMLARIN İSLAH EDİLMƏSİNDƏ VƏ PENİTENSİAR MÜƏSSİSƏLƏRİN
FƏALİYYƏTİNƏ İCTİMAİ NƏZARƏTİN HƏYATA KEÇİRİLMƏSİNDƏ
İCTİMAİYYƏTİN İŞTİRAKINI TƏMİN EDƏN
İCTİMAİ KOMİTƏNİN
2007-2008-
Cİ İLLƏR ƏRZİNDƏKİ FƏALİYYƏTİNƏ DAİR
YEKUN HESABAT
Hesabat İctimai Komitənin koordinatoru Sahib Məmmədov tərəfindən
hazırlanmışdır
BAKI-2008
MÜNDƏRİCAT
GİRİŞ
İCTİMAİ KOMİTƏNİN FƏALİYYƏTİ
İctimai Komitənin yığıncaqları
İctimai Komitənin fəaliyyət planı
İctimai komitə üzvlərinin səca çəkmə müəssisələrində
həyata keçirdiyi başçəkmələr
İctimai Komitənin digər fəaliyyətləri
NƏTİCƏLƏR
TÖVSİYYƏLƏR
ƏLAVƏLƏR
GİRİŞ
Məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin
həyata keçirilməsində ictimaiyyətin iştirakını təmin edən İctimai Komitə ( bundan sonra:
Ədliyyə Naziri yanında Penitensiar Xidmət üzrə İctimai Komitə) Azərbaycan Respublikası
Ədliyyə Naziri cənab Fikrət Məmmədovun 25 aprel 2006-cı il tarixli 4-T saylı əmri ilə təsdiq
olunmuş və 27 aprel 2006-cı il tarixində Dövlət qeydiyyatına alınmış “
Məhkumların islah
edilməsində ictimaiyyətin iştirakı və cəzanı icra edən müəssisələrin fəaliyyətinə ictimai
nəzarətin həyata keçirilməsi Qaydaları” əsasında fəaliyyət göstərir.
İctimai Komitənin fəaliyyətinin əsas istiqaməti məhkumların islah edilməsində ictimaiyyətin
iştirakını təmin etməkdir.
«Məhkumların
islah
edilməsində ictimaiyyətin iştirakı və cəzanı icra edən müəssisələrin
fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi Qaydaları»na uyğun olaraq Komitə aidiyyəti
dövlət və qeyri-hökumət təşkilatları ilə məsləhətləşmələr aparılaraq yaradılmış geniş tərkibli
Seçki Komissiyası tərəfindən formalaşdırılır.
İctimai Komitənin ilk tərkibi 9 nəfərdən ibarət olmaqla 2006-cı ilin sentyabr ayında müəyyən
olunmuşdur.
İctimai Komitənin ikinci tərkibi Seçki Komissiyası tərəfindən seçildikdən və Ədliyyə Enaziri
tərffindən təstiq edildikdən sonra sonra 6 noyabr 2007-ci il tarixində keçirilmiş və bununla da
fəaliyyətə başlamışdır. Komitənin ilk iclasında Sahib Məmmədov səsvermə yolu ilə İctimai
Komitənin Koordinatoru seçilmişdir. Ədliyyə Naziri Qaydaların 3.10-cu maddəsinə uyğun
olaraq Sahib Məmmədovu komitənin koordinatoru seçilməsini təstiq etmişdir.
Qaydaların 3.4. maddəsinə görə Komitə üzvünün səlahiyyət müddəti bir ildir.
İctimai Komitənin ikinci tərkibi 10 nəfərdən ibarət olmuşdur. Bunlar: Səidə Qocamanlı, Səadət
Bənəniyarlı, Elmira Ələkbərova, Kamil Səlimov, Əliməmməd Nuriyev, Elçin Behbudov, Çingiz
Qənizadə, Elmari Məmişov, Eldar Zeynalov və Sahib Məmmədov olmuşdur.
İctimai Komitə fəaliyyət göstəridiyi bir il ərzində təstiq etdiyi fəvaliyyət planına uyğun olaraq
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəza çəkmə müəssisələrinə... sayda baş çəkmələr
etmiş, ... yığıncaq keçirmişdir. İctimai Komitənin veb səhifəsi yaradılmışdır. İctimai Komitənin
məlumat bukleti hazırlanmaş və nəşr olunmuşdur. İctimai Komitənin sifarişi ilə ....... .......
hazırlanaraq nəşr olunmuşdur.
İctimai Komitənin fəaliyyəti ictimaiyyətin və Kütləvi İnformasiya Vasitələrinin diqqətində
olmuşdur.
İCTİMAİ KOMİTƏNİN FƏALİYYƏTİ
İctimai Komitənin yığıncaqları
İctimai Komitənin ilk yığıncağı 06 нойабр 2007 tarixində keçirilmişdir. Həmin yığıncaqda
təşkilati məsələ və Komitənin növbəti il üçün fəaliyyət istiqamətləri müzakirə olunmuşdur.
Sonrakı toplantılar zəruri hallarda keçirilmişdir. İctimai Komitənin ikinci tərkibinin səlahiyyət
müddətində daha .... yığıncaq keçirilmişdir. Bu yığıncaqlar 27 noyabr 2007-ci il, 08 fevral 2008-
ci il, 16 may 2008-
ci il ... tarixlərində keçirilmişdir. Yığıncaqlarda bir qayda olaraq fəaliyyət
planına uyğun olaraq keçirilən tədbirlərə, o cümlədən baş çəkmələrin nəticələrinə dair məsələlər
müzakirə olunmuşdur. Keçirilən bütün yığıncaqlarda Ədliyyə Nazirliyinin məsul işçiləri, o
cümlədən İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov və
Müfəttişliyin rəis əvəzi Malik Ələkbərov iştirak etmişlər. Həyata keçirilən bütün baş çəkmələrlə
bağlı İctimai Komitənin Ədliyyə Nazirinə təqdim etdiyi hesabat əsasında Nazirlik tərəfindən
komitə üzvlərinin qaldırdığı məsələlər, verdiyi təkliflər əsasında həyata keçirilən tədbirlərə dair
yazılı və şifahi məlumatlar verilmişdir.
İctimai Komitənin fəaliyyət planı
İctimai Komitənin ikinci tərkibinin ilk yığıncağında Komitənin fəaliyyət planının hazırlanmasına
dair qərar qəbul olunmuşdur. Komitə üzvlərinin təklifləri də nəzərə alınmaqla sələhiyyət müddəti
üçün Fəaliyyət planı hazırlanmışdır. Qaydaların 6.1.1. maddəsinə yğun olaraq Fəaliyyət Planı
Ədliyyə Nazirliyinin məsul vəzifləi şəxslərinin iştirakı ilə müzakirə olunaraq qəbuledilmişdir. 6
bölmədən ibarət Fəaliyyət planı aşağıdakı istiqamətləri əhatə etmişdir.
•
Penitensiar müəssisələrə baş çəkmələr və monitorinqlər
•
İslah içlərində iştirak
•
İctimaiyyətlə əlaqələrin qurulması
•
Penitensiar müəssisələrə aid normaların təkmilləşdirilməsi üzrə fəaliyyət
•
Maarifləndirici fəaliyyətlər
•
İctimai Komitənin Beynəlxalq əlaqələrinin qurulması
(Fəaliyyət Planı hesabata əlavə olunur)
İctimai komitə üzvlərinin cəza çəkmə müəssisələrində
həyata keçirdiyi başçəkmələr
Qaydalara və təstiq olunmuş Fəaliyyət Planına uyğun olaraq səlahiyyət müddəti ərzində Komitə
üzvləri Cəza Cəkmə müəssisələrinə baş çəkmələr həyata keçirmişlər. İctimai Komitə üzvü
qismində həyata keçirilən ümumi baş çəkmələrin sayı..... olmuşdur. Bunula belə İctimai Komitə
üzvləri mənsub olduqları təşkilatları təmisl etməklə də müəssisələdə monitoriqlər və baş
çəkmələr həyata keçirmişlər. Təstiq olunumş Fəaliyyət planında başçəkmələr aşağıdakı şəkildə
müəyyən edilmişdir.
•
Kollektiv baş çəkmələr (Komitə üzvlərinin tam tərkibi və ya əksəriyyəti iştirak etməklə);
•
Bir neçə Komitə üzvünün iştirakı ilə həyata keçirilən baş çəkmələr.
Fəaliyyət Planında baş çəkmələrin məqsədləri aşağıdakı şəkildə müəyyən olunmuşdur:
•
Pl
anlı baş çəkmələr (əvvəlcədən planlaşdırılmış);
•
Tematik başçəkmələr (məsələn tibbi xidmətin vəziyyəti, yaşaış şəraiti, qidalanma və s.);
•
Təcili baş və ya şikyətlə bağlı çəkmələr (və ya konkret hadisə, siqnal əsasında).
Həyata keçirilən baş çəkəmələ zamanı əsas diqqət mərkəzində saxlanılan aşağıdakılar olmuşdur:
•
Yaşayış şəraiti. Buraya məhkumların yaşadıqları yataqxanaların ümumi vəziyyəti, istilik
və ventelyasiya sisteminin vəziyyəti, yataq dəstinin vzəiyyəti və təmizliyi, şəxsi (gigenik)
əşyaların saxlanması üçün şərait, otaqların sanitar-gigenik vəziyyəti, hamam və santitar
qovşaqların vəziyyəti daxildir.
•
Asudə vaxtın təşkili. Komitə üzvləri Kitabxana, idman qurğuları, stolüstü oyunlar üçün
şəraitin olub olmaması, televeziya və radiodan istifadə, dövrü mətbuatla tanışlıq üçün
şəraitin olub olmamasına diqqət yetirmişlər.
•
Məşğulluq və iş yerlərində şərait. Komitə üzvləri Cəza çəkmə müəssisələrində
məhkumların məşğulluğunun təmin olunmasını islah prosesində ən mühüm amillərdən
b
iri hesab edir və bu baxımdan bütün baş çəkmələr zamanı Komitə üzvləri məhkumların
əmək fəaliyyəti ilə məşğul olduqları yerlərə baxışlar keçirrmişlər. Baxış zamanı
məhkumların əmək şəraiti, itehsalat prosesi zamanı əməyin mühafizəsi və təhlükəsizlik
texnik
ası qaydalarına əməl olunma vəziyyəti, iş rejimi və istirahət rejiminə əməl olunub
olunması diqqətdə saxlanılmış, çatışmamazlıqlarla bağlı müdiriyyətə iradlar bildirilmiş
və hesabatlar hazırlanmışdır.
•
Xarici aləmlə əlaqə. İctimi Komitə üzvləri baş çəkmələr zamanı məhkumların, xüsusən
də Penitensiar Xidmətin həbsxanasında saxlanılan və ömürlük azadlıqdan məhrum etmə
cəzasına məhkum edilmiş şəxslərin xarici aləmlə əlaqələrinin qanunvericilikdə müəyyən
olunmuş qaydada təmin olunub-olunmaması vəziyyətini xüsusi diqqətdə saxlamışdır.
“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə və Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikasının 2008-ci il 24 iyun tarixli 657-IIIQD nömrəli
Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı
qüvvəyə mindikdən sonra telefon danışıqlarının sayının və vaxtının artırılması ilə bağlı
texniki şəraitin olub olmamasını da müşahidə etmiş və müəyyən təklif və tövsiyyələr
vermişlər.
•
Görüşlər üçün şərait. Baş çəkmələr zamanı məhkumların ailə üzvləri və yaxınları ilə
uzun müddətli və qısa müddətli görüşlərinin təşkili və bu görüşlərin keçirilməsi üçün
nəzərdə tutulan şəraitin standartlara uyğun olub-olmaması da diqqət mərkəzində
saxlanılmışdır.
•
Cəza kameralarında vəziyyət. Cəza çəkmə müəssisələrində rejim qaydalarını pozmuş
və buna görə də qanunvericilikdə nəzərdə tutulan müddətlər çərçivəsində cəza
kameralarında saxlanılanlarla görüşlər və bu kameralarda yaşayış şəraiti baş çəkəmələr
zamanı müşahidə olunmuşdur.
•
Məhkumləran təqaüdlə bağlı olan problemləri. Ölkə Konstitusiyasının 38-ci
maddəsinə görə “Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə,
əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla
nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir”. Bununla belə cəza
çəkmə müəssisələrində saxlanılan və təqaüd almaq hüququ olanların heç də hamısı bu
hüquqdan istifadə edə bilmirlər. Belə pozuntuların olması ilə bağlı problem Penitensiar
Xidmətin fəaliyyəti çərçivəsindən kənara çıxır və digər dövlət orqanlarının, o cümlədən
Daxili İşlər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti nəticəsində ortaya
çıxır. Komitə üzvləri məhkumların bu mühüm Konstitusion hüququnun təmin olunma
vəziyyətini diqqət mərkəzində saxlamış. Mövcud problemin ardan qaldırılması üçün
imkanları çərçivəsində işlər həyata keçirmişdir.
•
Konfedensial görüşlər. “Məhkumların islah ediləsində ictimaiyyətin iştirakı və cəzanı
icra edən müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi Qaydaları”na
uyğun olaraq Komitə üzvləri məhkumlarla təkbətək sbhbət etmək hüququna malikdirlər.
Bütün baş çəkəmlər zamanı Peitensiar müəssisələrin admistrasiyası belə görüşlərin
keçirilməsi üçün zəruri şəraiti yaratmışdır. Bünü baş çəkmələr zaanı arzu edən bütün
məhkumlarla belə görüşlər keçirilmiş və söhbpətlər aparılmışdır. Bu görüşlər və söhpətlər
Komitə üzvlərinə müəssisdə mövcud olan vəziyyətə dair məlumatlarıvn əldə dilməsində
müsbət rol oynayır və vəziyyətin müsbət istiqamətdə dəyişməsinə şərait yaradır.
•
Tibbi Hissədə vəziyyət və tibbi yardıma çıxışın vəziyyəti. Məhkumların tibbi
yardımlara çıxışı son bir neçə ilə ərzində köklü surətdə dəyişmişdir. Müəssisələrin
əksəriyyətində tibbi avadallıqla təhcizat yaxşılaşdırılmış, dərman perepartalrı ilə təminat
yaxşılaşdırılmışdır. Komitə üzvləri bütün baş çəkmələr zamanı tibbi hissəyə baş çəkmə
həyata keçirmiş, öz hesabatlarında tibbi yardıma çıxışın daha da yaxşılaşdırılması üçün
təklif və tövsiyyələr vermişlər.
•
Personalın rəftarı və ya pis rəftarın olub olmaması. Cəza çəkmə müəssisələrində
yaşyış şəraitin minimal Avropa standartlarına uyğunlaşdırılması, qidalanma, tibbi
yardıma çıxışın yaxşılaşdırılması ilə yanaşı penitensiar müəssii personalının məhkumlarla
rəftarı ilə bağlı mövcud olan problemlərin də aradan qaldırılması üçün də tədbirlər həyata
keçirilməkdədir. Komitə üzvləri bu sahədə problemlərin aradan qaldırılması üçün
müəyən təkliflər vermiş və ğbaş çəkmələr zamanı pis rəftarın və davranışın olub-
olmamasını öyrənməyə çalışmışdır.
•
Qüvvə tətbiqi hallarının olub olmaması. Cəzaların İcrası məcəlləsinə uyğun olaraq
cəza çəkmə müəssisələrində rejim qaydalarını pozaraq qalmaqal salan, və Məcəllənin
78.2. maddəsində nəzərdə tutulan əməlləri törədən məhkumlara qarşı qüvvə tətbiqi
hallarının olub-olması halları nəzarətdə saxlanılmış və bunula balı sənədlər nəzərdən
keçirilmişdir.
•
İşçi heyət üçün yaradılmış əmək şəraiti və işçilərin əmək və sosial hüquqlarının
təmin olunma vəziyyəti
Bütün baş çəkmələr zamanı Komitə üzvləri Cəza çəkmə müəssisələrinin işçilərinin əmək
şəraiti, xüsusi geyimlə təmin olunması və sosial təminatının vəziyyəti ilə maraqlanmış və
işçilərin sosial şəraitğinin yaxşılaşdırılması üçün təklif və tövsiyyələr vermişlər
İctimai Komitənin digər fəaliyyətləri
Veb səhifəsinin hazırlanması
İctimai Komitənin veb səhifəsi hazırlanmışdır. Veb səhifədə İctimai Komitə haqqında
məlumatlar, qanunvericilik aktlarının elektron versiyaları, İctimai Komitənin yığıncaqları,
Komitə üzvlərinin cəza çəkmə müəssisələrinə baş çəkmələrinə dair xəbərlər, aidiyyatı nəşrlərin
eldektron versiyaları, faydalı linklər yerləşdirilmişdir. Veb səhifə Azərbaycan və ingilis
dillərindədir. Veb səhifəsi vasitəsi ilə istənilən şəxs Komitəyə elektoron sorğu vermək və cavab
almaq imkanına malikdir. Gələcəkdə veb səhifənin daha çox resurslarla təmin olunması nəzərdə
tutulur.
(Veb səhifənin görüntüləri hesaata əlavə olunur)Veb səhifənin ünvanı:
Əfv fərmanlarinin icrasinda iştirak
İctimai Komitə üzvləri Azərbaycan Respublikası Prezidentinin imzaladığı əfv fərmanlarının
icrası prosesində iştirak etmişlər. Əfv fərmanlarının icrası ilə bağlı Penitensiar Xidmət tərəfindən
təşkil olunmuş bütün mərasimlərdə Komitə üzvləridə iştirak etmiş, məhkumlar qarşısında
çıxışlar eetmişlər.
Kiv-
lə və ictimaiyyətlə əlaqələr
İctimai Komitənin Kütləvi İnformasiya Vasitələri və ictimaiyyətlə əlaqələri təmin edilmişdir.
Komitənin bütün tədbirləri ilə bağlı, o cümlədən yığıncaqlar, Cəza çəkmə Müəssisələrinə baş
çəkmələrlə bağlı Kütləvi İnformasiya Vasitələrinə məlumatlar verilmişdir. Məlumatlar şifahi
şəkildə, həm də Press-relizlər vasitəsi ilə verilmişdir. Ölkənin bütün aparıcı mətbuat orqanları,
radio və tele kanalları Komitənin fəaliyyətini işıqlandırmışdır.....
Ərizə və şikayətlərə baxılması
İctimai Komitənin ünvanına, eləcə də ayrı-ayrı Komitə üzvlərinə məhkumlardan, onların ailə
üzv
lərindən, ictimai təşkilatlardan müraciətlər, şikayət və ərizələr daxil olmuşdur. Müraciət,
ərizə və şikayətlər həm yazılı, həm də şifahi (gəlməklə və ya telefonla) edilmişdir. Eyni zamanda
Komitə üzvləri cəza çəkmə müəssisələrində olarkən müraciətlər edilmişdir. Müraciətlərə, ərizə
və şikayətlərə Komitə tərəfindən aşağıdakı üsullardan istifadə etməklə baxılmışdır.
•
Şikayət edən məhkumla cəza çəkmə müəssisəsində bilavasitə görüşməklə şikayətin
araşdırılması və müvafiq tədbirlərin görülməsi yolu ilə;
•
Müraciət, ərizə və ya şikayətin Ədliyyə Nazirliyinin və ya Penitensiar Xidmətin müvafiq
strukturlarına istiqamətləndirilməsi və nəticənin izlənilməsi yolu ilə;
•
Ədliyyə Nazirliyinin və ya Penitensiar Xidmətin müvafiq vəzifəli şəxsi ilə telefon
vasitəsi ilə əlaqə saxlamaqla və ya görüşməklə.
Yazılı və şifahi müraciətlər, şikayət və ərizələr qeydə alınmışdır.
Tədqiqatlar və nəşrlər
İctimai Komitənin fəaliyyətinin bəzi istiqamətlərinin maliyyələşdirilməsi üçün donor təşkilatlara
layihələr təqdim edilmişdir. Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu tərəfindən Komitənin
fəaliyyətinin maliyyələşdirilməsi və müəyyən istiqamətlərdə tədqiqatların aparılması üçün vəsait
ayrılmışdır. Bu isə Komitəyə veb səhifəsini yaratmaqla yanaşı, həmçinin müəyyən analizlər və
tədqiqatlar aparmağa imkan vermişdir. Fəaliyyət dövründə Penitensiar sistemdə islahatlarrın
davam etdirilməsi üçün təklif və tövsiyələr hazırlanmış, qanunvericilik və normativ baza analiz
edilmiş və milli qanunvericiliyə uyğun olaraq monitorinq metodologiyası hazırlanaraq nəşr
olunmuşdur. İctimai Komitəyə dair məlumatlılığı artırmaq məqsədi ilə Azərbaycan və ingilis
dillərində bukletlər hazırlanaraq nəşr olunmuşdur (nüsxələr hesabata əlavə olunur).
NƏTİCƏLƏR
Azərbaycan Respublikası Ədliyyə Nazirinin 25 aprel 2006-cı il tarixli 4-T saylı əmri ilə təsdiq
olunmuş və 27 aprel 2006-cı il tarixində Dövlət qeydiyyatına alınmış “
Məhkumların islah
edilməsində ictimaiyyətin iştirakı və cəzanı icra edən müəssisələrin fəaliyyətinə ictimai
nəzarətin həyata keçirilməsi Qaydaları” əsasında fəaliyyət göstərən Məhkumların islah
edilməsində və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata
keçirilməsində ictimaiyyətin iştirakını təmin edən İctimai Komitənin iki tərkibi
fəaliyyətini başa çatdırmışdır. Hər iki tərkib ölkənin aparıcı hüquq müdafiə təşkilatlarının
rəhbərlərindən ibarət təşkil olunmuşdur. İctimai Komitənin tərkibi ictimai sektoru təmsil edən
ayrı-ayrı şəxslərin qaydalara uyğun olaraq yaradılmış Seçki Komissiyasına yazılı müraciətləri
əsasında seçki yolu ilə müəyyən olunmuşdur.
İctimai Komitə Penitensiar sistem üzərində ictimai nəzarətin təşkilində və ictimaiyyətin islah
proseslərində iştirakının təmin edilməsi üçün yaradılmış unikal bir qurumdur və təsadüfi deyildir
ki, belə bir qurum nəinki post sovet ölkələri, həmçinin Avropa üçün model rolunu
oynamaqdadır. Onun fəaliyyətini səmərəli edən ən mühüm amil Komitənin müstəqil olması,
Komitə üzvlərinin cəza çəkmə müəssisələrinə maneəsiz daxil olması, hesabatlarını birbaşa
Ədliyyə Nazirinə təqdim etməsi və Nazirliyin Komitə tərəfindən qaldırılan bütün məsələlərə
reaksiya verilməsi və nəticələrə dair Komitəni yazılı və şifahi şəkildə məlumatlandırmasıdır.
Fəaliyyət göstərdiyi dövrdə Komitə ilə Ədliyyə Nazirliyi və Penitensiar Xidmət arasında
əməkdaşlıq təşəkkül tapmış, problemlərin öyrənilməsi və aradan qaldırılması istiqamətində
müvafiq icra hakimiyyəti orqanı ilə ictimaiyyətin birgə fəaliyyət praktikası yaranmışdır.
Eyni zamanda vətəndaş cəmiyyəti strukturlarının Penitensiar sistem üzərində ictimai nəzarəti
həyata keçirmək istiqamətində bilik, bacarıq və praktikası artmışdır.
İctimai Komitənin fəaliyyəti həmçinin ölkənin Penitensiar sistemində həyata keçirilən
islahatların sürətlənməsinə və ictimaiyyətin bu islahatlarda iştirakına şərait yaramışdır.
İctimai Komitənin yaradılması və fəaliyyəti həm ölkə, həm də beynəlxalq və xarici ölkə
strukturlarının diqqətini cəlb etmişdir. Hazırda bəzi ölkələr Penitensiar sistem üzərində ictimai
nəzarətin təşkili üçün strukturlar formalaşdırarkən Azərbaycan təcrübəsindən istifadə edirlər.
İctimai Komitənin fəaliyyəti ölkədə insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində
həyata keçirilən fəaliyyətlərə müsbət təsir edir və hüquqi dövlət quruculuğuna öz tövhəsini
verir.
TÖVSİYYƏLƏR
1. İctimai Komitənin fəaliyyətini tənzimləyən “
Məhkumların islah edilməsində ictimaiyyətin
iştirakı və cəzanı icra edən müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi
Qaydaları”nın İctimai Komitənin fəaliyyət praktikasına uyğun olaraq qismən təkmilləşdirləmsi
(m
əsələn: fəaliyyətin koordinasiyası, Komitənin fəaliyyətinin təmin olunmasında Nazirliyin
iştirakı, Komitə üzvlərinin məsuliyyət dairəsinin genişləndirilməsi və s.);
Dostları ilə paylaş: |