MəİŞƏTDƏ enerjiYƏ QƏNAƏT



Yüklə 14,15 Kb.
tarix03.01.2023
ölçüsü14,15 Kb.
#78337
Enerji qənaəti


Enerji qənaəti günümüzdə çox aktual mövzudur.Son illərdə bərpa olunmayan enerji növlərinin(neft.qaz.və.s)tükənməyə doğru getməsi alimləri enerjidən qənaətli istifadə etməyə və yeni enerji növləri tapmaq üçün düşündürməyə məcbur edir.
MƏİŞƏTDƏ ENERJİYƏ QƏNAƏT
Məişətdə enerjiyə qənaət etmək üçün daha az sərfiyyat ilə işləyən avadanlıqlardan istifadə etmək lazımdır.məsələn

  1. Közərmə lampaları əvəzinə iqtisadi halogen, floresan və LED lampalardan istifadə edin. Ən səmərəli (və bahalı) LED-lərdir.

  2. Əvvəlki onilliklərdə istehsal olunan ev alətlərinin daha müasir yüksək enerjili sinif modelləri ilə əvəzlənməsi. Beləliklə, A enerji sinifinə aid bir paltaryuyan maşın (qurutma funksiyasız) bir yuma dövrü üçün 0,19 kWh-dan çox, F sinifi isə iki dəfə çox istehlak edir. Mətbəxdə ənənəvi elektrik sobaları əvəzinə induksiya ocaqlarının istifadəsi enerji istehlakını təxminən üçdə birini azalda bilər.

Binalarda istilik təchizatı zamanı sakinlər üçün komfort şəraitin yaradılması və normadan artıq qızdırılmamasınıda enerjiyə qənaətə aid etmək olar.bildiyimiz kimi yaşayış binaları üçün komfort tempratur 22-23 dərəcə selsi qəbul edillir.otağların normadan artıq qızdırılması əlavə enerji sərfiyyatı ilə yanaşı sağlamlıq üçündə mənfi təsir göstərir


Ümumilikdə binaların enerji effektivli olması şəhərin baş planı və binalar layihələndrilərkən planlaşdrılmalıdır.Günümüzdə olan binaların mütləq əksəriyyəti enerji effektivli binalar deyildir.tikililərin düzülüşü,verilmiş ərazidə küləyin istiqaməti və sürəti enerji sərfiyyatına başlıca təsir edən amillərdəndir.misal üçün 3-cü mərtəbədəki bina ilə 10-cu mərtəbədəki binanın evi qızdırmaq üçün enerji sərfiyyatı eyni deyildir.buna əsas kimi hündürlük artdıqca küləyin sürətinin həndəsi silsilə şəklində artmasıdır.küləklər nə qədər güclü olarsa binalardada küləyə görə istilik itkisi o qədər artır.binaların hansı cəhətdə olmasıda istilik itkisinə təsir edir.şimaldan küləyə görə istilik itkisi 10%-ə barabərdirsə bu rəqəm cənubda 0%ə bərabərdir.binaların xarici qoruyucu konstruksiyalarıda bu hissədə əhəmiyyətli rola malikdir.verilən ərazinin hesabat
Tempraturlarına əsasən konstruksiyaların düzgün hesabatı aparılmalı və buna uyğun izolyasiya qatının qalınlığı həmçinin daş və ya kərpicin neçə qatdan ibarət olması seçilməlidir.qapı və pəncərə konstruksiyalarının verilmiş lyamda(istilikötürmə yada istilikkeçirmə əmsalıdı) qiymətlərinin aşağı olması binalarda istilik itkilərini azaldır.ölkəmizdə istehsal edilən pəncərələrində bu əmsal 2.7-ə bərabərdirsə inkşaf etmiş avropa ölkələrində bu qiymət daha aşağıdır
Yüklə 14,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin