Microsoft Word Ümumi qanunvericilik docx



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
tarix22.01.2023
ölçüsü0,59 Mb.
#80071
Dovlət-Qullugu-Dovlət-dili-Movzu



136 
Azərbaycan Respublikasında dövlət dili haqqında 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 
Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz 
müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və 
inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli- 
mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. 
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan 
Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. 
I f ə s i l 
ÜMUMİ MÜDDƏALAR 
M a d d ə 1 . Dövlət dilinin hüquqi statusu 
1.1. Azərbaycan 
Respublikasının 
dövlət 
dili 
Azərbaycan 
Respublikası 
Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. Dövlət 
dilini bilmək hər bir Azərbaycan Respublikası vatəndaşının borcudur. 
1.2. Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili ölkənin siyasi, 
ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilir. 
1.3. Azərbaycan Respublikası dövlət dilinin işlənməsini, qorunmasını və inkişafını 
təmin edir. 
1.4. Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarəetmə 
orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında 
(ictimai birlik və fondlarda), həmkarlar təşkilatlarında, digər hüquqi şəxslərdə, onların 
nümayəndəliklərində və filiallarında, idarələrdə dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət bu 
Qanuna uyğun olaraq həyata keçirilir, o cümlədən kargüzarlıq işləri dövlət dilində aparılır. 
1.5. Dövlət dilinin tətbiqinin normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən 
müəyyən edilir. 
1.6. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla 
(və ya onların nümayəndəlikləri ilə) və xarici dövlətlərin diplomatik nümayəndəlikləri ilə 
yazışmalar Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq xarici dildə 
Azərbaycan dilinə tərcümə olunmaq şərtilə aparıla bilər. 


137 
M a d d ə 2 . Azərbaycan Respublikasında dövlət dili haqqında 
qanunvericilik 
Azərbaycan Respublikasında dövlət dili haqqında qanunvericilik Azərbaycan 
Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və 
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 
M a d d ə 3 . Dövlət dilinin işlənməsi, qorunması və inkişafı sahəsində 
dövlətin əsas vəzifələri 
3.1. Dövlət dilinin işlənməsi, qorunması və inkişafı sahəsində dövlətin əsas vəzifələri 
aşağıdakılardır: 
3.1.1. Azərbaycan Respublikası Konstitusiyasının və bu Qanunun taləblərinə uyğun 
olaraq dövlət dili ilə bağlı hüquq qaydalarının müəyyənləşdirilməsi; 
3.1.2. dövlət dilinin tətbiqi işinə, bu dilin işlənməsi və qorunması ilə bağlı 
qanunvericiliyin müddəalarına riayət olunmasının təmin edilməsi; 
3.1.3. dövlət dilinin inkişaf proqramının hazırlanması və dövlət büdcəsinin vəsaiti 
hesabına maliyyələşdirilməsinin təmin edilməsi; 
3.1.4. dövlət dilinin saflığının qorunması, dilçilik elminin nəzəriyyəsi və praktikasının 
inkişafı üçün müvafiq şəraitin yaradılması və tədbirlərin həyata keçirilməsi; 
3.1.5. dövlət dilinin işlənməsi üçün zəruri olan maddi bazanın yaradılması; 
3.1.6. xarici ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan dilində təhsil almalarına, 
bu dildən sərbəst istifadə etmələrinə köməklik göstərilməsi. 
I I f ə s i l 
DÖVLƏT DİLİNİN İŞLƏNMƏSİ, QORUNMASI VƏ İNKİŞAFI 
M a d d ə 4 . Dövlət dilinin rəsmi mərasimlərdə işlənməsi 
4.1. Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə 
orqanlarının, dövlət qurumlarının keçirdiyi bütün rəsmi mərasim və tədbirlər Azərbaycan 
Respublikasının dövlət dilində aparılır. 
4.2. Bu Qanunun 4.1-ci maddəsinin tələbləri Azərbaycan Respublikasının təşkil etdiyi 
beynəlxalq səviyyəli rəsmi mərasimlərə və tədbirlərə, habelə müvafiq icra hakimiyyəti 
orqanları tərəfindən digər ölkələrdə keçirilən hər hansı rəsmi mərasim və tədbirə şamil 
olunmur. 


138 
M a d d ə 5 . Dövlət dilinin təhsil sahəsində işlənməsi 
5.1. Azərbaycan Respublikasında təhsil dövlət dilində aparılır. 
5.2. Azərbaycan Respublikasında başqa dillərdə təhsil müəssisələrinin fəaliyyəti 
qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Belə müəssisələrdə dövlət 
dilinin tədrisi məcburidir. 
5.3. Azərbaycan Respublikasında ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul 
zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir. 
M a d d ə 6 . Dövlət dilinin televiziya və radio yayımlarında işlənməsi 
Mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində 
təsis edilən və fəaliyyət göstərən, dövlət dilində yayımlanan bütün televiziya və 
radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməli və səlis danışıq 
qabiliyyətinə malik olmalıdırlar. Televiziya və radio kanallarında dublyaj olunan 
filmlər və verilişlər dövlətin müəyyən etdiyi dil normalarına uyğun olmalıdır. 
M a d d ə 7 . Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda 
işlənməsi 
7.1. Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və 
elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət 
sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda
elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də 
istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu 
sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir. 
7.1-1. Reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində 
Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər. Bu halda xarici 
dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu 
sahədən kiçik olmalı və reklamın yerləşdiyi ümumi sahənin üçdə birindən çox olmamalıdır. Mətndə 
digər dillərdə ifadə olunan əmtəə nişanı və coğrafi göstərici müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən qeydə alındığı formadagöstərilməlidir . (Müvafiq icra hakimiyyəti orqanı dedikdə AR 
yaratdığı .... mülkiyyət agentliyi) 


139 
7.2. Azərbaycan Respublikasının ərazisində bütün xidmət sahələrində, reklam və 
elanlarda dövlət dili dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir. 
7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların 
üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də 
olmalıdır. 
7.4. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər 
və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, 
Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır. 
M a d d ə 8 . Dövlət dilinin xüsusi adlarda işlənməsi 
Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət 
dilində yazılır. Azərbaycan Respublikası vətəndaşlarının adları və soyadlarının 
dəyişdirilməsi müvafiq qanunvericiliklə tənzimlənir. 
M a d d ə 9 . İnzibati ərazi bölgüsü ilə əlaqədar dövlət dilindən istifadə 
"Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikası 
Qanununa uyğun olaraq Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünü təşkil edən 
inzibati ərazi vahidlərinin – şəhər, rayon, inzibati ərazi dairəsi, qəsəbə və kəndlərin adları 
dövlət dilində yazılmalıdır, onların dövlət dilinin normalarına uyğun olaraq yazılışı müvafiq 
qurum tərəfindən müəyyənləşdirilir. Bu maddədə göstərilən inzibati ərazi vahidlərinin 
adları dövlət dili ilə yanaşı xarici dillərdə də yazıla bilər. Belə olan halda inzibati ərazi 
vahidinin adı əvvəlcə dövlət dilində və ondan sonra xarici dildə verilməlidir. 
M a d d ə 1 0 . Coğrafi obyektlərin adlarında dövlət dilinin işlədilməsi 
10.1. Azərbaycan Respublikasında coğrafi obyektlərin adlarının dövlət dilinin 
normalarına uyğun olaraq yazılışı müvafiq qurum tərəfindən müəyyənləşdirilir. 
10.2. Azərbaycan coğrafi adlarının xarici dillərdə verilməsi Azərbaycan dilində 
səslənməsinə, coğrafi adların beynəlxalq yazılış qaydalarına uyğun olaraq müəyyən edilir. 


140 
M a d d ə 1 1 . Dövlət dilinin hüquq mühafizə orqanlarında, Silahlı 
Qüvvələrdə, notariat fəaliyyətində, inzibati icraatda, məhkəmə icraatında və 
inzibati xətalar üzrə icraatda işlənməsi 
11.1. Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarında Azərbaycan 
Respublikasının dövlət dili işlənir. Dövlət dilini bilməyən şəxslər qanunvericiliklə müəyyən 
edilmiş qaydada tərcüməçidən istifadə edə bilərlər. 
1 1.2. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, sərhəd qoşunlarında və 
daxili qoşunlarda, qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, dövlət dili 
işlənir. 
11.3. Azərbaycan Respublikasının notariat fəaliyyəti üzrə kargüzarlıq dövlət dilində 
aparılır. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq notariat 
hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə və ya notariat 
hərəkətinin hər hansı başqa dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində 
tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edə bilər və ya mətn 
tərcüməçi tərəfindən ona tərcümə edilə bilər. 
11.4. Konstitusiya Məhkəməsində icraat dövlət dilində aparılır. Konstitusiya 
Məhkəməsində baxılan işin iştirakçısı olan və icraatın aparıldığı dili bilməyən şəxslərə işin 
bütün materiallarının onların bildiyi dilə tərcüməsi və Konstitusiya Məhkəməsinin 
iclaslarında ana dilində çıxış etməsi təmin olunur. 
11.5. Azərbaycan Respublikası məhkəmələrində cinayət mühakimə icraatı dövlət 
dilində aparılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş 
hallarda və qaydada bütün növ məhkəmə icraatları digər dillərdə aparıla bilər. 
11.6. Azərbaycan Respublikası məhkəmələrində mülki işlər, inzibati və iqtisadi 
mübahisələr üzrə məhkəmə icraatı dövlət dilində aparılır. Azərbaycan Respublikası Mülki- 
Prosessual Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada bütün növ məhkəmə 
icraatları digər dillərdə aparıla bilər. 
11.7. Azərbaycan Respublikasında İnzibati xətalar üzrə icraat dövlət dilində aparılır. 
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və 
qaydada inzibati xətalar üzrə icraat digər dillərdə aparıla bilər. 
11.8. İnzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, 
habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən inzibati icraat 
dövlət dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır. İnzibati 
icraatda iştirak edən və icraatın aparıldığı dili bilməyən şəxslərə tərcüməçinin xidmətindən 
istifadə etmək hüququ izah və təmin edilir. 
M a d d ə 1 2 . Dövlət dilinin beynəlxalq yazışmalarda işlənməsi 


141 
12.1. Azərbaycan Respublikasının beynəlxalq yazışmaları dövlət dilində aparılır. Belə 
yazışmalar zəruri hallarda dövlət dili ilə yanaşı, müvafiq xarici dillərdən birində də 
aparıla bilər. 
12.2. Azərbaycan Respublikasının ikitərəfli beynəlxalq müqavilələri dövlət dilində də, 
çoxtərəfli beynəlxalq müqavilələr isə müqavilə bağlayan tərəflərin razılığı ilə müəyyən 
edilən dildə (dillərdə) tərtib olunmalıdır. 
12.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr (sazişlər və 
s.) və qoşulduğu beynəlxalq konvensiyalar (protokollar və s.) dövlət dilində nəşr
edilməlidir. 
M a d d ə 1 3 . Dövlət dilinin normaları 
13.1. Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normaları müvafiq icra hakimiyyəti 
orqanı tərəfindən təsdiq edilir. Hüquqi, fiziki və vəzifəli şəxslər həmin normalara əməl 
etməlidirlər. 
13.2. Müvafiq icra hakimiyyəti orqanı 5 ildə bir dəfədən az olmayaraq yazı dili 
normalarını təsbit edən lüğətin (orfoqrafiya lüğətinin) nəşr olunmasını təmin edir. 
M a d d ə 1 4 . Dövlət dilinin əlifbası 
Azərbaycan Respublikasının dövlət dilinin əlifbası latın qrafikalı Azərbaycan 
əlifbasıdır. 
M a d d ə 1 5 . Dövlət dilinin nəşriyyat işində işlənməsi 
15.1. Dövlət dilinin nəşriyyat işində işlənməsi Azərbaycan Respublikasının 
qanunvericiliyinə əsasən həyata keçirilir. 
15.2. Azərbaycan Respublikasında dövlət dilində nəşr olunan çap məhsulları latın 
qrafikalı Azərbaycan əlifbasında buraxılmalıdır. 
15.3. Azərbaycan yazı mədəniyyətinin tarixində mühüm rol oynamış ərəb və kiril 
əlifbalarından xüsusi hallarda (lüğətlərdə, elmi nəşrlərdə ədəbiyyat göstəricisi və s.)
istifadə edilə bilər. 
M a d d ə 1 6 . Dövlət dilinin vətəndaşların şəxsiyyətini təsdiq edən rəsmi 
və vahid nümunəli sənədlərdə işlədilməsi 


142 
16.1. Azərbaycan Respublikası vətəndaşlarının doğum və nikah haqqında 
şəhadətnamələri, şəxsiyyət vəsiqəsi, əmək kitabçası, hərbi bileti və yalnız, ölkə daxilində 
etibarlı sayılan digər rəsmi və vahid nümunəli sənədlər dövlət dilində tərtib edilir. 
16.2. Azərbaycan Respublikası vətəndaşlarının pasport və təhsil haqqında sənədləri, 
zəruri hallarda digər sənədləri dövlət dili ilə yanaşı xarici dillərdə də tərtib edilir. 
M a d d ə 
1 7 . Dövlət dilinin dövlət hakimiyyəti və yerli 
özünüidarəetmə 
orqanlarının, 
hüquqi 
şəxslərin, 
onların 
nümayəndəliklərinin və filiallarının, idarələrin adında işlədilməsi 
Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, 
hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adları Azərbaycan 
dilinin normalarına uyğun olaraq yazılır. Göstərilən təsisatların adını əks etdirən lövhələr, 
blanklar, möhürlər və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət 
dilində tərtib olunur. 
Ma d d ə 1 8 . Dövlət dilinin qorunması vəinkişafı 
18.1. Azərbaycan Respublikasında dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat 
aparmaq, bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş 
hüquqlarını məhdudlaşdırmağa cəhd etmək qadağandır. 
18.2. Azərbaycan Respublikasının ərazisindəki bütün kütləvi informasiya vasitələri 
(mətbuat, televiziya, radio və s.), kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar 
Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlər. 
I I I f ə s i l 
YEKUN MÜDDƏALARI 
M a d d ə 1 9 . Qanunun pozulmasına görə məsuliyyət 
Bu Qanun pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan Respublikasının 
qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 


143 
M a d d ə 2 0 . Qanunun qüvvəyə minməsi 
20.1. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir. 
20.2. Bu Qanun qüvvəyə mindiyi gündən "Azərbaycan Respublikasında dövlət dili 
haqqında" Azərbaycan Respublikasının 22 dekabr 1992-ci il tarixli 413 nömrəli Qanunu 
qüvvədən düşmüş hesab edilir. 
Heydər ƏLİYEV, 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 30 sentyabr 2002-ci il 
№ 365-IIQ 

Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin