MikroorqanizmləRDƏ qicqirma prosesi



Yüklə 21,02 Kb.
səhifə4/8
tarix02.01.2022
ölçüsü21,02 Kb.
#35912
1   2   3   4   5   6   7   8
qıcqırma prosesi

Yağ turşusuna qıcqırma.

Bu qıcqırma zamanı şəkərlər anaerob şəraitdə yağ turşusu bakteriyalarının iştirakı ilə parçalanaraq yağ turşusu, karbon qazı və hidrogen əmələ gətirir. Belə parçalanma tipik yağ turşusu qıcqırmasıdır. Prosesin biokimyəvi təbiəti 1851-ci ildə Paster tərəfində aydınlaşdırılmışdır.

C6H12O6 C4H8O2 + 2CO2 + 2H2 + 1 kkal.

Əsas məhsullarından əlavə,tipikqıcqırmadayağturşusuilə yanaşı digərikinci dərəcəli məhsullar: butilspirti, aseton, etilspirtivə s. alınır. Yağ turşusuna qıcqırma bakteriyaları Clostridium cinsinə aid olan hərəkətli, qram-müsbət çöplərdir (Şəkil ). Yağ turşusu bakteriyalarının inkişafı üçün optimal temperatur 30-40°C-dir. Yağ turşusuna qıcqırma neytral mühit reaksiyasında yaxşı gedir. Əgər qıcqırma turş mühitdə gedirsə, onda butil spirti və aseton toplanır. Bakteriyalar sadəşəkərlərdən başqa, mürəkkəb şəkərləri – dekstrin, nişasta, pektinli maddələr, qliserin və s. parçalaya bilirlər. Yağ turşusuna qıcqırma zamanı alınan yağ turşusu texnikada geniş istifadə olunur. Xoş iyi ilə fərqlənən onun mürəkkəb efirləri aromatik maddələr kimi qənnadı və parfümeriya sənayesində istifadə edilir. Məsələn, metil efiri alma iyi, etil efiri armud iyi verir.




Yüklə 21,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə