MMTX –də tibbi köçürmə mərhələləri və xəstələrin daşınma qaydaları.
Tibbi köçürmə mərhələsinin əsas mahiyyəti tibbi yardım tədbirlərinin ardıcıl və fasiləsiz yerinə yetirilməsidir.Fəlakətdən zərərçəkənlərə hadisə yerində həkiməqədərki yardım göstərildikdən sonra onların ilk həkim yardımı dəstələrinə köçürülməsi tibbi köçürmənin birinci mərhələsi adlanır.
Burada zərərçəkənlərə ümumi həkim yardımı göstərildikdən sonra onların ixtisaslı həkim yardımı üçün xəstəxana bazalarına göndərilməsi isə tibbi köçürmənin ikinci mərhələsi hesab edilir.
Fövqəladə hal və bədbəxt hadisələr zamanı mülki əhalinin öhdəsinə düşən işlərdən biri də zərərçəkənlərin bir yerdən başqa yerə daşınmasıdır. Zərərçəkəni düşdüyü vəziyyətdən xilas edərkən təmkinli, ehtiyatlı hərəkət etmək lazımdır.Zərərçəkəni bir nəfər tərəfindən
arxadan xəstəyə dayaq durmaqla, qoltuqları altından keçirilmiş əllərlə, xəstənin dirsəkdə bükülmüş saidindən tutaraq irəli addımlamasına kömək etmək;
qolunu öz boynuna aşıraraq başqa qolunu xəstənin kürəyindən qoltuğu altına keçirməklə ayaq üstə aparmaq;
iki əllərini yardım göstərənin boynundan çarpazlamış xəstənin kürək və dizlərialtından tutaraq, qucaqda aparmaq;
arxasında daşımaqla;
çiyinlərdə daşınması: xəstə qarnıüstə başı və ayaqları aşağı sallanmaqla yardım göstərənin boynundan aşırılır, yardım göstərən onun qolu və ayaqlarını öndə çarpazlayaraq,bir əli ilə tutur;
xəstəni ədyal, xalça, palto və s. üzərinə uzadaraq sürümək və s. ola bilər.
Zərərçəkəni iki nəfərlə daşımaq üçün 2-3-4 əldən düzəldilmiş qıfılbənd, boyundan aşırılmış enli qayış, xəstəni oturtmaq üçün stul,ağac, ədyal və s. istifadə etmək olar.
Xərəklə xəstəni 2 və ya 4 nəfərin köməyilə açılmış qollar , ya çiyinlər üzərində daşımaq olar.Bu zaman imkan daxilində , baş öndə getməlidir ki, arxadan yapışan sanitar onun üzünü görə və əhvalındakı dəyişikliklərə nəzarət edə bilsin.Çalışmaq lazımdır ki, xəstənin başı nisbətən hündür olsun.Qanitirmə, bayılma, hipotoniya və s. təhlükəsi olan hallarda isə başı aşağı vəziyyət vermək olar.
Baş zədəliləri yanı, yaxud arxası üstə uzanmış, başı azca hündür; onurğası zədəlilər hamar sərt xərək,taxta üzərində arxasıüstə daşımaq olar.Üzü yuxarı uzanmış xəstənin onurğasının zədələnmiş hissəsinin altına yastıq, səliqəli qatlanmış paltar,ən yaxşısı isə soyuq su doldurulmus buz qovuğu,butul qoymaq ağrıları və əlavə zədələnmə ehtimalını azaldır.Döş qəfəsinin bütün patologiyalarında xəstənin arxasına nəsə dayayaraq, yarımoturaq vəziyyət verilməsi lazımdır.Qarın boşluğu patologiyalarında yanı , yaxud arxasıüstə, başı azca hündür uzanmış, ayaqları bükülərək qarnına yığılmış vəziyyət və qarına soyuq qoyulması məsləhətdir.
Dostları ilə paylaş: |