KEÇİD
Mifik-FANTASTİK ROMAN
Elnur (Şükürov Elnur Kəramət oğlu)
O,20 il öncəki-uşaqkən baxdığı gözləriylə göy üzünə baxıb gülümsündü, dünənki yağışdan sonra üfüq boyu uzanan zəmidən cörək ətri gəlirdi. Sünbüllər təzim edircəsinə başlarnı yumşaq torpağa əymişdilər.Onu dayandığı söyüd ağacının altından köhnə fermaya qədər üc yüz on addım məsafə ayırırdı.Bunu dəfələrlə ölçüb dəqiqləşdirmişdi.O,fermaya yaxınlaşdıqca geriyə dönüb baxmaq istəmirdi, arxaya çevrilməklə bir anda tərk etdiyi əbədi tənhalığa məhkum ağacın yalqızlığının günahını əyani görməkdən xəyalən belə ürpənirdi.O ağacı zəminin yaxınlığında tək-tənha qoyub getmişdi.Köhnə fermanın girişində dayandı. Paslı qapının bıçaq itiliyində cırıltısı qulaqlarını cingillətdi. Hələ ki,hava acılmamışdı. O,tövlənin qapısını ustufca açınca peyin qoxusuna qarışan dərman iyi nəfəsinə doldu.Bu xüsusi qoxu onu elə də narahat etmədi. İçəri keçib inəkləri saxlamaq ücün iki tərəfdən cərgəylə düzülən aralıqların ortasından- “dəhlizdən” kecərək tövlənin o biri başından cıxdı, yaxınlıqdakı təpəyə qalxdı.Qəsəbədəki evlərin gur işıqları ayaqlarının altına qədər uzanırdı, ona elə gəlirdi ki, təpədən aşağı addım atınca ayaqları evlərin dam örtüklərinə toxunacaq, mavi alov kimi parıldayan aya doğru evlərin üstüylə irəliləyə biləcək.Yavaş-yavaş göy üzü aydınlaşırdı,ulduzlar biri-birnin ardınca qeyb olurdular.Otları əzə-əzə təpəylə üzü aşağı sürüşməyə başladı.Qışda beləcə çox sürüşmüşdü.Qəsəbə sakinlərinin düzəltdiyi taxta çəpərlərə çataçatda müvazinətini saxlamaq ücün arxası üstə üzandı və dayandı.Çəpər boyu irəliləyib maşınların açıb-cızdığı cığırla yola çıxdı,dünənki yağışın yaratdığı yumşaqlığı ayaqlarının altında, addımladıqca bütün varlığıyla hiss eləyirdi.Ona elə gəlirdi ki,torpaq rezin kimidi, yerimir, torpaq onu atıb-tutur.Qəsəbəyə doğru uzanan yol üzümlüyün içindən keçirdi, yamyaşıl üzüm tənəkləri cərgə-cərgə təpəliklər boyu uzanırdı.O,üzüm tənəklərinin cərgəsini özündən kiçik bacısının saçlarına oxşadırdı. Bacısı saçlarını üzüm tənəkləri kimi çərgə-çərgə hörürdü. Qəsəbəyə çatanda qəsəbə gecə yuxusundan ayılmışdı.Atası qollarını çirmələyib ot tayasını maşından yabayla yerə boşaldırdı. Atası cins parçadan tikilmiş mavi rəngi soluxan şalvar, islaq ot-ələfə, dana nəcisinə bulaşan rezin çəkmə geymişdi. O,orta boyluydu, daraqsız cod saclarını da elə bil kimsə qarışdırmışdı. Üzündəki çapıq sol qulağının altından üzünü yararaq burnunun ucuna qədər uzanırdı.Qalın qaşlarının altındakı qəhvəyi gözlərində həyat eşqi parıldayırdı.Gözünün altındakı qırışlar bir-birinə qarışmışdı.O,oğlunu təmkinli baxışlarla süzdü.Başını aşağı salıb yenə heç nə olmamış kimi öz işinə davam elədi.O,maşının soyuq tutacağından yapışıb bir təkanla yuxarı, maşına qalxdı.
-Ata, əl vurma,mən hamısını yerbəyer eləyəcəm,indi uşaqlar da gələrlər,özünü darıxdırma, bu dəqiqə hamısnı yerbəyer eləyərik.
Atası susdu.Uzun- uzadı üfüqdən boylanan narıncı günəşin şüalarının solmuş zəmi üzərində necə gəzişdiynə baxıb gülümsündü, bu gülümsəmədə soyuq,təbi,içdən gəlməyən nəsə vardı,bəlkə də atası yaşadığı həyatdan,gündəlik ağır zəhmətdən,bitib-tükənməyən qayğılardan,işlərdən, bütün bu fermanın yükünü öz ciyinlərində daşımaqdan yorulmuşdu.Daş heykəl kimi səssiz dayanmışdı. Arvadının basdırıldığı qəbristanlığa sarı baxdı.Qəbristanlığın səliqəli dəmir çəpərlərinin bir qırağında sərdabəyə oxşayan kicik tikilinin üzərində böyük xac yerləşdirilmişdi.
***
Əlindəki qara dəftərçəyə qeydlər eləyən həkim, əslində, hipnoz altındakı keçmiş hərbçinin yaddaşının bərpasına tibbi testlə kömək göstərirdi.Qarabağ müharbəsində yaddaşını itirən bu huşsuz,həm də onun doğmaca xalası oğluydu.Həkim qarşısndakı çarpayıda itirilmiş xatirələr girdabında vurnuxan xalası oğluna baxdı.Onu tər basmışdı,üzünün rəngi bozarmışdı.
-Yəqin,yazıq çox əziyyət çəkir,- düşündü,- gərək ona kömək edim..
-Mən üçə kimi geriyə sayacam, gözlərini açarsan.
-Oldu.
-Üç,iki,bir-aç gözlərini.
O, gözlərini açanda uzandığı çarpayının yanında əynində qəhvəyi köynək, qara rəngli cins şalvar, başı dazlaşmış, gözündə eynək birisinin kitab şkafının yanındakı kresloda əyləşərək siqaret yandırdığını gördü.Alışqanın alovu ona hindu qəbilələrinin odun ətrafında fırlana-fırlana rəqs etmələrini xatırladırdı.Başı çox ağrıyırdı.Həkim soruşdu:
-Özünü necə hiss edirsən?
-Başım çox ağrıyır.
-Yavaş-yavaş yerindən qalx.Bəs indi necəsən?
-Bir az başım ağrıyır.Sizi haradansa tanıyıram...siz mənim xalam oğluna oxşayırsınız.
-Yaxşı ki,məni tanıdın.Fikirləşirdim ki,belə hipnozdan sonra məni çətinliklə tanıyarsan. Niyə belə yerdə qalırsan? Qaldığın yer çox iyrəncdir,sağlamlığına da fikir vermirsən.İstəyərdim ki,mənim yanımda qalasan.Özün bilirsən, mənim evim genişdir, yanımda qala bilərsən,hə,nə deyirsən, gəl gedək, köç bizə.İndi, bu dəqiqə yığış...
-Mənim sənin köməyinə ehtiyacım yoxdur.
-Onun məni köməyinə ehtiyaçı yoxdur,-deyərək ağzını- gözünü eybəçər formaya salan xalaoğlu səsini,sözünü də əydi:
-De görüm nə vaxt,axrıncı dəfə maddi sıxıntıların sənə yüklədiyi problemləri unudub öz həyatın haqda fikirləşmisən. Axırınçı dəfə nə vaxt qarın dolusu çörək yemisən,nə vaxt bir qızla görüşə çıxmısan? Yəqin ki,heç vaxt.De görüm, bir tikə çörək tapmaqdan başqa bu dünyada nəsə haqda heç düşünmüsən?
Əslində, bu sualları xalaoğlu özünə,həm də hamıya hayqırırdı.
-Məni boş-boş sözlərlə təhqir eləyə bilməzsən?-bunu deyərək, O-K ayağa qalxdı.Onun tərləmiş və günəşin ilk şualarında parıldayan bədənindən qürur və əzəmət tökülürdü. Xalası oğlu bir anlıq elə düşündü ki,K-nın həqiqətən dərisinin altında qabararaq burulmuş əzələləri dəmirdəndir. K heç nə demədən arxasını xalası oğluna çevirib siqaret çəkməyə başladı.
-Yəqin ki, mənim getməyimi istəyirsən.Yaxşı, mən gedirəm,verdiyim dərmanaları atmağı unutma,-xalası oğlu dedi.
O da cavab verdi:”Yaxşı.”
Həkim otaqdan cıxdı.K isə siqaretini pəncərənin qırağında söndürüb kötüyü elə ordaca qoyulan dibçəyin içinə soxdu.Yenidən çarpayıya uzandı. Çarpayısı çöx köhnə idi. Döşəklərin ikisini bir-birinin üstünə qoymuşdu ki, yumşaq olsun, uzananda çarpayı cırıldayırdı.Saat üçə kimi çarpayıda hərəkətsis qaldı, mürgülədi,uyudu, yoxsa oyaqdı,özü də kəsdirə bilmədi.
Saat üçdə yerindən qalxdı.Otağın köhnə döşəməsində ehtiyatla gəzişirdi,barmağının ucunda-balirinaya dönmüşdü. Qorxurdu ki, indi, bu dəqiqə kiminsə başına düşəcək.O,coxdan,tarixini unutduğu uzun illərin alatoranında bu şəhərdən çıxıb getmişdi. Həm də bu şəhərdə yaşayırdı.Pəncərənin qarşısında dayandı.Pəncərənin çərçivəsi qapqaraydı.Pəncərənin qarşısında dayanıb siqaret çəkməyi çox sevirdi.Çəkdiyi siqaretləri bir-bir pəncərənin çərçivəsinə basıb söndürdüyündən pəncərənin qıraqları göz-göz olmuşdu.Əynini geyindi, havaya çıxanda havadan asılan şaxtayla toqquşdu.Yaxınlıqdakı kafeyə girdi.Kafe onun kirayə qaldığı evin önündəki binanın altında yerləşirdi.İçərsi səliqəli,təmiz görünürdü. Ətraf səssiz idi.Hava şaxtalı olduğundan içəridə və bayırda heç kim yoxdu. Xidmətçi qızlardan başqa kimsə gözə dəymirdi. Qızlar qara düyməli uzunqol ağ köynək geymişdilər.Bu geyim onlara yaraşırdı.Bu qızların arasında birini gözü tutmuşdu.Ondan xoşu gəlirdi,qız da bunu hiss etmişdi,amma özünü o yerə qoymurdu.Qızın qulluq etdiyi stolda əyləşdi ki, qız ona yaxınlaşıb yenə qulluq etsin.Həmin qızın yerinə başqa xidmətci qız ona yaxınlaşdı.Fikirləşdi ki,bir az gözləsin, bəlkə həmin qız gəldi,ola bilsin, işdən çıxarıblar,işə gecikib,bəlkə də xəstələnib,hər şey ola bilərdi.Amma bir şeydən qəti əmindi.Onu görməyəndə yamanca darıxırdı, həyat ona darıxdırcı və acı gəlirdi.
Sifariş verdi:
-Mənə “Big Burger”, bir də qaymaqlı vanilli isti kakao gətirin.
-Yaxşı,- dedi xidmətçi.Aralanmaq istəyincə əlavə elədi.
-Bir dəqiqə, xanım, bura qulluq edən qız bilmirsiz haradadır?
-Bu sizin nəyinizə lazımdır?
-Elə- belə soruşdum, mənə həmişə o qulluq edirdi.İndisə yoxdur.
-Xəstələnib,bu gün olmayacaq.
-Oldu, cox sağ olun.
Daha sual vermək istəmirdi.Bunun heç bir mənası yoxdu.Ürəyində özünün də anlamadığı bir soyuqluq, nisgil vardı.Kafedən qayıdanda yaxınlıqdakı super marketə girdi. Böyük rəflərin arasından kecib içkilər qoyulan tərəfə yaxınlaşdı. Adamın içini üşüdəcək mavi rəngli işıq yandırılmışdı. Satıcı oğlan qayğıyla soruşdu:
-Sizə necə kömək edə bilərəm?
-Sağ olun, cavan oğlan.İşıqlarınızın rəngi maviləşib,deyəsən?
-İşıqları deyirsiz...-cavan oğlan öz-özünə söylənircəsinə ,-onlar köməkçi işıqlardır, həmişə yandırılmır.Adi vaxtlarda normal işıqdan istifadə edirik.
Oğlan,nədənsə,dilxordu, yoldaşları tərəfindən axmaq vəziyyətə salınan yeniyetmə kimi ondan uzaqlaşdı.O,özünə bir şüşə şərab,siqaret və toyuq aldı.Yemək bişirməyin xəstəsiydi.Bu iş ona hədsiz zövq verirdi.
O,toyuğu qazana qoydu.Yaş əllərini quruladı.Ekranın qarşısında əyləşdi.Hava yavaş-yavaş qaralmağa başlayırdı.Bütün gününü bittə-bittə,bir-bir beynində saf–çürük edirdi, yaşadığı günü geriyə fırlatmağa çalışırdı.Səhər yeməyindən sonra xalası oğlu gəlmişdi,ondan sonra kafeyə getmişdi,kafedən çıxıb parkda boş-bekar gəzişmişdi, sonra mavi işıqlı marketdən toyuq və şərab almışdı, bir az da meyvə...
On ilə yaxındı müharibə qurtarmışdı.Üç ilə yaxındı ordudan tərxis edilmişdi.Bədənindəki ağrıları susdurmaqdan ötrü ağrıkəsiciyə pulu çatmırdı,vaxt ötdükcə ağrıları qocalırdı, “deyingən” olurdu.Qırx yaşındaydı, ömrünün ən gözəl illərini əvvəlcə Əfqanıstan,sonra da Qarabağ müharibəsinə qurban vermişdi.Əvəzində həmişə ağrıyan xəstə bədən,səs-küynən, gürültüynən dolu baş və 90 manatlıq “sağ ol”.Bir də, özü demişkən “Sağ olsunlar ki,iki otaqlı mənzil veriblər.”
Bunlar öz yerində, borcu xirtdəyəcən yığılmışdı.Yorulmuşdu. Canını qurban vermiş kapitan hansısa layəqətsizin- pul almaqdan və verməkdən başqa hec nə bilməyən maşının təkərləri altında əzilməli, xıncım-xıncım olmalı, yaşaya-yaşaya heç nəyə çevrilməliydi. Alverçi dəstədən başqa işıq pulu,qaz pulu,su pulu yığan hamısı xorla qışqırırdı: “Qazını kəsəcəm! Suyunu kəsəcəm!İşığını kəsəcəm!”. O da bilmirdi xarabasından hara getsin.Paltar alıb geysə, yemək ala bilmirdi, yemək yesəydi,paltar ala bilmirdi.Sadəcə olaraq, yorulmuşdu.Yenə də özünə,yalandan da olsa,təsəlli verməyə calışırdı,hər şey yaxşı olacaq, hər şey düzələr və bu təsəllilərin də mənasızlığını bilirdi.Yaşamaq ücün təsəlli... Televizorda müğənni ona bağışlanan evdən(bu ev onun dördüncü eviydi)qardrob kimi istsifadə edəcəyindən danışırdı.”Namus” verilişini aparırdı.Rəsmi beş dəfə ərə gedib, üç ailə dağıdıb, müğənnilikdən çox internetdəki çılpaq görünüşləriylə şöhrətlənən bu müğənninin bayrağı geyinib seksual səslə himn oxuması onun yeddi arxa dönənini yandırırdı.O,acı-acı güldü. Müharibənin odundan-alavondan keçdiyi günləri xatırladı.Döyüşün qızğın vaxtlarında yeni il axşamlarını yadına salırdı.Yan-yörəsində parlayan,işıq saçan nə varsa, hamısını fişəng partlamalarına oxşadırdı.Amma o işıqla bu işığın arasındakı fərqi bilirdi.O, hec vaxt bu qoxunu yadından çıxara bilmirdi,gül qoxlayanda da burnuna barıt qoxusu gəlirdi.Hərdənbir özü-özünə “hayıf” deyirdi. Televizorun qarşısından qalxdı,mətbəxə kecdi,bıçaqla toyuğun qalın,ətli yerlərində dərin şırımlar açdı ki,yaxşı bişsin, üzərinə duz və qırmızı istiotla qarışdırlmış xama sürtdü.Klassik müsiqinin sədaları altında toyuğu hazırlamağa başladı.O,müsiqini həmin andaca tanımışdı, Bethovenin “Ay sonatası”. Bir iş görərkən həmişə müsiqi dinləyirdi.Özünə bununla təsəlli verməyə çalışırdı,müsiqi onun içini rahatladır, əsəblərini sakitləşdirirdi,ağrıkəsici rolunu oynayırdı.Bilirdi ki, yeməyə hörmətnən yanaşmaq lazımdı,ona nə qədər hörmətlə yanaşsan,yemək bir o qədər ləzəttli olacaq. Yenidən pəncərənin qarşısında dayandı.Ulduzlar aydın səmada yay gecəlirindəki kimi parlayırdı. Siqaretini pəncərənin çərçivəsinə basıb söndürdü.Yenə də televizoru açdı,“İzdivac” proqramı gedirdi.Televizora tüpürməkdən özünü zorla saxladı,-“Qoluboy” köpəkoğlu,- acıqla, sıxılmaş səslə pıçıldadı.Zəhləsi gedirdi belə proqramlardan. Televizoru “Zibil qutusu” adalanadırırdı.“Zibil qutusunu” söndürdü.Yeməyin ətri yavaş-yavaş otağa yayaılmağa başlamışdı.İçinə iştahla yeyəcəyi toyuğun qoxusuyla gözəl duyğular dolurdu.Bir qadınla sevişmək istəyi birdən-birə beyninə girdi.Əslində, bu,onun beynindəydi.Xidmətçi qız yadına düşmüşdü.Onun yumşaq saçlarını barmaqlarının arasından keçirə-keçirə öpüşə həsrət dodaqlarını dodaqlarıyla qovuşdurub doyunca əmərdi.Beyni qarışdı.Ağlı bir anlıq dayandı,işləmədi.Ona elə gəlirdiki, içində bu qıza qeyri-adi, özünün də analamadığı ehtiras,tutqu var.Ya da bu tutquya özünü inanadırmışdı, fərqi nəydi? Öz düşünücəsini əsaslandırdı.Fərqi yoxdur, əsas odur ki, mən o qıza qarşı nə isə hiss edirəm.Bunu dəyişdirmək iqtidaraında da deyiləm.O,hərdən özünə belə təəccüb edirdi, bu qədər əzab-əziyyətdən,zülmdən sonra yenə də ayaqda qalmasına təəccüblənirdi.Bəlkə də optimist düşüncəsinə borcluydu.Yaşamağını,müharibədən qayıtmağını da ona borcluydu ,təbi ki,cəsarəti cox böyük rol oynamışdı.İnam,cəsarət və ölməkdən qorxmaq hissi onu yaşatmışdı.Bunların vəhdəti,qarışığı harmoniyadaydı,bir-birnin içinə kecmişdi.Toyuğu səliqəylə doğradı,stolun yanına iki stul qoydu.Qarşı- qarşıya qoyulmuş stulun birində əyləşdi.Və açdığı süfrədən yemək çəkdi,cörək götürdü,bir tikəsini qarşısındakı boşqabın yanına,bir tikəsini isə öz qabağına cəkdi.Toyuqdan qopardığı tikələri aramla ağzına qoyub qarşısındakı boş stula müraciətlə,-Əzizm,- dedi,-yeməyin soyuyur, niyə çörək yemirsən?
Bir anlıq dayandı,həyat kadrı dondu.Bıçaq kimi beynini nəsə kəsdi.Başında dözülməz ağrı hiss elədi.Hönkür-hönkür ağlamağa başladı.Göz yaşları yanağından süzülərək bişirdiyi toyuğun üstünə damcılayırdı.O, sakitcə yerindən qalxdı.Ani hərəkətlə qarşısındakı stolu vurub aşırtdı,boşqablar,şərab şüşəsi,yemək ətrafa səpələndi.Onun əlləri titrəyirdi,titrək əlləriylə siqaretini alışdırdı. Acı tüstünün daxilində necə yayıldığını bütün varlığıyla, gözünü yumaraq hiss edirdi.Yavaş-yavaş duyğularının əriyib yox olduğunu bilirdi.Bir az da belə getsəydi, belə davam etsəydi,həyat tərzində dəyişiklik olmasaydı,bəlkə də tam dəli olardı.Yox olmaq istəyirdi,ölmək, insanların arasından çıxıb getmək, uzaqlara, onu heç kimin tanımadığı bir yerə.Yerində uzandı.Qonşu otaqdakı kirayənişin evdə yox idi.Səsi gəlmirdi.Burda yaşayan kirəkeşləri danışdırmazdı.Əslində, kirəkeşlər ondan gen gəzməyə çalışar, ondan qorxardılar.Onun üzü sərtdi,üzündəki “şram” onu çox qorxunc göstərirdi.Əfqanıstan müharibəsindən yadigarı özüylə daşımadaydı.Pulu olsayadı, birinci növbədə üzünü kosmetik əməliyyat elətdirərdi.Siqaret barmaqlarının ucuna qədər külləndi,yerə düşdü.Beyni gizildəyirdi.Beyninin içində elə bil kimsə zəng calırdı.Ağır-ağır göz qapaqlarını qaldırdı.Telefondu, gecənin gecə vaxtı hansı dəlidir görəsən?
Yataqdan qalxmadan çarpayısının yanından keçən telefon şunurundan yapışb telefonu özünə tərəf sürüdü.Dəstəyi qulağına söykədi:
-Alo, alo.Bəli, eşidirəm .
-Tovariş kapitan,eto ya.
Beynində fişəng atıldı,partlayış baş verdi.Sevincdən gözləri parıladaı:
-İt oğlu it, səsin gəlsin!
-Da, Tovariş kapitan ,bu gün görüşə bilərik?
-Haradasan ?
-Evinizin aşağısında,-Saşa bu sözləri deyəndə onun beyninin mühavizə sistemi işə düşdü. “O nə vaxt, necə mənim evimi, ünüvanımı tapıb?”
On ildən sonra məni axatarıb-tapıb, on ildən sonra mən onun nəyinə lazım olmuşam? O,yerindən pişik cəldliyilə tullandı, pərdəni araladı.Saşa doğrudan da aşağıdaydı.Tapançasını şkafın rəfindən götürdü.Paltosunu geyinib aşağı düşdü. Qar aram-aram deyil, sürətlə yağırdı.O,qollarını Saşanın iri gövdəsinə doladı.
-Necəsən,pis görünmürsən,-yarı rusca soruşdu.
-Da, Tovariş kapitan ,həyatdı da, narmalno.
Saşa özü kimi pəzəvəngin birini ona göstərdi.
Bu Andreydi, mənim dostumdur ,səndən danışdım ona,səni görmək istəyir, maşına da əyləşə bilərik?
-Yaxşı.
Onlar” BMW “-markalı qara rəngli maşına əyləşdilər.Maşının şüşələri də qapqaraydı.İçəridə şişman rus sürücü əyləşmişdi, üzü- gözü çopur-çopurdu.Kapitanın yanıqdan başı çıxırdı.Onun üzünə kimsə kislata atmışdı.Bunların elə- belə adamlar olmadığnı bilirdi.Burda nəsə bir iş vardı.
-Gəl açıq danışaq Saşa, özün də bilirsən, mən yalanı sevmirəm.Necə illərdən sonra məni axtarmağının səbəbi nədir?,-soruşdu.
-Bir iş var.Bir adam var,bizim başçımzdı,o idarə edir,ya dolayı, ya da bir başqa yolla.Onun oğlunu öldürüblər.Səndən o adama danışmışam. Artıq bu işi araşdıran dörd nəfəri də öldürüblər.
-Bunun mənimlə nə əlaqəsi var?
-Başçı onu öldürən adamı sənin tapmağını istəyir.İşdə cox böyük pullar var.Başçı mütəxəssis axtarır, qatili diri istəyir.
-Məndən onu tapıb zərərsizləşdirməyi istəyir...
-Əgər razılıq versən... bu işin dönüşü yoxdur.Bir yerə gedəcəyik,şəhərdə bəzi adamlardan başqa hec kim bu yerin harada olduğunu bilmir.Səni ora aparacağıq, əlbəttə, istəsən.Razılığını burda verməlisən.Cinayət və dəlillər haqqında biz də hec nə bilmirik, onun özündən başqa heç kəs heç nə bilmir.Nə deyirsən?
Yanındakı adam kəlmə də kəsmədi,elə bil laldı.İri başını maşının şüşəsinə söykəyib qaranlıq şəhəri seyr edirdi.
-Ödəniş nə qədərdir?
-Beşyüz min,bir şərtlə, onu diri gətirməlisən.
O,bundan qəti əmin idi ki, onun hec yerdən cıxışı yoxdur, yalnız bu işi ustalıqla bacarır.Onu da dəqiq bilirdi ki, labirintin içinə girəcək.
-Yaxşı, razıyam.
-Jinqo, davay,davay diviqıy zadniçam.
O,qarın nəhəng ağ ayı kimi bu qaranlıq şəhəri necə sürətlə ağuşuna aldığına baxırdı.Ətrafda nə vardısa, qar tozunun içində itib-batmışdı.Ona elə gəlirdi ki,bayırda qar yağmır, əzilməmiş duza bənzər nəsə göydən tökülür.Dənəciklərin maşının şüşəsinə necə yapışdığına baxdıqca uşaq vaxtı saatlarca atası tərəfindən döyülüb küçəyə atılarkən keçirdiyi hissləri yaşadı.Bir soyuqluq,ümidsizlik başından basırdı.Dəli bir yalnızlıq çökmüşdü içinə, bəlkə də bu anda it və yaxud canavara dönsəydi, bu dəqiqə uzun- uzadı ulayardı.Amma bir tərəfdən də sevinirdi, işlər yaxşı getsəydi, düz beş yüz minə qovuşardı.Onda bütün həyatını dəyişəcəkdi. İşlər düz getməyə bilərdi,onu haradasa öldürə bilərdilər,hansısa bir küncdə gəbərdərdilər.Bəs sonra? Sonrası yox idi.Çox ehtiyatlı olmalıydı, bütün öyrəndiklərinin bəhrəsini görəcəkdi.Əfqanıstanda necəydisə,indi də elə. Maşının içində hec kim kəlmə belə kəsməsə də hamı rahibin dualarını dinləyən günühkarlar kimi günahlarının bağışlanmasını gözləyirdi.Maşın qırmzı işığa boyanan dar küçənin girəcəyində dayandı.Qırmızı işıq altında qar dənəcikləri süni daş-qaşlar kimi solğun, küskün halda parıldayırdı.Qapı karvansara girişinə bənzəyirdi,burda mistik qədimlik sərgilənirdi.Qapının yuxarısı ücbücaq formasında olsa da aşağısı dördbucaq şəklindəydi.Qapının üstünə gümüşdən hazırlanan böyük xaç həkk olunmuşdu.Buralardan keçən hər kəsdən buranı soruşsan,o da heç düşünmədən kiçik bir kilsə olduğunu deyərdi.
Onlar üçü də maşından çıxdılar.Sürücü isə maşında qaldı.Azğın qar dənəcikləri həyasız ağcaqanadlartək gözlərinin içinə dolurdu.Saşa kilsə qapısının qarşısında dayanıb teleqraf göndərən radistlər kimi qapını döydü.Onun barmaqlarının ucu donmuşdu, heç nə hiss eləmirdi.On-on beş dəqiqə də burda qalsaydılar,tamam donacaqdılar.Qapı açıldı.Qapını Saşaya oxşayan bir pəzəvəng açdı.Saşa başıyla salam verdi və onlar içəri keçdilər,başdan-başa qırmızı xalıyla döşənən dəhlizlə qarşılaşdılar.Saşa və onları müşayiət eləyən Andrey ayaqqabılarını çıxarıb səliqəylə dəhlizin küncündəki ayaqqabı şkafına qoydular.Onlar bunu çox sakitcə, gündəlik həyati tələbat kimi yerinə yetirdilər.
Saşa,-Тoвариш Капитан,- deyərək baxışlarıyla onun ayaqqabılarına işarə elədi.
Kapitan ayaqqabılarını çıxarıb şkafa qoydu.Bir əlində ağ dəsmal, bir əlində ətirşah tutan,səliqəylə geyinən sısqa,sağ üzünə şəkil döyülən birisi onlara yaxınlaşdı.O,başıyla Saşanın salamını aldı.Üzü şəkilli adam, deyəsən, xidmətçiydi, ya da xidmətçilərin böyüyü. Yanındakı,özü kimi geyinmiş cavan rus oğlan gətirdiyi tərlikləri onların ayağına keçirdi.
-Gedək,-üzü şəkilli adam dedi.
Onlar dəhlizin sonunacan gəldilər.Dəhlizin sonundakı yeganə qapının qarşısında dayandılar.Üzü şəkilli adam onların əlinə ətirşah tökdü.
-Əllərinizi ovuşdurun.
Xoş qoxu bütün dəhlizə yayıldı.
O, yeganə qapını acıb,-içəri kecin,-pıçıldadı. Onlar hər üçü içəri girdilər.İçəridə gözləmə zalına oxşar nəsə vardı.Otaq başdan–başa ağappaqdı;stullar, stollar,kreslolar,otaqda nə vardısa,hamısı.Bu ağlıq onun fikrini dondurdu.
-Siz oturun burda Saşayla Andreyə işarə elədi.
Kapitan bilirdi ki,bu adam kimdisə,ciddi qayda-qanunları sevir.Hərbi təfəkkürlü adama bənzəyirdi, həm də nəsə başqa sənətə qeyri-adi marağı olan adam təsiri də bağışlayırdı,tələsik qərat vermək axamaqlıq olardı.Bu isə onun prinsiplərinə uyğun deyildi.Ağ qapıdan içəri keçdi.Onun gözlədiyinin əksinə iş otağına girmədi,bir az tutuldu.Çünki iş otağına heç oxşamayan başqa otağın içindəydi.Otaq İtalya dizaynerləri tərəfindən bəzədilmişdi.Otağın ortasında kiçik jurnal stolu,yanında isə iki kreslo qoyulmuşdu.Kresloların üstü timsah dərisindəndi,qolluqları isə fil sümyündən düzəldilmişdi.Otağın dörd tərəfi də böyük kitab şkaflarıyla ahatəyə alınmışdı.
-İnsan ömrü çatmaz buradakı kitabları oxuyub qurtarmağa,- ürəyində mızıldandı.
Mətbəxdəki səs,-Gündə üç saat bu kitabların birini oxumağa başlasan,düz beş il on üç günə qurtararsan.Mətbəxə gəl,-dedi. Mətbəx görünməz şüşəsinin arxasındaydı. Onun səsində qəddar bir sakitlik vardı.Kapitan mətbəxə keçdi.Əlindəki mətbəx bıçağıyla göy soğan doğrayan uzun bir adamın qarşısında dayndı.Əynindəki xalatın yaxası açılmışdı,sinəsinin ağarmış tüklərinin altında Leninin, Stalinin, Marksın döyülən şəkilləri görünürdü.
O, salamsız-kəlamsız,girişsiz söhbətə başladı.
-Fikirləşdiyimdən də fərqlisən,amma məni zərrəcə narahat etmir.
-Görünüş çox vaxt aldadıcı olur.
-Həyatın ləzzəti də bundadır.Gəlin mənə kömək edin, birgə yemək bişirək. Öncə əllərinizi yuyun,sonra əlcəkləri əlinizə keçirin.
Kapitan onun dediklərini itaətkarcasına yerinə yetirdi.
-Mən çox inanamaq istərdim ki,sən mənim düşündüyüm adamsan.Bir sözümə qəti cavab ver,sənə verəcəyim beş yüz minin təsiriylə birlikdə yemək bişirməyə razılıq verdin,yoxsa əksinə,sadəcə bunu özün istədin?
-Yemək bişirməkdən xoşum gəlir.
-Sualıma cavab vermədin.Mən nə xoşlayıb-xoşlamadığını soruşmadım.Suala düzgün cavab ver,hazırda yemək bişirmək istəyrsən, yoxsa bunu alacağın beş yüz minə görə...
Bıçağı əlində o yana-bu yana oynatdı, bu da “sözü fırlatma” deməkdi.
-Bəli, mən alacağım beş yüz minə görə bu boyda yolu gəldim,bəli, mən ona görə burdayam, bəli, bir də bəli,ona görə yemək hazırlayıram ki,sizdən beş yüz mini alım.
-Bax belə,mənim xoşuma gəlməyə başladın.Dünyada neçə milyard adam var, bilirsən? Heç onu bilirsən ki,bu adamların doxsan faizi heç nəyə yaramır?
-Adam öldürməyə?
-Yox, onu demirəm, bu böyük sınaq olardı.Neçə adam tanıyırsansa,yumşaq, qarlı havada bulvarda gəzməyə dəvət elə,bir şərtlə ,pulun, vəzifən olduğunu bilməsinlər, sizinkilər belə şeylərə həddən artıq həssasdılar,əgər bir nəfər razılıq versə, deməli, şanslısan və sözlərimi geriyə götürməyə hazıram.Sən yalan danışmağı bacarmırsan.Çox yaxşı,çox yaxşı...Toyuğun üzərini yaxşı-yaxşı istiotla,o qabdan duz götür,-arıq, uzun barmaqlarıyla narıncı qabı göstərdi.
Kapitan dəmir barmaqlarını ehmalca toyuğun üzərində gəzdirirdi.
-Sənin əvvəllər də yemək bişirdiyini,buna xüsusi əhəmiyyət verdiyini dəqiqləşdirdim.Barmaqlarının çox güclü olmasına baxmayaraq yeməklə incə davranırsan. Dünyada iki cür insan var;yaradıcılar və istifadəçilər.İdarə oluna bilməyənlərin ehtiyaclarını ödəyirik. Tənbəl və bacarıqsız sürü məcbur eləyib ki, biz əli çomaqlı çoban olaq.Bu sürü bir şeyi kəşf eləyib;çobanları və çomağı.Onlar otlamaq istəyir,otlaq sahələri tapmalıyıq, çomaq da, guya, qayda-qanun yaradır.Qalan nə varsa, hamısı bunun üstündə qurulub.Mən bu səhnəni belə təsəvvür edirəm, fikirləş ki,sənin çoxlu itin var.Və sən bir əlində dəyənək, bir əlində sümük tutmusan, bu itlər çox yırtıcıdılar.Onlar quduranda sən nə edirsən?
-Onları öldürürəm.
-Olmaz ki..onda nağıl bitər.İt nə vaxt qudurur?
-Acanda.
- Bəli, acanda.Həm də yalı artıq düşəndə, bunu heç vaxt unutma.
-Onlara sümük atıram.Onlar həmişə sümüyə möhtacdılar.
-Bəli, sümük atırsız, az miqdarda, onları nə ac, nə də tox saxlayırsız, amma həmişə sümüyə baxan vəziyyətdə qalırlar, doyunca sümükdən dadmaq arzusuyla alışıb-yanırlar,həmişə sümüyü düşünürlər,yuxularında da sümük görürlər.Dəyənəyi unutmursuz, aralarında cox səs-küy salan, ulayan olursa, onu kötəkləiyirsiz ki, səsini kəssin.Səsini kəsməsə,başqalarından bir az artıq sümük təklif edirsiz,onu da istəməsə,o iti öldürürsüz.Belələri ən çətin idarə olunanlardır.Çünki onlar başqaları kimi deyil,sürüyə başqa otlaqları nişan verir,daha bilmir ki, bütün otlaqların sahibi var,məndən böyük çobab,çomağı da bütün otlaqlara çatan birisi.Eləsi də qarşına çıxa bilir ki,sümüyü və dəyənəyi ələ kecirmək haqqında xəyallara dalır.Sizi güclü eləyən aclıq duyğusunun idarəsinin sizin əlinizdə olmasıdır.Bəli, aclıq.Burda hər cür aclıqdan söhbət gedir.Bu, hakimiyyət deməkdir, qalan hisslər isə bomboşdur.
-Sizin dediyniz Ali məqsəd hakimiyyətdir.
-Bəli, hakimiyyət.Bəli, ən qatı cinayətkarlar,diktatorlar,müqəddəslər,-gülüşləri sözlərini müşayiət eləyir,-bu ilahi hissin qurbanıdılar.Bizləri biz eləyən bu hissdir.Hec kim tanrı olmaqdan imtina etməz, məni bir az da olsa, başa düşürsənmi?
-Toyuğun üzərini kəsiklər ataq ki, bişəndə yaxşı qızarsın,- sözü dəyişmək istədi,bu mövzu onun tanımadığı şəhər kimiydi.Bıçaqla toyuğun ətli yerlərini kəsdi.
- Üzünüzdəki kəsik barədə mənə danış.Necə olub? Mən də sizə barmağımdakı üzüyün tarixindən danışacam.
Yaşlı olmasına baxmayaraq ona “qoca” demək olmazdı,cox qıvraqdı.Toyuğu qazın gözünə yerləşdirib. Mətbəxdən otağa keçdi.
-Əyləşin kresloda,- ona yer göstərdi.Kapitan tərəddüd içində kresloda əyləşdi.
-Əynimi dəyişib gəlirəm, barmaqlarım bulaşıb.
“Nə zibilə düşmüşəm, bu adam kimdisə, ya cox dəli, ya da çox ağıllıdı”. Fikrindən keçənlərdən diksindi, fikrini oxuya bilərdi.Bu adamın seçilmlşlərin seçilmişi olması onu qorxudurdu.Boğazınacan zibilə batmışdı.Bu yolun çıxışı yox idi.Sadəcə ona biçilmiş ömrü ssenari üzrə yaşamalıydı.Başqa heç nə edə bilməzdi.Yaşamalıydı, nəyin bahasına olursa olsun yaşamaq üçün qarşısına kim çıxardısa,hamısını öldürməliydi.Yaşamaq üçün öldürməliydi,ona bunu öyrətmişdilər.Dünyada bacardığı ən yaxşı işlərdən biri bu idi.O,yırtıcı doğulmuşdu.
Qocalmayan qoca qayıdanda əynində dümağ pencək,qara şalvar vardı,bu geyim ona çox yaraşırdı.Əlindəkini kapitana uzatdı.
-Burda oğlumla və onun dostlarıyla bağlı hər şey var.Bu giriş kartıdır, bu kartın sayəsində istənilən yerə girib-çıxa bilərsən.Sizin üçün sakit yer ayırmışam ki,axtarışlarını davam etdirə biləsən, hec nədən korluğun olmayacaq.Mənə üzündəki “şramdan” danış.
-Mən bu barədə danışmaq istəmirəm.
-Sizi heç nəyə məcbur etmək fikrim yoxdur.Danışmaq istəmirsənsə, danışma. Qorxularından qaçma, onlara qollarını aç.Onda əsil səadətə qovuşacaqsan.Amma burda bir məqam var,ya dəli olacaqsan,ya da tam əksinə, materiya, zaman və məkan anlayışları öləcək.İnsanların qəlblərinin dərinliklərində gizlətdiyi,qorxularının gün işığnaçıxmağının şahidi olacaqsan.Qorxularnı görəndə onları da çıl-çılpaq görəcəksən.İndi gedə bilərsən, mən itlərimi yemləməliyəm.
O,qocanı bir daha görmək istəmirdi.Otaqdan çölə çıxdı.Saşayla Andrey harasa getmişdilər.Gözləmə zalında üzü çopur şişman sürücü oturmuşdu.
-Sizi qalacağınız yerə aparmalıyam.
Onlar çölə çıxanda qar kəsmişdi.
-Yaxşı ki, bu qar kəsdi.
-Elədir.Əşyalarımı götürməli,evimlə sağollaşmalıyam.
-Oldu.
Maşın Big Bosun(Böyük Bos) qaldığı yerdən ana yola tərəf buruldu.Dan yeri yavaş-yavaş ağarırdı.Mavi səmanın boşluğunda uçuşan qarğalar öz bədbin görüntülərini qaranlıqdan işığa cıxan şəhərin üzərinə tökürdülər.Şəhər yavaş-yavaş qəflət yuxusundan ayılırdı.Camaaat dizə çıxan qarda bata-bata gündəlik həyatlarını keçindirmək harasa tələsirdilər.Maşın ağır-ağır irəliləyirdi.Donmuş qar yolu dənizin üzü kimi gömgöy göyərtmişdi.Şəhərdə ölü sükutu hökm sürürdü.Ona elə gəlirdi ki,burda yaşayan insanlar getdikcə robotlaşırlar.Onlar nəsə qeyri-şüuri məxluqa çevrilirdilər.Gündəlik həyat prinsiplərindən qırağa çıxmaqdan qorxan kütlə edam olunacağı günü gözləyən məhkumlar kimi dar ağacına doğru irəliləyirdilər.Şəhərin mənzərəsi onun beynində belə formalaşmışdı. Sürücü maşını qaldığı evin qarşısında saxladı,buna, əslində, ev demək olmazdı.Burası üç-dörd ailənin qala biləcəyi köhnə mexmanxana tipli kommunal binaydı.Suvaq cox yerdə tökülmüşdü,divarı suvamadan əhəngləmişdiilər.
Kapitan əşyalarını götürmək üçün ikinci mərtəbəyə doğru uzanan don vurmuş pillərlə üzü yuxarı qalxdı.Qonşudakı Qarı pillələrin yuxarsında, ikinci mərtəbənin dəhlizinin başlanğıcında dayanmışdı,onun əyri-üyrü kölgəsi Kapitanın ayaq barmaqlarının ucuna qədər uzanırdı.Kapitana elə gəlirdi ki, qarının kölgəsi də özü kimi xəsisdir,bu kölgə uzanmaqda belə xəsislik edir.O, qarının kölgəsini tapdalayaraq üzü yuxarı qalxmağa başladı.Qarının yanına çatanda dayandı.Onun gözləri miskin bir aclığın hökümüranlığı altındayadı.Kapitan pulları ona uzatdı. Qarı ağzını açıb nəsə demək istəyirdi.Kəlmələr boğazının ucunda ilişib qaldı..
-Mən gedirəm.
-Niyə?
-Elə-belə...
Kapitan qara rəngli maşına əyləşib ordan uzaqlaşdı. Qarının pəncərənin önündəki kölgəsi maşın gözdən itənə qədər onu izlədi.
Onlar evə çatanda ev sükutun qar qəfəsində uyuyurdu, iki mərtəbəli,həyətində köhnə hovuz,xudmani bir yerdi.Evin dörd tərəfini lümlüt çinar ağacları mühasirəyə almışdı. Kapitan maşından düşəndən sonra daxilində boşluq hiss etdi.Bu soyuqluğun bayırdakı şaxtayla hec bir əlaqəsi yoxdu.Müharibədə əziz dostları ölərkən ona yalvarış dolu baxışlarla baxdıqlarında ölümün bumbuz cərəyanı bütün bədəninə yayılıb şüuruna hakim kəsilirdi.İndi bu hissləri niyə keçirdiyni anlamadı.Amma burda nəsə vardı.O,bu hissi elə-belə keçirməzdi,hökmən nəsə vardı,özünə yaxşı bələddi.Onun hələlik bilmədiyi nələrsə baş vermişdi.
- Sizə şef köməkçisinin vizit kartını verəcəm,nə probleminiz olsa,onunla əlaqə saxlayın.Mən getməliyəm,-sürücü dedi.
-Yaxşı, get, bu yaxınlarda harada mağaza və yaxud kafe var?
-Hündür ağacların arasıyla uzanan cığırla iki yüz metrə yaxın gedərsən, balaca bir təpənin üstünə çıx, ordan üzü aşağı düşən kimi balaca qəsəbə var,nə istəsən ala bilərsən.
-Yaxşı,sağ ol.
Kapitan cibindəki paslı açarla qapını açınca qocalmış qapı ağır cırıltyla acıldı.O,günün istisindən, qışın soyuğundan bomboz bozarmış qapıya baxdı,ona yazığı gəldi.O,içəri girdi.Təzə evini tanımaq üçün əşyalarını evin girişində ilk gözünə sataşan dəmir stolun üstünə qoydu.Üzü yuxaraı uzanan pilləkənlərə gözucu belə baxmadı.Pillələr və ayaq səsləri onun xatirəsini incidirdi.Pilləkənlərlə bağlı acı xatirələrindən qurtula bilmirdi. Mətbəxə doğru uzanan upuzun dəhlizə baxdı.Dəhlizin qurtaracağında pəncərədə şəkil kimi görünən,başını aşağı salan söyüd ağacına baxdı.Qış günəşi söyüdün donmuş yarpaqları arasından şualarını dəhlizə soxmuşdu, dəhlizdə qaranlıqla kölgə biri-birinə qarışmışdı.Evdəki əşyaların kölgələri də bu şəhərdə yaşayan insanların kölgələri kimi əyri-üyrü,əzik-üzükdü.Bəlkə də günəş şualarının zəifləməsi qaranlığın onun üzərində hökmüranlığına gətirib çıxarmışdı.O, mətbəxə keçdi.Çox acmışdı, bəlkə bir şey tapıb yesə,özünə gəlib işə başlayardı.Amma mətbəx bomboşdu.Mətbəxə qazan, bir- iki stəkan və balaca radio qoyulmuşdu.Radionun üzərində baramaq izi sezilirdi.O, doşəmənin üstündə atılıb-düşdü,döşəmə çox möhkəmdi.Döşəmədən qalxan toz burnunu qıcıqlandırdı.İçərini silib-təmizləmək lazımıydı.Mətbəxa çatmadan dəhlizin ortasına yaxın böyük portretlə üzbəüz qapı vardı.O, mətbəxdən çıxıb otağa keçdi, otaqdakı döşəməyə boyalar tökülmüşdü.Ona elə gəldi ki, burda dəli bir rəssam şəkil çəkən zaman boyaları ətrafa dağıtmışdı.Əşyalarını dəmir stolun üstünə qoyduğunu xatırladı.Otaqdan çıxıb dəhliz boyu irəliləyərək əşyalarına yaxınlaşdı.Şefin ona verdiyi bükülüdən iki yüz dollar çıxarıb cibnə qoydu.Çölə çıxdı.Yaxşı ki, qar yağmırdı,amma sümüyə işləyən şaxtalı külək əsirdi.O,sürətlə hündür çinar ağaclarının arasından keçib cığırla addımlamağa başladı.Qəsəbəyə çatmışdı, qəsəbə çox sakit və qayğısız görünürdü.Yol boyu biri- birinin ardınca düzülən qəsəbələrin heç birindən fərqlənmirdi.O, qarşısına çıxan ilk adamdan ərzaq dükanının harada olduğunu soruşdu.Yaşlı adam qalın qaşlarının altında hiyləgərlik yağan tülkü gözləriylə təcübblə baxdı.Uzun illərdən bəri tanıdığı bir adam kimi,--Siz sağsınız,inana bilmirəm,-dedi və atılıb-düşməyə başladı,-Özünüzü onlardan qoruyun, onlar sizin arxanızca gələcəklər.
Qocanın sözlərindən fikri qarışdı:
-Kim gələcək,dəlisən sən?
-Onlar,rəngli qaniçənlər.
Bunu deyəndən sonra qocanın üzünün ifadəsi dəyişdi,sevincdən bağrı çatlayan adamlar kimi vəhşi-vəhşi gülməyə başladı.Tullana–tullana əcaib şəkildə rəqs elədi, qıvrılmağa başladı.
-Dəlinin biri,dəli-deyinə-deyinə,acıqlı gülüşlə qəsbədə R&M löhvəsi vurulan mağazaya daxil oldu.İçəri səssizdi,qu desən qulaq tutulardı.Vitrinlərin arasında tör-töküntülü,yazıq insanlar vurnuxurdu.Yaşadıqları ömrün hər saniyəsində təhqir olunub alçaldıqları açıq-aşkar oxunurdu.Bu insanlar qorxa-qorxa, sıxıla-sıxıla nimdaş paltarlarıyla kölkə kimi gəzişirdilər. Onların burda nə işləri vardı?
Bu mağazadan nə ala bilərdilər ki? Sadəcə mədələrinin ulayan canavarını öldürmək ücün yalandan da olsa burda gəzişirdilər.Bəlkə də qışın soyuğundan qorunmaq üçün müvəqqəti, bir hovur dincəlməyə gəlmişdilər, burasını dəqiq bilmirdi və belə mövzular onun beynini niyə məşğul etdiyni də anlamırdı. Vitrinlərin arasında dolaşmağa başladı, axşama nə bişirəcəyini düşündü.Quru yemək almalıydı. Ən əsası da əla bir rus arağı, iki stəkan.Stəkanları niyə məhz iki dənə aldığını başa düşmədi.Bəlkə də kiminləsə içməyə ehtiyacı vardı.Qardaşcasına, dostcasına biriylə səmimi söhbətə,üzünə baxıb gülümsəməyə möhtac qalmışdı.Bəlkə də bir qadın istəyirdi, ruhu yorulmuşdu yalnızlıqdan. Onu başa düşən,təbii gözəlliyinə xələl gəlməyən bir qadın.Yalnızlığın gətirdiyi inamsızlıqdan qurtulmaq istəyirdi.Sadəcə yorulmuşdu.Onun artıq pulu vardı,istənilən yerdə istənilən həyatı yaşıya bilərdi.İşi qurtardıqdan sonra daha çox pulu olacaqdı.İndi istəsəydi istənilən yerdən ev, maşın, nə istəsə, ala bilərdi.Özünə söz vermişdi ki,bu işi qurtaran kimi evlənəcək,bir yuva, ev-eşik sahibi olacaqdı.Əllərinin qanını yuyacaqdı.Birdəfəlik bu həyatdan əlini üzəcəkdi. İllərdi qandan, müharibədən, yalvarışlı çığırtılardan, ümidsizlikdən, yalnızlıqdan, yazıqlıqdan yorulmuşdu.Ömrünün qırx ilini küləyə sovurmuşdu, dəli küləklərin ağuşuna atmışdı.Bütün həyatını dəyişdirəcəkdi.
-Nə qədər eləyir?
O, satıcı qızın gözlərinə baxdı.Onun gözləri bulanmış və qızarmışdı.Onun gözlərində limanda uzun-uzadı sevgilisini gözləyənlərin həsrəti donmuşdu.
-İyirmi üç manat.
Pulu qıza uzatdı. Qız pulu alanda onların barmaqları bir-birinə toxundu.Yenə qızın gözlərinə baxdı,bu gözlərdə süni bir istək parladı.Bu istəyin aniliyini hər ikisi bilirdi.
-Sağ ol,-Kapitan dilləndi.
-Sağ olun,-yenə də gəlin.
Özünü köhnə çarpayının üstündə, soyuqdan büzüşmüş halda tapdı.Yuxudan birtəhər ayıldı.Yuxu onu saqqız kimi özünə cəkib yapışdırmaq istəyir, o isə bu yuxudan və başının ağrısından qurtulmaq ücün çabalayrdı.Çabaladıqca da beyninin içi ağrıyırdı.Gözlərini açdı.Beyni donmuşdu.Başında küt ağrı vardı, ona elə gəlirdi ki, beyninin içinə qurğuşun doldurub ağırlaşdırıblar.Qaranlıqda sobanın solğun işığında qapının harada olduğunu gördü. O,otaqdan çıxdı, donmuşdu,amma əyninə bir şey geymədi,baş ağrısından qurtulmaq üçün mətbəxə sarı addımladı.Stəkandakı suyu səhrada susuzluqdan yananlar təki başına çəkdi.Düz dörd stəkan su içdi. Mətbəx pəncərəsindən süzülən Ay işığı soyuq şuasıyla onu sığallayırdı.Pəncərənin qabağındakı siqareti yandırıb sümürdü, acı tüstünü yanğıyla içinə çəkdi.Dostlarını yada saldı.Şair ruhlu bir əsgər vardı,axşamın qəribliyində mahnı oxuyar,gitara çalardı.O da siqaretdən qüllab vura-vura onun həyat dolu səsinə qulaq asırdı.Onun səsinin ruhu yaşamağa, mübarizə aparmağa, ölümün pəncəsindən qurtulmağa kömək edirdi.Bir gün həmin səsin sahibi birdən-birə yoxa çıxdı, nə qədər axtardılarsa da tapa bilmədilər.Ağıla gələn ilk versiyanı düşündülər; bəlkə də qaçıb? Əsgərlər onu özlərindən zəif sayırdılar.Ya da dözməyib,özünü öldürüb? Hər nə desən, mümkündü.Xəbər çatanda onu dimdik saxlayan inamının necə ayağının altında əriyib yoxa çıxdığını hiss elədi.Onun yerinə soyuq, mənasız qaranlığın, zülmətdən yoğrulmuş qara dəliyin ruhunu içinə çəkdiyni yaşadı.Atası rəhmətə gedəndə də həmin hissi yaşamışdı.Sadəcə bu sözlər dodaqlarından çıxmışdı:
-Axırımız çatıb.
Onun qaçmadığına qəti əmindi.Haqqında cox şey bilirdi.
Əsgərlərin çox hörmət etdikləri, ölümə belə həmişə hazır birini kim öldürə bilərdi ki?
-Bağışla məni, səni qoruya bilmədim.
Şair ruhli əsgəri,itkin düşəndən üc gün sonra,balaca bir quyunun icndə tikə-tikə doğranmış halda tapdılar.Əsgərlərin çoxu ağlayırdı,əsgərlərdən biri dedi:
-Düşmənləri darmadağın edəcəm.
O günün səhəri qızğın döyüş oldu.Üzündəki çapıq da həmin döyüşdən yadigardı.
Siqaretini pəncərənin qırağında söndürdü,adəti üzrə.Yuxusu ərşə çəkilmişdi,işığı yandırdı.Dümağ bəyazlığın içində uyuyan gecə necə də ecazkar görünürdü.Ayın işığı, qarın bəyazlığı,uca cinar ağaclarının arasından qəsəbəyə doğru uzanan yol,təpəciklər, balaca körpü,qəsəbədəki evlərin balaca pəncərələrindən yayılan odun sobasının işıqları bir-birinə qarışmışdı.Səhərə az qalırdı.Qışın qəflət yuxusundan ayılan qəsəbə sakinləri yuxulu gözlərini ovuşdura-ovuşdura günün gətirəcəyi maddi sıxıntılar haqda fikirləşməyə başladılar.Biri dedi:
-Sabah da açılmır.
O biri də çavab verdi:
-Günəş kimin üzünə doğsun, sabah kimin üzünə açılsın?
Ayağa qalxıb mübarizə aparmaq lazım idi.Onun üçünsə dəyişən heç nə yoxdu.Həyətdə sürücü gözləyirdi.Çantadan bərk-bərk yapışmışdı,içində bütün həyatı,gələcəyi, Big bosun oğlunun ölümüylə bağlı bütün dəlillər bu qovluqdaydı.
-Gedək?
-Sür gedək.
Qara BMW yerindən götürüldü.
- Мы должны пойти похороны в Вашу церемонию.
-Пуст будет так.
Yollar qar içində boğulurdu.Böyük maşınlar yolları qardan qurtarmaq ücün var gücləriylə əlləşirdilər.Bütün şəhərin üzərinə düman çökmüşdü.Parklar,mağazalar,otellər, yerüstü və yeraltı fahişəxanalar hamısı dumana bürünmüşdü.O, dumanın hardan gəldiyini bilmirdi.Amma bu dumanda nəsə ətürpədici qorxu, yalan acgözlüyü vardı.Elə bil kimsə onun əlindən-qolundan yapışıb hərəkət eləməyə qoymurdu.Məzarlığa doğru uzanan yolun qıraqlarında əli dəyənəklilər düzülmüşdü.Hərbçilər aftomatlarını,polislər dəyənəklərini sərgiləyirdilər.Onlar acgözlük və vəhşilik yağan gözlərini günahkarların-başını əyib qəbristanlığa doğru axışan kütlənin üzərinə zilləmişdilər.İzdiham ağır-ağır qəbristanlığa doğru qara arx kimi axırdı. Üstünə atılan qərənfillərdən tabut görünməz olmuşdu. Hamı bir ağıza döndü və qışqırdı:
-Eşq olsun sənə, Eşq olsun sənə!Yenə doğulacaqsan!
-Qəbristanlığa bu qədər adamın gələcəyini təsəvvür belə etməzdim,-dedi.
Cavab gəldi:
-Onu camaat cox sevirdi, Big bosun oğlu hamıya əlindən gələn köməyi göstərirdi.O, buralar üçün nəhəng sayıla biləcək bir şirkətin başcısıydı.Bu şirkətdən qazandığı pullarla evsizlərə ev tikdirdi, sənətin və sənət adamlarının dostuydu.Onlar üçün binalar,uşaqları ücün bağçalar tikdirərdi.
-Belə bir adamı kim öldürmək istəyərdi ki?-təbi sual ağzından çıxdı.
-Şeytanın yer üzündəki kölgəsi,-qəti cavab gəldi.
Araya dərə sukutu çökdü. Şişman sürücü maşını qəbristanlığın iyirmi-otuz metrliyində saxlayıb pıçıldadı:
-Biz bu tərfdən gedəcəyik, kütləyə qarışma,onlar qəbristanlığa ümümi qapıdan yox, xususi qapıdan yaxınlaşdılar.
Kapitan qapının ağzında növbə tutmuş əsgərləri tanıdı.Onların da bəziləri onu tanıdılar.Onlardan biri xususi təyinatlıydı,o biri isə əks kəşfiyyatda işləyirdi.Onların burda nə işləri vardı.Yəqin, onlar da kapitanı tanımışdılar, gözlərindən oxunurdu.
-Sənədlərinizi, zəhmət olmasa...
Kapitan sinəsindəki giriş kartını göstərdi.
-Keçin.
Onlar dəmir hasara alınmış üstü örtülü yolla irəliləməyə başladılar.Bu cərgədə kimi istəyirsən tapmaq mümkündü; siyasətcilər,qatillər,iş pozanlar,xalq artistləri,hemoseksuallar,xarici ölkə kəşfiyyatına işləyən yalancılar, yalancı dindarlar,xususi labaratoriyada işləyənlər,həkimlər və s.Kapitan yüzə-yüz əmindi ki, qatil bu insanların arasındadı,kimdisə, böyük güc sahibidir,bəlkə də onunla birlikdə addımlayır.Kütlə bu adamları yasda da alqışlayırdı.Kapitan diqqətlə baxanda bəzilərinin əl çalmadığını gördü,onlar dəmir hasarın içində addımlayanlara nifrətlə baxırdılar.Soyuq hava insanları əldən salmışdı.Big bosun gözləri yaşarmışdı, amma ağlamırdı, daş heykəl kimiydi.Ətrafındakılar isə hönkür-hönkür ağlaşırdılar.Burda nəsə yerində deyildi.Bütün qəbrisanlıq kütlənin istilasına məruz qalmışdı.Zamanın qaraltdığı başdaşlarının üstünü örtmüş qar günəş şualarının ilk təmasındaca əriyərək üzü torpağa süzülürdü.Qəbirstanlıq kapitanda xatırlamaq istəmədiyi hadisələri yenidən canlandırdığından yas yerlərinə getmək istəməzdi.
Big bosun yanında hıçqırığından ürəyi partlayan iyrmi doqquz- otuz yaşlarında bir xanım durmuşdu,onun ağlayışlarının içindəki ağrıdan sızdığını acıq-aydın hiss etmək olurdu.Kapitan Big bosun yanındakı xanımın qolunu necə sıxdığını, xanım da qolunu onun əlindən hirslə cəkdiyni gördü.Bu qadın kim idisə Big bossdan xoşu gəlməyən, nifrət etmək cəsarətini özündə tapan birisiydi.Bu qadın görəsən kimdi? Kapitanın ani marağı özünü də qorxutdu.Onlar qəbirstanlıqdan çıxanda qadın və iki mühafizəçinin qəbristanlıqda qaldığının da fərqindəydi.Qadın gəlməmişdi.O, qəbrin yanında dayanmışdı.Qəbirstanlıqdan çıxanda Big boss başıyla Kapitanı salamladı.Big Bossun yanında dayanan xidmətçilərdən biri ona yaxınlaşıb,-Big boss sizi axşam yeməyinə dəvət eləyir.Sürücü sizi axşam saat yeddidə evinizdən gəlib götürəcək,-pıçıldadı.
-Oldu,-cavabından sonra qolundakı saata baxdı.Saat ona qalırdı.
-Gedək sizi evinizə aparım.
-Mənim görəcəyim işlər var.Bir az piyada gəzmək istəyirəm,
saat yeddiyə qalmış mənə zəng vurarsız.
-Yaxşı.
Kapitan qabristanlığa uzanan yolun cox səliqəylə təmizləndiyi, yol sürüşgən olmasın deyə qum töküldüyünə fikir verməmişdi. Qar kəsən kimi günün batmasıyla gələn qara tüstüyə oxşar duman peyda oldu.Qara duman ağacların, evlərin, qəbristanlıqdakı daşların arasıyla sürünürdü.Kapitan qorxunc bir üşütmə hiss elədi.Bü üşütmə sümüklərinə qədər işlədi.Yaxınları öləndə həmişə belə hisslər keçirməyə başlayırdı.
O, qaçmaq istədi.Bu qaranlıq dumana qarışmaq istəmirdi.Ətrafındakı insanlar yerlərindən heç qımıldanmadılar.Onlar ücün adi haldı.Ətrafına göz gəzdirməyə başaladı.Qəbristanlıqla üz–üzə açıq sahə gördü.Sahənin bir qırağında nəsə qaraltı vardı.Qara dumandan qurtulunca burda gizlənə bilərdi,qarda bata- bata həmin qaraltıya sarı qaçmağa başladı.Yaxınlaşdıqca buranın sərdabəyə, balaca məscidə oxşayan yer olduğunu anladı.Özünü məsçidin içinə atdı.Duman məsçidə girmədi.Burulğana dönüb məsçidin qapısında fırlanmağa başladı.
-Qorxma, oğlum,o içəri girə bilməz,- səs gəldi.
Kapitan başının üstündə saçları dümağ, gözləri uşaq gözləri qədər təmiz ahılın dayandığını gördü.
-Xoş gəlmisən,- qoca əlini ona uzatdı.O, qocanın əlindən yapışanda onun əllərinin nə qədər yumşaq və isti olduğunu gördü.Bir anda qəlbinə qəribə bir sakitlik çökdü. Kecmişlə bağlı narahatlıq gətirən xatirələr yoxa çıxmağa başladı.
Atasıyla uçsuz-bucaqsız çöldə dəryazla ot biçdiklərini,babasının onu ilk dəfə ova apardığını, babasının qucağında əyləşərək maşın sürməyi öyrəndiyini birər-birər yada saldı, qonaq gələn qıza necə aşiq olduğunu xatırladı,bu qız onun ilk məhəbbətiydi.Qalan həyatını isə xatırlaya bilmədi.Bu qoca onun babasına çox bənzəyirdi.Qocanın köməyilə yerindən qalxdı.Dizlərinin tozunu çırpdı.
-Çox sağ olun,mən burda bir az daynıb gedəcəm.Sizə əziyyət verdiyim ücün bağışlayın,-dedi.
-Gəl içəri keç, qapının ağzında durma,ayaqqabılarını soyun,-qoca pıçıldadı.
Kapitan içəri keçəndə xeyli adamın dua etdiyini gördü.Hamısı da ağ geyinmişdi. Məsçid balaca görünsə də içi çox genişdi.Və məsçiddə bər-bəzək, parıltılı hec nə yox idi.
-Hava soyuq və çiskindir,içəridəki otaqda əyləşək,namaz qılanlara mane olmayaq - dedi qoca.
-Hə, eldir,- kapitan cavab verdi.
.Kapitan tərəddüdsüz onun dediyi kimi elədi.Onlar başqa bir otağa keçdilər. Bura sakit, hüzur doluydu.Kapitan ayaq altına salınan qədim xalçaya baxdı,”bəlkə də yüz yaşı var” fikrindən keçirdi,fikrindən keçəni qoca oxudu və,- Hə, elədir, bu xalçanı Bağdadda bir Şeyx bağışlayıb. Sənə çay süzüm iç, soyuqdan gəlmisən,-dedi.
-Əziyyət çəkməyin, mən beş-on dəqiqə oturum,gedəcəm.
-Gedərsiz,tələsməyin ,qara duman çəkiləndən sonra gedərsiz.
Çaydakı ətri bu çağacan içdiyi çayların heç birində duymamışdı, köhnə xatirələrin canlanmasına çaydan qalxan bux təkan verdi.Və yenə özünü otuz il bundan qabaq doğulduğu kənddə gördü.İsti bir yay axşamı,yaşıllığı bir-birinə qarışan otların arasında səs-səsə verən cırcıramalar,qapqara torpağın çörək qoxusu, nənəsinin ağarmış saclarını necə yığdığını seyr edirdi ,babası “şotka”nı çıqqıldadaraq görəcəyi işlərin hesabını aparır, əmisi o biri otaqda namaz qılır,dua edir.Bunları düşündükcə özünə daha çox yazığı gəlirdi.Özünün miskinliyini daha çox anlayırdı.Həyat sahib olduğu hər şeyi onun əlindən almışdı,əvəzində qanla, cəsədlə,göz yaşıyla,gündəlik əsəb və gərginlik dolu ömür bağışlamışdı.
Görəcəyi işlər coxdu,boynuna götürdüyü işi axıra çatdırmadan azad ola bilməzdi..
-Yaxşı, ağsaqqal, mən getməliyəm.
-Yaxşı yol, oğlum , Allah həmişə yanında olacaq, səbrli ol.
O,sürətlə qəbirstanlıqdan şəhərə doğru uzanan yola cıxdı.Hava açılmışdı.Qara duman tamamilə çəkilmişdi.Göy üzündə bir anda peyda olan günəş qaranlıq buludları dəlmə-deşik etdi.Yoldan keçən taksilərdən birni saxlatdı. “Elapso” restorannına sürməsini xahiş etdi.Yolun hər iki tərəfində uca ağaclar sıralanmışdı, elə bil yaşıl tuneıdi və yolun hər iki tərəfi qəbristanlıqdı.Yolun sol tərəfinə “rus qəbirstanlığı” deyirdilər,ən təzə qəbrin də 10-15 yaşı vardı.Müsəlman qəbristanlığının yaşı çoxdu,baxımsız və sahibsizdi.
-Bu məxluqatların heç ölülərinə də hörməti qalmayıb.
Sısqa sürücü dilləndi:
-Elədir.Heç bilirsiz bu qəbirləri kim bu hala salıb?
-Kim?
-Qəbristanlığın yerində bina tikdirmək istəyən bir milyarderin adamları,qəzetdə, televizyada yalandan xəbər veriblər ki,güya qəbir oğrularının işidir.
-Qəbristanlığın üstündə tikilən binadan kim ev alamaq istəyər ki?
-Nə bilim?
-Hansı restorana gedirik?
-“Elapso”ya.
-Qəribə adı var,yəqin sevgi mənasını verir.
-Hə, elədir,sevgi mənasını daşıyır.
Əslində, bu adın sevgiylə əlaqəsi yoxdu.Sürücüyə də bunu izah etmək fikrində deyildi.”Elapso” adı ispan dilindən tərcümədə Aspid mənasını daşıyırdı.Aspid Cənubi Asiyada, Afrikada ,Amerikanın tropik meşələrində yaşayan zəhərli ilan adıydı.
-O restorana çoxmu qalıb, harada yerləşir?
-Böyük, köhnə körpünün axırındakı qəsəbədə.
Bu sözləri eşidən kimi sürücü əyləci basdı.
-İncimə,qardaş, mən o qəsəbəyə gedə bilmərəm.
-Nə olub,niyə gedə bilmirsən?
-Məni öldürsən də o qəsəbəyə getməyəcəm.Ora lənətlənib.
-Boş-boş danışma,sür gedək.
-Hələ nənəm mən uşaq olanda orada qəribə insanların yaşadığını deyərdi,ordakıların çoxu şeytana sitayiş edənlərdir.Gündüzlər küçəyə, bayıra çıxmırlar, yalnız gecələr gəzişrlər, həyatları gecə başlayır.Hər ilin hansısa gecəsi müqəddəs saydıqları bir göldə böyüklü -kicikli çimişib cinsi əlaqəyə girirlər.
-Yaxşı da, qəsəbəyə girməzsən, körpünün başında saxlayarsan, qalan yolu piyada gedəcəm.
Qəsəbəyə yaxınlaşdıqca duman qatılaşırdı.
Sürücü maşını körpünün yaxınlığında saxladı.Kapitan oturacağa 100 dollar atdı.
-Çoxdur,qardaş, mən bu pulu götürə bilmərəm.
-Götürərsən, balalarına bir şey alarsan.
Sürücü pərt olsa da sevinci açıq- aydın üzündə bərq vururdu.Az qala yalvardı,-Qəsəbəyə getməyin.
Kapitan dilucu “yaxşı” dedi, amma bu “yaxşı” sürücünün qulağına “rədd ol” kimi çatdı, ya da maşının qapısını çırpılması belə əks-səda yaratdı.Kapitan illərin səfalətini dadmışdı.Atasının pul qazanmaq üçün illərlə kömür mədənində çalışması yadından çıxmırdı.Onun əzələdən ibarət bədəni gözünün qabağındaca necə əridiyini,saçlarının vaxtından tez ağardığını xatırladı.Atası cəmi qırx il yaşamaşdı.Həmişə anasının qanlı əsgiləri necə gizlətdiyini görmüşdü.Anası elə düşünürüdü ki, belə etməklə ailədə baş verən hadisələri uşaqlardan gizlədəcək. O,anasına nifrət edirdi.Ərini hər səhər ölüm yuvasına-işə yollayırdı.Atası günlərlə gün işığına çıxmırdı ki, balaları ağ günə cıxsın.Atasınının ölümündə özünü günahkar sayırdı:”Kaş ki, bir az böyük olaydım,onda hər şeyi daha yaxşı analayardım.Onda atamı qoruyardım.İşləyərdim,güclü və sağlam idim.Qoymazdım ki,Atam əlini ağdan-qaraya vursun.”
Amma tale onun üzünə gülməmiş, on üç yaşında Atası dünyasını dəyişmişdi.Kapitan bu düşüncələrlə dumanın içinə girdi. Elə bil ki, yer üzünə göydən kül ələmişdilər.Çisginləyirdi.O,körpünün axırına çatıb dayandı.Artıq ayaqlarını dəmir körpüdən ayırıb torpağa basdı.Torpaqdan qan qoxusu gəlirdi.O, bu qoxunu yaxşı xatırlayırdı.Əsgərlərin yaralarından fışqıran qan bir anda səhra qumlarıyla təmasa girirdi.Qum vəhişicəsinə qanı udurdu,udulmayan qan isə balaca yarğanlar halında qum üzərində quruyub qalırdı.Nəticədə qucağında ölən dostunun meyidi,əlacsızlığın,səhranın sonsuzluğu,Allaha yalvarır kimi sənə yalvaran baxışlar...
Topraqdan gələn qan iyini harada olur-olsun, o saat tanıyrdı.Haradansa, qarğaların iyrənc nəfəsləri qışqırıqlarıyla birgə ətrafa yayılırdı.Gecənin gecə vaxtıydı.Siqaret yandırdı, bədəni “siqnal” verdi ki, siqaret vaxtıdı. Gecə də dumanın içində itib-batmışdı.Asfalt yola çıxdı ayağının altında əzilmiş palcığı asfalta sürtərək təmizləməyə başladı.Öz–özünə deyindi:”Zəhrimara qalasan, elə bil qır-saqqızdı, qopmaq istəmir.” Asfaltla iki k\m qədər irəliləmişdi ki,qəsəbənin ilk evi göründü, ev birmərtəbəliydi,həyəti yoxdu.Evin dörd tərəfini qurumuş otlar,qanqallar basmışdı.Evin boyasına baxanda ona elə gəldi ki,ev mavi rənglə boyanıb, amma yaxına gələndə evin mavi rənglə boyanmadığını,tünd göy rənglə boyandığını,amma illərin solub maviləşdirdiyini anladı.Solğun görkəmli mavi evin yanı sıra ona oxşar evlər bir-birini əvəz edirdi.Evlərin hamısının quruluşu eyniydi;eyni ölcüdə,eyni biçimdə, eyni formada.İnkubator evlər bir-birni əvəz edeirdi.Bu evlərin çoxu qərb üslubunda tikilmişdi.Üzünsov damlı, kvadarat şəkilli ,evin qarışısında yay vaxtı oturmaq üçün oturacaqlar vardı,pəncərələri günbatana qoyulmuşdu.Evlərin arasındakı qurumuş ağacların qəribə görkəmi vardı, ağacların budaqları budaqdan çox ağaçların kökünə oxşayırdı, köklər göy üzünə doğru qıvrılaraq donmuşdu. Ağaclardakı, cəmi –cümlətani, iki üc ədəd balaca yarpaq adama əl eləyirdi.Əgər bu ağacların durduqları məkanı tərsinə çevirmək mümkün olsaydı,belə bir mənzərə alaınırdı:”Göy üzündə bitmiş ağaclar”. Kəşfinə güldü, “səndən yaxşı sürrealist rəssam olacaqmış, yerin səhv düşüb”, öz-özüylə zaratlaşdı da. Tənhalıqdan canı sıxıldı,buralarda kafe olsaydı, oturub çörək yeyərdi.Qəsəbə sakinləri qeybə çəkilmişdi.Onu ən çox düşündürən qış vaxtı ağacların yaşıl yarpaq gətirməsiydi.Yəqin təbiətin nizamı pozulub,onda niyə məhz və ancaq burda? Nəsə bir sirr vardı.Addımlarını sürətləndirməyə başladı.Qarşısına orta yaşlı, üz-gözünü tük basmış,qıyıq gözlü,əynində dama-dama uzunqol köynək,başında sovet vaxtından qalma əsgər papağı və əsgər şneli,ayağında uzunboğaz cəkməli bir məxluqat çıxdı.Onun yanında dayanmaq zor işdi,tövlə,peyin iyi saçından dırnağınacan hopmuşdu.Bəlkə də anadan olanda çimizdiriləndi.Əlində çomaq vardı,amma heyvanları gözə dəymirdi.
-Salam,”Elapso” kafesinə necə getmək olar?
Qarşılaşdığı adam dinib-danışmadı.Əlindəki çomaqla irəlini göstərdi.İrəlilədikcə yol yoxuşa dirənirdi.Üç mərtəbəli,köhnə binanın birnci mərtəbəsinə qırmızı hərflərlə ”ELAPSO”yazılmışdı. Binanın divarları nəmişlikdən və qədimlikdən mamır gətirmişdi.Divarın suvağı divardan aralanmışdı.Daşları birləşdirən sementdən əsər-əlamət yoxdu, elə bil daşlar bir-birinin üstünə elə-belə qoyulmuşdu.Üç mərtəbəli binanın pəncərələri kiçikdi, belə pəncərələr çox vaxt kilsələrdə qoyulurdu.Binanın dam örtüyü üzünsov konus şəkilliydi.Konusların oturacaqları qüllənin üstünə yerləşdirilmişdi. Konuslar qırçınlı naxışlarla bəzədilmiş, oturacaqlarının birləşdiyi boşluqda kvadrat şəkilli qüllə qaldırılmış, qüllədən isə tunc zəng asılmışdı.Tunc zəng vaxtın diqtəsiylə bulanıq dəniz rəngindəydi. Açıq-aydın görmək olurdu ki,bu bina nə vaxtsa kilsə kimi istifadə olunub. O,nə qədər binanın üzərində baxışlarını yorsa da xaç işarəsinə rast gəlmədi.İçəri girdi.İçəri girincə Məryəm ananın qucağında İsa Məsih şəklinin rəngli şüşələrlə bəzədilərək divara həkk olunmasını gördü. Bura kafedən çox gözləmə zalına oxşayırdı.Döşəməyə Masson təşkilatının müxtəlif simvolları həkk olunmuşdu.Kafedə barmendən başqa heç kim yox idi.Barmen piştaxtanın üstünü silməkdən yorulmurdu.Elə bil robotlaşmışdı.Ya da beyni çürümüşdü, eyni hərkəti dəfələrlə təkrarlayırdı. “Əl çək də bu piştaxtadan “ ürəyində deyindi.
-Bağışlayın .
Barmen bir anlıq dayandı.Kapitan rahatladı.Başını qaldırmadan.
-Bəli,eşidərəm,-dedi.
-Mənə içməyə bir şey ver.
-Pivə, araq, likior,martini, romb və başqa içkilər də var,sənə hansından lazımdı.
-Sərt,tünd olsun.
-Qarışdırıb bir şey düzəldərəm səninçün.
Barmen piştaxtadan aralanıb vitrinə yaxınlaşdı.Onun beli və boynu əyilmişdi.Elə bil kimsə onu sınıq-sınıq edib buraxmışdı.Əynində isə hara gedirsə adamların əynində qarşılaşdığı həmin geyimdən vardı.Ağ köynək,qara şalvar, köynəyin üstündən qara canlıq geymişdi.
Barmen yenə də piştaxtanı silməyə başladı.Bu, nəsə proqramlaşdırlmış kod kimi bir şeydi.Adam da səhərdən axşamacan piştaxta silər?
-Nə vaxatdan buranı silirsən?-Kapitan özünü saxlaya bilməyib sual verdi.
Cavaba isə əməlli-başlı çaşdı.
-Səkkiz il üç yüz on səkkiz gün on bir saat,iki yüz üç saniyədir ki,buranı silirəm.
-Əla işin var,-deməkdən başqa çarəsi qalmadı.
-Hə,elədir.
Kapitan fikirli-fikirli qaşlarını qaldırıb endirdi.Piştaxtanın o biri tərəfində əlində qəzet tutmuş adam eynən barmen geyimindəydi, yanına qoyduğu qəzetləri bircə-bircə oxuyurdu.Kapitan saata baxdı.Divara daş saat yepləşdirilmişdi.Saatın əqrəbləri tərsinə işləyirdi.Əqrəblər də baş ayaq qoyulmuşdu.Ən əsası o idi ki, saat hərəkətdəydi.Bu, heç də yaxşılıq işarəsi deyildi.
-Mənə təzə ölən oğlanın evi lazımdır.
-O evin yerini biz bilmirik, ancaq bir nəfər onun yerini sənə göstərə bilər,-cavabıına təəccüblənmədi.
-Bələdçi səni ora aparar,onun evi bu qəsəbədə yerləşmir, ora saat dörddə gələn qatarla getmək olar.Bələdçi və qatar düz saat dörddə gələcək, qatara gecikmək olmaz.
-Deməli, yarım saatdan sonra qatar tərpənəcək,qatara haradan minirlər?
-Bu qapıdan çıx,stansiyada gözləyən adamlar var,onların arasında durarsan,əgər gedə bilsən.
-Yaxşı.
Kapitan qapını araladı, havadan asılan duman tamamilə çəkilmişdi.Göy üzü yay günlərindəki kimi aydın və təmiz idi.Günəş aldadıcı soyuq şualarıyla dumanı qovub bu ərazidən çıxarmışdı.Havadan çürümüş içalat, leş qoxusu gəlirdi. Baxışları qatar vağzalından çıxıb qarlı təpəliklər boyu özünü qar hakimiyyətinə verən üzüm tənəkləri arasında gəzişirdi.Bu ərazinin onun diqqətini cəlb eləməsinin özəl səbəbləri vardı. Ərazidəki təpəliklər onun xəyalında və ola bilərdi ki,şüuraltı yaddaşındakı üzüm sahələrinə çox bənzəyirdi.Qatar stansiyasında dayananlar kasıb geyimləri, qəmli gözləri, gərginlikdən əyilmiş sifətləri ilə nə qədər əzab içində yaşadıqlarını sərgiləyirdilər. Adamlarla ətraf biri-birinə yaraşmırdı,ya bu tikililəri, ya da bu adamları başqa yerdən gətirmişdilər, uyuşmazlıq, paradoks vardı bu mənzərədə.Qatar stansiyasının ərazisi yaraşıqlı və tərtəmizdi.Təzəə döşənən pilətələr, işıldayan oturacaqlar,bərbəzəkli işıqlarla göyün yeddi qatına qalxan fantan kompleksləri ayrı bir aləmdən xəbər verirdi.
Qara tüstü verə-verə,his-pasın içində uzaqdan nəyinsə yaxınlaşdığını gördü, gözlədiyi qatardı.Qatardan mazut iyinə qarışmış üfunətverici sidik iyi gəlirdi.Qatara minincə bu üfünətverici qoxu bir az da kəskinləşirdi.Qatarın döşəməsi tozlu və köhnə idi.Üzü tüklü kişi ona yaxınlaşıb,
-Siz Kapitansız?-soruşdu.
-Hə.
-Mən sizin bələdçinizəm, qatarda və qatardan düşəndən sonra sizi onun öldüyü yerə aparacam.Mənimlə gəlin, bu kupe sizindir, rahatlanın, mən başqa müştəriləri yerbəyer edim.
Qatar yavaş-yavaş dəmir cırıltıları altında sürünə-sürünə irəliləməyə başladı.Qatardan gələn üfünətverici qoxunun qarşısını almaq ücün Kapitan küpenin qapısını çəkdi.Pəncərənin şüşəsini azca araladı ki,təmiz hava içəri dolsun.Yollar, torpaqlar, balaca, bir- iki nəfərin güclə sığışa biləcəyi yeni tikilmiş damlar biri-birni əvzəz edirdi.Getdikcə ərazilər qarnan örtülürdü.Qar kəsmişdi.Bayırda vəhşi külək öz əzəmətini sərgiləyirdi.Bu soyuqda əllərinə keçən köhnə paltarlarını əynlərinə geyib dayanacaqda gözləyənlərin gözlərindən dilənçi gözlərinin miskinliyi,yazıqlığı yağırdı.
Qatar sürətlə qaranlıq şəhərə yaxınlaşırdı.O,əlindəki qovluğu stolun üstünə qoydu.İçəri soyuq olduyğundan paltosunu soyunmamaışdı,siqaret yandırdı.Tütünün acı tüstüsünü ciyərlərinə cəkəndən sonra, elə bil, beyni ayadınlandı.Cinayətnən bağlı məlumata baxmağa başladı.Big bosun oğlunun alnı geniş,saçları isə arxaya daranmışdı,nizamlı bədən qurulşu vardı,gözlərindən də vicdanlı adam təsiri bağışlayırdı.O,Avropa təhsilliydi.İllərlə Avropada qalıb vətəndaş hüqüqundan dərs demişdi.Sonra atasının təkidiylə yuvaya qayıtmışdı.Atasının işlərini qaydasına saldıqdan sonra öz şirkətini qurmuşdu.Qonşulardan alınan məlumatlara görə öldürülən gün evə gecə yarasından sonra qayıtmışdı.Həmin günün səhəri atası üç dəfə onun yanına gəlmişdi.Gecə sat üçə yaxın işıqları yanırmış, on beş-iyirmi dəqiqə sonra evdən səs-küy gəlməyə başlayıb.Sonra isə sükut və yanğın...Nə qədər çalışılsa da söndürə bilməyiblər.Kapitan əlindəki vərəqləri stolun üstünə qoydu.Başını qatarın hisli pəncərsinə söykəyib uca dağların ətəklərinə qədər uzanan telefon dirəklərinə, yolboyu səpələnən insanlara uzun-uzadı baxdı,insanlar qarışqa sürüsü kimi qaynaşırdılar.Onların burda nə işləri vardı,hec nə yetişdirilməyən qısır torpaqlarda mənasızca gəzişirdilər.Hara baxırdın dükanlar, alverxanalar, dönərxanalar, kababxanlar,toyxanalar, yasxanalar, daha nə bilim nəxanalar... başqa hec nə yoxdu.Kapitan onların burda niyə yaşadıqlarını, niyə bu soyuqda titrəyə-titrəyə küçələrdə veyilləndidklərni anlaya bilmirdi.Yolboyu ağaclar qırılmış,kötüklərdə ağacların başdaşlarını andırırdı.Qatar tam sürətlə qaranlıq şəhərə irəliləyirdi.Kupenin qapısı astaca doyuldü.
-Keçin.
İçəriyə uzun boylu, arıq, əynndəki bahalı paltosu dizinə qədər uzanan çopur sifətinin ifadəsindən hec nə analaşılmayan otuz beş-qırx yaşlarında birisi daxil oldu,əlində qara çətir tutmuşdu.Çətirdən tökülən qar dənəcikləri bayırda qarın yerə hücumundan xəbər verirdi.
K baxışlarını qatarın qar tozuna bulaşan pəncərəsindən ayırıb onun siçovul gözlərinə oxşar balaca,acgözlük və hiyləgərlik yağan bulanıq gözlərinə zillədi.
-Niyə gəlmisən?- Kapitan soruşdu.
-Biz getməliyik.
-Mənim görəcəyim işlər var.
-Mən isə elə düşünmürəm, növbəti dayanacaqda düşməliyik,paltosunun altında gizlədiyi tapançanı ona tuşladı.Kapitan növbəti dayanacaqda onu nələrin gözlədiyini yaxşı bilirdi.Qara paltolu adam qarşısında əyləşdi.Bu adamadan nə yolla olur-olsun canını qurtarmalıydı.
-Sən insturumental müsiqiyə qulaq asırsan?
-Nə boş-boş danışırsan?
-İndi mən ERA-nın Ameno müsiqisini dinləyirəm.
-Nə olsun, sən bir azdan cəhənnəmin səsini dinləyəcəksən.
-Boynundan asdığın medalyonun mənasını bilirsən?
-Qımıldasan...Boş–boş az danış.
-Bizim növbəti dayanacağa catmağımıza on beş dəqiqə qalıb. Allaha inanaırsan ?
Tapançanın verdiyi güc qara paltolu adamı yaman araxayınlaşdırmışdı. Amma bir şeyi unutmuşdu ki,qarşısısndakı kapitan professional bir döyüşçü, yetişdirilmiş ölüm maşınıydı.Kapitan onun hiyləgərlik yağan gözlərinə,tapançanın lülüəsinə baxıb gülümsündü.Və ani hərəkətlə başını sola əyərək sağ əlinin arxasıyla tapanaçanı sağa itələdi.Səssiz tapançadan açılan birinci atəş sağ qulağının dibindən vıyıltıyla keçdi,Kapitan cibindəki vintacanı onun boynundan üzü aşağı gedən artreriya damarına soxdu və vintaçanı damarın içində burdu.O,heyrətdən kütləşmiş baxışlarını Kapitana zilləyərək qana qarışmış ,sönməkdə olan şüuründan yapışıb ölümün pəncəsindən qurtulmaq üçün çabaladı. Özünü dərin quyuya düşmüş siçan kimi hiss edirdi.Yuxarı çıxa bilmyəcəkdi, bundan qəti əmindi.Özünü quyunun dibinə buraxdı, vaqonun küpesindən ətrafa sıçrayan qanda sönən şüuründa yalnız bu səhər sevişdidyi yeniyetmə fahişənin gözəl bədəni donub qaldı.
Kapitanın üstü-başı qan içindəydi.Öldürdüyünün xüsüsi təyinatla göndərldiyini bilirdi.Onun üst-başını axatarmağa başladı,əlində qana qarışmış tapança,cibində isə eynən özündəki giriş kartı vardı.
-Bunun nə demək olduğuna hələ baxarıq,-düşüncəsi ona belə pıçıldadı.
Əvvəlcə, növbəti stansisyaya çatmadan qatarı tərk etməliydi.Saatına baxdı,cəmi on dəqiqəsi vardı.Üzünü- gözünü balışüzüylə silib başını kupedən çölə çıxardı, sallafon torbaların xışıltısı eşidilirdi,sərnişinlər kupedən çıxmağa hazırlaşırdılar.Tələsmək lazımıydı.Kapitan adyala bürünərək qoca bələdçinin qapısını döydü.İçəridən səs gəlmədi.Bu normal hal deyildi, indiyə bələdçilər çoxdan dəhlizdə gəzişməli,kupeləri yoxlamalıydılar.O,yenə küpenin qapısını döydü.Qocadan səs-səmir gəlmədi,kupenin qapısını açdı.Qoca kupedə əyləşmiş,başını stola qoymuşdu, süzdüyü çay hələ də stəkanından buxarlanırdı.
-Əclaf köpək oğlu,- öz–özünə pıçıldadı,-Bağışla məni, qoca .
Qocanın əynindəki palatarları soyundurub əyninə keçirdi. Kupesinə qaytdı, paltosunun cibini yoxladı,hər şey yerindəydi.Tapanaçası, giriş kartı,Big bosun verdiyi sənədlər, pulları yerindəydi.Kapitan səndləri, tapanaçasını qara paltolu adamın boynuna keçidiyi vintaçanı çantanın icinə soxdu,çantanı boynundan keçirib üzü aşağı buraxdı, sürətlə dəhlizlə üfunetverici ayaqyolunun yanından keçib vaqonlar arası boşluqda dayandı.Bir-birini əvəz edən birmərtəbəli evləri saymağa başladı.Qatar bir azdan qaranlıq tunelə girəcək, sonra da şəhərə çatacaqdı.Ehmalca qatardan kənara tullandı.Havadaykən bəyaz çölün axırında, günəşin qara qarışdığı an gözünün önündən gəlib keçdi.Ayaqları qara toxunanda özünü başı aşağı buraxdı, iki dəfə fırlandıqdan sonra ayaqlarını aşağıdan geçən qatar reyslərinə söykəyərək özünü saxladı və o saat çantasını yoxladı, əşyaları yerindəydi. Ağzına-gözünə qar dolmuşdü.Burnuna dolan qar beynini gizildədirdi.Burnundakı qarı təmizləyə-təmizləyə gecəqonduların arasından keçib qarşısındakı böyük şəhərin hündürmərtəbəli binalarına doğru irəlilədi.
O,şəhərə çatanda hava qaralmışdı.Dizəcən qarın-suyun içindəydi.Bu il nədənsə qar normadan çox yağmışdı, ona təcili bir yer lazımdı.Yataqxana,mehmanxana, otel...hansı olur-olsun, tapmalıydı. insanlar darıxdırıcı bir gözləyişlə vurnuxurdular.Elə bil hamısı harasa tələsirdi, amma hara?.Gözünün görmə məsafəsi qurtarana qədər, hara göz gəzdirdisə,irili-xırdalı hamının nəsə satdığını gördü.Metro girişləri,qəzet köşkləri,pilləkənlərin üstü,yol qıraqları,hara baxırdınsa,orda bir dükan görürdün.Hamı nəyisə satırdı.İnsanlar hər yerdə sınıxa-sınıxa,büzüşə-büzüşə kücələrə tökülmüşdülər.Ümidsizcə, təəssüf içində, həm də sevinə-sevinə dükandan çıxanların yaşadıqları hiss Kapitana tanışdı.O,belə hissləri dəfələrlə yaşamışdı.Hər gün cibindəki pulu xərclədikdən sonra sabah nə edəcəyini,yeni günün gətirdiyi problemeləri necə həll edəciyi barədə düşünmüşdü.
Xəlvət dükanlardan birinə girib siqaret istədi,dükanda iki-üç bapbalaca yemək stolu da vardı,həm dükan, həm də yeməkxanaydı.Çox gözəl,keçib oturdu,piti sifariş verdi.
Qız salatları stolun üstünə qoyanda əl-üz yumaq yerini soruşdu.
-Bu dəhlizlə düz gedin,axırda sağa dönərsiz.
Güzgünün qabağında dayandı.Üzündəki çapıq onu həmişə piss vəziyyətə qoyurdu.Üzündəki şramla onu istənilən an tapa biləcəklərini bilirdi, ehtiyatalı olmalaıydı.Əvvəlcə gedib paltarlarını dəyişməliydi.Qan quruyub əlini “xınaıamışdı”, sabunla yusa da qurumuş qan ləkələri hələ də əlindəydi.Kapitan əllərini əl-üzyuyanın kənarındakı əski parçasıyla təmizlədi. Keçib stolun arxasında əyləşdi.Bərk acmışdı.Sonra çay istədi,xidmətçi qız pişik cəldliyilə stolun üstündəkiləri yığışdırırdı.Qızın balaca, yumşaq əllərinə ,qəmli,bulanıq, mavi gözlərinə,saçlarının altında gizlənən balaca qulaqlarına baxdı və ağlına gələn ilk sualı verdi.
-Siz tatarsız?
-Hardan bildiniz?
-Mənim coxlu tatar dostlarım olub.Səndən bir xahişim var.Yolun o biri tərəfində qəzet köşkündən səhər qəzetləri lazımdı,içində xəbərlər çox olsun.
-Yaxşı,- dedi qız, stoldan aralanmaq istəyəndə Kapitan onun cibinə pul qoydu.
Qız beş dəqiqəyə qəzeti və çayı gətirdi.O,çaydan bir qurtum içib,qəzetləri vərəqləməyə başladı,bəlkə təzəcə baş verən cinayətlə bağlı nəsə var?Cinayətlə bağlı hec nə yox idi.Elə bil belə hadisə olmamaışdı.Kimlərsə, yəqin, istəmirdi bu xəbərlər yayımlansın.Qəzet işcilərinin cəsarəti catmırdı ki,baş verənlərdən yazsın.K qəzetləri nə qədər ələk-vələk elədisə, bir şey tapa bilmədi.Qəzeti stolun üstünə tulladı.Siqaretdən iki qüllab vurub,söndürmədən külqabana qoydu.Kafedən cölə cıxdı.Qarışqa kimi qaynaşan insanlara qarışdı.Sonra taksiyə əyləşdi.Əyləşən kimi,-Varlılar məhəlləsinə sür,-dedi.
-Yaxşı,-dedi, sürücü qaraşındı, uzun burnu seçilən,22-23 yaşlarındaydı.Onun əyində müasir amerikalı gənclərin dəbində paltaralar vardı.
-Siz də varlı adamsız?-qeyri-ixtiyari sürücü soruşdu.
-Yox,orda mənim də qohumlarım yaşayır, onları görməyə gedirəm,-o da belə cavab verdi.
-Hə,- deyərək oğlan çətin riyazi anlayşı başa düşüb kimi başıyla K-nın dedikilərini təsdiqlədi.
Deyəsən,həyasız sürücülərin lap həyasızıdı.
-Üzü yuxarı bir-birnin ardınca tikilmiş üc dənə villanı görürsənmi,onların qabağında saxla.
K maşından düşəndə hava açılmışdı.Havanın acı soyuğu öz–özünə yoxa çıxmışdı.Böyük evlərin künc-bucaqlarında,dam örtüklərində hələ əriməyən qar ləkələri vardı.
O,cibindən uzun açar çıxarıb qapının kilidini çevirdi.Qapı asanlıqla açıldı.İçəri toz qoxuyurdu.Bura Big bosun oğlunun evlərindən biriydi.Birinçi mərtəbəsinin döşəməsinə dəniz rəngində yarpaqlar, yosunlar, qeyri-adi bitkilər, rənbərəng balıqların şəkli həkk olunmuşdu.Döşəmədəki şəkillər o qədər çanlıydı ki,K-ya elə gəlirdi, bu dəqiqə okean üzərində, haradasa Karip adalarının yaxınlığında gəzişir.Birinçi mərtəbənin döşəməsi çox geniş idi.K sola dönərək qapıların birini açdı,bura idman zalı idi,bilyard salonu,tennis stolu, ternajorlar, boks kisəsi,əlçəkləri adamı çağırırdı.K ternajorların yanından keçib,divardan səliqəylə yerləşdirilmiş Çin döyüş növlərində istifsadə olunan silahların qarşısında dayandı.Məşq zalının ortasında döyüşmək ücün açıq sahə vardı.K döyüş sahəsinin bahalı və möhkəm xalısını ayağının altında əzə-əzə kiçik otağa daxil oldu. Bu otaq qəribə idi. K-ya elə gəlirdi ki,cənnətə düşüb, yerə döşənən uzanan xalı iki istiqamətə aparırdı;biri şüşə öttüklü istixanaları andıran tərəfə,o biri isə heykəl qoyulmuş otağa doğru.K heykəl qoyulmuş otağa keçdi.Otaq səliqəli və təmizdi.Otağın dörd tərəfi baharın ilk otları rəngdəydi.Otağın ortasında qəzəbli samuray heykəli qoyulmuşdu; oturmuş şəkildə, əllərini qabağa acaraq qılıncını uzatmışdı.K samuray qılıncını qınından çıxardı,qılıncın qınında da, qılıncın üstündə də çin-yapon heroqlifli cümlələr vardı. Belə yazılar Samurayın paltarlarını, divarları bəzəyirdi.
K yazılı otaqdan çıxıb,o biri otağa keçdi, bu otaq ancaq bitkilərlə süslənmşdi.K içəridə kiminsə olduğunu hiss etmişdi. Adam boyu bitkilərin arasında kiminsə nəfəsi gəzirdi,K ehmalca, ordakı bitkiləri zədələməkdən qorxar kimi gül yarpaqlarını araladı,güllərin arasında başında sallafon keçirən,əllərində rezin əlcək, kambinzon geyən bir qız əyilib nəsə əkirdi.
-Yəqin bu evin bağbanıdı,-düşündü.Onun açıq mavi, böyük gözləri,dolu dodaqları, uzun və düz qaşları,uzun kiprikləri K-nın əlindəki tapançanın gücünü də əlindən almışdı.K ömründə bu qədər yaraşıqlı, bütün bədən üzvləri simmetriyada olan qıza rast gəlməmişdi.Lap Hollivud filimlərindəki super modellərə oxşayırdı.Amma bu qızda super modelərdəki saxtalıq, sünilik yox idi.Bu qızda nəsə qeyri-adilik,təbiətin haramoniyasına uyğunluq vardı.K-ya belə hisslərə qapılmamağı öyrətmişdilər.”Özünü ələ al,sən hec kimə bağlanıb qalmamalısan”.Qız ayağa qalxanda ondan bir balaça hündür olduğunu gördü.Qız təccüblənmədən,hürkmədən,-Salam-verdi.
-Salam,- dedi K, amma qızın sakitliyi onu düşündürdü,normal deyildi.
-Siz kimsiz,-qız çoxdan gözlənılən sualın cavabını axatırcasına soruşdu.
-Big bosun adamıyam, oğlunun qətliylə bağlı araşdırma aparıram.
-Sənədlərinizi göstərin,-qız əlini irəli uzatdı.
K cibindən cıxardığı vizit kartını qıza verdi.Qız kartı almadı.Amma gözucu baxdı.
-Hə,aydındır.Ən yaxın adamlardakı kartdandı.Deməli, mənim ögey qardaşımın qətlini araşdırırsız.
-Siz Big bosun qızısız?
-Bəli.Tapançanızı yerə salın və mənə kömək edin,bunları əkək,-K-nın arxa tərəfindəki gülləri göstərdi və əlavə etdi,-Bağışlayın, işimiz budur-,qız bu sözləri deyəndə,o, bir anlıq ötən həftə televizorda dişi şirlərin erkək şirlərə yaltaqlanma səhnəsinə baxdığı yadına düşdü.
-Düz tutun,-qız ,az qala,əmr etdi.
-Yaxşı.
Bəli, o,atasının qızıydı, atası ona necə toyuq bişirtdirmişdisə indi də qızı ona gül əkdirirdi.Amma K nə qədər sərt təbiətli adam olsa da istənilən çətin vəziyyətdəki birinə kömək göstərməyə hazırdı.
Qızın gözəlliyi, xoş ətir qoxusu duman dərələrə dolan kimi ürəyinin içinə dolurdu.Fikri qarışırdı.Ölmüş arzuları cücərməyə, torpaqdan boy atan çiçəklər kimi böyüməyə başladı.
-Əla oldu,- qız dedi- siz,yəqin, yolu tanıyırsız,mən əynimi dəyişim,gəlirəm.
K böyük zala,ordan da dəhlizə çıxdı.K siqaret yandırdı, siqaretin tüstüsünü aram-aram tavana buraxdı,tüstü baxışlarının müşayiətilə havada burularaq yoxluğa qarışdı. O,qolundakı fosforlu saata baxdı,üçə beş dəqiqə qalırdı.Bir saatdan sonra hava yavaş-yavaş qaralmağa başlayacaqdı.
-Adınız nədir?-qız mətbəxdən səsləndi.
-Məni Kapitan,daha çox da K çağırırlar.
-Sadəçə K,qəribə adınız var, bu adı sizə kim qoyub?
-Bilmirəm, valideynlərimi xatırlamıram,yəqin onlar qoyub.
Qız susdu.Deyəsən,sual yerinə düşməmişdi.
-Mənimlə çörək yemənizi istəyirəm,əgər aclığınız varsa, qardaşım haqqında bütün bildiklərimi sizə danışacam.Qonaq otağına, dəhlizdən sağa gedin, birinçi qapıdan içəri keçin.K əvvəlcə qızın təklifini rədd etmək istədi,nədənsə, bacarmadı qızın gözəlliyini seyr etmək istəyirdi, qonaq otağına kecdi.Qonaq otağının böyük pəncərəsi ucsuz-bucaqsız iynə yarapaqlı meşəyə açılırdı.Meşənin yaxınlığında tünd yaşıla çalan balaca süni göl vardı.Gölün qıraqlarında gözətçi damlarına oxşar balaca evlər,evlərin arxasında çölün yorucu görünüşü sərgilənirdi.Gölün o biri tərəfində dörd böyük turbadan çıxan qara tüstü küləklər tərəfindən göy üzünə sovrulurdu.Otaqdakı əşyaların çoxu ağ və qara rəngələrin harmoniyasından düzəldilmiş suvenirlərnən bəzədilmişdi.Divardan şəkil asılmışdı, yarı insan, yarısı heyvana bənzər məxluqdu.Məxluqun bir tərəfi, mifaloji kitablarda deyilən kimi, şeytanın əksi və bədəni, digər yarısı da mələkdi.Bunların hər ikisi,insanabənzər məxluqun içində eyni bərabərlikdə, Siam əkizləri kimi çəkilmişdi.Məxluqun arxa tərəfində, şeytan olan hissə ağ rənglə boyanmışdı, mələk olan hissə isə qara rənglə.Şəkil o qədər canlı idi ki,K-ya elə gəldi, şəkildəki məxluq bu dəqiqə çərçivədən çıxıb onun üstünə şığıyacaq.Qız onun arxasında dayanmışdı.K bunu hiss eləmişdi.K şəklə bir az da yaxınlaşdı.Şəklin aşağısında bu sözlər yazılmışdı:”Ləkələnmiş Harmoniya.”
-Qardaşınızın rəsm çəkdiyini bilmirdim,-dilləndi.
Bacı cavab verdi:
-O,mənə dahiinsan idi.Rəsmlə,musiqiylə,heykəltaraşlıqla maraqlanırdı,ölümündən əvvəl hansısa əsər üzərində çalışırdı.
-Yazıçılığı da vardı?
-Hə.
-Siz mənə onun əlyazmalarını verərsiz?
-Ölməmişdən qabaq mənə hər şeyi gün işığına çıxaraçağını demişdi, amma şeytanların onun dalınca gələcəyini də bilirdi.Mən onun nədən danışdığını anlamadım.
K qələmini və qeyd kitabçasını çıxarıb yazdı:”Qoca kişi “Onlar sizin dalınzca gələcəklər, cənab” demişdi (1),qəbristanda ölümün səbəbini soruşanda, “Bunu ancaq şeytanlar edə bilər”(2) cavabı verilmiş, bacısı da “şeytanların onun dalınça gələçəyini”(3) dedi.”
Şeytan və Mələyin vəhdəti pis və yaxşının harmoniyası, ağ və qara... burda sehrli nəsə vardı.
-Sizin qaradaşınız tanrıya, mifaloji təsəvvürlərə inanırdı.
-Hə, elədir,onun danışıqları o qədər canlı idi ki...Qardaşım üçün qorxmağa başlamışdım.Onun psixaloji problemləri yaranmışdı.
-Necə problemlər?
-Özündən getmələr.Rəsm çəkdiyi emalatxanasından saatlarca çıxmırdı.Əvvəllər belə deyildi, rəsmlə də məşğul olurdu,müsiqi belə bəstələyirdi.Beş il ərzində şirkətin işlərilə bağlı həmişə evə əsəbi gəlirdi.Başa düşmürdüm, şirkətin işləri yaxşı gedirdi.
Ölüm ünvanı buraydı, sənədlərdə onun bu evdə yandığı göstərilmişdi.Səbəbi də elektrik naqqillərinin qısa qapanması,yanğın vaxtı çox içkili olduğundan çölə çıxa bilməmişdi.Burda nəsə vardı.
-Qardaşnızın yanaraq öldüyü göstərilib.
-Bu, yalandır.Mənim qardaşım yanaraq ölməyib, atam bunu özündən uydurub.Mənim qardaşım zəhərləndirilərək öldürülüb,-Qızın gözləri yaşarmışdı,- günahkaram, mən onu qorumalıydım.
-Özünə ələ al,həyatda belə anları yaşamağa məcbür olursan.Ağlamaqla hec nəyi dəyişdirə bilməzsən.
K dəsmalını çıxarıb qıza verdi.Onun dəsmalından yasəmən ətri gəlirdi.Qızın qəlbində ani olaraq K-ya qarşı xoş hisslər oyandı.Birdən-birə K onun ücün tənhalığını öldürəcək,arzularını reallaşdıracaq adama çevrilməyə başlamışdı.Öz düşncələrinə güldü,K-ya baxdı.Onun sakit baxışları altında yırtçı heyvanların gözlərindəki işıq yanırdı.
-Qardaşım öz otağında ölmüşdü.Mən işdəydim.Xəstəxanada baş həkim işləyirəm.
-Hə, belə de,-K bir şeyi başa düşə bilmirdi,əgər bu qızın atasının milyon dollarla pulu varsa,niyə xəstaxanada baş həkim işləsin ki?
-Sizə təcübblü görünür,hə,niyə həkim işləyirəm ?Atamın milyon dollarla pulu ola bilər, mən atamın verdiyi pulla yaşaya bilmərəm.Hərəkət etməlisən, istər beynin, istərsə də bədənin daima hərkətdə olmalıdır.Günlərini anacaq eyş-işrətdə, əyləncədə keçirən varlı gəncləri başa düşə bilmirəm.Bu həyat mənə görə deyil.Mən də əvvəl onlar kimiydim.Yeniyetmə vaxtlarımda,amma sonra atam məni məcbüri xaricdə oxumağa göndərdi.Orda ilk üc-dörd ayı,çətinliklə keçirdim, darıxırdım, müəlliməm əsəbi və gərgin olduğumu görmüşdü.Onun fərdi qayğısı,dərsləri, nəsihətləri dünyaya baxışımı dəyişdi.
Qız sakitləşmişdi.
-Dəsmala görə cox sağ olun.Dəsmalınız islatdım.Br də görüşəndə dəsmalı sizə qaytaracam.
-Eybi yoxdur.Qardaşınızın otağına baxmaq istəyirəm.
Qız ehmalca yerindən qalxdı.
-Gəlin.
Qız qaranlıq dəhlizə girdi.K qızın addımlarının səsini izlədi.Qapı açıldı,qız yerində donmuşdu,yenə ağlamağa başladı,sözləri də hıçqırırdı:
-Qardaşım yaxşılıq üçün doğulmuşdu.Onun kim zəhərlyə bilərdi.
Yanağından süzülən damlalar çənəsində aşağı damcılayırdı. K bilmirdi neyləsin,qızın əlindən tutdu,--Sakit olun,- sözləri havadaca donub qaldı.Qız K-nı qucaqladı.Onun şişman sinəsi K-nın ürəyinə sıxılmışdı.K-nın ürəyi tez-tez döyünməyə,nəfəsi içində boğulumağa başladı,tezcənə özünü ələ almağı bacardı.
-Ürəyini üzmə,qardaşının qatilini tapacam,-deyə bildi.
-Bunun mənası yoxdur,qatil tapılsa da-tapılmasa da qardaşım geri qayıtmayacaq.Amma mənə söz verin,onu tapacaqsınız və öldürəcəksiniz.
-Əlimdən gələni edəcəm,-kəsgin şəkildə bəyan elədi.
Qız K-dan aralanadı.
-Bağışlayın,özümü itirdim.
-Zərər yoxdur, belə anlar olur.
-Mən otağa girmyəcəm, siz rahatlıqla araşdırmanızı aparın,-qız qapıdan aralandı.Otağın böyük pəncərəsi aşağıdakı şoseyə baxırdı.Otaqda yazı stolu,qəhvəyi rəngdə dəri divan, iki ədəd stul vardı.Otağın divarlarına yerləşdirilən şkaflarda dini kitablardan tutmuş elmi,bədi,siyasi əsərlərə qədər... nə desən tapılardı. Yazı stolunun ortasında güldandakı güllər saralmadayd.K əlini ləcəklərə toxundurdu.Ləcəklər bir anda stolun üzərinə töküldü. K öldürülmüş gəncin saatlarca oturub kitab oxuduğu yazı stolunun araxasında əyləşdi.Yazı stolunun siyirməsini çəkdi,siyrmədə qara rəngli qələm,əl fənəri,təqvimli qeyd kitabçası vardı.K təqvimli qeyd kitabçasının vərəqlərini çevirməyə başladı.Kitabçada mələklər və şeytanalar haqqında dini-mifaloji qeydlər tapdı.K kitabçanı,fənəri, orda nə vardısa, hamısını cibinə qoydu.Rəflərdə dünyanın yaranması haqqında ilkin fərziyyələrin yer aldığı kitablar,elmi-kosmik kitablar, tarixi məqallər çoxluqdaydı.Bir sözlə, bu adam kimdisə elə-belə adam deyildi.Demək olardı ki,təfəkkür imkanları genişdi.K onun kitabaçasından bu cümlələri oxudu:”Salam, əziz dostum, sən bunları oxuyarkən,yəqin,dünyada olmayacam.Bu insanların ölümümə fitva verib,şeytana sifariş göndərdiklərini eşidəndə təəccüblənmədim.Onlar qanda bişirilən yeməklər yeyir,qandan düzəldilən şərablar içir,ürəklərini şeytana təslim edənlərdi.Onlar kölgədə doğulanlardır, çirkli qandan yaradılmışlardır.Onlar nə qədər istəsələr də xəyal elədikləri ali irqdən ola bilməyəcəklər.Onlar tanrı tərəfindən alaçaldırılaraq yaranmışlardır.Təbii ki,onlar tanrının yaratdığı nə qədər uca,işıqlı nə varsa,hamısına doğulduqları gündən nifrət edəcəklər.Rəngli adamlar kimlərdir?Dünyada iki cəbhə mövcuddur.Zülmətə sitayiş edənlər və İşıq tanrısına tapınanlar,dünya binələnəndən belədir.Özünü qorumalısan, onlar sənin dalınca gələcəklər.Bizi yalnız “rəngli adamlar” xilas edə bilər, bu adamlar ürəyində yalnız tanrının nurunu daşıyanlardır.”
K əlindəki dəlilləri yaxşı-yaxşı incələməliydi.K qaranlıq dəhlizlə qonaq otağına doğru addımladı.Big bosun qızı pəncərənin qarşısında əyləşib uzun saçlarını stulun söykənəcəyindən üzü aşağı sallamışdı,saçları,az qalırdı,döşəməyə dəysin.K indi,elə burdaca dayanıb saatlarca bu gözəlliyi axıracan seyr edə bilirdi.Qız pəncərədən üzüaşağı ağacların arasından şəhərə doğru uzanan dolanbac yollara baxırdı,qaranlıq şəhəri ağuşuna aldıqca yollara səpələnən maşınların işıqları şəhərdən- böyük ulduz kütləsindən ayrılan,köç edən balaca ulduzlara bənzəyirdi.İnsanlar harasa tələsirdilər,o “harasa” sonsuza qədər uzanırdı.Ay gümüşü şualarının soyuq parıltısını bəyaz qarın üzərində gəzdirdi.Ağaclar arxalarında gizlədikləri quru kölgələrini donmuş toprağın üzərinə salaraq fahiməli görnüşlərini bir az da bədbinləşdirirdilər.
-Yaxşı,mən getməliyəm,-dedi K.
Big bosun qızı sakitcə böyük təhlükənin yaxınlaşdığı duyğusuyla baxışlarını pəncərənin soyuq şüşəsinə zilləyib dayanmışdı.O,anidən dikəldi,çox narahat görünürdü,gözləri itlə əlbəyaxa olandan sonra canını ondan güclə qurtaran pişik gözləri kimi dəhşətdən şişmişdi.K soruşdu,-Özünüzü pis hiss edirsiz?
-Yox,bir az başım ağrıyır?-cavabı inandırıcı deyildi.
K qızın yalan danışdığını həmin dəqiqə hiss etdi.Çünki baş ağrısı zamanı şüuru kütləşir,baxışlarında hiss-həyəcan olmurdu.Amma qız,nəyisə, kimisə,elə bil,görmüşdü.Gördüyü nə idisə,onda təəccüb doğurmuşdu.Burda nəsə vardı,onun bilmədiyi nəsə... başa düşmədiyi hansısa hadisə baş vermişdi.Ondan gizlədilən hadisələr baş vermişdi.
-Dəlilləri götürmüsüz?-qız soruşdu.
-Hə,-cavabıyla qızın,-Tanrı köməynizdə olsun-,sözləri arasında vaxt keçmədi.
Qar sürətlənmişdi.Ağ qum dənəciklərini külək sovurub küçədə evlərinə tələsən iki qat olmuş insanların üzərinə tökürdü.Təbiətin qəddarlığına dözməyən insanlar evlərinə doğru tələsirdilər.K qızın qardaşının otağına kiminsə gəldiyini hiss etmişdi.O,qəbir üstdə olanda və mənfi təbiətli adamla rastlaşanda,bir qayda olaraq, gözləri getdikcə qaralır,ətraf aləm bozarmağa və qaralmağa başlayırdı.Pis tərəfi ondan ibarət idi ki,qarabasmalardan sonra baş verən hadisələrin heç birini xatırlamırdı.Belə qarabasmalardan sonra həmişə həkimə müraciət etsə də,bütün həkimlər sağlamlığının yerində olduğunu bildirsələr də,onun qəlbində nisgil qalmışdı,cavabsız suallar burulğanına düşürdü.
-Bu boyda nə əcəb xidmətçi yoxdur,-marağı güc gəldi.
-Qardaşımın ölümündən sonra atam onların hamısını qovdu.
-Bəs siz niyə tək-tənha evdə yaşıyırsınız?
-Bu ev qardaşımın evi idi.Mən buranı tərk edə bilmərəm.Onun ruhuna hörmətsizlik edə bilmirəm.
-Xidmətçilərin ünvanları, yəqin ki,sizdə var.
-Hə,bir dəqiqə gözləyin,ünüvanları məndə olmalıdır.
Qız ayağa qalxdı,uzun saçlarını topa halında bir-birinin üzərinə dolayıb sancaqladı.Asta addımlarla,elə bil,döşəmə üzərində yox, su üzərində gəzirmiş kimi ikinci mərtəbəyə qalxdı.K darıxdırcı gözləyişi öldürmək üçün qonaq otağının bu başından o başına var-gəl etməyə başladı.Qonaq otağından bir az balaca,iç-içə, əyləncə və görüşlər kecirmək üçün otağa daxil oldu.Otaq başdan-başa qəhvəyi dəriylə üzlənmişdi.Otağın bir tərəfində pənçərəsi buz bağlayan çaya açılan pəncərə ilə üzbəüz bilyard stolu qoyulmuşdu.Bilyard stolunun üzərində sarımtıl- yaşıl rəngə çalan gümüş külqabıda üç siqaret kötüyü vardı.K əlcəkləri geyib külqabıdan siqaret kötüklərini gətirdiyi çantaya qoydu.Orda içilən,yarımçıq butulkalardan bir neçəsini də götürdü.Barın piştaxtasındakı stəkanları da sallafon torbanın içinə qoydu.
K addım-addım cinayətkara yaxınlaşdığından əmindi.K qonaq otağından çıxıb yeyin addımlarla Big bosun oğlunun iş otağına qayıtdı.K öz-özünə deyindi,-Zəhrimara qalasan, gör nəyi yaddan çıxarmışam.
Qayıdıb kompüterin
Dostları ilə paylaş: |