Modellərimizin tətbiqindən sonra , onların bir-biri ilə müqayisəsi üçün istifadə etdiyimiz metodlardan bəhs edək.
Hal-hazırda statistika sahəsində rəqəmlərin, qrupların və s. bir-birinə qarşılıqlı təsiri , bir çox parametri və vəziyyəti müqayisə etməyə vasitəçi olan bir çox metod mövcuddur və bunların tətbiq sahəsi çox genişdir. Bizim istifadə edəbiləcəyimiz bir neçə metodikalara əsaslansaq bunlar; R2 üsulu, dispersiya, Teyl(Theil) kriteriyası, anova, ancova, f test, t test, chi square test metodlarıdır.
Biz bu hesablamalarda , müqayisələrdə 3 parametrdən istifadə etdik. “R2, Theil kriteriyası və Dispersiya”. Digər metodikaların bizim tərəfimizdən mənfi cəhəti odur ki; onların iki fərqli dəyişkən aralığındakı müqayisələrdəki ifadə olunmasının çətinlikləridir.
R2üsulu və dispersiya
İlk olaraq, müqayisələrdə istifadə etdiyimiz metodlardan birincisi olan R2üsulundan istifadə etdik və onunla bağlı biraz məlumata baxacağıq, daha sonra da onun tətbiq olunma şəklini nəzərdən keçirəcəyik. Əslində R2funksiyası, Pearson moment korelyasiya əmsalının kvadratını ifadə etməkdədir. Bu əmsalı 0,1 arasında ölçüsüz bir kəmiyyət olan və iki fərqli informasiya qrupu arasında exponential bir əlaqənin əhatəsini göstərir.
(3.1)
X - faktiki göstərici; - faktiki göstəricinin orta qiyməti; y - model göstəricisi
- model göstericisinin orta qiyməti
Yuxarıda da dediyimiz kimi, Пearson moment korelyasiya əmsalının kvadratı R2 verir.
Neft yataqlarının istismarı zamanı qarşımıza çıxan bir çox prosesin bir-birindən fərqlənməsini göstərə biləcəyimiz dispersiya bərabərliyi üçün istifadə etdiyimiz formul 3.2 de göstərilmiştir.
Bu formul iki fərqli informasiya qrupunun, bir-biriylə müqayisəsinə, bir-birindən ferqlənməsini, rəqəmsal olaraq ifadə edə bilməyimizə imkan verir. Bir çox yerdə, müxtəlif məqsədlər üçün istifadə oluna bilər.
(3.2)
N – göstəricilərin sayı; ymodel – model göstəriciləri; yfakt – fakt göstəriciləri
3 və 4. Təhlil
Proqnoz göstəricilərinin təhlili ilə yatagi isledikden sonra maksimal çıxarılabilən neftin miqtarı və yataqlarin islenmesi prosesi heyata kecirilmezse, nə qədər neft çıxara bilərdik müqayisə olunur. Bunun ücün asagidaki modellerden istifade etmek olar:
1. Güc modeli. Bu modelin formulu y=a+bxc şəklindədir. Burada a, b və c əmsallardır. Tənliyi linearizasiya edərək y=lnb+cx şəklinə saldıqdan sonra x=0, b=ey0və c əmsallarını tapırıq.
2. Eksponensial model. Bu modelin formulu y=a-becx şəklindədir. Burada a, b və c əmsallardır. Tənliyi linearizasiya edərək y=lnb+cx şəklinə saldıqdan sonra x=0, b=ey0və c əmsallarını tapırıq.
3. Logistik eksponensial model. Bu modelin formulu y=a/(1+becx) şəklindədir. Burada a, b və c əmsallardır. Tənliyi linearizasiya edərək ln(a/y-1)=lnb+cx şəklinə saldıqdan sonra b və c əmsalları tapılır.
4. Logistik güc model. Bu modelin formulu y=a/(1+bcx) şəklindədir. Burada a, b və c əmsallardır. Tənliyi linearizasiya edərək ln(a/y-1)=lnb+clnx şəklinə saldıqdan sonra b və c əmsalları tapılır.