Modul Tipli Hospitalının baş həkimi və



Yüklə 74,51 Kb.
səhifə1/12
tarix12.04.2023
ölçüsü74,51 Kb.
#96735
  1   2   3   4   5   6   7   8   9   ...   12
İcbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqi istiqamətində 2020


İcbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqi istiqamətində 2020-ci ilin əvvəlindən başlayan proses nəhayət başa çatdı: 1 aprel 2021-ci il tarixdən etibarən bütün ölkə əhalisi icbari tibbi sığorta ilə əhatə olunur. Bununla yanaşı aprel ayında baş verən daha iki hadisə ölkənin səhiyyə sistemində baş verənlərə yenidən nəzər salmağa maraq oyatdı:
1. Yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxan xəstələrin müalicə olunduğu iki böyük tibb müəssisəsinin rəhbərləri – Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Zığ Modul Tipli Hospitalının baş həkimi və Yeni klinika Publik Hüquqi Şəxsin direktoru – və bəzi əməkdaşları COVİD-19 xəstələrinə münasibətdə qanunsuz əməllərinə görə həbs olundular. Bu zaman Fövqəladə Hallar Nazirliyi (FHN) ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) arasında Zığ Modul Tipli Hospitalının baş həkiminin vəzifə təyinatı və tabeçiliyi ilə bağlı maraqlı bir polemika yaşandı: ölkə mətbuatında Fövqəladə Hallar nazirinin məlum Hospitalın həbs edilən Baş həkimi və əməkdaşlarının FHN-nin Tibb Mərkəzinin işçiləri olmadığını və onların TƏBİB-lə müqavilə əsasında işlədiklərini bəyan edən fikri yayıldı. TƏBİB buna dərhal reaksiya verdi və həmin məlumatın həqiqəti əks etdirmədiyini, TƏBİB ilə Fövqəladə Hallar Nazirliyi və ya onun xəstəxanası arasında hər hansı müqavilənin bağlanmadığını bəyan etdi. Əslində bu bəyanatlar həmin qurumların məsuliyyətdən qaçmaq yaxud məsuliyyəti bölüşmək cəhdləri kimi qiymətləndirilə bilər;
2. Bütün pandemiya dövründə ictimaiyyətin qarşısına çıxmayan və özünü məsuliyyətdən kənarlaşdırmış kimi görünən səhiyyə naziri Oqtay Şirəliyev vəzifəsindən azad edildi.
Koronavirus xəstələrinin müalicəsinin təşkili vəziyyəti ilə bağlı son bir ildə cəmiyyətdə yaranan müəyyən narazılıqlar fonunda ölkənin bəzi kütləvi informasiya vasitələrində dövlət tibb müəssisələrinin TƏBİB-in tabeliyindən çıxarılaraq yenidən nazirliyin tabeliyinə qaytarılması zəruriliyi ilə bağlı rəylər dövrü olaraq səsləndirilirdi. Amma son hadisələrdən sonra mətbuatda belə rəylərin daha da çoxalması və intensivləşməsi heç də təsadüfi görünmür.
Son 15-20 ildə ölkənin səhiyyə sistemində islahat cəhdlərini və çalışmalarını mütəmadi izləyən və müşahidə aparan biri olaraq deyə bilərəm ki, ölkənin səhiyyə sistemində olan və əhalini narazı salan problemlərin heç də yeni olmadığını, bunların səhiyyə sistemində illərlə kök saldığını və getdikcə dərinləşdiyini hamı görür. İcbari tibbi sığortaya keçilən kimi (xüsusilə bu prosesin pandemiya şəraitində baş verdiyi zaman) həmin problemlərin dərhal həll olunacağını və ortadan qalxacağını gözləmək sadəlövhlük olardı.
TƏBİB-in tabeliyinə keçdikdən sonra tibb müəssisələrində problemlərin artdığını söyləməyə əsas verəcək hər hansı bir araşdırma və ya sistemli faktlar da ortada yoxdur. İcbari tibbi sığortaya keçidin nəticələrini qiymətləndirmək isə hələ tezdir, çünki prosesin hələlik ilkin mərhələsindəyik. Buna görə də indiki halda yalnız icbari tibbi sığorta islahatının gedişini dəyərləndirmək, habelə bu prosesin bütövlükdə ölkənin səhiyyə sistemində nə qədər köklü dəyişikliklərə aparıb çıxara biləcəyini qiymətləndirmək olar. Bu məqalədə məhz bu iki məsələyə münasibət bildirirəm.

Yüklə 74,51 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin