Monqolların Azərbaycana yürüşləri. Hülakülər dövləti



Yüklə 28,4 Kb.
tarix30.12.2022
ölçüsü28,4 Kb.
#78164
Azərbaycan Kooperasiya Universiteti1


AZƏRBAYCAN KOOPERASİYA UNİVERSİTETİ

İxtisas: Sosial iş


Fənn: Azərbaycan Tarixi
Kurs: 1
Qrup: 764b
Tələbə: Sevinc Quliyeva
Müəllim: Vüsalə Əliyeva
Mövzu: Monqolların Azərbaycana yürüşləri. Hülakülər dövləti

Monqolların Azərbaycana yürüşləri.
Hülakülər dövləti
XIII yüzilliyin 20-ci illərində Vətənimiz Azərbaycan yeni bir xarici hücum təhlükəsi ilə üz-üzə qaldı. Monqolların ilk yürüşü Eldənizlərin idarə etdiyi Azərbaycan dövlətinin zəiflədiyi dövrə düşdüyündən ölkəmizə böyük dağıntılar, xalqımıza isə böyük fəlakət gətirdi. Tarixi qaynaqlara və o dövrün tarixçisi İbn əl-Əsirə görə türklərə yaxınlığı ilə seçilən, hətta qıpçaqlarla eyni cinsdən olan monqolları 1206-cı ildə Çingiz xan tatar ulusları ilə birlikdə bir dövlət halında birləşdirmişdi. Çingiz xanı döyüş bacarığı və idarəetmə anlayışına görə məşhur Hun-türk hökmdarı Mete xaqana bənzədirdilər. Türk köklü uyğurlar da onun dövlətində yer almışdılar. Təsadüfi deyil ki, Çingiz xan dövlətin bütün maliyyə və divan işlərini uyğurlara tapşırmışdı. Uyğur türk dili uzun bir müddət Böyük Monqol dövlətinin divan-dövlət dili olmuşdu. Birinci yürüş - 1220-1223-cü illəri əhatə edən və kəşfiyyat xarakteri daşıyan birinci yürüşə 30 minlik qoşuna malik Cəbə və Subatay başçılıq etmişdi. 1221-ci ildə monqollar Təbrizə üç dəfə basqın etsələr də, əhalinin ciddi müqaviməti ilə rastlaşdıqlarından və şəhəri tuta bilmədiklərindən paltar və ərzaqdan ibarət bac almaqla kifayətləndilər. Aran hakiminin köməyilə gürcü Baqratuni çarlığının 60 minlik qoşununu məğlubiyyətə uğratdılar. Monqollara tabe olmayan Marağa şəhərini mühasirəyə alıb, ələ keçirdilər və əhalisini qırdılar. Sərabı tutub qarət etdikdən sonra Naxçıvan və Beyləqana saldırdılar. 1221- ci ildə Ərdəbili tutub böyük qırğın törətdilər və şəhərin böyük hissəsini dağıtdılar. Beyləqan əhalisi ilə sülh danışığına gedən nümayəndəni əhali öldürdükdən sonra monqol-tatarlar 1221-ci ilin ramazan ayında şəhəri çətinliklə də olsa, ələ keçirdilər. Bundan istifadə edən qıpçaqlar 1223-cü ildə Dərbənddən keçərək Azərbaycana soxulub Şirvan bölgəsini qarət etdilər. Hiylə yolu ilə Gəncəyə girib əhalini soyub taladılar. Eldənizlərdən əlini üzmüş Azərbaycan əhalisi birləşərək qıpçaqları Azərbaycandan qovdular. Ölkəmizin düşdüyü ağır vəziyyətdən bəhrələnən gürcülər də 1225-ci ildə torpağımıza soxulub, əhalimizə divan tutdular.1225-ci ildə Vətənimiz daha bir fəlakət ilə üzləşdi. Monqolların yürüşünə tab gətirməyən Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin öz ölkəsini monqollara buraxıb Azərbaycana gəldi. Nəticədə 1225-ci ildə Azərbaycanda Eldənizlər sülaləsinin hakimiyyətinə son qoyuldu. Cəlaləddin əvvəlcə Marağa şəhərini tutdu. Təbriz şəhərinin əhalisi yeddi gün qəhrəmanlıqla vuruşsa da, 1225-ci ilin iyulun 25-də Cəlaləddin şəhəri ələ keçirtdi. Təbrizdən sonra Cəlaləddin Dvində 60 minlik qüvvə toplayaraq Arana soxulmağa çalışan gürcülərə ağır zərbə vurdu. Gürcülər 20 min döyüşçü itirdilər. Bunun ardınca Cəlaləddinin hərbi qüvvələri Gəncə, Beyləqan və Şəmkiri ələ keçirib Tiflisə daxil oldular. Monqolların ikinci yürüsü və Azərbaycanın işğalı. 1231-ci ildə monqol qoşunlan Çormoğon noyonun başçılığı ilə Azərbaycana soxuldular. Əhalinin ciddi müqavimətinə baxmayaraq Marağa şəhəri ələ keçirildi, Təbriz isə mühasirəyə alındı. Təbrizin əyanları qiymətli hədiyyələr verərək şəhəri talandan və qırğından xilas etdilər, ancaq bir çox adlı-sanlı sənətkarlar Monqolustanın paytaxtı Qaraqoruma aparıldı. 1235-ci ildə monqollar Gəncədə ciddi müqavimətlə qarşılaşdılar. Monqolların üçüncü yürüşü. Azərbaycan Hülakü dövlətinin mərkəzi kimu Böyük Monqol xaqanı Münkə xan Orta Şərq ölkələrində möhkəmlənmək və monqol istilasını tamamlamaq üçün qardaşı Hülakü xanı böyük ordu ilə yürüşə yolladı. Hülakü xan 1256-cı ildə Azərbaycan və Aranı ələ keçirdi. 1258-ci ildə Təbrizdən yürüşə çıxaraq Bağdadı tutdu və Xəlifə Mötəsimi qılıncdan keçirərək Abbasi xilafətinin varlığına son qoydu. Hülakü xan Amudərya çayından Aralıq dənizinə, İran körfəzindən Dərbəndədək böyük ərazini qılınc gücünə öz hakimiyyəti altında birləşdirərək beşinci monqol ulusunu-Hülakülər dövlətini yaratdı. Hülakü dövlətinin əsas mərkəzi -metropoliyası Azərbaycan idi. Dövlətin yarandığı 1258-ci ildə ilk paytaxtı Marağa, 1259-cu ildə Azərbaycanın baş şəhəri Təbriz olmuşdur. Hülakü elxanlarının sarayı, dövlətin inzibati, hərbi-siyasi idarəetmə orqanları, xəzinəsi və vergi idarələri Təbrizdə yerləşirdi. Hülakülərin yay iqamətgahı Qarabağda, qış iqamətgahı isə Muğanda idi. Sultan Mahmud Qazan xanın dövründə (1295-1304) Elxanilər dövləti yenidən gücləndi. Onun həyata keçirdiyi islahatlar mərkəzi hakimiyyətin güclənməsinə, kənd təsərrüfatı, ticarət və sənətkarlığın, şəhərlərin və şəhər hayatının dirçəldilməsinə yönəldilmişdir. Qazan xan özü islam dinini qəbul edərək Mahmud adını götürdü. Bu addım nəticəsində o yerli feodal və müsəlman ruhaniləri ilə münasibətləri möhkəmlədə bilmiş, onların dəstəyini qazanmışdır. Onun varisi Olcaytu xan (1304-1316) ölkənin təsərrüfat və mədəni inkişafını davam etdirir. Lakin sonrakı Elxan Əbu Səidin dövründə (1316-1335) mərkəzi hakimiyyət zəifləyir, iri feodalların hakimiyyəti güclənməyə başlayır. Eyni zamanda ölkə Qızıl Orda xanlarının və Misir sultanlarının bir neçə hücumlarına məruz qalır. 1335-ci ildə Qızıl Orda xanı Özbək, Azərbaycana hücum edir. Əbu Səid ona müqavimət (1312-1341) təşkil etməyə çalışır, lakin o döyüşdə həlak olur. Onun ölümü ilə Elxanilər dövləti tamamilə tənəzzülə uğrayır. Dövləti hələ Əbu Səidin dövründə güclənmiş Əmir Çobanın varisləri Çobanilər bir müddət idarə edirdilər. Lakin 1357-ci ildə Qızıl Orda xanı Canıbəy (1341-1357) Şirvanşah Kavusla (1345-1372) birləşərək Təbrizi ələ keçirir. Beləliklə, Elxanilər dövlətinin mövcudluğuna son qoyulur.
Yüklə 28,4 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin