Mövzu № 1. İnformasiya texnologiyaları nədir, xassələri, funksiyaları və informasiya anlayışı
Mövzu №1. İnformasiya texnologiyaları nədir, xassələri, funksiyaları
İnformasiya texnologiyasının əsas anlayışlarından olan «məlumat», «informasiya», «verilənlər» və «bilik» daşıdıqları mənaya görə danışıq dilində istifadələrinə uyğun gəlir.
«Məlumat» (xəbər) və «İnformasiya» anlayışlarını fərqləndirmək üçün danışıq dilindəki bu ifadə köməkçi ola bilər: «Bu məlumat mənə heç bir informasiya vermir». Bu ifadə informasiya və məlumat anlayışları arasındakı aşağıdakı əlaqəni əks etdirir: informasiya məlumat vasitəsilə ötürülür.
İnformasiya və məlumat arasındakı əlaqə qarşılıqlı-birmənalı deyildir. Eyni informasiya müxtəlif məlumatlarla ötürülə bilər və onların icərisində heç bir informasiya daşımıyanı da ola bilər. Əksinə, eyni bir məlumat onu qəbul edənin (istifadəcinin) maraq dairəsindən asılı olaraq müxtəlif informasiya kimi qəbul oluna bilər. Məsələn, təyyarənin qəzaya üğraması xəbəri həlak olanların qohumlan üçün bir məna, hava yolları şirkəti üçün isə başqa bir məna kəsb edir. Eyni qəzet məqaləsindən müxtəlif oxucular özlərinin maraq dairələrinə uyğyn müxtəlif informasiya götürürlər.
Beləliklə, müxtəlif cür interpretasiya (təfsir) olunan eyni məlumat müxtəlif informasiya ötürə bilər. Mücərrəd olaraq demək olar ki, məlumatla (M) informasiya (İ) arasındakı əlaqədə həlledici rolu interpretasiya qaydası (q) oynayır. Bunu simvolik olaraq belə göstərmək olar:
Baxılan məlumat ücün interpretasiya qaydası adətən məlumatlar çoxluğu üçün tətbiq edilən ümumi qaydaların xüsusi halı olur.
Beləliklə, məlumatın köməyi ilə konkret obyekt, subyekt, hadisə, mühit və s. haqqında bilik əldə edilir.
Məlumat vasitəsilə əldə edilən biliklər artımına informasiya (latınca informatio) deyilir [1]. İnformasiyanm Şennon tərəfmdən təklif edilmiş kəmiyyət baxımından təyini də elə bu fıkrə əsaslanır.
«Verilən» anlayışmı belə bir mücərrəd situasiya ilə izah etmək olar. Fərz edək ki, müşahidəçi öyrənilən obyektin vəziyyəti haqqında məlumatı toplayıb, müəyyən formada yaddaşında saxlayır. Bu halda deyirlər ki, müşahidəçinin yaddaşında obyektin vəziyyətini əks etdirən verilənlər var.
Beləliklə, verilənlər -saxlamaq, emal etmek və ötürmək üçün müəyyən formada qeyd olunmuş məlumatdır. İngiliscə verilənlər sözünü ifadə edən «data» termini latınca «datum» (fakt) sözündən yaranmışdır. Lakin verilənlər bəzən konkret və ya real fakta uyğun gəlməyə bilər. Verilənlər bəzən qeyridəqiq, həqiqətdə mövcud olmayan anlayışlan ifadə edə bilərlər. Odur ki, verilənlər dedikdə bizim üçün əhəmiyyətli olan istənilən hadisə və ya fıkrin təsviri başa düşülür.
Ənənəvi olaraq verilənlər konkret ünsiyyət vasitələri ilə (məsələn, dil və ya şəkil vasitəsilə) konkret daşıyıcıda məsələn, daşda, lövhədə, kağızda) qeyd olunur. Zaman keçdikcə verilənlərin təsvir üsullan və daşıyıcıları dəyişmişdir (məsələn, ibtidai insanların mağaza rəsmləri, daş üzərində qədim yazılar və rəsmlər, papirus yarpağı üzərində yazılar və s.). Əksər hallarda verilənlər təbii dildə kağız üzərində qeyd olunur. Kompüterdə verilənlərin daşıyıcısı kimi maqnit daşıyıcısından (lent, disk, kart və s.), çevik optik disklərdən, fləş yaddaşdan v.s. istifadə olunur.
Verilənlər ümumi halda aşağıdakı xarakteristikalarla təyin olunur: verilənlərin adı, qiyməti, tipi və strukturu.
Verilenin adı onun mənasını (semantikasını) ifadə edir. Verilenin qiymeti isə əslində verilənin özünü xarakterizə edir. Çünki faktları birbirindən ayırmaq üçün onları qiymətləndirmək lazımdır. Təbii dilin zənginliyi verilənlərin adlan ilə qiymətlərinin birgə təsvirinə imkan verir. Məsələn, «havanın temperaturu +30 dərəcədir» ifadəsində «+30» verilənin qiyməti, «havanın temperaturu dərəcə ilə» verilənin adıdır. Müəyyən hallarda verilənlərin adları ilə qiymətləri bir-birindən ayn qeyd oluna bilər. Məsələn, qatarların hərəkət cədvəlində verilənlərin adları cədvəlin başlığında göstərilir. Verilənlər bazalarında da verilənlərlə onların semantikası əksər hallarda birbirindən ayrı saxlanır. Bu halda verilənlərin axtarışını və emalını əlverişli təşkil etmək imkanı yaranır.
Verilənlərin tip xarakteristikası əsasən proqramlaşdırmada istifadə olunur. Verilənlərin tipləri haqqında məlumat §3.2.8-də verilir.
Qeyd edək ki, proqramlaşdırmada verilənləri həmçinin say sisteminin əsasma, təsvir formasına, uzunluğuna görə də xarakterizə edirlər.
Verilənlər sadə informasiya elementinitdən başlayaraq fayla və fayllar sisteminə qədər müxtəlif mürəkkəbliyə və təşkil səviyyəsinə malik ola bilərlər. Təşkil xarakteri, mümkün qiymətlər çoxluğu, üzərində aparıla bilən əməliyyatlar toplusu verilənlerin strukturunu əks etdirir. Verilənin strukturu hər bir informasiya elementinin ümumi xarakteristikasıdır.
Verilənlərin struktur xarakteristikasına iki cəhətdən baxılır: məntiqi və fiziki cəhətdən. Verilənin məntiqi strukturu onun kompüterdən kənar təsviri və ya modelidir. Verilənlərin məntiqi strukturlarının müəyyənləşdirilməsi, başqa sözlə, verilənlərin strukturlaşdırılması və onların əlverişli formada təsviri verilənlər bazalarmm layihələndirilməsinin əsasını təşkil edir [2]. Verilənin fıziki strukturu onun kompüterin yaddaşında yerləşdirilməsi sxemini təyin edir. Ümumi halda verilənlərin məntiqi və fıziki strukturları bir-birindən fərqlənə bilər.
«İnformasiya» və «verilənlər» məna baxımından bir-birinə çox yaxın anlayışlardır. Lakin onlar arasında müəyyən fərq var. İnformasiya, üzərində əməliyyat aparılan verilənlərdən alınır. Bu üsulla alınan informasiyadan əsasən idarəetmə üçün qərarların qəbul edilməsində istifadə olunur. Məsələn, müessisənin baxılan ilin ayları üzrə istehsal etdiyi məhsulun miqdarı verilənlərdir, bu verilənlər əsasmda qurulmuş istehsalın gedişini əks etdirən qrafik isə informasiyadır.
Verilənlər müxtəlif səviyyəli ola bilər. Məsələn, müəssisənin aylıq istehsal etdiyi məhsulu göstərən verılənlər ayn-ayn məhsul növlərinə görə aylıq verilənlərin cəmindən, yəni həmin verilənlərin aqreqasiyasından alınır. Aqreqasiyanın müeyyən səviyyəsində alınan verilənlər kəsb etdikləri əhəmiyyətə görə informasiya xarakterli ola bilərlər. Beləliklə, informasiya almaq üçün verilənlərlə işləmək lazımdır. Odur ki, hər bir informasiya sistemi verilənlər bazasına malik olmalıdır. Verilənlər, aqreqasiya və müqayisənin aşağı səviyyəsini, informasiya isə yuxarı səviyyələrini əhatə edir.
İnforomatikada çox vaxt «informasiya» və «verilənlər» terminləri sinonim kimi işlədilir, yəni onlar arasında yuxarıda göstərilən fərq nezərə alınılır. Biz də sonrakı mülahizələrimizdə bu xətti tutacağıq. Bunun səbəbi ondan ibarətdir ki, kompüterdə saxlanan və emal olunan verilənlərin informasiya daşıyıb-daşımamasının emal prosesi üçün əhəmiyyəti yoxdur. Nəticəvi verilənlərin informasiya daşımasi isə istifadəçi marağmdan qiymətləndirilir.
«Bilik» anlayışı da daşıdığı mənaya görə məlumat, verilənlər və informasiya anlayışlarına yaxındır. Biliyə xas olan əsas cəhət onun müəyyən kontekstlə əlaqəli olması və həmin kontekstdə müəyyən məna (semantika) daşımasıdır. «Bilik» anlayışından süni intellektdə, o cümlədən, ekspert sistemlərində geniş istifadə olunur.