Mövzu 10. Ünsiyyətin növləri, əsərin məzmununun çatdırılmasında
təhkiyəçinin rolu
Plan:
1. Ünsiyyət və onun növləri
2. İfadəli oxu və teatr sənəti arasında bağlılıq
3. Bədii əsərlərin oxuya hazırlaşdırılması
Ünsiyyət və onun növləri: Qeyd edildiyi kimi, sözün təsiri ifaçının
dinləyicilərlə ünsiyyəti prosesində həyata keçirilir. Sözün təsiri ardıcıl olmalıdır,
bütöv, tam proses kimi verməli, təzahür etməlidir. Yalnız belə olduqda
dinləyicilərlə ünsiyyət yaradılmış olar. Ünsiyyətin səmərəli, həqiqi olduğunu o
halda qəbul etmək olar ki, ifa dinləyiciyə təsir etsin və onda cavab reaksiyası
yaransın. İfaçı əsəri dinləyici üçün oxuyur, o, bütün gücünü, bacarığını bir
məqsədə - dinləyicini əsərdəki həyatla yaşamağa sövq etmək üçün səfərbər edir.
Bax, bu niyyət, bu məqsəd ünsiyyətin yaranmasına səbəb olur. Ünsiyyət prosesində
isə, qeyd edildiyi kimi ifaçının dinləyiciyə təsiri həyata keçirilir. İfaçı ilə dinləyici
arasında daxili əlaqə və qarşılıqlı təsir şəklində özünü göstərən ünsiyyət fasiləsiz
olmalıdır. Ünsiyyətin ani olaraq, qırılması sözün kəsərsizliyinə və deməli,
emosional vəziyyətin ortadan qalxmasına səbəb olur. Ünsiyyət yaratmaq
baxımından ifaçının işi aktyora nisbətən daha mürəkkəb və çətindir. Ona görə ki,
məşq prosesində qarşıdakı ilə dialoqa girən və onunla ünsiyyət yaratmağın
yollarını özü üçün aydınlaşdıran aktyordan fərqli olaraq, ifaçı əksər hallarda belə
imkandan məhrumdur. İkinci tərəfdən, bu cür dialoq aktyorun nitqinin təbii və
təsirli olmasına əməlli-başlı kömək edir. İfaçı isə dinləyicidən heç bir cavab
reaksiyası eşitmədiyi üçün ifa prosesində sanki xarici aləmlə əlaqəsi kəsilmiş
vəziyyətdə mətni oxuyur. Bu, onun ifasına deklamasiya səciyyəsi verə bilər. İfa
bütövlükdə boşluğa, ünvansız söyləmə təsiri bağışlaya bilər. Bunun ortadan
qaldırılması üçün dinləyici ilə "daxili dialoqu" ifaçının hər an hiss etməsi, duyması
mühüm rol oynayır. Dinləyicinin təkcə baxışlarını yox, onların hisslərini,
xəyallarından keçirdiklərini, eşitdikləri ilə bağlı onlarda sualların yarandığını
duyan, öz üzərində hiss edən, qəbul edən ifaçı bunu cavab reaksiyası kimi
qiymətləndirir. Məhz elə bu, onu daha da irəli getməyə, dinləyiciləri "dialoqa"
daha şox və sıx cəlb etməyə sövq edir. İfa prosesində bu qarşılıqlı ünsiyyəti aydın
şəkildə duyan ifaçı həm də hədsiz zövq alır, bu, onun oxusuna xüsusi gözəllik,
təravəti gətirir, yaradıcılığının zənginləşməsinə, təkmilləşməsinə və uğur
qazanmasına səbəb olur. Buradan bir daha aydın olur ki, bu daxili dialoqun, daxili
əlaqənin, deməli, ünsiyyətin qırılmasına qətiyyən yol vermək olmaz.
İfaçı müxtəlif janrlı və məzmunlu əsərlərin ifasında, həm də ünsiyyətin
müxtəlif növlərinə yiyələnir. Ünsiyyətin üç növü var: 1. Birbaşa dinləyicilərə
Dostları ilə paylaş: |