Mövzu 10. Ünsiyyətin növləri, əsərin məzmununun çatdırılmasında təhkiyəçinin rolu Plan: Ünsiyyət və onun növləri



Yüklə 405,45 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix02.06.2023
ölçüsü405,45 Kb.
#122274
  1   2   3   4   5   6   7   8
Mövzu 10.ADƏM



Mövzu 10. Ünsiyyətin növləri, əsərin məzmununun çatdırılmasında 
təhkiyəçinin rolu 
Plan: 
1. Ünsiyyət və onun növləri 
2. İfadəli oxu və teatr sənəti arasında bağlılıq 
3. Bədii əsərlərin oxuya hazırlaşdırılması 
 
Ünsiyyət və onun növləri: Qeyd edildiyi kimi, sözün təsiri ifaçının 
dinləyicilərlə ünsiyyəti prosesində həyata keçirilir. Sözün təsiri ardıcıl olmalıdır, 
bütöv, tam proses kimi verməli, təzahür etməlidir. Yalnız belə olduqda 
dinləyicilərlə ünsiyyət yaradılmış olar. Ünsiyyətin səmərəli, həqiqi olduğunu o 
halda qəbul etmək olar ki, ifa dinləyiciyə təsir etsin və onda cavab reaksiyası 
yaransın. İfaçı əsəri dinləyici üçün oxuyur, o, bütün gücünü, bacarığını bir 
məqsədə - dinləyicini əsərdəki həyatla yaşamağa sövq etmək üçün səfərbər edir. 
Bax, bu niyyət, bu məqsəd ünsiyyətin yaranmasına səbəb olur. Ünsiyyət prosesində 
isə, qeyd edildiyi kimi ifaçının dinləyiciyə təsiri həyata keçirilir. İfaçı ilə dinləyici 
arasında daxili əlaqə və qarşılıqlı təsir şəklində özünü göstərən ünsiyyət fasiləsiz 
olmalıdır. Ünsiyyətin ani olaraq, qırılması sözün kəsərsizliyinə və deməli, 
emosional vəziyyətin ortadan qalxmasına səbəb olur. Ünsiyyət yaratmaq 
baxımından ifaçının işi aktyora nisbətən daha mürəkkəb və çətindir. Ona görə ki, 
məşq prosesində qarşıdakı ilə dialoqa girən və onunla ünsiyyət yaratmağın 
yollarını özü üçün aydınlaşdıran aktyordan fərqli olaraq, ifaçı əksər hallarda belə 
imkandan məhrumdur. İkinci tərəfdən, bu cür dialoq aktyorun nitqinin təbii və 
təsirli olmasına əməlli-başlı kömək edir. İfaçı isə dinləyicidən heç bir cavab 
reaksiyası eşitmədiyi üçün ifa prosesində sanki xarici aləmlə əlaqəsi kəsilmiş 
vəziyyətdə mətni oxuyur. Bu, onun ifasına deklamasiya səciyyəsi verə bilər. İfa 
bütövlükdə boşluğa, ünvansız söyləmə təsiri bağışlaya bilər. Bunun ortadan 
qaldırılması üçün dinləyici ilə "daxili dialoqu" ifaçının hər an hiss etməsi, duyması 
mühüm rol oynayır. Dinləyicinin təkcə baxışlarını yox, onların hisslərini, 
xəyallarından keçirdiklərini, eşitdikləri ilə bağlı onlarda sualların yarandığını 
duyan, öz üzərində hiss edən, qəbul edən ifaçı bunu cavab reaksiyası kimi 
qiymətləndirir. Məhz elə bu, onu daha da irəli getməyə, dinləyiciləri "dialoqa" 
daha şox və sıx cəlb etməyə sövq edir. İfa prosesində bu qarşılıqlı ünsiyyəti aydın 
şəkildə duyan ifaçı həm də hədsiz zövq alır, bu, onun oxusuna xüsusi gözəllik
təravəti gətirir, yaradıcılığının zənginləşməsinə, təkmilləşməsinə və uğur 
qazanmasına səbəb olur. Buradan bir daha aydın olur ki, bu daxili dialoqun, daxili 
əlaqənin, deməli, ünsiyyətin qırılmasına qətiyyən yol vermək olmaz. 
İfaçı müxtəlif janrlı və məzmunlu əsərlərin ifasında, həm də ünsiyyətin 
müxtəlif növlərinə yiyələnir. Ünsiyyətin üç növü var: 1. Birbaşa dinləyicilərə 

Yüklə 405,45 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin